Press "Enter" to skip to content

Yaqub Mahmudov: Keşikçi dağda törədilən təxribatın arxasında erməni lobbisi dayanır – VİDEO

Yaqub Mahmudov: “Keşikçi dağda törədilən təxribatın arxasında erməni lobbisi dayanır” – VİDEO “Keşikçi dağ məntəqəsində Azərbaycan sərhədinin pozulması ilə yaranan insident təsadüfi bir təxribat deyil. Bu təxribat qabaqcadan düşünülüb və Cənubi Qafqazda sülh və əmin-amanlığın təminatı olan Azərbaycan-Gürcüstan-Türkiyə dövlətlərinin dostluq münasibətlərinə qarşı yönəlib. Hesab edirəm ki, bu təxribat Cənubi Qafqazda hərbi, siyasi və iqtisadi maraqları olan güc mərkəzləri və onların əlaltısı olan Ermənistandakı rejimin sifarişi ilə törədilib. Həmin mərkəzlər bu təxribatı Gürcüstanda olan ermənipərəst qüvvələrin iştirakı ilə törədiblər”.

Qarabağdakı xristian abidələri qədim Azərbaycan-Albaniya mirasıdır – Yaqub Mahmudov

“Xristian abidələrinin müdafiəçilərinə” bəyan edirəm ki, erməni vandalları keçmiş İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində Azərbaycan xalqına məxsus 300-dən çox məscidi, qəbristanlıqları, çoxsaylı tarixi abidələri yerlə-yeksan ediblər. Hazırda erməni vandallarının törətdiyi vəhşilikləri işğaldan azad edilən Qarabağ torpağında da görürük. Orada məscidlərimiz və digər tarixi abidələrimiz məhv edilib, bəzi məscidlərimizdə isə donuz, inək saxlanılıb. Bu, təkcə Azəbaycan xalqına deyil, bütün İslam aləminə ən ağır təhqirdir. Amma bütün bunlar bəzi Qərb dairələrini qəti maraqlandırmır və “xristianlığın müdafiəçiləri” susurlar!

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib.

Yaqub Mahmudov deyib ki, bu günlərdə içərisində Alen Delon, Pyer Rişar, Jan Renonun da yer aldığı 120-dən çox tanınmış fransız ermənilərə dəstək üçün imza toplayıb və tarixi faktın ziddinə gedərək onların Qarabağda 2 min ildən çox yaşadıqlarını iddia ediblər. Fransa prezidenti Makron isə həyasızcasına Qarabağda guya erməni mədəni və dini irsinin olduğunu bildirir. Görünən odur ki, bəzi Qərb dairələri açıq şəkildə erməni vandallarını müdafiə edirlər. Nə qədər təəccüblü olsa da, ermənilərin quyruğunda sürünən Qrebenşikov, Spivakov kimi bir qrup rusiyalı mədəniyyət xadimi də UNESCO-ya müraciət edərək, Qarabağdakı xristian abidələrinin qorunmasını xahiş ediblər. Təəssüf ki, Azərbaycana qarşı təxribatlar bitmir ki, bitmir! Və Makrondan ilhamlanan Fransa senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsi qəbul olunub. Beləliklə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransa nəhayət ermənipərəst mövqeyini açıq şəkildə sərgilədi!

Tarixçi alim qeyd edib ki, Azərbaycanın bütün tarixi abidələri, o cümlədən kilsələr dövlət tərəfindən qorunur: “Ermənilər öz məzhəblərindən, yəni qriqorianlıqdan başqa bütün dinlərin düşmənidir. Onlar Qarabağdakı pravoslav kilsəsini də dağıdıblar. Beləliklə, UNESCO-ya müraciət edən ermənipərəst ziyalıların ad-sanı bir qara qəpiyə də dəyməz!”

“Prezident İlham Əliyev Vətən müharibəsində tarixi qələbə qazanmaqla “Dağlıq Qarabağ problemi”ni çözdü! Ali Baş Komandan ermənilərin Dağlıq Qarabağın statusu ilə bağlı iddialarını gündəlikdən çıxararaq, onların “Artsax” layihəsini darmadağın etdi! Amma bəzi dairələr erməni vandallarını müdafiə edir və Azərbaycan Alban kilsələrini erməni kilsələri kimi dünyaya təqdim edirlər. Bu isə ermənilərin əsassız ərazi iddialarına yol açır. Prezidentimiz haqlı olaraq bəyan edir ki, qədim Azərbaycan dövləti olan Albaniyaya aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir”, – deyə akademik bildirib.

Yaqub Mahmudov qeyd edib ki, Qarabağdakı xristian abidələri qədim Azərbaycan-Albaniya mirasıdır: “Albaniyanın saf və əsl tarixi Kəlbəcərdədir. Kəlbəcərdəki Gəncəsər məbədinin kitabəsində Alban-Xaçın knyazı Həsən Cəlal “Uca və böyük Ərsak ölkəsinin hökmdarı, Alban vilayətinin çarı Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu” kimi yad edilir. Bu kitabə onun əcdadlarının qədim türk boyuna mənsub olan Ərsak soyundan olmasını bir daha təsdiq edir. Təsadüfi deyil ki, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan alban xristian məlikləri də I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərinin erməni deyil, alban olduqlarını təsdiq etmişlər. Bu məktublar erməni alimləri tərəfindən saxtalaşdırılaraq, “alban türkləri” – “ağvan müsəlmanları”, “Alban Arşaki nəsli” isə “erməni rəisləri nəsli” ifadələri ilə əvəz edilib.

Orta əsrlərdə Şərqin müsəlman dövlətlərinə qarşı məkrli siyasət yeridən Avropa xristian dövlətləri erməni-qriqorian kilsəsini himayə ediblər. 1441-ci ildə Azərbaycan hökmdarı Cahanşahın icazəsi ilə erməni katolikosluğunun mərkəzi Kilikiyanın Sis şəhərindən Azərbaycanın İrəvan şəhəri yaxınlığındakı qədim Azərbaycan-Alban monastırı Üçkilsəyə köçürüldüyü zaman Alban kilsəsinin artıq 1400 ildən çox yaşı var idi. I əsrdə Müqəddəs Yeliseyin təşəbbüsü ilə Şəkinin Kiş kəndi ərazisindəki qədim ziyarətgahın yerində Albaniyanın və bütövlükdə Qafqazın ilk xristian məbədi inşa edilib. XIX əsrin əvvəllərində Şimali Azərbaycanın digər bölgələri ilə yanaşı, Qarabağa ermənilərin kütləvi surətdə köçürülməsi ilə Alban kilsəsinin ən faciəli illəri başlandı. Və erməni-qriqorian kilsəsinin təzyiqi ilə 1836-cı ildə çar Rusiyası Alban kilsəsini ləğv etdi, kilsənin maddi-mədəni irsinə nəzarət isə qriqorian kilsəsinin ixtiyarına keçdi. Beləliklə, erməni millətçilərinin Azərbaycan torpaqlarına qarşı əsassız ərazi iddiaları qaldırmaları üçün zəmin yaradıldı.

Saxta erməni tarixini uyduran, ermənilərin tarixində dövlət rolunu oynayan məhz qriqorian kilsəsi olub. Bu kilsə erməni terror təşkilatlarının meydana gəlməsində və formalaşmasında birbaşa iştirak edib, xalqımıza qarşı soyqırımlarına, o cümlədən Xocalı soyqırımına “göz yumub”. Müasir dövrdə isə bunun sübutu I Qarabağ müharibəsində azərbaycanlıları qətlə yetirən keşiş Ovannisyanın yeni yayılan əli silahlı fotosudur.

Sübut edilib ki, ermənilər Qafqaza, o cümlədən Şimali Azərbaycana gəlmə xalqdır. Onlar buraya çar Rusiyası tərəfindən köçürülüb gətirilmişdir. Bu fakt antropoloji, yazılı və digər qrup qaynaqlarla, o cümlədən yüzlərlə arxiv sənədi ilə təkzibedilməz şəkildə sübut olunub”.

Yaqub Mahmudov: “Keşikçi dağda törədilən təxribatın arxasında erməni lobbisi dayanır” – VİDEO

Yaqub Mahmudov: “Keşikçi dağda törədilən təxribatın arxasında erməni lobbisi dayanır” – VİDEO “Keşikçi dağ məntəqəsində Azərbaycan sərhədinin pozulması ilə yaranan insident təsadüfi bir təxribat deyil. Bu təxribat qabaqcadan düşünülüb və Cənubi Qafqazda sülh və əmin-amanlığın təminatı olan Azərbaycan-Gürcüstan-Türkiyə dövlətlərinin dostluq münasibətlərinə qarşı yönəlib. Hesab edirəm ki, bu təxribat Cənubi Qafqazda hərbi, siyasi və iqtisadi maraqları olan güc mərkəzləri və onların əlaltısı olan Ermənistandakı rejimin sifarişi ilə törədilib. Həmin mərkəzlər bu təxribatı Gürcüstanda olan ermənipərəst qüvvələrin iştirakı ilə törədiblər”.

22 İyul , 2019 11:31
https://static.report.az/photo/c9929533-898e-4220-89df-08a6cc75a74b.jpg

“Keşikçi dağ məntəqəsində Azərbaycan sərhədinin pozulması ilə yaranan insident təsadüfi bir təxribat deyil. Bu təxribat qabaqcadan düşünülüb və Cənubi Qafqaz da sülh və əmin-amanlığın təminatı olan Azərbaycan-Gürcüstan-Türkiyə dövlətlərinin dostluq münasibətlərinə qarşı yönəlib. Hesab edirəm ki, bu təxribat Cənubi Qafqazda hərbi, siyasi və iqtisadi maraqları olan güc mərkəzləri və onların əlaltısı olan Ermənistandakı rejimin sifarişi ilə törədilib. Həmin mərkəzlər bu təxribatı Gürcüstanda olan ermənipərəst qüvvələrin iştirakı ilə törədiblər”. Bunu “Report”a açıqlamasında AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib. O bildirib ki, Ermənistandakı faşist rejiminin bu işin əsas sifarişçilərindən biri olduğu heç kimdə şübhə doğurmur: “Ermənistanda yürüdülən yanlış siyasət nəticəsində ermənilər çox ağır vəziyyətdə yaşayırlar. Əgər Yerevanda yanlış siyasət yürüdülməsəydi, Ermənistan Cənubi Qafqazda strateji layihələrin iştirakçısı ola bilərdi. Ermənistandakı rejim Cənubi Qafqazda sülhün və təhlükəsizliyin pozulması üçün əlindən gələni edir. Onların arxasında olan qüvvələr erməni rejiminə yaxından köməklik edirlər. Bu cür təxribatlar Azərbaycan-Gürcüstan-Türkiyə münasibətlərini poza bilməz. Amma hər bir təxribata qiymət verilməli və münasibət bildirilməlidir. Bizi narahat edən odur ki, Gürcüstanda müəyyən qüvvələr mütəmadi olaraq bu cür təxribatlara əl atırlar və həmişə cəzasız qalırlar. Əgər Gürcüstanın ərazisində gürcü dövlətçiliyinə həmişə sadiq olan, Gürcüstanın tarixində mühüm rol oynayan azərbaycanlılara qarşı siyasət yürüdülür və oradakı məscidlərimizin divarlarına donuz kəlləsi yapışdırılırsa, bu işin icraçıları cəzalandırılmalıdır”.

Azərbaycan-Gürcüstan dostluğu əbədidir. Amma bu dostluq münasibətlərini pozmağa çalışanlara qarşı qardaş Gürcüstanda ciddi tədbirlər görülməlidir. Qardaşlıq və dostluq münasibətlərində ikili standartlar ola bilməz

Yaqub Mahmudov Директор Института истории НАНА, депутат Милли Меджлиса, академик Ягуб Махмудов

Y.Mahmudovun sözlərinə görə, gürcü təxribatçılarının öz sərhədlərini pozaraq Azərbaycan sərhədçilərinə hücum etməsi Gürcüstanın cavabdeh qurumlarının rəhbərlərinin məsuliyyətsizliyi üzündən baş verib: “Axı bir qrup şəxs hər iki dövlətin sərhədini necə poza bilər? Buradan belə çıxır ki, guya Gürcüstan öz dövlət sərhədlərini layiqincə qoruya bilmir. Azərbaycanla dostluq münasibəti və strateji tərəfdaşlıq müqəddəsdirsə, sərhədlərin pozulmasına heç cür göz yumula bilməz. Gürcüstanın keçmiş müdafiə naziri, “Qalib Gürcüstan” siyasi hərəkatının lideri İrakli Okruaşvilinin, Azərbaycan sərhəddinə gələrək xalqımıza qarşı sayıqlayan Leyboristlər Partiyasının sədri Şalva Natelaşvilinin təhqirləri və azərbaycanlıları “çoban” adlandırmaları bizdə ciddi narahatlıq doğurub. Eyni zamanda Azərbaycanda keçirilən beynəlxalq idman yarışları zamanı Bakıya gələn iki gürcünün Şəhidlər Xiyabanında “Keşikçi dağ bizimdir” deyə plakat qaldırması da ciddi narahatlıq doğurmalıdır”. Akademik hesab edir ki, Azərbaycan-Gürcüstan dostluğu əbədidir: “Amma bu dostluq münasibətlərini pozmağa çalışanlara qarşı qardaş Gürcüstanda ciddi tədbirlər görülməlidir. Qardaşlıq və dostluq münasibətlərində ikili standartlar ola bilməz. Azərbaycan-Gürcüstan-Türkiyə münasibətləri pisləşərsə, bu, ən çox gürcü xalqına mənfi təsir göstərəcək. Təəssüfedici hal odur ki, hələ də Gürcüstanın müvafiq qurumları bu insidentin ciddi qüsur olduğunu dövlət səviyyəsində etiraf etməyiblər. Təxribatların törədilməsində erməni lobbisinin də xüsusi xidmətləri var. Azərbaycanın sərhədləri BMT-nin qanunları ilə dünya birliyində tanınıb və bütün qonşular Azərbaycan sərhədlərinin toxunulmazlığına əməl etməlidirlər”. Direktor Azərbaycan sərhədçilərinin insident zamanı soyuqqanlılıq nümayiş etdirməsini dəstəklədiyini bildirib: “Çünki sərhədçilərimiz iki dövlət arasında əlaqələrin pozulmaması üçün silahdan atəş açmayıblar. Əgər gürcü ekstremistləri ərazi iddiasındadırsa, onda öz “hünərlərini” Cavaxetyada göstərsinlər. Ötən əsrin 30-cu illərində Stalin Şirək yaylasını – Qanıx (Alazan) çayının sağ sahilindəki torpaqlarımızı Azərbaycan xalqının razılığı olmadan Gürcüstana verib. Biz təbii ki, bu iddiaları qaldırmırıq. Çünki biz gürcü xalqı ilə dostuq. Dostluqda xəyanət olmaz!” Video: Rəşad Tuncay

Comments are closed, but trackbacks and pingbacks are open.