Press "Enter" to skip to content

Doktorantların və gənc tədqiqatçıların xxi respublika elmi konfransı

2023-03-10 11:49:53

Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçiriləcək

23-24 noyabr 2021-ci il tarixlərində doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçiriləcək.

Böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilən konfrans gəncləri elmi yaradıcılığa fəal surətdə cəlb etmək və onların apardıqları elmi tədqiqatların nəticələrinin müzakirəsini təşkil etmək məqsədilə keçirilir.

Konfransın istiqamətləri aşağıdakılardır:

– Təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, tibb, ekologiya, yer haqqında elmlər);

– Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompüter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, nəqliyyat);

– Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat).

Qeyd edək ki, konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində fəlsəfə doktorları proqramı üzrə təhsil alan doktorantlar və tədqiqatçılar, o cümlədən əcnəbi doktorant və dissertantlar iştirak edə bilərlər. Konfrans iştirakçıları ali təhsil müəssisələri tərəfindən seçilir. Hər iştirakçı yalnız bir məruzə təqdim edə bilər.

Doktorantların və gənc tədqiqatçıların xxi respublika elmi konfransı

2019-07-06 13:18:00

Doktorant və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı keçiriləcək

Təhsil naziri Ceyhun Bayramov doktorantların və gənc tədqiqatçıların XXIII respublika elmi konfransının keçirilməsi barədə əmr imzalayıb. Əmrin imzalanmasında məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır. AzEdu.az Təhsil Nazirliyinin saytına istinadla xəbər verir ki, Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan konfrans dekabrın 3-4-də Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcək. Əmrə əsasən, ali təhsil müəssisələrinin rektorları doktorantların və gənc tədqiqatçıların məruzə tezislərinin oktyabrın 10-dək Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə təqdim olunmasını təmin etməlidirlər. Bundan başqa, Azərbaycan Memarlıq və Memarlıq Universitetinin rektoruna konfransın yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaratmaq, konfransın proqram və materiallarının nəşrini təmin etmək, Elm, ali və orta ixtisas təhsil şöbəsinə isə konfransın keçirilməsi ilə əlaqədar lazımi təşkilati məsələləri həll etmək tapşırılıb.

Bu bölməyə aid digər xəbərlər

Bir nəfər niyə 30 il kafedra müdiri işləməlidir? – Rektordan ETİRAZ

2023-03-13 12:52:03

Ruh çağıran 28 məktəbli qız xəstəxanalıq olub

2023-03-12 10:52:43

Yaralananlardan biri bu universitetin TƏLƏBƏSİDİR

2023-03-10 15:50:27

HIPPO Olimpiadası üçün qeydiyyat yekunlaşır

2023-03-10 11:49:53

Azərbaycanda yoluxma kəskin azaldı

2023-03-09 19:00:00

İsmayıllıda əməkdar müəllim vəfat edib

2023-03-09 12:44:22

UFAZ fəaliyyətini genişləndirir

2023-03-09 11:16:00

Deputatdan AZAL-a ÇAĞIRIŞ: Heç olmasa tələbələrə güzəşt edin!

2023-03-07 12:35:02

DİM martın 9-da GRE imtahanı keçirəcək

2023-03-07 10:48:56

Direktorlara təlim keçirilib

Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransı keçirilir

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransının açılış mərasimi keçirilib.

Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak edirlər. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova elmi konfransın əhəmiyyətinə toxunaraq, bu konfransın doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə həyata keçirilən növbəti tədbirlərdən biri olduğunu söyləyib.

Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov konfransın məşhur Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunduğunu, Nəsimi poeziyasının Azərbaycan ədəbiyyatının daha da zənginləşməsində misilsiz rol oynadığını xatırladıb. Təhsil naziri “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsi və yeni akademik mühitin yaradılması, eləcə də digər istiqamətlərdə tədbirlər həyata keçiriləcəyini qeyd edib.

Ceyhun Bayramov bildirib ki, bu il “Web of Science” indeksli elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında birinciliyini qoruyub saxlayır. Nazir əlavə edib ki, Azərbaycan təhsilinin və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri cəmiyyətin bugünkü və gələcək inkişaf səviyyəsinə adekvat olan yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasıdır.

Daha sonra çıxış edən AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Bak Dövlət Universitetinin rektoru Elçin Babayev və digər çıxışçılar konfransın əhəmiyyətindən söz açıb, ölkəmizin ali təhsil müəssisələrinin elmi infrastrukturu və elmi potensialı haqqında fikirlərini bildiriblər.

Plenar iclasdan sonra konfrans öz işini bölmələr üzrə davam etdirəcək.

Qeyd edək ki, konfransda iştirak üçün müraciət etmiş 500 doktorant və gənc tədqiqatçının məruzələri 15 bölmə üzrə dinləniləcək. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi üçün yaradılmış 15 bölməyə tanınmış alimlər rəhbərlik edir.

Comments are closed, but trackbacks and pingbacks are open.