Press "Enter" to skip to content

Sl dostluq hər adama qismət olmur

Yalnız yaxşı və istedadlı adamlarla dostluq et ki, sən də dostlarının şöhrət tapdığı istedadlarla hörmət qazanıb təriflənəsən. Tək olmaq pislə oturmaqdan yaxşıdır.

Dostluq haqqında qısa

Dostluq həyatın ən gözəl anlamıdır. O qədər dəyərli bir münasibətdir ki… Sözlərlə anladılması çətindir.Bunu qorumaq üçün sidq ürəkdən çalışmaq lazımdır. Dostlarınla gözəl münasibət qur.

Dünyada eyibsiz adam ola bilməz, lakin sən mərd ol,mərd adamda çox da nöqsan olmaz. Namərdlə dostluq etmə, namərd dostdan xeyir gəlməz. Badə dostlarını dost hesab etmə, çünki onlar qədəhi üstün tuturlar, səni yox. Dostun yaxşısı da olar, pisi də, hər ikisi ilə dostluq et, yaxşıları ilə ürəkdən dostluq et, pisləri ilə dildə dost ol. Beləliklə, hər iki tərəfin dostluğu təmin edilmiş olar.

Ehtiyac həmişə yaxşı dostlara düşməz, elə vaxt gələ bilər ki, pis dostlara da adamın işi düşə bilər. Hərçənd yaxşıların yanına getmək pislərin yanında hömətini azaltdığı kimi, pislərin yanına getmək yaxşıların yanında hörmətini azaldar, lakin sən yaxşıların yolu ilə get ki, hər iki dəstənin dostluğu sənə nəsib olsun, amma heç vaxt axmaq adamlarla dostluq etmə, çünki axmaq dost öz dostluğu ilə elə şeylər edər ki, yüz ağıllı öz düşmənçiliyi ilə onu edə bilməz.

Adamlarla orta dost ol, dostlarının çoxluğuna bel bağlama… Əsl dost özünü hesab et, ətrafina diqqətlə bax.. Dostlarının etibarlılığına ümid edib arxayınlaşma…Min dostun olsa belə, heç kəs sənə özündən artıq dost ola bilməz. Dostu xoş və bəd gündə də yoxla, xoş gündə hörmətinə, bəd gündə isə köməyinə görə. Düşmənini düşmən hesab etməyəni dost bilmə, elə adam tanış adlanar, dost sayılmaz.

Yalnız yaxşı və istedadlı adamlarla dostluq et ki, sən də dostlarının şöhrət tapdığı istedadlarla hörmət qazanıb təriflənəsən. Tək olmaq pislə oturmaqdan yaxşıdır.

Tamahkar dostdan qaç, onun dostluğu tamah üzündən olar, həqiqi dostluq olmaz. Kinli adamlarla dostluq etmə, kinli adam dostluğa layiq deyil, ürəyi həmişə kinlə dolu olar.

Hər zaman dostluqda möhkəm ol, onda sənin də işlərin möhkəm olar. Axmaq bir şey üstə dost səndən üz döndərirsə, onu geri qaytarmağa çalışma. Deməli ləyaqəti yoxdur. Dostlarınla pis vaxtlarında da yaxşı vaxtlarındakı kimi rəftar et. O adamı dost hesab et ki, onun da səni dost hesab etdiyinə əminsən…

Nəyim varsa – mən payladım dostlara,
O dosta ki, onun yoxdu, mənim çox.
Hərdən – hərdən mən də umdum dostlardan,
O dostdan ki onun çoxdu, mənim yox. Dara düşdüm darda görsəm dostumu,
İçimdəcə həzin – həzin ağladım.
Öz yaramın sarığını açıb mən,
Dostlarımın yarasını bağladım.

Qaça-qaça, uça-uça yaşadım.
Kim bilir, mən niyə belə incəldim,
Kimsə dostun sərvətini bölüşdü,
Mən dərdini bölüşəndə dincəldim.

İçim-çölüm çox oxunan kitabdır,
Düşünməyin: “yerin-göyün sirri o”.
Tanış olun dost sandığım dostlarla:
Biri odu, biri odu, Biri o…

Bir də, dostlarının dostları haqqında fikirləş, onlar da dostlar cərgəsində hesab edilərlər, lakin düşməninlə dostluq edəndən ehtiyatlı ol, ola bilər onunla dostluğu səninkindən möhkəm olsun və düşmənindən əvvəl sənə zərər yetirsin. Dostunla düşmənlik edənlərdən də özünü qoru. Heç bir səbəb və əsas olmadan səndən şikayətlənən dostlardan dostluq gözləmə.

Tez-tez dost dəyişdirməyi adət etmə,dostu çox olanın eyibləri örtülər, ləyaqətləri meydana çıxar, lakin təzə dost tapdıqda köhnəsinə uz çevirmə. Yenisi ilə dost ol,köhnəsi də qoy yerində qalsın, beləliklə, dostların sayı çoxalsın. Deyiblər ki : “Yaxşı dost böyük xəzinədir”. Bir də, səninlə dostlaşmaq istəyən,lakin hələlik yarımdost olan adamlar haqqında da fikirləş, onlara yaxşılıq et.

Dostluq zamana və yerinə baxmadan, maddi və mənəvi keyfiyyətlərə o qədər də əhəmiyyət verməyən dünyanı ağ-qara rəngdə yox, rəngarəng görən duyğu və duşüncəsini özündə cəm edən insandır.

Dost varlığıyla hər anımı dəyərli edən sevinc, göz yaşı, qurur, təsəlli hissini bir arada yaşada bilən,həyatıma dəyər qatan unudulmaz varlığımdır.

Varlığı mənim üçün dəyişməz qalan, uzaqlarda olsa da yeri hər zaman görünən,varlığını bir sms-lə bildirən candır – dost.

Dostluq fədakarlıqdır. Özünə belə etiraf edə bilmədiyin sirrini, yaşadığın hər anı bilən,sənə mənəvi dayağ olan, Üzüntülü anında belə üzünü bir anlığa da olsa güldürə biləndir dost. Sənin dərdini özününki bilən,yaşadığın hər anı səninlə yaşayan etibarlı bir ürəkdir. Həyatda hamıya inam ,etibar olmaz dost elə bir seydir ki, ona gözü bağlı güvənməlisən. Təbii ki, bunun üçün zaman da çox önəmlidir.

Kimlər həyatımıza gəlsə də onun yeri həç vaxt dəyişmyərək qalacaq. Mənim üçün bu, illər keçsə də belə qalacaq. Bəlkə də belə düşündüyüm üçündür ki, illərdir dostluqlarım davam edir. Dostluğa nə qul, nə ağa lazımdır. O,bərabərliyi sevir.

Bəzən dostluqlar adi bir səbəbdən bitə bilir. Bunu hər iki tərəf də qəbul etməsə də, bəzən qurur hissi bunu bitirə bilir, bəzən də başqa birinin tək bir sözü. Mən bilib-bilmədən dostluğu bitirməyə çox qarşıyam. Nöqsansız dost axtaran dostsuz qalar.

Həyatda bəzi anlar vardır ki, o anlarda dost və düşmənini tanıya bilirsən. Məncə dost şad gündə tanınır, çünki dar gündə hamı yanında olur.ama sevincli gününə hamı sevinə bilməz. Ailə və dostdan başqa.

Dost sarğı kimidir. Yapışdırarkən yaranı sarar amma çıxararkən canı yandırıb yaxar…

Əsl dostluq hər adama qismət olmur

Day.Az представляет новость на азербайджанском языке.

İnsanlar uşaqlıqdan dostluq münasibətlərinə ehtiyac duyurlar. Əsl dost dostunu çətinlikdə qoymur, bəzi hallarda onu ailə üzvlərindən daha yaxşı tanıyır və başa düşür. Dostlar başqalarına deyə bilmədiklərini bir-biri ilə bölüşür, ehtiyac olduqda mənəvi və maddi dəstək göstərirlər. Eləcə də, dostu olan insan özünü yalnız hiss etmir, ona inanır, etibar edir.

Bəzən biz tanışlarımızı da dost adlandırırıq. Psixoloq Lalə Əhmədovanın sözlərinə görə, dostluq münasibətlərində yaxınlığın bir neçə dərəcəsi var. Dost nadir hallarda görüşdüyümüz və ya tez-tez gördüyümüz insan da ola bilər. Elə dost var ki, onunla biz sevdiyimiz işi, oxuduğumuz kitabları, baxdığımız filmləri, xəbərləri və s. müzakirə edə bilərik. Elə də adamlar var ki, onunla sirrimizi bölüşürük. “Dostluq münasibətləri müxtəlif olur və göstərdiyimiz səmimiyyətə görə fərlənir. Yaxın dostlar, uşaqlıq dostları, köhnə dost, rəfiqələr və ya sadəcə tanışlar ola bilər”.

L.Əhmədova bildirib ki, adətən ailəli və ya çox işgüzar adamların dostluq münasibətləri bir qədər soyuq olur. Onları tanış adlandırmaq olar: “Onlar vaxtlarının çox hissəsini ailəsinə və ya işinə sərf edir, dostlarına o qədər də çox vaxt ayırmır və az diqqətli olurlar. Tanış dost qədər yaxın deyil, bu cür münasibətlərdə inam və etibar hissi az olur. Tanışları dost da adlandırmaq olar. Amma bu əsil dostluq münasibəti deyil. Onlarla boş vaxtını yaxşı keçirmək, istirahətə getmək, əylənmək, kinoya baxmaq, işləri müzakirə etmək və s. olar. Onlarla təklikdə və ya bir neçə adamla birgə dostluq etmək olar. Bu cür dostluq münasibətləri çox tez inkişaf edir. Tanışları həyata baxış tərzlərindəki oxşarlıq, ümumi maraqlar bir-birinə bağlayır. Tanışlardan çox da çətin olmayan problemlərdə və işlərdə kömək gözləmək, onlarla şənlənmək, ad günü, toy və s. mərasimlərə dəvət etmək olar. Amma bu cür münasibətlər uzun sürmür. Belə ki, maraqlar, insanların həyat tərzi dəyişəndə münasibətlər başqa formaya keçir. Ya yeni tanışlarla vaxt keçirdikləri üçün köhnə dostluq münasibətləri iflasa uğrayır, ya da hansısa problemlər üzündən həmin tanışlarla görüşlər azalmağa başlayır. Tədricən tanışlar bir-birini unudurlar. Ola bilsin ki, onlar arasında daha soyuq münasibətlər uzun müddət davam etsin”.

Psixoloq qeyd edib ki, əgər həmin tanışlarla iş yerində tanış olmusunuzsa, iş yerini dəyişdikdə onları daha az gördüyünüz üçün dostluq münasibəti itir. Eləcə də tanışların bir-birindən sirr saxlaması, intriqalar, paxıllıq və s. anlaşılmazlıqlar münasibətin sona çatmasına səbəb olur.

Güclü dostluq münasibətləri isə başqa cür olur. Müsahibimiz bildirib ki, yaxın dostlar bir-biri ilə səmimi olur, bir-birinə etibar edirlər: “Əsl dostluq münasibətləri insanın mənəvi ehtiyaclarını ödəyir. Dostlar bir-birinə istənilən çətinlikdə dəstək olurlar. Əsl dost dostunun həyatında xüsusi olmağa çalışmır. O, dostunun ailəsinin, başqa yaxınlarının olduğunu anlayır və onun sevgisini bölməyə hazır olur”.

Onun sözlərinə görə, yaxın dostlar arasında da münasibətlərin səmimilik dərəcəsi fərqlənir. Onların arasında eləsi olur ki, ona hər şey deyə bilirik. Eləsi də olur ki, onunla sadəcə həyatımızın ən xoş və ya ağrılı anlarını bölüşürük. Yaxın dostlardan ən çətin anlarda belə kömək, səmimiyyət, xeyirxahlıq, maddi və mənəvi dəstək gözləyə bilərik.

Dostluq münasibətləri güclü olduqda belə, dostlar ayırla bilərlər. Bəzi hallarda dostun biri o birinə nisbətən daha çox qayğı göstərməyə, daha çox diqqət yetirməyə, kömək etməyə, dostuna vaxt ayırmağa başlayır. Qarşılığın olmaması da münasibətin sona yetməsinə gətirib çıxarır. Zaman keçdikcə dünya baxışlarındakı fərqlərin yaranması, hər biri üçün dəyərlərin dəyişməsi, qısqanclığın və ya rəqabət hissinin baş qaldırması da dostluğun bitməsinə səbəb olur. Dostlardan birinin xəyanəti, sirrin üstün açılması da bu münasibətlərə son qoya bilər. Bəzi hallarda isə dostlar məcbur olduqları üçün bir-birindən ayrılırlar. Ailə qurduqdan sonra həyat yoldaşının dost-tanışlarla əlaqə saxlamağa qadağa qoyması dostların ayrılmasına səbəb olur.

Həmsöhbətimizin sözlərinə görə, hər bir münasibətdə olduğu kimi, dostluq münasibətində də aradakı səmimiyyəti, sevgini, mehribanlığı qorumaq lazımdır: “Əsl dostluq hər adama qismət olmur. Dostlar bir-birinin yanında özlərini maskalanmış aparmırlar. Əslində necədilərsə, bütün mənfi xüsusiyyətləri ilə dostlarının yanında səmimi olurlar. Dostlar bir-birinə laqeyd qalmır. Dostun dərdi insanın öz dərdinə çevrilir”.

Elə də adamlar var ki, onlar özlərini yaxın dost kimi göstərsələr də, əslində çox laqeyd olurlar. Onlar dostluğa qarşılıqlı cavab vermirlər. Eqoist və dəyişkən xasiyyətə malik olan belə adamlar dostlarını çətin vəziyyətdə tərk edirlər. Onlar dostu problemləri barədə danışarkən, utanmadan öz problemlərindən danışmağa başlayırlar. Bu cür dostluq münasibəti şəsxin yalançı dost olduğunu anlayandan sonra bitir.

/Ekspress.az/

Comments are closed, but trackbacks and pingbacks are open.