Dövlət qulluğu kateqoriyaları hansılardır
aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi
Dövlət qulluğu üzrə müsahibədə bu günədək 219 nəfər uğur qazanıb
Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla, ümumilikdə 6 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (6 vəzifə) və B (337 vəzifə) növünə aid olan 343 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 1-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.
Avqustun 7-si saat 12:50-yə olan məlumata görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş 219 nəfər müxtəlif vəzifələrə uyğun bilinib.
DİM-dən Mektebgushesi.az-a bildirilib ki, müsahibələr oktyabrın 21-dək davam edəcək. Müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (317 vəzifə) tərəfindən təqdim olunub. Ümumilikdə müsahibəyə çıxarılmış 343 vakant vəzifənin 1-i 4-cü təsnifata, 28-i 5-ci təsnifata, 2-si 6-cı təsnifata, 312-si isə 7-ci təsnifata aid olmaqla, 1-i AB, 5-i AC, 28-i BA, 309-u isə BB vəzifə qrupuna aiddir.
Dövlət qulluğu kateqoriyaları hansılardır?
Keçən məqaləmizdə sizlərə dövlət qulluğu barəsində ümumi məlumat vermişdik. Indi isə aşağıdakı mövzular haqqında ətraflı məlumat verəcəyik:
Dövlət qulluğuna qəbul necə aparılır?
Dövlət qulluğu imtahanları necə keçirilir?
Dövlət qulluğu kateqoriya nədir və keçid balı nə qədər olur?
Dövlət qulluğuna qəbul
Dövlət qulluğuna qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) dövlət qulluğuna qəbul prosesində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.
Dövlət qulluğu test imtahanı
Dövlət qulluğuna qəbulun test imtahanı mərhələsi Mərkəz tərəfindən inzibati vəzi-fələrin təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında (ali kateqoriya dövlət orqanları və yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə həyata keçirilir. Test imtahanı inzibati dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir:
Dövlət qulluğu kateqoriyaları
- 1. A növü – inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:
- – AA qrupu;
- – AB qrupu;
- – AC qrupu.
- – BA qrupu;
- – BB qrupu.
Test imtahanı mərhələsində namizədlərə qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar təqdim olunur. Test tapşırıqlarının məzmunu, növü, ümumi sayı, sahələr və çətinlik dərəcəsi vəzifə altqruplarına uyğun olaraq müxtəlif olur və Mərkəz tərəfindən müəyyən edilir. Test imtahanı proqramları Mərkəzin internet portalında (bundan sonra – portal) yerləşdirilir. Test imtahanı Mərkəzin qərarı ilə kağız daşıyıcılarda və ya kompyuter vasitəsilə aparılır.
Dövlət qulluğu imtahanında iştirak
Test imtahanında iştirak etmək üçün namizədlər Mərkəzin portalı vasitəsilə onlayn qeydiyyatdan keçir. Portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və namizədin hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası göndərilir. İmtahanın keçiriləcəyi yer və vaxt haqqında məlumat test imtahanına ən azı 5 gün qalmış Mərkəzin portalında yerləşdirilir. Bununla yanaşı, namizəd test imtahanında iştirakla bağlı məlumatı özündə əks etdirən imtahana buraxılış vərəqəsini portal vasitəsilə çap edərək əldə edir. Namizəd imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini gətirir. İnzibati vəzifələrin qrupları, alt qrupları, hər alt qrup üzrə keçid balları aşağıdakı cədvəldə göstərilmişdi.
Vəzifə
qrupu
Vəzifə
altqrupu
Altqrupa daxil olan vəzifələr
Keçid
balı
(faizlə)
inzibati vəzifələrin 1-ci təsnifatı üzrə:
dövlət orqanlarında aparat rəhbəri
inzibati vəzifələrin 2-ci təsnifatı üzrə:
dövlət orqanlarında aparat rəhbəri;
dövlət orqanlarında aparat rəhbərinin müavini və
mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri;
fondların icraçı direktoru və direktoru
inzibati vəzifələrin 3-cü təsnifatı üzrə:
şöbə müdirinin müavini;
dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi;
dövlət orqanlarında aparat rəhbəri;
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi;
inzibati vəzifələrin 3-cü təsnifatı üzrə:
mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri;
fondların icraçı direk torununvə direktorunun m üavini; dövlət orqanlarında aparat rəhbərinin müavini
inzib ati vəzifələrin 4-cü təsnifatı üzrə:
şöbə müdiri; sektor müdiri; regional bölmənin rəhbəri
inzib ati vəzifələrin 4-cü təsnifatı üzrə:
şöbə müdirinin müavini; dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi; regional bölmənin rəhbərinin müavini
inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
sektor müdiri; şöbə müdiri
inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
şöbə müdirinin müavini
inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
yerli bölmənin rəhbəri; mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri
inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:
şöbə müdiri; sektor müdiri; yerli bölmənin rəhbəri
inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:
yerli bölmələrin rəhbərlərinin müavini; şöbə müdirinin müavini; mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri
inzibati vəzifələrin 7-ci təsnifatı üzrə:
inzibat i vəzifələrin 4-cü təsnifatı üzrə:
baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi
inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:
aparıcı məsləhətçi; məsl əhətçi
inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi
inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi
inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:
baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi
inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:
aparıcı məsləhətçi; məsl əhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi
inzibati vəzifələrin 7-ci təsnifatı üzrə:
baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi
inzibati vəzifələrin 7-ci təsnifatı üzrə:
aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi
Əziz bakalavr diplomu olan tələblər siz də dövlət qulluqçusu olmaq istəyirsinizsə gələcəyinizi peşəkar və bu sahədə öz sözünü demiş EDU COMPANY TƏHSİL ŞİRKƏTİ nə əmanət etməlisiniz.
EDU Company ən etibarlı bələdçiniz
Dövlət Qulluğu haqqında daha Ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz;
TƏHSİL KOMPASI
CƏHƏTİNİZİ BİZİMLƏ MÜƏYYƏN EDİN , TƏHSİLƏ AİD REKLAM BLOGU VƏ ONLAYN KİTABLAR , DƏRSLİKLƏR , KURİKULUM TESTLƏRİ , MƏNTİQ TESTLƏRİ , İNFOMATİKA TESTLƏRİ , ABİTURİENT , blogreklamedu , HAZIRLIQ KURSLARI , 2017-2020
SON YAZILAR
Post Top Ad
- AZƏRBAYCAN DİLİ
- BİOLOGİYA
- COĞRAFİYA
- FİZİKA
- İBTİDAİ SİNİF
- İNFORMATİKA
- İNGİLİS DİLİ
- KİMYA
- RİYAZİYYAT
- TARİX
- MƏNTİQ
- KURİKULUM
- DÖVLƏT QULLUĞU
- MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU
- HAZIRLIQ KURSLARI
- REPİTİTORLAR
- DƏRSLİKLƏR
- BƏDİİ ƏDƏBİYYAT -PDF
- BƏDİİ ƏDƏBİYYAT PDF 2
- HÜQUQ ƏDƏBİYYATI -PDF, Yüklə
- ONLAYN KİTABLAR VƏ DƏRSLİKLƏR – YÜKLƏ – PDF
- KİTAB GÖNDƏR
- XƏBƏR
- ARAŞDIRMA
- MARAQLI
- BLOG YAZILARI
- DÜNYA TƏHSİLİ
- SƏNƏDLİ FİLMLƏR
- FORUM
- Haqqımızda
- KSQ , BSQ , TESTLƏR
Home Dövlət qulluğu Dövlət qulluğu sualları DÖVLƏT QULLUĞU TEST SUALLARI PDF – CAVABLI
DÖVLƏT QULLUĞU TEST SUALLARI PDF – CAVABLI
Dövlət qulluğu imtahanına hazırlaşanlar üçün dövlət qulluğu test sualları – PDF .
Cavablı testlər . Əsas suallar konstitusiyaya aiddir.
Qeyd : Test sualları bizə aid deyil . Müəlliflik hüququ ilə bağlı şikayət olsa yazı silinə bilər. Faylda müəllif adı göstərilib.
Comments are closed, but trackbacks and pingbacks are open.