Press "Enter" to skip to content

Daxili dəyərlər: xüsusiyyətləri, nümunələri

Azərbaycan vilayəti geniş əraziləri əhatə edən Səfəvilər imperiyasının mərkəzi vilayəti idi. Dövlətin digər əraziləri, vilayətləri Azərbaycandan idarə olunurdu. Azərbaycan şəhərlərindən Təbriz dövlətin siyasi mərkəzi, Ərdəbil isə dini mərkəzi idi. Təbriz XVI əsrin ortalarında öz mövqeyini əldən verdisə də, Ərdəbil dini mərkəz kimi imperiyanın bütün mövcudluğu dövründə öz rolunu saxladı.
Səfəvilər dövrü Azərbaycanını səciyyələndirən digər mühüm cəhət ölkənin bütün ərazilərinin vahid dövlətin tərkibində birləşməsi idi. Bu baxımdan səfəvilər dövrü başqa dövrlərdən fərqlənir. Səfəvilər ilk növbədə az-çox öz müstəqilliyini mühafizə etmiş dövlət qurumlarını ləğv etdi; 1538-ci ildə şirvanşahların, 1551-ci ildə Şəki məliklərinin fəaliyyətinə son qoyuldu. Beləliklə də, Azərbaycanın bütün əraziləri bir dövlətin tərkibində vahid şəkildə birləşdirildi. Bu səfəvilərin fəaliyyətində ən mühüm müsbət hal kimi qiymətləndirilir. Azərbaycanın vahid şəkildə mövcudluğu iki əsrə qədər mühafizə olundu.
Səfəvilər dövlətinin təsisi və fəaliyyəti nəticəsində Azərbaycanın, bir vilayət kimi, hüdudları da genişləndi. Bu cəhət ölkənin şimali-qərb istiqamətində daha bariz şəkildə nəzərə çarpır. Səfəvilərin apardığı siyasət bu bölgədəki ərazilərimizin çoxalmasına gətirib çıxardı. Müasir Borçalı mahalı, Göycə mahalı tam şəkildə Azərbaycan vilayətinin tərkibində idi. Azərbaycanın həmin bölgədəki sərhədləri təxminən Tiflisə yaxın ərazidən keçirdi. Kartli və Kaxetiya əraziləri də Azərbaycan vilayətinin tərkibində idi. Səfəvilər dövlətinin şimali-qərb ərazilərinin əsasını Azərbaycan və qismən də, Gürcüstan əraziləri əhatə edirdi. XVIII əsr müəllifi Azər Beydili yazır ki, Azərbaycan sərhədləri ilk vaxtlarda Fars (Əcəm) İraqı, Gürcüstan, Ermənistan, Kürdüstan, Şirvan, Muğan əraziləri ilə hududlanırdı, hal-hazırda isə bütün Şirvan, Muğan, Gürcüstan və Ermənistan Azərbaycanın tərkibinə daxildir.

Səfəvilər dövrü Azərbaycanının tarixi-siyasi coğrafiyası

XV əsrin sonları — XVI əsrin ilk illəri Azərbaycanda Ağqoyunlular dövlətinin zəifləməsi, parçalanması və süqutu və Səfəvilər dövlətinin təsisi ilə səciyyəvidir. Bilindiyi kimi, səfəvi şeyxləri uzun müddət hakimiyyət uğrunda mübarizə aparmış, əvvəlcə Ərdəbildə şiəlik məzhəbinin başçıları kimi tanınmışlar, sonra isə ağqoyunlular dövründə yaranmış siyasi vəziyyətdən istifadə edərək hakimiyyətə gəlmişlər. Bu işdə Şeyx Cüneyd, Şeyx Heydər və əlbəttə, I İsmayılın fəaliyyəti mühüm rol oynamışdır. 1501-ci ildə İsmayılın qurduğu Səfəvilər dövləti 1736-cı ilə kimi fəaliyyət göstərmiş və 236 il mövcud olmuşdur.
Səfəvilər dövləti geniş əraziləri əhatə edirdi. Onun tərkibinə Azərbaycan, Ermənistan, Şərqi Gürcüstan, Kiçik Asiyanın şərq hissəsi və demək olar ki, bütün İran ərazisi daxil idi. Dövlətin cənub sərhədləri İran (Fars) körfəzindən, şimal sərhədləri Dərbənd mahalının şimalından, şərq sərhədləri Amu-Dərya çayından, qərb sərhədləri isə Kiçik Asiya və Gürcüstan ərazilərinin təxminən ortasından keçirdi. Səfəvilər orta əsrlər Şərqində fəaliyyət göstərmiş böyük imperiyalardan idi. Dövlətin paytaxtları müxtəlif dövrlərdə Təbriz, Qəzvin (1555) və İsfahan (1598) şəhərləri olmuşdur.

Azərbaycan vilayəti geniş əraziləri əhatə edən Səfəvilər imperiyasının mərkəzi vilayəti idi. Dövlətin digər əraziləri, vilayətləri Azərbaycandan idarə olunurdu. Azərbaycan şəhərlərindən Təbriz dövlətin siyasi mərkəzi, Ərdəbil isə dini mərkəzi idi. Təbriz XVI əsrin ortalarında öz mövqeyini əldən verdisə də, Ərdəbil dini mərkəz kimi imperiyanın bütün mövcudluğu dövründə öz rolunu saxladı.
Səfəvilər dövrü Azərbaycanını səciyyələndirən digər mühüm cəhət ölkənin bütün ərazilərinin vahid dövlətin tərkibində birləşməsi idi. Bu baxımdan səfəvilər dövrü başqa dövrlərdən fərqlənir. Səfəvilər ilk növbədə az-çox öz müstəqilliyini mühafizə etmiş dövlət qurumlarını ləğv etdi; 1538-ci ildə şirvanşahların, 1551-ci ildə Şəki məliklərinin fəaliyyətinə son qoyuldu. Beləliklə də, Azərbaycanın bütün əraziləri bir dövlətin tərkibində vahid şəkildə birləşdirildi. Bu səfəvilərin fəaliyyətində ən mühüm müsbət hal kimi qiymətləndirilir. Azərbaycanın vahid şəkildə mövcudluğu iki əsrə qədər mühafizə olundu.
Səfəvilər dövlətinin təsisi və fəaliyyəti nəticəsində Azərbaycanın, bir vilayət kimi, hüdudları da genişləndi. Bu cəhət ölkənin şimali-qərb istiqamətində daha bariz şəkildə nəzərə çarpır. Səfəvilərin apardığı siyasət bu bölgədəki ərazilərimizin çoxalmasına gətirib çıxardı. Müasir Borçalı mahalı, Göycə mahalı tam şəkildə Azərbaycan vilayətinin tərkibində idi. Azərbaycanın həmin bölgədəki sərhədləri təxminən Tiflisə yaxın ərazidən keçirdi. Kartli və Kaxetiya əraziləri də Azərbaycan vilayətinin tərkibində idi. Səfəvilər dövlətinin şimali-qərb ərazilərinin əsasını Azərbaycan və qismən də, Gürcüstan əraziləri əhatə edirdi. XVIII əsr müəllifi Azər Beydili yazır ki, Azərbaycan sərhədləri ilk vaxtlarda Fars (Əcəm) İraqı, Gürcüstan, Ermənistan, Kürdüstan, Şirvan, Muğan əraziləri ilə hududlanırdı, hal-hazırda isə bütün Şirvan, Muğan, Gürcüstan və Ermənistan Azərbaycanın tərkibinə daxildir.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, səfəvilər Azərbaycanının, mərkəzi vilayət kimi, ərazisi bütün orta əsrlər Azərbaycanının ən geniş, əhatəli ərazisi olmuşdur. Göstərildiyi kimi, bu dövr Azərbaycanı bir tərəfdən bütün ərazilərinin vahid dövlətin tərkibində birləşməsi ilə diqqəti cəlb edirsə, digər tərəfdən torpaqlarının çoxluğu, hüdudlarının genişliyi ilə fərqlənirdi. Bununla belə, ölkə ərazisinin nə qədər olduğunu bir mənalı söyləmək mümkün deyil. Təxmini hesablamalar Azərbaycanın həmin dövrdəki ərazilərinin 400.000 kv. km-dən artıq olduğunu deməyə imkan verir.
Səfəvilər dövründə Azərbaycan vilayəti inzibati-ərazi bölgüsü baxımından bəylərbəyliklərə ayrılmışdı. Azərbaycanda 4 bəylərbəylik var idi: Azərbaycan (və ya Təbriz) bəylərbəyliyi; Şirvan bəylərbəyliyi; Qarabağ (və ya Gəncə) bəylərbəyliyi; Çuxur Səəd (və ya İrəvan) bəylərbəyliyi.

Azərbaycan (Təbriz) bəylərbəyliyinin mərkəzi Təbriz şəhəri idi. Onun cənub sərhədləri Zəncan, Sultaniyə, Bidlis, Van ərazilərinə çatırdı. Azərbaycan bəylərbəyliyinin tərkibinə Talış, Astara, Qaradağ, Vərqaxan, Sarab, Mişkin, Kapanat, Xoşkrud, Gərmrud, Muğan, Ucarud, Zunuz, Cors, Marağa, Urmiya, Xoy, Salmas, Lahıcan, Saucbulaq, Mərənd və s. mahallar daxil idi. Dövrün mənbələrində Ərdəbil və Xalxalın Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil olduğu göstərilmir. Bunun, irəlidə görəcəyimiz kimi, müəyyən səbəbləri olmuşdur. Əksinə Sulta-niyə ərazisi Azərbaycan (Təbriz) bəylərbəyliyinin tərkibində idi. Bunun səbəbi Sultaniyə mahalının əhalisinin etnik və dil baxımından Azərbaycan əhalisi ilə yaxınlığı olmuşdur. Ümumiyyətlə, 18 mahalı birləşdirən Təbriz bəylərbəyliyi Muğan ərazisini də əhatə edirdi. Təbriz bəylərbəyliyi ərazisində sonralar bir neçə müstəqil xanlıq — Təbriz, Urmiya, Xoy, Marağa, Qaradağ, Sarab və s. xanlıqlar təşəkkül tapdı.

Şirvan bəylərbəyliyinin mərkəzi Şamaxı şəhəri idi. Bəylərbəyliyin cənub sərhəddi Kür çayı, şimal sərhəddi Samur çayı və Böyük Qafqaz sıra dağlarının ətəklərindən keçirdi. Dərbənd ərazisi də Şirvan bəylərbəyliyinin tərkibində idi. Dərbənddən şimalda olan Dağıstan əraziləri farsdilli mənbələrdə «Diyari-Çərkəs» (Çərkəs diyarı) adlanırdı. Bəylərbəylik qərbdə Kartli və Kaxetiya ərazisinə çatırdı. Şirvan bəylərbəyliyinin tərkibinə Salyan, Bakı, Quba və Kolxan, Dərbənd, Şəki, Ərəş, Alpaut, Ağdaş, Mahmudabad, Çəmişgizək (Kürün sol sahilində, Şamaxının qərbində) əraziləri daxil idi. Bəylərbəyliyin ərazisində Quba, Şamaxı, Bakı, Dərbənd və Şəki xanlıqları təşəkkül tapdı.

Səfəvilər dövründə Azərbaycanın inzibati-ərazi bölgüsündə olan digər 2 bəylərbəyliyin -Qarabağ (Gəncə) və Çuxur-Səəd (Irəvan) bəylərbəyliklərinin ərazisi barədə tarixi faktlar daha çoxdur. Məlum olduğu kimi, osmanlı Türkiyəsi Gəncə-Qarabağ əyaləti barədə 2 dəfə müfəssəl dəftərlər tərtib etmişdir. 1593-cü və 1727-ci illərdə tərtib olunmuş həmin dəftərlərdə əyalətin ətraflı şərhi verilir. Onları müqayisə etdikdə XVI əsrin sonu — XVIII əsrin əvvəllərində Gəncə-Qarabağ əyalətinin ərazisinin əsaslı dəyişikliyə uğramadığı bəlli olur. Aşağıdakı cədvəllər bunu daha qabarıq şəkildə nəzərə çarpdırır:
Deməli, Gəncə-Qarabağ əyaləti 1593-cü ildə osmanlılar tərəfindən tərtib olunmuş «İcmal dəftəri»nə görə 7 sancaqdan və onların tərkibindəki 36 nahiyədən ibarət olmuşdur.
1727-ci ilin dəftərində həmçinin 3 şəhər (Gəncə, Bərdə və Xılxına) və 1 qalanın (Lori) mövcudluğu da qeyd edilmişdir. Lakin, cədvəlin 8-ci bölgüsündəki 5 nahiyənin hansı livaya (sancağa) aid olduğu bilinmir. Bununla belə, onların 1593-cü ildə mövcud olmuş Xaçın sancağına daxil olduğunu söyləmək mümkündür. Belə ki, XVI əsrin sonunda Xaçın sancağı həmin 5 nahiyənin 2-sini — Xaçın və Çelaberdi özündə birləşdirirdi.

Gəncə-Qarabağ əyalətinin 1727-ci ildəki inzibati-ərazi bölgüsü

Cədvəldən göründüyü kimi, əyalətin sərhədləri şimalda Kür çayı boyunca şimali-qərbə doğru, cənubda isə Kür-Araz qovşağından Araz çayı boyunca cənubi-qərbə doğru uzanmışdır. Qərbdə sərhədlər Çuləndər, Bərgüşad, Həkəri, Keştasf, Keştək, Gəncəbasar, Qaraqaya, Türkənlər, Tavus və Həsənlu nahiyələrinin qərbindən (bəzilərinin cənubi-qərbindən), Göycə gölünün şərqindən keçərək şimala doğru davam etmiş, Tiflis əyalətinə daxil olan Borçalı və Taşır nahiyələri ilə həmsərhəd olan Lori qəzasına gedib çatmışdır. Lori ərazisi bu əyalətin tərkibində olmuşdur. Osmanlılar dövründə Qafqazda ən böyük inzibati-ərazi vahidi olan Gəncə-Qarabağ əyalətinin əhalisinin sayı hesablamalara görə 121.975 nəfər olmuş, bunun 65,9%-ni türklər (80.340 nəfər), 31%-ni ermənilər (37.885 nəfər) və 3,1%-ni kürdlər (3.750 nəfər) təşkil etmişdir. Bəylərbəylik əsasən qacar tayfasından olan Ziyadoğlular nəsli tərəfindən idarə olunmuşdur. Onun ərazisində sonralar Qarabağ və Gəncə xanlıqları təşəkkül tapmışdır.
Çıtxıtr-Səəd bəylərbəyliyinin mərkəzi İrəvan şəhəri idi və İrəvan bəylərbəyliyi kimi də tanınırdı. Çuxur-Səəd Arazın hər iki sahilindəki düzənlikləri əhatə edirdi. Bəylərbəyliyin tərkibinə Naxçıvan (XVII əsrdən), Maku, Paşak və s. ərazilər daxil idi. Bilindiyi kimi, Çuxur-Səəd bəylərbəyliyinin ərazisi müəyyən vaxtlarda osmanlı Türkiyəsinin tərkibində olmuş və İrəvan əyaləti statusu ilə tanınmışdır. Osmanlılar burada da iki dəfə məlumat xarakterli dəftərlər tərtib etmiş və əyalətin vergi ödəmə imkanını müəyyənləşdirmişlər. 1728-ci il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndən aydın olur ki, əyalət ərazi-inzibati bölgüsü baxımından aşağıdakı hissələrə bölünmüşdü: İrəvan şəhəri, Qırxbulaq, Karbi, Maku, Xınzirək, Karni, Vedi, Dərəçiçək, Abaran, Göycə, Məzrəə, Sürməli, İğdır, Aralıq, Şərur, Sədərək, Zərzəmin nahiyələri, Şuragöl livası və Naxçıvan sancağı. XVI əsrin I yarısında İrəvan və Naxçıvan əraziləri ustaclu qızılbaş qəbiləsinin məskəni olmuşdur. Sonralar Çuxur-Səəd bəylərbəyliyi qacar qəbiləsi tərəfindən idarə olunurdu. İrəvan (Rəvan) şəhəri və mahalı əsrlər boyu türklər tərəfindən idarə olunmuşdur. Ermənistan Respublikası ensiklopediyasında verilmiş məlumat bu baxımdan diqqəti cəlb edir: erməni tarixçisi Kaxin Ovaoannes Şaxxatunyan dəqiq xronologiya üzrə XIV əsrin sonlarından başlayaraq 438 il ərzində (1390-1828-ci illərdə) İrəvanın ərazisinə Naxçıvanın azərbaycanlı hakimlərinin başçılıq etdiyini xəbər verir. Sonralar bəylərbəyliyin ərazisində İrəvan və Naxçıvan xanlıqları meydana gəldi.

Səfəvilər dövründə Azərbaycanın bir neçə ərazisi adı çəkilən bəylərbəyliklərin tərkibinə daxil olmamışdır. Ərdəbil və Xalxal əraziləri bu baxımdan diqqəti cəlb edir. Ərdəbil Səfəvilər xanə-danının dini mərkəzi, şiəliyin məskəni olduğundan xüsusi idarə statusuna malik idi və səfəvi şeyxləri tərəfindən idarə olunurdu. Ərdəbilin cənubunda, Gilanın (Dar ül-mərz) cənubi-qərbində yerləşən Xalxal ərazisi isə şah sarayının təyin etdiyi məxsusi hakimlər tərəfindən idarə olunurdu və buna görə də, Təbriz bəylərbəyliyinə daxil deyildi.

Məlum olduğu kimi, Səfəvilər dövlətinin təsisi osmanlı Türkiyəsinin mənafeyinə toxunurdu. Odur ki, XVI-XVIII əsrin I rübündə qısa fasilələrlə davam edən səfəvi-osmanlı müharibələri baş verdi. Bu müharibələr əslində Cənubi Qafqaz, Kürdüstan və İraq ərazilərini, strateji və beynəlxalq ticarət yollarını ələ keçirmək uğrunda aparılmış və dini pərdə altında həyata keçirilmişdir; tərəflər sünni-şiə məsələsi ətrafında mübahisələrə girişərək öz niyyətlərinə nail olmağa çalışırdı. Həmin müharibələr 7 mərhələdə həyata keçirilmişdir və onların əksəriyyəti Azərbaycan ərazisini də əhatə etmişdir. Səfəvi-osmanlı müharibələri Azərbaycanın tarixi-siyasi coğrafiyasına ciddi təsir göstərmiş və ölkə ərazisinin azalıb-çoxalmasına, sərhədlərinin daralıb-genişlənməsinə, inzibati-ərazi bölgüsündə dəyişikliklərə səbəb olmuşdur. Tərəflər arasında bağlanmış sülh müqavilələrinin şərtlərinə uyğun Azərbaycan ərazisi də təbəddülata uğramışdır. Osmanlı-səfəvi müharibələrinin şərhinə varmadan tərəflər arasında bağlanmış müqavilələri (Azərbaycana təsiri baxımından mühüm olanlarını) nəzərdən keçirmək ölkənin tarixi-siyasi coğrafiyasında baş verən dəyişiklikləri xronoloji olaraq izləmək imkanı verir.
1514-1555-ci illərdə davam etmiş səfəvi-osmanlı müharibəsi Amasiya sülhü ilə başa çatdı (29.05.1555). Azərbaycanda möhkəmlənə bilməyən osmanlılar İraqi-Ərəb, Qərbi Ermənistan və Qərbi Gürcüstan ərazilərini ələ keçirdilər. Qars rayonu iki dövlət arasında bitərəf zona elan olundu. Azərbaycan ərazisi Səfəvilər dövlətinin tərkibində qalsa da, məhz bu müharibə nəticəsində dövlətin paytaxtı Təbrizdən Qəzvinə köçürüldü və Təbriz ölkə idarəsindəki yüksək mövqeyindən məhrum oldu.

Səfəvi-osmanlı müharibələrinin 1578-1590-cı illərdə baş vermiş ikinci mərhələsi Azərbaycanın taleyində daha ciddi rol oynadı, ölkə ərazisinin iki hissəyə parçalanmasına səbəb oldu. 1590-cı il martın 21-də bağlanmış İstanbul sülhünə görə bütün Azərbaycan (Qaradağ, Ərdəbil və Talış əyalətləri istisna olmaqla), Ermənistan, Gürcüstan, habelə İranın qərb vilayətləri (Nəhavənd, Luristan və s.) Osmanlı imperiyasına birləşdirildi. Zəbt olunmuş ərazilərdə paşalıq və sancaqlıqlar təşkil olundu. İki dövlət arasında bölünən Azərbaycan ərazisində aşağıdakı sərhəd xətti müəyyənləşdirildi: cənubi-qərbdə Marağa mahalının şərqindən (Miyanə, Sarab, Əhər şəhərlərinin qərb tərəfindən) şimala istiqamətlənən sərhəd xətti Xudafərin körpüsünə çatırdı və oradan düz şərqə tərəf uzanıb Bərzənd şəhərinin cənubundan keçərək Lənkəranın şimalında Xəzərə birləşirdi. Azərbaycanın Zəncan, Sultaniyə, Kağızkonan, Miyanə, Xalxal, Sarab, Ərdəbil, Xiyav, Əhər, Astara, Lənkəran şəhərləri səfəvilərin ixtiyarında qalmışdı. Səfəvilər dövlətinin tərkibində qalmış ərazilər vahid bəylərbəylikdə birləşdirildi. Azərbaycanın qalan ərazisi isə, istər cənub, istərsə də, şimal torpaqları osmanlıların nüfuz dairəsinə keçmişdi. Göründüyü kimi, 1590-cı il müqaviləsi vahid Azərbaycan ərazisinin 2 hissəyə parçalanmasına səbəb oldu və ölkənin tarixi-siyasi coğrafiyasına əsaslı təsir göstərdi. Çox keçmədən paytaxt yenidən dəyişildi və Qəzvindən İsfahana köçürüldü (1598). Nəticədə Azərbaycan dövlətin mərkəzi vilayətindən ətraf vilayətinə çevrildi. Osmanlılar isə Azərbaycan torpaqlarında yeni inzibati bölgü apardılar. Ölkənin mühüm məntəqələrində hərbi qarnizonlar yerləşdirildi. Şirvan Şamaxı və Dərbənd vilayətlərinə bölündü və onlara tabe olan dairələrlə — sancaqlarla birlikdə, ayrı-ayrı bəylərbəyliklərə çevrildi. Şamaxının tərkibinə 16 sancaq (Şamaxı, Lahıc, Ağdaş, Qəbələ, Salyan, Zərdab, Şəki, Bakı, Səədru, Qaraulus, Diku, Siryan, Osmani, Xudat (Xudavərd), Mahmudabad, Ərəş), Dərbəndin tərkibinə isə 8 sancaq (Dərbənd, Şabran, Axtı, Quba, Müskir (Müşkür), Kürə, Çıraq və Rustov) daxil idi. Bu bölgü növbəti səfəvi-osmanlı müharibəsinə kimi dəyişilmədi.

Səfəvi-osmanlı müharibələrinin 1603-1612-ci illərdə baş vermiş üçüncü mərhələsində səfəvilər görkəmli qələbə əldə etdilər, Azərbaycan, Ermənistan və Şərqi Gürcüstan ərazisi geri qaytarıldı. Bu işdə I Şah Abbasın (1587-1629) xüsusi rolu olmuşdur. 1612-ci ildə İstanbulda bağlanmış sülhün şərtlərinə görə osmanlılardan geri alınmış ərazilər Səfəvilər dövlətinin tərkibində qaldı. Azərbaycan ərazisi yenidən vahid şəkildə, bir dövlətin tərkibində birləşdi. 1616-1618-ci illərdə aparılmış səfəvi-osmanlı müharibələri İstanbul sülhünün şərtlərinin təsdiqlənməsi ilə nəticələndi. 1618-ci il sazişinə görə, iki dövlət arasında sərhədlər 1555-ci ilin sərhədlərinə uyğunlaşdırıldı və qərbdə Maku, İrəvan və Tiflisin qərb istiqamətindən müəyyənləşdirildi.

1623-1639-cu illərdə davam etmiş səfəvi-osmanlı müharibəsi Qəsri-Şirin sülhü ilə başa çatdı (17.05.1639) və onun şərtlərinə görə, İraqi-Ərəb Osmanlı imperiyasına qatıldı, iki dövlət arasındakı sərhəd 1612-ci il müqaviləsi əsasında təsdiq edildi. Bu vəziyyət təxminən bir əsrə qədər sabit qaldı.
Səfəvi-osmanlı müharibələrinin sonrakı mərhələsində (1723-1727) osmanlılar yenidən Azərbaycanın Marağa, Xoy, Naxçıvan, Ordubad, Təbriz, Gəncə, Ərdəbil ərazilərini və eləcə də, Şərqi Gürcüstan, Şərqi Ermənistan və Qərbi İranı zəbt etdilər. Onların qələbəsi Rusiyanın Xəzər dənizi hövzəsindəki mənafeyinə ciddi təhlükə törədirdi. Bilindiyi kimi, hələ 1722-23-cü illərdə rus qoşunları Dərbənddən Ənzəliyə qədər Xəzər dənizi sahillərini işğal etmişdi. Həmin ərazilər 1723-cü il sentyabrın 23-də bağlanmış Rusiya-İran müqaviləsinə əsasən Rusiyanın tərkibinə keçdi. Rusiya ilə Türkiyə arasında müharibə təhlükəsi yaransa da, razılıq əldə olundu. Azərbaycan ərazisinin müəyyən hissəsi osmanlıların, bir hissəsi Rusiyanın tərkibinə qatıldı. Osmanlılar tutduqları ərazilərdə yenidən inzibati-ərazi bölgüsü apardılar və sancaqlar sistemi tətbiq edildi.
Səfəvi-osmanlı müharibələrinin son mərhələsində (1730-1736) Nadirin müvəffəqiyyətli hərbi yürüşləri nəticəsində İstanbul sülhü bağlandı (17.10.1736). Onun şərtlərinə görə 1723-cü ildən başlayaraq osmanlılar tərəfindən işğal olunmuş bütün ərazilərin geri qaytarılması razılaşdırıldı. Lakin müqavilənin şərtləri həyata keçirilmədi. Sonralar Nadir şahın apardığı uğurlu müharibələr 1746-cı ildə tərəflər arasında yeni sülh müqaviləsinin bağlanması ilə başa çatdı və osmanlılar 1639-cu ilin sərhəd zonalarını tanımalı oldular.
Göründüyü kimi, səfəvi-osmanlı müharibələri Azərbaycanın ictimai-iqtisadi, mədəni həyatı ilə yanaşı ölkənin tarixi-siyasi coğrafiyasına da ciddi təsir göstərmiş, Azərbaycan ərazilərinin əldən-ələ keçməsinə, inzibati-ərazi bölgüsü baxımından dəyişilməsinə səbəb olmuşdur. Lakin, ayrı-ayrı vaxtlarda ölkə ərazisinin osmanlıların nüfuz dairəsində olmasına baxmayaraq, səfəvilərin fəaliyyətinin əksər dövrlərində Azərbaycan vahid halda onların nüfuz dairəsində olmuşdur.

Azərbaycanın tarixi-siyasi coğrafiyası baxımından səfəvi şahı I Şah Abbasın həyata keçirdiyi islahatlar müəyyən maraq doğurur. Tarixi ədəbiyyatda həmin islahatlar ikili qiymətlən-dirilir. Bir qisim tədqiqatçılar Şah Abbasın fəaliyyətinə müsbət, digərləri mənfi qiymət verirlər. Bilindiyi kimi, Şah Abbasın həyata keçirdiyi tədbirlər nəticəsində Səfəvilər dövləti özünün Azər-baycan dövləti mahiyyətini itirib İran (fars) dövləti mahiyyəti kəsb edir. Dövlətin idarəsinə farsların cəlb olunması səfəvilərin mövqeyinə ciddi təsir göstərdi. Dövlət hüquqi cəhətdən səfəvi sülaləsinə mənsub olaraq qalsa da, onun idarəsində farslar əsas qüvvəyə çevrildilər. Paytaxtın İsfahana keçirilməsi isə Azərbaycanın Səfəvilər dövlətindəki aparıcı mövqeyinə ziyan vurdu və Azərbaycan dövlətin ətraf vilayətinə çevrildi. Şah Abbasın fəaliyyətinin bu cür nəticələnməsi əlbəttə Azərbaycan dövlətçiliyinə mənfi təsir göstərdi. Digər tərəfdən Şah Abbasın hakimiyyətə gəldiyi dövrdə Səfəvilər dövləti və eləcə də, Azərbaycan tənəzzül dövrü keçirirdi və dövlətin müxtəlif hissələrə parçalanması, qonşu dövlətlər, xüsusilə də, osmanlı Türkiyəsi tərəfindən zəbt olunması təhlükəsi göz qabağında idi. Şah Abbasın islahatları bu təhlükənin qarşısını aldı. Bir tərəfdən Səfəvilər dövləti öz itirilmiş qüdrətini bərpa edə bildi, digər tərəfdən Azərbaycan vilayəti yenidən vahid şəkildə birləşdirildi və bir dövlətin tərkibində qaldı. Azərbaycan siyasi idarəçilik baxımından ikinci plana çəkilsə də, dini baxımdan dövlətin mərkəzi vilayəti olaraq fəaliyyətini davam etdirdi. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda Şah Abbasın fəaliyyəti və həyata keçirdiyi tədbirlər, islahatlar müsbət qiymətləndirilməlidir. Məhz onun dövründə möhkəmlənmiş Səfəvilər dövləti sonralar 140 ildən çox mövcud oldu və Azərbaycan öz vahidliyini, demək olar ki, qoruyub saxladı.

Səfəvilərin etnik mənsubiyyətləri barədə müxtəlif və elmi əsasa malik olmayan mülahizələr mövcuddur. Onların kürd (Zəki Vəlidi Toğan, Ə.Kəsrəvi, S.Rəhimzadə, N.Şeybani), İran (M.Müşkür) mənşəli olduqları iddia olunur və beləliklə də, Səfəvilər dövlətinin guya əvvəldən İran dövləti olduğu vurğulanır. Akad. V.V.Bartold, İ.P.Petruşevski, O.Ə.Əfəndiyev və s. tədqiqatçılar bu cür mülahizələrin elmi əsasa malik olmadığını dəfələrlə qeyd etmişlər. V.V.Bartold yazır ki, səfəvilər «Ərdəbil şeyxləridir, şübhəsiz fars deyil, türk mənşəlidirlər». İ.P.Petruşevski isə ilk səfəvilərin ana dilinin azərbaycan dili olduğunu göstərir. İlk mənbələrin («Səffat əs-səfa») məlumatı da bunu təsdiq edir. Səfəvilərin əsasını qızılbaş tayfaları təşkil edirdi. Onların tərkibində şamlu, rumlu, ustaclu, təkəli, zülqədər və s. tayfalar əsas yer tuturdular. Səfəvilərin fəaliyyətində həmçinin əfşar, qacar, varsaq, bayat, qaramanlı, barahlı, alpaut, ərəşli, qazaxlı və s. türkdilli tayfalar da yaxından iştirak etmişlər. Bununla yanaşı ölkə əhalisinin tərkibində irandilli və alban tayfaları müəyyən yer tuturdu. Azərbaycan çoxsaylı qəbilələri birləşdirən ölkə olaraq qalırdı.
Səfəvilərin fəaliyyəti Azərbaycanda dövlətçilik ənənələrinin inkişafına və möhkəmlənməsinə xidmət etdi. Sələflərinin təcrübəsindən faydalanan səfəvilər Azərbaycan dövlətçiliyini daha iki əsr davam etdirə bildilər. Dövlət idarəçiliyində yerli ənənələrdən istifadəyə üstünlük verildi.

Səfəvilərin fəaliyyəti əhalinin dini görüşlərində ciddi təbəddülatın əmələ gəlməsinə səbəb oldu. Azərbaycanın, xüsusilə Təbriz əhalisinin əksəriyyəti sünni olmasına baxmayaraq, Ərdəbil şiəliyin mərkəzi kimi şöhrətlənmişdi. Ərdəbil şeyxləri (Cüneyd, Heydər) hələ XV əsrdə şiə təriqətini yaymaqda davam etmişlər və son nəticədə bu təriqətin varisləri kimi məşhurlaşmışlar. I İsmayıl hakimiyyətə gələn kimi ilk növbədə, yəni 1501-ci ilin payızında şiəliyi dövlət məzhəbi elan etdi. Şiə fanatiki hesab olunmayan I İsmayılın dini islahatı ilk növbədə vahid Azərbaycan, mərkəzləşmiş dövlət yaratmaq məqsədindən doğurdu və öz zəmanəsi üçün müsbət hal idi. Lakin, onun bu addımı da tarixşünaslıqda ikili qiymətləndirilir. Şiəliyin möhkəmləndirilməsi ilə Azərbaycanın vahidliyinə, Səfəvilər dövlətinin təsisinə və qüvvətləndirilməsinə nail olan Şah İsmayıl, eyni zamanda, bəlkə özü də hiss etmədən, müsəlman aləmini uçuruma yuvarladı, türk dünyası arasında ciddi qarşıdurma yaratdı. Məhz həmin anlardan pisləşən Türkiyə-İran müna-sibətləri indi də gərgin olaraq qalır və bu əslində İranda yaşayan azərbaycanlılarla (şiələrlə) Türkiyə türklərinin (sünnilərin) qarşıdurmasına çevrilmişdir.

tarix elmləri doktoru,professor Vaqif Ziyəddin oğlu Piriyev
AZƏRBAYCANIN TARİXİ-SİYASİ COĞRAFİYASI

  • Teqlər:
  • Səfəvilər dövləti
  • , Azərbaycan tarixi
  • , Səfəvilər

Daxili dəyərlər: xüsusiyyətləri, nümunələri

Thedaxili dəyərlər müəyyən bir obyektin özündə olduğu, yəni onu təyin edən öz xüsusiyyətlərinə sahib olanlardır. Xüsusiyyətləri normal qəbul edildiyi üçün bu konsepsiyanı təyin etmək çox şey apardı.

Tədqiqatların çoxu daxili dəyərlərin nə olduğunu əvvəlcədən müəyyənləşdirmədən daxili dəyərlərə sahib olanlara yönəlmişdir. Digər tərəfdən, fəlsəfə tarixi boyunca bu dəyərlər digər fəlsəfi mövzuların təməllərindən biri olmuşdur.

Məsələn, nəticəlilik üçün, nəticələr, eyni şərtlər altında həyata keçirilmiş başqa bir hərəkətin nəticələrindən daha yaxşı olarsa, mənəvi baxımdan bir hərəkət doğru və ya səhvdir.

Digər nəzəriyyələr düzgün və ya yanlış bir şey etmək kimi görünən birinin edə biləcəyi hərəkətlərin nəticələrinin daxili dəyərləri ilə əlaqəli olduğuna inanırlar. Bu dəyərlərin əxlaqi ədalət mühakiməsindəki qərarlarla əlaqəli olduğunu təsdiqləyənlər də var.

Yerli dəyərlər konsepsiyası fəlsəfə tarixində uzun bir tarixə malikdir, çünki yunanlardan bəri fəzilət və fəzilət mövzusunda əsərlərində müalicə olundu, ancaq bu məsələnin aydınlaşdırıldığı və dərindən araşdırıldığı iyirminci əsrdədir.

xüsusiyyətləri

Daxili dəyərlərin xüsusiyyətlərini təyin etməzdən əvvəl bu mövzunun fəlsəfə sahəsində çoxsaylı tədqiqatların mövzusu olduğunu qeyd etmək vacibdir.

Əvvəlcə dəyərin realizmlə olduğu kimi yaxşılıqla əlaqəli olub olmadığını müəyyənləşdirmək. Bunun içərisində təbiətşünaslar yaxşılığın təbii xüsusiyyətlərlə əlaqəli olduğunu iddia edirlər.

Dəyərlə bağlı başqa bir baxış da, duyğusalçılar tərəfindən verilir. Axel Anders Theodor Hägerström, dəyərin bütün atributlarının mahiyyətcə duyğuların ifadəsi olduğunu iddia edir. Onun üçün “kimsə yaxşıdır” demək yalnız onun yaxşılığının təsdiqini vermək deyil, “o birisi üçün” deyərək deməkdir.

Bu İsveçli filosof, bu meyarı daha sonra pozitivist Alfred Jules Ayer və Charles L. Stevenson tərəfindən qaldırılan bir mövzu olan “dəyər-nihilizm” adlandırdı.

Xüsusilə Stevenson qiymətləndirmələrin natiqin tutumlarını və hisslərini ifadə etdiyini bildirdi. Beləliklə, kim “yaxşılıq dəyərlidir” deyirsə, sözügedən natiqin yaxşılığının təsdiqləndiyini ifadə edir.

Və nəhayət Monroe Curtis Beardsley’nin mövqeyi var. Bu praqmatik filosof xarici dəyəri olan bir şeyin daxili dəyəri olan başqa bir şeyin mövcudluğunu ehtimal etdiyini rədd edir. Bu səbəbdən onun üçün yalnız xarici dəyərlər mövcuddur.

Georg Edward Moore üçün daxili dəyər

Təbii olmayan fəlsəfə içərisində İngilis Georg Edward Moore var. Bu filosof, “yaxşılığı” təbii bir mülk olaraq tanıma cəhdinin “təbii yanıltmaya” düşdüyünü iddia etdi.

Bu şəkildə xeyirxahlığı və ya istəyi ilə müəyyənləşdirməkdən irəli gəlir. Yaxşılığın sadə “qeyri-təbii” bir xüsusiyyət olduğunu da açıq şəkildə göstərir. Bu o deməkdir ki, elmdə aşkarlanmayan və ya kəmiyyət olaraq təyin edilə bilməyən və ya elmi alətlərlə ölçülən bir xüsusiyyətdir.

Əsərləri daxili dəyərlər anlayışını təhlil etməyin mümkün olub-olmadığı anlayışına əsaslanır. Bu mənada bir anlayışın daha sadə elementlər tərəfindən formalaşan anlayışlara bölünməsini təklif edir.

Moore’un təklifi, konsepsiyanı anlamaq və nəyin yaxşı olduğuna qərar vermək üçün düşünülmüş bir sınaqdır. Bu, mütləq təcrid halında mövcud olan şeylərin və ya cisimlərin yaxşı bir varlığa sahib olduğunu qiymətləndirmək deməkdir.

Başqa sözlə, bəhs edilən obyektin başqaları ilə münasibətlərdən başqa bir dəyəri olub olmadığını soruşmaqdır. Beləliklə, bir şey daxili dəyərə sahib olacaq və ya daxili təbiətinə görə yaxşı olarsa, daxili baxımdan dəyərli olacaqdır. Bu başqa bir şeydən və ya bir şeydən qaynaqlanmamasıdır. Əksinə, dəyəri başqa bir şeydən qaynaqlanırsa, xarici bir dəyərə sahibdir.

John O’Neill üçün daxili dəyər xüsusiyyətləri

Fəlsəfə professoru John O’Neill, özünəməxsusluğuna görə buraxıla bilməyən daxili dəyərlərin növləri üzərində bir iş apardı.

O’Neill üçün bir dəyər daxili olur, əgər:

-Bunun özü bir məqsəddir və heç bir alət və ya son dəyəri yoxdur.

-Relyasiya dəyəri yoxdur. Bu, bir obyekt üçün xarakterik olan xüsusiyyətlərə malikdirsə və başqalarına istinad etmirsə.

Bu maddədə estetik dəyərin əlaqəli bir dəyər olub olmadığı soruşulur. Və bunun əlaqəli olduğu qənaətinə gəlir, ancaq bunun qeyri-instrumental mənada daxili olması üçün bir maneə deyil.

-Subjektiv, şüurlu qiymətləndirməyə tabe olmayan obyektiv bir dəyərə sahibdir.

Daxili dəyərlər nümunələri

Qeyd edilə bilən bəzi daxili dəyər nümunələri bunlardır:

-Bir insana sahib olduğu peşə üçün, sosial vəziyyəti üçün və ya onunla dostluq əlaqəsi olduğu üçün deyil, kim olduğuna görə qiymət vermək, çünki bütün bu dəyərlər əlaqəli və ya alətdir.

Bir mənzərəni olduğu üçün qiymətləndirin. Qumunun və dənizinin əzəmətinə görə bir çimərlikdirsə; yamaclarının gözəlliyi, zirvəsi və s. üçün bir dağdırsa

Bir turizm məkanı kimi qiymətləndirildiyi təqdirdə, sonu olan bir qiymətləndirməyə düşərdi. İqtisadi bir işə başlamaq üçün dəyər verilirsə, bu, çox vacib bir şey olardı: pul qazanmaq.

-Quraqlıqdan sonra leysan yağışa dəyər verin, çünki ətraf mühit üçün obyektiv olaraq sağ qalması üçün dəyərlidir. Bu bir əlaqəli dəyər kimi görünsə də, sağ qalmağın özü bir daxili dəyərdir, çünki onsuz həyat yoxdur.

-Heyvanın həyatını dəyərləndirin, çünki bütünlüklə həyata hörmət etməkdir. Yalnız nəsli kəsilməkdə olan bir heyvanın həyatı qiymətləndirilsəydi, bu, son qiymətləndirmə olardı. Bu, həmin növü planetdə saxlamağa çalışır.

-Bəsli bir sənətkarın və ya müəyyən bir bədii hərəkatı təmsil etməsindən asılı olmayaraq, bir sənət əsərini öz gözəlliyinə görə qiymətləndirmək, çünki bu və ya digər halda əlaqəli qiymətləndirmələrlə üzləşəcəkdir.

İstinadlar

  1. Bradley, Ben (2006). Daxili dəyərin iki konsepsiyası. Etik nəzəriyyədə və əxlaq praktikasında. Cild 9, № 2, s. 111-130. Jstor.org saytından bərpa edildi.
  2. Feldman, Fred (2000). Əsas daxili dəyər. Fəlsəfi Araşdırmalarda: Analitik Ənənədə Beynəlxalq Fəlsəfə Jurnalı. Cild 99, № 3, s. 319-346. Jstor.org saytından bərpa edildi.
  3. Goldstein, Irwin (1989). Zövq və ağrı. Şərtsiz, daxili dəyərlər. Fəlsəfə və fenomenoloji tədqiqatlarında. Cild 50, № 2, s. 255-276. Jstor.org saytından bərpa edildi.
  4. Kagan, Shelley (1998). Daxili dəyəri yenidən düşünmək. Etik jurnalında. Cild 2, № 4, s. 277-297. Jstor.org saytından bərpa edildi.
  5. O’Neill, John (1992). Təbiətin daxili dəyəri. Monist, Cild 75, Sayı 2, s. 119-137. Pdcnet.org saytından bərpa edildi.
  6. Dəyərin fəlsəfi nəzəriyyələri. Yeni Dünya Ensiklopediyası. (2016). newworldencyclopedia.org.
  7. Zimmerman, Michael J. (2014). Daxili və qarşı Xarici dəyər. Stanford Fəlsəfə Ensiklopediyası. boşqab.stanford.edu.

Qadınlarda sifilis

Qadınlarda sifilis — solğun treponema tərəfindən törədilən xroniki zöhrəvi xəstəlikdir. 90—99% hallarda cinsi yolla ötürülür. Sifilis spesifik dəri səpkiləri, limfa düyünlərinin böyüməsi, müxtəlif orqan və sistemlərin ləng, proqressivləşən zədələnmələri ilə təzahür edir. Diaqnoz klinik məlumatlar, fizikal, mikroskopik və seroloji müayinələrin nəticələrinə əsasən qoyulur. Spesifik müalicə xəstəliyin mərhələ və gediş xüsusiyyətlərinə əsasən seçilən treponema əleyhinə preparatların təyinindən ibarətdir.

  • Qadınlarda sifilisin yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Qadınlarda sifilisin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Qadınlarda sifilisin müalicəsi
  • Proqnoz və profilaktika

Qadınlarda sifilis barədə ümumi məlumat

Sifilis haqqında ilkin məlumatlar XV-XVI əsrlərə təsadüf edir, lakin onun törədicisi 1905-ci ildə avstriyalı Frits Şaudin və Erix Hoffman tərəfindən kəşf olunmuşdur. Son illər sifilislə xəstələnmənin azalma tendensiyası qeydə alınır. Risk qrupuna yüngül həyat tərzi keçirən qadınlar, homoseksualistlər daxildir. Sifilis adətən 20-39 yaşlı qadınlarda müşahidə edilir. Qadınlar bu virusa kişilərə nisbətən daha az yoluxur.

Qadınlarda sifilisin yaranma səbəbləri

Xəstəliyin törədicisi xarakterik nazik spiralşəkilli formaya və boyaq maddələrinə qarşı aşağı həssaslığa malik solğun treponemadır (solğun spiroxet, Treponema pallidum). Toxuma paraziti sayılan mikroorqanizm hüceyrə və onun nüvəsinə daxil olarkən öz həyat qabiliyyətini itirmir. Spiroxetlər birləşdirici, sinir, limfoid toxumalara yüksək tropluğu ilə xarakterizə edilir. İnsan orqanizmində törədicinin bir neçə formasına rast gəlinir:

  • Klassik spirilyar forma. Yüksək patogenliyi ilə seçilir. Sifilisin yoluxdurucu mərhələlərində aşkarlanır. Hərarətin 55°С-dən yüksək temperatura, qurumaya, spirt və antiseptiklərlə işlənməyə yüksək həssaslığı ilə əlaqədar xarici mühitdə tez məhv olur.
  • Uzunmüddətli yaşama forması (qoruyucu qişalı sistayabənzər və süzülən L-forma). Törədicilər antibakterial preparatlara qarşı rezistent olub, latent və gec mərhələlərdə qeydə alınır.

Qadın sifilisə zədələnmiş dəri örtükləri və ya selikli qişalardan yoluxur. Adətən infeksiyalaşma yoluxmuş partnyorla qorunmayan vaginal, anal, oral cinsi əlaqə zamanı baş verir. Həmçinin törədici məişət (öpüş, siqaret, xəstə insanın şəxsi əşyaları) və infeksiyalaşmış donor qanının transfuziyası və ya çirklənmiş spris, iynə və s. istifadəsi zamanı hematogen yolla yayıla bilər (təzə qanda mikroorqanizmlər 3-4 günə qədər yaşayır)

Qadınlarda sifilisin p atogenezi

Sifilisin gedişi mərhələli olub, latent və klinik ifadəli dövrlərin növbələşməsi ilə səciyyələnir. Törədici limfa sisteminə daxil olaraq, limfogen, hematogen, neyrogen yolla yayılır. Yoluxmadan sonra bir neçə saat ərzində treponemalar aktiv şəkildə çoxalaraq, limfa düyünləri, qan və toxumalarda aşkarlanır. Törədicilərin sayının artması və toksinlərin təsiri ilə əlaqədar xəstəlik klinik təzahür edir. Əvvəlcə limfa düyünləri böyüyür və bərkiyir, bundan sonra törədicinin orqanizmə daxil olma zonasında bərk şankr və ya birincili sifilomanın atipik variantı formalaşır. Treponemaya qarşı intensiv şəkildə anticisimlər sintez olunur: mikroorqanizmlər qanda kütləvi formada məhv olmaqla intoksikasiyaya səbəb olur. Toxumalarda anticisimlərin konsentrasiyası artaraq, yerli iltihaba gətirib çıxarır, bu da generalizə olunmuş səpgilərlə özünü büruzə verir. Müalicə olunmayan sifilis dalğayabənzər gedişlə – humoral immunitetin periodik zəifləməsi və səpgilərin residivləri ilə xarakterizə olunur. Sonralar müxtəlif orqan və toxumalarda kobud üzvi dəyişikliklər törədən qranulomatoz iltihab inkişaf edir.

Qadınlarda sifilisin t əsnifatı

Sifilisin formalarının sistemləşdirilməsi zamanı xəstəliyin mərhələləri, toxuma və orqanların zədələnmə xüsusiyyətləri, seroloji nəticələr nəzərə alınır. Qadınlarda sifilisin aşağıdakı formaları ayırd edilir:

  1. Birincili (bərk şankrın yaranması ilə):
  • Seroneqativ — seroloji testlərin nəticələri mənfi olur
  • Seropozitiv — seroloji testlərin nəticələri müsbət olur
  1. İkincili sifilis(generalizəolunmuş səpgilər):
  • Erkən — səpkinin birincili generalizasiyası
  • Gizli — səpkilər arası dövr
  • Təkrarlanan (residivləşən), əvvəllər müalicə olunan və ya olunmayan— səpginin təkrar generalizasiyası
  1. Gizli- müsbət seroloji sınaqlar, birincili sifilomanın izləri ilə xarakterizə edilir, lakin generalizəolunmuş səpgilər və kobud orqan patologiyaları qeydə alınmır:
  • Erkən — xəstəliyin davametmə müddəti 2 ildən az olduqda
  • Gec — xəstəliyin davametmə müddəti 2 ildən çox olduqda
  1. Üçüncülü (qabarcıqlı sifilidlər, qummalar və orqanların zədələnmələri ilə):
  • Aktiv— kəskinləşmə dövrü
  • Gizli —L-forma daşıyıcılığı

Visseral sifilis zamanı aorta, ürək qapaqları, sümüklər, oynaqlar və s. zədələnir. Sinir sisteminin artan kəmağıllıq (proqressiv iflic), həssaslığın azalması, əzələ hipotoniyası, digər nevroloji simptomatika (bel quruması və s.) ilə təzahür edən sifilitik zədələnməsi ayrıca qeyd edilir. Xəstəliyin transplasentar yolla yayılan bir neçə formaları mövcuddur: dölün, ciftin sifilisi, erkən, gec və latent anadangəlmə sifilis.

Qadınlarda sifilisin əlamətləri

İnkubasion simptomsuz dövr 2-12 həftə (orta hesabla 21-28 gün) davam edir. Xəstəlik birincili sifiloma (bərk şankr) – törədicinin orqanizmə daxil olma sahəsində yerləşən, diametri 1sm-dən kiçik olan, palpasiyada bərk və ağrısız, tünd-qırmızı düyünlər şəklində özünü büruzə verir. Düyünün səthində qığırdağabənzər dibi və hündür kənarları olan yumru xora müşahidə edilir. Qadınlarda şankr adətən vulva, uşaqlıq yolunun divarları, uşaqlıq boynu, anal nahiyədə, bir sıra hallarda ağır boşluğu, dodaqlarda, döş gilələrində lokalizasiya olunur. 28—35 gündən sonra şankr özbaşına itir, yerində çapıq, atrofiya, bəzən isə dəyişilməmiş dəri izlənilir.

Atipik gedişli birincili sifilis zamanı çoxsaylı ağrılı xoralaşmalar yarana bilər, ocağın əlavə infeksiyalaşması irinin axması ilə müşayiət olunur. Bu mərhələdə qadınlar qasıq, boyun, qoltuqaltı limfa düyünlərinin böyüməsini və onların ağrısız olmasını aşkar edir. Məişət yolu ilə yoluxma zamanı birincili sifiloma dəri və ya selikli qişaların «qeyri-tipik» sahəsində treponemanın birbaşa daxil olduğu hissədə yerləşir, hemotransfuzion yolla yayılma hallarında isə ümumiyyətlə olmur.

Sifilisin ilkin manifestasiyasından 21—42 gün sonra ləkə, düyün, irincik şəklində generalizəolunmuş səpkilər əmələ gəlir. Onlar yaxalıq nahiyəsi («Venera boyubağısı»), ovuc və dabanlarda daha parlaq ifadə olunur. İkincili sifilidlər çoxlu sayda mikroorqanizmlərdən ibarət olur və yüksək dərəcəli kontagiozluqla fərqlənir. Xarakterik səpkilərdən əlavə böyümüş, bərk, ağrısız limfa düyünləri, halsızlıq, əzginlik, konyuktivit, rinit, boğazda gicişmə, öskürək, hərarətin 37°С –yə qədər və daha çox yüksəlməsi müşahidə edilir. Səpki elementləri və kataral əlamətlər bir neçə həftədən sonra itirək, sifilisin simptomsuz fazasına başlanğıc verir. Etiotrop müalicə aparılmadıqda dəri örtüklərivə selikli qişalarda səpkilərin residivləri, ocaqlı alopesiya, sinir sistemi, böyrəklər və qaraciyərin zədələnməsi mümkündür. Latent gediş zamanı ikincili sifilisin patoqnomik əlamətləri izlənilmir.

Yoluxma anından 3-6 il, bəzən daha uzun müddətdən sonra üçüncülü sifilis inkişaf edir. Gilas tumu ölçüsündə səthi qabarcıqlar və ya 3-4 sm diametrli dərialtı qummalar formalaşır. Onlar adətən bərk quruluşa, dəqiq sərhədlərə malik olub, ağrı, göynəmə, qaşınma ilə müşayiət edilmir. Üçüncülü dəri sifilisində sifilidlərin yetişmə dövrü bir neçə həftədən bir neçə aya qədər davam edir. Qabarcıqlar quru nekroz və ya hamar, təmiz dibli xoralarla əvəz olunur. Onların yerində piqment haşiyəli çapıq əmələ gəlir. Qummalar spontan deşilərək, qatı möhtəviyyatlı xoraların yaranmasına səbəb olur, bir müddətdən sonra xarakterik ulduzabənzər çapıqlar əmələ gəlir. Daxili orqanlar və sinir sisteminin qranulomatoz iltihabı zamanı hissiyyat pozulur, qadınlar əzələ zəifliyi, oynaq ağrıları, görmənin zəifləməsi, yaddaşın zəifləməsi, təngnəfəslik, döş sümüyünün arxasında ağrılardan və s. şikayət edir.

Qadınlarda sifilisin a ğırlaşmaları

Qadınlarda birincili və ikincili sifilis ailənin digər üzvlərinin yoluxmasına, uşağın bətndaxili infeksiyalaşması və ya ölümünə gətirib çıxara bilər. Letal sonluq ehtimalının yüksək olduğu sifilitik meningit təhlükəli forma sayılır. Adekvat müalicə aparılmadıqda xəstəlik 1/3 hallarda üçüncülü sifilisə keçir. Dərinin kobud kosmetik qüsurundan əlavə onun ağır fəsadlarına korluq, parez və ifliclər, sümüklərin patoloji sınıqları, kəmağıllıq, iri damarların zədələnməsi zamanı ölümcül qanaxmalar aiddir.

Qadınlarda sifilisin d iaqnostikası

Qadınlarda sifilisin diaqnostikasında anamnestik və epidemioloji məlumatlardan, fizikal müayinələr və analizlərin nəticələrindən istifadə edilir. Kompleks müayinə planına aşağıdakı üsullar daxildir:

  • Ginekoloji baxış. Birincili sifilis zamanı ginekoloji baxışda xarici cinsiyyət orqanları, uşaqlıq yolu, uşaqlıq boynunun selikli qişasında bərk şankr aşkarlanır. Gizli və ya ikincili sifilisi olan qadınlarda birincili sifilomanın yerində çapıq və ya toxumaların atrofiyası müəyyən edilir.
  • Fizikal müayinə. Sifilis xəstəliyin inkişaf mərhələsinə müvafiq spesifik dəri səpkiləri ilə təzahür edir. Limfadenopatiya xarakterikdir.
  • Laborator diaqnostika. Mikroskopik müayinələrdə sifilidin möhtəviyyatı, limfa düyünlərinin punktatı, serebrospinal mayedə treponemalar qeydə alınır. RPR-test, Vasserman reaksiyası (RW), PHAR, STİR, İFR, İFA müsbət nəticələri xəstəliyin spesifik markerləri sayılır. Bu üsulların həssaslığı 90-98%-dir. Sifilisin seroneqativ formaları və müalicənin effektivliyinə nəzarət zamanı PZR-diaqnostika xüsusi əhəmiyyət kəsb edir.

Differensial diaqnostika xəstəliyin mərhələsindən asılıdır. Bərk şankr bəzən uşaqlıq boynunun eroziyasından, ikincili sifilidlər — dəri xəstəliklərindən, üçüncülü sifilisin klinikası— vərəm, iltihabi və həcmli proseslər, stenokardiyadan və s. differensiasiya olunmalıdır. Ehtiyac olduqda diaqnostika prosesinə dermatoveneroloq, infeksionist, nevroloq, kardioloq, ftiziatr, qastroenteroloq, okulist, otolarinqoloq cəlb edilir, instrumental müayinələr — qarın boşluğu orqanlarının USM, EKQ, ağciyərlərin rentgenoqrafiyası, MRT və ya KT, qastroskopiya və s. aparılır. Sifilisin diaqnozu təsdiqləndikdə qadın digər CYKİ görə müayinə edilir.

Qadınlarda sifilisin müalicəsi

Müalicənin əsas məqsədi törədicinin eliminasiyasından ibarətdir. Pasiyentlərə benzilpenisillin, bisillin və ya digər antibiotiklərlə müalicə kursları təyin edilir. Preparatın treponemosid konsentrasiyası xəstəliyin davametmə müddətindən asılı olaraq, 7—10 gün müddətində (bəzən daha çox) saxlanılmalıdır. Treponemaəleyhinə müalicənin aparılmasına olan göstərişlər aşağıdakılardır:

  1. Laborator yolla təsdiqlənən klinik şəkil. Belə vəziyyətlərdə müalicə sxemi sifilisin mərhələsindən asılı olur.
  2. Sifilisin erkən formalarından birinin aşkarlandığı xəstə ilə məişət və ya cinsi yolla təmas və ya yoluxmuş qanın köçürülməsi. Xəstəliyin klinik-laborator əlamətlərinin olmadığı və təmas və ya hemotransfuziyadan 3 aydan az vaxt keçdiyi hallarda preventiv antibakterial terapiya tətbiq edilir.
  3. Hamiləlik. İlk dəfə sifilis diaqnozunun qoyulması və ya sifilisdən müalicə olunan hamilələrdə seroloji testlərin nəticələrinin müsbət olması zamanı treponemaəleyhinə preparatlar təyin edilir.
  4. Daxili orqanlarda sifilis üçün xarakterik ocaqların aşkarlanması. Sınaq müalicəsi diaqnostik məqsədlə aparılır.

Üçüncülü sifilisli qadınlarda spesifik terapiyaya simptomatik müalicə (qeyri-steroid iltihabəleyhinə terapiya, nootroplar və s.) əlavə olunur.

Qadınlarda sifilisin p roqnoz və profilaktikası

Birincili və ikincili sifilis zamanı xəstəliyin proqnozu qənaətbəxşdir. Etiotrop terapiyaya başladıqdan 24 saat sonra pasiyent yoluxucu hesab olunmur. Qadınlarda sifilisə qarşı qeyri-steril (infeksion) immunitet formalaşır, təkrar yoluxma (reinfeksiya) mümkündür. Üçüncülü sifilis ağır dərəcəli sistem və orqan zədələnmələri ilə müşayiət olunur, bu mərhələdə ölüm halları 25%-ə çatır. Müalicə kursu başa çatdıqdan sonra protokol üzrə təyin olunmuş vaxtlarda kontrol seroloji testlər aparılır.

Yoluxmanın qarşısını almaq üçün təsadüfi cinsi əlaqələrdən imtina edilməli və ya belə vəziyyətlərdə prezervativlərdən istifadə olunmalıdır. Ailədə sifilisli xəstə olduqda onun qab dəsti ayrılmalı, gigiyena vasitələrinin birgə istifadəsi, sıx fiziki əlaqələr və öpüşlər istisna edilməlidir.

Comments are closed, but trackbacks and pingbacks are open.