Press "Enter" to skip to content

Dövlət borcu

5. 1 dekabr 2017-ci il tarixli 897-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, № 285 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2252 )

Dövlət borcu

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2007, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 748)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
080.000.000
090.000.000
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

Dövlət borcu haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun dövlət borcalmalarının həyata keçirilməsini və dövlət zəmanətlərinin verilməsini, habelə dövlət borcunun idarə olunmasında iştirak edən subyektlər arasındakı münasibətləri tənzimləyir.

Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar

Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir:

1.1. dövlət borcu – Azərbaycan Respublikası adından bağlanmış müqavilələrin öhdəlikləri üzrə ödənilməli olan borc;

1.2. daxili dövlət borcu – Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc;

1.3. xarici dövlət borcu – Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc;

1.4. dövlət zəmanəti – əsas borcalan götürdüyü borcu borcverənlə razılaşdırılmış qaytarılma şərtlərinə və müddətə uyğun olaraq borcverənə qaytarmadıqda, həmin borc üzrə öhdəliklərin borcverən qarşısında tam və ya qismən yerinə yetirilməsinə dair Azərbaycan Respublikasının bu Qanunla müəyyənləşdirilmiş qaydada üzərinə götürdüyü maliyyə öhdəliyi; [1]

1.5. dövlət borcalması – Azərbaycan Respublikası adından qaytarılma şərtləri Azərbaycan Respublikasının rezidentləri və qeyri-rezidentləri olan borcverənlə razılaşdırılmaqla müəyyən müddətə maliyyə vəsaitinin cəlb edilməsi; [2]

1.6. dövlət borcunun və dövlət zəmanətinin reyestri – dövlət borcunun və dövlət zəmanətinin uçotu və idarə olunması məqsədilə bu Qanunla müəyyənləşdirilmiş qaydada aparılan reyestr;

1.7. əsas borcalan – dövlət zəmanəti verilmiş öhdəlik üzrə borclu olan hüquqi şəxs;

1.8. istifadəçi – dövlət borcalmaları yolu ilə alınmış və qaytarılması dövlət büdcəsi hesabına nəzərdə tutulan borc vəsaitindən təkrar müqavilə əsasında istifadə edən hüquqi şəxs və ya dövlət orqanı;

1.9. təkrar müqavilə – müvafiq icra hakimiyyəti orqanı ilə əsas borcalan, istifadəçi və ya təkrar borcalan arasında bağlanılan, dövlət borcalmaları və /və ya dövlət zəmanəti ilə alınmış vəsaitin bölüşdürülməsi, istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur) şərtlərini müəyyənləşdirən müqavilə;

1.10. təkrar borcalan – dövlət borcalmaları yolu ilə alınmış və qaytarılması dövlət büdcəsi hesabına nəzərdə tutulmayan borc vəsaitindən təkrar müqavilə əsasında istifadə edən hüquqi şəxs;

1.10-1. dövlət borcunun təkrar maliyyələşdirilməsi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yeni dövlət borcalması vasitəsilə cəlb edilmiş maliyyə vəsaitləri hesabına mövcud dövlət borcunun bağlanılması; [3]

1.11. Təminat Fondu – bu Qanunun 13.1-ci maddəsinə uyğun olaraq hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondu. [4]

Maddə 2. Dövlət borcu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Dövlət borcu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda müəyyən edilmiş qaydalardan fərqli qaydalar müəyyənləşdirildikdə, beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.

Maddə 3. Azərbaycan Respublikasının dövlət borcalmaları

3.1. Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

3.2. Azərbaycan Respublikasının dövlətə məxsus aktivləri, onun beynəlxalq ehtiyatları və gələcəkdə yarana biləcək aktivləri dövlət borcu və ya dövlət tərəfindən zəmanət verilmiş borc üzrə öhdəliklərinin yerinə yetirilməsinin təminatı məqsədi ilə girov qoyula bilməz.

3.3. Naxçıvan Muxtar Respublikasının borcalmaları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.

3.4. Azərbaycan Respublikası Mərkəzi Bank ının borcalmaları Azərbaycan Respublikasının Mərkəzi Bank ı haqqında Qanunla tənzimlənir.

3.4-1. Əmanətlərin Sığortalanması Fondunun borcalmaları və onların dövlət zəmanəti ilə təmin olunması qaydası “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. [5]

3.5. Dövlət zəmanəti verilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikası dövlət müəssisələrinin borcalmalar üzrə öhdəlikləri üçün məsuliyyət daşımır.

Maddə 4. Dövlət borcalmalarının məqsədi

Dövlət borcalmaları ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş proqramların həyata keçirilməsini təmin etmək, dövlət büdcəsinin kəsirini örtmək, dövlət investisiyalarını maliyyələşdirmək və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən digər məsələlərin həlli məqsədi ilə həyata keçirilir.

Maddə 5. Dövlət borcunun idarə olunması

5.1. Dövlət borcu müvafiq icra hakimiyyəti orqanı tərəfindən idarə olunur.

5.2. Dövlət borcunun idarə olunması prosesində aşağıdakılar yerinə yetirilir:

5.2.1. Azərbaycan Respublikasının dövlət borcalmalarının strategiyası hazırlanır;

5.2.2. borc öhdəliyinin şərtləri, maliyyə bazarlarından vəsaitlərin cəlb edilməsi imkanları qiymətləndirilir;

5.2.3. dövlət borcunun və dövlət zəmanətinin müvafiq il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş yuxarı hədlərinə (limitlərinə) əməl olunması təmin edilir;

5.2.4. dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərilməsi və onların vaxtında qaytarılması təmin edilir;

5.2.5. dövlət borcunun və dövlət zəmanəti üzrə yaranmış borcun strukturunu təkmilləşdirmək sahəsində zəruri tədbirlər görülür;

5.2.6. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, dövlət borcunun təkrar maliyyələşdirilməsi və borc öhdəliklərinin təkrar strukturlaşdırılması əməliyyatları aparılır; [6]

5.2.7. dövlət borcu və dövlət zəmanəti ilə bağlı proseslərin qanunvericiliklə müəyyən edilmiş qaydada şəffaflığı təmin edilir.

5.3. Xarici dövlət borcunun təkrar maliyyələşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla həyata keçirilir. [7]

Maddə 6. Dövlət borcunun yuxarı həddi (limiti)

6.1. Müvafiq il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununda ölkənin sosial-iqtisadi inkişafını təmin edən dövlət proqramlarının həyata keçirilməsi ilə bağlı əlavə maliyyələşməyə tələbat və dövlət borcunun digər göstəriciləri (borcun ümumi daxili məhsula nisbəti, borcun mal və xidmətlərin ixracının həcminə nisbəti, borca xidmət xərclərinin büdcə xərclərinə nisbəti və s.) nəzərə alınmaqla aşağıdakılar müəyyənləşdirilir:

6.1.1. büdcə ili ərzində cəlb edilən daxili və xarici dövlət borcunun, habelə il ərzində veriləcək dövlət zəmanətinin məbləğinin yuxarı hədləri (limitləri); [8]

6.1.2. əvvəlki illərdə alınmış və cari büdcə ilinin sonunadək qaytarılması nəzərdə tutulan daxili və xarici dövlət borcunun yuxarı hədləri (limitləri).

6.2. Daxili və xarici dövlət borcunun, habelə il ərzində veriləcək dövlət zəmanətinin məbləğinin yuxarı hədləri (limitləri) Azərbaycan Respublikasının milli valyutası ilə müəyyənləşdirilir.

6.3. Yeni dövlət borcalması dövlət borcunun əsas məbləğinin qaytarılmasına yönəldildikdə, bu borcalma dövlət borcunun yuxarı həddinə (limitinə) daxil edilmir. [9]

6.4. Daxili və xarici dövlət borcunun, habelə il ərzində veriləcək dövlət zəmanətinin məbləğinin yuxarı hədləri (limitləri) yalnız müvafiq il üçün dövlət büdcəsi haqqında qanuna dəyişikliklər edilməklə artırıla və ya azaldıla bilər. [10]

Maddə 7. Dövlət borcuna xidmət

7.1. Azərbaycan Respublikasının dövlət borcuna xidməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təmin edir. Dövlət borcuna xidmət xərclərinin ödənilməsi üçün vəsaitin ayrılması müvafiq büdcə ili üçün dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulur. Ayrılmış vəsait dövlət borcuna xidmət xərclərinin icra edilməsi üçün kifayət etmədikdə həmin xərclərin çatışmayan hissəsi Təminat Fondu hesabına icra edilir. [11]

7.2. Bu Qanunun 7.1-ci maddəsində qeyd olunan mənbələr dövlət borcuna xidmət xərclərinin ödənilməsi üçün kifayət etmədikdə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət büdcəsinə müvafiq dəyişikliklər edilməsi məsələsinə baxılır.

7.3. Dövlət borcunun əsas məbləğinin qaytarılması üzrə ödənişlər cari büdcə ili ərzində cəlb edilən dövlət borcalması hesabına təmin edildikdə, bu ödənişlərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsi dövlət büdcəsinin xərclərinə aid edilmir. [12]

Maddə 8. Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadəyə nəzarət

8.1. Dövlət borcalmaları və ya dövlət zəmanəti əsasında cəlb olunan vəsaitdən istifadə edən şəxs kreditorla bağladığı müqavilə və ya müvafiq icra hakimiyyəti orqanı ilə bağladığı təkrar müqavilə üzrə aldığı vəsaitlərin bölüşdürülməsini, istifadəsini və müqavilə ilə müəyyən edilmiş müddətlərdə qaytarılmasını təmin etməlidir. Bu zaman əsas və təkrar borcalan cəlb olunmuş vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur), öz bank hesablarının vəziyyəti haqqında məlumatları və digər zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim edir. [13]

8.2. Cəlb olunmuş vəsaitlərin vaxtında qaytarılmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 8.1-ci maddəsində göstərilən şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və onlarla bağlanmış müqavilələrə uyğun olaraq müvafiq tədbirlər görür. Göstərilən şəxslərin təşkilati-hüquqi forması dəyişdikdə, onlar yenidən təşkil edildikdə və ya ləğv olunduqda, onların borc öhdəliklərinin yerinə yetirilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

8.2-1. Azərbaycan Respublikası adından imzalanmış kredit müqavilələrinin şərtlərinə uyğun olaraq xarici kredit təşkilatları tərəfindən ayrılan maliyyələşmələrin (ödənişlərin) dövlət xəzinədarlığının bank hesabları vasitəsilə deyil, layihələr üzrə icraçıların bank hesablarına birbaşa ödənilməsi nəzərdə tutulduğu halda, həmin maliyyələşmələr (ödənişlər) üzrə əməliyyatlar, bu əməliyyatların icrası barədə xarici kredit təşkilatlarının ödəniş bildirişləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xarici dövlət borcunun uçotunda əks etdirilir. [14]

8.3. Dövlət borcalmaları və ya dövlət zəmanəti ilə alınmış vəsaitlərdən istifadəyə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Maddə 9. Daxili dövlət borcalmaları

9.1. Daxili dövlət borcalmaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı formalarda həyata keçirilir:

9.1.1. Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələr üzrə kreditlərin alınması;

9.1.2. daxili maliyyə bazarında yerləşdirilmək üçün dövlət qiymətli kağızlarının buraxılması;

9.1.3. Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələr üzrə dövlət zəmanəti ilə borc alınması. [15]

9.2. Daxili dövlət borcalmaları məqsədi ilə buraxılan dövlət qiymətli kağızlarının növləri, satış üsulları, habelə faiz şərtləri, qiymətli kağızların çapı ilə bağlı xərclər və digər məsələlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

9.3. Dövlət qiymətli kağızlarının emissiyası qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Maddə 10. Xarici dövlət borcalmaları

10.1. Xarici dövlət borcalmaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı formalarda həyata keçirilir:

10.1.1. Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə bağlanmış müqavilələr üzrə kreditlərin alınması;

10.1.2. xarici maliyyə bazarlarında yerləşdirilmək üçün dövlət qiymətli kağızlarının emissiyası;

10.1.3. Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə bağlanmış müqavilələr üzrə dövlət zəmanəti ilə borc alınması;

10.1.4. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər borcalma əqdlərinin bağlanması.

10.2. Xarici dövlət borcalmaları qiymətli kağızların emissiyası yolu ilə həyata keçirildikdə buraxılışın həcmi, müddəti və digər şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

10.3. Xarici dövlət borcalmaları ilə bağlı istiqrazlar, xəzinə vekselləri və ya digər borc öhdəliklərinə dair hüquqi rəylər maraqlı tərəfin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir və imzalanır.

Maddə 11. Dövlət zəmanətinin verilməsi şərtləri

11.1. Dövlət zəmanəti ilə borc almaq üçün müraciət edən əsas borcalan aşağıdakı sənədləri təqdim etməlidir:

11.1.1. təşkilati-hüquqi formasını müəyyən edən sənəd;

11.1.2. əsas borcalanın və ona xidmət edən kredit təşkilatının (təşkilatlarının) bank rekvizitləri;

11.1.3. dövlət zəmanəti tələb edilən maliyyə vəsaitini verən kredit təşkilatı və ya başqa təşkilatla bağlanmış müqavilənin və ya müqavilə layihəsinin surəti;

11.1.4. dövlət zəmanəti tələb edilən borcalmanın məqsədini şərh edən biznes-plan;

11.1.5. müstəqil auditor tərəfindən təsdiqlənmiş son iki il üçün maliyyə hesabatları; [16]

11.1.6. dövlət büdcəsi qarşısında öhdəlikləri barədə müvafiq icra hakimiyyəti orqanının məktubu; [17]

11.1.7. kredit bürosundan əsas borcalana aid kredit hesabatı, həmçinin əsas borcalanın kredit hesabatında əksini tapmayan digər borcları haqqında məlumat; [18]

11.1.8. buraxdığı qiymətli kağızlara dair məlumat;

11.1.9. investisiya layihəsinə aid sənədlər, o cümlədən zəmanət tələb edilən kreditlərin qaytarılma mənbələri, zəmanətin qüvvədə olduğu müddətdə layihə üzrə gəlirlərin proqnozu və onun bölgüsü planı;

11.1.10. tələb etdiyi dövlət zəmanəti üzrə öhdəliyinin təminatı kimi istifadə edilə biləcək əmlakı barədə məlumat (likvid aktivlər ayrıca göstərilməklə);

11.1.11. əmlakının girovu, yaxud ipoteka müqavilələri barədə məlumat.

11.2. Dövlət zəmanətinin verilməsi ilə bağlı qərar qəbul edilərkən layihənin dövlət zəmanəti olmadan maliyyələşdirilməsinin mümkünlüyü əsas borcalanın zəmanət verilmiş kreditlər üzrə öhdəliklərini yerinə yetirmək qabiliyyəti, dövlət investisiya proqramına uyğunluğu, əvvəllər aldığı borclar üzrə öhdəliklərinin və digər maliyyə öhdəliklərinin yerinə yetirilməsi nəzərə alınmalıdır.

11.3. Müvafiq icra hakimiyyəti orqanı dövlət zəmanətinin verilməsi ilə bağlı əsas borcalandan verilmiş sənədlərə dair izahat və əlavə məlumat tələb edə bilər.

11.4. Dövlət zəmanəti ilə borc almaq üçü n nəzərdə tutulan sənədlərin və ya məlumatlar ı n Elektron H ö kumət İ nformasiya Sistemi vasitəsilə m ü vafiq d ö vlət orqan ı ndan (qurumundan) əldə edilməsi m ü mk ü n olduqda, həmin sənədlər və ya məlumatlar əsas borcalandan tələb edilmir. Belə sənədlərin və ya məlumatlar ı n Elektron H ö kumət İ nformasiya Sistemi vasitəsilə əldə edilməsi m ü mk ü n olmad ığı hallarda onlar ı n təqdim edilməsi əsas borcalan ı n raz ı lığı ilə sor ğ u əsas ı nda m ü vafiq d ö vlət orqan ı ndan (qurumundan) tələb olunur və ya əsas borcalan tərəfindən təmin edilir. [19]

Maddə 12. Dövlət zəmanətinin verilməsi

12.1. Dövlət zəmanəti yazılı formada olmaqla özündə aşağıdakıları əks etdirir:

12.1.1. zəmanətin verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarının tarixi və rekvizitləri;

12.1.2. zəmanət verilmiş öhdəlik üzrə əsas borcalan və kreditor olan şəxslərin rekvizitləri;

12.1.3. zəmanət verilən öhdəliyin məzmunu və məbləği;

12.1.4. zəmanətin qüvvədə olma müddəti;

12.1.5. zəmanət üzrə tələb hüququnu güzəşt etmək imkanlarına dair müddəalar;

12.1.6. zaminin məsuliyyəti barədə müddəalar; [20]

12.1.7. zəmanətə xitam verilməsinin şərtləri.

12.2. Zəmanətdə tərəflərin razılığı ilə mövcud qanunvericiliyə zidd olmayan başqa müddəalar da nəzərdə tutula bilər.

12.3. Dövlət zəmanəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri (yaxud səlahiyyətli nümayəndəsi) tərəfindən imzalanır.

12.4. Dövlət zəmanəti ilə bağlı məsələlərə dair hüquqi rəylər maraqlı tərəfin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

Maddə 13. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu [21]

13.1. Azərbaycan Respublikasının dövlət borcuna xidmət xərclərinin müvafiq büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulandan artıq olan hissəsinin və dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondu – Təminat Fondu yaradılır. [22]

13.2. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu aşağıdakı mənbələr hesabına formalaşır: [23]

13.2.1. dövlət büdcəsindən ayrılan vəsait;

13.2.1-1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci və 19.5-ci maddələrinə əsasən vahid xəzinə hesabının sərbəst qalığının Təminat Fonduna köçürülən hissəsi; [24]

13.2.2. dövlət zəmanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlik əvəzsiz haqq. Haqqın miqdarı tələb edilən dövlət zəmanəti üzrə riskin dərəcəsi və əsas borcalanın maliyyə vəziyyəti nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir;

13.2.3. müvafiq icra hakimiyyəti orqanı ilə əsas və təkrar borcalan hüquqi şəxslər arasında bağlanmış təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar vasitəçi (agent) banklarla bağlanan müqavilələr üzrə dövlət büdcəsinə daxilolmalar; [25]

13.2.3-1. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə uyğun olaraq Təminat Fonduna köçürülən vəsait; [26]

13.2.4. dövlət borcuna xidmətlə əlaqədar dövlət büdcəsində nəzərdə tutulan xərclərin il ərzində qənaət olunmuş hissəsi;

13.2.5. Təminat Fonduna yığılan vəsaitin idarə olunmasından əldə olunan gəlir;

13.2.6. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

13.3. Əsas borcalanın Təminat Fonduna köçürdüyü haqq dövlət zəmanəti verildikdən sona geri qaytarılmır.

13.3-1. Hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulan hallarda Təminat Fondunun vəsaitindən dövlət büdcəsinə transfert (köçürmə) edilməsi üçün istifadə oluna bilər. Təminat Fondundan dövlət büdcəsinə edilmiş transfertin (köçürmənin) məbləği dövlət büdcəsinin gəlirlərinə, Təminat Fondunun isə xərclərinə aid edilir. [27]

13.3-2. Təminat Fondunun xərclərinin yuxarı həddi həmin fondun büdcə ilinin əvvəlinə olan qalığından və il ərzində mədaxil olunacaq vəsaitin cəmindən yuxarı ola bilməz. [28]

13.4. Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. [29]

Maddə 14. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin icrası [30]

14.1. Əsas borcalan dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliyini icra edə bilmədiyi təqdirdə zamin verilmiş dövlət zəmanətinin müddəalarına uyğun olaraq öhdəliyi yerinə yetirir. Zamin bu məqsəd üçün dövlət borcuna xidmət xərcləri və ya Təminat Fondunun vəsaitindən istifadə edə bilər. [31]

14.2. Əsas borcalanın öhdəliklərini yerinə yetirmiş zamin ödədiyi məbləğin və digər xərclərin əvəzini əsas borcalandan Azərbaycan Respublikasının qanunvericiliyində və onunla bağladığı müqavilədə nəzərdə tutulan həcmdə və qaydada ödənilməsini tələb etməlidir.

Maddə 15. Dövlət zəmanətinə xitam verilməsi

15.1. Dövlət zəmanətinə aşağıdakı hallarda xitam verilir:

15.1.1. zəmanət verilmiş öhdəliklər əsas borcalan və ya zamin tərəfindən tam icra edildikdə;

15.1.2. zəmanət müddəti başa çatdıqda;

15.1.3. kreditor zəmanət üzrə hüquqlarından imtina etdikdə;

15.1.4. zəmanət sazişinin şərtlərində başqa qayda nəzərdə tutulmayıbsa, əsas borcalanla kreditor arasında razılığa əsasən zəmanət verilmiş borcun təkrar strukturlaşdırılması aparıldıqda;

15.1.5. zəmanət sazişində nəzərdə tutulan digər hallarda.

15.2. Zamin ən geci 3 iş günü ərzində dövlət zəmanətinə xitam verilməsi barədə kreditora və əsas borcalana məlumat verməlidir. [32]

Maddə 16. Dövlət borcunun və dövlət zəmanətinin reyestri

16.1. Azərbaycan Respublikasının borc öhdəlikləri və verilən dövlət zəmanətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılan dövlət borcunun və dövlət zəmanətinin reyestrində qeydiyyata alınır. Reyestr elektron və kağız daşıyıcılardan istifadə edilməklə aparılır.

16.2. Azərbaycan Respublikasının borc öhdəlikləri və dövlət zəmanətləri haqqında məlumat müvafiq öhdəliyin rəsmiləşdiyi gündən ən geci 10 iş günü ərzində reyestrə daxil edilməlidir. Reyestrə öhdəliyin yaranma tarixi, qüvvədə olma müddəti, məbləği, valyutası, faiz dərəcəsi, öhdəlik üzrə ödənişlər, öhdəliklərin təminatı formaları və sair barədə məlumatlar daxil edilir. Reyestrin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

16.3. Azərbaycan Respublikasının dövlət borcunun həcminə və tərkibinə dair məlumat açıqdır və internet şəbəkəsində yerləşdirilmə yolu ilə elan olunur. Bu məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət büdcəsinin icrasına dair hazırlanan və qanunvericiliyə uyğun dərc edilən hesabatlara daxil edilir. Məlumatların dərc edilməli olduğu kütləvi informasiya vasitələrini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 17. Dövlət öhdəliyi yaratmayan xarici borcalmalar

17.1. Azərbaycan Respublikası rezidentlərinin, Azərbaycan Respublikasının qeyri-rezidentləri qarşısında cari şərtsiz, dövlət öhdəliyi yaratmayan, xarici valyutada olan borc öhdəlikləri dövlət borcu hesab edilmir və Azərbaycan Respublikası bu borc üzrə heç bir məsuliyyət daşımır.

17.2. Ölkənin tədiyyə balansını tərtib etmək üçün müvafiq icra hakimiyyəti orqanı hər rübün yekunları üzrə bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş bankların dövlət öhdəliyi yaratmayan xarici borcalmaları barədə məlumatları Azərbaycan Respublikasının Mərkəzi Bank ına təqdim edir. Belə məlumatların tərkibi və təqdim olunma qaydası Azərbaycan Respublikasının Mərkəzi Bank ı tərəfindən müəyyənləşdirilir. [33]

Maddə 18. Bankların borcalmalarının statistikasının aparılması

Azərbaycan Respublikasının lisenziya almış banklarının Azərbaycan Respublikasının qeyri-rezidentləri qarşısında xarici valyutada olan borcunun statistikasının aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Maddə 19. Qanunun pozulmasına görə məsuliyyət

19.1. Dövlət borcalmaları və dövlət zəmanəti verilmiş öhdəlik üzrə cəlb olunmuş vəsaitdən təyinatı üzrə istifadəni və onların vaxtında qaytarılmasını təmin etməyən, borc müqavilələrinin şərtlərini pozan şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

19.2. Bu Qanunla nəzərdə tutulmuş məlumatların verilməsinə görə cavabdeh olan şəxslər onların verilməməsinə (vaxtında verilməməsinə) və ya məlumatın təhrif olunması nəticəsində başqa şəxslərə zərər dəyməsinə görə müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.

19.3. Bu Qanun pozulmaqla həyata keçirilmiş dövlət borcalmaları və verilmiş dövlət zəmanətləri etibarsız hesab edilir.

Maddə 20. Qanunun qüvvəyə minməsi

20.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

20.2. Bu Qanun qüvvəyə mindiyi gündən “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanunu (29 dekabr 1992-ci il tarixli, 424 saylı) qüvvədən düşmüş hesab edilir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2007-ci il

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 13 noyabr 2007-ci il tarixli 483-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1093)

2. 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276)

3. 14 oktyabr 2016-cı il tarixli 344-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr 2016-cı il, № 262 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1772 )

4. 7 aprel 2017-ci il tarixli 577-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2017-ci il, № 106 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 704 )

5. 1 dekabr 2017-ci il tarixli 897-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, № 285 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2252 )

6. 30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 )

7. 7 dekabr 2018-ci il tarixli 1380-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 11 yanvar 2019-cu il, № 7 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 3 )

8. 30 dekabr 2020-ci il tarixli 249-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 6 yanvar 2021-ci il, № 1 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1456 )

10. 20 dekabr 2022-ci il tarixli 711-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29)

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 ) ilə 1.4-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.4. dövlət zəmanəti – əsas borcalan öz öhdəliklərini yerinə yetirmədikdə onun zəmanət verilmiş öhdəliyi üzrə borcunun tam məbləğdə və ya qismən ödənilməsinə dair Azərbaycan Respublikasının öhdəliyi;

[2] 30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 ) ilə 1.5-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.5. dövlət borcalması – Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının rezidentləri və qeyri-rezidentləri tərəfindən qaytarılma şərtləri borcverənlə razılaşdırılmaqla müəyyən müddətə maliyyə vəsaitinin cəlb edilməsi;

[3] 30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 ) ilə yeni məzmunda 1.10-1-ci maddə əlavə edilmişdir.

[4] 13 noyabr 2007-ci il tarixli 483-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1093) ilə 1.11-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.11. təminat hesabı – dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən açılan xüsusi büdcə hesabı.

30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 ) ilə 1.11-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.11. Təminat Fondu –dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün yaradılan məqsədli büdcə fondu.

24 dekabr 2021-ci il tarixli 441-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 133 1 ) ilə 1.11-ci maddədə “yaradılan məqsədli büdcə” sözləri “hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət” sözləri ilə əvəz edilmişdir.

[5] 14 oktyabr 2016-cı il tarixli 344-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr 2016-cı il, № 262 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1772 ) ilə yeni məzmunda 3.4-1-ci maddə əlavə edilmişdir.

[6] 30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 ) ilə 5.2.6-cı maddəyə “dövlət” sözündən əvvəl “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilmişdir.

[7] 30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 ) ilə yeni məzmunda 5.3-cü maddə əlavə edilmişdir.

[8] 30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 ) ilə 6.1.1-ci və 6.2-ci maddələrə “borcunun” sözlərindən sonra “, habelə il ərzində veriləcək dövlət zəmanətinin məbləğinin” sözləri əlavə edilmişdir.

[9] 30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 ) ilə 6.3-cü maddədə “qaytarılması üzrə vaxtı çatmış öhdəliklərin ödənilməsinə” sözləri “qaytarılmasına” sözü ilə əvəz edilmişdir.

[10] 30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 ) ilə 6.4-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

6.4. Dövlət borcunun yuxarı həddi (limiti) yalnız müvafiq il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməklə artırıla və ya azaldıla bilər.

[11] 30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 ) ilə 7 -ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

7.1. Azərbaycan Respublikasının dövlət borcuna xidməti müvafiq icra hakimiyyəti orqanı təmin edir. Dövlət borcuna xidmət xərcləri müvafiq büdcə ili üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında Qanununda nəzərdə tutulur.

7.2. Dövlət borcuna xidmət, o cümlədən əsas məbləğin və faizlərin ödənilməsi üzrə xərclər müvafiq il üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində kifayət məbləğdə nəzərdə tutulmadıqda, həmin xərclər dövlət büdcəsinə müvafiq dəyişikliklər edilməklə və ya digər mənbələr hesabına ödənilir.

[12] 24 dekabr 2021-ci il tarixli 441-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 133 1 ) ilə yeni məzmunda 7.3-cü maddə əlavə edilmişdir.

[13] 30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 ) ilə 8.1-ci maddədə “yolu ilə” sözləri “əsasında” sözü ilə əvəz edilmişdir və həmin maddəyə “istifadəsini və” sözlərindən sonra “müqavilə ilə müəyyən edilmiş müddətlərdə” sözləri əlavə edilmişdir.

[14] 30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 ) ilə yeni məzmunda 8.2-1-ci maddə əlavə edilmişdir.

[15] 30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 ) ilə 9.1.3-cü və 10.1.3-cü maddələr ləğv edilmişdir.

[16] 30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 ) ilə 11.1.5-ci maddədə “balansı” sözü “maliyyə hesabatları” sözləri ilə əvəz edilmişdir.

[17] 30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 ) ilə 11.1.6-cı maddədə “borcu” sözü “öhdəlikləri” sözü ilə əvəz edilmişdir.

[18] 7 aprel 2017-ci il tarixli 577-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2017-ci il, № 106 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 704 ) ilə 11.1.7-ci maddəsində “Azərbaycan Respublikası Mərkəzi Bankının” sözləri “maliyyə bazarlarına nəzarət orqanının” sözləri ilə əvəz edilmişdir.

7 dekabr 2018-ci il tarixli 1380-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 11 yanvar 2019-cu il, № 7 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 3 ) ilə 11.1.7-ci maddəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

11.1.7. kredit təşkilatlarına borcları barədə maliyyə bazarlarına nəzarət orqanının mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış və digər borcları haqqında məlumat;

[19] 20 dekabr 2022-ci il tarixli 711-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29) ilə yeni məzmunda 11.4-c ü maddə əlavə edilmişdir.

[20] 30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 ) ilə 12.1.6-cı, 14.2-ci və 15.1.1-ci maddələrdə ismin müvafiq hallarında “zəmanətçi” sözü ismin müvafiq hallarında “zamin” sözü ilə əvəz edilmişdir.

[21] 30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 ) ilə 13-cü maddənin adı yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 13. Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu

[22] 30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 ) ilə 13-1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

13.1. Azərbaycan Respublikasının dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondu – Təminat Fondu yaradılır.

24 dekabr 2021-ci il tarixli 441-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 133 1 ) ilə 13.1-ci maddədə “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində məqsədli büdcə” sözləri “hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət” sözləri ilə əvəz edilmişdir.

[23] 30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 ) ilə 13.2-ci maddəyə “Dövlət” sözündən sonra “borcu və” sözləri əlavə edilmişdir və həmin maddədə “borc öhdəliklərinin” sözləri “öhdəliklərin” sözü ilə əvəz edilmişdir.

[24] 30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 ) ilə yeni məzmunda 13.2.1-1-ci maddə əlavə edilmişdir.

[25] 24 dekabr 2021-ci il tarixli 441-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 133 1 ) ilə 13.2.3-cü maddədən “dövlət büdcəsinə” sözləri çıxarılmışdır.

[26] 1 dekabr 2017-ci il tarixli 897-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, № 285 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2252 ) ilə yeni məzmunda 13.2.3-1-ci maddə əlavə edilmişdir.

30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 ) ilə 13.2.3-1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

13.2.3-1. Azərbaycan Respublikasının Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla Təminat Fonduna köçürülən sərbəst qalığı;

[27] 30 dekabr 2020-ci il tarixli 249-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 6 yanvar 2021-ci il, № 1 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1456 ) ilə yeni məzmunda 13.3-1-ci maddə əlavə edilmişdir.

[28] 24 dekabr 2021-ci il tarixli 441-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 133 1 ) ilə yeni məzmunda 13.3-2-ci maddə əlavə edilmişdir.

[29] 13 noyabr 2007-ci il tarixli 483-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1093) ilə 13-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 13. Dövlət zəmanəti ilə alınan borcların təminat hesabı

13.1. Azərbaycan Respublikasının dövlət zəmanəti üzrə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi büdcə hesabı (təminat hesabı) açılır.

13.2. Dövlət zəmanəti üzrə öhdəliklərin təminat hesabı aşağıdakı mənbələrdən formalaşır:

13.2.1. dövlət büdcəsinin vəsaiti;

13.2.2. dövlət zəmanətinin verilməsi üçün əsas borcalandan alınan haqq. Haqqın miqdarı tələb edilən dövlət zəmanəti üzrə riskin dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

13.3. Əsas borcalanın təminat hesabına köçürdüyü haqq dövlət zəmanəti verildikdən sonra geri qaytarılmır.

13.4. Təminat hesabının açılması, uçotunun aparılması və idarə olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

[30] 30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 ) ilə adına “dövlət” sözündən sonra “borcu və” sözləri əlavə edilmişdir.

[31] 13 noyabr 2007-ci il tarixli 483-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1093) ilə 14.1-ci maddənin ikinci cümləsində “Təminat hesabında” sözləri “Təminat Fondunda” sözləri ilə əvəz edilmişdir.

30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 ) ilə 14.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

14.1. Əsas borcalan dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliyini icra edə bilmədiyi təqdirdə zəmanətçi verilmiş dövlət zəmanətinin müddəalarına uyğun olaraq öhdəliyi yerinə yetirir. Təminat Fondunda toplanmış vəsait dövlət zəmanəti üzrə öhdəliyin yerinə yetirilməsi üçün kifayət etmədikdə, çatışmayan vəsait dövlət büdcəsinin ehtiyat fondundan ayrılır.

[32] 30 noyabr 2018-ci il tarixli 1359-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2501 ) ilə 15.2-ci maddədə “Zəmanətçi” sözü “Zamin” sözü ilə əvəz edilmişdir.

[33] 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276) ilə 3.4-cü, 11.1.7-ci və 17.2-ci maddələrində ismin müvafiq hallarında “Milli Bank” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilmişdir.

Dövlət borcu

1 yanvar 2022-ci il tarixi vəziyyətinə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycan Respublikasının birbaşa xarici dövlət borcu 7 393,4 mln. ABŞ dolları və ya 2021-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 13,5 faizini, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 742,3 milyon ABŞ dolları və ya ÜDM-in 1,4 faizini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8,135.7 milyon ABŞ dolları (13,830.7 milyon manat) və ya ÜDM-in 14,9 faizini təşkil etmişdir.

“Unikal” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, ötən il ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri nəzərə alınmaqla, 2021-ci ilin əvvəli ilə müqayisədə 2021-ci ilin sonuna xarici dövlət borcu mütləq ifadədə 685,8 milyon ABŞ dolları, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 5,8 faiz bəndi azalmışdır.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan və dövlətə məxsus qurumların xarici borclanmaları ilə əlaqədar verilən dövlət zəmanətləri də daxil olmaqla dövlətin digər xarici maliyyə öhdəliklərdən ibarətdir.

1 yanvar 2022-ci il tarixinə birbaşa daxili dövlət borcu 2.507,1 milyon manat və ya ÜDM-in 2,7 faizini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 561,3 milyon manat və ya ÜDM-in 0,6 faizini təşkil etməklə, daxili dövlət borcu 3.068.4 milyon manat və ya ÜDM-in 3,3 faizini təşkil etmişdir. Ötən ilin əvvəli ilə müqayisədə daxili dövlət borcu mütləq ifadədə 1,126.1 milyon manat, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 0.6% faiz bəndi artmışdır. Bu artıma təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borclanmaların tədricən daxili borclanmalar ilə əvəzlənməsi və yerli dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi ilə şərtlənmişdir.

Dövlət borcu

1 yanvar 2022-ci il tarixi vəziyyətinə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 7,393.4 milyon ABŞ dolları və ya 2021-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 13,5 faizini, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 742,3 milyon ABŞ dolları və ya ÜDM-in 1,4 faizini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8,135.7 milyon ABŞ dolları (13,830.7 milyon manat) və ya ÜDM-in 14,9 faizini təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı hesabatda deyilir.

Bildirilib ki, ötən il ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri nəzərə alınmaqla, 2021-ci ilin əvvəli ilə müqayisədə 2021-ci ilin sonuna xarici dövlət borcu mütləq ifadədə 685,8 milyon ABŞ dolları, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 5,8 faiz bəndi azalıb.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan və dövlətə məxsus qurumların xarici borclanmaları ilə əlaqədar verilən dövlət zəmanətləri də daxil olmaqla dövlətin digər xarici maliyyə öhdəliklərdən ibarətdir.

1 yanvar 2022-ci il tarixinə birbaşa daxili dövlət borcu 2.507,1 milyon manat və ya ÜDM-in 2,7 faizini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 561,3 milyon manat və ya ÜDM-in 0,6 faizini təşkil etməklə, daxili dövlət borcu 3.068.4 milyon manat və ya ÜDM-in 3,3 faizini təşkil edib.

Ötən ilin əvvəli ilə müqayisədə daxili dövlət borcu mütləq ifadədə 1,126.1 milyon manat, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 0.6% faiz bəndi artıb. Bu artıma təsdiq olunmuş “Azərbaycanda dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borclanmaların tədricən daxili borclanmalar ilə əvəzlənməsi və yerli dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi ilə şərtlənib.

Comments are closed, but trackbacks and pingbacks are open.