Dovlət budcəsi
Teleqraf.com xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2021-ci ilin dövlət büdcəsinə münasibət bildirərkən deyib.
Dövlət büdcəsinin mahiyyəti və quruluşu. Büdcə kəsiri və dövlət borcu
Dövlət büdcəsi maliyyə sisteminin mühüm tərkib hissəsidir. O, pul vəsaiti fondlarının əmələ gəlməsi, bölgüsü və yenidən bölgüsü ilə əlaqədar meydana çıxan iqtisadi münasibətlərin xüsusi sistemi, dövlətin illik maliyyə proqramıdır. Onun başlıca məqsədi maliyyə vəsaitinin köməyilə iqtisadiyyatı inkişaf etdirmək və cəmiyyət miqyasında sosial vəzifələri həll etməkdən ibarətdir. Budcə maliyyə-kredit mexanizmi vasitəsilə iqtisadiyyatın ayrı-ayrı sahələri və bölmələri üzrə ümumi daxili məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsünü tənzimləyir.
Büdcə, gəlir (mədaxil) və xərc (məxaric) hissələrindən ibarətdir. Bazar münasibətlərinin inkişaf etdiyi ölkələrdə iqtisadi və sosial xarakterli ümummilli vəzifələrin yerinə yetirilməsi üçün dövlətə lazım olan pul vəsaitinin, başqa sözlə, büdcə gəlirlərinin əsas hissəsi – 75-85%-i vergilər, 5-8%-i qeyri-vergi daxilolmaları (dövlət mülkiyyəti və dövlət tica-rətindən daxilolmalar), 10-12%-i isə sosial sığorta, pensiya, məşğulluq fondlarına ödəmələr vasitəsilə formalaşır.
Sosial-iqtisadi xərclər iki yerə bölünür: 1) Sosial xərclər və 2) Iqtisadi ehtiyaclara yönəldilən xərclər.
Sosial xərclər bütün sosial-iqtisadi xərclərin 60-80%-ni, bütün büdcə xərclərinin isə 40-50%-ni təşkil edir. Sosial xərclərə pensiyaların ödənilməsi, yerli büdcələrə subsidiya-ların verilməsi ilə əlaqədar olan xərclər daxildir.
Sosial xərclərin başlıca tərkib ünsürlərindən biri pen-siya təminatıdır və o, ildən-ilə artır Sosial-iqtisadi xərclərin ikinci, yəni iqtisadi ehtiyac-lar üzrə xərclər qrupuna energetika, mənzil tikintisi, təbii ehtiyatların mənimsənilməsi və ətraf mühitin mühafizəsi, dövlət müəssisələrinə dotasiyalar, hasilat və emaledici səna-yeyə, kənd təsərrüfatına subsidiyaların verilməsi ilə əlaqədar xərclər daxildir.
Dövlət büdcəsinin xərc maddələrindən biri də müstəqim və dolayı hərbi xərclərdir. Inkişaf etmiş ölkələrdə hərbi və xarici siyasətin maddi təminatı ilə əlaqədar xərclər (məsələn, diplomatik xidmət sahəsinin saxlanması xərcləri) bütün büdcə xərclərinin təqribən 10-20%-ni təşkil edir.
Dövlət büdcəsinin ideal surətdə icra edilməsi gəlirlərin xərclərdən çox olması deməkdir. Xərclər gəlirlərdən çox olduqda isə büdcə kəsiri əmələ gəlir. Büdcə kəsiri dövlət borcları hesabına aradan qaldırılır. Lakin bu, büdcə kəsiri-nin aradan qaldırılmasının yeganə yolu deyildir. Inkişaf etmiş ölkələrin çoxunda qızıl pul tədavülündən kağız pul tədavülünə keçildiyi dövrdən büdcə kəsirinin əlavə pul emissiyası vasitəsilə aradan qaldırılması sahəsində müsbət təcrübə toplanmışdır.
Dövlət borcu emissiyaya nisbətən az təhlükəlidir. Lakin o da ölkə iqtisadiyyatına mənfi təsir göstərir.Hökumət orqanlarının borcları yığılır və nəticədə dövlət borcunu əmələ gətirir. Ayrı-ayrı ölkələrdə dövlət borcu müxtəlif sürətlə artır. Dövlət borcunun ÜDM-dən 2,5 dəfə çox olması iqtisadiyyatın, xüsusilə də pul tədavülünün sabitliyi üçün olduqca təhlükəlidir.
Dövlət borcunun aşağıdakı növləri vardır: 1) Daxili borc; 2) Xarici borc; 3) Qısa müddətli (bir ilədək) borc; 4) Orta müddətli (bir ildən beş ilədək) borc; 5) Uzun müddətli (5 ildən yuxarı) borc. Bunların içərisində ən ağırı qısa müddətli borcdur
Xarici borc xüsusi diqqət tələb edir. Çünki bu borc üzrə tədiyələr ölkənin xarici iqtisadi fəaliyyətindən daxil olan gəlirlərin təqribən 20-30%-ni təşkil edirsə, deməli, xaricdən yeni borcun alınması çətinləşir. Daha doğrusu, ya borc vermək istəmir, yaxud da girov tələb etməklə onu yüksək faizlə verirlər.
Dövlət gəlirləri və xərclərinin əsas hissəsi dövlət büd-cəsindən keçir. Ölkənin inzibati-ərazi quruluşundan asılı olaraq düdcə mərkəzi, habelə respublikaların (ştatların), vilayətlərin, əyalətlərin büdcələrinə və yerli büdcələrə bölü-nür. Yerli büdcə dedikdə adətən mərkəzi büdcədən başqa, yerdə qalan büdcələr nəzərdə tutulur.
Büdcə, büdcədənkənar fondlarla əlaqədardır. Büdcə-dənkənar fondlar dedikdə mərkəzi, yaxud da yerli hakimiy-yət orqanlarının sərəncamında olan və dövlətin büdcəsinə daxil olmayan pul vəsaiti nəzərdə tutulur. Buna pensiya fondunu misal göstərmək olar. Büdcədənkənar fondlar döv-lətin iqtisadiyyata müdaxilə etməsi imkanlarını genişləndirir. Bu fondlarda olan vəsaitdən büdcə kəsirini azaltmaq üçün istifadə oluna bilər və olunur.
- Teqlər:
- büdcə sistemi
- , makroiqtisaiyyat
- , makroekonomiks
Dovlət budcəsi
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il dövlət büdcəsi haqqında qanun qəbul edilib.
“Müzəffər Ali Baş Komandan və Ordumuzun sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra dövlət büdcəsinin yeni şəraitə və məkana uyğunlaşması prosesi gedir”. Modern.az xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2021-ci ilin dövlət büdcəsinə münasibət bildirərkən deyib:
“Azərbaycan da dünya meqatrendlərinə uyğun olaraq dövlət büdcəsinin həcmini genişləndirir, 19-cu əsrdə inkişaf etmiş ölkələrdə dövlət xərcləmələri ÜDM-in 8 faizini təşkil etdiyi halda, hazırda bu göstərici 40 faizə çatır. Azərbaycanda da 2021-ci ildə dövlət büdcəsi xərclərinin ÜDM-də payı 37,7 faiz proqnozlaşdırılır. Hətta Avropa Yenidənqurma və İnkişaf Bankı keçid ölkələri barədə hesabatında “dövlət geri qayıdır” ifadəsini işlədib. 2021-ci ilin dövlət büdcəsi qarşısında duran əsas prioritetlər Vətən müharibəsindən sonra ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin daha da artırılması, Qarabağın reinteqrasiyası, iqtisadi artımın bərpası və sosial rifahdır. Buna görə də 2021-ci ildə dövlət büdcəsinin xərcləri 28,5 milyard manat olmaqla, 2019-cu ilin faktiki icrası ilə müqayisədə 16,9 faiz, 2020-ci illə müqayisədə isə 5,9 faiz çox proqnozlaşdırılıb. Dövlət büdcəsinin artan xərclərini tarazlaşdırmaq üçün proqnoza görə, 2021-ci ilin dövlət büdcəsində qeyri-neft sektorundan gəlirlərin artım tempi 15 faiz, başqa sözlə, qeyri-neft sektorunun özünün artım tempi – 3,1 faizdən 4,8 dəfə çox olacaqdı. Əlbəttə, burada qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 7,6 faizini və ya 880 milyon manatını Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert, 2,1 faizini və ya 250 milyon manatını Mərkəzi Bankın mənfəətindən ayırmalar təşkil edir. “Fiskal fəza”da yeni gəlir mənbələrinin cəlb olunması qeyri-neft real sektorunun “büdcə yükü”nü azaltsa da, dövlət borcuna xidmət risklərini artırır. Amma nəzərə alanda ki, Azərbaycanda dövlət borcunun ÜDM-ə nisbəti 23,3 faiz təşkil etməklə, strategiyada nəzərdə tutulan – 30 faizdən aşağıdır, onda cari vəziyyətə uyğun olaraq prioritet düzgün seçilmişdir. Beynəlxalq Valyuta Fondunun “fiskal fəza romb”una uyğun olaraq Azərbaycan gələcəkdə xərclərin səmərəliliyinin artırılması və gəlirlərin mobilizisiyası istiqamətində getməklə “fiskal fəza”dan daha yaxşı istifadə edə bilər. 2021-ci ildə icmal büdcənin və dövlət büdcəsinin kəsirinin 2020-ci ilə nisbətən az, habelə cari əməliyyatlar hesabınının müsbət saldo ilə proqnozlaşdırılması manatın sabitliyi və inflyasiyanın cilovlanması üçün fundamental əsaslar yaradır. Əsas odur ki, fiskal genişlənmə və yumşaq monetar siyasət, həmçinin əlverişli biznes mühiti və təşviqlər hesabına ölkəyə sərmayə cəlbi stimullaşdırılmalıdır. Çünki fiskal multiplikator ölkə üzrə deyil, yalnız Qarabağda yenidənqurma zamanı daha yüksək göstəriciyə malik ola bilər. Qarabağın inkişafı proqramı təkcə dövlət deyil, həm də beynəlxalq qurumlar, banklar, xarici və yerli sərmayədarlar və başqa mənbələr hesabına maliyyələşdiriləcəkdir. Dövlət sərmayələri bu mənada stimullaşdırıcı rol oynayacaq”.
V.Qasımlı bildirib ki, 2019-cu ildə icra edilmiş və 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə sosial siyasətin həyata keçirilməsi ilə bağlı xərclərin payı 2021-ci ilin dövlət büdcəsində uyğun olaraq 7,8 faiz və 0,2 faiz yüksəlib:
“Həmişə olduğu kimi Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusən də şəhid ailələləri və müharibə əlillərinə aid sosial paket əhəmiyyətli genişləndiriləcək”.
“Bu ilin büdcəsi iqtisadi artımı bərpa edəcək” – Vüsal Qasımlı
“Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il dövlət büdcəsi haqqında qanun qəbul edilib. Ali Baş Komandan və Ordumuzun sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra dövlət büdcəsinin yeni şəraitə və məkana uyğunlaşma prosesi gedir”.
Teleqraf.com xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2021-ci ilin dövlət büdcəsinə münasibət bildirərkən deyib.
Mərkəzinin icraçı direktoru qeyd edib ki, Azərbaycan dünya meqatrendlərinə uyğun olaraq dövlət büdcəsinin həcmini genişləndirir: “19-cu əsrdə inkişaf etmiş ölkələrdə dövlət xərcləmələri ÜDM-in 8 faizini təşkil etdiyi halda, hazırda bu göstərici 40 faizə çatır. Azərbaycanda da 2021-ci ildə dövlət büdcəsi xərclərinin ÜDM-də payı 37,7 faiz proqnozlaşdırılır. Hətta Avropa Yenidənqurma və İnkişaf Bankı keçid ölkələri barədə hesabatında “dövlət geri qayıdır” ifadəsini işlədib. 2021-ci ilin dövlət büdcəsi qarşısında duran əsas prioritetlər Vətən müharibəsindən sonra ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin daha da artırılması, Qarabağın reinteqrasiyası, iqtisadi artımın bərpası və sosial rifahdır.
Buna görə də 2021-ci ildə dövlət büdcəsinin xərcləri 28,5 milyard manat olmaqla, 2019-cu ilin faktiki icrası ilə müqayisədə 16,9 faiz, 2020-ci illə müqayisədə isə 5,9 faiz çox proqnozlaşdırılıb. Dövlət büdcəsinin artan xərclərini tarazlaşdırmaq üçün proqnoza görə, 2021-ci ilin dövlət büdcəsində qeyri-neft sektorundan gəlirlərin artım tempi 15 faiz, başqa sözlə, qeyri-neft sektorunun özünün artım tempi – 3,1 faizdən 4,8 dəfə çox olacaqdı.
Əlbəttə, burada qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 7,6 faizini və ya 880 milyon manatını dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert, 2,1 faizini və ya 250 milyon manatını Mərkəzi Bankın mənfəətindən ayırmalar təşkil edir. “Fiskal fəza”da yeni gəlir mənbələrinin cəlb olunması qeyri-neft real sektorunun “büdcə yükü”nü azaltsa da, dövlət borcuna xidmət risklərini artırır. Amma nəzərə alanda ki, Azərbaycanda dövlət borcunun ÜDM-ə nisbəti 23,3 faiz təşkil etməklə, strategiyada nəzərdə tutulan – 30 faizdən aşağıdır, onda cari vəziyyətə uyğun olaraq prioritet düzgün seçilibdi. Beynəlxalq Valyuta Fondunun “fiskal fəza romb”una uyğun olaraq Azərbaycan gələcəkdə xərclərin səmərəliliyinin artırılması və gəlirlərin mobilizisiyası istiqamətində getməklə “fiskal fəza”dan daha yaxşı istifadə edə bilər.
2021-ci ildə icmal büdcənin və dövlət büdcəsinin kəsirinin 2020-ci ilə nisbətən az, habelə cari əməliyyatlar hesabınının müsbət saldo ilə proqnozlaşdırılması manatın sabitliyi və inflyasiyanın cilovlanması üçün fundamental əsaslar yaradır. Əsas odur ki, fiskal genişlənmə və yumşaq monetar siyasət, həmçinin əlverişli biznes mühiti və təşviqlər hesabına ölkəyə sərmayə cəlbi stimullaşdırılmalıdır. Çünki fiskal multiplikator ölkə üzrə deyil, yalnız Qarabağda yenidənqurma zamanı daha yüksək göstəriciyə malik ola bilər. Qarabağın inkişafı proqramı təkcə dövlət deyil, həm də beynəlxalq qurumlar, banklar, xarici və yerli sərmayədarlar və başqa mənbələr hesabına maliyyələşdiriləcəkdir. Dövlət sərmayələri bu mənada stimullaşdırıcı rol oynayacaq”.
Vüsal Qasımlı bildirib ki, 2019-cu ildə icra edilmiş və 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə sosial siyasətin həyata keçirilməsi ilə bağlı xərclərin payı 2021-ci ilin dövlət büdcəsində uyğun olaraq 7,8 faiz və 0,2 faiz yüksəlib: “Həmişə olduğu kimi Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusən də şəhid ailələləri və müharibə əlillərinə aid sosial paket əhəmiyyətli genişləndiriləcək”.
Comments are closed, but trackbacks and pingbacks are open.