Press "Enter" to skip to content

Qaraqan – Mələk

Qaraqanın yeni romanı sayca dördüncü əsəridir. Mələk adlanan bu əsər Fantastik-drama janrında yazılıb. Əsərdə Azərbaycan reallığı, əsl sevgi və onun acı nəticələri, paxıllıq, kin, nifrət, acgözlük və şəhvət hisslərinin ətrafında baş verən hadisələr oxucunu yeni, sərt həqiqətlərlə dolu bir dünyaya aparır. Gözəl bir qadın cildində bir oğlanın damına düşən mələk və onun taleyindən danışılır. Xatırladaq ki, “A” , “Bir milyon dollarım olsaydı” , “Исповедь одного извращенца” romanları Azərbaycanda ən çox satılan romanlardır, Qaraqan sosial şəbəkələrdə 39. 000 nəfərlik oxucu kütləsi olan yeganə yazıçıdır

Qaraqan “Mələk” PDF

Qaraqanın yeni romanı sayca dördüncü əsəridir. Mələk adlanan bu əsər Fantastik-drama janrında yazılıb. Əsərdə Azərbaycan reallığı, əsl sevgi və onun acı nəticələri, paxıllıq, kin, nifrət, acgözlük və şəhvət hisslərinin ətrafında baş verən hadisələr oxucunu yeni, sərt həqiqətlərlə dolu bir dünyaya aparır. Gözəl bir qadın cildində bir oğlanın damına düşən mələk və onun taleyindən danışılır. Xatırladaq ki, “A” , “Bir milyon dollarım olsaydı” , “Исповедь одного извращенца” romanları Azərbaycanda ən çox satılan romanlardır, Qaraqan sosial şəbəkələrdə 39. 000 nəfərlik oxucu kütləsi olan yeganə yazıçıdır

1987 – Həyatdadır

Azərbaycanlı repçi, musiqiçi, yazıçı, jurnalist, filosof, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Kitab mükafatı müsabiqəsinin ilk qalibi. Hal-hazırda 8 romanın müəllifidir.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Qaraqan “Mələk” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

qaraqan-melek.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Qaraqan – Mələk

Artıq neçənci gecə idi gözümə yuxu gəlmirdi.Pəncərənin qarşısında əyləşib səmanı ikiyə bölən ildırımlara baxır, otağımın tör-töküntüsündən yağış damlalarını azadlığında gizlənərək, onların səliqəsiz düzülüşündəki ilahi incəliyi gözlərimdən içimə çəkib rahatlayırdım.Birinci gün, ikinci gün, üçüncü gün, dördüncü gün, beşinci gün gözləmələri və altıbazar həyatını yaşayan, özündən küsmüş, otuzyaşlı uşaq idim. Mənim həyatım siqaret tüstüsü kimi dodaqlarımdan sovrulub göylərdə yox olur, əriyir, buxarlanırdı.Heç nə gözləməyən və heç kəsin gözləmədiyi bir adama çevrilmişdim. Pəncərənin şimşək səsindən silkələnməsi və bir başmağa qoyduğum iki ayağımı bir-biriləri ilə qızdırmağım mənə qəribə bır hissiyatsızlıq verirdi sanki.Elə bu dəqiqə otağın küncündəki dibçəkdə bitən kaktus olmağa da razı idim. Nə fərqi var ki,onsuz da.

Yağış getdikcə möhkəmlənir, göy gurultuları küçələrdə həyasızca şütüyən varlı balalarının təkərlərinin səsinə qarışır. Bakı çılpaq çirkinliyilə məni özündən daha da uzaqlaşdırırdı. Hava soyuyur və fikirləşirdim ki, bir dəqiqəlik də olsa, bu gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq. Mənə ağalıq edənlərə qulluq etmək üçün sabah gümrah olmalıyam.Bircə dəqiqə də bu mənzərəyə baxım. Payızın ikinci yağışı idi və bu yağış, deyəsən bütün noyabr ayı yağacaqdı. Uzun illər sevgisiz və məqsədsiz şəkildə davam etdirdiyim həyatımda bu noyabr da heç nə gözləmirdim. İllər keçdikcə içdən qocalır və ümidlərimi bir-bir uşaqlıq xatirələrimə yola salırdım. Özümü həyatın dibində hiss edirdim. Günü-gündən inkişaf edən və yüksələn bu şəhərdə sanki yerin dibinə düşür və orada gözəgörünməz bir qarışqaya çevrilirdim. Amma düz deyirlər ki,həyatın ən aşağı nöqtəsinə enəndə,ən pis vəziyyətində olanda birdən dəyişirsən. Və nəyəsə nail olmağa başlayırsan. Hər bir insanın həyatında elə bir dönüş nöqtəsi,elə bir hadisə olur ki,bu onun bütün gələcək həyatını,həyata baxışlarını və hisslərini,düşüncələrini və inamını dəyişir. Mən heç nəyə inanmırdım həmin gecə. Amma bu hadisə baş verdi.Və mənim həyatımı tamamilə dəyişdi.

İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.

QARAQAN Mələk

(verse: Qaraqan)
S?zl?r v? q, g?zl?r v? ya?
T?hqir, alq, biz dm?n
V? yaz, q?l?mi a?lat v? qa?
?ld?r v? sev, s?nsiz d?zm?z
S?ns?n ail? v? ev
Qaytarma, se? art?q, ayr?lmaq gec
Ola bilmir do?ma, sil? bilmirs?n he?
Hissl?r s?n?r art?q bax
B?t?n hissl?r d? buz
Kimdi ax? o? Sad?c? s?radan bir q?z

Ama baxlar? d?li el?yir m?ni
Onun qollar?b?di q?f?sim
M?nild?r, ya g?t?r bu d?rdl?ri
Bu mu sevgi? M?n tan?m?ram hissl?ri

S?zl?r mi s?rt yoxsa hissl?rdi s?dd?
M?n s?nd? art?q qoymayacam s?rh?d

(N?qar?t: G?lt?kin)
Dumanlar d?yi?ir h?ri tan?nmaz hal?tiyl?
K?l?kl?r r?qs edir hissl?rimizin h?rar?tiyl?
?r?kl?r d?z? bil?r mi, de, dill?r susa bil?r mi?
M?l?kl?r yaral? qanad? rp?b u?a bil?r mi?

(verse: Qaraqan)
G?nl?rl? q?m, m?n s?nsiz kim?m
S?n? yazd?m s?tirl?rd? tapd?m v?t?n
S?n burdazg?, m?n s?nsiz k?lg?
M?n s?nsiz buz baxl?, da? bir heyk?l
xart d?rini, m?n? lpaq ruhunu g?st?r

M?ni m?hv edir bu uzun s?ssizlik
M?ni yand?r, buzr?yim? ver isti
Art?q nifr?t el?s?n d? m?n? b?sdi
T?ki yan?mda qal, m?n olum t?slim
Bu otaqlar yox art?q divarlar
Ac? xatir?l?rr?y? toz ba?lar
Baxlar qal?r, uzaqlar ayaqlar
Ruhlar qucaqlar, uzaqlar ayaqlar

P?rd?l?ri a?, t?kc? lpaq h?qiq?t
Aram?zda yox art?q s?rh?d

(N?qar?t: G?lt?kin)
Dumanlar d?yi?ir h?ri tan?nmaz hal?tiyl?
K?l?kl?r r?qs edir hissl?rimizin h?rar?tiyl?
?r?kl?r d?z? bil?r mi, de, dill?r susa bil?r mi?
M?l?kl?r yaral? qanad? rp?b u?a bil?r mi? (x2)

Comments are closed, but trackbacks and pingbacks are open.