Press "Enter" to skip to content

Dövlt dniz administrasiyası logo

Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin hər biri hərtərəfli təhlil olunur və qaldırılan bütün məsələlərə operativ qaydada baxılır.

İlham Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib – VİDEO – FOTO

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev dövlətimizin başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 79 ünvanında yerləşən beşmərtəbəli binada vətəndaşların rahat müraciət etmələri və onların müraciətlərinə baxılması üçün zəruri şərait yaradılıb.

Mərkəzdə gözləmə zalları, qəbulların aparılacağı xidməti otaqlar, kollektiv qəbullar üçün nəzərdə tutulan müxtəlif ölçülü zallar, həkim, psixoloq, hüquq məsləhətçisi, ana və uşaq otaqları vardır.

Vətəndaş Qəbulu Mərkəzində tətbiq olunan yeniliklərdən biri də Çağrı Mərkəzinin istifadəyə verilməsidir. Vətəndaşlar 1111 nömrəsinə zəng edərək onları narahat edən məsələlər barədə məlumat verə biləcəklər. Bu müraciətlər operatorlar tərəfindən dərhal qəbul olunaraq vətəndaşlara müvafiq izahat veriləcəkdir. Mərkəzdə tətbiq olunan daha bir yenilik isə ölkənin müxtəlif bölgələri ilə birbaşa videokonfranslar keçirilməsi imkanının yaradılmasıdır. Burada ölkənin bütün şəhər və rayon icra hakimiyyətlərinin vətəndaş qəbulu otaqları və Prezident Administrasiyasının müvafiq struktur bölməsi ilə paralel olaraq əlaqə saxlamaq imkanı verən xüsusi rabitə sistemi vardır.

Bu Mərkəzin istifadəyə verilməsi ictimai nəzarətin mühüm mexanizmlərindən biri olan vətəndaş müraciətlərinə daha operativ baxılmasına şərait yaradacaq. Mərkəzdə həm ilk dəfə qəbula gələn, həm də əvvəlcədən qəbula yazılan vətəndaşlar üçün iki qeydiyyat köşkü quraşdırılıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib müvafiq ardıcıllığa riayət etməklə qəbula yazıla və müraciət edə biləcəklər. Burada fəaliyyət göstərəcək könüllülər də bu prosesdə vətəndaşlara yardımçı olacaqlar.

Bir sözlə, vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın artırılması məqsədilə yaradılan Mərkəzdə bu işin təşkili üçün hər cür şərait vardır.

Vətəndaşlar qəbulla yanaşı, Prezident Sarayına ənənəvi qaydada, yaxud “president.az” rəsmi səhifəsi vasitəsilə elektron məktubla da müraciət edə bilərlər.

Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin hər biri hərtərəfli təhlil olunur və qaldırılan bütün məsələlərə operativ qaydada baxılır.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejiminin yumşaldılması barədə qəbul etdiyi qərara əsasən dövlət orqanlarında vətəndaşların qrup halında və fərdi qaydada qəbul edilməsinə artıq icazə verilib. Hazırda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən vətəndaşların səyyar qəbulları həyata keçirilməkdədir. Eyni zamanda, Prezident Administrasiyasının struktur bölmələrinin rəhbərləri tərəfindən də vətəndaşlar qəbul ediləcəklər.

Qeyd edək ki, ötən il Prezident Administrasiyasına daxil olan müraciətlərin 60 faizi ərizələrdən, 39 faizi şikayətlərdən və təkliflərdən ibarət olub. Müraciətlər əsasən sosial müdafiə, İkinci Qarabağ müharibəsi və onun nəticələri, hüquq-mühafizə orqanlarının, məhkəmələrin fəaliyyəti, əfv məsələləri, səhiyyə xidmətləri, torpaq məsələləri və işğaldan azad edilmiş ərazilərlə bağlı olub. Bu müraciətlərə operativ baxılaraq müvafiq kömək göstərildiyinə görə dövlətimizin başçısı İlham Əliyevin ünvanına həmin dövrdə 30 minə yaxın minnətdarlıq məktubu daxil olub.

Milli.Az

Dövlt dniz administrasiyası logo

(+994 12) 497 44 05

info@ddla.gov.az

XİDMƏTLƏR

ELEKTRON XİDMƏTLƏR

DÖVLƏT XİDMƏTLƏRİ

ETİK DAVRANIŞLAR

ONLAYN MÜRACİƏT

QƏBUL GÜNLƏRİ

ƏN ÇOX VERİLƏN SUALLAR

ELANLAR

SERTİFİKATLARIN YOXLANILMASI

DƏNİZÇİLƏR ÜÇÜN BİLDİRİŞLƏR

DƏNİZ QƏZALARININ ARAŞDIRILMASI

ONLAYN
NÖVBƏ

XƏBƏRLƏR

Dövlət Dəniz və Liman Agentliyi hava şəraitinin dəyişməsi ilə bağlı gəmilərə xəbərdarlıq edir. .

Dövlət Dəniz və Liman Agentliyində Qazaxıstanın nümayəndə heyəti ilə görüş keçirilib .

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib. .

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının Dəniz Ətraf Mühitinin Mühafizəsi Komitəsinin 79-cu sessiyasında təmsil olunub .

Dövlət Dəniz və Liman Agentliyi hava şəraitinin dəyişməsi ilə bağlı gəmilərə xəbərdarlıq edir. .

Nazirliyin kollektivi Fəxri Xiyabanda Ulu Öndərin abidəsini ziyarət edib .

Ünvan

Azərbaycan, Bakı şəhəri,
Xanlar küç. 2B AZ1003

Telefon

(012) 497 44 05

E-poçt

info@ddla.gov.az

Dövlət Dəniz və Liman Agentliyi © 2022 Bütün hüquqlar qorunur.

Dövlt dniz administrasiyası logo

Unikal.org xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 12-də “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.

Fərmana əsasən Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi yaradılıb. Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə və nazirliyin strukturu təsdiq edilib.

Fərmana əsasən Dövlət Dəniz Administrasiyasının tabeliyində olan Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxs statusu ilə Dövlət Dəniz Agentliyinin tabeliyinə, Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində olan Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi isə publik hüquqi şəxs statusu ilə Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyinə verilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin və Dövlət Mülki Aviasiya Agentliyinin direktorlarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

Onu da nəzərə çatdıraq ki, bu fərmanla Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov vəzifəsini itirmiş olur. Belə ki, onun rəhbər olduğu qurum ləğv olunaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeçiliyinə verilir. Yeni yaradılan Dövlət Dəniz Agentliyinin direktoru isə hələlik bəlli deyil, çünku bu vəzifəyə təyinatı Prezident həyata keçirəcək.

Comments are closed, but trackbacks and pingbacks are open.