Press "Enter" to skip to content

Səid İsrafilov – Sələfi Salehin bidət əhlinə qarşı müamələ üslubu (5 dərs)

NAMAZIN MÜXTƏSƏR TƏLİMİ (VİDEO)

Sələfi salehin əqidəsi

ƏHLİ SÜNNƏ VƏL CƏMAAT SƏLƏFİ SALİHİN

ƏQİDƏ – Əqd sözündəndir. Bağlamaq, yaxşı bağlamaq, düyün vurmaq deməkdir. İnsanın qəlbində kəsin olaraq qəbul etdiyi şey istər haqq, istər batil olsun əqidədir.
İstilahı mənası – Əqidə insanın heç bir şəkk-şübhə və tərəddüd olmayaraq kəsin olaraq inanması deməkdir. Əgər bir inanc yəqinlik dərəcəsinə çatmazsa ona əqidə deyilməz.
İslam əqidəsi deyildiyi zaman Əhli Sünnə vəl Cəmaatın əqidəsi başa düşülür. Çünki Allahın qulları üçün bəyənib seçdiyi İslam budur. Peyğəmbər – səllallahu aleyhi və səlləm -, Səhabə, Tabiin və onlara gözəl bir şəkildə tabe olanların yoludur.
SƏLƏF – keçən, keçib gedən, keçmiş deməkdir. Keçmiş cəmaatdır. «…Və onları sonradan gələnlər üçün sələf ( keçmiş) və ibrət dərsi etdik». ( əz-Zuxruf 56).
Yaşca və fəzilətcə sizdən böyük olan ata və babalarımız sizin sələfinizdir. Buna görə də ilk müsəlmanlara Sələfi Salehin adı verilmişdir. Peyğəmbər – səllallahu aleyhi və səlləm- Səhabələri və gözəl bir şəkildə onlara tabe olanlar bu ümmətin sələfidirlər. Peyğəmbər- səllallahu aleyhi və səlləm- in səhabələrinin və onlara gözəl bir şəkildə uyanların dəvət etdiyi şeylərə dəvət edən hər bir kəs də sələfi yolu üzərindədir. İmanlarındakı sədaqətləri və ibadətlərindəki ixlasları ilə onlar ən layiq insanlardır ki, Allah İnsan mesajını bütün yer üzünə təbliği üçün onları seçmişdir. Sələfi Salihə uyan və onların metodunu ( Quran və Sünnəni) təqib edən digər müsəlmanlar da sələfə nisbət olaraq sələfi deyilir. Quran və Sünnə ilə yaşayan hər bir kəs sələfə tabe olan kimsədir. İstər zaman və məkan etibarı ilə onun ilə onlar arasında üzün bir müddət olsun. Onlara müxalif olan isə onlar arasında yaşamış olsa da belə onlardan deyildir. «Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi ( özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir». (ən-Nisa 115).
Sələfi Salihin əvvəli Peyğəmbər – səllallahu aleyhi və səlləm- dir. «Məhəmməd Allahın Peyğəmbəri. Onunla birlikdə olanlar ( möminlər) kafirlərə qarşı sərt, bir-birinə ( öz aralarında) isə mərhəmətlidirlər». ( əl-Fəth 29).
Allah, ona itaət ilə Rəsuluna itaəti bir yerdə qeyd edərək buyurur: «Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi Nəbilər ( peyğəmbərlər) siddiqlər ( təmamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbəri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə ( yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar isə necə də gözəl yoldaşlardır!». (ən-Nisa 69).
Allah Rəsuluna itaəti ona itaət olaraq adlandırmış və buyurmuşdu: «Peyğəmbərə itaət edən şəxs, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə, biz ki, səni onların üzərində gözətçi olmağa göndərməmişik». (ən-Nisa 80).
Allah, Rəsuluna itaət etməməyi əməllərin boşa çıxartmaq olduğunu qeyd edərək buyurur: «Ey iman gətirənlər! Allaha itaət edin, Rəsuluna itaət edin və əməllərinizi boşa çıxartmayın». (Məhəmməd 33).
Allah bizlərə Rəsulunun əmrlərinə müxalif olmamağımızı qadağan edərək buyurur: «Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib onun sərhədlərini aşarsa, Allah da onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir». (ən-Nisa 14).
Allah bizlərə Peyğəmbərinin bizə əmr etdiklərini yerinə yetirməyimizi və qadağan etdiklərindən çəkinməyimizi əmr edərək buyurur: «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir». (əl-Həşr 7).
Allah bizlərə Peyğəmbər – səllallahu aleyhi və səlləm – i həyatımızın bütün xüsuslarında hakim təyin etməyimizi əmr edərək buyurur: «Amma xeyr! Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar». (ən-Nisa 65).
Allah ona olan sevgini Rəsuluna itaət ilə bağlayaraq buyurur: De ki: «Əgər Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayan və mərhəmətlidir». (Ali İmran 31).
Buna görə də Peyğəmbər, Səhabə və Tabiinlərə uymaq daha doğru, nəticə etibarı ilə daha xeyirlidir. Peyğəmbər – səllallahu aleyhi və səlləm- buyurur: « İnsanların ən xeyirliləri mənim əsrimdəkilərdir. Sonra onların ardınca gələnlər, sonra yenə onların ardınca gələnlər».
Peyğəmbər – səllallahu aeyhi və səlləm- dən sonra sələfin ən xeyirlisi sidq və ixlas üzrə dini Rəsulullah – səllallahu aleyhi və səlləm- dən öyrənən Səhabəi-Kiramdır. «Möminlər arasında elələri də vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər». (əl-Əhzab 23). «(İslamı) ilk əvvəl qəbul edib ( başqalarını bu işdə) qabaqlayan mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Allah onlar üçün əbədi qalacaqlar, altından çaylar axan Cənnətlər hazırlamışdır. Bu ən böyük qurtuluş və uğurdur». (ət-Tövbə 100).
Sələf yolu müsəlmanı bir başa olaraq Allah və Rəsulu – səllallahu aleyhi və səlləm- ə və onların sevgisinə bağlayır. Çünki sələfi etiqadının qaynağı havadan və insan ağlının qüsurlarından uzaq olaraq, Allah və Rəsulu – səllallahu aleyhi və səlləm- in buyurduqlarına dayanır. Bu əqidə olduqca gözəl, başa düşülən və aydın bir əqidədir. Sələf etiqadını mənimsəyən kimsə şəkk-şübhələrdən və şeytanın vəsvəsələrindən uzaqdır. Çünki bu əqidəyə inanan hər bir insan bu ümmətin Peyğəmbərinin, Səhabəi-Kiramın göstərdiyi yol üzərində yürüyür.
SÜNNƏ – lüğətdə – SƏNNƏL ƏMRA – bir işi açıqladı deməkdir. Sünnə izlənilən yol və həyat tərzidir.
İstilahı mənası – Rəsulullah – səllallahu aleyhi və səlləm- in və səhabələrin elm, etiqad, söz, davranış və təqrir (edilən, lakin qadağan olunmayan) xüsuslarda izlədikləri yol deməkdir. Sünnənin ziddi bidətdir.
CƏMAAT – bir şeyin parçalarını bir-birinə yaxınlaşdırdım, cəm etdim demək olan əl-Cəm-dən alınmışdır. Mən onu cəm etdim və s. Cəmaat ictimadan törənmişdir. Ayrılıb dağılmağın və ayrılmağın ziddidir. Cəmaat çoxlu sayda insan və eyni məqsəd ətrafında birləşən insanlar topluluğu deməkdir. Cəmaata bu adın verilməsinin səbəbi cəmaatın ictima kəlməsi ilə eyni mənaya malik olmasıdır. Ziddi təfriqədir. Cəmaat kəlməsi hər nə qədər bir yerə yığılan topluluğun adı olsa da, qeyd etdiyimiz mənaya gəlir.
İstilahi mənası – müsəlmanların cəmaatı olub, bunlar da səhabələr, tabiin və Qiyamət gününə qədər onlara gözəl bir şəkildə uyan, Kitab və Sünnə ətrafında toplanmış, Rəsulullah- səllallahu aleyhi və səlləm- in həm zahirən və həm də batinən getdiyi bu yolu izləyən bu ümmətin sələfi deməkdir. Allah mömin qullarına cəmaat olmaqlarını, bir-biri ilə qaynayıb yardımlaşmalarını əmr etmiş, onlara təfriqəni, ayrılığı və bir-birlərini didmələrini qadağan etmişdi. «Hamımız bir yerdə Allahın ipindən möhkəm yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi neməti xatırlayın ki, siz bir-birinizə düşmən ikən o sizin qəlblərinizi birləşdirdi və onun neməti sayəsində bir-birinizə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarında ikən o sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə haqq yola yönəlmiş olasınız». (Ali İmran 103). «Açıq-aydın dəlillər gəldikdən sonra, bir-birndən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar». (Ali İmran 105). Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm- buyurdu: « Cəmaata möhkəm bağlanın. Ayrılıqdan çəkinin, çünki şeytan tək qalanla birlikdədir. O, iki nəfərdən uzaqdır. Kim Cənnətin geniş yerini istiyirsə həmən cəmaata möhkəm sarılsın».
Çünki burada Sünnət bidətin qarşısında, Cəmaat da təfriqənin, ayrılığın qarşısındadır.
İbn Abbas – radıyallahu anhu – Allah – sübhanəhu və təala – nin: «Bəzi üzlər ağ, bəzi üzlərin isə qara olacağı gündə…» (Ali İmran 106) ayəsini təfsir edərkən demişdi: «Əhli Sünnə vəl Cəmaatın üzləri ağaracaq, bidət və təfriqə əhlinin üzləri isə qaralacaq».
İslam ümmətini ilk nəslinin saf və səlim əqidəsi budur. Bu əqidənin qaynağı Kitab, Sünnət, sələf imamlarının sözləridir. Ümmətin ilk nəslinin qəlbləri bu əqidə ilə dirilmişdir. Bu Sələfi Salih, Firqətul Nəsiyə, Əhli Hədis, Əhli Sünnə vəl Cəmaat, Dörd İmam və alimlərin bu günə qədər və Qiyamətə qədər onların yolunu təqib edənlərin əqidəsidir. Sonradan gəlib onların sözlərini dəyişdirənlərin yolları sizi aldatmasın. «Bu şübhəsiz ki, mənim doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan sapdıracaq yollara uymayın. Allah bunları sizə tövsiyə etdi ki, bəlkə pis əməllərdən çəkinəsiz». (əl-Ənam 153).

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]

Xoş gəldiniz, Qonaq

Saytda: 1

Qonaqlar: 1

İstifadəçilər: 0

Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

Yeni istifadəçilər

Əhli Sünnə vəl Camaat © 2023 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru

Səid İsrafilov – Sələfi Salehin bidət əhlinə qarşı müamələ üslubu (5 dərs)

Kasıb da olmaq, varlı da olmaq Allahın imtahanıdır (23.12.2022) – Səid İsrafilov

05 Yanvar 2023

Uhud döyüşü (Ümrə ziyarəti, 03.01.2023) – Səid İsrafilov

05 Yanvar 2023

Rəbbin sənə yaxındır – Səid İsrafilov

05 Yanvar 2023

Ölüm – Səid İsrafilov

05 Yanvar 2023

İmam Əhmədin «Üsulu Sünnə» kitabı (17 dərs)

11 Noyabr 2022
YENİ 17. Allahı görməyə iman

“Tərbiyə və Mənhəc haqda 40 hədis” – Səid İsrafilov (23 dərs)

28 Oktyabr 2022
YENİ Tərbiyə və mənhəc haqda 40 hədis 23

Namaz vaxtları

NAMAZIN MÜXTƏSƏR TƏLİMİ (VİDEO)

NAMAZIN MÜXTƏSƏR TƏLİMİ

NAMAZIN KİRİLCƏ MÜXTƏSƏR TƏLİMİ

Elm tələbələri

  • Arif Allahyarov
  • Elşən Şəkərov
  • Elnur Əbu Muhamməd
  • Elnur Əliyev
  • İsmayıl Əbu Xalid
  • Kamal Hüseyn
  • Mənsur Cəlilov
  • Osman Sələfi
  • Qamət Süleymanov
  • Ramin Mütəllim
  • Səid İsrafilov
  • Təyyar Xəlilov
  • Yaşar Qurbanov

Comments are closed, but trackbacks and pingbacks are open.