Press "Enter" to skip to content

Dövlt imtahan mrkzi

Dövlət İmtahan Mərkəzi haqqında ümumi məlumat

DİM-in məxfi sənədinin ictimaiyyətə sızması barədə rəsmi açıqlama

DİM-in məxfi sənədinin ictimaiyyətə sızması barədə rəsmi açıqlama Dövlət İmtahan Mərkəzi 2022-ci ildə keçiriləcək imtahanların qrafiki haqqında məlumat yayıb.

10 Yanvar , 2022 12:45

https://static.report.az/photo/0da25206-8fe1-3080-8907-32173896b2ed.jpg

Dövlət İmtahan Mərkəzi (DİM) 2022-ci ildə keçiriləcək imtahanların qrafiki haqqında məlumat yayıb. DİM-dən “Report”a verilən məlumata görə, mərkəz tərəfindən 2021-ci il ərzində 32 növ imtahan keçirilib və bu imtahanlarda ümumilikdə 426 minə yaxın şəxs iştirak edib. DİM tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıyır. Əlbəttə ki, bu imtahanların qrafikinin layihəsi ilin əvvəlində tərtib olunmaqla aidiyyəti dövlət orqanları ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə təqdim olunur: “Xatırlayırsınızsa, pandemiyadan öncə DİM tərəfindən növbəti il ərzində keçiriləcək imtahanların qrafiki adətən yanvar və ya fevral aylarında elan olunurdu. Lakin “COVID-19”la əlaqədar sanitar-epidemioloji vəziyyəti qabaqcadan müəyyən etmək çətindir. Ona görə də Mərkəz tərəfindən keçiriləcək imtahanların qrafiki 2 ildir ki, hissə-hissə təqdim olunur. Ötən ilin sonunda DİM tərəfindən 2022-ci ilin yanvar və fevral aylarında keçiriləcək imtahanlarının qrafiki barədə məlumat verilib. Təəssüf ki, dünən axşamdan sosial şəbəkələrdə Mərkəz tərəfindən il ərzində keçiriləcək imtahanların tarixləri ilə əlaqədar layihə-qrafik paylaşılır. Bu layihə-qrafik məxfi sənəd deyil və həm DİM-in müvafiq departamentləri, həm də aidiyyəti dövlət qurumları arasında işçi qaydada müzakirə olunur. Ona görə də imtahanların məhz bu qrafik əsasında keçirilib-keçirilməyəcəyi haqqında əvvəlcədən nəsə demək mümkün deyil. Qrafik aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra və yuxarıda da qeyd edildiyi kimi, sanitar epidemioloji vəziyyətdən asılı olaraq hissə-hissə elan ediləcək. Kütləvi xarakteri ilə seçilən buraxılış imtahanları barədə onu deyə bilərik ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsi nəzərdə tutulur. Bu imtahanların keçirilmə tarixləri və yerləri yanvar ayı ərzində elan olunacaq. Abituriyentlər və kütləvi informasiya vasitələri nümayəndələrindən diqqətli olmaları və yalnız rəsmi qaydada elan olunan məlumatlara istinad etmələrini xahiş edirik. Bir daha xatırladırıq ki, imtahan tarixləri məlum olan kimi dim.gov.az saytının “Təqvim” bölməsinə əlavə edilir və bununla bağlı rəsmi açıqlama verilir”.

Dövlt imtahan mrkzi

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən ədliyyə orqanlarında işə qəbul üçün MÜSABİQƏ ELANI

01 Mart, 2023

Müəllim işləmək istəyənlərin nəzərinə: Yeni hazırlıq kursları fəaliyyətə başlayacaq!

28 Fevral, 2023

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə işə qəbul üçün MÜSABİQƏ ELANI

27 Fevral, 2023

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrə işə qəbul üçün MÜSABİQƏ ELANI

23 Fevral, 2023

Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində məsləhətçi vəzifəsinin tutulması üçün ümumi MÜSAHİBƏ ELANI

28 Noyabr, 2022

Şəxsi kabinetdən istifadə QAYDALARI

Dövlt imtahan mrkzi

2018-02-24 18:48:04

Dövlət İmtahan Mərkəzi haqqında ümumi məlumat

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə yaradılmışdır. Dövlət İmtahan Mərkəzi dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. DİM ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir. Mərkəz, həmçinin dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir. Mərkəzi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr, 2 sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə Direktorlar Şurası idarə edir.

Direktorlar Şurası

Direktorlar Şurası (bundan sonra – Şura) sədr, 2 sədr müavini, və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 aprel 2016-cı il tarixli 1949 nömrəli sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 aprel 2016-cı il tarixli 1950 nömrəli sərəncamı ilə Namiq Əsgər oğlu Babayev və 15 aprel 2016-cı il tarixli 1951 nömrəli sərəncamı ilə Bəhram Bəhman oğlu Xəlilov Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini vəzifəsinə təyin olunublar. Azərbaycan Respublikasının Prezindenti İlham Əliyevin 18 aprel 2016-cı il tarixli 1959 nömrəli sərəncamı ilə Ayda-zadə Kamil Rəcəb oğlu, Bayramov Ceyhun Əziz oğlu, Hacıyev Niyazi Xanbaba oğlu və İsmayılzadə Fariz Akif oğlu Direktorlar Şurasının üzvü təyin olunublar. Şuranın iclasları ayda bir dəfədən az olmayaraq keçirilir. Şuranın növbədənkənar iclasları Şura üzvlərinin yarıdan çoxunun və ya Şura sədrinin təşəbbüsü ilə keçirilir. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın qərarları Şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici sayılır. Şuranın qərarları Şura sədri tərəfindən imzalanır.

  • Direktorlar Şurasının sədri
  • Direktorlar Şurası sədrinin müavini
  • Direktorlar Şurası sədrinin müavini
  • İcraçı direktor

Comments are closed, but trackbacks and pingbacks are open.