23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür
Beynəlxalq standartların tətbiqi məqsədilə dövlət qulluqçuları ixtisasartırma proqramlarındam keçirlər və yeni texnologiyalar sahəsində müasir İT bilikləri tətbiq edirlər. Bu sistemin uğurlu implementasiyası məqsədilə peşəkar və məsuliyyətli dövlət qulluqçuları fəaliyyət göstərməlidir. Ölkədə dövlət qulluqçularının vətəndaşlara göstərdikləri xidmət şəffaf, inam, məsuliyyət, keyfiyyət və digər prinsiplər əsasında qurulub.
Dövlət qulluğu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə Covid-19 ilə mübarizə istiqamətində yeni texnologiyaların tətbiqi ilə yanaşı, müasir üsullarla strateji müdafiə mexanizmi yaradılıb. Hətta bu preventiv üsulların inkişafı məqsədilə Microsoft, CİSCO və digər beynəlxalq transmilli təşkilatlarla ikitərəfli müzakirələr aparılıb. Koronavirusla mübarizədə effektiv və operativ siyasətin həyata keçirilməsi məqsədilə beynəlxalq standartlara cavab verən dövlət qulluğu sistemi olmalıdır. Son illərdə ölkədə dövlət qulluğu sistemində vacib dəyişiklər edilmişdir.
Beynəlxalq standartların tətbiqi məqsədilə dövlət qulluqçuları ixtisasartırma proqramlarındam keçirlər və yeni texnologiyalar sahəsində müasir İT bilikləri tətbiq edirlər. Bu sistemin uğurlu implementasiyası məqsədilə peşəkar və məsuliyyətli dövlət qulluqçuları fəaliyyət göstərməlidir. Ölkədə dövlət qulluqçularının vətəndaşlara göstərdikləri xidmət şəffaf, inam, məsuliyyət, keyfiyyət və digər prinsiplər əsasında qurulub.
Bu gün dövlət qulluğunda peşəkar, məsuliyyətli, innovativ, mədəni keyfiyyətləri özündə birləşdirən kadrlar fəaliyyət göstərir. İnsan kapitalı cəmiyyətin davamlı inkişafının təminatıdır. Ölkədə dövlət qulluğu sahəsində milli qanunvericilik yaradılıb, dövlət qulluqçularının yaşayış şəraitinin yaxşılaşdırılması, peşə və ixtisas biliklərinin artırılması, dövlət qulluğu sistemində gender balansının təmin edilməsi və yeni texnologiyaların tətbiqi sahəsində vacib addımlar atılıb.
Dövlət qulluğunda gender bərabərliyinin təmin edilməsi və dövlət qadın siyasətinin inkişaf etdirilməsi məqsədilə dövlət orqanlarında gender bərabərliyi üzrə əlaqələndiricilər təyin edilmişdir. Eyni zamanda, qadınların bütün sahələrdə və xüsusilə də dövlət qulluğunda təmsilçiliyinin artırılması məqsədilə milli qanunvericilikdə yeni qanunlar qəbul edilmişdir. 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən işəgötürən əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmin etməlidir. İşəgötürənin işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığı keçdiyi və əlavə təhsil aldığı zaman, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq, işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq, cinsindən asılı olmayaraq, eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq vəzifələri var.
Yuxarıda sadalanan fəaliyyətin nəticəsi kimi, bu gün ölkədə dövlət qulluqçularından 28.2 faizini qadınlar təşkil edir. Dövlət qulluğunun bütün sahələrində qadınlar fəaliyyət göstərirlər. Qadınlar Azərbaycan cəmiyyətində diplomatiyada, hərbi, mədəni, səhiyyə, təhlükəsizlik, sosial, humanitar, texniki, innovasiya, kənd təsərrüfatı sahələrində təmsil olunular. Əmək bazarında bərabər təmsilçiliyin təmin edilməsinin ölkənin iqtisadi və sosial inkişafına birbaşa təsiri var. Bu isə dövlət qulluqçularına vətəndaşlar tərəfindən inam yaradır.
Son illərdə ölkədə dövlət qulluğu sistemində koordinasiya-əməkdaşlıq işində yeni texnologiyalar tətbiq edilir, peşəkarlıq və fərdi məsuliyyət artırılıb. Dövlət qulluqçusunun etik davranışı və peşəkar fəaliyyəti ilə dövlət orqanlarına inam artırılıb.
Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq və azadlıqlarının, qanuni maraqlarının təmin olunmasına və qorunmasına xidmət edir. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə yol verməməlidir.
Dövlət qulluğu sisteminin təkmilləşdirilməsi ilə bağlı yeni texnologiyaların tətbiqi sahəsində vacib addımlar atılmışdır. Xüsusilə, elektron sənəd dövriyyəsinin və yeni proqram təminatlarının hazırlanması vətəndaşlar üçün xidmətlərin keyfiyyətinin artırılmasına təsir edir. Nümunə üçün, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 iyun tarixində “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin qəbul edilməsi ilə bağlı Fərmanı islahatların davam etdirilməsini təsdiqləyir.
Ölkə başçısı tərəfindən qəbul edilən qərarlar sayəsində vətəndaşlar üçün pandemiyanın təsirini azaltmaq məqsədilə müasir, çevik, növbəli struktur və qanunvericilik islahatları aparılır. Beynəlxalq təşkilatların, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının və Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə əsasən bir çox ölkələrlə müqayisədə pandemiya ilə mübarizədə ölkədə preventiv mexanizmlər daha tez qəbul edilmiş və daha da effektiv həyata keçirilmişdir. Bu siyasət insan hüquq və azadlıqlarının müdafiəsinə də birbaşa təsir göstərir. Elektron məhkəmə sisteminin yaradılması və təkmilləşdirilməsi insan hüquq və azadlıqlarının qorunmasında yeni və mütərəqqi addımlardan biridir. Elektron məhkəmə sisteminin tətbiqi uşaq və qadın hüquqlarının müdafiəsinə, alimentlərin ödənilməsi, qanunvericilikdə müəyyən edilmiş müddətdə məhkəmə işlərinin operativ şəkildə baxılmasına, məhkəmə qərarlarının icrasına müsbət təsir göstərir.
Elektron məhkəmə sisteminə əsasən, onlayn təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, elektron sənəd dövriyyəsinin bütün ədliyyə sistemində yaradılması, məlumat və arxiv sisteminin elektronlaşdırılması vətəndaşların məhkəmələrə olan müraciətlərini asanlaşdırır. Elektron məhkəmə sistemi yeni nəsil insan hüquq və azadlıqlarının formalaşmasına təsir göstərir. Yeni nəsil insan hüquqlarında isə elektron formada yerləşdirilən şəxsi məlumatların konfidensiallığının qorunması hüququ, onlayn şəkildə video və audio müraciətlərin edilməsi və qəbulu, məhkəmə qərarlarının icrasında şəxsi kabinet vasitəsilə məlumtlandırma və s. qeyd etmək olar.
Azərbaycan isə bu islahatlarda ən yaxşı təcrübələrə malik olan ölkələrin siyahısına daxil olub. Pandemiya zamanı elektron məhkəmə sistemi vətəndaşların müraciətlərinə baxılmasında, məhkəmə icraatının aparılmasında və yeni müasir sistemin tətbiqində vətəndaşların şəxsi təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının və maraqlarının qorunmasına dəstək olur.
Beləliklə də, 2020-ci ildə Elektron Hökumət sisteminin təkmilləşdirilməsi BMT-nin qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında Azərbaycanın beynəlxalq səviyyədə yaxşı təcrübəsini formalaşdırıb. Yuxarıda sadalanan tədbirlər isə vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, iqtisadiyyatın inkişafına, sosial problemlərin aradan qaldırılmasına, ailələrin möhkəmləndirilməsinə birbaşa təsir göstərir.
Eyni zamanda, bu il cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan tarixində birinci dəfə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiya”sı təsdiq edilmişdir. Bu sənədə əsasən uşaqlara qarşı zorakılığın, uşaq nikahlarının, uşaq ölümlərinin sayının azalmasına, uşaqların inkişaf, təhsil, yaradıcılıq və digər hüquqlarının təmin edilməsinə yönəlib.
Beləliklə, pandemiya zamanı ölkədə dövlət orqanları daha operativ və daha da effektiv fəaliyyət göstərmək məqsədilə tədbirlər görürlər. Vətəndaşların dövlət xidmətlərindən istifadəsindən razı qalmaları məqsədilə yeni milli meyarlar formalaşıb. Və bu meyarlar yeni texnologiyalarla və müasir üsullarla bağlıdır.
Yeni texnologiyalarla yanaşı, regionlarda, xüsusilə kəndlərdə vətəndaşlara göstərilən xidmətlərin gücləndirilməsi vacibdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları tərəfindən mütəmadi olaraq sağlamlığı məhdud olan uşaqlara, zorakılığa məruz qalmış insanlara və ümumiyyətlə, psixoloji dəstəyə ehtiyacı olan vətəndaşlara hüquqi, psixoloji, sosial yardım edilir. Eyni zamanda, ölkənin bütün yerli icra hakimiyyəti orqanlarında gender əsaslı zorakılıqla mübarizəyə dair komissiyalar yaradılıb. Bu fəaliyyət ən həssas kateqoriyadan olan insanlara dəstəyin göstərilməsi məqsədilə yaradılıb.
Eyni zamanda, ölkədə elektron hökumət sisteminin inkişaf etdirilməsi məqsədilə vacib addımlar atılmışdır. Müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları vətəndaşlara e-xidmətlərin göstərilməsi və xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir.
Dövlət qulluqçuları mütəmadi öz biliklərini artırmalıdır, “hightech” sahəsində yenilikləri mənimsəməlidir, öz peşəkarlıq səviyyəsi ilə gündəlik yeni çağırışlara cavab verməyə hazır olmalıdır. Bu gün vətəndaşların müraciətlərinin müsbət şəkildə həllinin tapılması dövlət orqanları üçün sağlam rəqabətin aparılması ilə nəticələnir. Rəqabət keyfiyyətli və məsuliyyətli xidmətin göstərilməsi ilə qiymətləndirilir.
Dövlət qulluğu sistemi təkmilləşdirilib və virtual həyatda vətəndaşlara göstərilən xidmətlərin asanlaşdırılmasına yönəldilib. Eyni zamanda, vətəndaşların internet resurslardan istifadə edərkən təhlükəsizliyinin təmin edilməsinə yönəldilib. Beləliklə, dövlət qulluqçuları cəmiyyətdə peşəkar, məsuliyyətli, innovativ, mədəni, qərəzsiz və ümumiyyətlə, müsbət bir nümunəyə çevrilib.
Vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində ölkədə müasir və çevik dövlət qulluğu sistemi yaradılıb və inkişaf edir. Bu sistemin əsas məqsədi isə vətəndaşlara göstərilən xidmətlərin yüksək səviyyədə təmin edilməsi və maraqların nəzərə alınmasıdır. Bu prinsipin icrası isə Azərbaycanın hərtərəfli inkişafına və tərəqqisinə əsas töhfə verəcək.
Hüquq üzrə Fəlsəfə Doktoru,
Dövlət qulluğunun müşaviri,
AQUPDK-nın İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri
23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür
Dövlət qulluğu sahəsində uğurlu islahatlar aparılır
00:00 23.06.2020
Paylaş
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 5 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.
Ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə ali hakimiyyətə qayıdışı ilə ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılmış, dövlət qulluğu sahəsində islahatlar həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu öndərimizin təşəbbüsü və müəllifliyi ilə hazırlanan Konstitusiyamız müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazası rolunu oynamış, 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Ümummilli liderin dövlət qulluğu siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının imzası ilə mühüm dövlət proqramları təsdiq olunmuş, dövlət qulluğu sahəsində mütərəqqi normativ hüquqi baza formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmi yaradılmış, dövlət qulluğu sahəsində münasibətlərin tənzimlənməsi daim nəzərdə saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi bunun bariz ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikada dövlət qulluğu sahəsində uğurlu islahatlar aparılmış, müasir dövlət idarəçilik sistemi formalaşdırılmışdır. Həyata keçirilən islahatları iki qrupa ayırmaq olar. Birinci istiqamət dövlət qulluğu sahəsində institusional islahatların həyata keçirilməsi ilə bağlı olmuşdur. Bu məqsədlə qanunvericiliklə müəyyən edilmiş dövlət siyasətini və tənzimlənməni həyata keçirən dövlət orqanları yaradılmış və onların normal fəaliyyət göstərməsi təmin olunmuşdur. Dövlət idarəçiliyində innovasiyalar tətbiq edilmiş, “Elektron hökümət” portalı, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemləri istifadəyə verilmiş, bəzi dövlət orqanları üzrə səyyari xidmətlər təşkil edilmişdir. Bütün bunlar, eyni zamanda Naxçıvan Muxtar Respublikasında vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinə və insan amilinə verilən dəyərin göstəricisidir. Dövlət orqanları üçün ən müasir standartlara cavab verən yeni inzibati binalar tikilərək istifadəyə verilmiş, maddi-texniki baza gücləndirilmiş, dövlət qulluqçularının fəaliyyəti yaxşılaşdırılmış, onlara lazımi iş şəraiti yaradılmışdır.
Dövlət qulluğu sahəsində islahatların ikinci istiqaməti isə müasir tələblərə cavab verən kadr siyasətinin həyata keçirilməsidir. Kadr siyasətinin əsas məqsədi dövlətə və cəmiyyətə xidmət üçün lazımi keyfiyyətlərə malik dövlət qulluqçularının formalaşdırılması, habelə dövlət qulluğu sferasının yüksək peşəkarlığa malik, vicdanlı, məsuliyyətli və vətənə sədaqətli işçilərin cəlb olunmaqla komplektləşdirilməsidir. Qeyd olunan məqsədlərə nail olmaq üçün muxtar respublikada yeni məktəb binaları, tədris korpusları tikilmiş, təhsil müəssisələrində tədris müasir standartlara uyğunlaşdırılmış, maddi-texniki baza möhkəmləndirilmiş, mütəxəssis və kadrların hazırlığı üçün hərtərəfli şərait yaradılmışdır. Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı Ali Məclis Sədrinin 2015-ci il 27 iyul və 2019-cu il 3 aprel tarixli Sərəncamları dövlət orqanları və təhsil müəssisələri arasında əlaqələrin genişlənməsinə, insan kapitalının inkişafına, dövlət qurumlarının ixtisaslı kadrlarla təmin olunmasına səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması həyata keçirilən islahatların ən vacib tərkib hissəsidir. Komissiyanın yaradılmasında əsas məqsəd muxtar respublikada kadr siyasətinin həyata keçirilməsi, dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə yolu ilə seçilməsi, yerləşdirilməsi və digər məsələlər barəsində qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir. Fəaliyyətə başladıqdan qısa müddət sonra komissiya üçün yeni inzibati binanın tikilməsi, test mərkəzinin, lokal kompüter şəbəkəsinin, mərkəzi server sisteminin yaradılması komissiyanın fəaliyyətində innovasiya və startapların tətbiqini mümkün etmiş, test imtahanı proqramı, Dövlət Qulluqçuları Reyestrinin aparılması proqramı, test və müsahibələrdə iştirak üçün onlayn qeydiyyat proqramı istifadəyə verilmişdir. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın portalının və yeni proqram təminatının istifadəyə verilməsi vətəndaşların dövlət qulluğuna qəbul üçün müraciət etmək imkanlarının asanlaşdırılmasına, vaxt və maliyyə itkisinin qarşısının alınmasına, komissiyaya gəlmədən və əlavə sənəd təqdim etmədən “şəxsi kabinet” vasitəsilə internet üzərindən qeydiyyatdan keçməklə test və müsahibələrdə iştirakına şərait yaratmışdır. Bundan başqa, “DQMK.NMR.AZ” mobil tətbiqi istifadəyə verilmişdir ki, vətəndaşlar mobil tətbiqi yükləməklə istənilən yerdən telefon vasitəsilə komissiyanın fəaliyyətini izləyə, xəbərlər, elanlar, müsabiqələr və imtahan nəticələri barədə ətraflı məlumat əldə edə bilirlər.
Bu gün vətəndaşların muxtar respublikada dövlət qulluğuna müsabiqə və şəffaflıq əsasında qəbulu üçün lazımi şərait mövcuddur. Komissiyanın yaradılması məşğulluq strategiyasının həyata keçirilməsinə öz müsbət töhfəsini vermişdir. Belə ki, komissiya tərəfindən indiyədək keçirilmiş 18 müsabiqədə 6086 namizəd iştirak etmiş, onlardan 1207-si müsabiqələri müvəffəqiyyətlə başa vuraraq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur. Komissiyanın keçirdiyi müsabiqələr nəticəsində məsləhətçi vəzifəsinə təyin olunmuş şəxslərdən bir qismi öz vəzifələrini uğurla yerinə yetirərək dövlət qulluğunda irəli çəkilmişdir.
Komissiya tərəfindən dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin test imtahanları keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, muxtar respublika Prokurorluğu, Dövlət Gömrük Komitəsi, Vergi, Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətlərində vakant vəzifələrin tutulması və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üçün keçirilmiş 43 müsabiqədə iştirak edən 2075 namizəddən 662-si test imtahanlarında müvafiq keçid balını toplamışdır. Bundan başqa, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında keçirilməsi prinsipi digər sahələrə də tətbiq edilmiş, 2018-ci ildən dövlət ümumi təhsil müəssisələrinə, 2019-cu ildən isə dövlət musiqi təhsili müəssislərinə, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə işə qəbul mərkəzləşdirilmiş qaydada, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın proqram təminatı vasitəsilə həyata keçirilmiş, test imtahanlarında 2035 nəfər iştirak etmişdir.
Dövlət orqanlarına metodiki köməklik də göstərilir və dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların dövlət qulluqçuları tərəfindən öyrənilməsi ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilir. Hər il məhkəmə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün etik davranış qaydalarına riayət olunması, kargüzarlığın, dövlət qulluqçularının reyestrinin və şəxsi işlərinin aparılması qaydaları və digər mövzularda keçirilən seminarlarda yüzlərlə inzibati vəzifə tutan dövlət qulluqçusu iştirak edir. “Səyyari dövlət qulluğu xidməti könüllülüyü” layihəsi çərçivəsində rayonlarda yaşayan, internet və informasiya kommunikasiya texnologiyalarından istifadə edə bilməyən və elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşlara yaşadıqları yerlərdə səyyari xidmət göstərilir. Gənc dövlət qulluqçularını intellektual fəaliyyətə cəlb etmək, onlar arasında bilik və elmin nüfuzunu artırmaq məqsədi ilə intellektual oyunlar keçirilir.
Dövlət Qulluqçuları Reyestrinin məlumatlarına əsasən, muxtar respublikada ümumilikdə 2610 dövlət qulluqçusu fəaliyyət göstərir ki, onların 27 faizini gənclər, 24 faizini isə qadınlar təşkil edir.
Yuxarıda qeyd olunanlar, habelə keçirilən müsabiqələrdə iştirak edənlərin sayının ildən-ilə artması onu göstərir ki, bu sahədə həyata keçirilən dövlət siyasəti öz bəhrəsini verir və vətəndaşların, xüsusilə gənclərin dövlət qulluğuna, o cümlədən dövlət qulluğunun xüsusi növünə aid orqanlara marağı artır. Muxtar respublikada bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsi də öz intibah dövrünü yaşayır. Bütün uğurların təməlində isə ümummilli lider Heydər Əliyev yoluna sadiqlik və bu yolun uğurla davam etdirilməsi dayanır.
Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının günün tələblərinə uyğun fəaliyyət göstərməsi üçün hərtərəfli şərait yaradılmış, dövlət qulluqçuları qayğı ilə əhatə olunmuş, öz fəaliyyəti ilə fərqlənənlər təltif edilmişlər. Bu gün dövlət qulluqçularının sosial müdafiəsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır, muxtar respublikanın şəhər və rayonlarında Gənclər şəhərcikləri və yeni yaşayış binaları inşa edilir. Bütün bunlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən dövlət qulluqçularına göstərilən qayğının və insan amilinə verilən dəyərin bariz nümunəsidir.
Göstərilən qayğının müqabilində hər bir dövlət qulluqçusu bundan sonra da səylə çalışmalı, muxtar respublikamızın inkişafı və tərəqqisinə öz töhfəsini verməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “. Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır”.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti
Dövlət qulluğu
Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən layihələr
“Əmək və məşğulluq” altsistemi
“Əmək və məşğulluq” altsistemi (ƏMAS) ölkədaxili bütün işəgötürənlər və işə qəbul olanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də digər dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolununda çıxış edəcək.
Məşğul şəxslərin reyestri
Məşğul şəxslərin reyestrində qanunvericilikdə məşğul hesab edilən şəxslərin məlumatları ilə yanaşı, digər gəlirli şəxslərin məlumatları, o cümlədən şəxslərin xərclərinin (kommunal, kredit və s.) strukturu öz əksini tapacaqdır.
Qeyri formal məşğulluğa nəzarət informasiya ehtiyatı
“Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatları sistemi bu sistemə inteqrasiyası tələb olunan informasiya ehtiyatları sistemlərindən məlumatları toplamaqla əmək qanunvericiliyinə nəzarət olunmasına dövlət nəzarəti üzrə risk qruplarının meyarlarına əsaslanmaqla toplanılmış informasiyanı emal edəcəkdir.
Məşğulluq xəritəsi
Ölkənin məşğulluq xəritəsi sosial və iqtisadi sahədə atılacaq addımların dinamikasını göstərəcək və məşğulluq proqramlarının hazırlanması və icrası işinin daha da təkmilləşdirilməsinə imkan verəcək.
BACAR
BACAR müasir dövrün texniki yenilikləri, innovativ həllər, beynəlxalq təcrübə və standartlar üzrə distant peşə tədrisi təklif edən virtual platformadır.
İctimai işlərin portalı
İctimai işlərin təşkili prosesini rəqəmsallaşdıraraq daha sadə və operativ hala gətirmək üçün nəzərdə tutulmuşdur. Portalın istifadəçiləri Prezident Administrasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq və DOST mərkəzləri, TOQ-lar və “DOST İş Mərkəzi” MMC olacaq.
“Azərbaycanda məşğulluğa dəstək” layihəsi
“Azərbaycanda məşğulluğa dəstək” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilir.
“İrəliləyİş” layihəsi
Layihənin məqsədi ölkədə fəaliyyət göstərən şirkət və təşkilatlarda beynəlxalq normalara uyğunlaşan təcrübə proqramları formalaşdırmaq və yüksək potensiallı gənclərin karyera bacarıqlarını inkişaf etdirmək üçün həmin təcrübə proqramlarında iştirakını təmin etməkdir.
“Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsi
Layihənin məqsədi işsiz şəxslər üçün gəlir gətirən yeni özünüməşğulluq sahələri üzrə kiçik bizneslərin yaradılmasına dəstək olmaqdır.
“Ağıllı kənd” layihəsi
Zəngilan rayonunun Ağalı kənd sakinləri doğma kəndlərinə qayıtdıqdan sonra “Ağıllı kənd” layihəsi çərçivəsində onlardan bir qrupu üçün kiçik təsərrüfatlar yaradılacaq.
“Gənclərin biznes emalatxanası” layihəsi
Layihənin məqsədi peşə təhsili mərkəzlərində təhsil alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və onların sahibkarlıq fəaliyyətinə təşviq olunmasıdır.
“Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi
Layihənin məqsədi həssas qruplardan olan işsiz və işaxtaran şəxslərin potensialının artırılması və onların əmək bazarında məhsuldar məşğulluğa cəlb edilməsi üçün imkanların yaradılmasıdır.
“Potensial ABAD-çılara dəstək” layihəsi
Layihə çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən avadanlıqlarla təmin edilmiş benefisiarlara, o cümlədən mikro sahibkarlara ABAD tərəfindən biznes-konsaltinq, texniki dəstək, marketinq, maliyyə, hüquqi xidmətlər, logistika və satışın təşkili kimi xidmətlər göstəriləcək.
Comments are closed, but trackbacks and pingbacks are open.