Press "Enter" to skip to content

Dövlt qulluğuna qbul vsaiti

2018-12-06 13:14:00

Dövlt qulluğuna qbul vsaiti

2018-12-06 13:14:00

Dövlət qulluğuna hazırlaşanlar üçün metodik vəsait nəşr olundu

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar üçün təlimat” metodik vəsaiti nəşr olunub. DİM-dən AzEdu.az-a bildiriblər ki, metodik vəsait dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar və ictimaiyyətin bu sahə ilə maraqlanan təbəqəsi üçün nəzərdə tutulub. Vəsait dörd hissədən ibarətdir. Birinci hissə dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə hazırlaşanların imtahanlarda uğur əldə etmələri üçün faydalı tövsiyələrdən və bir çox mühüm materiallardan ibarətdir. Dövlət qulluğuna işə qəbul olunmaq istəyənlər bu hissədə test imtahanında yoxlanılacaq bilik sahələri, bilik sahələrinin proqramları, konkret nümunələr əsasında qapalı və açıq tipli test tapşırıqlarının cavablandırılması qaydaları, dövlət qulluğu vəzifələri üzrə sertifikatın verilməsi üçün inzibati vəzifələrin növləri, qrupları və alt qrupları, hər bir sahə üzrə test tapşırıqlarının tipi, sayı və vəzifə altqrupları üzrə keçid balları haqqında məlumatlardan, yaddaş kitabçaları və digər zəruri materiallardan yararlana bilərlər. Dövlət qulluğuna qəbul üzrə müsabiqənin müsahibə mərhələsində uğur əldə etmənin yolunu müəyyənləşdirən tövsiyələr vəsaitin ikinci hissəsində yer alıb. İkinci hissədə, həmçinin dövlət qulluğu vəzifələrinin tutulmasının ümumi şərtlərinə aid təlimatla da tanış olmaq mümkündür. Bu hissədə haqqında məlumat verilən “Dövlət qulluğunda karyera bələdçisi” adlı elektron xidmət DİM tərəfindən hazırda dövlət qulluğunda çalışanları və dövlət qulluğuna qəbul olunmaq istəyən şəxsləri istiqamətləndirmək və karyeranın planlaşdırılmasına kömək etmək məqsədilə yaradılıb. Vəsaitin üçüncü hissəsinə namizədlərin test imtahanına öz hazırlıq səviyyəsini müəyyənləşdirməsi üçün imtahanda yoxlanılan bilik sahələrinə aid test tapşırığı nümunələri və onların düzgün cavabları, dördüncü hissəyə isə digər bəzi mühüm materiallar daxil edilib. Ümumiyyətlə, DİM-in dövlət qulluğuna işə qəbul olunmaq istəyən şəxslərə elmi-metodik kömək məqsədilə hazırladığı bu vəsait müsabiqənin həm test imtahanı, həm də müsahibə mərhələsində uğur qazanmağın istiqamətini müəyyənləşdirən zəruri materiallardan ibarətdir. Vəsaitlə əsaslı tanışlıq hər bir namizədin dövlət qulluğuna işə qəbul olunmaq şansını artıra bilər. Metodik vəsaiti DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m. və Nəsimi rayonu A.Salamzadə küçəsi, 28. ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Bu bölməyə aid digər xəbərlər

Məmur olmaq istəyənlər üçün imtahan – “buraxılış vərəqəsi”ni çap etsinlər!

2023-03-14 10:43:58

Dövlət qulluğu imtahanının modeli DƏYİŞƏCƏK

2023-03-06 17:10:00

Martın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

2023-02-14 10:25:49

Dövlət qulluqçularının rotasiyası qaydası müəyyənləşir

2023-02-01 16:40:00

Bu şəxslər imtahansız dövlət qulluğunun müsahibəsinə buraxıla bilər

2023-01-15 17:16:00

Dövlət qulluğunda şərtlər necədir, nə kimi imkanlar var?-DİQQƏT

2023-01-10 16:56:00

Dövlət qulluğuna qəbul necə həyata keçirilir?-Detallar

2023-01-09 16:18:00

Dövlət qulluğuna qəbul necə həyata keçirilir?-Detallar

2023-01-05 16:39:00

Dövlət qulluğunda şərtlər necədir, nə kimi imkanlar var?-DİQQƏT

2023-01-04 13:40:00

Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun

Xankəndi

Dövlət İmtahan Mərkəzindən (DİM) AzVision.az -a verilən məlumata görə, dekabrın 17-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirəcək. İmtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq.

Sənədlərin qəbulu noyabrın 7-dən dekabrın 6-dək aparılacaq.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

Noyabrın 18-də isə DİM dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək. İmtahan kompüter vasitəsilə aparılacaq.

İmtahana qeydiyyat noyabrın 7-dən başlayır və imtahanın keçirilməsi üçün nəzərdə tutulmuş yerlərin sayına uyğun olaraq qeydiyyat bitdikdən sonra yekunlaşır.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Dövlət qulluğuna qəbul olunmaq üçün müsabiqə elan olundu – 1500 vakant yer

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 21 iyul 2017-ci il tarixdən 8 dövlət orqanında 41 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilmişdir. Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 38-i mərkəzi icra hakimiyyəti orqanlarının (Mədəniyyət və Turizm Nazirliyi, Kənd Təsərrüfati Nazirliyi, Dövlət Statistika Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) mərkəzi aparatları və yerli təşkilatlarında, 3-ü isə məhkəmə orqanlarının (Gəncə Apellyasiya Məhkəməsi, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi, Cəbrayıl Rayon Məhkəməsi) aparatındadır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları sənədlərini 24 iyul 2017-ci il tarixdən 14 avqust 2017-ci il tarixi saat 18:00-dək Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən və ya poçt xidməti vasitəsilə təqdim etməlidirlər.

Ümumi müsahibə elanları ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

Comments are closed, but trackbacks and pingbacks are open.