Press "Enter" to skip to content

Dövlt rüsumları haqqında azrbaycan respublikasının qanunu

1.2. 18.65.3.1-ci maddədə “avtonəqliyyat” sözündən əvvəl “bu Qanunun 18.65.3-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla,” sözləri əlavə edilsin;

Dövlət rüsumunu ödəməkdən kimlər azad edilir?

“Dövlət rüsumu haqqında” Qanuna əsasən, dövlət rüsumu dövlət orqanlarının göstərdiyi xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən vəsaitdir.

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, dövlət rüsumu milli valyutada ödənilir və ödəmədən sonra ödənişi təsdiq edən sənəd təqdim olunur. Qanuna görə, aşağıdakı hallarda dövlət rüsumu ödənilməsindən azad edilir:

– əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı iddiaçılar. Daha dəqiq desək, işçinin əməyi düzgün ödənilmirsə, yaxud işçi işəgötürənə qarşı əmək fəaliyyətindəki qanun pozuntusu ilə bağlı məhkəmədə iddia qaldırırsa, rüsum ödəməkdən azaddır;

– boşanma işləri, yaxud boşanmadan da ər-arvada qarşı aliment iddiası qaldırıldıqda bu iddialara görə rüsum tutulmur;

– şikəstlik, səhhətə vurulan zərər, ailəni dolandıranın ölümü ilə bağlı dəyən zərər üzrə iddia qaldırıldıqda da rüsum ödənilmir;

– müəlliflik hüququ ilə bağlı mübahisələrdə iddiaçı rüsum ödəməkdən azaddır;

– istehlakçı hüququ pozulduqda məhkəməyə müraciət edən istehlakçı rüsum ödəməkdən azaddır;

– cinayət, aliment işləri ilə əlaqədar sənədlər verilməsinə görə rüsum tutulmur;

– inzibati hüquq münasibətlərindən yaranan işlərdə də rüsum tutulmur;

– öz hüquqlarının müdafiəsi ilə əlaqədar yetkinlik yaşına – 18 yaşa çatmayanlar rüsum ödəməkdən azaddır;

– məhkəmə qərarlarından şikayətlərdə, qiyabi icraat üzrə qərarlara yenidən baxılması üzrə verilən ərizələrdə;

– məhkəmədə verilən iddialarla bağlı şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər rüsum ödəməkdən azaddır;

– məhkəmə aktlarını verməyə görə rüsum tələb edilmir.

Milli.Az

Dövlt rüsumları haqqında azrbaycan respublikasının qanunu

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7 (I kitab), maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45, № 4, maddələr 571, 596, № 5, maddə 797, № 7, maddələr 1176, 1181, 1190, 1192, № 8, maddələr 1360, 1363, 1371, № 11, maddələr 1681, 1694; 2020, № 5, maddələr 521, 524, № 6, maddə 665, № 7, maddələr 824, 828, 837, 851, 853, № 11, maddə 1327, № 12 (I kitab), maddə 1423; 2021, № 2, maddə 117, № 6 (I kitab), maddə 554; Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 360-VIQD, 364-VIQD və 369-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 9.1.20-ci maddəyə “müharibə veteranları,” sözlərindən sonra “müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər,” sözləri əlavə edilsin.

2. 11.1.3-cü maddəyə “birinci dərəcə” sözlərindən əvvəl “işləyib-işləməməsindən asılı olmayaraq müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər,” sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2021-ci il

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12, I kitab, maddə 2265; 2018, № 3, maddə 405; Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1009-VQD və 1019-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.0.21-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.22-ci maddə əlavə edilsin:

“2.0.22. satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması.”;

1.2. 18.65.3.1-ci maddədə “avtonəqliyyat” sözündən əvvəl “bu Qanunun 18.65.3-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla,” sözləri əlavə edilsin;

1.3. aşağıdakı məzmunda 18.65.3-1-ci maddə əlavə edilsin:

“18.65.3-1. Hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”;

1.4. aşağıdakı məzmunda 33-5-ci maddə əlavə edilsin:

“Maddə 33-5. Mobil cihazların qeydiyyatına görə dövlət rüsumunun

Hər il üçün mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”.

Maddə 2. Bu Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2018-ci il.

Comments are closed, but trackbacks and pingbacks are open.