Press "Enter" to skip to content

Satınalmalar üzrə Dövlət Agentliyi

6.4. 1.2.7-ci, 1.2.10-cu və 3.3.7-ci yarımbəndlərdə ismin müvafiq hallarında “tender təklifləri” sözləri ismin müvafiq hallarında “təkliflər” sözü ilə əvəz edilsin;

Dövlt satınalmaları azrbaycan respublikası qanunu

Dövlət satınalmaları

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli 741 nömrəli Fərmanı ilə ləğv edilmiş Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin vəzifə və funksiyalarını icra edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsi üzrə fəaliyyət istiqamətlərindən biri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununu ilə tənzimlənən dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsində iştirak etmək, bu sahədə dövlət nəzarətinin həyata keçirilməsini təmin etməkdir.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununu tarixçəsi

  • Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1996-cı il tarixli 524 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Büdcə təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması haqqında Əsasnamə”
  • 11 fevral 1997-ci il tarixli 247-IQ nömrəli “Tender haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikası Prezidentinin 7 aprel 1997-ci il tarixli 570 nömrəli fərman ilə qüvvəyə minmişdir
  • 27 dekabr 2001-ci il tarixli 245-IIQ nömrəli “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununu Azərbaycan Respublikasının Prezidenti 29 yanvar 2002-ci il tarixli 668 nömrəli fərmanı (dəyişilib 28.05.20) ilə qüvvəyə minərək “Tender haqqında” Azərbaycan Respublikası Qanununu qüvvədən salmışdır. Mövcud Qanuna müxtəlif tarixlərdə 12 dəfə dəyişiklik edilmişdir (22.11.02, 21.10.05, 20.10.06, 12.02.10, 05.03.10, 19.01.16, 04.03.16, 07.04.17, 28.12.18, 09.07.19, 12.07.19 və 01.05.20)

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununu ilə əlaqəli sənədlər

  • Əsaslı tikintidə podrat müqavilələri haqqında qaydaların təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 07 iyun 1994-cü il tarixli 228 nömrəli Qərarı (dəyişilib 16.07.10)
  • Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunun nümunəsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2002-ci il tarixli 124 nömrəli qərarı (dəyişilib 04.04.19)
  • “Güzəştlərin tətbiqi Qaydası”nın və bölünən hissələrin məbləğinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 28 oktyabr 2002-ci il tarixli 165 nömrəli Qərarı (dəyişilib 04.04.19)
  • “Mallar (işlər və xidmətlər) üzrə müqavilənin nümunəsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 28 fevral 2003-cü il tarixli 34 nömrəli Qərarı (dəyişilib 04.04.19)
  • Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyi 25 iyun 2003-cü il tarixli 12 nömrəli Əmri ilə təsdiq edilmiş Təlimat
  • Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 20 may 2012-ci il tarixli 12 nömrəli Qərarı
  • Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli 440 nömrəli Qərarı (dəyişilib 08.06.20)
  • “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların müqaviləyə təsirinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 107 nömrəli qərarı
  • “Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 18 mart 2019-cu il tarixli 106 nömrəli Qərarı
  • “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2019-cu il tarixli 107 nömrəli Qərarı
  • “Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 19 mart 2019-cu il tarixli 118 nömrəli Qərarı
  • “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2019-cu il tarixli 647 nömrəli Fərmanı (dəyişilib 25.02.20)

Satınalmalar üzrə Dövlət Agentliyi

Satınalmalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 16 may tarixli, 583 nömrəli fərmanına əsasən dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini həyata keçirmək məqsədi ilə yaradılıb və onun vəzifələri «Dövlət satınalmaları haqqında» qanunun 4-cü maddəsinin tələblərinə uyğun Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2003-cü il tarixli, 855 saylı fərmanı ilə təsdiq olunmuş əsasnamə ilə müəyyənləşdirilib.
Əsasnamədə Satınalmalar üzrə Dövlət Agentliyinə, Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi, dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında satın alınmasının qanuniliyinə və müqavilələrin icrasına nəzarətin təmin edilməsi, satınalan təşkilatların mütəxəssislərinin dövlət satınalmaları sahəsində ixtisas səviyyələrini artırmaq məqsədilə qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlərin həyata keçirilməsi, dövlət satınalmaları sahəsində məlumat bazasının yaradılması, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər vəzifələrin yerinə yetirilməsi məsələləri həvalə edilib.
Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən ilk normativ sənəd, «Büdcə təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satınalınması haqqında» əsasnamə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1996-cı il tarixli, 524 nömrəli fərmanı ilə təsdiq edilib, bir qədər sonra «Tender haqqında» Azərbaycan Respublikasının Qanunu 11 fevral 1997-ci ildə qəbul olunub və «Tender haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 7 aprel 1997-ci ildə imzalanıb. Göstərilən sənədlərin tətbiq olunduğu müddət ərzində Satınalmalar üzrə Dövlət Agentliyi, bu sahədə əldə olunmuş təcrübəni öyrənərək, Avropa birliyinin bir sıra ölkələrinin dövlət satınalmalarına dair mövcud sənədlərini, Dünya Bankının tövsiyələrini, Ümumdünya Ticarət Təşkilatının dövlət satınalmaları üzrə sazişlərinin müddəalarının tələblərini nəzərə almaqla yeni, «Dövlət satınalmaları haqqında» Qanun layihəsini işləyib hazırlayıb, həmin Qanun layihəsi Milli Məclis tərəfindən 27 dekabr 2001-ci il tarixdə qəbul olunaraq, «Dövlət satınalmaları haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minib.
Fərmana əsasən 250 milyon manat və ondan yuxarı həcmdə bütün dövlət satınalmaları açıq tender vasitəsi ilə həyata keçirilir, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti 250 milyon manatdan aşağı olduqda satınalan təşkilat hər hansı satınalma metodundan istifadə edir. Tender predmetinin ehtimal olunan qiyməti 5 milyard manat, büdcədən maliyyələşdirilən təşkilatlarda isə 1,5 milyard manat və ya müvafiq olaraq sərbəst dönərli valyuta ilə buna ekvivalent məbləğdən yüksək olduqda, tender komissiyasının tərkibinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və tender predmetinə aidiyyatı olan müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri daxil edilir. Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslər birliyi, dövlət mənsubiyyətindən asılı olmayaraq, iddiaçı kimi iştirak edə bilərlər.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 330-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında, 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 330-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 29.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 29.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 17.3-cü maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə uyğun olaraq, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləğini, ödənilməsi və ondan istifadə qaydasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan altsistemə inteqrasiya edilməli olan digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinin və ehtiyatlarının siyahısını, habelə həmin informasiya sistemlərindən və ehtiyatlarından inteqrasiya olunmalı məlumatların dairəsini müəyyən etsin, həmin altsistemin yaradılması və fəaliyyəti ilə əlaqədar maliyyə məsələlərini iki ay müddətində həll etsin;

2.3. qeyri-rezident hüquqi və ya fiziki şəxslərin, yaxud hüquqi şəxslər birliyinin, dövlət mənsubiyyətindən asılı olmayaraq, dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirilən satınalmalarda iştirakının təmin olunmasına dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 330-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40.4-cü maddəsinə uyğun olaraq, satınalan təşkilat tərəfindən müqavilənin icrasına başlanması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) icazələrin elektron şəkildə əldə olunmasının təmin edilməsi məqsədilə dövlət satınalmalarının vahid internet portalında müvafiq altsistemin yaradılmasını dörd ay müddətində təmin etsin.

4. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan altsistemin fəaliyyətini təmin etmək məqsədilə onunla digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin və elektron xidmətlər göstərilməsinin “Elektron hökumət” portalı vasitəsilə təşkili üçün tədbirlər görsün.

5. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 51; 2014, № 5, maddə 477; 2016, № 5, maddə 861; 2018, № 12 (I kitab), maddə 2611; 2020, № 1, maddə 17, № 5, maddə 565; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 797 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.2-ci bənddə “həmin Qanunun” sözləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri ilə əvəz olunsun və həmin bəndə “27.1-ci” sözlərindən əvvəl “17.3-cü maddəsinin birinci və ikinci cümlələrində,” sözləri, “36.9-cu” sözlərindən əvvəl isə “29.3-cü,” sözləri əlavə edilsin;

5.2. 2.6-cı bəndə “orqan” sözündən sonra “(qurum)” sözü və “50-2.2-ci” sözlərindən əvvəl “29.3-cü,” sözləri əlavə edilsin;

5.3. aşağıdakı məzmunda 2.9-1-ci bənd əlavə edilsin:

“2.9-1. həmin Qanunun 17.3-cü maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”.

6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 646; 2020, № 2, maddə 99) ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.2.1-ci yarımbənddə “tender elanının” sözləri “keçiriləcək satınalma barədə elanın” sözləri ilə əvəz edilsin;

6.2. 1.2.2-ci, 1.2.11-ci, 3.3.3-cü, 5.3.1-ci, 5.3.2-ci yarımbəndlərdə, 5.5-ci və 5.13-cü (birinci halda) bəndlərdə ismin müvafiq hallarında “tender” sözü ismin müvafiq hallarında “satınalma” sözü ilə əvəz edilsin;

6.3. 1.2.3-cü yarımbənddən “tenderdə” sözü çıxarılsın;

6.4. 1.2.7-ci, 1.2.10-cu və 3.3.7-ci yarımbəndlərdə ismin müvafiq hallarında “tender təklifləri” sözləri ismin müvafiq hallarında “təkliflər” sözü ilə əvəz edilsin;

6.5. 1.2.8-ci, 3.3.20-ci yarımbəndlərdə və 5.10-cu bəndlərdə (hər iki halda) ismin müvafiq hallarında “tender təklifi” sözləri ismin müvafiq hallarında “təklif” sözü ilə əvəz edilsin;

6.6. 1.2.13-cü yarımbəndə “şərtlər toplusunun,” sözlərindən sonra “kotirovka sorğusu şərtlərinin,” sözləri əlavə olunsun və həmin yarımbənddə “tender” sözü “satınalma” sözü ilə əvəz edilsin;

6.7. 1.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.5. Portalın fəaliyyətinin təşkili ilə əlaqədar zəruri avadanlığın və yeni proqram təminatlarının alınması xərcləri dövlət büdcəsinin vəsaiti hesabına, portalın istismarı, təkmilləşdirilməsi və saxlanması ilə bağlı xərclər isə dövlət-özəl tərəfdaşlığı prinsipinə uyğun olaraq portal vasitəsilə portalın operatoruna ödənilən iştirak haqqı və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.”;

6.8. 3.3.6-cı yarımbənddə “şərtlər toplusunun” sözlərindən sonra “, kotirovka sorğusu şərtlərinin” sözləri əlavə olunsun və həmin yarımbənddə “tender təkliflərinin” sözləri “təkliflərin” sözü ilə əvəz edilsin;

6.9. 5.2.3-cü yarımbənddə “açıq tenderin” sözləri “satınalmanın” sözü ilə əvəz edilsin;

6.10. 5.6-cı bənddən birinci halda “tender” sözü çıxarılsın və həmin bənddə “tender təklifinin” sözləri “həmin təklifin” sözləri ilə əvəz edilsin;

6.11. 5.9-cu bəndin ikinci cümləsində “tender təkliflərini” sözləri “təklifləri” sözü ilə və həmin bəndin dördüncü cümləsində “tenderin” sözü “satınalmanın” sözü ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2021-ci il

Comments are closed, but trackbacks and pingbacks are open.