Hüquqi dövlət və onun spesifik xüsusiyyətləri
Hüquqi yardım aşağıdakı formada həyata keçirilir:
PULSUZ HÜQUQİ YARDIM
Avropa Ittifaqnın maliyyə yardımı ilə BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Hüquq və İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanda sosial hüquqlar və onun müdafiəsinin təkmilləşdirilməsi” layihəsi üzrə aztəminatlı ailələrə, əlillərə, pensiyaçılara, qaçqınlara, məcburi köçkünlərə və digər həssas qruplara sosial hüquqlar sahəsində pulsuz hüquqi yardım göstərilir.
Hüquqi yardım aşağıdakı formada həyata keçirilir:
– Şifahi və yazılı hüquq məsləhətlərinin verilməsi;
– Hüquq normalarının izahı və qanunvericilikdən çıxarışlar;
– Dövlət orqanlarına müraciətlərin hazırlanması;
– İnzibati orqanların və vəzifəli şəxslərin qanunsuz qərar və hərəkətlərindən (hərəkətsizliyindən) yuxarı inzibati orqanlara və məhkəmələrə şikayətlərin və ərizələrin hazırlanması;
– Zəruri hallarda Ərizəçilər məhkəmələrdə təmsil olunacaqlar.
Məhkəmələrə müraciətlərlə bağlı notariat xərcləri, dövlət rüsumları və vəkil orderi üçün xərclər “Hüquq və İnkişaf” İctimai Birliyi tərəfindən qarşılanmır.
Hüquqi yardım üçün (012) 511 62 28 saylı telefona zəng etmək və ya himerkez@yahoo.com elektron ünvanına yazılı müraciət etmək olar.
Pulsuz hüquqi yardım “Hüquq və İnkişaf” İctimai Birliyinə birbaşa gəlməklə, yazılı müraciət etməklə, habelə telefon və elektron poçt vasitəsi ilə müraciət etməklə həyata keçirilir.
Pulsuz hüquqi yardım zamanı hüquqi xidmətiə çatımlığı olmayanlara, aztəminatlı ailələrə, əlillərə, qadınlara və yaşlılara üstünlük verilir.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, İ. Dadaşov küçəsi ev 68, mənzil 45
Telefon: (012) 511 62 28
e-mail: himerkez@yahoo.com : ofice@law.org.az
Hüquqi dövlət və onun spesifik xüsusiyyətləri
Hüquqi dövlət – yalnız ciddi ədalət, azadlıq, bərabərlik və qardaşlıq ideyaları əsasında yaradılmış hüquq normalarını mənimsəmiş dövlət təşkilatı formasıdır ki, burada vətəndaşlar, dövlət orqanları və səlahiyyətli şəxslər ümumdövlət maraqlarının təmin edilməsi şərti ilə fərdin hüquq və azadlıqlarının reallaşması üçün fəaliyyət göstərir.
Hazırda sivil və demokratik dövlətlər hüquqi dövlət qurmağı öz qarşılarına bir məqsəd kimi qoyurlar.
Vətəndaş cəmiyyəti – fərdlərin qarşılıqlı əlaqələri çərçivəsində ehtiyaclarının təmin edilməsini, hər kəsin güzəranını, rifahını və mövcudluğunu reallaşdıra biləcəyi bir sahədir. Vətəndaş cəmiyyətində fərdlər tamın bir parçası olur və bu müstəvidə də ehtiyac və iradəsini gerçəkləşdirir.
Vətəndaş cəmiyyəti və hüquqi dövlətin formalaşdırılması siyasi, iqtisadi və hüquqi islahatların keçirilməsini, həmçinin dövlətin və cəmiyyətin hüquqi əsaslarını daim müasirləşdirməyi və hüquq sistemini keyfiyyətcə yeniləşdirməyi tələb edir.
Bu yazımızda hüquqi dövlət və onun səciyyəvi xarakterləri barədə danışacağıq.
Hüquqi dövləti analoji kateqoriyalardan fərqləndirən spesifik xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərin həyata keçirilmə səviyyəsi bu və digər dövlətin hüququn üstünlüyünə nə qədər sadiq qaldığının göstəricisidir.
İnsan hüquq və azadlıqlarının prioritetliyi
Hüquq dövləti vətəndaşların öz hüquq və azadlıqlarını reallaşdırmaq üçün qurulur və fəaliyyət göstərir. Hüququn üstünlüyü prioritet olan ölkələrdə hər hansı qanun, siyasi qərar və ya fəaliyyət proqramı qəbul olunarkən insan amili mühüm əhəmiyyət kəsb edir. Hüquqi dövlətin məqsədi cəmiyyətin, o cümlədən də onun bir parçası olan fərdin ehtiyaclarını bütünlüklə ödəməkdir. Bu cür dövlətlərdə dövlət aparatının fəaliyyəti iqtisadi cəhətdən hegemonluq edən sinfin və siyasi elitanın ehtiyaclarının ödənilməsinə deyil, insanın və vətəndaşın hüquq və azadlıqlarına istiqamətlənir.
İnsan azadlıqlarının həyata keçirilməsi gerçəkliyi
Adətən, dövlətlərin konstitusiyalarında insan hüquq və azadlıqlarına geniş yer verilir. Bu cür deklarativ xarakterli hüquqi sənədlərin mövcudluğu hələ ölkədə hüquqi dövlətin qurulduğunu demək deyil. Hüquqi dövlət olmaq üçün insan haqlarının real tətbiqini təmin etmək lazımdır. Məsələn, Azərbaycan Konstitusiyasının 12-ci maddəsində yazılır: İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Əgər bu, yalnız kağız üzərində yazılmış deklarativ bir bəyanat olsa, dövlət bunun real həyatda tətbiqinə diqqət ayırmasaydı, bu maddənin tələblərinin sözsüz yerinə yetirilməsi üçün iradə nümayiş etdirməsə, onda hüquqi dövlətdən söhbət belə gedə bilməz. Hüquqi dövlətdə bütün hakimiyyət orqanlarının, bütün vəzifəli şəxslərin fəaliyyətləri insanların, cəmiyyətin, o cümlədən də bütünlükdə dövlətin həyatının yaxşılaşdırılmasına istiqamətlənir. Vətəndaşlar təkcə öz hüquqlarını öyrənməklə kifayətlənməməli, həm də həmin hüquqlardan lazımi anlarda istifadə etməlidir və dövlət ondan asılı olan hər şeyi yerinə yetirməlidir ki, bu imkanlar gerçəkləşdirilə bilsin.
Hüququn üstünlüyü
Əvvəllər hamının, ilk növbədə, dövlət orqanlarının qanun çərçivəsində fəaliyyət göstərməsi hüquqi dövlətin əsas kriteriyası sayılırdı. Məsələn, qədim yunan filosofu Platon yazırdı: “Mən qanunların işləmədiyi və ya onların kiminsə təsiri altında olan dövlətin ölümünü çox yaxında görürəm. Harada ki, qanun idarəçinin ağası, idarəçi isə onun quludur, orada Allahın dövlətlərə hədiyyə etdiyi qurtuluş və rifah var”. Amma zaman göstərdi ki, hətta qanunlara ciddi riayət eləyən dövlət belə, həmişə hüquqi ola bilmir. Məsələn, Faşist Almaniyası öz genosid planını qanunları əsas tutaraq həyata keçirmişdi. Amma həmin qanunlar özləri hüquqi deyildi. Deməli, qanuna əsaslanmaq hələ hüquqi dövlət olmaq demək deyil. Hər şeydən əvvəl qanun özü humanist olmalı, insan hüquq və azadlıqlarının reallaşdırılmasına xidmət etməlidir.
Dövlətin və vətəndalşın qarşılıqlı məsuliyyəti
Alman klassik hüquq fəlsəfəsinin banisi İmmanuil Kant qeyd edirdi ki, vətəndaşları qanunlar çərçivəsində davranmağa məcbur etmək üçün dövlətin əlində olan imkanlara vətəndaşlar da malik olmalıdır ki, hakimiyyəti qanunlara dəqiq əməl etməyə məcbur edə bilsin. Bu ad hüquqi dövlətdə mümkündür. Təbii ki, dövlət leqal güc tətbiq etmək imkanlarına sahib olan yeganə təşkilatdır və vətəndaşla münasibətdə bu məsələdə üstünlüyə sahibdir. Amma hüquqi dövlətdə bu fərq sanki aradan qalxır, daha doğrusu, minimuma enir. Çünki birincisi, vətəndaşlar yüksək vətəndaşlıq mövqeyinə keçərək müstəqilləşir. Bununla belə, güc tətbiqi qayda deyil, istisnadır. İkincisi, vətəndaşın dövlət orqanlarının qanunsuz işinə münasibətdə iddia irəli sürmək üçün real imkanı təmin olunur.
Dövlətin idarə olunmasında vətəndaşın iştirakı
Hüquqi dövlətdə vətəndaş dövlət işlərində müstəqil iştirak etmək imkanlarına malikdir. Bu da xalqın iradəsini nümayiş etdirən seçkilər vasitəsilə həyata keçirilir. Burada nümayəndəli orqanlar, həqiqətən, xalqın nümayəndələrindən seçilir və yalnız seçicilər qarşısında məsuliyyət daşıyırlar. Onlar seçicilərin maraqlarını müdafiə etməkdən uzaqlaşdığı təqdirdə, hüquqi dövlətlərdə hazırlanmış xüsusi mexanizmlər vasitəsi ilə həmin seçkili orqanlar ya buraxılır, ya da başqası ilə əvəz olunur. Bundan başqa, cəmiyyət üçün çox mühüm əhəmiyyət kəsb edən məsələlər referenduma çıxarılır. Və nəhayət, hüquqi dövlətdə hakimiyyət orqanlarına nəzarət edən və onların işinə təsir imkanı olan vətəndaş cəmiyyətləri fəaliyyət göstərir.
Yüksək hüquq mədəniyyəti
Adından da göründüyü kimi, hüquqi dövlət hər yerdə, hər kəsin mütəmadi və mükəmməl şəkildə qanun aliliyini qəbul etməsi deməkdir. Lakin qanunun hərfinə belə riayət etmək yalnız həmin qanunun cəmiyyət tərəfindən könüllü olaraq qəbul edilməsi, hüquqa, qanuna və dövlət hüquq siyasətinə hörmət hissi ilə yanaşılması zamanı mümkündür. Bütün bunlar isə yüksək inkişaf etmiş hüquq mədəniyyətinə malik cəmiyyətlərdə əldə edilir.
Hakimiyyətin bölünməsi
Hüquqi dövlətdə idarəetmənin qanunverici, icraedici və məhkəmə hakimiyyətinə bölünməsi prinsipi mütləqdir. Özü də bu bölünmənin deklarativ xarakterli olmaması vacib şərtdir. Dövlətdə effektiv nəzarət və təsir sistemi tətbiq olunmalıdır ki, bu hakimiyyətlərdən birinin digəri üzərində üstünlüyü mümkün olmasın. Hakimiyyətin bölünməsi prinsipi müxtəlif idarəetmə orqanlarının harmonik mövcudluğunu təmin edir, hakimiyyətlərdən hər hansı birinin səlahiyyətlərini aşmasının qarşısını alır ki, bu da məsələlərin müsbət həlli və dövlətin funksiyalarının yerinə yetirilməsi ilə nəticələnir.
Hüquqi dövlət – sosial dövlətdir
Hüquqi dövlətdə hər şeyin təməli iqtisadiyyatla bağlıdır. Dövlətin bütün çətinliklərinin və uğurunun kökü cəmiyyətin sosial vəziyyətinə bağlıdır. Buna görə də hüquqi dövlətin siyasəti hər şeydən əvvəl xalqın sosial problemlərinin həllinə yönəlməlidir. Sosial dövlət ideyasını reallaşdırmadan hüquqi dövlət qurmaq mümkün deyil. Sosial problemləri həll eləyən dövlət cəmiyyətin hər bir üzvünün ləyaqətli inkişafını təmin etmiş olur.
Hüquqi dövlət anlayışı barədəki analizi yekunlaşdıraraq belə bir nəticəyə gəlmək olar ki, bizim görmək istədiyimiz hüquqi dövlətin ideal modelini əldə etmək çox çətindir. Amma bu o demək deyil ki, əl-ayağımızı uzadıb oturmalıyıq. Sahib olduğumuz dövlət modelini daim müasirləşdirmək üçün çalışmalıyıq ki, ən azından düşündüyümüz və ya təsəvvür etdiyimiz dövlət modelinə daha çox yaxınlaşaq.
Hüququn tətbiqi anlayışı, hüquq tətbiqetmə aktları, onların növləri
Hüquq normalarının tətbiqi səlahiyyətli dövlət orqanlarının hüquq normalarının konkret hadisələrlə və fərdi şəxslərlə bağlı realizəsi üzrə hakimiyyət fəaliyyətidir. Hüquq normasının tətbiqinin aşağıdakı əlamətləri var:
1) hüquq tətbiqetmə ilə yalnız səlahiyyətli dövlət orqanları və ya səlahiyyətləndirilmiş ictimai orqanlar məşğul ola bilər;
2) hüququn tətbiqi üzrə fəaliyyət hakimiyyət xarakterinə malikdir;
3) hüquq tətbiqetmə fəaliyyətinin məzmununu hüquq normaları əsasında fərdi hüquqi göstərişlərin verilməsində ifadə olunur;
4) hüquq normasının tətbiqi qanunla müəyyən edilmiş qaydada aparılır.
Hüquq normaları səlahiyyətli dövlət orqanları tərəfindən o vaxt tətbiq olunur ki, konkret şəxslərin hüquq və vəzifələri həmin orqanın hakimiyyət fəaliyyəti olmadan yarana və həyata keçə bilmir. Buorqanların hüquq tətbiqetmə fəaliyyəti o zaman zəruri olur ki, vətəndaşların və təşkilatların subyektiv hüquqlarından istifadəsi üçün müəyyən maneələr mövcuddur. Hüquq normalarının tətbiqi aktı səlahiyyətli orqanlarını fədi hüquqi göstərişlərini əks etdirən, konkret işin nəticəsi kimi çıxarılan rəsmi hüquqi sənəddir. Bu akt hakimiyyət xarakteri daşıyır, məcburetmə qüvvəsi ilə qorunur. Bu aktda aşağıdakılar öz əksini tapmalıdır: giriş, təsviri hissə, əsaslandırma hissəsi və nəticə hissəsi. Bu aktlar müəyyən ada malik olmalıdır: hökm, əmr,sərəncam,qərar.
Subyektlərinə görə fərdi hüquq tətbiqetmə aktları aşağıdakı növlərə bölünür:
1) dövlət hakimiyyəti nümayəndəsinin aktları;
2) dövlət hakimiyyətinin icra-sərəncam orqanlarının aktı;
3) hüquq mühavizə orqanlarının aktları;
4) dövlət nəzarət orqanlarının aktları.
İctimai münasibətlər və onlara tətbiq edilən hüquq normalarının məzmunundan asılı olaraq bölünür:
1) nizamlayıcı aktlar (yəni, insanların hüquqa uyğun davranış qaydaları ilə əlaqədar və onların konkret hüquq və vəzifələr müəyyən edən aktlar);
2) mühavizəedici aktlar (bu aktlar hüquq pozuntusuna yol vermiş ayrı-ayrı şəxslər barədə aktlardır).
Comments are closed, but trackbacks and pingbacks are open.