Ağdamın böyük potensialı – TƏHLİL
One of the Muslim groups that constitute a minority in number in Georgia is the Meskhetian Turks. The Meskheti region was abandoned to the Russian Empire after the Ottoman-Russian wars, and remained within the Georgian borders during the period of the Soviet Union. In 1944, the Meskhetian Turks were exiled from their ancestral homeland to Central Asia. In 1956-1991, the Meskhetian Turks continued their struggle to return home and their organisation activities. One of the conditions of membership of Georgia to the Council of Europe in 1999 was to ensure the return of the Meskhetian Turks. However, this process failed, and very few Meskhetian Turks migrated to various regions of Georgia.
Müstəqillik Dövründə Gürcüstanda Milli Dövlət Quruculuğu, İslam Siyasəti Və Regional Əməkdaşlıq
Müasir dövrdə müstəqilliyini yeni qazanmış ölkələrdə ən önəmli məsələlərdən biri milli dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsidir. Bu prosesin həyata keçirilməsi bilavasitə bir neçə ünsürdən asılıdır. Bunlardan biri vətəndaşların milli kimliklərinin önəmli bir parçasını təşkil edən dini kimlik ünsürüdür. Dövlətlərin həyata keçirdikləri dini və milli (etnik) azlıqlar siyasəti milli dövlət quruculuğunun uğurla davam etdirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Müxtəlif milli, dini və etnik qrupların yaşadığı Gürcüstanda bu siyasətin özünəməxsus problemləri mövcuddur. Azlıqlarla bağlı milli siyasətin insan hüquqları, demokratiya və beynəlxalq hüququn ümumi prinsipləri çərçivəsində həyata keçirilməsi bu problemlərin aradan qaldırılması baxımından vacibdir. Gürcüstanda yaşayan Borçalı türkləri, acarlar, Axısqa türkləri və kistlərdən ibarət müsəlman azlıqlarla bağlı problemlərin uğurlu həlli ölkədəki islam siyasətinin xarakterindən asılıdır. 2011-ci ildən etibarən bir neçə dəfə aparılmış sosioloji sorğu və əldə edilən nəticələr bu məqalənin hazırlanması baxımından çox faydalı olmuşdur. Habelə 2015-2016-cı illərdə çox sayda araşdırmaçının yer aldığı kollektiv sorğu, müşahidə və dərin müsahibələr, habelə, Türkiyədəki elmi araşdırmalar bu məqaləni uğurla tamamlamağa imkan vermişdir. Məqalədə, yuxarıda bəhs edilən sosioloji sorğu və araşdırmalar zamanı əldə edilən nəticələrdən, habelə regionla bağlı rəsmi mənbələrdə yer alan materiallardan istifadə edilərək mövcud problemlərin həlli məsələsində üçtərəfli əməkdaşlığın roluna diqqət çəkilmişdir.
Anahtar Kelimeler : Gürcüstan , müsəlman azlıqlar , milli dövlət quruculuğu , üçtərəfli əməkdaşlıq
DOI : 10.26650/jes.2020.010 IUP : 10.26650/jes.2020.010 Tam Metin (PDF)
National State Building, Islamic Policy and Regional Cooperation in Georgia during the Period of Independence
One of the most important issues in the countries that have gained independence in the modern period is the successful implementation of the process of national state building. The implementation of this process directly depends on several elements. One of them is the element of religious identity, which is an important part of the national identity of citizens. The policy of religion and national (ethnic) minorities implemented by the states is of great importance in terms of the successful continuation of national state building. In Georgia, where various national, religious and ethnic groups live, this policy has its own problems. The implementation of the national policy on minorities within the framework of the general principles of human rights, democracy and international law is important in terms of eliminating these problems. The successful solution to the problems of Muslim minorities living in Georgia, consisting of Borchali Turks, Ajars, Akhisga Turks and Cysts, depends on the nature of Islamic policy in the country. The sociological survey conducted several times since 2011 and the results obtained have been very useful in terms of the preparation of this article. As well as a large number of researchers in 2015-2016, surveys, observations and indepth interviews, as well as scientific research in Turkey have allowed to successfully complete this article. The article draws attention to the role of trilateral cooperation in solving existing problems using the results obtained during the sociological surveys and research mentioned above, as well as the materials in official sources related to the region.
Anahtar Kelimeler : Georgia , Muslim minorities , national state building , trilateral cooperation
GENİŞLETİLMİŞ ÖZET
Georgia, which was occupied by Russia in the 19th century, existed as an independent republic in 1918-1921, and where the Soviet power was dominant starting from 1921, regained independence in 1991. After regaining independence, one of the most important issues in Georgia has been the issue of national/ethnic and religious minorities. Moreover, the privileges granted to the Georgian Church as well as the violation of the rights of Muslim minorities during this period are seriously criticized.
The most crowded population among the Muslims of Georgia is the Borchaly Turks. According to the argument of the Georgian historians, the Borchaly Turks were supposedly made to migrate to the region by Shah Abbas in the 17th century. This argument is wrong, and the researches confirm that Turks have lived in this region since very ancient times. The region known as Borchaly was included in the Kvemo Kartli region in line with the administrative region division made in Georgia after independence. In sectarian terms, an important part of the Borchaly Turks is Shia and the rest are Sunni. At present, there is not even one TurkishMuslim living in Armenia. The fact that Muslim minorities living in Georgia turn to different religious communities and sects reinforces the segregation in society. For example, there is Sunni-Shia segregation among the Borchaly Turks, albeit in small segments. While Salafism spreads strongly in the Kist community, the Salafi/Wahhabi movement may find supporters among the other Muslim groups of Georgia.
Another Muslim group living in Georgia are the Kists. The Kists mostly live in villages in the Pankisi Valley, in the northeast of Georgia, and have a strong traditional community structure. Today, the traditionalist-innovative discussions continue in the Kist community. The traditionalists are members of the Qadiriyya or Naqshbandi sect, which has existed in the Caucasus for a long time. The innovators are those who follow the Salafi/Wahhabi movement. This segregation has shown its effect on the Kist community, caused a serious transformation in the belief-based social structure, and also occasionally brought up the Pankisi Valley to the world agenda in the context of security issues.
The Muslim minority that has the most serious identity problem in Georgia is the Adzhars. The tendency towards Christianization among the Adzhars is on the increase due to pressure or incentive. As a result of the religious policies of the Tbilisi administration following the collapse of the Soviet Union, there has been a substantial decrease in the number of Muslims in Adzharia. At this point, the Muslim Adzhars are a religious minority not only in Georgia but also in Adzharia.
One of the Muslim groups that constitute a minority in number in Georgia is the Meskhetian Turks. The Meskheti region was abandoned to the Russian Empire after the Ottoman-Russian wars, and remained within the Georgian borders during the period of the Soviet Union. In 1944, the Meskhetian Turks were exiled from their ancestral homeland to Central Asia. In 1956-1991, the Meskhetian Turks continued their struggle to return home and their organisation activities. One of the conditions of membership of Georgia to the Council of Europe in 1999 was to ensure the return of the Meskhetian Turks. However, this process failed, and very few Meskhetian Turks migrated to various regions of Georgia.
The issue of Muslim minority is one of the issues that are occasionally added to agenda and discussed in Turkey-Georgia and Azerbaijan-Georgia relations. Unfortunately, though the relations between Turkey and Georgia as well as the ones between Azerbaijan and Georgia have a strategic nature, there are still artificial phobias produced in Georgian society such as “threat of Turkey”, “fear of Turk” and “economic expansionism of Azerbaijanis”. The false propaganda of certain circles in Georgia and the wrong policies implemented by the Georgian administration on minorities in general play an important role in the emergence of this situation. It is observed that there are some efforts to dissolve these issues through bilateral negotiations (i.e., Turkey-Georgia and Azerbaijan-Georgia). On the other hand, thanks to the development of trilateral cooperation format which brings together all three states on the same platform today, it will be possible to dissolve the issues in a more optimal and faster way. Further development of the trilateral cooperation format is of great importance for the security, economic and social development of the region. Likewise, the meetings in the form of trilateral cooperation are held, and important documents such as the Trabzon Declaration of 8 June 2012, Batumi Communique of 28 March 2013 and Ganja Declaration of 19 February 2014 were adopted. The last of these meetings was held in Tbilisi on 23 December 2019. In face of the cooperation developed between Russia, Iran and Armenia, and including certain claims and threats against the countries in the region, it is extremely important to strengthen the cooperation line between Turkey, Azerbaijan and Georgia in terms of regional security and development. In line with the common interests of all three states, dissolution of the issues related to minorities, resolution of religious and ethnic disputes and settlement of problems in this area will be able to raise the Turkey-Azerbaijan-Georgia relations to the level of strategic cooperation in the true sense of the word.
Ağdamın böyük potensialı – TƏHLİL
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistanın işğalından əvvəl Ağdamın iqtisadi, o cümlədən sənaye, kənd təsərrüfatı və digər sahələr üzrə geniş potensialı olub. Eyni zamanda Ağdam mədəni və tarixi abidələr baxımından da çox böyük əhəmiyyətə malik idi.
Bunu Trend-ə Milli Məclisin Ağdamdan olan deputatı Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, bütövlükdə Ağdamın 1154 kvadrat kilometr ərazisi var, ümumilikdə Ağdamın inzibati ərazisinə hal-hazırda Ağdam şəhəri, 138 kənd və qəsəbə daxildir: “İşğala qədər isə Ağdamın 160 minə yaxın əhalisi olub. Eyni zamanda işğala qədər Ağdamda böyük sənaye müəssisələri olub. Yəni 1993-cü ilin 23 iyuluna qədər Ağdamda dəzgah avadanlıqları zavodu, aeromosmik və rabitə cihazları zavodu, metis-furnitir və konserv zavodu, traktor və avtomobil təmiri zavodu, asfat zavodu, yağ zavodu, 16 şərab və 1 şampan zavodu, xalça fabriki, taxıl məhsulları kombinatı, tikinti materialları kombinatı, ət kombinatı və digər sənaye müəssisələri fəaliyyət göstərib.
Onu da qeyd edim ki, Ağdamda ilk şərab zavodu 1860-cı ildə tikilib. Eyni zamanda Ağdamda kənd təsərrüfatı müəssisələri, kənd təsərrüfatını mexanikləşdirmə və elektriklşdirmə stansiyaları fəaliyyət göstərib. Ağdamın özünün hava limanı, dəmir yol stansiyası var idi. Ağdamda 28 nəfər Sosialist əməyi qəhrəmanı var idi. Bir rayon üçün bu çox böyük göstərici və insanların nə qədər zəhmətkeş olduğunu və rayonun böyük gəlirlərə malik olduğunu göstərir.
Bütün bunlar həm də onu göstərir ki, Ağdamın kənd təsərrüfatı sahəsində də böyük uğurları var idi. Üzümçülük, şərabçılıq, pambıqçılıq, baramaçılıq, taxılçılıq, meyvəçilik, tərəvçilik çox yaxşı inkişaf etmişdi. Ona görə də Ağdamda konserv zavodları var idi. Kənd təsərrüfatı məhsullarının təkcə satışı deyil, həm də onların sənaye üsulu ilə hazırlanması və daxili bazara çıxarılması həyata keçirilirdi.
Respublikamızda 70-ci illərin sonunda Ağdamda ilk çoxtonlu böyük üzüm saxlama soyuducusu quraşdırılmışdı. Bu isə imkan verirdi ki, qış aylarında belə Ağdamdan Azərbaycan əhaləsinə və SSRİ-nin digər şəhərləri həmin soyuducudan təzə üzüm məhsulları tədarük edilsin. Bu soyuducu Ağdam rayon Qarabağ üzümçülük və şərabçılıq sovxozunda tikilmişdi və o zaman ən yeni texnologiyalara əsaslanırdı.
Ağdamda Qarabağ atçılıq zavodu 1949-cu ildən fəaliyyət göstərir və bu gün də öz fəaliyyətini davam etdirir”.
B.Əliyev vurğulayıb ki, Ağdamın daha bir potensialı ondan ibarət idi ki, Ağdamın həm çoxlu memarlıq abidələri, həm də zəngin təbiəti var idi: “Ağdamın bir hissəsi dağlıq və meşəlik ərazidi və yeni gözəl turizm bazaları var idi. Ağdamda yaxşı muzeylər də var idi. Eyni zamanda Ağdamda qədim tarixi abidlər var idi, misal üçün Şah Bulaq qalası, Pənah xanın türbəsi, Xanoğlan türbəsi, Xurşidbanu Natavanın qəbirüstü abidəsi, 15-ci əsrə aid sərdabə və Hatəm Məlik qalası və digərləri. Təsəvvür edirsiniz bu qədər iqtisadi potensial, mədəni-tarixi abidələr erməni vandalları tərəfindən tamamailə məhv edilib.
Ağdam artıq işğaldan azad edilib. Şübhəsiz ki, həmin potensialın yenidən qurulması, ən yüksək texnologiyalara malik zavodların, elmi mərkəzlərin yaradılması, kənd təsərrüfatı istiqamətində yeni müəssisələrin qurulması üçün çox böyük imkanlar var.
Hesab edirəm ki, Ağdamın işğal altında olmayan ərazisində ilkin baza, zəmin yaradılıb. Bu gün Ağdam tamamilə işğaldan azad edilib. Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin həm daxili, həm xarici siyasti nəticəsində, müasir ordu quruculuğuna nail olması nəticəsində 44 gün ərzində biz işğal altında olan ərazilərimizi azad etdik.
Bu döyüşlərdə də ağdamlılar da fəal iştirak etdi. Bilirsiniz ki, 1-ci Qarabağ savaşında da ağdamlılar mərdliklə vuruşmuşdu. Cənab Prezident Ağdamın işğaldan azad olunması müjdəsini xalqa çatdırarkən qeyd etdi ki, Ağdam 6 minə yaxın şəhid verib, 16 Milli Qəhrəmanı var və 2-ci Qarabağ savaşında ağdamlılar da mərdliklə vuruşdular, torpaqlarımızımn azad olunmasında onların da payı var.
Bilirsiniz ki, Azərbaycan ordusu Ağdam şəhərinə hərbi orkestrin müşayəti ilə daxil oldu. Bu da təsüdüfi deyil, bunun çox böyük tarixi mənası var. Çünki 1918-ci il oktyabrın 1-də Türk generalı Nuri Paşa Ağdama elə hərbi orkestrin, yerli ağdamlı əsgərlərdən ibarət fəxri qarovulun qarşısından keçərək Ağdama daxil olmuş, Əsgəran və Şuşa istiqamətində bizim ərazilərimizi işğal etmək istəyən daşnaklara qarşı savaşa getmişdi.
Ağdam şəhərinin özünün də tarixi çox qədimdir, hələ eramızdan əvvələ gedir, amma Ağdam bir şəhər kimi statusunu 19-cu əsrin əvvəllərində almışdı, 1828-ci ilə təsadüf edir.
Ona görə də hesab edirik ki, Ağdamın çox böyük potensialı var və cənab Prezident İlham Əliyev qeyd etdiyi kimi Ağdamın baş planı hazrırlanacaq və o plana uyğun olaraq bütün infrastuktur qurulacaq, əhali ora geri dönəcək və quruculuq-abadlıq işləri davam etdiriləcək.
Prezident İlham Əliyev Ağdamla bağlı demişdir: “İndi isə Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq”.
Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri və Ağdam cümə məscidinin ziyarəti ağdamlılar tərəfindən Ağdamın gələcək inkişafına verilən xeyir-dua kimi qəbul edilir.
Hələ birinci dəfə Prezident seçiləndə cənab İlham Əliyev bəyan etmişdi ki, biz Ağdamı işaldan azad edəcəyik, Ağdamı əvvəlkindən də yaxı quracağıq. Ağdamın əzəmətini, möhtəşəmliyini özünə qaytaracayıq”.
Sizə möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dərin minnətdarlığımızı bildiririk!
Əziz və dogma Ağdam, sən azadsan! Qarabağ Azərbaycandır!”.
siyasielmler
Dövlət gənclər siyasətinin mədəni və mənəvi aspektləri
Posted on Fevral 6, 2011 by siyasielmler
Azərbaycan Respublikasının mədəniyyət siyasətinin tərkib hissəsi olan gənclər siyasətinin prioritetlərindən biri budur ki, gənclərin ləyaqətli vətəndaş kimi yetişməsi üçün onlar hərtərəfli biliyə, milli keyfiyyətlərə malik olmalıdırlar: “Öz dili, mədəniyyəti, mənəvi dəyərləri ilə tərbiyə olunmuş gənclər heç vaxt vətəninə, xalqına ögey münasibət bəsləməz. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli dəyərlərimizin əsasında tərbiyələnməlidirlər. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz” (47, 3 fevral 1996). Qanunların sivil dünya dövlətlərinin hüquqi dövlət quruculuğu ənənələrinə, beynəlxalq hüquq normalarına, Avropa Şurası və dünya demokratik qanunvericilik təsisatları tələblərinə uyğun hazırlanması üçün Azərbaycan Respublikası Prezidenti yanında 1996-cı ilin fevralında xüsusi hüquqi islahatlar komissiyası yaradılmışdır. Məlumdur ki, əvvəllər mövcud olan partiya-sovet ideologiyası prinsplərində və əsaslarında formalaşdıran cəmiyyətin mənəvi və mədəni həyatının inkişaf 202 siyasəti qətiyyən indiki bizium cəmiyyətin can atdığı ictimai həyata uyğun gələ bilməzdi. Artıq cəmiyyətin hərtərəfli inkişafını, mənəvi mədəniyyətin əsl zənginlikləri sisteminin yaradılmasını tələb edən yeni baxışlar sistemi formalaşmaqda idi. Bütün bu əlamətdar hadisələrdən sonra Respublikanın öz milli mənafeyinə uyğun bir çox prioritet vəzifələr dururdu. Onlardan biri də Dövlət gənclər siyasəti ilə bağlı idi. Bu sahədə müstəqil suveren respublikamızın atdığı ilk addım Dövlət Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanununun qəbulu oldu. Bu dövrü xarakterizə edəndə görürük ki, ictimai-siyasi vəziyyətin mürəkkəb olduğu bir dövrdür. Hakimiyyətdə hər hansı siyasi qüvvənin olmasından asılı olmayaraq Azərbaycan gəncləri istər ölkə qarşısında, istərsə də öz şəxsi vicdanları qarşısında vəzifələrini yerinə yetirirdilər. Kommunist rejimi dövründə mövcud olan gənclər təşkilatları və onlar haqqındakı qanunlar artıq öz qüvvəsini itirmişdi. Zəngin potensial enerjiyə malik gənclərin vahid Dövlət gənclər siyasəti haqqında Azərbaycan Respublikası Qanunu ətrafında birləşdirmək vacib idi. Bu Qanunun qəbul edilməsi mədəniyyət siyasətinin uğurlu yürüdülməsinə güclü təkan vermiş oldu. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında isə “Gənclər siyasti haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qaununun tətbiq edilməsini təmin etmək məqsədi daşıyan 6 may 2002-ci il tarixli qərar verilmişdir. Əlbəttə ki, Qanun dövlətin mədəni siyasətinin uğurlu başlanğıcı idi. Qanunda Azərbaycan Respublikası bütün cəmiyyətin mənafeyi naminə gənclərin potensialından daha dolğun istifadə edilməsi üçün sosialiqtisadi, siyasi-hüquqi, təşkilati şərait və təminatlar yaratmaq məqsədi güdülür. Qanunda gənclər siyasətinin prinsipləri və məqsədləri müəyyən edilmiş, dövrün tələblərinə cavab verə biləcək müddəalar əlavə edilmişdir. Qanun bu siyasətin həyata 203 keçirilməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də əhalinin digər sosial qrupları ilə gənclərin əsl hüquq bərabərliyinin təmin olunmasına yönəldilmiş hüquq və vəzifələr sistemini müəyyən edir. 5 fəsil və 21 maddədən ibarət olan Qanunda dövlət gənclər siyasətinin mahiyyəti və prinsipləri aşağıdakı kimi göstərilmişdir: Xalqın gələcəyini müəyyən edən xüsusi ictimai qrup kimi gənclərin özünəməxsus mənafe və ehtiyacları olduğunun etiraf edilməsi; Cinsindən, milliyyətindən, dilindən, dini etiqadından təhsilindən, sosiaıl mənşəyindən və siyasi baxışlarından asılı olmayaraq gənclərin cəmiyyətdə hüquq bərabərliyinə təminat verən hüquqi və sosial statusunun müəyyənləşdirilməsi; Gənclərin hərtərəfli sosial, mənəvi və fiziki inkişafina, onların hüquq və azadlıqlarının həyata keçirilməsinə təminat verən şəraitin yaradılması; Gənclərdə xalqın mənəvi irsinə və ənənələrinə, nəsillərin mənəvi əlaqəsinə qayğıkeş münasibətin tərbiyə edilməsi; Gənclərin azadlıq, hüquq və vəzifələrinin vəhdəti; Gənclərin sosial müdafiəsi üçün hüquqi və təşkilati təminatların yaradılması. Dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başlamışdır. Məhz buna görə də üzümüzə gələn yeni əsrdə xalqımızın problemlərini müasir dünya kontekstində həll edə bilmək üçün Azərbaycan gənclərinin yenidən təşkilatlanması vacib idi. Bu məqsədlə müstəqil Azərbaycan Respublikasında gənclər hərəkatını əlaqələndirmək üçün 1994-cü il iyulun 26-da Azərbaycan respublikası prezidentinin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Gənclər və idman nazirliyi yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilmiş, nazirliyin yerli strukturları formalaşmış, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görülmüş, bir sıra dövlət proqramları hazırlanmışdır. 204 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun keçirilməsi respublikanın həyatında müstəsna əhəmiyyətə malik bir hadisə oldu. Forum müstəqil Azərbaycan Respublikasının qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində gənclərin fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu. 1997-ci il fevralın 1-də isə Azərbaycan Respublikası prezidentinin forum nümayəndələrinin bir qrupu ilə görüşündə forumdan keçən bir il ərzində görülmüş işlər təhlil olundu və gəncliklə bağlı əsas problemlərin həlli yolları müəyyən edildi. Respublika prezidentinin elə həmin gün imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü elan edildi. 1999-cu ilin başlanğıcı da Azərbaycan gəncləri üçün əlamətdar oldu. Mart ayının 2-3-də Azərbaycan gənclərinin ikinci forumu keçirildi. O, birinci forumdan keçən üç il ərzində görülmüş işlərə yekun vurmaqla yanaşı, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə düşən böyük vəzifələri müəyyən etdi, respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclik problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr verdi. Bununla yanaşı, dövlət gənclər siyasətinin həyata keçirilməsi sahəsində həllini gözləyən bir sıra problem və məsələlər mövcuddur. Uşaq və gənclərlə işləyən kadrların hazırlanması, gənclərin həyatında baş verən proseslərin elmi şəkildə öyrənilməsi günün vacib məsələlərindəndir. Ayrı-ayrı dövlət hakimiyyəti və idarəetmə orqanlarının gənclərlə iş üzrə əlaqəli və məqsədyönlü fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmalıdır. Gənclərin daha geniş təbəqələrinin dövlət idarəetmə işlərinə cəlb olunması sahəsində əlavə tədbirlərin görülməsinə və bunun üçün lazımi maliyyə vəsaitinin ayrılmasına ehtiyac vardır. Ölkə əhalisinin yarıdan çoxunu təşkil edən uşaq, yeniyetmə və gənclərin üzləşdikləri problemləri həll 205 etmək, onları yeni dövrün tələblərinə uyğun hazırlamaq kompleks tədbirlərin həyata keçirilməsini zəruri edir. Dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağli respublikanın ictimai-siyasi həyatında və dövlət quruculuğunda gənclərin iştirakına dair tədbirlər planında elm, təhsil və mədəniyyətlə bağlı aşağıdakılar nəzərdə tutulmuşdur: Elm və təhsil sahəsində: Gənclərlə işləyən kadrlar hazırlamaq və onların ixtisasını artırmaq. Gənclərin problemlərini öyrənmək, gənclər hərəkatında baş verən prosesləri təhlil etmək məqsədi ilə ali məktəblərin tədris proqramlarında müvafiq ixtisasların təmin olunması; İstedadlı şagird və tələbələrin üzə çıxarılması üçün fərdi tədris proqramlarının hazırlanması; Elmi tədqiqat müəssisələrində xüsusi nailiyyətlər əldə etmiş gənc alimlər üçün mükafat və təqaüdlərin təsis edilməsi; Beynəlxalq müsabiqələrdə, elmi konfranslarda istedadlı şagird və tələbələrin iştirakını təmin etmək üçün tədbirlərin görülməsi; Ali məktəblərin və elmi tədqiqat müəssisələrinin laboratoriyalarını müasir avadanlıqlarla təchiz etmək üçün beynəlxalq fondların və proqramların imkanlarından geniş istifadə edilməsi (157). Mədəniyyət sahəsində: İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən xüsusi dövlət proqramının hazırlanması; Mədəniyyət sahəsində yüksək nailiyyətlər qazanmış gənclərin mükafatlandırılması üçün müvafiq təkliflərin hazırlanıb Azərbaycan Respublikası Prezidentinə təqdim olunması; Dövlət Televiziya kanallarında mədəniyyət sahəsində istedadlı gənclərin fəaliyyətinin geniş işıqlandırılması; Orta ümumtəhsil məktəblərində istedadlı uşaqların aşkar edilməsi və onların inkişaf etmələri üçün müsabiqələrin, olimpiadaların, festivalların keçirilməsi; Mədəniyyət sahəsində uğurlar qazanmış gənclərin beynəlxalq tədbirlərdə iştirakına şərait yaratmaq; Gənc və peşəkar kulinarların olimpiadalarının müntəzəm keçirilməsi (139). 206 Gənclər və idman nazirinin müavini İntiqam Babayev bu haqda bildirir ki, ölkədə gənclərlə iş dövlət səviyyəsində qurulub. Ötən vaxtlar ərzində Azərbaycanda bir neçə nüfuzlu beynəlxalq tədbirlər keçirmişik. İlk dəfə olaraq Qərbi Avropadan kənarda – Azərbaycanda Avropa Gənclər Forumu keçirildi. Bu, Azərbaycana böyük etimad idi. Çünki dövlətin gənclər siyasətini Qərbi Avropa görür və qiymətləndirirlər (139). Prezident İlham Əliyevin istedadlı gənclərlə bağlı iki sərəncamı olub. Bir sərəncamla gənc istedadlar 300 manat həcmində təqaüd alırlar. Digər sərəncam isə həm yaşlı, həm də gənc nəsil üçün nəzərdə tutulur. Belə ki, gənc bəstəkar, rəssam və yazarlar üçün əlavə mükafatlar müəyyənləşib. Milli Məclisin deputatı Əkrəm Abdullayev də bu fikirdədir ki, Dövlətimiz gənclərin intellektual potensialının güclənməsi üçün bütün imkanları yaradıb. Azərbaycan Prezidentinin 2007–2015-ci illərdə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncamı gəncliyə göstərilən diqqətin parlaq təzahürüdür (139). Ümummilli liderimiz Heydər Əliyev müsahibələrinin birində demişdir: “Gənclər siyasətinin formalaşmasının birinci mərhələsi çox çətin idi. Üstəlik dövlətin gənclərlə ciddi surətdə məşğul olması üçün vəsait də yox idi. Azərbaycanda iqtisadi hərc-mərclik və dağıntı hökm sürürdü. Gənclər necə deyərlər yada düşmürdü. Lakin təxminən 1995-ci ildən Azərbaycanın iqtisadi və sosial həyatında sabitləşmənin başlandığı vaxtdan bu məsələyə böyük əhəmiyyət verilir. Gənclər İdman və Turizm Nazirliyi yaradılmışdır. Məncə heç də bütün ölkələrdə belə nazirlik yoxdur. Çoxsaylı gənclər təşkilatları yaradılmışdır. Beləliklə, gənclər həyatın bütün sahələrində iştirak edirlər. Parlamentdə də seçkilərdən-seçkilərə gənclərin sayı artır, dövlət idarəetmə orqanlarında da həmçinin. Bu isə çox müsbət meyardır, çünki bütün bu adamlar təxminən 20-30 ildən sonra ölkəmiz üçün məsuliyyət daşıyacaqlar” (47, 3 fevral 1996). 207 Bu gün Azərbaycanda idarəetmə bacarığı ilə seçilən, intellektual, dünyagörüşlü yeni bir nəsil yetişməkdədir. Bu gün gənclərin çoxu hələ on il bundan əvvəl Azərbaycanda çox az adamın bildiyi peşələrə yiyələniblər. Kompyuter şəbəkəsi inkişaf edib, xarici dillərə həvəs artıb. Cəmiyyətdə gənclər təşkilatlarının rolu daha çox onların üzvlərinin sosial fəallığı ilə müəyyən edilir.
İmanova Kübra Yusif qızı
Comments are closed, but trackbacks and pingbacks are open.