Press "Enter" to skip to content

Dəqiq nə vaxt doğulduğumu necə bilirəm

Təxmini doğuş vaxtı hamiləliyin 40-cı həftəsinin tamamına, yəni, 280-ci günə düşür. Lakin ümid etmək lazım deyil ki, uşaq məhz bu gün doğulacaq. Çünki doğuş tarixi dəqiq olmaya bilər, daha doğrusu 75% halda, bu, təxmini tarixdir və səhv ehtimalı 2 həftəyə qədər ola bilər, hətta, USM ilə korreksiya edildikdə belə. Əksər qadınlarda doğuş hamiləliyin 38-42-ci həftələri arasında başlayır. Yəni, tələsmək lazım deyil, öz bədəninizə qulaq asın və doğum evinə getmək üçün hazırlıqlı olun. Onu da nəzərə alın ki, doğuşu stimulyasiya etmək üçün heç bir xalq təbabəti vasitələrindən istifadə etmək məsləhət görülmür. Əgər siz doğuşun başlamamasından narahatsınızsa, bunu öz həkiminizlə müzakirə edin.

Təbii doğuşun başladığını necə bilərik?

Normal doğuşun başladığını necə bilərik? Normal doğuş başlayıbsa, nə zaman həkimə getməliyik? Ən çox verilən suallardan biri budur.

Xüsusilə də 37 həftəsini keçmiş qadınlar sürəkli narahat olurlar ki, “Birdən doğuş başlayar, mən həkimə gecikərəm, yolum uzaq olar, yolda başıma bir şey gələr”. Bu gün bu suallara aydınlıq gətirmək istəyirik.

Öncəliklə, onu demək istəyirəm ki, əziz xanımlar, özəlliklə ilk hamiləliyi olan qadınlar, ilk dəfə həyatında doğacaq insanlar burada qorxacaq, təşvişə düşəcək bir şey yoxdur. Normal doğuş elə bir prosesdir ki, bunu öncədən bilməmək, hiss etməmək, o ağrıları başa düşməmək mümkün deyil. Yəni bu həyatınızda yaşayacağınız fərqli bir duyğudur və mütləq siz doğuşun başladığını hiss edəcəksiniz.

Sadəcə normal doğuş, özəlliklə, ilk doğuşda sancı sürəsi o qədər uzun bir müddətdir ki, sizin təşvişə düşüb o dəqiqə həkimə getməyinizə ehtiyac yoxdur.

Özəlliklə, əgər sizin ciddi bir qanaxmanız yoxdursa, su gəlişiniz yoxdursa, uşağın hərəkətləri normaldırsa, sadəcə həkiminizə məlumat verə bilərsiniz: “Mənim bu şikayətlərin var, gözləməliyəm, yoxsa mütləq xəstəxanaya gəlməliyəm?”

Bizim üçün xəstəxanaya gəlməyinizi gərəkdirən təcili hallar var. Bu nədir?

  1. Əgər sizin aktiv su gəlişiniz varsa. Yəni bildiyimiz normal su gəlişiniz var, suyunuz gəlirsə, təcili xəstəxanaya getmək lazımdır.
  2. Qanama varsa. Qanama az və ya çox fərq etməz bizim üçün önəmlidir.
  3. Uşağın hərəkətlərini hiss etmirsinizsə, böyük hərftədə. Bu çox vacibdir və təcili həkimə getmək lazımdır.

Bunlara daxil olmayan… Əgər sizdə çox az da olsa, bir vaginal ləkələnmə olubsa, qan qrupunuz neqativ deyilsə, narahat olmağa gərək yoxdur. Həkiminizə məlumat verirsinizsə, əgər sancılarınız başlayıbsa, həkiminiz zatən sizə izah edəcək.

Bizim üçün doğuş sancısı nədir?

Bizim üçün doğuş sancısı nədir?

Doğuş sancısı 40-50 saniyə cəmi davam edən, yəni bu sizi narahat edəcək səviyyədə bir ağrı verən qarnınızda sərtləşmə, daşlaşma kimi bir hiss verən bir ağrıdır.

Amma normal doğuş ağrısı uzun çəkmir, cəmi 40-50 saniyə çəkir və bir neçə dəqiqədə bir təkrarlanması lazımdır. “İndi oldu, bir də axşam oldu” – bu doğuş sancısı deyil, bundan narahat olmayın.

Bizim üçün doğuş sancısı əvvəlcə başlayar, məsələn, 20 dəqiqədə bir hiss edirsən ki, qarnın aşağı hissəsində bir küt bir ağrı var, amma get-gedə bu ağrı güclənir və səni narahat etməyə başlayır. Amma müddətinə baxmaq lazımdır.

Mən həmişə öz xəstələrimə deyirəm ki, “Mütləq dəqiqə tutun o periodda. Baxın görün neçə dəqiqədə bir olmağa başlayıb”. Normal doğuşu başladacaq ağrılar – bizim 10 dəqiqədə, heç olmasa, 2-3 dəfə o ağrını hiss etməyimiz lazımdır. O zaman biz deyirik ki, “Hə, bu doğuş ağrılarıdır. Başlamış ola bilər”.

Ancaq yenə vurğulayım ki, doğuş ağrılarımız başlasa belə, biz onu sizin daha çox evdə çəkməyinizi istəyirik. Bunun da bir tərəfdən psixoloji bir tərəfi var ki, xəstəxanaya gələn hamilə birbaşa düşünür ki, “Mən gedirəm, doğuram” və bir yandan da xəstə yaxınları “Nə oldu, nə oldu?” havasına girirlər.

Və əgər həmin dönəmdə xəstəxanada keysəriyyə əməliyyatı ilə doğacaq bir qadın da varsa, buradakı qadın normal doğuş ağrılarını çəkərkən, sancıları çəkərkən, əlbəttə, orada bir ağrılı period var… Yanındakı hamilə gəlir və bir anda gedir uşağı qucağında çıxır və psixoloji olaraq o dəqiqə “mən də keysəriyyə əməliyyatına getmək istəyirəm, artıq mən doğmaq istəmirəm, normal doğuş istəmirəm” psixologiyasına gedir və bu xəstəni fikrindən daşındırmaq çox çətin olur.

Biz maksimum xəstələrimizə başa salırıq ki, “Normal doğuşun sancılarını mütləq evdə çəkin”. Əgər dediyim kimi uşağın hərəkətlərində bir problem yoxdursa, su gəlişi yoxdursa, qanaxma yoxdursa, doğuş sancılarını evdə çəkmək, evdə sevdiklərinizin, yaxınlarınızın yanında… Çünki xəstəxanaya gəldikdə, əlbəttə ki, yaxınlarınız da yanınızda olmur və bu səfər təklik psixologiyasına girib bir az daha əməliyyata meyillənir bizim xəstələrimiz.

O vaxt biz onu xəstəxanaya çağırırıq ki, əgər ilkin doğuşdursa, 5 dəqiqədə bir artıq şiddətli ağrı hiss edir qadın, mütləq xəstəxana çıxarmalıyıq.

Digər bir tərəfdən əgər sizin 2-ci, 3-cü doğuşunuzdursa, o zaman isə daha erkən gəlməyiniz lazım ola bilər. Çünki artıq təkrari doğuşlarda sancı periodu o qədər uzun çəkmir və daha sürətli irəliləyir doğuş prosesi. Ona görə 10 dəqiqədə bir ağrı hiss etdikdə artıq xəstəxanaya gəlməyiniz lazım ola bilər.

Əlbəttə ki, bunu mütləq güvəndiyiniz, başından bəri yanına getdiyiniz həkiminizlə hər şey danışaraq… Çünki sizin elə bir özəl durumunuz ola bilər ki, siz xəstəxanaya çox erkən getməli olmalısınız. Bunu sizin həkiminiz bilir, sizin uşağınızda bəzi bəlkə bir problem var, bəlkə sizin üçün pediatriya komandasının erkən gəlməyi lazımdır. Bunu mütləq şəkildə öz həkiminizə danışmağınız lazımdır.

Mən bu məlumatları sadəcə mənim olmayan hamilələrin də məlumatlanması üçün paylaşıram, faydalı olmaq üçün. Təşəkkür edirəm.

  • Tags doğuş sancıları, normal doğuş, təbii doğuş, yalançı sancılar

Doğuşun başlama əlamətləri

Su axıb sancılar başlayanda artıq şübhə yeri qalmır — doğuş başlayır. Bədən qadına lazımi siqnalları göndərir və bu mövzuda həkimlərin köməyinə ehtiyac belə qalmır. Amma doğuşun başlanmasını göstərən bəzi əlamətlər elə də aydın olmaya bilər. Bu məqaləni ona görə yazmışıq ki, doğuşu gözləyərkən məhz nəyə diqqət yetirməli olduğunuzu biləsiniz.

Mündəricat

  1. Doğuş nə vaxt başlayacaq?
  2. Doğuşun başlamasının erkən əlamətləri
    1. Qadın doğuş əlamətlərini qiymətləndirərkən səhv edə bilərmi?
    1. Doğuşun erkən dövründə nə edilməlidir?

    Doğuş nə vaxt başlayacaq?

    Təxmini doğuş vaxtı hamiləliyin 40-cı həftəsinin tamamına, yəni, 280-ci günə düşür. Lakin ümid etmək lazım deyil ki, uşaq məhz bu gün doğulacaq. Çünki doğuş tarixi dəqiq olmaya bilər, daha doğrusu 75% halda, bu, təxmini tarixdir və səhv ehtimalı 2 həftəyə qədər ola bilər, hətta, USM ilə korreksiya edildikdə belə. Əksər qadınlarda doğuş hamiləliyin 38-42-ci həftələri arasında başlayır. Yəni, tələsmək lazım deyil, öz bədəninizə qulaq asın və doğum evinə getmək üçün hazırlıqlı olun. Onu da nəzərə alın ki, doğuşu stimulyasiya etmək üçün heç bir xalq təbabəti vasitələrindən istifadə etmək məsləhət görülmür. Əgər siz doğuşun başlamamasından narahatsınızsa, bunu öz həkiminizlə müzakirə edin.

    Doğuşun başlamasının erkən əlamətləri

    1. Hamilənin nəfəsalmasının yüngülləşməsi. Uşaqlıq dibinin aşağı düşməsi səbəbindən diafraqmanı sıxmaması ilə əlaqədardır. Bundan sonra hamilənin tənəffüsü və hərəkətləri asanlaşır.
    2. Uşaqlıq yolu ifrazatının xarakterinin dəyişməsi. İfrazat ya duru olur, ya da qəhvəyi rəngə çalır. Birinci halda gigiyenik bezin nə qədər islanmasına fikir vermək lazımdır ki, suyun axması ilə dəyişik salınmasın. Qəhvəyi axıntıdan isə qorxmaq lazım deyil, o, uşaqlıq boynunun doğuşa hazır olmasını göstərir.
    3. Bədən çəkisinin azalması. Doğuşdan qabaq qadın 500 g-dan 2 kg-a qədər çəki itirə bilər. Bu yolla orqanizm artıq mayedən azad olur.
    4. Bağırsağın tam boşalması. Qadının mədə-bağırsaq yolunun doğuşdan qabaq tam təmizlənməsi təbii prosesdir.

    Doğuşun başlanmasını bildirən əsas əlamətlərdən başqa, bir sıra digər simptomlar da var. Onlar doğuşdan hətta 20 gün əvvəl yarana bilər. Bunlara aiddir:

    • iştahanın azalması;
    • yüksək aktivlik («yuva sindromu», qadın gündəlik həyatda yüksək aktivlik göstərir — yır-yığış edir, uşaq otağını bəzəyir, uşağın paltarlarını hazırlayır və s.);
    • dölün hərəkətlərinin azalması (yeri darlıq etdiyindən uşağın hərəkətləri azalır).

    Qadın doğuş əlamətlərini qiymətləndirərkən səhv edə bilərmi?

    Əlbəttə, yuxarıda sadalanan bütün əlamətlər subyektivdir. Biri onları hiss edə bilər, digəri isə — yox. Və bu tamamilə normaldır, çünki hər bir hamiləlik unikaldır. Qeyd etmək lazımdır ki, hətta ikinci uşağını gözləyən qadınlarda da hamiləlik və doğuş birinciyə nisbətən fərqli keçir. Bu səbəbdən, yuxarıda sadalanan əlamətlərin hər biri müalicə həkimi ilə konsultasiya etmək üçün səbəbdir.

    İfrazatın xarakterinə fikir vermək lazımdır. Əgər gələcək ana al rəngli çoxlu ifrazat görərsə, təcili doğum evinə getməlidir. Orada həkimlər araşdıracaq — doğmaq vaxtı çatıb, yoxsa, hələ tezdir.

    Doğuşun başlaması

    Baxmayaraq ki, hər bir hamiləlik fərqli keçir, doğuşun başlamasının erkən əlamətlərini ayırd etmək olur. Lakin siz onları heç görməyə də bilərsiniz.

    Doğuşun başlamasının ən birinci əlaməti — sancıdır. Doğuşdan bir qədər qabaq uşaqlıq boynu, uşaqlığın aşağı hissəsi yumşalır, nazilir və qısalır. Bu zaman zəif diskomfort hiss edə bilərsiniz, ola bilsin tək-tək qeyri-requlyar sancılar da olsun. Uşaqlıq boynu tədricən açılmağa başlayır. Zaman keçdikcə açılış sürətlənir.

    Tədricən sancılar daha requlyar olur — hər 5-15 dəqiqədən bir tutur — 60-90 saniyə davam edir. Bu zaman çalışın sakitləşib, sancıların tezliyinə və davam müddətinə nəzarət edəsiniz. Doğuşun birinci dövrünün gizli fazasının nə qədər davam edəcəyini söyləmək çətindir. Aktiv fazaya qədər saatlar və hətta sutkalar belə keçə bilər, əsas da qadının birinci doğuşu olarsa. Sonrakı doğuşlarda gizli faza qısalır. Nə qədər ki sancılar requlyar və intensiv olmayıb və yaxud su hələ getməyib, çalışın sakit olasınız.

    Amma qanaxma görən kimi və yaxud su axarsa, uşağın aktivliyi azalarsa, başınız ağrıyarsa, görməniz pozularsa və ya təzyiqiniz qalxarsa — dərhal həkiminizlə əlaqə saxlayın. Əgər sizə elə gəlsə ki, doğuş başlayır, yenə də həkiminizə zəng vurun.

    Doğuşun mərhələləri haqqında daha geniş məlumatı eyni adlı məqalədən ala bilərsiniz.

    Doğuşun erkən dövründə nə edilməlidir?

    Əgər özünüzdə doğuşun başlamasının bəzi əlamətlərini müşahidə etsəniz — hələ demək olmaz doğum evinə getmək lazımdır ya yox. Doğuşun birinci dövrünün gizli fazası çox çəkə bilər və ehtimal ki, sizin üçün ev şəraiti daha rahat olacaq. Həkiminiz doğuşun başlama əlamətlərinə görə özü sizin xəstəxanaya nə vaxt getməli olduğunuzu deyəcək.

    Doğuşun başlaması sizdə çox müxtəlif emosiyalar törədə bilər – həyəcandan tutmuş qorxuya qədər. Çalışın bu zaman sakit qalasınız və panikaya düşməyəsiniz. Əvvəlcə yaxın adamlarınızdan biri ilə sözləşin ki, doğuş başlayanda evdə sizin yanınızda qalsın və doğum evinə gedərkən sizi müşayiət etsin. Doğuşun gizli fazasında diskomfortu azaltmaq üçün bir neçə üsul tətbiq edilə bilər:

    • gəzmək;
    • relaksasiya və tənəffüs texnikasını tətbiq etmək;
    • pozanı tez-tez dəyişmək;
    • duş və ya vanna qəbul etmək.

    Əgər görsəniz ki, sancılar tezləşir və güclənir, suyunuz axır və ya başa düşə bilmədiyiniz başqa əlamətlər var — öz müalicə həkiminizə zəng edin.

    Doğuşun aktiv fazasının əlamətləri

    Doğuşun aktiv fazasında uşaqlıq boynu 10 sm-ə qədər açılmalı və siz doğuşun daha aydın əlamətlərini hiss etməlisiniz:

    • Dölyanı mayenin axması. Doğuşdan bir qədər əvvəl döl qovuğu cırılır və dölyanı maye axır. Buna el arasında «suyum getdi» deyirlər. Suyun axması intensivliyinə görə müxtəlif ola bilər. Əgər suyunuz axarsa, bu barədə həkimə xəbər verin. Qadınların əksəriyyəti su getdikdən sonra 24 saat ərzində doğur.
    • Güclü və requlyar sancılar. Aktiv fazada sancılar güclü və tez olur. Hər bir sancı 30 saniyədən 70 saniyəyə qədər davam edir və intensivliyi tədricən artır. Sancını tuta bilmək qabiliyyəti sizə doğuş fəaliyyətinə nəzarət etməyə kömək edəcək.
    • Ayaqlarda qıcolma. Aktiv fazada siz ayaqlarınızda qıcolma hiss edəcəksiniz.
    • Bel ağrısı. Doğuş zamanı siz beldə ağrı hiss edə bilərsiniz.
    • Ürəkbulanma. Bəzi qadınlarda aktiv fazanın əvvəlində ürəkbulanma olur.

    Aktiv faza 4 saatdan 8 saata qədər davam edə bilər, bəzən isə daha çox. Qadınların əksəriyyətində uşaqlıq boynu saatda 1sm sürətlə açılır. Suyunuz axarsa, sancılar daha güclü və requlyar olarsa — artıq doğum evinə getmək lazımdır.

    İkinci doğuş necə başlayır?

    Yuxarıda sadalanan əlamətlərin olub-olmaması qadının neçənci dəfə uşaq doğmasından asılıdır. Doğuş əlamətləri ilk dəfə doğanlarla, təkrar doğanlar arasında fərqlənə bilər. İlk dəfə doğanlarda əlamətlərin hamısı olmaya bilər, yalnız biri və ya ikisi olur. Təkrar doğanlarda isə – tənəffüsün yüngülləşməsi doğuşa qədər praktik olaraq müşahidə edilmir, çünki, uşaqlığın dibinin düşməsi bilavasitə doğuşdan qabaq baş verir.

    Doğuşun başlamasının əsl əlamətləri

    Əgər, bu, sizin ilk doğuşunuzdursa, onun başlama əlamətini düzgün təyin etməmə ehtimalı çoxdur. Bu cədvəldə doğuşun başlanmasının əsl əlamətlərini necə fərqləndirmək göstərilib.

    Sancılar müntəzəmdir, məsələn, 8 dəqiqədən bir təkrarlanır

    Sancılar qeyri-müntəzəmdir, yəni, müxtəlif zaman intervallarından bir təkrarlanır

    Siz hər 3 əlaməti hiss edirsiniz: sancılar tezləşir, uzanır və güclənir

    Sancılar tezləşmir, uzanmır və güclənmir

    Sancı hissi belin aşağısından başlayır və önə – qasığa doğru keçir

    Sancılar qarnın önündə hiss olunur

    Pozanın dəyişdirilməsi sancını dayandırmır.

    Pozanın dəyişdirilməsi və ya hərəkət sancını zəiflədir

    Baxış zamanı həkim görür ki, uşaqlıq boynu yumşalır, nazilir və açılır

    Uşaqlıq boynunda dəyişiklik olmur

    Əgər siz şübhələnirsinizsə və bilmirsiniz ki, doğursunuz, ya yox, həkiminizlə əlaqə saxlayın, qoyun vəziyyəti, o, qiymətləndirsin.

    Xülasə.

    Baxmayaraq ki, hamiləliyin əvvəlində siz doğum vaxtını təxmini bilirsiniz, nəzərə alın ki, bu barədə uşağın başqa “planı” ola bilər, yəni, vaxtından əvvəl doğulmaq istəyər. Bu səbəbdən, artıq üçüncü trimestrdə doğum evinə aparmaq üçün çanta hazırlamalı və doğuş prosesi ilə bağlı məlumatlar toplamalısınız.

    Əgər doğuşa əvvəlcədən hazır olarsanızsa, onun ilk əlamətləri yarananda narahat olmayacaqsınız!

    Bir itin nə vaxt doğulduğunu necə bilmək olar

    Videonuz: ZEKA ve AKIL NEDİR? ZEKİ ve AKILLI İNSAN KİMDİR?

    MəZmun

    • addım
    • İcma sualları və cavabları

    Məqaləni yükləyin Digər bölmələr

    İtlərin doğuş üçün nadir hallarda insan köməyinə ehtiyacı var. Buna baxmayaraq, siz hələ də itin nə vaxt istirahət etməyi dayandırdığını bilməlisiniz ki, siz itə və balalara qulluq edə biləsiniz. Doğuş zamanı bir it sancılar və narahatlıq keçirəcək. Balasını bitirmiş it yeni doğulmuş balalarına qarşı sakit və diqqətli olacaq. Ancaq bəzən itlər balalıq zamanı fasilə verirlər. Bu vəziyyətdə, itin gözlənilən zibil ölçüsünün nə olduğunu və daha çox bala gözlədiyinizi diqqətlə nəzərdən keçirin. Əgər itiniz doğum etməyi dayandırıbsa, lakin daha çox bala gözləyirsinizsə, baytarınızla əlaqə saxlayın.

    addım

    Metod 1/3: Davam edən əməyin müəyyən edilməsi

    • Hamiləlik dövründə itinizi baytara aparmaq çox vacibdir. Nə qədər bala gözləyə biləcəyinizi bilmirsinizsə, itin balalarını nə vaxt bitirdiyini və nə vaxt fasilə verdiyini mühakimə edə bilməyəcəksiniz. Zibilin ölçüsünü bilmirsinizsə, baytarınıza müraciət edin.
    • Əgər itin zibil ölçüsünə əmin deyilsinizsə, itinizin cinsinə görə orta hesabla neçə bala olduğuna baxın. Bu, əslində malik olduğu rəqəm olmasa da, sizi nə gözlədiyiniz barədə fikir verə bilər.
    • Köpək ya dayana bilər, ya da doğuş üçün böyrü üstə uzana bilər. Köpənin bu mövqeyi tez-tez dəyişdirdiyini görə bilərsiniz.
    • Sancılar adətən yeni bir bala doğulmazdan əvvəl on-otuz dəqiqə ərzində baş verir.
    • Whelping adətən təxminən üç-altı saat davam edir, lakin iyirmi saata qədər davam edə bilər, xüsusən də it bulldoqlar və ya Boston teriyerləri kimi böyük başlı bir cinsdirsə.
    • Bəzi itlər balalıq zamanı bir neçə fasilə verə bilər.

    Metod 2-dən 3: Balalığın sonunun tanınması

    1. Sancıların dayanıb dayanmadığına baxın. Əgər sancılar dayanıbsa, sizə heç nə lazım deyil. Əgər daha çox bala gözləyirsinizsə, itiniz istirahət etdikdən sonra doğuşunu davam etdirəcək. Əgər deyilsinizsə, itiniz doğuşla bitir!
      • Sonuncu baladan sonra bir neçə sancılar ola bilər ki, it sonuncu plasentanı itələyə bilsin.
    2. Köpəyin istirahət etdiyini göstərən əlamətlərə baxın. Köpək artıq ağlamırsa, inildəmirsə və ya şalvar çəkmirsə, bu, onun axmaqlığını bitirdiyinin əlaməti ola bilər. Düzgün sayın olduğundan əmin olmaq üçün balaları sayın.
    3. Ən azı iki saat itinizi izləyin. Köpəyinizin fasilə verdiyinə əmin deyilsinizsə, itinizə nəzarət etməyə davam edin. Fasilə verirsə, iki saat ərzində yenidən daralmağa başlayır. İki saat keçsə və daha çox bala gözləmirsinizsə, itinizin bitdiyini güman etmək ağlabatan ola bilər.
      • Əgər daha çox bala gözləyirsinizsə, lakin itiniz doğuşdan iki saat keçibsə, baytarınıza müraciət edin.
      • Köpək bitdikdə sakit və dincəlməlidir. İki saat keçibsə və itiniz narahat görünürsə, o, yenidən doğuşa hazırlaşa bilər.

    Metod 3/3: Kömək üçün zəng edin

    1. Köpəyin başlanğıcında baytarınıza deyin. Baytarınıza itinizin doğum etməyə başladığını bildirin. Bu, onları xəbərdar edəcək. Fövqəladə vəziyyət yaranarsa, ən qısa zamanda sizə kömək edə biləcəklər.
      • Köpəyiniz və balalarınız sağlam görünsələr belə, doğulduqdan sonra 24 saat ərzində baytar tərəfindən müayinə olunmalıdırlar.
    2. Hər bir bala üçün bir plasenta olduğundan əmin olun. Köpək, adətən, bir bala doğulduqdan on beş dəqiqə sonra plasentanı sərbəst buraxır. Bəzən iki bala, sonra iki plasenta doğulur. Hər zaman bir plasenta olmalıdır. Puppy. Əgər yoxsa, baytarınızı çağırın.
      • Baytarınız, plasentanı təbii şəkildə çıxarmağa kömək etmək üçün itə oksitosin vura bilər.
    3. Köpək titrəyirsə və ya titrəyirsə, onu baytara aparın. Bir az təngnəfəslik adətən doğuşdan dərhal sonra olsa da, itiniz titrəməməli və titrəməməlidir. Bu davranış doğumdan sonra bir neçə saat davam edərsə, bu, süd qızdırması kimi ağırlaşmaların əlaməti ola bilər.
    4. Köpək 30 dəqiqədən çox sancılar keçirirsə, kömək alın. Köpək doğum etmədən 30 dəqiqə gərginləşdirilib və ya birlikdə çəkilibsə, bir bala ilişib qala bilər. Köpəyinizin təcili C-bölməsinə ehtiyacı ola bilər.

    İcma sualları və cavabları

    Köpəyimin doğuşa yaxın olub olmadığını necə deyə bilərəm? O, narahatdır, yemək yemir, amma bol su içir.

    İşdə olmağa çox yaxındır. Onun yanında bir bala qutusu və bol su olduğundan əmin olun. Nəfəs alır və qaçırsa, yaxındır.

    Bu mənim itim ilk dəfədir doğum edir. Son 30 dəqiqə ərzində o, yalnız bir bala verdi. Daha çox gözləməliyəmmi?

    Mənim Labradorumun 16 balası var, bu normaldır?

    Doğuş edən bir it üçün normal zibil ölçüsü nədir?

    Dünən itimin zibil və ya balaları var idi, amma bu gün iki ölü doğulmuş balaları var. O, hələ də kömək edir? Bu normaldır?

    Hər bir bala arasında nə qədər istirahət etməlidir?

    Bir it hansı yaşda hamilə qala bilər?

    Köpəyim doğursa və baytara gedə bilməsəm nə etməliyəm?

    Doğuşdan sonra bətnində daha çox bala olub-olmadığını necə deyə bilərəm?

    Bir gün sonra 2 ölü bala, sonra başqa bir ölü bala versə, mənim itim yaxşı olarmı?

    Hər gün saat Sizi daha təhlükəsiz, daha sağlam və ya rifahınızı yaxşılaşdıran daha yaxşı həyat yaşamağınıza kömək edəcək təlimat və məlumat əldə etmək üçün çox çalışırıq. Hazırkı ictimai sağlamlıq və iqtisadi böhranların ortasında, dünya dramatik şəkildə dəyişdikcə və hamımız gündəlik həyatda dəyişiklikləri öyrəndik və onlara uyğunlaşdıq, insanların hər zamankindən daha çox ehtiyacı var. Dəstəyiniz daha ətraflı təsvirli məqalələr və videolar yaratmağa və etibarlı brend təlimat məzmunumuzu dünya üzrə milyonlarla insanla paylaşmağa kömək edir. Bu günə töhfə verməyi düşünün.

Comments are closed, but trackbacks and pingbacks are open.