Press "Enter" to skip to content

Quran (V. Məmmədəliyev və Z. Bünyadov tərcüməsi)/Ali-İmran surəsi

188 (Ya Rəsulum!) Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə. Onları şiddətli bir əzab gözləyir!

Nuh peyğəmbər (aleyhissəlam)

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Nuhun doğumu Adəmin vəfatından sonra olmuşdur. Onların arasında on əsr vaxt var idi. Əbu Umamə (Allah ondan razı olsun) deyir ki, bir nəfər Peyğəmbərə (sallallahu aleyhi və səlləm) dedi: «Ey Allahın elçisi! Adəm peyğəmbər idi?» Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Bəli, onunla danışılırdı.» Kişi dedi: «Onunla Nuh arasında nə qədər vaxt var idi?» Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «On əsr.»[1]

Bu rəvayət Muslimin şərtinə uyğun olsa da Muslim onu öz kitabında rəvayət etməyib.

İbn Abbas (Allah ondan razı olsun) deyir: «Adəm ilə Nuh arasında on əsr olub. Bu əsrlər zamanı hamı İslam dininə etiqad edirdi.[2]«

Rəvayətdəki «əsr» sözünü adəti üzrə yüz il hesab etsək onların arasında min il vaxt var idi. İbn Abbas (Allah ondan razı olsun) həmin vaxtı islamla əlaqələndirdiyi üçün, rəvayət bu vaxtın daha çox olmasını inkar etmir. Çünki rəvayətdə deyilən on əsrdən əlavə, onların qeyri islam dinində olduqları əsrlərin də olması ehtimal olunur. Amma Əbu Umamənin (Allah ondan razı olsun) hədisi iki peyğəmbərin arasındakı vaxt fərqinin on əsr olduğunu konkretləşdirir. İbn Abbasın (Allah ondan razı olsun) rəvayətindən isə onların İslam etiqadı ilə yaşadıqlarını başa düşürük.

Bu rəvayət əhli kitab tarixçilərinin: Qabil və övladları oda sitayiş edirdilər – iddialarını rədd edir. Daha doğrusunu Allah bilir.

Əgər hədisdə deyilən «əsr» (ərəb. qarn) sözü nəsil mənasında nəzərdə tutulursa bu o deməkdir ki, Adəm ilə Nuh arasında minlərlə il olub. Qurani-Kərimdə «əsr» sözü «nəsil» mənasında işlədilmişdir, misal olaraq: (əl-İsra: 17). (əl-Muminun: 31). (əl-Furqan: 38). (Məryəm: 74). Bu məna hədislərdə də işlədilmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyir: «Nəsillərin ən xeyirlisi mənim vaxtımda yaşayanlardır…»[3] Nuhdan öncəki nəsillər uzun ömür yaşayırdılar. Buna görə Adəm ilə Nuh arasında minlərlə il olub. Daha doğrusunu Allah bilir.

Ümumilikdə isə Uca Allah Nuh peyğəmbəri insanlar bütlərə və tağutlara ibadət etdikdə göndərmişdi. İnsanlar azğınlaşıb küfr yoluna düşdükdə Uca Allah onu insanlara mərhəmət olaraq göndərdi. O, yer əhlinə göndərilən ilk peyğəmbər oldu. Qiyamət günü də insanlar ona belə müraciət edəcəklər.[4]

QURANİ-KƏRİMDƏ NUH PEYĞƏMBƏRİN (aleyhissəlam) HEKAYƏSİ

Uca Allah Qurani Kərimin bir çox ayələrində Nuh peyğəmbərin qis¬sə¬si¬ni, qövmünün etdiklərini, küfr edənlərin tufanla cəza¬landırıl¬ma¬sı¬nı, iman edənlərin isə gəmi ilə xilas edilməsini bildirmişdir. Bu haqda əl-Əraf, Yunus, Hud, əl-Ənbiya, əl-Muminun, əş-Şuəra, əl-Ənkəbut, əs-Saf¬fat, əl-Qəmər surələrində məlumatlar vardır. Onun haqqında Nuh adlı su¬rə də nazil edilmişdir.

Uca Allah əl-Əraf surəsinin (59-64-cü) ayələrində deyir:

  1. Biz Nuhu öz tayfasına göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir haqq ilahınız yoxdur. Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!”
  2. Tayfasının başçıları ona! “Biz səni açıq-aydın azmış görürük!, – deyə cavab verdilər. 61. Nuh dedi: “Mən heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!
  3. Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan gələn vəhy ilə sizin bilmədiklərinizi bilirəm!
  4. Allahdan qorxub bəlkə mərhəmətə nail olasınız deyə, sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə heyrətmi edirsiniz?»
  5. Buna görə onlar (Nuhu) yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə suya qərq etdik. Onlar, həqiqətən, kor bir camaat idilər.

Uca Allah Yunus surəsinin (71-73-cü) ayələrində deyir:

  1. Müşriklərə Nuhun xəbərini söylə! Bir zaman o öz ümmətinə belə demişdi: “Ey ümmətim! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın, sonra mənə heç möhlət də verməyib haqqımda istədiyinizi edin.
  2. Əgər siz üz çevirsəniz, mən sizdən heç bir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha aiddir. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir!”
  3. Onlar yenə də Nuhu yalançı hesab etdilər. Biz Nuha və onunla birlikdə gəmidə olanlara nicat verdik, onları varislər etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırıb boğduq. Bir gör (əzabla) qorxudulanların (lakin yola gəlməyənlərin) axırı necə oldu!

Uca Allah Hud surəsinin (25-49-cu) ayələrində buyurur:

  1. Həqiqətən, Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi: “Mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!
  2. Allahdan başqasına ibadət etməyin. Mən şiddətli günün sizə üz verəcək əzabından qorxuram!”
  3. Nuh tayfasının kafir əyan-əşrəfi dedilər: “Biz səni ancaq özümüz kimi bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin sənə uyduğunu görürük. Eyni zamanda sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!”
  4. Nuh dedi: “Ey camaatım! Bir deyin görək. Əgər mən Rəbbimdən açıq–aydın bir dəlilə istinad etsəm, Rəbbim mənə Özündən bir mərhəmət bəxş etsə və o sizə gizli qalsa, istəmədiyiniz halda, biz sizi ona məcburmu edə bilərik?!
  5. Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Onlar öz Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizi cahil bir tayfa görürəm!
  6. Ey camaatım! Əgər mən onları qovsam, məni Allahın əzabından kim qurtara bilər? Məgər düşünmürsünüz?
  7. Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mələyəm. Mən eyni zamanda sizin xor baxdığınız kəslərə Allahın heç bir xeyir verməyəcəyini də demirəm. Onların ürəklərində olanı Allah bilir. (Əgər mən iman gətirənləri qovsam və bu sözləri desəm), onda şübhəsiz ki, zalımlardan olaram!”
  8. Onlar dedilər: “Ey Nuh! Bizimlə çənə–boğaz olub çox mübahisə etdin. Əgər doğru danışanlardansansa, bizi təhdid etdiyin əzabı gətir görək!”
  9. Nuh belə cavab verdi: “Onu istəsə, ancaq Allah sizə gətirər və siz Allahı əsla aciz buraxa bilməzsiniz.
  10. Əgər Allah sizi sapdırmaq istəyirsə, mən sizə nəsihət vermək istəsəm də, heç bir faydası olmaz. O sizin Rəbbinizdir və siz Onun hüzuruna qaytarılacaqsınız!”
  11. Yoxsa: “O onu özündən uydurdu!” – deyirlər. Onlara belə cavab ver: “Əgər mən onu özümdən uydururamsa, günahı mənim boynumadır. Mən isə sizin törətdiyiniz günahlardan uzağam!”
  12. Nuha belə vəhy olundu: “Əvvəlcə iman gətirənlədrən başqa, tayfandan daha heç kəs iman gətirməyəcək. Onların etdikləri əməllərə görə kədərlənmə!
  13. Gözlərimiz önündə və vəhyimiz üzrə gəmini düzəlt, zülm edənlər barəsində mənə müraciət etmə! Çünki onlar suda boğulacaqlar!”
  14. Nuh gəmini düzəldir, ümmətinin əyan–əşrəfi isə yanından ötüb–keçdikcə onu məsxərəyə qoyurdular. Nuh onlara deyirdi: “Əgər indi siz bizi məsxərəyə qoyursunuzsa, biz də sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq.
  15. Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!”
  16. Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman Nuha dedik: “Hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir!” Əslində onunla birlikdə çox az adam iman gətirmişdi.
  17. Nuh dedi: “Gəmiyə minin! Onun getməsi də, dayanması da Allahın adı (Bismilləh) ilədir. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”
  18. Gəmi onları dağlar kimi dalğaların içi ilə apardığı zaman Nuh (gəmidən) aralı olan oğlunu haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!”
  19. (Oğlu ona) belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs Onun əzabından qoruna bilməz!” Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir–birindən ayırdı və o da suda boğulanlardan oldu.
  20. “Ey yer! Suyunu ud! Ey göy! Yağışını saxla!” – deyildi. Su çəkildi. İş bitdi. Gəmi Cudi dağı üzərində oturdu və: “Zalımlar məhv olsun!” – deyildi.
  21. Nuh Rəbbinə müraciət edib dedi: “Ey Rəbbim! Oğlum mənim ailə üzvlərimdəndir. Sənin vədin, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!”
  22. (Allah) buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o pis bir iş görmüşdür. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə! Sənə cahillərdən olmamağı tövsiyə edirəm”.
  23. (Nuh) dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram!”
  24. (Sonra) belə deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan camaatdan törənəcək ümmətlərə Bizdən əmin-amanlıq və bərəkət bəxş edilməklə (gəmidən) en! Bəzi ümmətlərə də dolanışıq verəcək, sonra isə onları şiddətli bir əzaba düçar edəcəyik!”
  25. Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Səbr et! Həqiqətən, gözəl aqibət müttəqilərindir!>

Əl-Ənbiya surəsində (76-77-ci) ayəsində deyilir:

  1. Nuhu da (yad et)! O daha öncə yalvarıb dua etmişdi. Biz onun duasını qə¬bul buyurmuş, onu da, ailəsini də bö¬yük fəlakətdən qurtarmışdıq!
  2. Biz ayələrimizi yalan hesab edən bir qövmə qarşı ona yardım göstərmişdik. Onlar, həqiqətən, pis bir camaat idilər. Buna görə də Biz onların hamısını suda qərq etdik.

Əl-Muminun surəsində (23-30-cu)ayəsində isə belə deyilir:

  1. Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O belə dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir haqq ilahınız yoxdur. Məgər qorxmursunuz?”
  2. (Nuh) qövmünün kafir başçıları dedilər: “Bu sizin kimi yalnız adi bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik.
  3. Bu adamda, sadəcə olaraq, bir dəlilik var. Hələ bir müddət gözləyin!”
  4. Nuh belə dedi: “Ey Rəbbim! Onların məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!”
  5. Biz belə vəhy etdik: “Gözlərimiz önündə və vəhyimiz üzrə gəmini düzəlt! Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə əvvəlcədən hökm verilmiş kimsələr istisna olmaqla, ailə üzvlərini gəmiyə mindir! Zülm edənlər barəsində Mənə müraciət etmə! Çünki onlar suya qərq olacaqlar.
  6. Sən yanında olanlarla birlikdə gəmiyə minən kimi: “Bizi zalım tayfanın əlindən qurtaran Allaha həmd olsun!” – de!
  7. Həmçinin belə de! “Ey Rəbbim! Məni mübarək bir yerə endir. Sən sığınacaq verənlərin ən yaxşısısan!”
  8. Şübhəsiz ki, bunda ibrətlər vardır. Həqiqətən, Biz imtahana çəkirik!

Əş-Şuəra surəsində (105-122-ci) ayəsində isə belə deyilir:

  1. Nuh tayfası peyğəmbərləri təkzib etdi.
  2. O zaman ki, qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz?
  3. Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm!
  4. Artıq Allahdan qorxun və mənə itaət edin!
  5. Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mük-fatım ancaq aləmlərin Rəbbinə aiddir!
  6. Artıq Allahdan qorxun və mənə itaət edin!”
  7. Onlar: “Sənə ən rəzil adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?” – dedilər.
  8. (Nuh) dedi: “Mən onların nə etdiklərini bilmirəm!
  9. Əgər başa düşürsünüzsə, onların haqq-hesabı yalnız Rəbbimə aiddir!
  10. Və mən iman gətirənləri qovan da deyiləm!
  11. Mən yalnız açıq-aşkar qorxudan bir peyğəmbərəm!”
  12. Onlar dedilər: “Ey Nuh! Əgər əl çəkməsən, mütləq daşqalaq ediləcəksən!”
  13. (Nuh) dedi: “Ey Rəbbim! Həqiqətən, qövmüm məni təkzib etdi.
  14. Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan möminləri qurtar!
  15. Buna görə də Biz onu və onunla birlikdə yüklü gəmidə olanları xilas etdik.
  16. Sonra yerdə qalanları suda boğduq!
  17. Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
  18. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibi, mərhəmət sahibidir!

Əl-Ənkəbut surəsində deyilir:

  1. Biz Nuhu öz tayfasına göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı.
  2. Biz onu və onunla birlikdə gəmidə olanları qurtardıq və bunu aləmlərə bir ibrət etdik.

Əs-Saffat surəsində deyilir:

  1. Həqiqətən, Nuh Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu!
  2. Biz onu və ailəsini böyük fəlakətdən qurtardıq.
  3. Məhz onun nəslini (yer üzündə) baqi etdik.
  4. Sonralar gələnlər içərisində onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
  5. “Bütün aləmlər içərisində Nuha salam olsun!”
  6. Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
  7. Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!
  8. Sonra başqalarını suda boğduq.

Əl-Qəmər surəsində deyilir:

  1. Bunlardan əvvəl Nuhu qövmü təkzib etmiş və bəndəmizi yalançı sayıb: “Bu divanədir!” – demişdilər. Ona hədə-qorxu gəlmişdilər.
  2. (Nuh) Rəbbinə dua edib: “Mən məğlub oldum, buna görə də intiqam al!” – dedi.
  3. Biz göyün qapılarını sel kimi axan bir yağışla açdıq.
  4. Yeri yarıb bulaqlar qaynatdıq. Nəhayət, sular əzəldən müəyyən edilmiş bir iş üçün bir–birinə qovuşdu.
  5. Biz Nuhu taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik.
  6. İnkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq verilən (gəmi) gözümüzün qabağında üzüb gedirdi.
  7. And olsun ki, Biz onu ibrət üçün saxladıq. Amma heç ibrət alan varmı?!
  8. Gör bir Mənim əzabım və qorxutmağım necə oldu!
  9. And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç ibrət alan varmı?!

Nuh surəsində deyilir:

Ər-Rəhman və ər-Rəhim Allahın adı ilə.

  1. Həqiqətən, Biz Nuhu: “Qövmünə şiddətli bir əzab gəlməmişdən əvvəl onları qorxut!” – deyə öz tayfasına peyğəmbər göndərdik.
  2. O dedi: “Ey qövmüm! Həqiqətən, mən sizi açıq-aşkar qorxudan bir peyğəmbərəm!
  3. Allaha ibadət edin, Ondan qorxun və mənə də itaət edin!
  4. O, sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək möhlət verər. Allahın müəyyən etdiyi əcəl gəlib çatdıqda isə, o əsla təxirə salınmaz. Kaş biləydiniz!”
  5. O dedi: “Ey Rəbbim! Mən qövmümü gecə–gündüz dəvət etdim!
  6. Lakin dəvətim onların qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı.
  7. Sənin onları bağışlamağın üçün mən nə zaman onları dəvət etdimsə, onlar barmaqlarını qulaqlarına tıxadılar, libaslarına büründülər, israr edib durdular və təkəbbür göstərdilər.
  8. Sonra mən onları Uca səslə dəvət etdim.
  9. Daha sonra onlara aşkar söylədim və gizli bildirdim”.
  10. Və dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır!
  11. O sizə göydən bol yağış göndərər;
  12. O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradar və çaylar axıdar!
  13. Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz?
  14. Halbuki O sizi cürbəcür xəlq etdi.
  15. Məgər görmürsünüz ki, Allah yeddi göyü qat-qat necə yaratdı?!
  16. Orada ayı bir nur, günəşi də bir çıraq etdi.
  17. Allah sizi yerdən bir bitki kimi göyərtdi.
  18. Sonra sizi yenə ora qaytaracaq və çıxardacaqdır.
  19. Allah yeri sizin üçün xalı etdi ki,
  20. Onun geniş yollarında gəzəsiniz!”
  21. Nuh dedi: “Ey Rəbbim! Onlar mənə qarşı çıxdılar və mal-dövləti, oğul-uşağı, özlərinə ziyandan başqa bir şey artırmayan kimsələrə tabe oldular.
  22. Çox böyük bir hiylə qurdular.
  23. Və dedilər: “Öz ilahlarınızı tərk etməyin, Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri atmayın!” 24. Onlar çoxlarını yoldan çıxartdılar. Sən də onların ancaq zəlalətini artır!”
  24. Onlar öz günahlarından dolayı suda boğdurulub, Cəhənnəmə daxil edildilər və özlərinə onları Allahdan qurtaracaq köməkçilər də tapa bilmədilər!
  25. Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!
  26. Çünki sən onları buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir nəsil doğub-törədəcəklər.
  27. Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə mömin kimi daxil olan kimsələri və bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını artır!”

Biz təfsir kitabımızda bu ayələrin hər biri haqqında danışmışıq. Bura¬da isə hadisənin ayələrdən və hədislərdən götürülmüş ümumi məz¬mu¬nunu danışacağıq.

NUH PEYĞƏMBƏRİN (aleyhissəlam) TƏRİFLƏNMƏSİ

Qurani Kərimin bir çox başqa ayələrində Nuh peyğəmbər təriflənir, ona müxalif olanlar izə məzəmmət olunurlar.

Uca Allah ən-Nisa surəsində deyir:

  1. Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik.
  2. Peyğəmbərlərin bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin əhvalatını isə söyləmədik. Və Allah Musa ilə sözlə danışdı.
  3. Biz peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

Ənam surəsində deyilir:

  1. Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!” deyəcəyi gün (hər şey) dərhal olar. Onun sözü haqdır. Surun çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, xəbərdardır!
  2. Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri ilahlarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq–aydın zəlalət içində görürəm!”
  3. Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, tam qənaətlə inananlardan olsun! 76. Gecə qaranlığı bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm”, söylədi.
  4. (Sonra) doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” – dedi. (Ay) batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım”, – söylədi.
  5. Doğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” – dedi. (Günəş) batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan uzağam!
  6. Mən, həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri Yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!”
  7. Tayfası onunla mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla[5], mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?
  8. Allahın sizə heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, bu iki dəstədən hansı əmin olmağa daha layiqdir?
  9. İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin–amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!
  10. Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir.
  11. Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq.
  12. Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da. Onların hamısı əməlisalehlərdən idi.
  13. Biz, həmçinin İsmaili, Əlyəsəi, Yunusu və Lutu da (hidayətə qovuşdurduq) və onları aləmlərdən üstün tutduq.
  14. Biz onların atalarından, nəsillərindən və qardaşlarından da, onları seçdik və düz yola yönəltdik.

Əraf surəsində onun qissəsi haqqında olan ayələri artıq qeyd etmişik.

Tövbə surəsində isə deyilir:

  1. Məgər onlara özlərindən əvvəlki Nuh, Ad, Səmud tayfasının, İbra¬him qövmünün, Mədyən əhalisinin və Mötəfikilərin xəbəri gəlib çatmadımı? Peyğəmbərləri onlara aşkar möcüzələrlə gəlmişdilər. Allah onlara zülm edən deyildi, lakin onlar özlərinə zülm etdilər.

Yunus və Hud surələrində onun qissəsi haqqında olan ayələri artıq qeyd etmişik.

İbrahim surəsində isə deyilir:

  1. Məgər sizdən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər. Onlar əllərini ağızlarına qoyub: “Biz sizinlə göndərilənlərə inanmırıq və bizi dəvət etdiyiniz barəsində də möhkəm bir şəkk-şübhə içindəyik!” – demişdilər.

Əl-İsra surəsində deyilir:

  1. Ey Nuhla birlikdə mindirib apardığımız kəslərin nəsli! Həqiqətən, o çox şükür edən bir bəndə idi! (əl-İsra: 3).
  2. Biz Nuhdan sonra neçə-neçə nə¬sil¬ləri məhv etdik. Rəbbinin öz qulla¬rı¬nın günahlarını bilməsi, görməsi kifayət edər. (əl-İsra: 17).

Əl-Ənbiya, əl-Muminun, əş-Şuəra və əl-Ənkəbut surələrində onun qissəsi haqqında olan ayələri artıq qeyd etmişik.

Əhzab surəsində isə belə deyilir:

  1. O zaman münafiqlər və qəlblərində mərəz (şəkk) olanlar: “Allah və Onun peyğəmbəri bizə yalan vəd etmişdir.” – deyirdilər.
  2. O zaman onlardan bir tayfa: “Ey Yəsrib əhli. Sizin üçün duracaq bir yer yoxdur, qayıdın!” – demişdi. Başqa bir dəstə isə: “Evlərimiz açıqdır!” – deyə (geri qayıtmaq üçün) peyğəmbərdən izin istəyirdi. Həqiqətdə evləri açıq deyildi. Onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər.
  3. Əgər hər tərəfindən üstlərinə yüyürülüb onlardan fitnə törətmək istənilsəydi, sözsüz ki, dərhal onu edər və bunda azacıq da olsa yubanmazdılar.

Sad surəsində isə deyilir:

  1. Onlardan əvvəl Nuh qövmü, Ad və sarsılmaz səltənət sahibi Firon da (peyğəmbəri) təkzib etmişdi.
  2. Eləcə də Səmud, Lut qövmü, Əykə əhli – bu firqələrin
  3. hər biri peyğəmbərləri ancaq yalançı saymışdı. Buna görə də əzabım vacib oldu.

Ğafir surəsində deyilir:

  1. Onlardan əvvəl Nuh qövmü, sonrakı firqələr də təkzib etmiş, hər ümmət öz peyğəmbərlərini yaxalamağa cəhd göstərmiş və haqqı yalana çıxarmaq məqsədilə boş sözlərlə mübahisə aparmışdılar. Buna görə də Mən onları əzabla yaxaladım. Gör bir Mənim cəzam necə oldu!
  2. Küfr edənlərin Cəhənnəmlik olduğuna dair sənin Rəbbinin sözü belə gerçəkləşdi!

Əş-Şura surəsində isə belə deyilir:

  1. (Ey Peyğəmbər!) Allah: “Dini doğru–dürüst tutun, onda ayrılığa düşməyin!” – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!

Qaf surəsində belə deyilir:

  1. Onlardan əvvəl Nuh tayfası, Rəss əhli, Səmud (peyğəmbərləri) təkzib etmişdi.
  2. Ad, Firon, Lut qardaşları;
  3. Əykə əhli və Tübbə qövmü – bunların hamısı peyğəmbərləri təkzib etdi və Mənim də onlara vəd etdiyim gerçəkləşdi.

Əz-Zariyat surəsində belə deyilir:

  1. Daha əvvəl Nuh qövmünü (məhv etmişdik). Çünki onlar fasiqlər idilər.

Ən-Nəcm surəsində belə deyilir:

  1. Daha əvvəl Nuh qövmünü (məhv etdi), çünki onlar daha zalım, daha azğın kimsələr idi.

Əl-Hədid surəsində belə deyilir:

  1. And olsun ki, Biz Nuhu və İbrahimi (peyğəmbər) göndərdik, peyğəmbərliyi və kitabı onların nəslinə verdik. Onlardan doğru yolda olan da vardır, çoxu isə fasiqlərdir!

Ət-Təhrim surəsində belə deyilir:

  1. Allah kafirlərə Nuhun qadını ilə Lutun qadınını misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan heç vəchlə qurtara bilmədilər. Onlara: “girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!” – deyildi.

ADƏMİN (aleyhissəlam) ZÜRRİYƏTİNİN HAQQ YOLDAN AZMASI VƏ BÜTLƏRƏ SİTAYİŞ ETMƏSİ

Nuh peyğəmbər ilə tayfası arasında baş verən hadisələrin məzmunu Qurani-Kərimdən, hədislərdən və səhabələrin rəvayətlərindən qaynaqlanır.

Biz İbn Abbasın (Allah ondan razı olsun) rəvayətini qeyd edib demişdik ki, Adəm ilə Nuh arasında on əsr vaxt var idi və bu müddət ərzində insanlar İslam dininə etiqad edirdilər. Sonra əsr sözünün nəsil və ya yüz il mənasında işlədilmə ehtimallarını da vurğuladıq.

Deyilən müddət ərzində yaşayan insanlar özlərindən yeni fikirlər icad etdilər. Bu isə onları bütlərə sitayiş etməyə aparıb çıxartdı.

Bunun səbəbi isə budur. Demək Buxari [6] “Öz ilahlarınızı tərk etməyin, Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri atmayın!” (Nuh: 23) ayəsinin şərhində İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edir: «Bu adlar Nuhun qövmündən olan əməlisaleh insanların adlarıdır. Onlar vəfat etdikdə şeytan insanlara vəsvəsə verib dedi: onların durub-oturduğu yerlərdə heykəl düzəldin və adları ilə adlandırın.» İnsanlar bunu etdilər amma ilk anda onlara heç kəs ibadət etmirdi. Həmin nəsil vəfat etdikdən və elm itdikdən sonra insanlar həmin heykəllərə ibadət etməyə başladılar.

İbn Abbas (Allah ondan razı olsun) deyir: «Nuh qövmündə ibadət olunan bu bütlər sonradan ərəblərə gəlib çıxdı. Ərəblərin bu bütlərə ibadət etmək üsulları müxtəlif formalarda idi». Biz təfsir kitabımızda bu haqda danışmışıq. Minnət qoymaq və həmd olunmaq Allaha məxsusdur.

İki səhih kitabda[7] Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur: «Ummu Sələmə və Ummu Həbibə Həbəşistanda gördükləri «Mariya» adlı kilsəni Peyğəmbərə (sallallahu aleyhi və səlləm) vəsf edərkən onun gözəl və içərisində şəkillər olduğunu dedilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: Onlar, vəfat edən əməlisaleh insanın qəbiri üzərində məscid tikir, sonra orada onun təsvirini çəkirlər. Bunlar Allah qatında ən şərli məxluqatlardır.«

NUH (aleyhissəlam) YER ƏHALİSİNƏ GÖNDƏRİLƏN İLK ELÇİDİR

Yer üzündə fitnə-fəsad tüğyan etdiyi və bütlərə sitayiş edildiyi bir vaxtda Uca Allah qulu və rəsulu Nuhu Allaha heç bir şərik qoşmadan təkcə Ona ibadət etməyə və qeyri ilahlara ibadəti qadağan etmək üçün peyğəmbər olaraq göndərdi.

Nuh Uca Allahın yer üzünə göndərdiyi ilk rəsul idi. İki səhih kitabda[8] şəfaət haqqında olan hədisdə Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: «İnsanlar Adəmin yanına gələrək deyəcəklər: «Ey Adəm! Sən bəşəriyyətin atasısan, Allah səni Öz əli ilə yaradıb, dərgahından ruh üfürüb, mələklərə əmr edib onlar da sənə səcdə edib, səni Cənnətdə məskunlaşdırıb. Rəbbinin yanında bizim üçün şəfaətçi ola bilərsənmi? Bizim nə kökdə olduğumuzu görmürsən?»

Adəm cavabında deyir: «Rəbbim heç olmadığı kimi çox qəzəblənib. Əvvəl heç vaxt belə qəzəblənməyib. Heç bundan sonra da belə qəzəblənən deyil. Rəbbim mənə o ağacdan yeməyi qadağan etdi, mən isə Ona asi oldum. Ah nəfsim, ah nəfsim. Başqasının yanına gedin. Nuhun yanına gedin».

Onlar Nuhun yanına gəlib deyəcəklər: «Ey Nuh! Sən yer əhlinə göndərilmiş ilk rəsulsan. Allah səni «şükr edən bəndə» adlandırıb. Sən bizim halımızı görmürsən? Sən, işin nə yerə gəlib çatdığını görmürsən? Sən, bizim üçün Allahın yanında şəfaətçi ola bilərsənmi?»

Nuh cavabında deyir: «Rəbbim heç olmadığı kimi çox qəzəblənib. Əvvəl heç vaxt belə qəzəblənməyib. Heç bundan sonra da belə qəzəblənən deyil. Ah nəfsim, ah nəfsim.» Sonra hədisin ardı qeyd olunur.

Bunu Buxari Nuhun hekayəsi[9] barədə danışarkən qeyd etmişdir.

Uca Allah Nuhu göndərdikdə o, insanları ibadəti tək Allaha məxsus etməyə və heç bir şeyi ona şərik qoşmamağa çağırmağa başladı. O deyirdi ki, Allahla bərabər heç bir bütə, heykələ və ya tağuta[10] ibadət etməyin. Allahın vəhdaniyyətini etiraf edin. Ondan başqa haqq ilahın və Rəbbin olmadığını təsdiq edin. Uca Allah Nuhun zürriyətindən olan bütün peyğəmbərlərə eyni təbliğatı aparmağı əmr etmişdir. Uca Allah buyurur: (əs–Saffat: 77).

Nuh və İbrahim haqqında isə belə deyilir: (əl-Hədid: 26). Nuhdan sonra gələn hər bir peyğəmbər, o cümlədən də İbrahim onun nəslindəndir. Uca Allah buyurur: (ən–Nəhl: 36).

Nuh peyğəmbər öz tayfasını müxtəlif üsullarla: gecə və gündüz, gizlidə və aşkarda, bəzən rəğbət, bəzən isə hədə-qorxu ilə dəvət edirdi. Amma bu üsulların heç biri onlara fayda vermirdi. Onların əksəriyyəti öz azğınlığında israr edir, bütlərə və heykəllərə ibadət edir, üstəlik Nuha qarşı hər an üçün düşmənçilik planları cızırdılar. Onu və iman gətirənləri təhqir edir, onları daşqalağa basmaq və sürgün etməklə təhdid edirdilər. Əzab–əziyyət verib hədlərini aşırdılar.

(əl-Əraf: 60) Qövmün ağaları və adlı–sanlı adamları dedilər: (əl-Əraf: 60–61). Mən sizin iddia etdiyiniz kimi, yolumu azmamışam. Mən düz hidayət yolundayam. «Bir şeyə ol deyib əmr etməklə dərhal var edən aləmlərin Rəbbi Allah tərəfindən peyğəmbər kimi göndərilmişəm.» (əl-Əraf: 62). Peyğəmbər fəsahət, öyüd-nəsihət sahibi olmalı və Allahı hamıdan yaxşı tanımalıdır.

Onlar bəşər övladının peyğəmbər olmasını təəcüblə qarşılayır, ona tabe olanlara hörmətsizlik edir və onları ən səfil insanlar hesab edirdilər. Rəvayətlərdə də ona tabe olanların zəif təbəqənin adamları olduğu deyilir. Necə ki, Herakl demişdi[11]: «Onlar peyğəmbərlərin tərəfdarlarıdır». Çünki, bu kimi insanların haqqa boyun əymələrinə heç nə mane olmur.

Onlar – deməklə, sən onları dəvət edən kimi onlar da düşünmədən tələm-tələsik addım atıblar. Onların bu ittihamları əslində həmin adamların təriflənməsi üçün işlədilən məqamdır. Allah onlardan razı olsun!

Çünki, açıq-aşkar surətdə deyilən haqqı qəbul etmək üçün dərin düşünmək və ya götür-qoy etmək lazım deyil. Haqqa anında tabe olmaq və dərhal əməl etmək lazımdır. Elə bu xüsusiyyətinə görə Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əbu Bəkr əs-Siddiqi (Allah ondan razı olsun) tərifləmişdi. Həmçinin Əbu Bəkrin (Allah ondan razı olsun) xəlifəliyinə beyət etmək də tərəddüd etmədən dərhal baş tutmuşdu. Çünki, səhabələrə görə onun başqalarından üstün olması açıq-aşkar görünürdü. Allah cəmi səhabələrdən razı olsun!

Bu səbəbdən Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əbu Bəkrin (Allah ondan razı olsun) xəlifəliyini yazılı şəkildə vəsiyyət etmək istəmişdi. Sonra yazmaq fikrindən daşınıb dedi: «Allah və möminlər Əbu Bəkrdən başqasını seçən deyillər.»[12]

Nuh qövmünün kafirləri ona və iman gətirənlərə deyərdilər: yəni, siz iman gətirdiyinizi dedikdən sonra üzərimizdə heç bir əmriniz və ya üstünlüyünüz görünmür.

Nuh onlara deyir ki, yəni, peyğəmbərlik bəxş edibsə, yəni, siz onu başa düşmək istəmədikdə, biz sizi buna iman gətirməyə məcburmu edəcəyik? Bu halda sizi dəvət etmək üçün heç bir yol qalmır.

(Hud: 29). Mən dünyada və axirətdə sizə fayda verəcək işləri təbliğ etdiyim üçün sizdən mal–dövlət istəmirəm. Mənim Allahdan savab diləməyim sizin mənə verəcəyinizdən daha xeyirli və daimidir. (Hud: 29). Kafirlər Nuhdan tələb edirdilər ki, iman gətirənləri başından etsin. Əgər o bunu etsə, onda onlar iman gətirəcəklər. Amma Nuh bundan imtina etdi və dedi: Yəni, qorxuram, əgər onları qovsam onlar da məndən Allaha şikayət edərlər.

Qureyş kafirləri də Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) Ammar, Suheyb, Bilal, Xəbbab və başqa zəif möminləri[13] ətrafından qovmağı təklif edəndə Uca Allah ona bunu qadağan etdi. Bu haqda biz əl-Ənam və əl-Kəhf surələrinin təfsirində danışmışıq.

(Hud: 31). Yəni mən, qul peyğəmbərəm. Mən yalnız Allahın mənə bildirdiyini bilirəm, bundan başqa Onun elmindən heç nə bilmirəm. Onun verdiyi güc daxilində hərəkət edirəm, Onun istəyi olmadan özümə nə bir xeyir, nə də ziyan verə bilirəm. (Hud: 31). Yəni, mən Qiyamət günü Allahın yanında onlar üçün heç bir xeyirin olmadığını demirəm. Onların halını Allah daha yaxşı bilir. Ürəklərində olanın, xeyirdirsə xeyirli, şərdirsə şərli qarşılığı veriləcəkdir. Onlar bu sözlərini başqa yerdə də təkrar deyiblər. (əş–Şuəra: 111–115).

NUH PEYĞƏMBƏRİN (aleyhissəlam) QÖVMÜNÜN İMAN GƏTİRƏCƏYİNDƏN ÜMİDİNİ ÜZMƏSİ

Nuh peyğəmbər öz qövmü ilə uzun müddət mübarizə apardı. Uca Allah bu haqda buyurur: (əl-Ənkəbut: 14). Bu uzun müddət ərzində ona çox az adam iman gətirdi.

Həlak olan nəsil özlərindən sonra gələnlərə Nuha iman gətirməməyi, ona qarşı çıxmağı və mübarizə aparmağı tövsiyə edirdilər. Ata ağlı kəsən övladını kənara çəkib: nə qədər ömürün varsa heç vaxt Nuha iman gətirmə – deyə «ağıl» verərdi.

Onların təbiətləri də iman gətirməkdən və haqqa boyun əyməkdən imtina edirdi. Uca Allah buyurur: (Nuh: 27).

Onlar da Nuha belə deyərdilər: (Hud: 32,33). Buna yalnız Allah qadirdir. Həqiqətən heç nə Onu aciz edə bilməz, heç bir iş Ona ağır gəlməz. O bir şeyə «Ol!» deyib əmr etdikdə dərhal olar.

(Hud: 34). Yəni, Allah kimin haqq yoldan azmasını istəyərsə heç kəs onu haqq yoluna gətirə bilməz. İstədiyinə hidayət verən və istədiyini azdıran, istədiyini edən də Odur. O hikmət və izzət sahibidir. O kimin hidayətə, kimin də azğınlığa layiq olduğunu yaxşı bilir. Kamil hikmət və kəsərli dəlillər Ona məxsusdur.

NUH PEYĞƏMBƏRİN (aleyhissəlam) GƏMİ DÜZƏLTMƏSİ

(Hud: 36). Bu ayə, qövmünün əzab–əziyyətinə qatlanan Nuh üçün təsəllidir. (Hud: 36). Qövmündən iman gətirənlərdən başqa bir daha heç kəs iman gətirən deyil. Baş verənlər səni üzməsin. Qələbə çox yaxındadır. Bu xəbər isə çox qəribə xəbərdir. Bütün bunlar Nuha verilən izzət və şərəfi göstərir.

Çünki, Nuh onların iman gətirəcəklərindən ümidini kəsmiş, onlardan heç bir xeyir hasil olmayacağı qənaətinə gəlmişdi. Üstəlik onlardan söz və ya əməl ilə gördüyü əziyyəti, müxalifliyi və təkzibi gözü önünə alıb bəd dua etdi. Allah təalə də onun duasını qəbul edib istədiyini ona verdi.

Uca Allah buyurur:

Nuhun qövmü küfr və günah işlətməklə, həmçinin peyğəmbərlərinin bəd duası ilə yüklənmişdilər. Bu ərəfədə Uca Allah ona gəmi düzəltməyi əmr etdi. Bu nə əvvəllər misli görünməmiş, nə də bundan sonra misli görünməyəcək çox möhtəşəm bir gəmi idi.[14]

Uca Allah əvvəlcədən Nuha bildirdi ki, günahkar toplumdan yan keçməyəcək əzabı qövmünə gəldikdə onların bağışlanmasını istəməsin. Birdən, qövmünün əzabını gördükdə ürəyi yumşalıb belə bir istəyə düşər. Çünki, görmək eşitmək kimi deyil. Elə buna görə Uca Allah buyurur: (Hud: 37).

Onların bu dünyadakı xasiyyətləri böyük küfr və hədsiz inadkarlıq etmək idi. Axirətdə də eyni xasiyyətli olacaqlar. Onlar özlərinə peyğəmbər göndərildiyini inkar edəcəklər. Bu haqda Buxaridə[15] hədis rəvayət olunur. Əbu Səid deyir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Nuh və ümməti (sorğu–sual meydanına) gələcəklər. Uca Allah Nuha deyəcək: Sən risaləti təbliğ etmisənmi? Nuh deyəcək: Bəli, ey Rəbbim! Sonra onun ümmətindən soruşacaq: O sizə təbliğ edibmi? Onlar deyəcəklər: Xeyr. Bizə heç bir peyğəmbər gəlməmişdi. Nuha deyəcək: Sənə kim şahidlik edə bilər? Nuh deyəcək: Muhəmməd (sallallahu aleyhi və səlləm) və ümməti buna şahidlik edərlər. Biz də şahidlik edirik ki, o risaləti təbliğ etmişdi.»

Ümmətimizin bu məziyyəti Uca Allahın bu ayəsində qeyd olunur: (əl-Bəqərə: 143.) «Orta» sözü ədalətli mənasını daşıyır».

Bu ümmət sadiq və təsdiq olunmuş peyğəmbərinin şahidliyinə şahidlik edəcəkdir ki, həqiqətən Uca Allah Nuhu haqq ilə göndərmiş, haqqı ona nazil etmiş və onu təbliğ etməyi əmr etmişdir. O da öz qövminə bunu lazımi şəkildə təbliğ etmişdir. Dinlərində onlara fayda verəcək hər nə varsa onu əmr etmiş, ziyan verən şeyləri isə qadağan etmiş, çəkindirmişdi.

Ümmətimiz bütün peyğəmbərlərə belə şahidlik edəcək.

Hətta Nuh öz qövmünü Məsih Dəccaldan da çəkindirmişdi. Onların dövründə onun çıxması real olmasa da o öz ümmətinə şəfqət və mərhəmət göstərib onlar üçün ehtiyat edib bu haqda xəbərdarlıq etmişdi. Bu haqda Buxaridə[16] hədis rəvayət olunur. İbn Ömər (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) qalxıb insanlara vəz etdi (xütbə verdi). İlk olaraq Allaha layiqli həmd-səna etdi, sonra isə Dəccaldan bəhs etdi və dedi: «Mən sizi xəbərdar edirəm. Hər bir peyğəmbər öz qövmünü ondan xəbərdar etmişdir. Nuh da öz qövmini xəbərdar etmişdi. Amma mən sizə onun haqqında heç bir peyğəmbərin öz qövmünə demədiyi bir şeyi deyəcəm: Bilin ki, o təkgözdür. Allah isə təkgöz deyildir.»

İki səhih kitabda Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir: «Sizə heç bir peyğəmbərin Dəccal haqqında demədiyi bir şeyi deyimmi? O təkgözdür. O Cənnətə və Cəhənnəmə oxşar iki şey gətirəcək. Cənnət dediyi Cəhənnəmdir. Nuh öz qövmünü xəbərdar etdiyi kimi mən də sizi xəbərdar edirəm.» Rəvayət Buxarinin[17] tərtibatı ilə verilmişdir.

Bəzi sələf alimləri deyirlər: Allah Nuhun duasını qəbul etdikdə gəmini düzəltmək üçün ağac əkməyini əmr etdi. O da ağacı əkdi və böyüyəndən sonra kəsdi.

Bütün alimlər deyirlər ki, gəminin hündürlüyü otuz dirsək idi. Gəminin üç mərtəbəsi var idi. Hər mərtəbə on dirsək hündürlüyündə idi. Aşağı mərtəbə qurdlar və vəhşi heyvanlar, orta mərtəbə insanlar, üst mərtəbə isə quşlar üçün idi. Yanında qapısı, üstündə isə qapaq var idi.

Uca Allah buyurur: (əl-Muminun: 26–27). Yəni, gəmini bizim əmrimizə uyğun və gözümüzün qarşısında inşa et ki, tikintidə etdiyin səhvlərini düzəldək.

NUH PEYĞƏMBƏR (aleyhissəlam) VƏ TUFAN HADİSƏSİ

Uca Allah Özünün böyük və ali əmrini Nuha çatdırdı. Göndərdiyi bəla gəldikdə heyvanların nəsli tükənməsin deyə bədənində ruh olan hər bir canlıdan bir dişi və bir erkək gəmiyə yığsın. Həmçinin ailəsinin kafir üzvlərini deyil, yalnız möminləri özü ilə götürsün. Çünki, artıq onun duası qəbul olunmuş və geri qaytarılan deyil. Buna görə də onlar üçün təyin olunmuş əzab mütləq baş verəcəkdir. Həmçinin Uca Allah bildirdi ki, əzab gəldikdə onlar üçün üzrxahlıq etməsin. Səbəbini isə əvvəlki fəsildə qeyd etmişdik.

Cumhur alimlər deyirlər ki, təndir sözü yer üzü mənasındadır. Yəni, yer hər tərəfdən qaynamağa başladı. Hətta od yanan təndirlər də qaynamağa başladı.

yəni, kafir olduqları üçün sənin bəd duana aid edilənləri özünlə götürmə! Onların arasında Yam adlı oğlu da var idi.

yəni, ümmətindən sənə iman gətirənləri gəmiyə mindir. Nuh peyğəmbərin uzun müddət öz qövmü arasında yaşayıb gecə–gündüz müxtəlif üsullarla: misallar çəkmək, mülayimlik göstərmək, əzabla təhdid etmək və ya Cənnətlə müjdələmək kimi üsullarla – dəvət aparmasına baxmayaraq az adam ona iman gətirdi.

Alimlər onunla gəmidə neçə nəfərin olması barədə müxtəlif fikirlər irəli sürüblər.

Bir iş üçün dua edəndə əvvəlcədən onun xeyirli və bərəkətli, sonluğunun isə gözəl olması üçün dua etmək lazımdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Mədinəyə hicrət edəndə Uca Allah ona belə deməyi əmr etmişdi: (əl-İsra: 80). Nuh peyğəmbər də bu tövsiyəyə əməl etmiş və demişdi: (Hud: 41). Yəni, gəminin hərəkətə başlaması və dayanması Allahın adı ilə baş verir. (Hud: 41). O, bağışlayan və rəhm edən olmaqla yanaşı əzabı da şiddətlidir. Uca Allah bir dəstəyə bəla göndərdikdə heç kəs bunun qarşısını ala bilməz. Necə ki, Allaha küfr edib başqasına ibadət edən bir qövmü məhv etmişdi.

Bir qrup təfsir alimi deyirlər ki, su yerin hər tərəfini əhatə etdi. Enini, uzununu, enişini, yoxuşunu, səhrasını, dağını, ucqar nöqtələrini, hətta ən yüksək dağ zirvəsini də su basdı. Yer üzündə yaşayan kiçik və ya böyük canlılardan heç biri sağ qalmadı.

(Hud: 44). Yer əhlinin işini bitirdikdən və yer üzündə Allahdan başqasına ibadət edən tək bir nəfər də qalmadıqdan sonra Uca Allah yerə suyunu udmağı, göyə isə suyunu saxlamağı əmr etdi. Allahın əzəli elmində və qədərində əvvəlcədən təyin olunmuş bu hadisə baş tutdu.

yəni, qüdrət dili ilə zalımların rəhmətdən və bağışlanmadan məhrum edildikləri göründü.

Uca Allah onun duasını qəbul etdi və yer üzündə bir nəfər də olsun kafir saxlamadı.

Açıq-aşkar görünür ki, Uca Allah yer üzündə bir nəfər də olsun kafir saxlamadı. Amma bəzi təfsirçilər iddia edirlər ki, Əvac ibn Unuq (İbn Ənaq da deyilir) Nuhdan öncə olub Musanın vaxtına qədər yaşayıb. Onların dediklərinə görə o kafir, inadkar və zalım idi. Deyirlər ki, o düzgün olmayan yolla dünyaya gəlmişdir. Belə ki, anası Unuq bint Adəm onu zinadan doğmuşdur. Deyirlər ki, o boyunun uzunluğuna görə dənizin dibindən balığı çıxardır və günəşin şüasında qızardırdı. O gəmidə olanda Nuha deyirdi: Bu balaca qayıq sənindir? O Nuhu ələ salırdı. Həmçinin deyirlər ki, onun boyu üç min üç yüz otuz üç dirsək və üçdə biri qədər də artıq idi. Onlar onun barəsində bu və oxşar uydurma sözlər ifadə etmişlər. Əgər bu məlumat əksər təfsir və tarix kitablarında qeydə alınmasaydı biz bu rəvayəti əsla qeyd etməzdik. Çünki, bu rəvayət uydurmadır. Rəvayətin sözləri də yalandır. Həmçinin bu, ağıla və şəriət dəlillərinə ziddir.

Ağıla zidd olmasına gəlincə, necə olur ki, Nuhun oğlu kafir olduğuna görə həlak oldu. Halbuki onun atası ümmətin peyğəmbəri və iman əhlinin ağası idi. Amma Əvac ibn Unuq (Ənaq da deyilir), həlak olmadı. Halbuki təfsirçilərin dediklərinə görə o, Nuhun oğlundan daha zalım, daha qatı kafir idi.

Şəriət dəlillərinə zidd olmasına gəlincə, Uca Allah buyurur: (əs-Saffat: 82).

Həmçinin onların bu adamın boyunun bu qədər uzun olmasını demələri Buxari və Muslimdə rəvayət olunan hədislərə[18] ziddir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Allah Adəmi yaratdı və onun boyu altmış dirsək idi. Bu günə qədər insanlar qısalmaqdadırlar.»

Bu sözlər, doğru danışan, sədaqətli və boş-boşuna danışmayan Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sözləridir. Uca Allah buna şahidlik edir: (ən-Nəcm: 4). Peyğəmbər (sallallahu aleyhi və səlləm) bildirir ki, Adəmdən özünün yaşadığı günə və ümumiyyətlə Qiyamətə qədər insanların boyu qısalmaqda davam edir. Bu isə o deməkdir ki, Adəmin zürriyətində ondan ucaboylu heç kəs olmayıb.

Görəsən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu kəlamını qoyub kitab əhlindən olan yalançı kafirlərin sözlərini əsas tutmaq nə dərəcədə doğrudur? O kitab əhli ki, özlərinə Allah tərəfindən verilmiş kitabları təhrif–təbdil edib, lazımsız yerə yozublar. Qiyamətə qədər Allahın davamiyyətli lənətinə layiq görülmüş belə xəyanətkarların və yalançıların ayrılıqda söylədikləri sözlərə inanmaq nə dərəcədə düzgündür?! Zənnimcə Əvac ibn Ənaq haqqında deyilən bu rəvayət onların peyğəmbərlərə düşmən kəsilmiş bəzi zındıqlarının və fasiqlərinin uydurmasıdır. Daha doğrusunu Allah bilir.

Daha sonra Uca Allah Nuhun öz oğluna görə Rəbbinə dua etməsini və onun batmasının səbəbini öyrənmək üçün verdiyi sualı xatırladır. Sual belə idi: «Sən ailəmin də mənimlə birlikdə xilas olacağını vəd etmişdin. Oğlum da ailəmdəndir, amma o suda boğuldu?!» Ona cavab verildi ki, o sənin qurtulmasına vəd verdiyim ailəndən deyil. Yəni Biz sənə demişdik ki, (əl-Muminun: 27). Oğlunun ölümünə əvvəlcədən hökm verilmişdi ki, o da kafirlərdən olub suya qərq olacaq. Qədəri onu iman əhlindən uzaqlaşdırıb, özünün küfr və azğınlıq tərəfdarları ilə birgə suya qərq etdi.

Daha sonra Uca Allah buyurur: (Hud: 48). Yer üzündən su çəkilib yaşamaq üçün əlverişli olduqdan sonra Nuha uzun yol qət edib Cudi dağının üzərində dayanmış gəmidən enmək əmr olundu. Bu dağ (Ərəbistan) yarımadasında məşhur bir dağdır. (Hud: 48). Sağ-salamat gəmidən en. Sənə və gələcək nəsillərə mübarək olsun. Yəni, sənin övladlarından törənəcək nəsillərə bərəkət olsun. Çünki Uca Allah Nuh ilə gəmidə olanların heç birinin nəslini və sülaləsini artırmadı. Yalnız Nuhun nəsli-nəcabəti artıb törədi. Uca Allah buyurur: (əs-Saffat: 77). Bu gün yer üzündə nə qədər Adəm övladı varsa hamısı Nuhun üç oğluna: Sam, Ham və Yafəsə – nisbət olunurlar.

TUFAN HADİSƏSİNİ İNKAR EDƏNLƏRƏ CAVAB

Bəzi fars və hindli cahillər Tufan hadisəsinin baş verməsini inkar etmişlər. Bir qrup isə bunu təsdiq etmişlər. Təsdiq edənlər isə demişlər ki, bu hadisə Babil torpaqlarında baş verib, biz tərəfə gəlməyib. Biz Keyrəmusdan – bununla Adəmi nəzərdə tuturlar – bu günümüzə qədər ardıcıl olaraq bu malikanəyə (dünyaya) sahiblik edirik.

Bu fikirlər, oda sitayiş və şeytana itaət edən kafir atəşpərəstlərə məxsusdur.

Bu onlar tərəfindən söylənilmiş uydurmadır.Bu, açıq-aşkar küfr, qatılaşmış cahillik və hissiyatın inkarıdır. Eyni zamanda yerin və göylərin Rəbbini yalançılıqda ittiham etməkdir.

Bütün din mənsubları Tufan hadisəsini təsdiq etmişlər. Onlar bunu ər-Rəhmanın peyğəmbərlərinin sözü və bütün zamanlarda insanların çoxluqla təsdiqlədikləri rəy ilə bunu təkid edirlər. Uca Allah məsum peyğəmbərinin duasını qəbul edib və əzəli qədərini həyata keçirib dünyanın hər yerini tufanla əhatə etmiş və yer üzündə heç bir kafiri sağ qoymamışdır.

NUH (aleyhissəlam) HAQQINDA BƏZİ RƏVAYƏTLƏR

Uca Allah buyurur: (əl-İsra:3). Deyilir ki, o yeməyinə, içməyinə, geyiminə və bütün işlərinə görə Allaha şükür edərdi.

Ənəs ibn Malik (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: «Yemək yeyib Allaha şükr edən, içki içib Allaha şükr edən bəndədən Allah da razı qalar.»[19]

Çox şükr edən bəndə o kimsədir ki, bütün qəlbi, sözü və əməli itaətləri yerinə yetirsin. Çünki, şükr etmək bunların hər biri ilə olur. Şair deyir:

Xeyir verib mənim sizə üç şeyim

Əlim, dilim və görünməyən qəlbim.

NUHUN (aleyhissəlam) OĞLUNA VƏSİYYƏTİ

Abdullah ibn Amr (Allah ondan razı olsun) deyir ki, biz Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında idik. Bu zaman əynində ipəklə bəzədilmiş yaşıl rəngli əba olan bir nəfər bədəvi gəldi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Bu adam hər ağıllı adamı alçaldıb, axmaqları Uca tutmaq istəyir.«

Peyğəmbər (sallallahu aleyhi və səlləm) paltarının ətəyini ovucuna yığıb dedi: «Sənin üzərində dəli adamın geyimini görürəm?» Sonra isə dedi: «Allahın peyğəmbəri Nuhun vəfatı gəldikdə öz oğluna dedi: Mən sənə vəsiyyətimi deyirəm: Sənə iki şeyi əmr edir, iki şeydən isə çəkindirirəm. Sənə «Lə iləhə illəllah»[20] kəlməsini deməyi əmr edirəm. Həqiqətən əgər yeddi qat göy və yeddi qat yer tərəzinin bir gözünə, «Lə iləhə illəllah» kəlməsi isə digər gözünə qoyularsa, «Lə iləhə illəllah» kəlməsi ağır gələr. Əgər yeddi qat göy və yeddi qat yer bir–birinə qarışsaydı, «Lə iləhə illəllah», «sübhənəlllah və bihəmdihi»[21] kəlmələri onları bir-birindən ayırardı. Bu sözlər hər bir şey üçün duadır. Bu sözlərlə məxluqatın ruzisi verilir. Səni şirkdən və təkəbbürlülükdən çəkindirirəm.»

Orada olanlardan biri dedi: «Ey Allahın elçisi, şirkin nə olduğunu bildik. Bəs təkəbbürlülük nədir? Kiminsə gözəl bağlı ayaqqabısı varsa bu da təkəbbürlülükdür?»

Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Xeyr.»

O dedi: «Təkəbbürlülük gözəl libas geyinməkdir?»

Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Xeyr.»

O dedi: «Təkəbbürlülük miniyin olmasıdır?»

Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Xeyr.»

O dedi: «Təkəbbürlülük oturub–durmaq üçün dost–tanışı olmaqdır?»

Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Xeyr.»

Mən dedim: «Ey Allahın elçisi bəs təkəbbürlülük nədir?»

Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Təkəbbürlülük haqqı inkar etmək və insanları alçaltmaqdır.«[22] Bu səhih sənədli rəvayətdir.

İstifadə olunmuş kitab: Peyğəmbərlərin həyatı Müəllif: İbn Kasir Tərcüməçi: AbdurRəhman Muradlı

[1]. Hədis səhihdir. İbn Hibban (6190); Təbərani «Mucəm əl-Kəbir» (7545); «Mucəm əl-Əvsət» (405); Hakim (2/262); İbn Əsakir «Tarixu Dəməşq» (7/445, 446). Hədisi Hakim, Zəhəbi, Heysəmi və şeyximiz Albani səhih hesab emtişlər. Allah onlara rəhmət etsin.

[2]. İbn Cərir «Cəmiul Bəyan» (2/194); Hakim (2/546). Rəvayət Buxarinin şərtinə uyğun gələn sənədlə rəvayət olunmuşdur. Bunu Hakim demiş, Zəhəbi və şeyximiz Albani də təsdiqləmişdir. Allah onlara rəhmət etsin.

[3]. Buxari: № 2651, 2652; Muslim: № 2533, 2535. Onlar İbn Məsud və İmran ibn Hüseyindən y rəvayət ediblər. Eyni rəvayət bir çox səhabələrdən də rəvayət edilmişdir. Bu səbəbdən Hafiz İbn Həcər əl-Əsqəlani «əl-İsabə» kitabında bu rəvayətin mütəvatir olduğunu qeyd etmişdir. Mən isə bu rəvayəti «Bəsairu Zəvi-ş-şərəf bişərhi mənhəci-s-sələf» adlı kitabımda (səh. 9-16) qeyd edib bildirmişəm ki, «ən xeyirli nəsil» ifadəsi səhih deyil.

[4]. Buxari: № 4712; Muslim: № 194.

[5]. Yəni sizin bütləriniz mənə heç bir xətər toxundura bilməz. Təsadüfən başıma hansısa hadisə gələrsə, bu yalnız Allah tərəfindəndir. (tərc.)

[7]. Buxari: № 427; Muslim: № 528. Aişədən (Allah ondan razı olsun) rəvayət edir.

[8]. Buxari: № 4712; Muslim: № 194.

[10]. Tağut, bir bəndənin ibadət və ya itaət olunmaqla həddini aşması və buna razılıq verməsidir. (tərc.)

[11]. Yəqin ki, müəllif burada Peyğəmbərin (sallallahu aleyhi və səlləm) məktub göndərdiyi Heraklı nəzərdə tutur. O da Peyğəmbər (sallallahu aleyhi və səlləm) haqqında soruşanda belə bir ifadə işlətmişdi. (tərc.)

[12]. Muslim: № 2387. Aişənin (Allah ondan razı olsun) hədisindən.

[13].Səhih Muslim: № 2413. Sədin (Allah ondan razı olsun) hədisindən rəvayət etmişdir.

[14]. Çünki, bu bir Peyğəmbərin (aleyhissəlam) möcüzəsi idi.

[16]. Buxari: № 3337; Muslim: № 1/154,156, 169. 4/№ 2247.

[17]. Buxari: № 3338; Muslim: № 2936.

[18]. Buxari: № 3326, 6227; Muslim: № 2841.

[19]. Əhməd: 3/117; Muslim: № 2734; Tirmizi: № 1816; Nəsai «əl-Kubra»: 4/202/№ 6899.

[20]. Tərcüməsi: Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. (tərc.)

[21]. Tərcüməsi: Allah nöqsanlardan pakdır. Onun həmdi ilə həmd-səna edirəm.»

[22]. Səhihdir. Əhməd: 2/169 və 225; Buxari «əl-Ədəbu-l-Mufrad» (Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı): 548; Beyhəqi «əl-Əsma və-s-sifət» 128; Səhih sənədlə rəvayət etmişdir. Şeyximiz Alləmə əl-Albani «əs-Səhihə» kitabında № 134 rəvayətin səhih olduğunu demişdir.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha!

Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Ali-İmran surəsi

2 Allahdan başqa heç bir tanrı yoxdur. Əzəli, əbədi varlıq Odur.

3 Sənə özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edən Kitabı (Quranı) haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi.

4 Daha öncə insanları hidayət etmək üçün. Furqanı da O nazil etdi. Allahın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz qüvvət, intiqam sahibidir!

5 Yerdə və göylərdə heç bir şey Allahdan gizli qalmaz.

6 Bətnlərdə (anaların bətnində) sizə istədiyi surəti verən Odur! O qüdrət, hikmət sahibindən başqa heç bir tanrı yoxdur!

7 (Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: ” Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, – deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər.

8 Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət, nemət) bəxş edənsən!

9 Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə (qiyamətdə) bütün insanları (bir yerə) toplayan Sənsən. Allah Öz vədəsindən əsla dönməz!

10 Haqqı inkar edənlərin nə malları, nə də övladları onları Allah yanında (axirətdə) heç bir şeydən qurtara bilməz. Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdırlar!

11 Bunların adəti Firon camaatının və onlardan əvvəl gələnlərin adətinə bənzəyir! Onlar Bizim ayələrimizi təkzib etdilər. Allah da onları günahlarına görə cəzalandırdı. Allahın əzabı şiddətlidir!

12 (Ya Rəsulum!) Kafir olanlara de: “Siz (tezliklə) məğlub olacaq və Cəhənnəmə sürüklənəcəksiniz!” (Cəhənnəm) necə də pis yerdir!

13 (Ey Məkkə müşrikləri və yəhudilər!) İki dəstənin (Bədr müharibəsi zamanı) qarşı-qarşıya durması sizin üçün (Peyğəmbərin doğruluğuna) dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. (Möminlər üç yüz on üç nəfər, kafirlər isə təqribən min nəfər idilər). (Möminlər kafirlərin) onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. (Yaxud kafirlər möminləri iki özləri qədər, yəni təxminən iki min nəfər və ya onların olduqlarından iki dəfə artıq, yəni altı yüzdən bir qədər çox görürdülər). Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu (Bədr əhvalatı) bəsirət sahiblərindən (gözüaçıq, ayıq adamlardan) ötrü bir ibrət dərsidir.

14 Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.

15 (Ya Rəsulum!) Söylə: “Sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada (hər cür eyibdən) pak olan zövcələr və (ən böyük nemət olan) Allah rizası (razılığı, hüsn-rəğbəti) vardır. Allah, həqiqətən, bəndələrini görəndir!

16 O bəndələr ki: “Ey Rəbbimiz, biz həqiqətən (Sənə) iman gətirmişik, günahlarımızı bağışlayıb bizi cəhənnəm əzabından qoru!” – deyirlər.

17 Onlar (müsibətlərə) səbr edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir (sübh namazına qalxanlardır).

18 Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər.

19 Allah yanında (haqq olan) din, əlbəttə, islamdır. Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq üzündən itilafa (ayrılığa) başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir.

20 (Ya Rəsulum!) Əgər onlar (yəhudi və xaçpərəstlər) səninlə mübahisə edərlərsə, belə de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm”. Kitab verilmiş şəxslərə və savadsızlara (ərəb müşriklərinə) de: “Siz də təslim (müsəlman) oldunuzmu?” Əgər təslim olarlarsa (islamı qəbul edərlərsə), doğru yola yönəlmiş olarlar, yox, əgər üz döndərərlərsə, (sənə bir zərər gəlməz), sənin vəzifən ancaq (haqqı) təbliğ etməkdir. Allah, şübhəsiz ki, bəndələrini görəndir!

21 (Ya Rəsulum!) Allahın hökmlərini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə, insanları ədalətə çağıranların canına qəsd edənlərə şiddətli əzab veriləcəyini xəbər ver!

22 O şəxslərin əməlləri dünyada və axirətdə puça çıxacaq və köməkçiləri də olmayacaqdır.

23 Kitabdan (Tövratdan) özlərinə bir pay (qismət) verilmiş kimsələri görmürsənmi? Onlar öz aralarında hökm vermək üçün Allahın kitabına (istinad etməyə) dəvət olunurlar. Sonra onların bir qismi (Tövratın hökmlərindən) üz döndərir. Onlar (həmişə) dönüklük edəndirlər (haqdan üz çevirəndirlər).

24 Bu (dönüklük) onların: “Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz!” -dediklərinə görədir. Onların öz dinləri barəsində düzəltdikləri uydurmalar (iftiralar) aldadıb yoldan çıxartmışdır.

25 Elə isə (vaqe olacağına) şübhə edilməyən bir gündə (qiyamət günündə) onları (bir yerə) topladığımız zaman (onların) halı necə olacaq? (O gün) hər kəsə qazandığının (tutduğu əməllərin) əvəzi ödəniləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.

26 (Ya Rəsulum!) De: “Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsdən alarsan. İstədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!

27 Gecəni gündüzə, gündüzü isə gecəyə qatarsan. Ölüdən diri, diridən isə ölü çıxararsan. İstədiyin şəxsə saysız-hesabsız ruzi verərsən”.

28 Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar! Bunu edən (kafirləri özünə dost tutan) kəs Allahdan heç bir şey gözləməsin (onun Allah dərgahında heç bir qədir-qiyməti olmaz). Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız (çəkinməniz) müstəsnadır. Allah sizi Öz əzabından çəkindirir. Axır dönüş Allaha tərəfdir! (Hamı Allahın hüzuruna qayıdacaqdır!)

29 (Ya Rəsulum!) De: “Ürəklərinizdəkini gizli də saxlasanız, aşkara da çıxartsanız (fərqi yoxdur), Allah onu bilir. Çünki O, göylərdə və yerdə nə varsa (hamısını) bilir. Allah hər şeyə qadirdir!

30 O gün (qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi Öz əzabından çəkindirir, çünki Allah bəndələrə (Öz bəndələrinə) mərhəmətlidir!”

31 (Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”

32 Söylə: “Allaha və Peyğəmbərə (Onun Peyğəmbərinə) itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!”

33 Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş (üstün) etdi.

34 Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!

35 (Ya Rəsulum!) İmranın zövcəsinin (Hənnənin): “Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!” – dediyini xatırla!

36 Onu (bətnindəkini) doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum”, – söylədi. Halbuki, Allah onun nə doğduğunu və oğlanın qiz kimi olmadığını yaxşı bilirdi. (Hənnə: ) “Mən onun adını Məryəm qoydum, onu və onun nəslini məlun (daşqalaq olunmuş) Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram” (dedi).

37 Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. ( Zəkəriyya: ) “Ya Məryəm, bunlar sənin üçün haradandır?” – dedikdə, o: “Allah tərəfindəndir!” – deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!

38 (O zaman) Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!”

39 (Zəkəriyya) mehrabda (ibadətgahda) ayaq üstə durub namaz qılarkən mələklər ona müraciət edib dedilər: “Allah sənə Özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasını) ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir”.

40 (Zəkəriyya: ) “Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm qısır (doğmayan) olduğu halda, mənim necə oğlum ola bilər? ” – söylədi. (Allah isə: ) ” (Bəli) dediyin kimidir, (lakin) Allah nə istəsə, onu da edər”, – deyə buyurdu.

41 (Zəkəriyya: ) “Ey Rəbbim! Mənə (zövcəmin hamilə olduğu vaxtı bilmək üçün) bir nişanə göstər”, – dedikdə, (Allah: ) “Sənin nişanən üç günün ərzində adamlarla yalnız işarə ilə (əl, baş və gözlə) danışmaq olacaqdır. O vəziyyətdə belə Rəbbini çox yada sal (zikr et) və səhər-axşam şəninə təriflər deyib şükür et!” buyurdu.

42 (Ya Peyğəmbər!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, (cəmi) aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur.

43 Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et! (Namaz qılanlarla bir yerdə namaz qıl!)”

44 (Ya Rəsulum!) Bunlar qeyb xəbərlərindəndir ki, vəhy ilə sənə bildiririk. Onlar: “Məryəmi kim öz himayəsinə alacaq?” – deyə, qələmlərini (suya) atdıqları və bir-birilə mübahisə etdikləri zaman sən ki onların yanında deyildin.

45 Mələklər dedilər: “Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca (şərəfli) və (Allaha) yaxın olanlardandır.

46 O, (həm) beşikdə ikən, (həm də) yaşa dolduqdan sonra insanlarla danışacaq və salehlərdən (xeyirli iş görən şəxslərdən) olacaqdır”.

47 (Məryəm: ) “Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda necə uşağım ola bilər?” – dedikdə, (Allah) buyurdu: “(Bəli) elədir, (lakin) Allah istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq “Ol!” deyər, o da (dərhal) olar.

48 (Allah) ona (İsaya) yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək.

49 Və onu İsrail övladına (yəhudilərə) peyğəmbər göndərəcək. (İsa onlara deyəcək: ) “Mən, həqiqətən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cücam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda (söylədiklərimdə peyğəmbər olduğuna) bir dəlil vardır.

50 Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək (eyni zamanda orada) sizə haram edilmiş bəzi şeyləri (dəvə əti, qarın və bağırsaq piyi yemək, şənbə günü işləmək və s.) halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən (peyğəmbərliyimin doğru olduğunu sübut edən) bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin!

51 Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol!

52 İsa onların (yəhudilərin) küfrünü (inanmadıqlarını) hiss etdikdə: “Allah yolunda kim mənim köməkçim olacaqdır?” – deyə soruşdu. (O zaman) həvarilər dedilər: “Bizik Allahın (Onun dininin) köməkçiləri! Biz Allaha inandıq. Sən də (Allaha) təslim olduğumuza şahid ol!”

53 (Həvarilər dedilər: ) “Ey Rəbbimiz, (bizə) nazil etdiyinə (İncilə) iman gətirdik və peyğəmbərinə (İsaya) tabe olduq. Artıq bizləri (haqqa) şahid olanlarla bir yerdə yaz!”

54 Onlar (İsaya inanmayanlar) hiyləyə əl atdılar. Allah da onların hiyləsinə (İsanı göyə qaldırıb münafiqlərdən birini isə İsa surətdində onlara öldürtməklə) əvəz verdi. Allah (bütün) hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir).

55 O vaxt Allah buyurdu: “Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib Öz dərgahıma qaldırıram, səni kafirlərdən pak edərəm (tərtəmiz ayıraram). Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma qayıdacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda Mən hökm verəcəyəm!

56 Kafirlərə gəldikdə, onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Onların heç bir köməkçisi olmayacaqdır!”

57 İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz!

58 (Ya Rəsulum!) Bunları ayələrdən və himətlə dolu olan zikrdən (Qurandan Cəbrail vasitəsilə) sənə söyləyirik.

59 Allah yanında İsa da (İsanın atasız dünyaya gəlmiş də) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(Bəşər) ol!” – dedi, o da oldu.

60 (Ya Rəsulum!) Şübhəsiz ki, (bunlar) sənin Rəbbin tərəfindən olan həqiqətdir. Ona görə də şübhə edənlərdən olma!

61 (İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!”

62 Əlbəttə, doğru olan xəbər budur. Allahdan başqa heç bir tanrı yoxdur. Şübhəsiz ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!

63 Əgər onlar üz döndərərlərsə (qoy döndərsinlər). Əlbəttə ki, Allah fitnə-fəsad törədənləri tanıyandır!

64 (Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!”

65 Ey kitab əhli, nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat da, İncil də ancaq ondan sonra nazil edilmişdir, məgər başa düşmürsünüz?

66 Bir baxın, siz o kimsələrsiniz ki, bildiyiniz şeylər barəsində mübahisə edirsiniz (bu aydındır) Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisəyə girişirsiniz?! Əlbəttə, (həqiqəti) Allah bilir, siz bilməzsiniz!

67 İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (batildən haqqa tapınan, haqqa yönəlmiş olan) müsəlman (Allaha təslim olan) idi və (Allaha) şərik qoşanlardan deyildi.

68 Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!

69 Kitab əhlindən bir dəstə sizi yolunuzdan sapdırmağı arzu etdikləri halda, yalnız özlərini düz yoldan sapdırırlar, lakin onlar bunu dərk etmirlər.

70 Ey kitab əhli, Allahın ayələrinə şahid olduğunuz halda nə üçün (onları) inkar edirsiniz?

71 Ey kitab əhli, nə üçün bilə-bilə haqqa yalan donu geyindirir və doğrunu gizlədirsiniz?

72 Kitab əhlindən (yəhudilərdən) bir dəstə (bir-birinə) dedi: “Möminlərə nazil edilənə (Qurana) günün əvvəlində (səhər vaxtı) inanın, həmin günün axırında (axşam vaxtı) isə onu inkar edin! Bəlkə, (möminlər öz dinlərindən) üz döndərsinlər.

73 Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!” (Ya Rəsulum! Onlara) söylə: “Əlbəttə, doğru yol, Allahın yoludur”. (Yəhudilər öz adamlarına dedilər: ) “Sizə verilən şeyin (Tövratın və bəzi digər nemətlərin) bənzərinin başqa birisinə (müsəlmanlara) veriləcəyinə, yaxud Rəbbiniz yanında onların sizinlə mübahisə edəcəyinə (inanmayın)!” (Ya Rəsulum!) De: “Həqiqətən, nemət Allahın əlindədir və onu istədiyi şəxsə bəxş edər. Allah (rəhməti ilə) genişdir. (O, hər şeyi) biləndir!”

74 (Allah) Öz nemətini istədiyi şəxsə aid edər. Allah böyük kərəm sahibidir!

75 Kitab əhlindən elə kəslər vardır ki, əgər onlara bir qinar (çoxlu) əmanət verərsənsə, onu tamamilə sənə qaytararlar; elələri də vardır ki, onlara təkcə bir dinar qızıl əmanət versən, başlarının üzərində möhkəm durub tələb etməyincə sənə qaytarmazlar. Bunun səbəbi budur ki, onlar: “Ümmilərə görə (kitab əhli olmayan cahil ərəblərin mallarını mənimsəməyə görə) bizə irad tutulmayacaq”, – deyər və bilə-bilə Allaha qarşı yalan söyləyərlər.

76 Xeyr (elə deyildir). Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə (əmanətə xəyanət etməsə), şübhəsiz ki, Allah (belə) müttəqiləri sevər.

77 Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz (təmizə çıxarmaz). Onları şiddətli bir əzab gözləyir!

78 (Ey müsəlmanlar!) Onlardan (kitab əhlindən) bir zümrə də vardır ki, siz onların oxuduqlarını (Tövratdan) hesab edəsiniz deyə, kitab oxuyan zaman dillərini (qəsdən) o tərəf-bu tərəfə əyirlər (bükürlər). Halbuki onların bu oxuduqları kitabdan (Tövratdan) deyildir. Onlar isə: “Bunlar Allah tərəfindəndir”, -dedilər. Bunlar isə heç də Allah tərəfindən deyildir. Söylədikləri Allah dərgahından olmadığı halda, “Bu, Allah dərgahındandır”,- deyirlər. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.

79 Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: “Allahı buraxıb mənə qul olun!” – desin. Əksinə, o: “Öyrətdiyiniz kitabın və öyrəndiyiniz şeyin sayəsində rəbbani (mükəmməl elm və əməl, gözəl əxlaq və itaət sahibi) olun!” – deyər.

80 O sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb qəbul etməyi əmr etməz. O sizə müsəlman olduqdan (özünüzü Allaha təslim etdikdən) sonra kafir olmağı heç əmr edərmi?!

81 (Ey kitab əhli!) O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”, – deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? – demişdi. Onlar da: “Təsdiq etdik!” – deyə cavab vermişdilər. (Bu zaman) Allah: “Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm”, – deyə buyurmuşdu!

82 Bundan (bu təsdiqdən) sonra üz döndərən kəslər fasiqlərdir (böyük günah sahibləridir).

83 Necə ola bilər ki, onlar (kitab əhli) Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona (Allaha) təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar.

84 (Ya Rəsulum!) Söylə: “Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və (sair) peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona (Allaha) təslim oluruq!”

85 Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!

86 İman gətirdikdən, Rəsulun (Muhəmməd əleyhis-səlatu vəs-səlamın) haqq olduğuna (Allah tərəfindən göndərildiyinə) şəhadət verdikdən və özlərinə aşkar dəlillər gəldikdən sonra kafir olan tayfanı Allah necə doğru yola yönəldər? Allah zalımlar dəstəsini haqq yola yönəltməz!

87 Onların cəzası, həqiqətən, Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır!

88 Onlar bu lənət içərisində əbədi olaraq qalacaqlar. Əzabları əskilmədiyi kimi, onlara (mərhəmət nəzəri ilə də) baxılmayacaqdır!

89 Yalnız bundan sonra tövbə edərək düzələn şəxslər (bağışlanarlar). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!

90 İman gətirəndən sonra kafir olan və küfrlərini daha da artıran şəxslərin tövbələri əsla qəbul olunmaz. (Doğru yoldan) azanlar məhz onlardır!

91 Şübhəsiz ki, kafir olub kafir kimi ölənlərdən hər birinin dünya dolusu qızılı ola və (əzabdan qurtarmaq üçün) onu fidyə verə, yenə də qəbul olunmaz. Onları dəhşətli bir əzab gözləyir. Onlara (cəhənnəm odundan xilas olmaqdan) heç bir kömək edən olmaz!

92 Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!

93 Tövrat göndərilməmişdən əvvəl İsrailin (Yəqub peyğəmbərin) yalnız özü özünə haram etdiyi şeylərdən başqa bütün təamlar (yeməklər) İsrail övladına halal idi. (Ya Rəsulum! Yəhudilərə) de: “Əgər doğru danışanlarsınızsa, (düzgün, əsl) Tövratı gətirin və onu oxuyun!”

94 Bundan sonra Allaha qarşı yalan uyduran şəxslər (yalnız özlərinə) zülm edənlərdir!

95 (Ya Rəsulum!) De: “Allah doğru buyurmuşdur. Ona görə də hənif olan İbrahim dininin ardınca gedin, çünki o, (Allaha) şərik qoşanlardan deyildi”

96 Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır.

97 Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!

98 De: “Ey kitab əhli! Allah sizin əməllərinizin şahidi olduğu halda, nə üçün Allahın ayələrini (dəlillərini) inkar edirsiniz?”

99 De: “Ey kitab əhli! Siz (haqqa) şahid olduğunuz halda, nə üçün iman gətirən kimsələri Allahın yolundan geri döndərməyə çalışaraq onlar üçün əyri yol axtarırsınız? Halbuki, Allah sizin etdiklərinizdən qafil deyildir”.

100 Ey möminlər! Əgər siz kitab əhli olanlardan bir dəstəyə (yəhudilərə) uyarsınızsa, onlar sizi iman gətirəndən sonra döndərib kafir edərlər.

101 Sizə Allahın hökmləri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu halda, siz necə kafir ola bilərsiniz? Allaha (Onun dininə) sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir.

102 Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!

103 Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!

104 (Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.

105 (Allahdan tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar.

106 Bəzi üzlərin ağ, bəzi üzlərin isə qara olacağı gündə (qiyamət günündə), üzü qara olanlara: “İman gətirəndən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın əzabı!” – deyiləcəkdir.

107 Üzü ağ olanlar isə Allahın mərhəməti içərisində olub orada (Cənnətdə) həmişəlik qalacaqlar!

108 Budur Allahın ayələri! Biz onları sənə olduğu kimi oxuyuruq. Allah aləmlərə (bəşər əhlinə) zülm etmək istəməz.

109 Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Bütün işlər axırda Allaha qayıdacaqdır!

110 (Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır.

111 Onlar (yəhudilər) sizə (dil ilə) əziyyət verməkdən başqa bir zərər yetirməzlər. Əgər sizinlə savaşacaq olsalar, dönüb qaçarlar. Sonra isə onlara kömək edən də olmaz.

112 Onlara (yəhudilərə), harada olursa olsunlar, zillət damğası vurulmuşdur. (Onlar bu zillətdən) yalnız Allahdan olan bir ipə və insanlardan olan bir ipə sarınmaqla (islamı qəbul etməklə, yaxud öz dinlərində qalıb müsəlmanlara cizyə verməklə) xilas ola bilərlər. Onlar Allahın qəzəbinə düçar olmuş, onlara miskinlik damğası vurulmuşdur. Bunun səbəbi odur ki, onlar Allahın ayələrini inkar etmiş, peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bunun bir səbəbi də odur ki, onlar Allaha qarşı üsyan etmiş və həddi aşmışlar.

113 Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün (sabitqədəm) bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar.

114 Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər.

115 Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır!

116 Əlbəttə, kafir olan şəxslərin nə malları, nə də övladları onları Allahdan (Allahın əzabından) əsla qurtara bilməyəcək. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.

117 Onların bu dünyada sərf etdikləri şey, özünə zülm edən bir qövmün əkinlərini məhv edən soyuq bir küləyə bənzər. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər.

118 Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavət barəsindəki) ayələri artıq sizə izah etdik.

119 Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına (bütün ilahi kitablara) inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: “Biz də inandıq”, – deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. (Ya Rəsulum!) De: “Acığınızdan ölün!” Əlbəttə, Allah ürəklərdə olanları biləndir.

120 Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, sizə bir zərər toxunanda isə ona sevinirlər. Əgər səbr edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir.

121 (Ya Rəsulum!) Sən müharibədən ötrü möminlərə (əlverişli) mövqelər hazırlamaq üçün sübh vaxtı öz ailəndən ayrılıb (Mədinədən Ühüdə) getdiyin vaxtı (yadına sal)! Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!

122 (O müharibədə) sizin içərinizdən (Sələmə və Harisə oğullarından ibarət) iki dəstə məğlubiyyətdən (uğursuzluqdan) qorxaraq geri çəkilmək fikrinə düşmüşdü. Halbuki, Allah onların yardımçısı idi. Gərək möminlər (hər işdə) Allaha təvəkkül etsinlər!

123 (Ya Rəsulum!) Həqiqətən, siz Bədrdə (düşmənə nisbətən az və) zəif olduğunuz halda, Allah sizə yardım etdi. (Allaha) şükür edən olmaq üçün Allahdan qorxun!

124 O zaman sən möminlərə deyirdin: “Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?”

125 Bəli, əgər səbr edib (Allahdan) qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər.

126 Allah bunu sizin üçün məhz müjdə olaraq və qəlbləriniz rahatlansın deyə etdi. Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır ki,

127 O (bununla) kafirlərin bir hissəsini məhv etsin (döyüş meydanında kəsib-doğrasın) və ya onları məğlubiyyətə uğratsın. Belə ki, onlar naümid geri dönsünlər.

128 (Ya Rəsulum!) Bu işdə sənə dəxli olan bir şey yoxdur. (Allah) ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər, çünki onlar, həqiqətən, zalım kimsələrdir.

129 Göylərdə və yerdə olanlar Allaha məxsusdur. O, istədiyini bağışlar, istədiyinə isə əzab verər. Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!

130 Ey iman gətirənlər! Sələmi (borc üzərinə qoyduğunuz faizi) qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!

131 Kafirlər üçün hazırlanmış oddan (Cəhənnəmdən) həzər edin!

132 Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız!

133 Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin.

134 O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.

135 O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.

136 Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir!

137 (Ey Müsəlmanlar!) Sizdən əvvəl bir çox vaqilər (ibrətli əfvalatlar) olub keçmişdir. İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün!

138 Bu, (belə əfvalatlar) insanlardan (xalqdan) ötrü (olub keçənlərə dair) bir xəbər, müttəqilərdən ötrü isə hidayət (doğru yola göstəriş) və nəsihətdir.

139 (Ühüd müharibəsində baş vermiş bəzi hadisələrə görə) ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz!

140 Əgər siz (Ühüd müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz!

141 (Bu həm də) Allahın iman gətirənləri (günahlardan) təmizləməsi və kafirləri məhv etməsi üçündür.

142 Yoxsa Allah içərinizdən cihad edənləri (düşmənlə vuruşanları) və (əziyyətə) səbr edənləri bilib (bəlliləşdirib bir-birindən) ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz?

143 Siz (Bədr vuruşunda) ölümlə qarşılaşmadan əvvəl ölüm (şəhid olmaq) arzulayırdınız. (Ühüd vuruşunda isə) artıq onu gördünüz və durub baxdınız.

144 Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər.

145 Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, (lövhi-məhfuzda) vaxtı müəyyən edilmiş bir yazıdır. (Cihadda) dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət savabı istəyən şəxsə isə axirət savabından verəcək. Şükür edənləri də, əlbəttə, mükafatlandıracağıq!

146 Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə (Allah adamı ilə) birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər. Allah səbr edənləri sevər!

147 Onların: “Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir (düşmən ilə vuruşda dizimizə qüvvət ver) və kafirlərə qələbə çalmaqda bizə kömək et!” – deməkdən başqa sözləri olmamışdır.

148 Nəhayət, Allah onlara həm dünya nemətlərini, həm də ən gözəl axirət nemətini (Cənnəti) verdi. Allah yaxşı iş görənləri sevər!

149 Ey iman gətirənlər! Əgər kafirlərə itaət edəcək olsanız, onlar sizi geri (öz dinlərinə) döndərər və siz də zərər çəkmiş halda geri dönərsiniz.

150 Xeyr, Allah sizin ixtiyar sahibinizdir. O, yardım edənlərin ən yaxşısıdır.

151 Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin ürəklərinə qorxu salarıq. Onların yeri Cəhənnəmdir. Zülm edənlərin sığınacaqları yer nə pisdir!

152 (Ühüd müharibəsində) siz onları Allahın iznilə əzib-qırdığınız zaman, Allah sizə verdiyi vədinə sadiq çıxdı. Lakin O (Allah) sevdiyiniz şeyi (zəfər və qəniməti) sizə göstərəndən sonra isə zəiflik göstərdiniz və (sizə verilmiş) əmr barəsində bir-birinizlə mübahisə edərək (Peyğəmbərə) qarşı çıxdınız. İçərinizdən bəziləri dünyanı, bəziləri isə axirəti istəyirdi. Əlbəttə, O sizi əfv etdi. Çünki Allah möminlərə qarşı mərhəmətlidir!

153 Siz (düşməndən qaçaraq dağa) qalxdığınız və Peyğəmbər arxa tərəfdən sizi çağırarkən heç kəsə baxmadığınız zaman Allah sizin qəminizin üstünə qəm gətirməklə (məğlubiyyət, Peyğəmbərin qətl edilməsi barəsindəki yanlış xəbərdən doğan əndişə; onun əmrinə tabe olmamaq nəticəsində üz verən peşmançılıqla) cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və uğradığınız fəlakətlərə görə təəsüf etməyəsiniz. Şübhəsiz ki, Allah gördüyünüz işlərdən xəbərdardır!

154 Bu qəm qüssədən sonra Allah sizə rahatlıq üçün xəfif bir uyğu göndərdi. O sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz canlarının harayına qalaraq: “Bu işdə bizim üçün bir şey (xeyir) varmı?” – deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar. (Ya Rəsulum!) Onlara de: “Əlbəttə, bütün işlər Allaha məxsusdur (Allahın əlindədir)”. Onlar (münafiqlər) sənə açıb bildirmədikləri şeyləri öz ürəklərində gizlədərək: “Əgər bu işdə bizim üçün bir şey (bir qələbə) olsaydı, elə buradaca öldürülməzdik”, – deyirlər. (Ya Rəsulum!) De: “Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları (öləcəkləri) yerlərə gedərdilər ki, Allah (bununla) sizin ürəklərinizdə olanları (səmimiyyət və ikiüzlülüyü) yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları (niyyətlərinizi) təmizləsin. Allah ürəklərdə olanları biləndir!”

155 (Ühüd müharibəsində) iki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri Şeytan, məhz etdikləri bəzi əməllərlə (Peyğəmbərin əmrinə asi olmaqla) yoldan çıxmağa (büdrəməyə) məcbur etdi. (Tövbə etdikdən sonra) Allah artıq onları bağışladı. Həqiqətən, Allah bağışlayandır, həlimdir!

156 Ey iman gətirənlər! Səfərə və ya müharibəyə getmiş (orada vəfat etmiş və ya öldürülmüş) qardaşları barəsində: “Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər”, – deyən kafirlər kimi olmayın! Allah bunu (bu əqidəni) onların ürəklərində bir həsrət (yarası) olsun deyə yaratdı. Halbuki, dirildən də, öldürən də Allahdır. Allah etdiyiniz əməlləri görəndir!

157 Əgər Allah yolunda öldürülər və ya ölərsinizsə, Allahın sizi bağışlaması və rəhm etməsi şübhəsiz ki, (kafirlərin dünyada) topladıqları şeylərdən (sərvətdən) daha xeyirlidir.

158 Ölsəniz də, öldürülsəniz də, (axırda) mütləq Allahın hüzuruna toplanacaqsınız!

159 (Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!

160 Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər!

161 Heç bir peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən şəxs, qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr. Sonra isə hər kəsə gördüyü işlərin əvəzi verilər və onlara haqsızlıq edilməz!

162 Allahın rizasını qazanmaq ardınca gedən şəxs, Allahın qəzəbinə düçar olmuş şəxs kimi ola bilərmi? Onun (qəzəbə düçar olanın) yeri Cəhənnəmdir. O yer necə də pisdir!

163 Onların Allah yanında (bir-birindən fərqli) dərəcələri vardır. Allah onların etdiyi işləri görəndir.

164 Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.

165 Siz (Bədr müharibəsində yetmiş nəfəri öldürüb, yetmiş nəfəri əsir alaraq) onları ikiqat müsibətə düçar etdiyiniz halda, (Ühüd müharibəsində) başınıza bir müsibət gəldiyi zaman: “Bu haradan gəldi?” – dediniz. (Ya Rəsulum!) Söylə: “Bu sizin özünüzdəndir”. Həqiqətən, Allah hər şeyə qadirdir!

166 (Ühüd müharibəsində) iki ordunun qarşılaşdığı gündə başınıza gələn fəlakət də Allahın iznilə oldu ki, möminləri ayırd etsin.

167 Və münafiqləri onlardan fərqləndirsin. Onlara: “Gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə bulunun! (Düşmənin hücumunu dəf edin!) – deyildi. Onlar: “Əgər biz vuruşa bilsəydik, sizin ardınızca gələrdik” – deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dillərilə deyirlər. Halbuki, Allah onların (bütün) gizlətdiklərini çox yaxşı bilir!

168 (Müharibəyə getməyib Mədinədə evlərində) oturan və (müharibəyə getmiş) qardaşları haqqında: “Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər”, – deyənlərə (Ya Rəsulum!) söylə: “Əgər doğru deyirsinizsə, onda (bacarın) ölümü özünüzdən uzaqlaşdırın!”

169 Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.

170 Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.

171 Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar.

172 Yaralandıqdan sonra Allahın və Peyğəmbərin dəvətini qəbul etmiş şəxslərdən yaxşı işlər görüb pis işlərdən çəkinənləri böyük bir mükafat gözləyir!

173 O kəslər ki, xalq onlara: “Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” – dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər.

174 Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir.

175 Sizi yalnız o Şeytan öz dostlarından (guya onların çox qüvvətli olmasıyla) qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun!

176 Küfrə can atanlar səni kədərləndirməsin! Əlbəttə, onlar Allaha heç bir zərər yetirə bilməzlər, Allah da istər ki, axirətdə onlara heç bir pay verməsin. Onları böyük bir əzab gözləyir!

177 Həqiqətən, imanı verib, əvəzində küfrü satın alanlar Allaha heç bir zərər verə bilməzlər. Lakin onlar çox acı bir əzaba düçar olacaqlar!

178 Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər!

179 Allah pisi yaxşıdan (münafiqi mömindən) ayırmaq üçün möminləri sizin (indi) olduğunuz vəziyyətdə qoyan deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin, Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bəzi şeylər bildirər). Buna görə də Allaha və Onun peyğəmbərlərinə inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir!

180 Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!

181 “Allah kasıbdır, biz isə dövlətliyik!” – deyənlərin sözlərini Allah, əlbəttə, eşitdi. (Ya Rəsulum!) Biz onların dediklərini və peyğəmbərləri haqsız yerə öldürdüklərini (mələklər vasitəsilə əməl dəftərlərinə) yazacaq və (qiyamət günü) onlara: “Dadın atəşin əzabını!” – deyəcəyik.

182 Bu əzab sizin öz əllərinizlə törətdiyiniz əməllərə görədir, yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!

183 “Allah (Tövratda) bizə əmr etmişdir ki, onun yandıracağı (yeyəcəyi) bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!” – deyənlərə belə cavab ver: “Məndən əvvəl də sizə peyğəmbərlər açıq-aşkar möcüzələr və dediklərinizi (dediyiniz qurbanları) gətirmişdilər. Əgər doğru danışırsınızsa, bəs nə üçün onları öldürdünüz?”

184 (Ya Rəsulum!) Əgər onlar səni yalançı sayarlarsa (heç də qəmgin olma)! Çünki səndən əvvəl açıq möcüzələr, səhifələr və nur saçan kitab gətirmiş peyğəmbərləri də yalançı saymışdılar.

185 Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzzdən (əyləncədən) başqa bir şey deyildir.

186 Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir.

187 (Ya Rəsulum!) Allah kitab əhlindən: “Siz onu (kitabda olanları) gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız!” – deyə əhd aldığı zaman onlar bu əhdə arxa çevirdilər və onu az bir qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir!

188 (Ya Rəsulum!) Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə. Onları şiddətli bir əzab gözləyir!

189 Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!

190 Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.

191 O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!

192 Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz!

193 Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!” – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al !

194 Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan!”

195 Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!”

196 (Ya Rəsulum!) küfr edənlərin diyar-diyar gəzib dolaşması (ticarətdən, əkinçilikdən mənfəət əldə edərək xoş güzəran keçirməsi) səni aldatmasın!

197 Bu, (axirət nemətləri ilə müqayisədə) azacıq bir mənfəətdir. Sonra isə onların məskəni Cəhənnəmdir. Ora necə də pis yataqdır!

198 Lakin öz Rəbbindən qorxanları (ağacları) altından çaylar axan cənnətlər gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar. Allah yanında olan nemətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir.

199 Həqiqətən, kitab əhli içərisində elələri də vardır ki, onlar Allaha, həm sizə, həm də özlərinə nazil olanlara (Qurana, Tövrata və İncilə) inanır, Allaha boyun əyərək Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir.

200 Ey iman gətirənlər! (Dində vacib olan hökmləri yerinə yetirməyin zəhmətinə, düçar olduğunuz bəlalara) səbr edin, (Allahın düşmənlərinə qələbə çalmaq uğrundakı müharibə və döyüşlərdə sizə üz verən müsibət və çətinliklərə) dözün, (sərhəd boyu növbədə durub cihada) hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!

Comments are closed, but trackbacks and pingbacks are open.