Press "Enter" to skip to content

Dsmf tsnifat kodları

İşsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar üçün 143800 nəzərdə tutulmuşdur.

DSMF fərdi hesablara toplanan pensiya kapitalı barədə informasiyanı əks etdirən elektron xidməti istifadəyə verib

Dövlət Sosial Müdafiə Fondu vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətlərin təqdim edilmə müddətinin azaldılması məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdədir.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Dövlət Sosial Müdafiə Fondu vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətlərin təqdim edilmə müddətinin azaldılması məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdədir. Növbəti belə tədbirlərdən biri kimi, sığortaolunanların fərdi hesablarına toplanan pensiya kapitalları barədə məlumatlandırılmasını özündə əks etdirən elektron xidmət vətəndaşların istifadəsinə verilib.

DSMF-dən Trend-ə verilən məlumata görə, “Sığortaolunanlar tərəfindən məlumatların əldə edilməsi” adlı müasir məlumatlandırma sistemi Fondun rəsmi internet informasiya ehtiyatında olmaqla yanaşı, “Elektron Hökumət” Dövlət İnformasiya Sistemi (EHDİS) portalında yerləşdirilib. Xidmətdən yararlanmaq üçün ilk vaxtlar elektron imza tələb olunurdusa, hazırda bu tələb aradan qaldırılıb və istifadə qaydaları daha da sadələşdirilib. Hər bir vətəndaş sadəcə olaraq özü haqqında müvafiq bilgiləri daxil etməklə bu elektron xidmətin daimi istifadəçisinə çevrilə bilər.

Bu xidmət vasitəsilə istənilən sığortaolunan Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılmış fərdi şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalına nəzarət etmək imkanını əldə edir. Bu sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, həm işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə, həm də yaxın gələcəkdə avtomatlaşdırılmış pensiya təyinatına imkan verəcəkdir. Başqa sözlə, hər bir işləyən özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək və gələcəkdə etibarlı pensiya təminatı əldə etmək imkanına malik olacaqdır. Yaxın perspektivdə bu xidmətin daha da inkişaf etdirilməsi, eyni zamanda vətəndaşların 2006-cı ilə qədər mövcud olan pensiya kapitalları barədə məlumatların da elektron qaydada sistemdə yerləşdirilməsi nəzərdə tutulur.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən göstərilən digər elektron xidmətlərdən də yararlananların sayı getdikcə artmaqdadır. Hesabatların və məlumatların sığortaedənlər tərəfindən elektron formada təqdim olunması ilə bağlı 1 noyabr 2012-ci il tarixə elektron ərizə ilə müraciət etməklə qeydiyyatdan keçmiş 11 730 sığortaedən unikal kod, parol və şifrə ilə təmin edilib.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, torpaq pay mülkiyyətçilərinin və digər şığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə Fondun orqanlarına (“Kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi”nə (KÖMİS) qoşulmuş Dövlət Xəzinədarlıq Agentliyinin orqanları üzrə) ödənişlərinin real vaxt rejimində qəbulu da davam etdirilməkdədir. Artıq Dövlət Sosial Müdafiə Fondunun 36 yerli orqanı üzrə 223 712 sığortaedən haqqında məlumat KÖMİS sisteminə inteqrasiyaolunub. İyun-oktyabr ayları ərzində 19 027 sığortaedən tərəfindən 42 876 əməliyyat həyata keçirilərək cəmi 3 642 294,54 manat məbləğində məcburi dövlət sosial sığorta vəsaitinin ödənişi həyata keçirilib.

Ümumilikdə hazırda Dövlət Sosial Müdafiə Fondunun internet saytında yerləşdirilən “Elektron xidmətlər” bölməsi interaktiv və informativ olmaqla 20-yə qədər xidməti əhatə edir. Yaxın vaxtlarda bu xidmətlərin sayının 25-ə çatdırılması nəzərdə tutulur.

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Страница «Dövlət Sosial Müdafiə Fondu» есть на Facebook. Войдите, чтобы связаться с Dövlət Sosial Müdafiə Fondu.

Страница «Dövlət Sosial Müdafiə Fondu» есть на Facebook. Войдите, чтобы связаться с Dövlət Sosial Müdafiə Fondu.

Dövlət Sosial Müdafiə Fondu

@dsmf.sosial.gov.az

О пользователе Dövlət Sosial Müdafiə Fondu

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) Sosial sığorta və pensiya təminatının maliyyələşdirilməsi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 1992-ci il tarixli “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yaradılması haqqında” Fərmanı ilə Azərbaycan Respublikası Pensiya Fondu və Azərbaycan Respublikasının Sosial Sığorta Fondu bazasında yaradılıb.

Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Dsmf tsnifat kodları

Məşhur kinomuz olan “Bəxtiyar” filmindəki Şaşanın bibisi Natalya Alekseyevnanin təbirincə desək, işsizlik sığorta haqqının büdcə təsnifatı haqqında hadisələr lap “Min bir gecə” nağılına oxşadı.

Maraqlıdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi işəgötürənlərə ardıcıl 2 günü ərzində işsizlik sığortanın təsnifa kodu ilə fərqli məktublar göndərib.

Belə ki, 05 fevral 2018-ci il tarixində göndərilən məktuba əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi bildirir ki, qanunvericilikdə büdcə gəlirlərinin təsnifat kodu aşağıdakı kimi olacaq:

Büdcə səviyyəsinin kodu: 4
Büdcə təsnifatının kodu:
Sığortaedənin hesabına ödənilən işsizlikdən sığorta haqqı – 121100
Sığortaolunanın hesabına ödənilən işsizlikdən sığorta haqqı– 121200
Peniya və maliyyə sanksiyasının ödənilməsi – 143300

06 fevral 2018-ci il tarixli məktuba əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi bildirir ki, qanunvericilikdə büdcə gəlirlərinin təsnifat kodu aşağıdakı kimi olacaq:

qanunvericilikdə büdcə gəlirlərinin təsnifat kodu İşəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı üçün 123100,

İşləyənlərin əmək haqlarından hesablanan işsizlikdən sığorta haqqı üçün 123200,

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş digər gəlirlər üçün 123300

İşsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar üçün 143800 nəzərdə tutulmuşdur.

Maraqlıdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 149 saylı, 06 oktyabr 2004-cü il tarixli “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə”qərarında işsizlikdən sığorta haqqı ilə bağlı olan büdcə tənsifatında yeni büdcə tənsifatı kodları hələ də əlavə edilməyib.

Həmkarlarımız üçün, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsinin sonuncu məlumatını bir daha qeyd edirik:

S I Ğ O R T A E D Ə N L Ə R İ N N Ə Z Ə R İ N Ə

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi bildirir ki, qanunvericilikdə büdcə gəlirlərinin təsnifat kodu İşəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı üçün 123100, İşləyənlərin əmək haqlarından hesablanan işsizlikdən sığorta haqqı üçün 123200, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş digər gəlirlər üçün 123300 və İşsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar üçün 143800 nəzərdə tutulmuşdur.

Göstərilənləri nəzərə alaraq işsizlikdən sığorta haqqı üzrə dəqiqləşdirilmiş bank rekvizitlərini nəzərəinizə çatdırırıq:

Comments are closed, but trackbacks and pingbacks are open.