Press "Enter" to skip to content

Dünya əhəmiyyətli tarixi abidələr məhv olmaq üzrədir – VİDEO

Tarixi

TARİXİ ABİDƏLƏRİMİZ

Əlavə: Qəbələ rayonu üzrə 93 adda və müxtəlif inventar №-si ilə müəyyənləşdirilən dünya əhəmiyyətli tarixi, memarlıq, arxeoloji abidələrin və pirlərin siyahısı tam verilməmişdir.

Ona görə də mən aşağıdakı əlavə dəqiqləşdirilməni təqdim edirəm:

Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Vəndam və onun ətraf kəndləri üzrə siyahısı

Memarlıq abidələri:

1 Şeyx Bədrəddin türbəsi Həzrə kəndi Kafi
2 Şeyx Mənsur türbəsi Həzrə kəndi Kafi Hal-hazırda əsaslı təmir edilir
3 Şeyx Məhəmməd türbəsi Həzrə kəndi Kafi
4 Şeyx Bəkir türbəsi Həzrə kəndi Kafi
5 1883-ci ildə tikilmiş məktəb binası Vəndam kəndi 2011-ci ildə Söküb götürdülər
6 1912-ci ildə tikilmiş zaiejin (qonaq evi) Vəndam kəndi Kafi

Arxeoloji abidələr:

Dəşmir yaşayış massivi (Vəndamdan 5 km. cənub-şərqdə, dağılmış)

Qala yeri (Bakı-Vəndam şosse yolunun sağında, dağılmış)

Qalaüstü qala yeri (1964-cü ildəburada tədqiqat işləri aparılıb, kəndbaşı)

Gurxana (Gavurxana) Gorxana (Vəndam kəndinin mərkəzində)

Dəşmir qalası, dağıdılıb yox edilmişdir.

Dəşmir qəbirstanlığının girəcəyində ibadədgah-3 km.

Vəndamdan cənub-şərqdə Hacı Qaraman piri.

Sənduqələr 4 ədəd təmir edilir.

Daş qəbirlər,Həzrə kəndinin girəcəyində

Vəndamda məscidlər:

Cümə məscidi 2 ədəd, hər ikisi dağıdılıb, yerində yenisi tikilib.

Məhəllə məscidi – 9 ədəd

  1. Molla Saleh məscidi.
  2. Şəmsəddin əfəndi məscidi.
  3. Qədir əfəndi məscidi.
  4. Seyfəddin əfəndi məscidi.
  5. Mustafa əfəndi məscidi.
  6. Sədrəddin əfəndi məscidi.
  7. Hacı Qubad məscidi.
  8. Həsən əfəndi məscidi.
  9. Molla Əhməd məscidi.

Qeyd: Vəndamın mərkəzində yeni üslubda, yeni layihə ilə məscid binası tikilmişdir.

Vəndamda pirlər:

«Göz piri», «Dalaq piri», «Dəmirov piri», «Diş piri», «Adıyox piri», «Ziyil piri», «Hacı Qubad piri», «Leysan baba piri», «Kərəm baba piri» (Ovliya), «İbrahimxəlil baba piri», «Şıx ocağı piri», «Hacı Qaraman piri», «Ağız piri», «Uşaq piri» və s.

Qəbələdə səkkizguşəli məscid.

Dünyaya gəlmiş hər hansı bir insan müəyyən əqidəyə sahib olmalı, yaşadığı zəmanənin qayda-qanunlarına riayət etməlidir. İlk insanlar bütpərəst, sonra atəşpərəst olmuşlar. Vəndam kəndinin mərkəzində olan yeraltı qəbirstanlıq bizi bütpərəstlik dövrünə aparır.

İslam dininin qəbulundan sonra Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qutqaşın kəndində də ibadədgahlar tikilib xalqın istifadəsinə verilmişdir ki, bunlardan biri də Qutqaşının şimal ərazisindəki 8 guşəli məscid binasıdır. Sovet hakimyəti dövründə həmin yerə güzarım düşmüşdü. Binadan başqa məqsədlər üçün istifadə edilmişdir. Bu il iyulun 2-də həmin məscidin ziyarətinə getmişdim. Hansısa xeyirxah insan bu məscidi təmir etmiş, həyətini hasara almışdır. Müəyyən adamlardan məscidin kim tərəfindən və neçənci ildə təmir edildiyini soruşsam da, qaneedici cavab ala bilmədim. Lakin məni narahat edən o oldu ki, məscidin həyəti gicitkən və başqa yabanı bitkilər, saxsı və ağac qırıntıları ilə zibilli idi. Məncə, Allaha ibadət yeri təmiz və səliqəli olmalıdır. Bu bizim inanc yerinə ən böyük hörmətimiz olardı. Həm də bu binanın bünövrəsini qoymuş insanın ruhunun şad etmiş olardıq. Bu məscid binası bizim tariximizin müəyyən dövrünün nişanəsi və abidəsidir.

Dünya əhəmiyyətli tarixi abidələr məhv olmaq üzrədir – VİDEO

Xaçmaz rayonu ərazisində yerləşən və e.ə IV minilliyə aid Sərkərtəpə yaşayış məntəqəsində axırıncı dəfə arxeloji qazıntı işləri 10 il öncə aparılıb. Ötən müddət ərzində dünya əhəmiyyətli abidənin yerləşdiyi ərazi qorunmadığından aşınaraq dağılıb və tarixi nümunələr məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Abidənin yerləşdiyi Sərkərli kəndinin sakinləri bildirirlər ki, aparılan qazıntılar zamanı torpaqdan müxtəlif məişət nümunələri və insan skeletləri aşkarlanıb.

Milli.Az Regional TV-yə istinadən rayonun Həsənqala kəndində yerləşən və e.ə III-IV minilliklərə aid tarixi abidələrdə də eyni vəziyyət höküm sürür. Kəndin tarix müəllimi Ağaverdi Qədirov bildirir ki, əraziyə arxeoloqların sonuncu gəlişi 1980-ci illərə təsadüf edir. Qazıntılar zamanı ərazidən quldarlıq dövrünə aid tarixi nümunələr tapılıb.

Xaçmazdakı tarixi abidələrdə arxeoloji qazıntıların aparılması üçün AMEA-nın Arxeologiya və Entoqrafiya İnstitutuna dəfələrlə müraciət edilib. Bununla bağlı müsbət cavab alınsa da, işlərin başlayacağı vaxt bəlli deyil.

Xaçmaz tarix-diyarşunaslıq muzeyinin direktoru Aqil Əlisultanov bildirir ki, hazırda qazıntıların aparılmaması əlverişsiz hava şəraiti ilə bağlıdır. Onun sözlərinə görə tarixi abidələrin qorunması üçün tədbirlər görülür.

Qeyd edək ki, Xaçmaz rayonunda ümumilikdə 72 tarixi və mədəniyyət abidəsi qeydiyyatdadır. Onlardan ikisi – Sərkərtəpə və Canaxırtəpə dünya, digərləri isə ölkə əhəmiyyətlidir.

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Dünya əhəmiyyətli abidələr

XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğal edilməsindən və ermənilərin zaman-zaman Şimali Azərbaycan ərazilərinə köçürülməsindən sonra azərbaycanlıların deportasiyası və soyqırımı faciələri başlanmışdır. Gəlmə ermənilər azərbaycanlılara məxsus ərazilərdə məskunlaşdıqdan sonra onlara məxsus maddi-mədəniyyət nümunələrini məhv etməklə onların izlərini silməyə çalışmış, bu, mümkün olmadıqda isə həmin maddi-mədəniyyət nümunələrinin “qədim ermənilərə” aid olmaları barədə saxta tarix yazaraq dünya ictımaiyyətini aldatmağa başlamışlar.
Tarixdə ilk erməni dövləti – 1918-ci il mayın 28-də də keçmiş İrəvan xanlığının ərazisində yaradılmışdır. 1923-cü il iyulun 7-də isə vaxtilə İrandan və Osmanlı imperiyası ərazisindən Qarabağ xanlığının ərazisinə köçürülən ermənilərə süni surətdə muxtariyyət hüququ verilməklə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Sovet hakimiyyətinin ilk illərində Zəngəzur qəzasının bir hissəsi Ermənistana verilməklə Naxçıvan torpağı Azərbaycandan, Türkiyə isə türk dünyasından ayrı salınmışdır.
Qarabağ ərazisində e.ə. II minilliyə aid Xocalı-Gədəbəy mədəniyyətini özündə əks etdirən tarixi mədəniyyət abidələri vardır. Bu ərazi e.ə. IV əsrdən – eramızın VIII əsrinin əvvəllərinədək Azərbaycan Alban dövlətinin, VIII-XII əsrlərdə Sacilər, Salarilər, Rəvvadilər dövlətlərinin, Səlcuq imperiyasının və Azərbaycan Eldənizlər (Atabəylər) dövlətinin, XIII-XV əsrlərdə Elxanilər (Hülakilər), Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, 1501-1736-cı illərdə Azərbaycan Səfəvilər dövlətinin, 1748-1821-ci illərdə isə Qarabağ xanlığının tərkibində olmuşdur.
Sovet hökumətinin apardığı siyasət nəticəsində Qarabağın dağlıq hissəsində sayca çoxluq təşkil edən ermənilər, 1988-ci ilin əvvəllərində rəsmi Moskvanın bilavasitə təhriki ilə vilayəti Azərbaycan SSR-dən ayırıb Ermənistan SSR-ə birləşdirmək niyyəti ilə separatçı-terrorçu çıxışlara başladılar. Bu çıxışlar bir qədər sonra silahlı münaqişəyə çevrildi. Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü iki ölkə arasında müharibəyə gətirib çıxardı. Ermənistan onu himayə edən dövlətlərin birbaşa hərbi yardımı nəticəsində Dağlıq Qarabağ Muxtar Vilayətini və onun ətrafındakı rayonları işğal etdi.
Ermənistanın hərbi təcavüzü nəticəsində Şuşada Alban məbədləri, Şuşa Tarix-Memarlıq Qoruğuna daxil olan qala divarları, Qarabağ xanlarının iqamətgahları, Xurşidbanu Natəvanın ev muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, yüzlərlə tarixi-memarlıq və təbiət abidələri, həmçinin Cəbrayıl rayonu ərazisində bölgənin çox qiymətli memarlıq abidələri olan Xudafərin körpüləri işğal edilmişdi.
1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl) əraziləri işğal edilmişdi. 20 min nəfərdən artıq azərbaycanlı həlak olmuş, 4866 nəfər itkin və əsir düşmüş, girov götürülmüşdür. Təxminən 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Hərbi təcavüz ölkəmizin 17 min kv. km. ərazini əhatə edən ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil və 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km avtomobil yollarının, 348 körpünün, 7568 km su və 76940 km elektrik xətlərinin dağıdılmasına səbəb olmuşdur.
Erməni işğalçıları tərəfindən talan edilmiş regionun muzeylərində Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar toplanmışdı. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilmişdi. Ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilmiş və yandırılmışdı. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuşdu. İşğal olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscid erməni təcavüzünün qurbanına çevrilmişdi. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdi. Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildi, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə yanaşı, ilkin hesablamalara görə, Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dollarından çox ziyan dəymişdir.
Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 yaşayış məntəqəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bunlardan əlavə, Dağlıq Qarabağla və Ermənistanla həmsərhəd olan Ağcabədi rayonunda 1 kənd, Gədəbəy rayonunda 2 kənd, Tovuz rayonunda 8 kənd, Naxçıvan Muxtar Respublikasında 1 kənd Ermənistanın hərbi təcavüzü nəticəsində ziyan çəkmişdir.
Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə viran və talan edilmişdi. Laçın və Kəlbəcər şəhərlərində Ermənistandan və xaricdən köçürülüb gətirilən ermənilər məskunlaşdırılmışdı. İşğal illərində erməni vandalları Ağdam və Füzuli şəhərlərini 1945-ci ildə atom bombası ilə dağıdılan Xirosima və Naqasaki şəhərlərinə bənzətmişlər.
Tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində mindən artıq azərbaycanlı yaşayış məntəqəsi, yüzlərlə tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, məqbərələr, qəbiristanlıqlar, qəbirüstü abidələr və s. mövcud olmuşdur. XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində monoetnik erməni dövləti yaranmış, azərbaycanlıların varlığını özündə əks etdirən bütün tarixi-memarlıq abidələri yer üzündən silinmiş, qəbiristanlıqlar dağıdılmışdır. XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid – Göy məscid qismən salamat qalmışdır ki, onu da xarici qonaqlara “fars” məscidi kimi təqdim edirlər.
1988-1989-cu illərdə Ermənistanın 22 rayonundan (170 sırf azərbaycanlı və 94 ermənilərlə qarışıq yaşayış məntəqələrindən) 250 minə yaxın azərbaycanlı deportasiya edildi. Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyuldu. Azərbaycanlıların qoyub getdikləri yaşayış məntəqələrindəki 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçdi. Azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi-memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən səssiz-səmirsiz dağıdılır.
İşğal illərində Azərbaycan torpaqlarında ermənilər azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesini həyata keçirirdilər. Ermənistan respublikasında bu gün də azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesi erməni vandalları tərəfindən davam etdirilir. Erməni vandalları işğal müddətində Azərbaycan ərazilərindəki yeraltı və yerüstü sərvətləri vəhşicəsinə talan edərək Ermənistana daşıyırdılar. Beynəlxalq təşkilatlar isə bütün bunları görmək, erməni işğalına və erməni vandalizminə “Dur!” demək istəmirdilər.
“Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı elektron layihədə toplanılmış materiallarda dünyaya özlərini mədəni xalq kimi göstərməyə çalışan ermənilərin əsl simaları əyanı şəkildə görünür.

İşğal müddətində talana məruz qalmış Azərbaycan ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin siyahısı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 32 saylı 02.08.2001 tarixli qərarından çıxarış

Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Tarixi

Yerləşdiyi ünvan

Qutlu Musa oğlu türbəsi

Ağdam rayonu, Xaçındərbətli kəndi

Kəlbəcər rayonu, Vəngli kəndi

Kəlbəcər rayonu, Vəng kəndi

11-tağlı Xudafərin körpüsü

Cəbrayıl rayonu, Qumlaq kəndi

15-tağlı Xudafərin körpüsü

Cəbrayıl rayonu, Qumlaq kəndi

Şuşa Tarix-Memarlıq Qoruğu

ARXEOLOJİ ABİDƏLƏR

Tarixi

Yerləşdiyi ünvan

Azıx mağara düşərgəsi

Tağlar mağara düşərgəsi

Üzərliktəpə yaşayış yeri

Ağdam-Ağcabədi yolunda, Rəcəb Gözəlov küçəsi

Tunc-ilk dəmir dövrü

İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRDƏ QALMIŞ MUZEYLƏR

  1. Tarix diyarşünaslıq muzeyi. Xankəndi şəhəri.
  2. Dövlət rəsm qalereyası. Xankəndi şəhəri.
  3. Şuşa tarix muzeyi. Şuşa şəhəri.
  4. Üzeyir Hacıbəyovun ev muzeyi. Şuşa şəhəri.
  5. Bülbülün ev muzeyi. Şuşa şəhəri.
  6. Azərbaycan xalçaçılıq və xalq tətbiqi sənəti Dövlət muzeyinin Şuşa filialı. Şuşa şəhəri.
  7. Qarabağ Dövlət tarix muzeyi. Şuşa şəhəri.
  8. Qarabağ ədəbiyyat muzeyi. Şuşa şəhəri.
  9. Mir Möhsün Nəvvabın ev muzeyi. Şuşa şəhəri.
  10. Dövlət rəsm qalereyası. Şuşa şəhəri.
  11. Ağdam tarix diyarşünaslıq muzeyi. Ağdam şəhəri.
  12. Çörək muzeyi. Ağdam şəhəri.
  13. Qurban Primovun xatirə muzeyi. Ağdam şəhəri.
  14. Rahib Məmmədov adına döyüş şöhrəti muzeyi. Ağdam şəhəri.
  15. Ağdərə tarix diyarşünaslıq muzeyi. Ağdərə şəhəri.
  16. Füzuli tarix diyarşünaslıq muzeyi. Füzuli şəhəri, köməkçi fondun eksponatları.
  17. Xalq tətbiqi sənəti muzeyi. Füzuli şəhəri.
  18. Hadrut tarix diyarşünaslıq muzeyi. Hadrud şəhəri.
  19. Qubadlı tarix diyarşünaslıq muzeyi. Qubadlı şəhəri.
  20. Dövlət rəsm qalereyası. Qubadlı şəhəri.
  21. Laçın tarix diyarşünaslıq muzeyi. Laçın şəhəri.
  22. Dövlət rəsm qalereyası. Laçın şəhəri.
  23. Sarı Aşığın xatirə muzeyi. Laçın rayonu. Güləbird kəndi.
  24. Kəlbəcər tarix diyarşünaslıq muzeyi. Kəlbəcər şəhəri.
  25. Cəbrayıl tarix diyarşünaslıq muzeyi. Cəbrayıl şəhəri.
  26. Zəngilan tarix diyarşünaslıq muzeyi. Zəngilan şəhəri.

Copyright © 2015 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.