Press "Enter" to skip to content

Lvida, Qərb: dünya siyasəti dəfn olundu

Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbov 1891-ci il oktyabrın 2-də Qazax qəzasının Qıraq Salahlı kəndində anadan olub. Ailədə dörd uşaq atası olan … Ещё Məmmədkərim ağa özü də hərbçi idi. O, əlahəzrət imperator adına Qafqaz Leyb-Qvardiya Konvoy Eskadronunun dördüncü müsəlman zavodunun yunkeri idi. 1877-ci il iyulun 27-də əlahəzrət imperatorun əmri ilə nizami qoşunlarında uzun illər nümunəvi xidmətinə görə, ona praporşik rütbəsi verilmişdir. Sonrakı illərdə Məmmədkərim ağa Qayıbov Qazax və Yelizavetpol qəzalarında məhkəmə rəisi, Cavanşir və Yelizavetpol (indiki Gəncə) quberniyalarında polis pristavlığında sahə rəisi vəzifələrində… Ещё

AMEA Dünya Siyasəti İnstitutu

Dünya Siyasəti İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat institutu.

AMEA Dünya Siyasəti İnstitutu
Ümumi məlumatlar
Ölkə Azərbaycan
Tipi elmi-tədqiqat institutu
Yaradılıb 2014
Digər məlumatlar
Direktor Musa Qasımlı

2014-cü ildə yaradılmışdır.

Mündəricat

  • 1 Strukturu
  • 2 Fəaliyyət istiqamətləri
  • 3 Mənbələr
  • 4 Xarici keçidlər
  • “MDB ölkələri” şöbəsi.
  • “Avropa ölkələri və beynəlxalq təşkilatlar” şöbəsi
  • “ABŞ və Avropa ölkələri” şöbəsi
  • “Yaxın Şərq və Afrika ölkələri” şöbəsi
  • “Cənub-Şərqi Asiya ölkələri” şöbəsi
  • “Azərbaycan Respublikasının xarici siyasəti” şöbəsi
  • “Tərcümə, nəşriyyat və informasiya” şöbəsi

Fəaliyyət istiqamətləri Redaktə

  • Dünyada baş verən sosial-iqtisadi, siyasi və b. proseslərin təhlili, qiymətləndirilməsi, onların Azərbaycan Respublikasına mümkün təsirlərinin qısamüddətli və uzunmüddətli proqnozlaşdırılması.
  • Dünya siyasətinin təkamülü, Azərbaycan Respublikasının onda yeri və rolu.
  • MDB ölkələrində, ABŞ-da və Amerika qitəsində, Avropa, Yaxın Şərq və Afrika, Cənub-Şərqi Asiya ölkələrində daxili ictimai-siyasi və iqtisadi proseslər, dünya siyasətində tutduqları yer, xarici siyasətlərinin başlıca istiqamətləri, məqsədləri, həyata keçirilmə mexanizmləri və formaları, qarşılıqlı münasibətləri, Cənubi Qafqaz siyasətində Azərbaycan Respublikasının yeri, əməkdaşlığın perspektivləri.
  • Beynəlxalq təşkilatlarda gedən proseslər, onlarda ayrı-ayrı dövlətlərin yeri və rolu.
  • Dünya ölkələri siyasətçilərinin və ictimai xadimlərinin Cənubi Qafqaza, o cümlədən Azərbaycan Respublikasına dair baxışlarının öyrənilməsi və təhlil edilməsi.
  • Azərbaycan Respublikasının xarici siyasət məsələlərinin araşdırılması və proqnozlaşdırılması.
  • Tərcümə və nəşr işlərinin görülməsi, institutun fəaliyyəti haqqında saytın təmin edilməsi və məlumatların informasiya vasitələrində yayılması.
  • İnstitutun ilkin formalaşması mərhələsində ildə iki dəfə şöbələrin araşdırdığı problemlərə dair hazırlanan analitik materialların müvafiq dövlət orqanlarına göndərilməsi
  • Dünya Siyasəti İnstitutuArxivləşdirilib 2016-03-04 at the Wayback Machine

Xarici keçidlər Redaktə

Əlvida, Qərb: dünya siyasəti dəfn olundu

Hər il dünyanın ən nüfuzlu siyasətçilərini bir araya gətirən, Almaniyanın Münhen şəhərində keçirilən Təhlükəsizlik Konfransı bu il tam fərqli idi. Çünki dünyanın siyasəti dəyişir, indiyədək mövcud olan geosiyasi konstruksiyalar işlək və mütəhərrik olmadığından ciddi problemlər yarananda mexanizm yerində saymağa, axsamağa və hətta dayanmağa başlayır.

Həmişə və hər yerdə özünü stabillik, rifah, demokratiyanın nümunəsi, idealı və ibrət götürüləsi təqlid məkanı kimi təqdim edən Qərb ağrılar içində qovrulur. Ziddiyyətlər, qarşıdurmalar, pərişanlıqlar və zəifliklər Qərbi parçalamağa başladığından yeni reallıq dəyişikliklər, islahatlar tələb edir.

Qərb seçim qarşısındadır: ya dəyişərək özünü qorumalı, ya da hər şeyi olduğu kimi saxlayaraq məhvə doğru yeriməlidir.

Dünya siyasətinin “ağır çəkili” siyasətçiləri, dövlət və hökumət başçıları da dəyişən geosiyasətin prinsiplərini anladıqlarından yeni oyun qaydalarını müəyyənləşdirməyə çalışdılar.

Əvvəl başladılar ABŞ-dan.

“Əfsuslar olsun ki, ABŞ artıq Qərbin simvolik siyasi və mənəvi lideri rolunu oynaya bilmir. Birləşmiş Ştatların prezidenti postuna Donald Trampın seçilməsi, əslində, ABŞ-ın bayraqdar olduğu, hamının bənzəməyə çalışdığı və qibtə ilə baxdığı ənənəvi Qərbin sonudur. Avropanın qarşısında duran əsas məsələ bu itkilərin fəsadlarını azaltmaq, məhvdən qurtulmaqdır”.

Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinqer Tagesspiegel-ə müsahibəsində belə demişdi.

40 illik karyeraya malik çox təcrübəli, müdrik diplomatın dediyinə görə, o, Avropada belə qeyri-stabillik, Qərbin belə səbatsızlığını hələ görməmişdi.

İşinqerin müsahibəsindən daha bir iqtibas: “Təhlükəsizlik məsələlərinin həlli və xarici siyasət indiyədək sərt, anlaşılan qaydaları olan aydın fəaliyyət idi. indisə yeni, qarşılaşmadığımız, hədsiz dərəcədə xaotik şərtlərlə qarşılaşmışıq. Vəziyyət ifrat dərəcədə təhlükəlidir”.

Münhen Konfransının təşkilatçıları 90 səhifəlik “Post-Truth, Post-West, Post-Order?” (“Posthəqiqət, postqərb, postqayda?”) adlı məruzə hazırlamışdılar.

Qərb siyasətçiləri, Avropa Birliyi və NATO-nun analitikləri ilk dəfə olaraq etiraf etdilər ki, qlobal səviyyədə qarşıdurmalar artır, liberal sayılmayacaq siyasətçilərin və təşkilatların təsir imkanları artır.

Tvitter-də #MSCreport və #MSC2017 heşteqləri ilə yayılan, geniş və aktiv müzakirə edilən sənəddə əsas məsələlər dünya siyasətinin və xüsusilə də liberal demokratiyanın böhranı, Avropada təhlükəsizlik və müdafiə siyasətində qüsurlarla yanlışların sayının hədsiz artmasıdır.

ABŞ-dakı nüfuzlu Pensilvaniya Universitetinin “dünyanın ən yaxşı beyin mərkəzi” adlandırdığı Münhen Konfansı bu məruzənin hazırlanmasında bir sıra məşhur universitetlərlə və təşkilatlarla əməkdaşlıq edib.

Sənəddə əsas məqam budur: indi güc və vəhdətin tələb olunduğu anda Qərb parçalanıb, zəifləyib. Avropalı siyasətçilər bir-birləri ilə və ABŞ prezident Donald Trampla didişməkdə ikən Avropa Birliyi ölkələrində törədilən terror aktlarının sayı artır, ifrat sağçı və radikal millətçi partiyaların nüfuzu güclənir, Çin və Rusiya isə ekspansiya siyasətini davam etdirirlər.

“Belə narahat, təlaşlı və ağır dönəmdə Avropa Birliyində, Qərbdə qətiyyətli siyasət yürüdərək ənənəvi Qərb dəyərlərini qoruyacaq şəxs, qüvvə yoxdur. Situasiyada sürətli tənəzzül meylləri var. Üstəlik, saxta, yanlış xəbərlərin sayının artması nəticəsində adi insanlar, obıvatellər reallıqla əlaqəni itirir, yalanlara inanırlar”, – məruzədə deyilir.

Dünya siyasəti dağıldı. Yenisini qurmaq gərək.

Münhendəki Təhlükəsizlik Konfransında səslənən çoxsaylı çağırışlar, edilən nitqlər, aparılan müzakirələrin leytmotivi çox sadə cümlədir: “Mövcud dünya siyasəti dağılıb. Yenisini qurmaq gərəkdir”.

ABŞ-ın illərdən bəri yürütdüyü “Pax Americana” geosiyasi strategiyası artıq işləmir. Birləşmiş Ştatların dünya hegemonu kimi davranmasına, istənilən zaman istənilən ölkənin daxili işlərinə qarışmasına əsaslanan doktrina müqavimət gücü qarşısında zəifləyib. Birqütblü dünya, bir ölkənin hegemon sayıldığı vəziyyət ABŞ-ın özü üçün ciddi problemlər yaradıb.

Üstəlik, ən müxtəlif ölkələrdə “rəngli inqilab”lar vasitəsilə hakimiyyət dəyişikliklərinə yönəlmiş ssenarilərin sonucları gözlənilən və təxminlənən kimi olmadı.

Onillər əvvəl Britaniyanın o dönəmdəki baş naziri Uinston Çörçilin Fultondakı məşhur nitqi “soyuq savaş” və “dəmir pərdə”nin əsasını qoydusa, Münhendə dünən başa çatan konfrans bu savaşın yaramazlığını, “dəmir pərdə”nin də siyasətə dağıdıcı zərbələr vurduğunu etiraf etdi.

Münhendəki konfrans həm də ABŞ-ın dünya siyasəti arenasında tam, şəksiz və absolyut hegemoniyasının sonunun çatdığını konstatasiya etdi.

Rusiya və Çin müstəqil siyasət yürüdür, zərurət yarananda mövqelərini hədsiz sərt şəkildə qoruyurlar. Avropa Birliyi tarixinin ən ağır böhranının girdabınldadır. ABŞ-da isə hakimiyyətə Donald Tramp gəlib. O şəxs ki “America first!” (“İlk əvvəl Amerika!”) deyərək ölkənin daxili problemlərinin həllini dünya miqyasında amerikan demokratiyasının zor gücünə yayılmasından üstün tutur.

Amerikalılar təlaşdadır və məhz bu sbəbdən də qorxmuş avropalıları sakitləşdirmək üçün Münhen konfransına ABŞ-ın vitse-prezidenti Mayk Pens ilə müdafiə naziri, “Crazy dog” (“Quduz it”) ləqəbli Ceyms Mettis qatılmışdılar.

Facebook

GÜNDƏLİK AZƏRBAYCAN есть на Facebook. Чтобы связаться с GÜNDƏLİK AZƏRBAYCAN, войдите в существующий аккаунт или создайте новый.

GÜNDƏLİK AZƏRBAYCAN есть на Facebook. Чтобы связаться с GÜNDƏLİK AZƏRBAYCAN, войдите в существующий аккаунт или создайте новый.

GÜNDƏLİK AZƏRBAYCAN
Общедоступная группа
Присоединиться к группе
Общедоступная
Кто угодно может видеть участников группы и их публикации.
Кто угодно может найти группу.

Gündəlik QazaxGÜNDƏLİK AZƏRBAYCAN

Gündəlik Qazax

QAZAX RAYON İCRA HAKİMİYYƏTİNDƏ NÖVBƏTİ
VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB

Ещё реакции
Комментарии для этой публикации отключены.

Gündəlik QazaxGÜNDƏLİK AZƏRBAYCAN

Gündəlik Qazax

QAZAX RİH BAŞCISI RƏCƏB BABAŞOV NOVRUZ BAYRAMI ƏRƏFƏSİNDƏ

���� VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN MƏZARLANI ZİYARƏT EDİB

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən uğrunda canından keçən bütün … Ещё şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə, şanlı Zəfərdə payı olan qazaxlı oğullarımızın daim qəlblərdə yaşayacağını bildirib. Bu gün damarında azərbaycanlı qanı axan hər kəsin şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini, Azərbaycan xalqı və dövləti var olduqca şəhidlərimizin unudulmayacağını qeyd edib.

“Nəinki dövlət məmuru, hər… Ещё

Ещё реакции
Комментарии для этой публикации отключены.

Gündəlik QazaxGÜNDƏLİK AZƏRBAYCAN

Gündəlik Qazax

BU GÜN QAZAX BALA ÇAYLI K
���� ŞƏHİDİMİZ
SƏBUHİ MƏMMƏDOVUN DOĞUM GÜNÜDÜR

Səbuhi Məmmədov 1995-ci il martın 6-da Qazax rayonunun Bala Çaylı kəndində anadan olub.2001-2012-ci illərdə S.Həsənov adına Bala Çaylı … Ещё kənd tam orta məktəbində təhsil alıb.
Subay idi.
Səbuhi Məmmədov 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “gizir” hərbi rütbəsində xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Səbuhi Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan… Ещё

Ещё реакции
Комментарии для этой публикации отключены.

Gündəlik QazaxGÜNDƏLİK AZƏRBAYCAN

Gündəlik Qazax

İLK HƏRBİ TƏYYARƏÇİ

FƏRRUX AĞA MƏMMƏDKƏRİM AĞA OĞLU QAYIBOV

Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbov 1891-ci il oktyabrın 2-də Qazax qəzasının Qıraq Salahlı kəndində anadan olub. Ailədə dörd uşaq atası olan … Ещё Məmmədkərim ağa özü də hərbçi idi. O, əlahəzrət imperator adına Qafqaz Leyb-Qvardiya Konvoy Eskadronunun dördüncü müsəlman zavodunun yunkeri idi. 1877-ci il iyulun 27-də əlahəzrət imperatorun əmri ilə nizami qoşunlarında uzun illər nümunəvi xidmətinə görə, ona praporşik rütbəsi verilmişdir. Sonrakı illərdə Məmmədkərim ağa Qayıbov Qazax və Yelizavetpol qəzalarında məhkəmə rəisi, Cavanşir və Yelizavetpol (indiki Gəncə) quberniyalarında polis pristavlığında sahə rəisi vəzifələrində… Ещё

Ещё реакции
Комментарии для этой публикации отключены.

Gündəlik QazaxGÜNDƏLİK AZƏRBAYCAN

Gündəlik Qazax

İLK HƏRBİ TƏYYARƏÇİ

FƏRRUX AĞA MƏMMƏDKƏRİM AĞA OĞLU QAYIBOV

Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbov 1891-ci il oktyabrın 2-də Qazax qəzasının Qıraq Salahlı kəndində anadan olub. Ailədə dörd uşaq atası olan … Ещё Məmmədkərim ağa özü də hərbçi idi. O, əlahəzrət imperator adına Qafqaz Leyb-Qvardiya Konvoy Eskadronunun dördüncü müsəlman zavodunun yunkeri idi. 1877-ci il iyulun 27-də əlahəzrət imperatorun əmri ilə nizami qoşunlarında uzun illər nümunəvi xidmətinə görə, ona praporşik rütbəsi verilmişdir. Sonrakı illərdə Məmmədkərim ağa Qayıbov Qazax və Yelizavetpol qəzalarında məhkəmə rəisi, Cavanşir və Yelizavetpol (indiki Gəncə) quberniyalarında polis pristavlığında sahə rəisi vəzifələrində… Ещё

Ещё реакции
Комментарии для этой публикации отключены.

Gündəlik QazaxGÜNDƏLİK AZƏRBAYCAN

Gündəlik Qazax сейчас с Vuqar Nabiyev и ещё 3.

QAZAXDA
5-MART – BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜNƏ HƏSR OLUNMUŞ

Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. Hazırda Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. … Ещё
Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də Ümummilli Lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub. Martın 5-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş idman festivalı keçirilib.

Comments are closed, but trackbacks and pingbacks are open.