Press "Enter" to skip to content

Abdülsallam axundzadə peyğəmbərlərin həyatı

Mirzə Fətəli Axundzadə Şəki şəhərində anadan olmuşdur. Onun atası Cənubi Azərbaycanın Xamnə qəsəbəsindən olan Mirzə Məhəmmədtağı, anası isə şəkili Nanə xanımdır. Uşaq yaşlarından anasının əmisi Axund Hacı Ələsgərin himayəsində yaşayaraq fars və ərəb dillərini, Quranı öyrənmiş, klassik şairlərin əsərləri ilə tanış olmuşdur.

Mirzə Fətəli Axundzadə

Mirzə Fətəli Axundzadə Şəki şəhərində anadan olmuşdur. Onun atası Cənubi Azərbaycanın Xamnə qəsəbəsindən olan Mirzə Məhəmmədtağı, anası isə şəkili Nanə xanımdır. Uşaq yaşlarından anasının əmisi Axund Hacı Ələsgərin himayəsində yaşayaraq fars və ərəb dillərini, Quranı öyrənmiş, klassik şairlərin əsərləri ilə tanış olmuşdur.

Axund Hacı Ələsgər onun dini elmləri öyrənməsini, gələcəkdə ruhani olmasını istəsə də, o, müəllimi M.Ş.Vazehin təsiri ilə bu fikirdən daşınır, təhsilini Şəkidə açılmış ibtidai rus məktəbində davam etdirir. Onun dövlət qulluğuna meylini görən Axund Hacı Ələsgər Mirzə Fətəlini Tiflisə gətirib Qafqazın baş hakiminin dəftərxanasında Şərq dilləri üzrə mütərcim şagirdi kimi işə götürülməsinə nail olur.

Ömrünün sonuna qədər Şərq dilləri mütərcimi vəzifəsində çalışan M.F.Axundzadə Rusiya-İran və Rusiya-Türkiyə dövlətləri arasında aparılan bir sıra diplomatik danışıqlarda iştirak etmişdir.

O, bir müddət mütərcimliklə yanaşı, Tiflis qəza məktəbində işləsə də, dövlət qulluğunda işi çox olduğu üçün müəllimlikdən çıxmaq, öz yerini müəllimi M.Ş.Vazehə vermək qərarına gəlir. Tiflis ədəbi-mədəni mühiti, görkəmli ziyalılarla ünsiyyət M.F.Axundzadənin dünyagörüşünün, sənətə baxışının formalaşmasında, Şərq üzrə biliklərinin dərinləşməsində, Qərbi Avropa ədəbiyyatı ilə tanışlığında, bir sənətkar kimi püxtələşməsində mühüm rol oynamışdır. Həyatı gərgin mübarizələrdə keçən Mirzə Fətəli ömrünün sonlarında hökumət əleyhinə fəaliyyətdə günahlandırılaraq haqsız yerə işdən çıxarılmış, ağır xəstəlikdən sonra 1878-ci ildə vəfat etmişdir. O, Tiflisdəki müsəlman qəbiristanlığında, müəllimi Mirzə Şəfi Vazehin qəbrinin yanında dəfn olunmuşdur.

M.F.Axundzadə bədii yaradıcılığa lirik şeirlərlə başlamış, “Səbuhi” (səhər, sübh adamı) təxəllüsü ilə Azərbaycan türk dilində və farsca şeirlər yazmışdır. “Zəmanədən şikayət” şeiri süjetli lirikanın dəyərli nümunələrindən sayılır. A.S.Puşkinin ölümü münasibətilə fars dilində yazdığı “Matəm qəsidəsi” M.F.Axundzadənin ilk çap əsəridir. Sonrakı nəşrlərində əsər “Puşkinin ölümünə Şərq poeması” adlandırılmışdır. Mirzə Fətəlinin fars dilində yazdığı “Yeni əlifba haqqında mənzumə” avtobioqrafik səciyyə daşıyır. “Molla Əli”, “Hekayəti-Seyyid Molla Ələm Səlyani”, “Həcvi-Əbdürrəsul xan” şeirlərində isə ədib cəmiyyətdə və şər xislətli insanlarda gördüyü nöqsanları tənqid edir.

XIX əsrin ortalarında Azərbaycan həyatı komediya, satirik əsərlər üçün material ola biləcək ziddiyyətlərlə, konfliktlərlə zəngin idi. Məhz belə bir şəraitdə M.F.Axundzadə maarifçilik ideyalarını geniş yaymağa imkan verən dramaturji yaradıcılığa başlamışdır. Onun 1850-ci ildə yazılmış “Hekayəti-molla İbrahimxəlil kimyagər” adlı ilk komediyasında cəhalət və fırıldaqçılıq kəskin tənqid edilir. “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” (1850) komediyasında ədib gerilik, ətalət, cəhaləti gülüş hədəfinə çevirmiş, gəncləri inkişafa, dünyəvi elmləri öyrənməyə çağırmışdır. Mövzusu kənd həyatından alınmış “Hekayəti-xırs quldurbasan” (1851) komediyasında Bayramla Tarverdi arasında cərəyan edən münaqişə əsasında məişətdəki köhnə qaydalar, mühafizəkarlıq, zorakılıq tənqid edilir, qarşılıqlı məhəbbət, yeni ailə münasibətləri, qadın şəxsiyyətinə hörmət kimi məsələlər ön plana çəkilir.

“Hekayəti-vəziri-xani Lənkəran” (1851) komediyasının mövzusu xanlıqlar dövrünün həyatından götürülmüşdür. Əsərdə ailə-məişət münasibətləri, qarşılıqlı sevgi məsələsi feodal ictimai-siyasi həyatı, dövlət quruluşu ilə qarşılıqlı əlaqədə təsvir edilir. Ədibin xəsislik mövzusunda yazılmış “Hekayəti-mərdi-xəsis” (1852) komediyası qəhrəmanın adı ilə “Hacı Qara” da adlanır. Əsərin əsas gülüş hədəfi komik planda təsvir edilən tamahkar, acgöz, ikiüzlü tacir Hacı Qaradır. Komediyada ikinci satirik qəhrəman müflisləşmiş bəyliyin nümayəndəsi olan Heydər bəydir. Onun əməyə xor baxması, tüfeyli həyatı, oğurluq, quldurluq arzusu ilə yaşaması o dövrün ictimai bəlası kimi əsərdə tənqid hədəfinə çevrilmişdir. Sonuncu komediyası olan “Mürafiə vəkillərinin hekayəti” (1855) əsərinin mövzusu məhkəmə məmurlarının həyatından götürülmüşdür.

Çar hakimlərinin təqiblərindən qorunmaq üçün bir sıra əsərlərində olduğu kimi, bu əsərində də ədib hadisələrin Cənubi Azərbaycanda baş verdiyini təsvir edir.

Komediyanın əsas tənqid hədəfi olan Ağa Mərdan Halvaçı oğlunun simasında müəllif əyalət məhkəmə məmurlarının hiyləgərlik, fırıldaqçılıq, acgözlük kimi səciyyəvi xüsusiyyətlərini ümumiləşdirmişdir. Komediyanın əsas qəhrəmanı Səkinə xanım gənc Azərbaycan qadınlarının mütərəqqi görüşlərə meyilli, yeni, qabaqcıl nəslinin nümayəndəsidir.

M.F.Axundzadə “Aldanmış kəvakib” povesti ilə Azərbaycan ədəbiyyatı tarixində yeni realist bədii nəsrin dəyərli nümunəsini yaratmış, milli ədəbiyyatımızın gələcək inkişaf yollarını müəyyənləşdirmişdir.

  • Teqlər:
  • Azərbaycan ədəbiyyatı
  • , Mirzə Fətəli Axundov
  • , Mirze Feteli Axundov
  • , dramaturq

Abdülsallam axundzadə peyğəmbərlərin həyatı

Peyğəmbərlər haqqında bilmədikləriniz

1. Peyğəmbərlərin dillərinə gətirdikləri ən gözəl cümlə nə olmuşdur?
– Peyğəmbərlərin ən gözəl cümləsi “La ilahə illəllah” (Allahdan başqa ibadətə layiq məbud yoxdur) cümləsidir.

2. Hansı peyğəmbərin xəstəliyi 40 il çəkmişdir?
– Əyyub Peyğəmbərin xəstəliyi 40 il sürmüşdür.

3. Hansı peyğəmbərlərin iki adı olmuşdur?
– Bəzi peyğəmbərlərin iki adı olmuşdur: Məhəmməd (s) – Əhməd, Yunus – Zunnun, İsa – Məsih, Xızr – Məliqa, Yəqub – İsrail, Yuşə ibni Nun – Zulkufl.

4. Ən uzun ömülü peyğəmbər (ə) kimdir?
– Peyğəmbərlər arasında ən çox ömür sürən Nuh (ə) peyğəmbərdir.

5. Hansı peyğəmbərlər həyatı boyu evlənməyiblər?
– Həzrət İsa (ə) və Həzrət Yəhya (ə) subay dünyalarını dəyişiblər.

6. Hansı peyğəmbərlər yer üzünün hökmdarı olmuşlar?
– Yerin üzünün şahı olmuş peyğəmbərlər, Həzrət Süleyman və Zülqərneyndir (ə).

7. Həzrət Musanın (ə) qəbrini kim qazmışdır?
– Musa peyğəmbərin (ə) qəbrini Əzrayıl (ə) qazmışdır.

8. Hansı peyğəmbər 6 aylığında dünyaya gəlmişdir?
– Həzrət Yəhya (ə) altı aylığında dünyaya göz açmışdır.

9. Allah-təala Bəni İsraildən neçə peyğəmbər seçmişdir?
– 600 peyğəmbər Bəni İsraildən seçilmişdir.

10. Neçə peyğəmbər ərəbdilli olmuşdur?
– Dörd peyğəmbər ərəbdilli olubdur: Həzrət Hud (ə), Həzrət Saleh (ə), Həzrət Şüeyb (ə), Həzrət Məhəmməd (s).

11.Həzrət Nuhun (ə) peyğəmbərliyi nə qədər olmuşdur?
-Həzrət Nuhun (ə) peyğəmbərliyi min ilə yaxın olmuşdur.

12. Qul kimi bazarda satılan peyğəmbər kimdir?
– Qul kimi bazarda satılan peyğəmbər, Həzrət Xızr (ə) olmuşdur. (Beləki, bazarda bir dilənçi Həzrət Xızrdan (ə) kömək istəyir. Həzrət pulum yoxdur söyləsədə dilənçi israr edir. Həzrət dilənçiyə buyurur: Məni apar qul adı ilə bazarda sat. Dilənçi Həzrət Xızrı (ə) qul adı ilə 400 dirhəmə satır).

13. Hansı peyğəmbərin başı kəsilib?
– Başı kəsilən peyğəmbər, Həzrət Yəhyadır (ə).

14. İmam Hüseynə (ə) Kərbəlada əza saxlayan peyğəmbərlər hansılardır?
– Altı peyğəmbər Kərbəlada İmam Hüseynə (ə) ağlayıblar. Onlar Həzrət Adəm (ə), Həzrət İbrahim (ə), Həzrət Musa (ə), Həzrət İsmayıl (ə), Həzrət Nuh (ə) və Həzrət İsadır (ə).

15. Sonuncu cənnətə daxil olacaq peyğəmbər kimdir?
– İmam Sadiqin (ə) buyuduğuna əsasən peyğəmbərlər arasında sonuncu cənnətə daxil olan peyğəmbər, Həzrət Süleyman ibni Davuddur (ə). Buna səbəbsə, Həzrət Süleymana (ə) dünyada səltənət və sərvət verilməsidir.

16. Hal-hazırda yaşayan peyğəmbər kimdir?
– Hal hazırda sağ olan peyğəmbər, Həzrət İsadır (ə).

17. Müqəddəs Quran kitabında neçə peyğəmbərin adı çəkilmişdir?
– 25 peyğəmbəril adı Qurani-kərimdə zikr olunmuşdur: Adəm, Nuh, Hud, Saleh, İbrahim, Lut, İsmayıl, İdris, İshaq, Yaqub, Yusif, Şüeyb, Musa, Harun, Yunus, Süleyman, Davud, Əyyub, İlyas, Zəkəriyyə, Əlyəsə, İsa, Zulkufl, Yəhya, Məhəmməd (s).

18. Hansı peyğəmbərlər xalaoğlu olmuşlar?
– Həzrət İsa (ə) ilə Həzrət Yəhya (ə) xalaoğlu olmuşdur.

Əbdüssəlam Axundzadə

Axundzadə Əbdüssəlam Axund Vəliməmməd oğlu [1] — Qafqaz müsəlmanlarının V Şeyxülislamı, müəllim, yazıçı.

Mündəricat

Həyatı [ redaktə | mənbəni redaktə et ]

Əbdüssəlam Axundzadə 1843-cü ildə Salyanda doğulub. [2] İlk təhsilini atasından alıb, az müddətdə fars və ərəb dillərində yazıb oxumağı öyrənib. 1861–1868-ci illərdə Tiflisə gedərək Qafqaz Müsəlmanları Ruhani İdarəsi tərəfindən bu şəhərdə açılmış dini mədrəsədə ərəb və fars dillərində elm tədris edib. Gürcüstanın Qori Seminariyasında 1879-cu ildə seminariyanın müsəlman şöbəsinin açılışında Şirvanlı Seyid Əzim Şirvaniyə müəllimlik vəzifəsi uğrunda müsabiqədə qalib gəlmişdi. [3] 1883-cü ilə kimi Qori seminariyasında pedaqoji fəaliyyətini davam etdirmişdir. [4]

Şeyxülislamlığı [ redaktə | mənbəni redaktə et ]

1895-ci ildən 1907-ci ilə kimi Qafqaz (Zaqafqaziya) müsəlmanlarının şeyxülislamı vəzifəsini icra edib. O, dini ədəbiyyatın yayılmasına çox kömək edib, eyni zamanda dinə və şəriətə dair bir sıra kitablar yazaraq nəşr etdirib. Onun üç cildlik “Tarixi-müqəddəs-ənbiya”,”Risaleyi-Zübtədül əhkam” kitablarında müsəlmanların dini tələblərə uyğun olan itaətkar həyat tərzi təbliğ edilir. Müsəlman birliyinə aid rəvayətlər və s. yazıları da mövcuddur. Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına şeyxülislam Əbdüssəlam Axundzadə “Tarixi-müqəddəs” kitabını nəşr etdirmişdir. Çar hökuməti onu 1907-ci il noyabrın 18-də Qafqaz (Zaqafqaziya) Şiə Ruhani İdarəsinin sədri seçərək, ona şeyxülislam və mülki müşavir rütbəsi verib. O, dəfələrlə çar ordenlərinə layiq görülüb.

Ölümü [ redaktə | mənbəni redaktə et ]

Şeyxülislam Axund Əbdüssəlam Axundzadə 1907-ci ildə vəfat edib. Fəxri Valehoğluya görə Şeyxülislam və qızı 1905-ci il erməni müsəlman davasının fəsadlarının təsiri nəticəsində həlak olmuşdur. [5]

Əsərləri [ redaktə | mənbəni redaktə et ]

  • Cəhalət dərdinin dərmanı və tədavi üsulunun şərhi və bəyani.- S. Peterburq, 1889.- 16 s.- 17 sm.- Ərəb qrafikasında.
  • “Qəvaede Müxtəsəre Farsi bəraye mübtədayan” (Tiflis,1890).
  • Risaleyi-zübdətül-əhkam Tiflis: (Tiflis,1898/1315) — 74 s
  • “Miftahil lisani farsi”
  • “Sərfi müxtəsər”
  • “Xətti təlq və tətbiq”
  • “Moizə və nəsihətlər” (1903-cü ildə çap olunub)
  • “Ümdətül-əhkam”
  • “Kitab-müəllifi ətfal” (1897-ci ildə çap olunub)
  • “Müqəddəs peyğəmbərlərin tarixi” (1892-ci ildə yazılıb və 1893, 1901 və 1903-cü illərdə Bakıda təkrar çap olunub)

İstinadlar [ redaktə | mənbəni redaktə et ]

Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.

  1. ↑”Axundzadə Əbdüssəlam Axund Vəliməmməd oğlu”. 2021-06-14 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2018-05-10 .
  2. ↑”Faiq Vəlioğlu – Əbdüssəlam Axundzadə”. 2016-03-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2015-12-10 .
  3. ↑”Nazim Nəsrəddinov – Naxçıvanın Əshai Kəhfi – Olaylar.- 2013.- 26 dekabr.- S.13″. 2021-10-19 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2015-12-10 .
  4. ↑ Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 140.
  5. ↑ Valehoğlu, Fəxri — Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları, AMEA Tarix İnstitutu, 2013

Mənbə [ redaktə | mənbəni redaktə et ]

  • Fuad Nurullayev. Şeyxulislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə. Bakı, “Nurlar”, 2014, səh. 55–58. ISBN 978-9952-490-50-3

Comments are closed, but trackbacks and pingbacks are open.