İnsan coğrafiyası
İctimai əmək bölgüsünün inkişafı prosesində kənd təsərrüfatı iki sahəyə – bitkiçilik (əkinçilik) və heyvandarlığa bölünür. Bu sahələr arasındakı nisbətə görə ölkələr arasında kəskin fərq var. Aqrotexniki qaydalardan və elmi nailiyyətlərdən istifadə edən Avropa ölkələri, Şimali Amerika, Avstraliya və Yeni Zelandiyada məhsulların dəyərinə görə heyvandarlıq üstündür. Təbii şəraitlə bağlı (quraq iqlim, az məhsuldar torpaq) bəzi İOÖ-də (Yaxın və Orta Şərq, Uruqvay) heyvandarlıq əksəriyyət təşkil edir. IOO-in əksəriyyətində bitkiçilik üstündür. İEÖ-dən Yaponiya, İspaniya, Portuqaliya, Yunanıstanda bitkiçilik (Yaponiyada çəltik, digərlərində sitrus meyvəçiliyi) əsas yer tutur.
ETİ-in nailiyyətlərinə baxmayaraq, kənd təsərrüfatının təbiətdən asılılığı qalmaqdadır. Təbii şərait kənd təsərrüfatının ixtisaslaşmasına, yerləşməsinə, səmərəliliyinə (məhsuldarlığına) böyük təsir göstərir. Təbii ilkin şəraitə aiddir:
1. Kənd təsərrüfatının əsası olan torpaq resursları;
2. Aqroiqlim resursları (Günəş işığı, havanın temperaturu);
3. Torpağın təbii münbitliyi;
4. Heyvandarlıq üçün yem bazası olan bitki resursları.
Dünyanın kənd təsərrüfatının COĞRAFİYASI
Aqro-sənaye kompleksi (ASK). ASK-nə əhalinin ərzaq məhsulları və gündəlik tələbatını ödəyən külli miqdarda sahələr daxildir. ASK-də bitkiçilik, heyvandarlıq və yeyinti sənayesi mühüm rol oynayır. Buraya həm də kənd təsərrüfaına xidmət edən, kənd təsərrüfatının özü üçün, kənd təsərrüfatı məhsullarını emal edən müəssisələr üçün istehsal vasitələri istehsal edən sahələr daxildir.
Kənd təsərrüfatı insan fəaliyyətinin ən qədim və başlıca sahələrindən biridir. Hər bir ölkədə kənd təsərrüfatı və ona yaxın olan meşə təsərrüfatı, ovçuluq, balıqçılıq mövcuddur. Dünya əhalisinin 1,1 mlrd nəfəri (fəal əhalinin yarısı) bu sahədə çalışır. Lakin müxtəlif ölkələrdə kənd təsərrüfatında çalışanların sayı eyni deyil. Qərbi Avropada iqtisadi fəal əhalinin 9%-i, Şimali Amerikada 6%-i (ABŞ-da 2,8%), İOÖ-də 70-80%-i (Azərbaycanda 1/3—i) kənd təsərrüfatında çalışır.
Kənd təsərrüfatının inkişafının intensiv və ekstensiv yolları mövcuddur.
İntensiv yol mexanikləşdirmə, kimyalaşdırma, suvarma, meliorasiya və s. hesabına əmək məhsuldarlığının yüksəldilməsidir (hər hektardan daha çox məhsul almaq, hər heyvandan daha çox ət, süd əldə etmək). Bu yol böyük vəsait tələb edir və əsasən, İEÖ üçün səciyyəvidir. Ekstensiv yol əkin sahələrinin, otlaqların sahəsinin genişləndirilməsi, heyvanların, kənd təsərrüfatı müəssisələrinin sayının artırılması hesabına məhsul arümına nail olmaqdır. Bu yol İOÖ üçün səciyyəvidir.
Əkinçilikdə “yaşıl inqilab” (müasir aqrotexniki qaydalardan istifadə ilə bağlı məhsuldarlığın artması), heyvandarlıqda sənaye texnologiyası (broyler quşçuluğu, bekon donuzçuluğu), xüsusən Latın Amerikasında və Asiyada öz bəhrəsini vermişdir.
Qeyd: Yaşıl inqilab xırda təsərrüfatlara az tətbiq edilir.
İctimai əmək bölgüsünün inkişafı prosesində kənd təsərrüfatı iki sahəyə – bitkiçilik (əkinçilik) və heyvandarlığa bölünür. Bu sahələr arasındakı nisbətə görə ölkələr arasında kəskin fərq var. Aqrotexniki qaydalardan və elmi nailiyyətlərdən istifadə edən Avropa ölkələri, Şimali Amerika, Avstraliya və Yeni Zelandiyada məhsulların dəyərinə görə heyvandarlıq üstündür. Təbii şəraitlə bağlı (quraq iqlim, az məhsuldar torpaq) bəzi İOÖ-də (Yaxın və Orta Şərq, Uruqvay) heyvandarlıq əksəriyyət təşkil edir. IOO-in əksəriyyətində bitkiçilik üstündür. İEÖ-dən Yaponiya, İspaniya, Portuqaliya, Yunanıstanda bitkiçilik (Yaponiyada çəltik, digərlərində sitrus meyvəçiliyi) əsas yer tutur.
ETİ-in nailiyyətlərinə baxmayaraq, kənd təsərrüfatının təbiətdən asılılığı qalmaqdadır. Təbii şərait kənd təsərrüfatının ixtisaslaşmasına, yerləşməsinə, səmərəliliyinə (məhsuldarlığına) böyük təsir göstərir. Təbii ilkin şəraitə aiddir:
1. Kənd təsərrüfatının əsası olan torpaq resursları;
2. Aqroiqlim resursları (Günəş işığı, havanın temperaturu);
3. Torpağın təbii münbitliyi;
4. Heyvandarlıq üçün yem bazası olan bitki resursları.
Aqrar münasibətlər dedikdə torpaq üzərində mülkiyyət formaları, torpaqdan istifadə xüsusiyyətləri, kənd təsərrüfatında fəaliyyət göstərən sosial-iqtisadi qanunların xarakteri başa düşülür. İEÖ-də torpaq fondunun böyük hissəsi iri torpaq sahibkarlarının və şirkətlərin əlindədir. Dövlət özü də iri torpaq sahibkarıdır. Latın Amerikasında torpaq fondunun bir hissəsi latifundistlərin (iri torpaq mülkiyyətçiləri) əlindədir. Asiya və Afrikanın əksər ölkələrində xarici və yerli iri kapitalist plantasiyaları ilə yanaşı, kiçik və icma torpaq sahibkarlığı da geniş yayılmışdır.
Müasir kapitalist kənd təsərrüfatının səciyyəvi xüsusiyyəti torpağın iri sahibkarların əlində təmərküzləşməsinin güclənməsidir. Şərqi Avropa və Asiyanın bir çox ölkələrində torpaq sahibkarlığının yeni formaları – icarədar, kooperativ, fermer yaradılır.
Kənd təsərrüfatına yararlı torpaq resurslarını üç tipə ayırırlar:
1. Becərilən (əkin sahələri; ümumi torpaq fondunun 11%-i);
2. Təbii otlaq və biçənəklər (torpaq fondunun 24%-i);
3. Dincə qoyulan, az istifadə olunan, yaxud istifadə olunmayan torpaqlar (torpaq fondunun 2/3-si).
Kənd təsərrüfatı üçün yararlı torpaqlarm strukturu təbii şəraitdən asılıdır və kənd təsərrüfatının ixtisaslaşmasına təsir edir. Bu struktur tarixən dəyişir (meşələr əkin sahələrinə çevrilir, əkin sahələri yararsız hala düşür və s). Avropanın əksər ölkələrində kənd təsərrüfatına yararlı torpaqlar torpaq fondunun 50-70%-ni təşkil edir. Bu göstərici Macarıstan, Polşa, Danimarka, Böyük Britaniyada daha yüksək, dağlıq ölkələrdə – Skandinaviya (Norveç-3%), Albaniyada isə aşağıdır. Avropa ölkələrinin əksərində becərilən (əkin) sahələr, Böyük Britaniya, İsveç, Almaniyada çəmən və otlaqlar üstünlük təşkil edir.
Cənubi Amerikada kənd təsərrüfatına yararlı torpaqlarm payı 15-35%, Argentina və Uruqvayda (pampa və meşə-pampa) Orta Avropa səviyyəsindədir. Şimali və Mərkəzi Amerika ölkələri ərazisində kənd təsərrüfatına yararlı torpaqlar daha çox mənimsənilmişdir, otlaq və çəmənliklər isə üstünlük təşkil edir. Asiyada ərazinin kənd təsərrüfatı cəhətcə mənimsənilməsində kəskin fərqlər var. Yaponiya, Çin, Hindistan, Filippində əhalinin yüksək sıxlığı ilə bağlı kənd təsərrüfatı üçün yararlı torpaqlar az olsa da, ancaq tamamilə becərilir. Afrikada əkinə yararlı (becərilən) torpaqlar az, otlaqlar isə çoxdur. Avstraliyada becərilən torpaqlar 4-5%, otlaqlar isə çoxdur.
Kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin genişləndirilməsi meliorasiya, xüsusən suvarma hesabına baş verir. Son illər səth və yeraltı suların hesabına səhra və yarımsəhralarda yeni əkin sahələri yaradılmışdır.
Müxtəlif ölkələrdə kənd təsərrüfatının ixtisaslaşma səviyyələri müxtəlifdir. Əksər İEÖ-də ixtisaslaşma sahələri çoxdur (istər bitkiçilik, istərsə də heyvandarlıqda) və bu polikultur (poli – çox), İOÖ-də isə kənd təsərrüfatının ixtisaslaşması 1-2 sahə ilə təmsil olunur və bu monokultur (mono – tək) kənd təsərrüfatı adlanır.
Heyvandarlıq
Şimali Amerika, Avropa ölkələri, Avstraliya, Yeni Zelandiya, bir sıra Şərqi Avropa ölkələri üçün kənd təsərrüfatının aparıcı sahəsidir və intensiv xarakter daşıyır. İEOÖ üçün isə ekstensiv heyvandarlıq xarakterikdir. Heyvandarlıqda 3 sahə- qaramal, qoyunçuluq və donuzçuluq fərqlənir.
Qaramalın sayına görə Hindistan, Braziliya, Argentina, Çin, ABŞ, Rusiya fərqlənir.
Südlük və südlük-ətlik maldarlıq mülayim qurşağın meşə və meşə-çöllərində, ətlik maldarlıq isə mülayim və subtropik qurşağın quraq rayonlarında və dağlıq ərazilərində inkişaf etdirilir. Qərbi Avropa ölkələrində xüsusilə Norveç, Danimarka, Niderland, Fransa, Böyük Britaniyada intensiv, əmtəəlik südlük-ətlik maldarlıq xasdır. Əmtəəlik heyvandalıq Kanada, Yeni Zelandiya, Avstraliya ölkələri üçündə xasdır.
Donuzçuluq– Dünyada istehsal olunan ət məhsullarının 40%-i donuzçuluğun payına düşür. Onun yerləşməsi əhalinin sıx məskunlaşdığı rayonlara, iri şəhər aqlomerasiyalarına, intensiv heyvandarlıq mərkəzlərinə, kartof və şəkər çuğunduru əkinləri olan yerlərə meyil edir.
Ölkələr üzrə isə– Çin, ABŞ, Rusiya, Almaniya, Braziliya, Polşa, Fransa, fərqlənir.
Şimali Afrikada, Cənub-Şərqi Asiyada, Mərkəzi Asiyada və digər müsəlman ölkələrinin yayıldığı regionlarda donuzçuluq inkişaf etməmişdir.
Qoyunçuluq- Geniş otlaq sahələrinə malik ölkələrdə, dağlıq ərazilərdə inkişaf etdirilir. Daha çox quraq iqlimə malik ərazilərdə-səhra və yarımsəhra ərazilərdində tövlə şəraitində inkişaf etmişdir. Boliviya, Çili, Peru, Əfqanıstan, Monqolustan, Qazaxıstan, və s ölkələrə xasdır. Qoyunların sayına görə fərqlənən ölkələr- Avstraliya, Çin, Yeni Zelandiya, Rusiya, Hindistan, Argentina, Türkiyə, İran, Sudan və s seçilir.
Balıqçılıq– Balqçılıq məhsullarının 75-80% -i əhalinin ətə olan təlabatının ödələnməsinə sərf edilir.Hər il dünya əhalisinin istehlakı üçün 100 mln t balıq məhsulları istifadə olunur.
Dünya okeanında balıq məhsullarıın ovunun 85%- i həyata keçirilir. Burada 3 əsas ov rayonu ayrılır. 30 dərəcə şm.e -dən yuxarıda şimal balıq ovu rayonu yerləşir.
Balıqçılıq okean və dənizlərin hər yerində yayılır. Lakin onun məhsullarının yarısını 6 ölkə tutur.Yaponiya, Çin, ABŞ, Çili, Rusiya və Peru dünyada ən çox tutan ölkələrdir. Balıq ovunun 67% -i Sakit okeanın, 27% -i Atlantik okeanın, 6%-i Hind okeanın payına düşür.
Dünyada ən çox balıq ovlayan və balıq məhsulları istehsal edən ölkə Yaponiyadır. Balina ovuna görə fərqlənən ölkələr- Peru, ABŞ, Çili və s-dir.
Quşçuluq– sürətlə inkişaf edən, əhalinin ət məhsullarına olan tələbatını qısa müddətdə ödəyən, sənayeləşmiş intensiv kənd təsərrüfatı sahəsidir. Dünyada istehsal olunan ət məhsullarının ümumi həcmində quşçuluğun payı artır. Quşçuluq, xüsusilə broyler quşçuluğu iri şəhər aqlomerasiyalarına yaxın yerləşdirilir.
Arıçılıq– dağlıq ölkələrdə subalp və alp çəmənlərində( Boloviya, Peru, Qırğızıstan), mülayim qurşaqda( Ukrayna, Moldova, Polşa) inkişaf edir.
Baramaçılıq– Çin, Hindistan, İndoneziya, Hind-Çin ölkələri və Mərkəzi Asiyada daha yaxşı inkiçaf etmişdir.
Bitkiçiliyin (əkinçilik) suvarılan və suvarılmayan (dəmyə) tipi mövcuddur. Suvarma əkinçilik tropik, subtropik və mülayim enliklərin quru (arid) iqlim bölgələrində genişləndirilir. Əkinçiliyin başlıca sahələri taxıl (dənli bitkilər), texniki bitkilər, tərəvəzçilik, kartof və meyvəçilikdir. Əkinçilikdə istehsal olunan məhsulun əsas hissəsi birillik bitkilərdir.
Taxıl bitkiləri dünya kənd təsərrüfatının əsasıdır. Dünya əkin sahəsinin yarısını (0,7 mlrd ha) taxıl bitkiləri tutur. Taxıl bitkilərinin yayılma arealı əhalinin yerləşməsinə uyğundur. Şimali Amerika, Avstraliya və Argentinada taxıl istehsalı iri, seyrək məskunlaşmış sahələrə əsaslanır. Avropada isə məhdud torpaq resursları yüksək intensivlik tələb edir. Dünyada taxıl istehsalı 2 mlrd tona çatmışdır (adambaşına 3 sentner). Lakin müxtəlif qrup ölkələr arasında adambaşına taxıl istehsalı kəskin sürətdə fərqlənir (Şimali Amerika və Afrika ölkələri arasında 10 dəfə fərq var). Taxıl istehsalının 80%-ni buğda, çəltik və qarğıdalı təşkil edir. Başlıca taxıl bitkilərinin coğrafiyası həm əhalinin ənənəsi, həm də aqroiqlim tələbləri ilə müəyyən edilir.
Buğda dünya əhalisinin yarısı üçün əsas ərzaq bitkisidir, 70-dən çox ölkədə becərilir. Aqroiqlim şəraitinə az tələbkardır, dağlıq ərazidə və düzənlikdə, tropik və mülayim qurşaqlarda da becərilə bilər (əsasən meşə-çöl və çöllər). Əsas əkin rayonları ABŞ və Kanadanın preriləri (Mərkəzi və Böyük düzənliklər), Argentina pampaları (La-Plata ovalığı), Rusiya stepləri, Avstraliya, Qazaxıstan, Ukrayna çölləri, Çinin şərqidir. Buradakı ixtisaslaşmış təsərrüfatlar dünyanın taxıl mənbəyidir.
Əsas buğda istehsalçıları Çin, ABŞ, Hindistan, Rusiya, Fransa, Kanada, Avstraliya, Ukrayna, Qazaxıstan, Argentina, Türkiyə və s.-dir. Ən iri buğda ixracatçıları ABŞ, Kanada, Avstraliya, Fransa, Argentinadır. Əsas idxalçılar Afrika, Asiya, Latın Amerikası ölkələri (ərzaq məqsədilə), Qərbi Avropa ölkələri və Yaponiyadır (yem məqsədilə).
Çəltiyin (düyü) vətəni Asiyadır. Yığımın 9/10-u Asiyanın payına düşür. Tropik və musson subtropikləri bitkisidir. İstiyə, rütubətə, gilli torpağa, hamar relyefə tələbkardır. Daha çox əməktutumludur. Əkin sahəsi buğdaya nisbətən 2 dəfə azdır, lakin ildə 2 dəfə məhsul götürmək əsasında yığımı buğda ilə təxminən eynidir. Əsas istehsalçıları Çin, Hindistan, İndoneziya, Tailand, Myanma, Banqladeş, Vyetnam, Yaponiya və s. ölkələrdir. Çəltik istehsalçıları həm də onun əsas istehlakçılarıdır. Beynəlxalq ticarəti buğdaya nisbətən məhduddur və əsasən, Asiyada gedir. İri ixracatçıları Tailand, Vyetnam, Myanma, əsas idxalçılar Banqladeş, Malayziya, Sinqapur və s.-dir.
Qarğıdalının vətəni Mərkəzi Amerikadır. Rütubətə və istiliyə tələbkardır. Qarğıdalı yığımının yarısı ABŞ-m, 1/3—i Latın Amerikası ölkələrinin (Braziliya, Meksika, Argentina) payına düşür. Bundan əlavə, qarğıdalı əkinləri Asiyada Şimal və Şərqi Çin, Şimali Hindistan, Kiçik Asiyanın Qara dəniz sahili, Afrikada Misir və CAR, Avropanın cənub və cənub-şərqində yayılmışdır. Əsas ixracatçılar ABŞ, Argentina, CAR, idxalçılar Avropa ölkələri (Böyük Britaniya, AFR, Niderland) və Yaponiyadır.
Afrikada hələ də Afrikanın bir sıra ölkələrində əhalinin əsas qidasıdır.
Texniki bitkilər sənaye üçün xammal kimi istifadə olunan bitkilərdir. Texniki bitkilər lifli (pambıq, sizal, kətan, kənaf, cut), şəkərli (şəkər qamışı, şəkər çuğunduru), yağlı (günəbaxan, soya, araxis, raps), efiryağlı, kauçukverən (heveya), dərman bitkiləri və s.-dən ibarətdir. Keçmişdə, əsasən, cənub ölkələrində becərilən şəkər qamışı, pambıq, cut, heveya, çay, qəhvə və s. “müstəmləkə bitkiləri” adlandırılırdı. Texniki bitkilərin bir çoxundan iki məqsədlə istifadə edilir (pambıq, kətan, çətənə həm lifli, həm də yağlı bitkilərdir).
Mülayim qurşağın bitkiləri- günəbaxan, kartof, kətan və şəkər çuğunduru
Tropik və subekvatorial qurşağın bitkiləri- Qəhvə, kakao, çay, şəkər qamışı, heveya, və s
Subtropik qurşağın bitkiləri( əsasən Aralıq dənizi tipi)– Zeytun, limon, portağal, üzüm və s-dir.
Pambıq tropik və subtropik enliyin quraq iqlimə malik regionlarında becərilir.
Şəkər qamışı plantasiyaları və qamış şəkərinin istehsalı, əsasən, Latın Amerikası və Asiyanın İOÖ-də (Braziliya, Hindistan, Kuba, Çin, Meksika, Pakistan, Kolumbiya, İndoneziya), həmçinin ABŞ və Avstraliyada toplanmışdır. İxracatçıları Braziliya, Avstraliya, Kuba və s., idxalçılar Avropa ölkələri, Yaponiya, ABŞ və s.-dir.
Şəkər çuğunduru mülayim qurşaq bitkisidir. Əsas istehsalçıları Fransa, Ukrayna, ABŞ, AFR, Rusiya, Çin, İtaliya, Polşa, Türkiyə və s.-dir. Çuğundur şəkərinin xarici ticarəti xeyli zəifdir, əsasən, daxili bazara xidmət edir.
Həm şəkər qamışı həm də şəkər çuğunduru becərən ölkələr: ABŞ və Çindir.
Pambıq– Lifli bitkilər arasında daha əhəmiyyətlidir. O, həm də yağlı bitkidir. Pambıq subtropik və tropiklərdə 20-40° şm.e. arasında daha geniş yayılıb. Böyümə dövründə rütubət, yetişmə dövründə isti və quru hava şəraiti tələb edir. Odur ki, süni suvarma rayonlarında becərilir. İllik yığımı 15-16 mln tondur. Əkin sahəsi və yığıma görə Asiya I, Amerika II, Afrika( Misir, Sudan) III-dür. Əsas istehsalçıları Çin, ABŞ, Hindistan, Özbəkistan, Pakistan, Braziliya, Meksika, Avstraliya, Türkiyə, Misir və s.-dir. İxracatçılar Braziliya, Meksika, Misir, Sudan, Özbəkistan, Türkmənistan, idxalçılar Avropa ölkələri və Yaponiyadır.
Dekan, Braziliya yaylalarında, Kür-Araz və Turan ovalıqlarında əkilir
Kətan mülayim enliklərdə əsasən qarışıq, enliyarpaq meşə qurşağında becərilən lifli texniki bitkidir. Əsas istehsalçıları Rusiya( Orta Rusiya), Ukrayna, Polşa, AFR, Belarus, Kanada və s-dir.
Cut əsasən, Cənubi Asiyada (Hindistan, Pakistan, Banqladeş, Şri-Lanka), toxuculuq sənayesində istifadə edilir.
Çay rütubətli tropik və subtropik iqlimdə becərilir. Əsas becərmə rayonları Asiya (3/5-ü), xüsusən Hindistan, Çin, Şri-Lankadır. İndoneziya, Türkiyə, İran, Keniya, Argentina, Gürcüstan və başqa ölkələrdə də becərilir. İxracatçılar Hindistan, Çin (yaşıl çay), Şri-Lanka, İndoneziya və s., idxalçılar Böyük Britaniya, Rusiya, ABŞ, Kanadadır.
Tütün Vətəni və ən iri istehsaçıları Mərkəzi Amerika ölkələri xüsusilə ABŞ, Kuba, Meksika, Braziliya, Kolumbiya Türkiyə və s.-də becərilir.
Qəhvə Əsaəsn tropik, subekvatorial qurşağın bitkisidir. Vətəni Efiopiyadır. Başlıca istehsalçıları Latın Amerikasında Braziliya, Kolumbiya, Venesuela, Mərkəzi Amerika ölkələri və s-dir. Asiyada isə Hindistan, İndoneziya və Hind-Çin ölkələrində yetişdirilir. Əsas ixracatçılar Braziliya, Kolumbiya (yüksək keyfiyyətli), idxalçılar ABŞ və Qərbi Avropa ölkələri və Rusiyadır.
Kakao əkinləri qəhvə əkinlərinə uyğun gəlir və daha çox sahil rayonlarına, adalara meyl edir. Vətəni Latın Amerikasıdır. Yığıma görə Afrika (Kot-d’İvuar, Qana, Kamerun, Nigeriya), Latın Amerikası (Braziliya, Ekvador, Kolumbiya, Venesuela, Meksika) ölkələri fərqlənirlər. Yığımın 90%-i dünya bazarına çıxarılır. Başlıca idxalçılar Şimali Amerika, Avropa ölkələri, Yaponiyadır.
Kartof (“ikinci çörək”, vətəni Latın Amerikasıdır) şimal yarımkürəsinin mülayim qurşağında geniş yayılıb. Yığıma görə Çin, Rusiya, Hindistan, ABŞ, Polşa fərqlənirlər. Həm də texniki bitkidir.
Tropiklərdə batat – şirin kartof əkini geniş yayılıb.
Qeyd: Dünyada tərəvəz istehsalında Çin, üzüm istehsalında İtaliya, banan – Braziliya, portağal və limona – ABŞ, zeytun yığımına görə İspaniya, kauçuk istehsalına görə Cənub Şərqi Asiya ölkələri( İndoneziya, Malayziya) Fındıq istesalına görə Türkiyə, araxis və çay istehsalına görə Hindistan I yeri tutur.
Heveya – Kimya sənayesində xammal kimi istifadə edilir, əsas becərilmə arealı Cənubi və Cənub Şərqi Asiya olsa da, vətəni Cənubi Amerikadır.
Hazırladı: Osman Eminov
İnsan coğrafiyası
İnsan coğrafiyası coğrafiyanın iki əsas sahəsindən biridir ( fiziki coğrafiyaya qarşı) və tez-tez mədəni coğrafiya adlanır. İnsan coğrafiyası, dünyanın müxtəlif yerlərində olan bir çox mədəni cəhətdən və insanların müxtəlif sahələrdə davamlı olaraq hərəkət etdikləri yerlərdən və yerlərdən qaynaqlandıqları yerlər ilə necə əlaqəli olduğunu öyrənir.
İnsan coğrafiyasında tədqiq edilən əsas mədəni hadisələrin bəziləri dil, din, müxtəlif iqtisadi və hökumət strukturları, sənət, musiqi və digər sahələrdə fəaliyyət göstərən insanların necə və / və ya niyə işlədiyini izah edən digər mədəni aspektləri əhatə edir.
Qloballaşma mədəniyyətin bu spesifik aspektlərini dünyanın hər yerində asanlıqla keçməyə imkan verdiyi kimi, insan coğrafiyasında da getdikcə daha vacibdir.
Mədəniyyət mənzərələri də mədəniyyətin insanların yaşadığı fiziki mühitə bağladığı üçün də vacibdir. Bu vacibdir, çünki bu, mədəniyyətin müxtəlif aspektlərinin inkişafını məhdudlaşdıra bilər və ya tərbiyə edə bilər. Məsələn, kənd ərazisində yaşayan insanlar, ətraf ərazilərdə yaşayan təbii mühitə daha çox mədəniyyətlə bağlıdırlar. Bu, coğrafiyanın Dörd ənənələrində “İnsan-Torpaq ənənəsi” nin mərkəzindədir və təbiətə insan təsirini, təbiətin insana təsirini və insanların ətraf mühitin qəbulunu öyrənir.
İnsan coğrafiyasının tarixi
Kaliforniya Cəmiyyətindən, Berkeley’den inkişaf edən və Carl Sauer tərəfindən idarə olunan insan coğrafiyası. O, coğrafi tədqiqatın müəyyən bir hissəsi kimi landşaftlardan istifadə etdi və mədəniyyətlərin landşaft üzündən inkişaf etdiyini, həm də mənzərəni inkişaf etdirməyə kömək etdiyini söylədi.
Bununla yanaşı, onun işi və mədəni coğrafiyası bu gün fiziki coğrafiyanın əsas icarəsi olan kantitativ deyil, çox keyfiyyətlidır.
İnsan Coğrafiyası Bu gün
Bu gün insan coğrafiyası hələ də tətbiq olunur və feminist coğrafiya, uşaq coğrafiyası, turizm tədqiqatları, şəhər coğrafiyası, cinsiyyət və məkan coğrafiyası və siyasi coğrafiya kimi daha ixtisaslaşmış sahələr mədəni təcrübələrin öyrənilməsində daha da inkişaf etdirilir. fəaliyyətlərini dünyaya yaymaq kimi fəaliyyət göstərir.
Dünya Haritası (Siyasi): Yüksek Çözününürlüklü (Büyük), Renkli Dünya Siyasi Haritası
Dünya siyasi haritası ülke ve kıta sınırlarını uzunluk ve alan hesaplamalarını gösterir. Yer şekilleri ve coğrafi bilgiler yer almaz. Bu bilgilerden yola çıkarak dünya siyasi haritasının ne anlama geldiğini öğrenebilir ve buna göre yüksek çözünürlüklü siyasi haritalar ne işe yarar? Büyük ve renkli siyasi harita nedir? Detayları ile öğrenebilmeniz için tüm bilgileri derledik.
Kıta ve ülke sınırlarını gösteren haritalara siyasi harita denilmektedir. Örneğin dünya siyasi haritası gibi uzunluk ve alan hesaplamaları için kullanılır. Yer şekilleri hakkında bilgi vermezler.
Haberin Devamı
Dünya Haritası (Siyasi) Nedir?
Dünya üzerinde bulunan ülke ve kıtaların birbiri ile olan sınırların, yüz ölçümleri minimal hale getirilmiş boyutu ile ne kadar yer kapladığı hangi ülkenin hangi kıtada olduğunu görmemize yarayan harita çeşidine dünya siyasi haritası denilmektedir. Uzunluk ölçme amacıyla alan ve çap hesaplamada kullanılan siyasi haritalar ülkelerin çevrelerinde bulunan ülke ve komşularını hangi bölgede hangi komşunun yer aldığını göstermektedir. Tüm bunların yanı sıra kıta ve ülkelerin hangi denize kıyısı olduğunu bu denizlerin hangi ülke ve kıyı bölgelerini içerdiğini görmek için siyasi haritalara bakılmaktadır.
Haberin Devamı
Yüksek Çözünürlüklü Dünya Siyasi Haritası Ne İşe Yarar?
Siyasi haritalar ülke ve kıtaların uzunluk ve alanlarının hesaplanmasında kullanılır. Bu nedenle yüksek çözünürlüğe sahip bir dünya siyasi haritasına bakarak kıtaları, kıtalar içerisinde birbirine komşu olan ülkeleri, bu ülkelerin sınır boylarını, ayrıca hangi denize kıyısı olduğunu görebilirsiniz. Örnek verecek olursak yüksek çözünürlüklü bir dünya siyasi haritasına bakarak;
Avrupa kıtasında yer alan ülkeleri
Asya ve Okyanusya kıtalarında bulunan ülkeleri
Afrika kıtasında yer alan ülkeleri
Rahatlıkla görmeniz mümkün olduğu gibi bu ülke sınır boylarının uzunluklarını hangi denizde sınırların ne boyda olduğunu da görebilirsiniz. Çözünürlük arttıkça detay ve derinlik de artar ince bir hesaplama söz konusudur.
Büyük ve Renkli Dünya Siyasi haritası Ne İşe Yarar?
Dünya siyasi haritalarında yüksek çözünürlük önemlidir. Böylelikle daha net bilgiler elde edilebilir. Ancak renklendirme belirli bir dayanak olmaksızın çizim yapan haritacıya aittir. Örneğin Amerika kırmızı, Rusya mavi görülebilir. Siyasi haritalarda önemli olan uzunluk alan hesaplamalarının yapılabilmesidir.
Comments are closed, but trackbacks and pingbacks are open.