Dunyada en cox oxunan kitablar
6. “Çovdarlıqda uçurumdan qoruyan” – Selincer
Oxunmasına qadağa qoyulan kitablar
İndi dünyanın ən şedevr əsərləri kimi tanınan, artıq klassikya çevrilmiş bəzi bədii nəsr nümunələrinin bir zamanlar ən alçaldıcı ittihamlara məruz qalaraq qadağan edildiyini bilirsinizmi? Qadağan edilənlər içərisində kimlər yoxdu ki, Mark Tven, Ceyms Coys, Selincer və digərləri. Onların hansı səbəblərdən dolayı qadağan edildiyini biləndə təəccüblənəcəksiniz. Beləliklə, qadağan edilən 10 klassik bədii nəsr nümunəsini sizlərə təqdim edirik.
1. “Uliss” – Ceyms Coys
Homerin “İliada” əsərindən təsirlənərək yazılan əsərdə Leopard Blumun Dublində keçirdiyi bir gündən bəhs edilir. Hər iki kitab arasında üstüörtülü və aşkar paralellər var. Kitab nəşr olunan zamandan mübahisələrə və senzuralara məruz qalıb. Kitab Böyük Britaniyada 1930-cu illərə qədər qadağan idi.
2. “Heklberi Finnin macəraları” – Mark Tven
Məşhur Amerikalı yazıçı Mark Tvenin bu kitabında gənc qəhrəman Heklberi Finnin və Missisipi çayının ətrafında yaşayan əhalinin həyatından bəhs edilir. Kitab kobud dildə yazıldığına və irqi stereotiplərdən istifadə edildiyinə görə bir çox mübahisələrə səbəb olub və ABŞ-da müəyyən müddət ərzində qadağan edilib.
3. “Kandid” – Volter
“Kandid” optimizm nəzəriyyəsinə inanan eyni adlı qəhrəmanın həyatından bəhs edən satirik əsərdir. Həyatda çox çətinliklərlə üzləşən Kandid bu həyat tərzindən əl çəkməli olur. Kitab Volterə həm böyük şöhrət gətirib, həm də böyük skandala səbəb olub. Əsərin gizli çapından dərhal sonra, dini blasfemiyada, siyasi fitnə fəsad törətməkdə ittiham olunub və qadağan edilib.
4. “Ecazkar, yeni dünya” – Oldos Haksli
Əsərdə təsvir olunan dünya utopiyadır, insanlar qayğısız, tibb və texnologiya yüksək səviyyədə inkişaf edib. Müharibə və yoxsulluq ləğv edilib və hamı həmişəlik xoşbəxtdir. İroniya isə ondadır ki, xoşbəxtliyə insanların varlığı üçün önəmli olan ailə, mədəniyyət, incəsənət, ədəbiyyat, din və fəlsəfə kimi məhfumların məhv edilməsiylə nail olunub. Kitab dilə, ailəyə və dinə qarşı olması ittihamıyla İrlandiyada qadağan olunub.
“1984″ Uinston Smitin totalitar, utopik bir ölkədə məhv olan həyatından bəhs edir. “1984″ dəfələrlə müxtəlif səbəblərə görə tənqid olunub.Kitab çap olunan zaman Amerikada “kommunizm təbliğ” etdiyinə görə və əsərdəki açıq seksual səhnələrə görə tənqid edilib. İroniya isə ondan ibarətdir ki, keçmiş SSRİ-də də “1984″ kommunizmə edilən hücum kimi qiymətləndirilib və qadağan edilib
6. “Çovdarlıqda uçurumdan qoruyan” – Selincer
Əsərdə Holden Kolfildin təhsil aldığı “Pensey Prep” kollecindən qovulmasından sonra, Nyu-Yorkda başına gələn hadisələrdən bəhs edilir. “Çovdarlıqda uçurumdan qoruyan” əsərində işlədilən kobud ifadələr və sözlərə, cinsəllik və yeniyetməlik problemlərinin təsvirinə görə mübahisələrə səbəb olub.
7. “Siçanlar və İnsanlar” – Con Steynbek
“Siçanlar və İnsanlar” romanı Nobel mükafatlı yazıçı Con Steynbek tərəfindən 1937-ci ildə yazılıb. Əsərdə Corc Milton və Lenni Smolun Böyük Böhran dövründəki faciəvi həyatından danışılır. “Siçanlar və İnsanlar haqda” tez-tez dilinin vulqar olmasına görə senzuraya məruz qalıb. Əsər bir sıra Amerika ictima və məktəb kitabxanalarında və dərs cədvəlində “evtanaziyanı yaymaq”, “irqi ayrı-seçkiliyə göz yummaq” və vulqar dilə sahib olması iddialarıyla qadağan olunub.
8. “Tom Dayının daxması” – Biçer Stou
“Tom dayının daxması” Amerikalı yazıçı Harriet Biçer Stounun quldarlıq əleyhinə yazdığı məşhur romanıdır. 1852-ci ildə nəşr edilən kitabın Amerikada quldarlığa və Afro-amerikanlara olan münasibətinin dəyişməsində mühüm rolu olub. Əsər çox tərif qazansa da, onu pisləyənlər də az olmayıb. Kitab Amerikanın cənubunda “abolsionist təbliğatı” kimi qiymətləndirilərək qadağan olunub və bir sıra quldarlıq tərəfdarı cənublu yazıçılar əsərə cavab olaraq “Anti-Tom ədəbiyyatı” silsiləsinə daxil olan əsərlər yazıblar.
9. “Milçəklərin Tanrısı” – Uilyam Qoldinq
“Milçəklərin Tanrısı” Nobel mükafatı laureatı Uilyam Qondinq tərəfindən yazılmış alleqorik əsərdir. Əsər qəza nəticəsində adaya düşən və burada yaşamağa məcbur olan bir qrup uşağın simasında insan tərəfindən yaradılan sivilizasiyanın məhv olduğunu, insanların həmişəlik vəhşilərə çevrildiyini göstərir. Əsər insanın heyvandan başqa bir şey olmadığını iddia etdiyinə görə və zorakılıq səhnələrinə,vulqar dilinə, irqçilik, qadınların, azlıqların, şikəstlərin və Tanrını alçaldan ifadələrdən istifadə edilməsi iddialarıyla qadağan olunub.
10. “Şeytan ayələri” – Salman Rüşdi
İlk dəfə 1988-ci ildə çap edilən əsər qismən Məhəmməd peyğəmbərin həyatından təsirlənərək yazılıb. Bu kitabda Rüşdi bir sıra “Quran” ayələrindən istifadə edərək, dinin bəzi aspektlərini ələ salır. Kitab Birləşmiş Krallıqda müsbət qarşılanmasına baxmayaraq, Ayətulla Xomeyni fətva verib və bütün müsəlmanları Rüşdini öldürməyə çağırıb.
Müəllif: Nərmin Məmmədova
Çətin oxunan kitablar
- Teqlər:
- qadağan olunmuş kitablar
- , Mark Tven
- , Ceyms Coys
- , Volter
Dunyada en cox oxunan kitablar
Bu gün sizə dünyada ən çox oxunan kitablar haqqında söhbət açmaq istəyirik. Dünyanın ən çox oxunan kitabları sırasında hansı kitabın birinci olduğunu görəndə həqiqətən təəccüblənəcəksiniz.
Anna Frank: “Anna Frankın gündəliyi”
Kitab 2-ci Dünya müharibəsi dövründə baş verən hadisələrdən bəhs edir. “Anna Frankın gündəliyi” adlanan bu kitab balaca yəhudi qızcığaz Annanın apardığı qeydlərə əsasən yaradılıb. Nasist işğalı zamanı Hollandiyada yaşayan insanların acınacaqlı taleyindən bəhs edən balaca qız bu çətin dönəmdə özünün və digər sığınacaq axtarışına çıxan insanların çətin həyatlarından danışır. Ürəkdağlayıcı bu hekayə 67 fərqli dilə tərcümə olunub və 67 milyon nüsxədən çox kitab satılıb.
Napoleon Hill: “Düşün və zəngin ol”
Bir sözlə, bu kitab istənilən fəaliyyət sahəsində uğur qazanmağın 13 addımı haqqında söhbət açır . Kitabın müəllifi Napoleon Hill özü bu dərsləri sınaqdan keçirərək, apardığı qeydlər nəticəsində gözəl bir hekayə yaradır. Gənc olduğu zamanlar çox əziyyətlərdən keçən Napoleon Hill təhsil almaq üçün çox çalışmalı idi və onun əziyyətlərini görən yaxın dostu Endryu Karnegi onu bu kitabı yazmağa sövq edir. Bu kitab oxucular tərəfindən çox sevilir və kitabı oxuyan hər bir insan sanki öz həyatına aid olan bir parçanı burada tapır. Kitab 30 milyon nüsxə satılaraq, dünyada ən çox oxunanların siyahısına daxil olub.
Margaret Mitçel: “Küləklə sovrulanlar”
Anadan olduğu Atlanta şəhəri Margaret Mitçelin sayəsində bütün dünyada tanınır. Onun həyat hekayəsi, sanki “ Küləklə sovrulanlar” romanının qəhrəmanı Skarletin həyatının tam ekvivalentidir. Romanda qələmə alınan hadisələr vətandaş müharibəsi zamanını təsvir edib. Margaret Mitçel romanı 10 il müddətində yazıb və oxucular tərəfindən çox sevilən bu kitab 190 dəfə yenidən nəşr olunmuşdur. Hətta 1939-cu ildə ekranlaşdırılan bu roman Oskar almış ilk rəngli film kimi tarixə düşmüşdür. “Küləklərlə sovrulanlar” romanından sonra çox məşhurlaşan Mitçel çoxsaylı oxucu müraciətlərinə baxmayaraq, daha heç bir əsər yaratmır. Gənc yaşında avtomobil qəzasında həyatını itirən Margaret Mitçel özündən xatirə olaraq yalnız dillərə düşən məşhur romanını qoyur.
Stefani Mayer: “Tutulma”
ABŞ-da Stefani Mayer tərəfindən yazılan “Tutulma” dünyada qaniçənlər haqqında ən çox oxunan bir roman oldu. Bu romanda Bella Svon və onun sevgilisi qaniçən olan Evdard Kallenin sevgi hekayəsindən bəhs edilir. Romanda Bella sevgilisi Edvard və dostu “canavar adam” olan Ceykoba qarşı olan hissləri arasında bir çıxış yolu tapmağa çalışır. “Tutulma” romanında yer alan mövzulardan biri də Siyetl şəhərində baş verən mistik hadisələrdir. Tənqidçilər romanın cazibədar və romantik olduğunu söyləsələr də, bu kitaba birmənalı şəkildə reaksiya göstərərək, onun uğur qazanacağına heç inanmırdılar. Lakin buna baxmayaraq, “Tutulma” romanı müəllifinə böyük uğur gətirdi. Dünya xalqlarının 37 dilinə tərcümə edilmiş və 43 milyon nüsxə satılan bu roman hətta 2010-cu ildə ekranlaşdırılaraq mükafata layiq görülür.
Con Ronald Ruel Tolkien: “Üzüklərin hökmdarı”
“Üzüklərin hökmdarı” XX əsrin ən məşhur və tanınmış əsərlərindən sayılır. Fantaziya janrında yazılan bu kitabda sehirli üzükdən bəhs edilir. 1937-1949-cu illərdə yazılan kitab, İkinci Dünya müharibəsi dövründə yazılmışdır. Əvvəlcə bircildlik əsər olsa da, sonradan 3 hissədə dərc olunmuşdur: “Üzük qardaşlığı”, “İki qala” və “Kralın qayıdışı”. Bu əsər dünya mədəniyyətində dərin bir iz buraxmışdır. Romada 103 milyon nüsxədən çox satılan kitab dünyanın ən çox oxunan kitabına çevrildi.
Samirə Tağıyeva, “İki sahil”
Comments are closed, but trackbacks and pingbacks are open.