Press "Enter" to skip to content

Dunyanin iqtisadi ve sosial cografiyasi

Müasir iqtisadi və sosial coğrafiya ə traf mühitin cəmiyyətlə qarşılıqlı əlaqəsi, cəmiyyətin ərazi təşkili barədə ictimai coğrafi elmdir. Bu elm həm ətraf mühiti, həm də onunla qarşılıqlı əlaqədə olan cəmiyyət problemlərini birlikdə öyrənir. Başqa elmlər məsələn, iqtisadiyyat, biologiya ya cəmiyyətlə, ya da təbiətlə əlaqədar olur.

İqtisadi və sosial coğrafiya elminin yaranması və inkişafı

Müasir iqtisadi və sosial coğrafiya ə traf mühitin cəmiyyətlə qarşılıqlı əlaqəsi, cəmiyyətin ərazi təşkili barədə ictimai coğrafi elmdir. Bu elm həm ətraf mühiti, həm də onunla qarşılıqlı əlaqədə olan cəmiyyət problemlərini birlikdə öyrənir. Başqa elmlər məsələn, iqtisadiyyat, biologiya ya cəmiyyətlə, ya da təbiətlə əlaqədar olur.

Coğrafiya bir elm kimi səyahətçilərin müşahidələrindən başlayır. Yad ərazi və ölkəyə gəlib çatan ağıllı səyahətçi özü üçün qeyri adi olan, tanış olmayan yerlərdəki bütün müşahidələrini, məsələn, ölkənin iqlimini, insanların görünüşünü və geyimini, istehsal etdikləri məhsulları və dövlət quruluşunu, ərazidəki bitki və heyvan növlərini və s. qeyd edir. Elə bu məsələlərin şərhi də ölkəşünaslığın başlanğıcı idi.
Ölkəşünaslıqdan başlayan coğrafiya sonralardan ayrı-ayrı təbii komponentləri və ictimai həyatın bütün sahələrini daha dərindən öyrənməklə inkişaf etmişdir. Beynəlxalq əmək bölgüsü dərinləşdikcə ayrı-ayrı region və ölkələrin təbii resursları, orada yaşayan xalqların təsərrüfat və mədəni fəaliyyəti və s. barədə daha ətraflı məlumatlar bilmək zərurəti meydana çıxır. Nəticədə bu məsələləri daha dərindən öyrənən iqtisadi coğrafiya ümumi coğrafiyadan ayrılaraq müstəqil elm kimi inkişaf etmişdir.
Rusiyada iqtisadi coğrafiyanın yaranması V.N.Tatışev (1686-1750) və M.V.Lomonosovun (1711-1765), XX əsrin 20-ci illərində isə (o cümlədən respublikamızda) N.N.Baranskinin adı ilə (1881-1963) bağlıdır. Xarici ölkələrin iqtisadi və sosial coğrafiyasının inkişafında İ.A.Vitver (1891-1966), İ.M.Mayerqoyz (1908-1975), Hadi Əliyev (1900-1982), V.P.Maksakovski, S.V.Lavrov və b.-nın böyük xidmətləri olmuşdur.
Müasir iqtisadi və sosial coğrafiya ə traf mühitin cəmiyyətlə qarşılıqlı əlaqəsi, cəmiyyətin ərazi təşkili barədə ictimai coğrafi elmdir. Bu elm həm ətraf mühiti, həm də onunla qarşılıqlı əlaqədə olan cəmiyyət problemlərini birlikdə öyrənir. Başqa elmlər məsələn, iqtisadiyyat, biologiya ya cəmiyyətlə, ya da təbiətlə əlaqədar olur.
Kursun predmet və obyekti. Bəşər cəmiyyətinin ərazi təşkili anlayışı.
İqtisadi və sosial coğrafiya kursunun öyrətdiyi obyekt – təbiət, insan və təsərrüfatdır,Bu obyektlər olduqca mürəkkəbdir və daim inkişafdadır. Belə bir sual meydana çıxa bilər, bəs bu obyektləri başqa elmlər nə üçün öyrədir? Ona görə ki, hər bir elmin obyekti geniş, konkret və səciyyəvidir. Məsələn, bir çox elmlərin öyrəndiyi geniş obyekt Yerdir. Yeri öyrənən elmlər çoxdur. Lakin onların hər birinin konkret tədqiqat obyekti var. Məsələn, geologiya elmində bu, Yerin daxili quruluşudur, fiziki coğrafiyada isə Yerin üst qatı və yaxud coğrafi təbəqəsidir. İqtisadi və sosial coğrafiyanın geniş mə’nada öyrəndiyi obyekt isə coğrafi mühit və təbiətlə qarşılıqlı əlaqədə olan cəmiyyətdir. Beləliklə aydın olur ki, elmlər ümumi konkret obyektlərə malik ola bilərlər. Onları bir-birindən ayıran cəhət isə həmin obyektlərin hansı nöqteyi-nəzərdən öyrənilməsidir, yə ’ni öyrəndikləri predmetdir. İqtisadi və sosial coğrafiya öz obyektlərini ərazi təşkili nöqteyi-nəzərdən öyrənir (yə’ni onların səmərəli yerləşdirilməsi, qarşılıqlı mövqeyi, qarşılıqlı tə’siri). Elmin predmeti isə öz növbəsində onun səciyyəvi obyektini müəyyən edir. Məsələn, fiziki coğrafiyada bu, dəqiq sərhədlərlə məhdudlaşan təbii ərazi kompleksləri (TƏK) və fiziki-coğrafi bölgələr, iqtisadi və sosial coğrafiyada isə ərazi istehsal kompleksləri (ƏİK) və iqtisadi bölgələrdir.
Dünyanın iqtisadi və sosial coğrafiyasının tədqiqat predmeti dünyada, onun ayrı-ayrı region və ölkələrində bəşər cəmiyyətinin ərazi təşkilinin (BCƏT) xüsusiyyətləri və qanunauyğunluqlarıdır. BCƏT dünyada, onun ayrı- ayrı region və ölkələrində əhali və təsərrüfatın yerləşdirilməsində əsaslı dəyişikliklər yarada bilən nəzəriyyədir. Bu nəzəriyyədə məqsəd dünyada, onun ayrı-ayrı region və ölkələrində təbii və əmək resurslarını, əmək vərdişlərini, iqtisadi coğrafi mövqeyi (İCM), tarixi inkişaf xüsusiyyətlərini nəzərə almaqla, məhsuldar qüvvələri daha səmərəli yerləşdirmək, iqtisadiyyatı nizamlaşdırmaqdır. Dünya təsərrüfatının belə səmərəli ərazi təşkilinin yaradılmasında, ümumiyyətlə dünya iqtisadiyyatının nizamlaşdırılması və idarə edilməsində, bu məqsədlər üçün iqtisadi qanunlar hazırlanmasında BMT (Birləşmiş Millətlər Təşkilatı), BVF (Beynəlxalq Valyuta Fondu) və digər nüfuzlu təşkilatlar həlledici rol oynamalıdır./
Dünyada təsərrüfatın ərazi strukturunun belə tipi nəinki az əmək, vəsait və vaxt sərf etməklə yüksək məhsul əldə etməyə, həm də dünyanın ayrı-ayrı ölkələrində əhalinin həyat səviyyəsini yüksəltməyə, onların tarixən formalaşmış təsərrüfatından, dünya ölkələri arasında qeyri-bərabər yerləşən təbii və əmək resurslarından daha səmərəli istifadə etməyə imkan verər. Təbii ki, BCƏT-də ətraf mühitin mühafizəsi və təbiətin bərpası məsələləri daha səmərəli olar. Müasir mərhələdə təsərrüfatın belə inkişafı və təşkili bütün bəşəriyyət üçün sərfəlidir.
Təbii ki, BCƏT-də daha «varlı» və daha «yoxsul» ölkələr, inkişaf etmiş ölkələr (İEÖ-lər) və inkişaf etməkdə olan ölkələr (İEOÖ-lər) anlayışı, yə’ni dünyanın ayrı-ayrı region və ölkələrinin sosial-iqtisadi inkişaf səviyyəsində mövcud olan dərin fərqlər tədricən aradan qaldırılacaqdır. Təsərrüfatın ərazi strukturunun belə tipinin yaradılmasında dünya ölkələrinin iqtisadi və sosial inkişaf səviyyəsinə görə qruplaşdırılmasını (dünyanın iqtisadi regionlaşdırıl- ması, İEÖ-lər və İEOÖ-lər qruplarını) BCƏT-in əsası, dünya təsərrüfatının ni- zamlaşdırılmasında mühüm alət hesab etmək olar. Yə’ni «sosial iqtisadi nərdivanın aşağı pilləsində» duran ölkələr bəşəriyyətə artıq mə Tumdur. BMT və digər beynəlxalq təşkilatlar tərəfindən həmin ölkələrə edilən yardım əsasında, onların iqtisadiyyatını yerli imkanlara müvafiq inkişaf etdirmək və müasir texnologiya ilə müəyyən məhsul növləri istehsalı üzrə ixtisaslaşdırmaq mümkündür. Beləliklə, həm sənaye məhsulları istehsalının yalnız bir sıra regionlarda təmərküzləşməsinin, həm də dünya ölkələrinin və onların əhalisinin «varlı» və «yoxsul» qruplara bölünməsinin qarşısı alınar.
İqtisadi və sosial coğrafiyanın mühüm tərkib hissəsi olan Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyasının tədqiqat predmeti təsərrüfat və əhalinin ərazi təşkilinin xüsusiyyətləri və qanunauyğunluqlarıdır. Respublikamızın ayrı-ayrı hissələrinin sosial-iqtisadi səviyyəsinin nizamlaşdırılması işində elmi cəhətdən əsaslandırılmış iqtisadi bölgələşdirmə mühüm rol oynayır.
Son illər coğrafiyanın rolu getdikcə artır və əsaslı surətdə dəyişir. Bunu nə ilə izah etmək olar?
Cavab sadədir. Ona görə ki, dünyanın özü hiss olunacaq dərəcədə dəyişir. Artıq o, özünün XX əsrin 40-50-ci illərdəki vəziyyətindən də əhəmiyyətli dərəcədə fərqlənir. Məsələn, coğrafi təbəqədə əvvəllər müşahidə olunmayan yeni-yeni komponentlər: Dünya okeanının geniş sahələrinə yayılmış neft təbəqəsi, insan fəaliyyəti nəticəsində atmosferdə yaranmış aerozol təbəqəsi və s. meydana çıxır. Bizi əhatə edən ətraf mühit getdikcə mürəkkəbləşir. Buna həm də ümumbəşəri proseslər də əlavə olunur. Bir tərəfdən dünya əhalisi sür’ətlə artır, digər tərəfdən yer üzündən bə’zi etnik qruplar yox olur. Biz itib – batan bitki və heyvan növlərini Qırmızı kitaba salmaq qayğısını çəkdiyimiz halda, Şimalın, həm də Cənubun az saylı xalqlarının həyat şəraitinin pisləşməsi ilə əlaqədar olaraq getdikcə azalıb, yox olmaları ilə maraqlanmırıq.
Təbiətə təzyiq getdikcə güclənir. Həm əhali süt’ətlə artır, həm də təbii resurslar kortəbii şəkildə istismar olunur. Bütün bunlar bəşəriyyətə çox pis tə’sir göstərir. Məsələn, Asiya və Latın Amerikasında tropik meşə sahələri sür’ətlə azalır. Hamıya yaxşı mə’lumdur ki, bu meşələr atmosferdə oksigen artıran iri «fabrik» rolunu oynayır. İnsan fəaliyyəti nəticəsində fəlakətə gətirib çıxaran belə faktlar olduqca çoxdur. Bütün bunlar iqtisadi və sosial coğrafiya elminin öyrəndiyi məsələləri mürəkkəbləşdirir. Bu elm üçüncü minilliyin ilk mərhələsi üçün cəmiyyətlə təbiətin qarşılıqlı münasibətlərinin proqnozunu verir. Təbii ki, bu əlamətlərinə görə də coğrafiya elminin əhəmiyyəti getdikcə artır.

Əzizağa Əhmədov

İqtisadi coğrafiya

ETİ dövründə emaledici sənayenin sahəvi və ərazi quruluşunda əsaslı dəyişikliklər baş vermişdir. Xüsusilə maşınqayırma, elektroenergetika və kimya sənayesi sahələri daha sürətlə inkişaf etməyə başlamışdır. Bu sahələrin artım sürəti digər sahələrdən yüksək olduğu üçün onları “avanqard üçlük” adlandırırlar. Elmi-texnki tərəqqinin sürəti bu sahələrin inkişafı ilə sıx bağlıdır.
ETİ müxtəlif sənaye sahələrinin coğrafiyasına da təsir göstərmişdir. Elektroenergetika sənayesində istehsalın yarıdan çoxu inkişaf etmiş ölkələrin payına düşür. Elektrik enerjisinin 63%-ni İES-lər (ABŞ, Çin, Yaponiya, Rusiya, Hindistan, AFR), 20%-ə qədərini SES-lər (Kanada, ABŞ, Braziliya, Rusiya, Çin), 17%-ə qədərini AES- lər (ABŞ, Fransa, Yaponiya, Rusiya, AFR) istehsal edir.
Davamı →

Ölkələrin geosiyasi mövqeyi

  • İqtisadi coğrafiya
  • 10 yanvar 2020, 18:11

Coğrafi mövqe ölkənin digər ölkə və coğrafi obyektlərə nəzərən mövqeyidir. Hər bir ölkə bir neçə ölkə ilə quru və ya su sərhədlərinə malik olur və bu sərhədlər müxtəlif təbii obyektlərdən keçir. Həmsərhəd ölkələrin çox olması ölkənin iqtisadi inkişafı üçün xüsusi əhəmiyyətə malikdir. Bu, geniş sosial- iqtisadi əlaqələrin qurulmasına imkan verir.
Ölkənin mövqeyi fiziki, iqtisadi və siyasi baxımdan qiymətləndirilir.
Fiziki-coğrafi mövqe – ölkənin materik və okeanlara, dağ və düzənliklərə, digər təbii obyektlərə nəzərən mövqeyidir.
Davamı →

Dünyada hasilat sənayesinin coğrafiyası

  • İqtisadi coğrafiya
  • 10 yanvar 2020, 17:59

Elmi-texniki inqilab təsərrüfatın hər bir sahəsinin yerləşməsinə və sahəvi quruluşunun dəyişməsinə təsir etmişdir. ETİ təsərrüfat sahələrinə 3 istiqamətdə təsir göstərmişdir:
1. İqtisadiyyatın birinci və ikinci sektorları (hasilat və emaledici sənaye) ilə üçüncü və dördüncü sektorları (xidmət və informasiya) arasında nisbət dəyişmiş, avtomatlaşdırma ilə (xüsusilə sənayedə) əlaqədar olaraq sonuncularda məşğulluq artmışdır.
2. Emal sektoru, xüsusilə sənaye sürətlə inkişaf etməyə başlamışdır. Buna səbəb digər təsərrüfat sahələrinin inkişafının emaledici sənayedən asılı olmasıdır.
Davamı →

Əhalinin sayının artımı

  • İqtisadi coğrafiya
  • 9 dekabr 2019, 15:01

Dünya əhalisinin təbii artımında yüksək göstəricilər üstünlük təşkil etmişdir. Əhali artımının ənənəvi tipi adlandırılan II tip çox yüksək doğum və aşağı ölüm nəticəsində yüksək təbii artımla (hər 1000 nəfərə 12 nəfər və daha artıq) səciyyələnir.

Doğumun yüksək olması adət-ənənə, dini amillər, təhsil, ailə planlaşdırılmasının olmaması ilə əlaqədardır. Belə ölkələrdə kənd təsərrüfatı işlərində işçi qüvvəsi tələb olunduğu üçün erkən yaşlarından uşaqlar əməyə cəlb edilir.

Yer kürəsinin mənimsənilməsi

  • İqtisadi coğrafiya
  • 9 dekabr 2019, 14:53

Əhalinin sayının artması, insanların əlverişli təbii şəraitə malik olan sürətlə mənimsənilmiş, yəni əhalisinin sıxlığı yüksək olan ərazilərdən kənarlara köçməsinə səbəb olur. Belə ərazilərdə mövcud olan yeraltı sərvətlər tükənmək üzrə olur. Torpaqlardan fasiləsiz istifadə onun məhsuldarlığının azalmasına gətirib çıxarır. Antropogen təsir nəticəsində ərazinin tәbii vәziyyәti pozulur. Belə olan halda insanlar yaşayış üçün daha az əlverişli olan yeni mәnimsәnilәn ərazilərə köçmək məcburiyyətində qalırlar.

Türk dünyası ölkələri haqda

  • İqtisadi coğrafiya
  • 25 avqust 2013, 18:51

Türk xalqları Altay dil ailəsinin türk dil qrupuna aid olub 4 qola ayrılır.
1. Oğuz qolu –türk, azərbaycanlı, qaqauz, türkmən, türkmən, Krım tatarları, Axıska (Mehseti) türkləri və s.
2. Uyğur qolu -özbək, uyğur, tuvalı, xakas, kızıllar
3. Qıpçaq qolu – qazax, qaraqalpaq, qumık, qırğız, poqay, altaylar və s.
4. Bulqar qolu – tatar, başqırd, qaraçay, karaim və s.

Orta Avropa

  • İqtisadi coğrafiya
  • 25 avqust 2013, 18:39

Sahəsi 1,4 mln km 2 olan Orta Avropada 10 ölkə yerləşir. Bu dövlətlərdən dördünün- İsveçrə, Avstriya, Lüksemburq və Lixtenşteynin dənizə çıxışı yoxdur. Dövlət quruluşuna görə regionun 5 ölkəsi-AFR, Fransa, Avstriya, Irlandiya və İsveçrə respublika; 5-i isə -Ingiltərə, Niderland, Belçika, Lüksemburq və Lixtenşteyn konstitusiyalı monarxiyadır. Bu dövlətlərdən -AFR, Avstriya, İsveçrə və Belçika federasiya, qalan 6 ölkə isə unitardır. Region ölkələrindən Lixtenşteyn cırtdan ölkədir. Niderland dövlətlərinin qeyri-rəsmi adı isə Hollandiyadır. Regionun Avropada mərkəz mövqeyi tutması onun ərazisinin tranzit əhəmiyyətini artırır.
Ardı →

Cənubi Asiya ölkələri

  • İqtisadi coğrafiya
  • 13 avqust 2011, 00:11

Regiona Himalay dağlarından cənubda və Hind okeanındakı adalarda yerləşən 7 ölkə aiddir. Son dövrlərdə güclü inkişaf tempi götürməsinə baxmayaraq, bu ölkələr hələ də dünyanın ən geri qalmış regionlarından biridir. Region ölkələrindən yalnız ikisində – Hindistan və Pakistanda müasir sənaye sahələri yaradılıb. Region ölkələrinin təsərrüfatında k/t hakim mövqe tutsa da, son zamanlar emaledici sənaye sahələri sürətlə inkişaf edirlər. Hindistan və Pakistanda maşınqayırma məhsullarının çəkisi artır. Bu region ölkələri dünya bazarını — çay, cut, ədviyyat, təbii kauçuk, yun, pambıq və pambıq parçaları ilə təmin edir.

Afrika ölkələri

  • İqtisadi coğrafiya
  • 31 iyul 2011, 10:22

Afrikada 53 dövlət yerləşir ki, bunun da yalnız CAR IEÖ-lər, Tunis isə YSÖ-ləri qrupuna daxildir. Afrika iqtisadi cəhətdən dünyanın ən geridə qalmış regionudur. O, savadsızlığa, uşaq ölümünün ən yüksək və orta ömür müddətinin ən aşağı göstəricilərinə görə dünyada 1-ci yeri tutur. Afrika əhalisinin 70%-i kasıb və acınacaqlı şəraitdə yaşayır.
Afrika ölkələrinin əksəriyyəti son 30-40 ildə müstəqillik qazanıb. Afrikanın əksər ölkələri unitar respublikalarıdır. Yalnız Svazilend, Lesoto və Mərakeş konstitusiyalı monarxiya; Nigeriya, Efiopiya v CAR federativ quruluşa malikdirlər.

Cənub-Qərbi Asiya ölkələri

  • İqtisadi coğrafiya
  • 31 iyul 2011, 10:18

Regionda 16 ölkə yerləşir. ICM-nin başlıca əlaməti 3 qitənin (Afrika, Asiya, Avropa) yolayrıcında, mühüm hava və dəniz yollarının (Bosfor, Dardanel, Babül-Məndab boğazları. Süveyş kanalı) kəsişdiyi yerdə yerləşmişdir. Bu region Afrikanın Misir və Sudan dövlətləri ilə Yaxın və Orta Şərq regionu da adlandırılır. Orta Şərqə yalnız Iraq və Əfqanıstan aid edilir. Siyasi cəhətdən dünyanın ən narahat regionu olduğundan buranı «barıt çəlləyi» adlandırırlar.
Əhalisi. Əsasən türk, ərəb və farslardan ibarətdir. Islam dini ilə əlaqədar təbii artım yüksəkdir. Əhalinin yarıdan çoxu şəhərlərdə yaşayır. Ən iri şəhərləri –Istanbul, Tehran, Ankara, Izmir, Bağdad, Dəməşq, Isfahan, Təbriz, Əl-Riyad və s.

Coğrafiyanın vəzifələri, sahələri və inkişaf tarixi.

Coğrafiya – Yer kürəsinin təbiətini öyrənən elmlərdən biridir. Sözün hərfı mə’nası “Yeri təsvir etmək” deməkdir. Yunancadan “qeo” – yer, “qrapho” – təsvir edirəm kimi tərcümə edilir. Fiziki və iqtisadi coğrafiya onun əsas sahələridir.

Fiziki coğrafiya – Yerin coğrafi təbəqəsini, onun tərkibini, komponentlərini, onlar arasında olan əlaqələri, təbəqələrin inkişaf tarixini və istiqamətlərini öyrənir.

İqtisadi və sosial coğrafiyatəbii şərait və ehtiyatlardan istifadə edilməsini, təsərrüfatın və əhalinin yerləşməsi prinsiplə-rini öyrənir. İqtisadi coğrafiya terminini elmə 1760-cı ildə rus alimi М. В. Lomonosov gətirmişdir.

Tarixi metod vasitəsilə oby ekt və hadisədə müəyyən tarixi dövr ərzində baş verən dəyişikliklər öyrənilir və təhlil edilir. Məsələn, Qafqaz dağlarında buzlaqların sahəsinin azalmasını şəkillərin illər ərzində təhlilindən müşahidə etmək olar.

Kartoqrafk metod coğrafi tədqiqatlar zamanı müxtəlif məzmunlu xəritələrin öyrənilməsinə və təhlilinə əsaslanır.

Müqayisə metodu obyekt və hadisələrin fərqli və oxşar xüsusiyyətlərini təhlil etməklə yeni elmi nəticələrə gəlməyə imkan verir.

Riyazi-statistik tədqiqat metodu – coğrafi obyekt və hadisələri kəmiyyət göstəriciləri və riyazi hesablamalar vasitəsilə tədqiq edir. Nəticədə, öyrənilən obyekt və hadisələrin planlaşdırılması, layihələşdirilməsi həyata keçirilir.

Coğrafi modelləşdirmə real obyekt və hadisələrin modelinin hazırlanması və öyrənilməsinə əsaslanır. Coğrafi modellər qrafik və təsviri formada, həmçinin sözlər və simvollar vasitəsilə qurulur.

Coğrafi proqnozlaşdırma təbii və antropogen təsirlər nəticəsində konkret ərazidə baş verə biləcək dəyişikliklərin əvvəlcədən müəyyən edilməsidir; məsələn, su anbarının tikilməsi ilə ətraf ərazilərdə baş verə biləcək dəyişiklikləri proqnozlaşdırmaq mümkündür.

Aerokosmik metod vasitəsilə aero və kosmik şəkillərdən alınan informasiyalar əsasında müasir xəritələr tərtib edilir və coğrafi proseslər öyrənilir.

Çöl-tədqiqat metodları ilə ərazidə müşahidələr, yaxud cihazların köməyi ilə məlumatlar toplanır, onların təhlili əsasında bir sıra coğrafi qanunauyğunluqlar müəyyən edilir.

Coğ rafiya elminin inkişafı

Coğrafiya haqqında ilk biliklər qədim Babilistanda yaranmışdır. Sonralar Yunanstanda, Romada, Çində, Misirdə ətraf ərazilər və təbiətdə baş verən hadisələr haqqında geniş məlumatlar toplanmışdır.

Beə III əsrdə Misirin İsgəndəriyyə şəhərində yaşamış qədim yunan alimi Eratosfen (e.ə. 276-194) «Coğrafiya» sözünü elmə gətirmiş, bu sahədə ilk kitab yazmış öz dövründə məlum olan ərazilərin xəritəsini tərtib etmişdir. Bu xəritədə Köhnə Dünya adlanan Avropa, Qərbi Asiya və Şimali Afrika təsvir olunur. Eratosfen Yerin meridian çevrəsinin uzunluğunu (39 690 km) və Yer kürəsinin radiusunu (6310 km, bəzi mə’lumatlara görə 6844 km) hesablamışdır. Eratosfen belə hesab edirdi ki, Pireney yarımadasından qərbə tərəf üzməklə Hindistana çatmaq olar.

Eramızın əvvəllərində yaşamış Yunan mənşəli Роmа Alimi Strabon (e.ə 63 -24) İri həcmli «Coğrafiya» kitabını yazmışdır. 17 kitabdan ibarət Olan Strabonun bu əsərində qədim yunanlara məlum olan bütün ərazilər, о cümlədən Qafqaz Albaniyası təsvir edilmişdir.

Qədim yunan alimi Klavdi Ptolemey (90-168) də Misirin İsgəndəriyyə şəhərində yaşamışdır. O, səkkiz kitabdan ibarət “Coğrafiya” kitabını yazmışdır. Birinci kitabında Ptolomey coğrafiyanın öyrəndiyi sahələri göstərmiş, xəritə tərtib etmişdir. Coğrafiyanın xəritəşünaslıq və ölkəşünaslıq kimi iki sahədən ibarət olmasını qeyd etmişdir.

Ptolemeyin xəritəsində Eratosfenin xəritəsinə nisbətən Afrikada və Asiyada daha geniş ərazilər təsvir olunmuş, Yerin əyriliyi nəzərə alınıb, dərəcə toru çəkilmişdir. Alimin yaratdığı Geosentrik Sistem nəzəriyyəsinə (“Astronomiyanın əsas riyazi quruluşu” kitabında) görə Yer kürəsi kainatın mərkəzindədir. Günəş və digər göy cisimləri Yerin ətrafında fırlanır. Bu nəzəriyyəni Aristotelin də nəzəriyyəsi idi.

Orta əsrlər dövrü- V-XV əsrlər arası

Orta əsrlər dövründə coğrafiyanın inkişafında mühim mərhələyə qədəm qoyulmuşdur. Orta əsrlərdə polyak alimi N. Kopernik Yerin və digər planetlərin Günəş ətrafında fırlanmasına əsaslanan “heliosentrik sistem” nəzəriyyəsini irəli sürmüşdü (1443). Coğrafiyanın inkiafında rolu olan ərəb səyyah və dənizçilərindən ibn Rüşt , Əl-Məsudi, Yaqut Əl-Həməvi, İbn-Bəttutə və s misal çəkmək olar.

XV əsrin ikinci yarısında (1468-1474) Hindistana səyahət edən rus taciri A. Nikitinin coğrafi təsəvvürləri daha da genişləndirdi. Onun səyahəti haqqında məlumatlar “Üç dəniz arxasına səyahət” kitabında toplanmışdır.

X-XI əsrlərdə Səmərqənddə yaşamış türk dünyasının görkəmli alimlərindən biri Əbu Rеyhan Biruni Şərqdə ilk dəfə gildən Yerin kiçildilmiş modelini – qlobusu düzəltmişdir. XIII əsrdə yaşamış Azərbaycan alimi Nəsirəddin Tusinin xidmətləri daha böyükdür. О, pоlyak alimi Kоpеrnikdən 500 il əvvəl Yerin Günəş ətrafında dövr etdiyini nəzəri cəhətdən əsaslandırmışdır. N.Tusinin tərtib etdiyi ulduzlu səmanın qlobusu – həmin dövrdə elmi nailiyyətlərin göstəricisidir. X əsrdə skandinaviyalılar Amerika qitəsində olmuşdular. Lеyf Еrikssоn dəstəsi ilə bu materikin şimal-şərqinə dəfələrlə səfər etmişdir. Орtа əsrlər dövründə Marko Polonun (XII əsr) adı ilə bağlanan “Böyük İpək Yolu” ölkələr arasında ticarət əlaqələrinin həyata keçirilməsində çox böyük əhəmiyyətə malik idi.

Böyük coğrafi kəşflər dövrü- XV-XVII

Böyük Coğrafi kəşflər dövrünə qədər və onun ilkin vaxtlarında coğrafiyada təsviretmə ənənələri qalmışdır. Bunlar ümumi fiziki coğrafiya (yerşünaslıq), və regional coğrafiyanın əsaslarını təşkil edirdi. Bu sahələrə aid zəngin məlumatlar toplanmışdır.

1492 ci ildə X. Kolumb – Hindistana dəniz yolu kəşf etmək məqsədi ilə Qərbə tərəf üzmüş və Amerika qitəsin kəşf etmişdir. Onun ilk kəşf etdiyi adaları Vest- Hind adlandırmışdır.

  1. Baham adaları, Kuba, Yamayka, Puerto-Riko adası və s.
  2. Saqras dənizini
  3. Şimali Passat cərəyanını kəşf etmışdır.

Amerika qitəsi isə Kolumbun yox Ameriqo Vespuçinin adı ilə Amerika adlandırılmışdır. Yeni Dünyanın kəşf edilməsi Avropa ölkələrinin iqtisadi və siyasi həyatına böyük təsir etdi. Ticarət yolları tədricən Aralıq dənizi hüdudlarından çıxaraq daha geniş əraziləri əhatə etməyə başladı. Bu isə bəzi ölkələrin coğrafi mövqelərinin yaxşılaşmasına səbəb oldu.

Yeni torpaqları müstəmləkələrə çevirən avropalılar bu əraziləri istismar etməklə təbii sərvətləri daşımağa başladılar. Bu, Avropa ölkələrinin gələcək iqtisadi inkişafının əsasını qoymuş oldu.

1498 – ci ildə Vasqo da Qama Hindistana gedən dəniz yolunu isə kəşf etmiş, Atlantik okeanı ilə Hind okeanı arasında əlaqənin olmasını müəyyən etmişdir.

1519- 1521 – ci illərdə Fernan Magellan ilk dünya səyahətini yerinə yetirdi, dünya okeanının vahidliyi sübut olundu, Yerin kürə şəklində olması təcrübi yolla aydınlaşdı, bundan başqa “Odlu Torpaq” adası və CƏnubi Amerika ilə arasında olan Magellan boğazı kəşf olundu.

XVII əsrin əvvəllərində holland səyyahı V.Yanson Avstraliya sahillərində olmuş, lakin buranı ada hesab etmişdir. 1642-ci ildə digər hollandiyalı səyyah A. Tasman Avstraliyanın şərq, şimal-şərq, cənub sahillərini və hazırkı Yeni Zelandiya və Tasmaniya adalarını kəşf etmişdir. Həmin dövrdə avropalılar kəşf etdikləri yeni ərazilərə öz vətənlərindəki adları verirdilər.

Abel Tasmanın səyahət marşurutu

V. Yansonun səyahət marşurutu

Мerkator ( 1512-1594 ) xəritələri toplu halında hazırlamış və onu “Атлас” adlandırmışdır.

Yeni dövr. XVII əsrdən sonrakı dövrlər

İngilis dəniz səyyahı Ceyms Kuk naməlum Cənub torpaqlarını axtarmaq və xəritəyə köçürmək üçün XVIII əsrin 60-70-ci illərində üç dəfə dünya səyahəti etmişdir. О, səyahət zamanı Sakit okeanın mərkəzi və qərb hissələrində yerləşən adaları öyrənmiş, Havay adalarını kəşf etmişdir. Yeni Zelandiyanın müstəqil iki adadan ibarət olması onun səyahətinin əsas nəticələrinə aiddir. Avstraliya materikininin öyrənilməsində Mikluxo- Maklayında böyük xidmətləri olmuşdur.

Ceyms Kukun səyahəti

Alman təbiətşünası A. Humbolt 1799-1804-cü illərdə Orinoko, Amazon çaylarını, Kotopaxi, Çimboraso və Meksikada olan vulkanları, Mərkəzi Amerika adalarını öyrənmişdir. O, materikdə iqlimin formalaşmasını, daxili və sahilboyu ərazilərdə iqlim şəraitində olan fərqləri göstərmişdir. A. Humboldt bitkilərin coğrafi enliklər və şaquli zonallıq üzrə yayılmasını öyrənmiş, materikin geoloji xəritəsini tərtib etmiş, okean cərəyanlarının materikin təbiətinə təsirini müəyyən etmişdir (Humbolt cərəyanı). XIX əsrin əvvəlində A. Humboldtun Cənubi Amerikaya səfərindən sonra iqlimşünaslıq və bitki coğrafiyası (biocoğrafiya) elmləri haqqında məlumatlar toplandı.

Cənub qütb sahəsində yerləşən Antarktida materikinin kəşfi də maraqlı olmuşdur. Bu ərazilərə səyahət etmək barədə heç kim düşünmürdü. Yalnız C. Kuk cənuba doğru daha çox irəliləmiş, lakin soyuq hava və ucsuz-bucaqsız buzlar onun Antarktidaya çatmasına imkan verməmişdi.

Antarktida materiki 1820-ci ilin yanvarında rus səyyahları F. BellinshauzenM. Lazarev tərəfindən kəşf edilmişdir.

1872-1876-cı illərdə İngiltərənin “Çellencer” tədqiqat gəmisinin səyahətindən sonra okeanoqrafiya (okeanologiya) elmi sürətlə inkişaf etmişdir.

Torpaq coğrafiyası elmi XIX əsrin sonu, XX əsrin əvvəlində VV Dokuçayevin Rusiyanın Avropa hissəsində apardığı tədqiqatlardan sonra yaranmışdır. 1760-cı ildə М. В. Lomonosov ” iqtisadi coğrafiya ” terminini elmə gətirmişdir. Sonrakı dövrlərdə bu elm sahəsi iqtisadi və sosial coğrafiya adlanmışdır.

Maqnit qütbləri Şimal maqnit qütbü 1831-ci ildə ingilis qütb tədqiqatçısı Con Ross , cənubdakı maqnit qütbü isə 1841-ci ildə Ceyms Ross tərəfindən fəth edilmişdir.

Qitələrin öyrənilməsi

Afrika materikinin öyrənilməsində rolu olan səyyahlar- D. Livinqston, V. Yunker, H. Stenlinin rolu böyük olmuşdur. 1849-1873-cü illərdə ingilis David Livinqston Afrikanın mərkəzi və şərq rayonlarını öyrənmişdir. Səyyah ilk dəfə olaraq Afrikanın qərb sahillərindən şərq sahillərinə qədər keçmişdir. O, Konqo, Zambezi çaylarının yuxarı axarlarını, Nyasa və Tanqanika göllərini, Viktoriya şəlaləsini kəşf etmişdir. Bu ərazilər XIX əsrin 70-ci illərində Stenlinin başçılığı ilə öyrənilmişdir.

Amerikanın öyrənilməsi – A. Humbolt, E. Bonplan, N.Vavilov, C. Kabot, Hudzon, Bering, Baffin, Makkenzi

Türk səyyahı Piri Rəis Atlantik okeanının çox mükəmməl xəritəsin hazırlamışdır

Avrasiyanın şimal-şərq hissələri – XVII – XVIII əsrlərin ən mühüm coğrafi kəşflərinə Avrasiyanın şərq hissəsinin, Amerikanın Sakit okean sahillərinin öyrənilməsi, fransızların Sakit okeanda apardığı tədqiqatları aid etmək olar. Avrasiyanın ucqar şərq nöqtəsinə rus dənizçisi S.İ.Dejnyov hələ XVII əsrin ortalarında çatmışdır və ya fəth etmişdir. İki materik arasında olan Berinq boğazı XVIII əsrin əvvəlində kəşf edilmişdir. Az sonra Asiyadan Amerika sahillərinə rus dənizçisi V.Berinqin başçılığı ilə çatmaq mümkün olmuşdu.

Avstraliyanın öyrənilməsi- Yanson, Tasman, C. Kuk

Antraktidanın öyrənilməsi Bellinshauzen, Lazaryev, Amundsen, Skot

Azərbaycanda coğrafiya elminin inkişafı

Nəsirəddin Tusi (1201-1274) 1259-cu ildə Marağa şəhərində qurduğu rəsədxanada astronomik hesablamalar aparmış, Yerin fırlanması və ölçülərini müəyyən etmiş, coğrafi məntəqələrin koordinatlarını vermişdir.

Əbdurrəşid Bakuvi – Tanınmış səyyah, coğrafiyaşünas, iqlimşünas və kosmoqraf Əbdürrəşid Салех ibn-Nuri əl-Bakuvi XIV əsrin ikinci yarısında-XV əsrin birinci rübündə yaşamışdır. Əbdürrəşidin atası Bakıda doğulmuşdu və dövrünün yüksək təhsil görmüş adamlarından idi. Bakuvi haqqında tərcümeyi-hal səciyyəli məlumatlar, demək olar ki, qalmayıb. O, bir sıra əsərlər yazıbsa da bizim zəmanəmizə alimin yalnız bir kitabı çatıb. Həmin kitabın əlyazması Parisdə Milli Kitabxanada saxlanır. Əlyazma buraya 1683-cü ildə daxil olmuşdur. (Abidələrin “xülasəsi və qüdrətli hökmdarların möcüzələri”)

Hacı Zeynalabdin Şirvani (XIX əsr) mənşəcə Azərbaycan türklərindən olan məşhur səyyah və coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair.Böyük səyahət yolu keçmişdir.

Bu yol 60 min km uzanmış və 40 il davam etmişdir. Bu yol Kiçik Asiyadan, İran yaylasından, Orta Asiya, Ərəbistan və Cənubi Afrika səhralarından, Sudanın meşə və cəngəlliklərindən, Hindistanın Tropik meşələrindən, Hind okeanı adalarından keçib. О, Hindquş, Zaqros, Süleyman dağlarından, Pamirdən adlamışdır. Bu yol Asiya və Afrikanın bir çox digər vilayətlərindən uzanmışdır.

Abbasqulu Ağa Bakıxanov- XIX əsr (1794- 1837) Azərbaycanın tarixi, Ictimai-iqtisadi inkişafı haqqında «Gülüstani-İrəm», Xristofor Kolumbun Amerikanı kəşf etməsi haqqında «Qəribə kəşflər», Kainatın Heliosentrik Sistemi haqqında «Kainatın sirləri» əsərlərini yazmışdır.

Həsən bəy Zərdabinin (1842-1907) əsərlərində Azərbaycanın təbiəti haqqında zəngin məlumatlar vardır. zəngin məlumatlar vardır.

Qafur Rəşad Mirzəzadə (1884-1943) XX əsrin əvvəllərində coğrafiya sahəsində ana dilində yazılmış bir neçə kitabın müəllifidir («Qafqaz coğrafiyası», «Ümumi coğrafiya»).

Baharlının coğrafiya kitabı qadağan olunmuşdur (1921)

(Səbəb siyasi baxışlarına görə. 1937-ci ilə qədər gizli surətdə fəaliyyət göstərən Azərbaycan İstiqlal Təşkilatının katiblərindən biri olmuşdur) 1937-ci ildə repressiya qurbanı olmuşdur.

Respublikamızda coğrafiya elminin forma-laşması XX əsrin 30-cu illərində başlansa da, 50- 60-cı illərdən sonra sürətlə inkişaf etmişdir.

Relyef i-Budaq Budaqov və Müseyib Müseyibov,

İqlimi- Ənvər Şıxlinski və Əliabbas Mədətzadə,

Çayları – Saleh Rüstəmov, Fərda İmanov tərəfindən öyrənilmişdir.

Xəzər dənizini – Qasım Gül,

Тоrpaq örtüyünü- Həsən Əliyev, Məmməd Salayev,

İqtisadi coğrafiyasını- Hadı Əliyev, Əbdürrəhim Hacızadə, Asəf Nadirov tədqiq etmişlər

Qeyd: Online dərslərə qoşulmaq istəyənlər əlaqə saxlaya bilərlər.

Əlaqə nömrəsi: Whatsap – 055-534-81-70

Comments are closed, but trackbacks and pingbacks are open.