Press "Enter" to skip to content

Dünyanın yarısı bunu necə edəcəyini bilmədiyi üçün özünü zəhərləyir

… Xarı Bülbül tarixin bütün dövrlərində olduğu kimi, xanlıqlar dönəmində də rəvayətlərdə, dillərdən dillərə dolaşırdı.

İnsanı kasıb edən səbəblər və necə varlanmaq olar

Yoxsulluq təkcə maddi vəsaitin çatışmazlığı deyil, insanın özündə formalaşdıra bilmədiyi yüksək keyfiyyətlər, zamanla ayaqlaşa bilmə bacarığı, özünə yaxşı ətraf yaratması cəhətlərinin olmaması da mənəvi yoxsulluqdur. Əgər fiziki, mənəvi pis vərdişlərdən insan özünü xilas edə bilsə, o zaman zənginlik və firavanlıq özü onun qapısını döyəcək. Psixoloqlar kasıb insanları 12 il müşahidə etdikdən sonra onları yoxsulluq içində çabalamağa vadar edən səbəbləri tapıblar. Bunlar insanların özlərində formalaşdırdığı vərdiş və komplekslərdir.

Publika.az həmin səbəbləri diqqətinizə çatdırır:

1. Başqalarını günahlandırmaq – kasıblar heç vaxt günahı özlərində görmürlər. Məsuliyyətdən yaxa qurtarmaq üçün özlərindən başqa hər kəsi, hətta zəmanəni də günahlandırırlar.

2. Vaxtı uzatmaq – yüz ölçüb bir biçmək yaxşı şeydir, amma vaxtın qızıl olduğunu da unutmaq olmaz. Vaxt keçir və insan özünə sual verməlidir ki, mən nə etmişəm, bundan sonra nə edə bilərəm?

3. Aza qane olmaq – kasıb insanlar risk etməyə qorxurlar. Daha doğrusu, risk etməyə qorxan elə kaslb qalır. Əlindəki cüzi miqdardan milyonçu olan keçmiş kasıblar da az deyil. Ümumilikdə isə maaşdan maaşa dolanaraq, aza qane olmağa özlərini öyrədirlər. Əslində isə insan özünü daha yaxşı həyata layiq hesab etsə, silkinib qalxa bilər.

4. Pulsuz oxumaq – kasıblar pulsuz təhsilə, treninqə, kurslara yazılmaq istəyirlər. Amma hamı bilir ki, cibindən pul vermədiyin müəllimə heç kim qulaq asmır. Məsələn, orta məktəblərdə keçilən dərsləri repetitor da keçir. Əlavə nəsə öyrətmir ki? Sadəcə repetitora pul verildiyi üçün, boşa getməsin deyə canına əziyyət verib oxuyurlar. Amma məktəb pulsuz olur. Ona görə də xarici ölkələrdə pullu təhsil və kurslar daha uğurlu sayılır. Həm də belə yerlərdə keyfiyyət göstəricisi də yüksək olur.

5. Özünə yazığı gəlmək – kasıb insan özünə həmişə acıyıb, özünü öz gözündən salıb. Bunu ilk sadalanan səbəblə də bağlamaq olar – “öz zamanımda doğulmamışam, mən başqa ölkənin vətəndaşı olmalıydım, ailəm, arxam olmayıb” və s. Düzdür, öz ölkəsində uğursuzluğa düçar olub, başqa ölkələrdə şöhrət tapanlar da var, amma bunun üçün də gərək cəhd edəsən. Yerindəcə oturub “mən amerikalı olmalıydım” deməklə olmur. Gərək amerikalı olmağa cəhd göstərəsən. Çox vaxt isə xarici qüsurlarını günahlandırırlar: qısa boyun, çirkin üzün, yöndəmsiz bədən quruluşunun ona mane olduğunu deyirlər. Lakin tarix də göstərir ki, zirvəyə qalxmaq, dövlətli olmaq istəyən çirkin vücudundan “seks simvolu” da yarada bilər.

6. Taleyindən gileylənmək – kasıb adamın ən “sevdiyi” məşğuliyyətdir. Oturub-durub fələyi, zəmanəni, qara bəxtini söyən adamdan nəsə uğur gözləməyə gərək yoxdur. Çünki gileylənməkdən başı açılmır. Düşünən insan isə taleyin hər zərbəsini bir fürsət bilir. Onu yıxılmaq qorxutmur, əksinə hər yıxılanda daha möhtəşəm dikələ bilir.

7. Başqaları nə deyər – düşüncəsi kasıbın “belini qıran” ən əsas yanlışlardandır. Uğurlu insanlar başqalarının nə dediyinə baxmadan öz ağlı ilə hərəkət edən, öz istəyinə çatanlardır. Kasıb isə ətrafından, cəmiyyətdən çox asılıdır. Üstəlik bu “başqaları” da qətiyyən uğurlu insan deyillər. Elə özü kimi addım atmağa qorxanlardır.

8. Pulu boşa xərcləmək – burda deyə bilərsiniz ki, kasıbın xərcləməyə pulu varmı? Elə məsələ də bundadır: əlində olan-qalanı da xərcləyir. “Onsuz da qəpik-quruşdan nə olacaq ki?”, deyərək hər xırda şeyi alıb evi doldurur. Ağlına da gəlmir ki, o xırda pullar illərlə də olsa yığılıb xeyli pul ola bilər. Dama-dama göl olmaq məsələsi…

9. Sevmədiyi işlə məşğul olmaq – maaşı bəhanə edib sevmədiyi işlə məşğul olmaq da geniş yayılmış səbəblərdəndir. Sevdiyi və bacardığı işin qulpundan yapışmaq yerinə qohum-əqrəbaya görk olmaq üçün hər gün ayaqlarını sürüyə-sürüyə işə yollanmağa hazırdır. Yalnız həftəsonlarının xəyalı ilə yaşayır, rəhbərliyi söyür, bacardığı işin dalınca isə getməyə cəsarəti çatmır. Bunun üçün onun daim əl altında olan bəhanələri var.

10. Başqasının həyatı ilə yaşamaq – varlı ədəbiyyat oxuyub özünü maarifləndirir, kasıb isə oxuyub özünü qəhrəmanların yerinə qoyur. Ya da oturub seriala baxır, sonra sanki öz qonşusu, qohumu imiş kimi onu müzakirə edir. Serial bitdikdən sonra isə şou-proqramlara baxıb müğənni və aktrisaların taleyi ilə maraqlanır. Kasıb xəyallarla yaşayır, öz kumirlərinin uğurlarından zövq alır, özü isə ömrünün kərpic-kərpic sökülməsinə əhəmiyyət vermir.

BƏS NECƏ VARLANMAQ OLAR? BUNUN DÜSTURU VARMI?

Bu gün bütün dünya xalqaları sözün əsl mənasında yəhudilərə həsədlə yanaşır. Çünki onlar yanaşdıqları hər işdə uğur qazanıb, inamla irəliləyirlər.

“Kasıb yəhudi” onların ən qısa lətifəsidir. Çünki yəhudilər düzgün üsullardan istifadə edərək varlanmağın bütün yollarına bələddirlər.

Yəhudilərin varlanmaq üçün 6 qızıl məsləhətini təqdim edirik:

1. Maddi durumunu yaxşılaşdırmaq istəməyən insan yoxdur. Güclü iradə və iddialı olmaq yəhudilərin əsas sirridir. Onlar heç vaxt ruhdan düşmür, məqsədlərinə çatmaq üçün durmadan çalışırlar.

2. Yəhudilər heç vaxt sevmədikləri işlə məşğul olmurlar. Onlar düşünürlər ki, insan yalnız sevdiyi işdən zövq alıb, işləmək həvəsini artıra bilər. Sevimli iş uğurlu gələcəyin zəmanətidir.

3. Pulu artırmaq üçün daha yığımcıl olmaq lazımdır. Hər maaşınızın ən az 10%-ni kənara qoyub, varlığını unudun. Qarşınıza məqsəd qoyun ki, bu pulu müəyyən məbləğə çatdırıb, xırda biznes quracaqsınız.

4. Özünüzdə yatırım yəni investisiya qoymaq mədəniyyətini formalaşdırın. İnternetə daxil olub, xırda investisiyalardan böyük pullar qazanmağın yollarını öyrənin. Beləliklə əlinizdə olan pulları daha böyük kapitala çevirin.

5. Öz xırda maliyyə planınızı tərtib edin. Bu plan aylıq hətta gündəlik qazancınızı yalnız lazımi əşyalara xərcləməyə kömək edəcək. Düşünülməmiş xərclərinizin qarşısını alacaq.

6. Biznes də digər sahələr kimi riskli işdir. Öz instinktinizə və intuisiyanıza güvənin. Qəlbinizin səsini dinləməyi bacarın. Çünki insan orqanizmi təhlükəni və inamsızlığı çox vaxt düzgün hiss edir. Unutmayın ki acı təcrübə özü də bizə böyük dərs verir. Odur ki, instinktinizi inkişaf etdirib, mükəmmələşdirməyin zamanıdır.

Yəhudilər düşünürlər ki, bu şərtlərə əməl edib, varlanmamaq mümkün deyil. Özünüzə güvənin. Mütləq hər şey könlünüzcə olacaq.

Dünyanın yarısı bunu necə edəcəyini bilmədiyi üçün özünü zəhərləyir

Xarı bülbül bəlkə də bir çoxları üçün nisgil, kədər, ağrı, həsrət simvoludur. Amma bu simgənin tarixi heç də Ağabəyim ağadan, onun körüklənən Qarabağ nisgilindən qaynaqlanmır.

Xarı bülbül – xar olmuş, qəmli bülbül qədim türk əsatirlərində döyüşdə ağır yaralanmış bir əsgərin son ümididir.

Əfsanədə deyildiyi kimi, Oğuz xanın alpaqutlarından (şəhid olan döyüşçü) birinin son nəfəsdə sinəsində gəzdirdiyi bülbülün ayağına qanlı köynəyindən cırıb sevgilisi Aybükə xanıma göndərdiyi namə ilə simgələşən bir üzüntülü nakam sevgi hekayəsidir.

2020-ci ilin 8 noyabrna qədər

Qırğız yazıçısı Erlan Jurabekovun “Jarxı Bulbul” hekayəsində də qədim türk əsatirinə geniş yer verilir. Bir çoxlarına görə, Xarı bülbül əhliləşdirilmiş ev quşu olub. Bəzi araşdırmaçılar isə hesab edir ki, bu növ bülbüldən yalnız döyüşçülər, sərkərdələr istifadə ediblər.

Rəvayətlər, əfsanələr Xarı bülbülü çox-çox uzaqlara, çox-çox dərinliklərə aparır. Bəlkə də yüzillər ərzində Xarı bülbül nisgil, həsrət rəmzi idi…

Amma 2020-ci ilim 8 noyabrna qədər…

Bu haqda bir qədər sonra…

… Azərbaycanın qədim şəhəri Şuşada bitən Xarı bülbülü yalnız şəkillərdən, fotolardan izləmişik. Bir igidin ömrü qədər gözlədik və 30 il sonra 44 günlük müharibənin nəticəsində Azərbaycanın igid oğulları Qarabağı düşmən tapdağından azad etdi.

Qarabağı da, Xarı bülbülü də.

Xarı bülbüllərimizi yalnız azad etmədik, həm də tapdaqdan baş üstünə qaldıra bildik. Hər qarışını, hər addımını qanıyla, canıyla aldı Azərbaycan əsgəri.

Beləcə, kitablardan şəklini gördüyümüz Xarı bülbül də qələbəmizin simvoluna çevrildi.

Bəs niyə xarı bülbül? Bu gülü özəlləşdirən təkcə Şuşada, Qarabağ torpağından kənarda bitməməyi idimi?

Xarı bülbül haqqında əfsanələri hər birimiz bəlkə də əzbərləmişik. Qədim xalq yaradıcılığını anladan kitablarda eynən belə yazılır:

“Rəvayətə görə, bir gün bülbül öz sevgilisi gülün görüşünə getmək istədiyi vaxt bərk külək əsir. Küləyin məqsədi gülü bülbülün qarşısında alçaltmaq imiş.

Külək öz gücünə, qüvvəsinə həddindən artıq inanırmış. O əsəndə aləmi tozanaq bürüyər, bütün canlılar onun qarşısında əyilərmiş. Müqavimət göstərmək istəyənləri neçə yerə şaxbudaq eləyib, yerlə-yeksan hala salarmış.

Həmin gün də külək var qüvvəsilə əsirdi, nəhəng çinarlar, uca sərvlər, salxım söyüdlər onun qarşısında dönə-dönə əyilirdilər. Yalnız zərif, gözəl ətirli gül küləyin azğınlığına, yekəxanalığına tabe olmurdu. Bunu görən külək heyrətə gəldi:

– Ay zərif gül, sən hansı cəsarətlə mənə baş əymirsən? Sən bu gücü hardan alırsan?

Gül inamla cavab verdi:

– Məhəbbətdən! Məhəbbətin gücü yenilməz olur. Sevən vüqarlı olur, o, heç kəsə baş əymək istəmir. Mən bülbülü sevirəm. Onun saf məhəbbəti məni baş əyməyə qoymaz.

– Baxarıq!… Sən məhəbbətini sına, mən də gücümü…

Külək bu sözləri deyib kükrədi. Elə bu vaxt bülbül sevgilisi gülün görüşünə gedirdi. Küləyin qəzəbi yerə, göyə sığmırdı. Zərif otlardan tutmuş, fil gövdəli ağaclara qədər – hamı ona baş əyirdi, gül isə əyilmirdi.

Lakin onun da müqaviməti tükənməyə başlayırdı. Çünki o, tək qalmışdı. Əgər bülbül yanında olsaydı…

Gül bir yarpaq əyildi. Külək qələbəsindən sevinərək, daha bərkdən uğuldadı. Bir az da keçəcək, külək gülü öz gücü qarşısında ikiqat əyəcəkdi. Bu vaxt bülbül özünü gülün harayına çatdırdı. O, sinəsini yavaş-yavaş əyilən gülün köksünə söykədi.

Külək daha da hiddətləndi. Bülbül gülün azacıq əyilən qamətini düzəltdi. Ancaq gülün xarı – tikanı onun sinəsinə sancıldı. Bülbül ağır yaralansa da, geri çəkilib, gülü əyilməyə qoymadı. Özünü məhəbbəti uğrunda fəda edən bülbülün canı gülün ləçəyinə hopdu. Gülün adı Xarı bülbül qaldı. Gülün bir ləçəyi üstə elə bil bülbül yatıb”.


Azərbaycan əsgəri bülbül, Qarabağ gül oldu…

Bu bir əfsanə, əsatir olsa da…

Azərbaycan əsgəri öz qəhrəmanlığı ilə o əfsanıni yenidən yaşatdı.

Qarabağ bu savaşda gül oldu, Azərbaycan əsgəri bülbül. Külək isə tək Ermənistan deyil, sanki bütün dünya oldu.

Amma heç bir külək, heç bir qüvvə Azərbaycan əsgərinin Qarabağa, Şuşaya gedən yolunu bağlaya bilmədi.

Rəvayətdə olduğu kimi bu dəfə də bülbülün qanı axdı. O bulbul Şəhidlərimiz oldu.

Amma gülü, Qarabağı, Şuşanı bu dəfə əyilməyə qoymadı, Şəhidlər!

Xarı Bülbülün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən qələbə simvoluna çevirə bildi.

Heç bilirsinizmi ki, Xarı bülbülün el arasında Sancı bülbül, Qanlı bülbül kimi növləri də olub… Xarı bülbüldən fərqli olaraq, digərləri başqa yerlərdə, Qaraqorumda, Sırdəryada, Qaraçalada da bitir…

Amma Xarı bülbül Şuşaya sədaqətlidir. Bəlkə də elə buna görə, qayıdışın, sədaqətin, qovuşmağın rəmzi kimi biz Xarı bülbülü möhtərəm və möhtəşəm qələbəmizin simvolu kimi seçdik, bu ikonanın üzərində dayandıq…

Xarı bülbüllə Oğuz xanının Alpaqutu sevgilisinə, Ağabəyim xatun Qarabağına, bizim nəsli isə Şuşasına qovuşdu…

Yaddan çıxmayan Qarabağ

… Xarı Bülbül tarixin bütün dövrlərində olduğu kimi, xanlıqlar dönəmində də rəvayətlərdə, dillərdən dillərə dolaşırdı.

Şuşa xanı Pənahəli xan şeirə, musiqiyə böyük maraq göstərib, məhəbbətlə yanaşıb. Övladlarının təhsilli, savadlı yetişməsinə xüsusi diqqət ayırıb. Bu ənənə onun sülaləsində nəsildən-nəslə keçib və yeni parlaq simaların yetişməsinə yol açıb. Onlardan biri olan Ağabəyim ağa Pənahəli xanın nəvəsi, İbrahim xanın qızı və Xurşidbanu Natəvanın bibisidir. O, təxminən 1780-cı ildə Pənahabad şəhərində (Şuşanın qədim adı) anadan olub. Gənc yaşlarından sözə, sənətə böyük həvəsi olduğu üçün həm şeir yazar, həm də ara-sıra zümzümə edərmiş.

İran şahı Qarabağ xanlığına hücum edir, müharibə zamanı çox itki hesabına olsa da, Ağa Məhəmməd şah Qacar Şuşanı alır. Buranın ab-havası, füsunkar gözəlliyi onun çox xoşuna gəlir. Ancaq şah burada çox qala bilmir.

1797-ci ildə Ağa Məhəmməd şah Qacar sui-qəsdlə öldürülür. Bu hadisə Qarabağ xanlığı ilə İran arasında ixtilafı daha da dərinləşdirir. Bundan sonra Ağa Məhəmməd şah Qacarın iki bacısı hakimiyyət başına gələn Fətəli şahdan qardaşının intiqamını almağı tələb etməyə başlayırlar, onu rahat buraxmırlar.

İbrahim xan yenidən qanlı müharibənin başlanmasının qarşısını almağa çalışır, məsələni sülh yolu ilə həll etməyə çağırır. O, Qarabağ xanlığı ilə İran arasında münasibətləri düzəltmək üçün qızı Ağabəyim ağanı Fətəli şahın istəyini qəbul edərək, ona ərə verməyi qərara alır.

Qarabağ qızı, Şuşalı Ağabəyim ağa 1801-ci ildən 1832-ci ilədək – ömrünün sonuna kimi Vətən həsrəti çəkə-çəkə Tehranda yaşayır. Ancaq bir azərbaycanlı qızının Vətən həsrətinə qatlaşması minlərlə vətəndaş qanının tökülməsinin qarşısını alır.

Minlərlə qız-gəlinin, ağbirçək ananın göz yaşı tökülmür. Buna görə də şairənin bizə gəlib çatmış bu beytində tək yar vüsalının həsrəti yox, həm də böyük bir Vətən nisgili, doğma yurddan uzaqda yaşanan bir ömrün təəssüfü duyulur. Ağabəyim ağaya istinad verilən bir bayatı da vardır:

Mən aşiqəm, qara bağ,

Qara salxım, qara bağ.

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

Bu bayatı haqqında dillərdə bir tarixi rəvayət də dolaşır.

Deyirlər ki, Qarabağdan gəlib Tehranda şaha zövcə olmuş Ağabəyim ağanı gözü götürməyənlər Fətəli şaha bu bayatını çatdırmış, üstəlik də demişdilər ki, qarabağlı bu “qızcığaz” Tehranda oturub Tehranı bəyənmir. Şah incik halda Ağabəyim ağanı hüzuruna çağırtdırır. Şairə hazırcavablıq edərək, şahın fikrini yayındırmağa çalışır:

– Mən elə deməmişəm, Şahım! Sizə başqa cür çatdırıblar, mən belə demişəm:

Mən aşiqəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ.

Tehran cənnətə dönür,

Yaddan çıxır Qarabağ.

Bu hazırcavablıq Fətəli şahın xoşuna gəlir, eyni zamanda, Ağabəyim ağanın gözlərindəki kədəri də görür. Ona daha artıq hörmət bəsləməyə başlayır, bu kədəri azaltmaq istəyir:

– Qarabağa qayıtmaqdan başqa nə arzun varsa, de, yerinə yetirim.

Ağabəyim ağa bir qədər fikirləşdikdən sonra cəsarətini toplayır:

– Şah sağ olsun, icazə verin, ata evindən gətirdiyim qiymətli daş-qaşları, cehizlərimi satım.

Fətəli şah uzun tərəddüddən və müzakirədən sonra bu istəyə razılığını bildirir. Səhəri gün cehizlərin satıldığını saray əhli bilməsin deyə elan edir ki, şah xəzinəsini Ağabəyim ağanın üzünə açıbdır. Hər kəs Ağabəyim ağanın şah xəzinəsindən xərclədiyini düşündüyü vaxtda, o cehizlərini sataraq, dünyanın hər yerindən ən bacarıqlı bağbanları saraya dəvət edir. Ağabəyim ağa öz fikrini bağbanlara bildirir: “Elə bir bağ salacaqsınız ki, Şuşada bitən hər bir ot, ağac, gül burada bitsin”.


2783 Xarı bülbül

İş başlanır, Şuşanın dağ-dərəsindən, karvan-karvan torpaq daşınır. Şuşada bitən hər bir ot-ələf, gül-çiçək, kol, ağac bu bağda da əkilir, diqqətlə becərilir. Nəhayət, bağ hazır olur, şairənin arzusuna əməl edərək bağın adını “Vətən bağı” qoyurlar. Hər şey hazır olduqdan sonra Ağabəyim ağa bağı gəzməyə çıxır. Bağ, doğrudan da gözəl idi. Məharətli bağban əlləri gül-çiçəklə bərabər, sanki Şuşanın dağ-dərəsinin havasını da, ətrini də bura gətirmişdi.

Şairə bağı gəzib-dolanır, hər şey onun zövqünü oxşayır. Lakin nə qədər axtarırsa, bağda Xarı bülbül çiçəyini tapa bilmir. Bağda işləmiş bütün bağbanları çağırtdırır, məsələni onlara bildirir. Bağbanlar yenidən ikiqat səylə işə başlamalı olurlar. Lakin nə qədər edirlərsə, Xarı bülbül “Vətən bağı”nda bitmir ki, bitmir. Bağbanların zəhməti hədər gedir. Xarı bülbül Şuşadan Tehrana “Vətən bağı”na köçmür ki, köçmür.

Bəs qərib bir şairənin Vətən həsrətini azaltmaq istəyən Xarı bülbül necə gül idi?

“Vətən bağı” əl-əlvandır,

Yox içində Xarı bülbül.

Nədən hər yerin əlvandır,

Köksün altı, sarı bülbül?!”

Müəllif demək istəyir ki, qəfəsdə uzun müddət oturduğu üçün, gülə qovuşmaqdan ötrü həsrət çəkən bülbül iztirablarını, dərdini bədənindən çölə sızdırıb, köksünün altı saralıb, sarı rəngə boyanıb. Bu hadisələri Ağabəyim ağa özünə şamil edərək, yəni Şah sarayında Vətən həsrəti ilə ürəyinin alışıb-yanmasına bənzətmişdi.

Elə Şuşa kimi… Elə sinəsi bağrıqan Xarı Bülbül kimi… Elə bizə Zəfər müjdəsini yaşadan Şəhidlərimiz kimi…

2783 Xarı bülbül itirdi bu Vətən!

2783 Xarı bülbül əkiləcək Şəhid məzarlarına…

2783 nisgil, ağrı və sevinc böyüyəcək, Cıdır düzü çəmənliklərində…

2783 Şəhidin yarım qalmış nəğməsi, sevgilisinə, övladına, anasına, təqdim edə bilmədiyi müjdə gülüdür, Xarı bülbül…

Qələbən mübarək olsun, alpaqutun Zəfər gülü.

Zəfər günün mübarək, Azərbaycan!

Comments are closed, but trackbacks and pingbacks are open.