Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
Tərəfləri müstəqil olub, daxilində həmcins üzv iştirak edən bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında nöqtəli vergül qoyulur. Belə cümlələr çox geniş olur və hər hansı durğu işarəsindən biri işlədilir. Məs.: Üç il, ya bəlkə dörd ildi, yaxşı yadımda deyil, bizim Baxşalı bəy gedirdi Gəncəyə; apardım vağzala, bileti aldım və yola saldım getdi (C.Məmmədquluzadə). Bir azdan sonra süfrə açıldı; hamımız süfrə başına oturub qatıq, yağ, qaymaqdan doyunca yedik (A.Şaiq).
Durğu işarələrinin yazıda işlənməsi məqamları haqqında
Dilin, dilçiliyin elə sahələri var ki, onlar daha çox mütəxəssislərin marağına daxildir, onların araşdırmalarının obyekt və predmeti kimi götürülür. Bunlar sırf elmi-nəzəri problemlərdir: morfologiya, sintaksis, leksikologiya, etimologiya, semantika, habelə qrammatikanın bir sıra başqa məsələləri və s. Amma dilçilik elminin əməli, tətbiqi sahələri, bölmələri də var ki, yalnız dilçi alimlərə, mütəxəssislərə deyil, bütövlükdə tədris işi ilə məşğul olan, ondan həmişə istifadə edən bütün insanlara: hüquq, təhsil, mətbuat, mədəniyyət, siyasət, iqtisadiyyat və b. sahələri təmsil edən şəxslərə də lazımdır. Bunların sırasına nitq mədəniyyəti, dilin orfoqrafiya (imla) qaydaları, orfoepiya (ədəbi tələffüz) məsələləri, dildə işlənən durğu işarələri (geniş mənada bu işarələrdən istifadə qaydaları və ya bu qaydaların məcmuyu — başqa cür desək, punktuasiya) daxildir.
Durğu işarələrinin mahiyyəti, vəzifələri, onlardan istifadə məqsədi və işlənmə məqamı, yeri, yazıda mövqeyi barədə doğru-dürüst bilgilər, onları səciyyələndirən normalar hər bir vətəndaşa, savadlı adama yazılı nitq zamanı olduqca vacibdir, zəruridir.
Ümumiyyətlə, özünü ziyalı hesab edən hər bir şəxs yazıda durğu işarələrinin yerli-yerində olmasına əməl etməlidir. Xüsusilə jurnalistlərin, mətbuatda çalışanların, orta və ali məktəb müəllimlərinin birinci dərəcəli vəzifəsi düzgün yazı normalarını qorumaq, nitq mədəniyyəti məsələlərinə önəm verməkdir.
Durğu işarələrini səciyyələndirsək, belə bir ümumiləşdirici fikirlə onu təqdim edərdik ki, durğu işarələri yazılı nitqin formalaşmasında mühüm bir vasitədir və kommunikativ funksiyaya malikdir. Həmçinin yazılı dilin məzmun dolğunluğunun yaranmasında, fikrin dəqiq və emosional təsir gücünün üzə çıxmasında və aydın və ifadəli tələffüzündə durğu işarələrinin rolu böyükdür. Durğu işarələri yazılı nitqi mənalı hissələrə bölür. Məsələn, nöqtə işarəsi cümlədə fikrin bitdiyini bildirir, həmcins üzvlər arasında vergül qoyulması bu üzvlərin cümlədə bərabərhüquqlu olduğunu göstərir.
Hazırda yazımızda işlənən durğu işarələri Azərbaycan dilinin öz daxili qanunlarına əsaslanılmaqla formalaşmış, qanuniləşmişdir.
Yazılı nitqdə sözlər, yaxud söz qrupları arasında qoyulan işarələr durğu işarələri, durğu işarələrinin qoyulması haqqında qaydalar isə punktuasiya adlanır. Müşahidələrimiz göstərir ki, ümumilikdə yazıda durğu işarələrinin işlənməsinə əksər hallarda əməl olunur. Amma arzu olunmasa da, bəzən durğu işarələrinin cümlədə yerli-yerində olmaması faktlarına da rast gəlinir. Ehtiyac olmadan hardasa vergül, iki nöqtə və ya nida işarəsi qoyulur. Amma, lakin, ancaq bağlayıcıları mürəkkəb cümlədə işlənərkən onlardan əvvəl yox, səhvən sonra vergül yazılır, yaxud başqa köməkçi nitq hissələrinin — modal sözlərin, nidaların, ədatların işlənməsi zamanı səhvlərə yol verilir.
Durğu işarələrinin mətndə işlənməsi qaydalarından vergül işarəsini durğu işarələri arasında ən geniş istifadə olunan və ən lazımlı vasitələrdən biri kimi götürülən qrafik işarə saya bilərik. Yeri gəldikcə biz bu vergül işarəsinin yazılı nitqimizdə bütün normativlərə uyğun verilməsi qaydalarından nümunələr gətirəcəyik. Vergül fransız sözü olub semantik mənası qol-budaq, hissə deməkdir. Vergül rəngarəng məqamlarda özünü göstərən və cümlə sərhədi ilə bağlı olmayan durğu işarəsidir. İndi vergül işarəsinin müxtəlif üzvlər arasında, fərqli mövqelərdə işlənmə hallarını şərh edək.
Cümlənin həmcins üzvləri arasında vergül.
Qrammatika kitablarında eyni suala cavab verən, eyni bir cümlə üzvü ilə bağlı olan (eyni cümlə üzvünə aid olan) bərabərhüquqlu üzvlər həmcins üzvlər kimi səciyyələndirilir.
Dağlar, dərələr, düzlər pambıq kimi qarla örtülmüşdür. Ehtiyac, aclıq, zülm qoymadı göz açam. Bu cümlələrdə həmcins mübtədalar arasında (dağlar, dərələr; ehtiyac, aclıq) vergül qoyulmuşdur.
Biz də şirin söhbət edərdik, yeyərdik, danışardıq, gülərdik. Gənclər danışır, gülür, şadyanalıq edirdilər. Bu cümlələrdə isə həmcins xəbərlər arasında vergül işarəsi işlənmişdir (söhbət edərdik, yeyərdik, danışardıq; danışır, gülür).
Ki tabelilik bağlayıcısı işlənən müxtəlif növlü tabeli mürəkkəb cümlələrdə mürəkkəb cümlənin tərəflərini birləşdirən cümlələr arasındakı ki bağlayıcısından sonra vergül qoyulur. Elə hadisələr olur ki, heç vaxt yaddan çıxmır (necə?). Tələbə var ki, kitab əlindən düşmür (necə?); Özünü elə aparır ki, deyərdin, hamı ona borcludur. O, elə baxırdı ki, sanki çalağandır, şikarının üstünə şığıyacaq. Biz ona görə gəlmişik ki, (nə məqsədlə?) sizi xəbərdar edək.
Çünki bağlayıcısı işlənən mürəkkəb cümlədə ondan əvvəl vergül yazılır. Oğlan imtahan verməkdən qorxurdu, çünki elmdən çoxdan uzaqlaşmışdı.
-sa, -sə şərt şəkilçisi işlənən mürəkkəb cümlədə sa2 birinci cümlənin xəbərində gələrsə, ondan sonra vergül qoyulur. Əgər yıxılsan, balta çalan çox olar. Hərgah işləmirsənsə, gedə bilərsən.
Mürəkkəb cümlədə sa2, da2, belə, hərçənd, hərçənd ki, düzü, doğrusu, düzdür, doğrudan sözləri varsa həmin sözlərdən sonra, amma, ancaq bağlayıcılarından isə əvvəl vergül qoyulur. Məs.: Hərçənd ki, bir yerdə işləyirdilər, amma dostluq etmirdilər. Düzü, iyirmi faiz torpaqlarımız düşmən tapdağı altındadır, ancaq torpaqların geri alınacağına şübhə etmirik.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında iki nöqtə qoyulur. Tərkib hissələrinin birində vergül olduqda ümumi ilə aydınlaşdırıcı hissənin arasında nöqtəli vergül də qoyula bilər. Məs.: Gözəl bir yay günü idi; çəmənlər yaşıl donunu geyinmiş, ağaclar çiçək açmışdı. Qızğın iş gedirdi: kimisi çala qazır, kimisi isə şitil əkirdi.
Tərəfləri müstəqil olub, daxilində həmcins üzv iştirak edən bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında nöqtəli vergül qoyulur. Belə cümlələr çox geniş olur və hər hansı durğu işarəsindən biri işlədilir. Məs.: Üç il, ya bəlkə dörd ildi, yaxşı yadımda deyil, bizim Baxşalı bəy gedirdi Gəncəyə; apardım vağzala, bileti aldım və yola saldım getdi (C.Məmmədquluzadə). Bir azdan sonra süfrə açıldı; hamımız süfrə başına oturub qatıq, yağ, qaymaqdan doyunca yedik (A.Şaiq).
Bağlayıcısız bağlanan tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında nöqtəli vergül qoyulur. Belə cümlələr çox geniş olur və tərkibində hər hansı durğu işarəsindən biri işlədilir. Məs.: Qarqar çayının həzin şırıltısı, Gülarənin palazlara, gəbələrə endirdiyi toqqaların taqqıltısı ətrafa yayıldı; hələ naxırçıların oynamaları da bu səslərə qarışanda şənlik bir tərəkəmə toyunu xatırladırdı (Ə.Haqverdiyev). Onlar otaqdan çıxmamış otağa səs-küylə iri bir qadın girdi; qolları çırmalanmışdı (C.Cabbarlı).
Zərfliklər əksərən, baxmayaraq, halda, kimi, əlaqədar olaraq və s. sözlərin köməyi ilə xüsusiləşərkən bu zaman həmin sözlərdən sonra vergül qoyulur. Məs.: Səhər yorğun və ac olduğumuza baxmayaraq, körpünü tikdik. Payız olduğu halda, aran yerlərdə istiydi.
Xüsusiləşmiş tamamlıq və zərfliklərdən sonra vergül qoyulur.
Dəqiqləşdirici xüsusiləşmiş üzvlər bu və ya digər bir üzvə aid olur. Onun mənasını konkretləşdirir. Xüsusən, xüsusilə, o cümlədən, hətta sözlərinin köməyi ilə formalaşan dəqiqləşdirici xüsusiləşmiş üzvdən əvvəl vergül yazılır. Məs.: Bütün siniflər, xüsusən onuncular yaxşı nəticə əldə etdilər. Onun bütün bədəni, hətta üz-gözü də toz-torpaq içində idi.
Tabeli və tabesiz mürəkkəb cümlələrdə vergülün işlənməsi.
Tabesiz mürəkkəb cümlələri əmələ gətirən sadə cümlələr bir-birinə tabesizlik əlaqəsi ilə bağlanır və qrammatik cəhətdən bərabərhüquqlu olur. Tabesiz mürəkkəb cümlələr iki qrupa bölünür: bağlayıcılı və bağlayıcısız tabesiz mürəkkəb cümlələr.
Birləşdirmə, qarşılaşdırma, iştirak, inkar, bölüşdürmə bağlayıcıları bağlayıcılı tabeli mürəkkəb cümlələrin hissələrini bir-birinə bağlayır. Birləşdirmə bağlayıcılarından başqa (və birləşdirmə bağlayıcısından başqa) qalan bağlayıcıların iştirakı ilə qurulan tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında vergül qoyulur. Məs.: Qonaq getmək istədi, amma ana buraxmadı. Birdən-birə göy guruldadı, hətta ildırım çaxdı. Nə işıq yanırdı, nə də su gəlirdi. Gah yağış yağırdı, gah da gün çıxırdı.
Bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri bir-biri ilə yalnız sadalama intonasiyası ilə bağlanır və onların arasında vergül qoyulur. Məs.: Yağış yağır, rəqs eləyir gur damcılar. Sel gəldi, çayın suyu bulandı.
Cümlədə ara sözlər işlənərkən yerinə, mövqeyinə görə vergül yazılır. Ümumən ara sözlərdə vergülün qoyulması xitablarda olduğu kimidir. Cümlənin ortasında gələrsə, hər iki tərəfdən vergül qoyulur. Məs.: Şairdir, görünür, düz ilqarı var (S.Vurğun). Əvvəldə gələrsə, ara sözdən sonra vergül yazılır. Bəlkə, (ara söz) bu yerlərə bir də gəlmədim, duman, (xitab) salamat qal, çən, salamat qal (M.Araz). Yəqin, (ara söz) sən də getməlisən. Elşən, əsasən, (ara söz) doğru məlumat verdi. Müxtəsər, (ara söz) bu işi qurtarmalıyıq. Vüqar, (xitab) zənnimcə, (ara söz) daha düzələr.
Əvəzliklərdə vergül.
İsim, sifət, say və başqa əsas nitq hissələrinin yerində işlənən sözlərə əvəzlik deyilir. Mübtəda vəzifəsində işlədilən o, bu əvəzliklərindən sonra feil və köməkçi nitq hissələrindən başqa, qalan nitq hissələri ilə ifadə olunan cümlə üzvü gəldikdə vergül qoyulur. Köməkçi nitq hissələrindən olan modal sözlərdən sonra, o və bu işarə əvəzliklərindən sonra modal sözlər gələrsə, hər iki tərəfdən vergül qoyulur.
Məs.: O, əlbəttə, (modal söz) sənə inanır. Bu, təəssüf ki, (modal söz), babamdan qalan son yadigardır. Bu, mənim dostumdur. O, çox çalışır. O, bu əvəzlikləri cümlədə təyin vəzifəsində işlənərkən (hansı sualına cavab verir) heç vaxt onlardan sonra vergül qoymaq olmaz. Məs.: O işi mən görməliyəm. Bu tapşırığı düz yazmamışam.
O, bu əvəzlikləri mübtəda vəzifəsində işlənərkən özündən sonra feil və köməkçi nitq hissələri (feli sifət və modal sözlərdən başqa) gələrsə, vergül qoyulmaz. Məs.: O getdi. Bu həm də tələbədir. O nə yaxşı oğlandır?! O necə də yaxşı cavab verdi?!
Köməkçi nitq hissələrində vergül işarəsi.
Bağlayıcılarda vergül. Cümlədə təkrar olunan nə, gah, həm, ya bağlayıcılarından əvvəl vergül qoyulur. Cümlənin içərisində olan amma, ancaq, lakin, hətta, yəni, o cümlədən, həmçinin, habelə, halbuki, çünki, yoxsa, ona görə ki, eyni zamanda, ondan ötrü ki bağlayıcılarından əvvəl vergül qoyulur. Məs.: Göyün üzünü bulud aldı, amma yağış yağmadı. Vaxtında gəl, yoxsa içəri keçə bilməzsən.
Da, də bağlayıcılarından sonra vergül qoyulur.
Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən.
Ki bağlayıcısından sonra vergül qoyulur. Məs.: Katib cavab verdi ki, kağızın Mirzə Səfərdədir.
Əgər, madam, hərgah, indi ki, bir halda ki, hərçənd ki bağlayıcıları işlənən cümlələrdə vergül budaq cümlədən sonra qoyulur. Məs.: Əgər Fərhad olmasaydı, o, burada bir gün də qalmazdı. Hərçənd vaxtında gəlib çıxmışdı, ancaq ona ehtiyac olmadı.
Da, də bağlayıcıları cümlədə təkrar olunmayanda vergül qoyulmur. Gəncə də Azərbaycanın qədim şəhərlərindəndir. Belə ki bağlayıcısından sonra vergül qoyulur.
Ədatlarda vergül.
Bəli, xeyr, hə ədatları cümlənin əvvəlində gələndə özündən sonra, ortada gələndə hər iki tərəfdə, sonra gələndə özündən əvvəl vergül qoyulur. Bu ədatlar söz-cümlə kimi işləndikdə intonasiyadan asılı olaraq onlardan sonra nöqtə, sual və nida işarəsi qoyulur. Məs.: — Görürəm, bəli, işlərin yaxşı gedir. Bu, belədir, bəli. — Xeyr, getmirəm. Hə, eşitmişəm. Xeyr, gedə bilməyəcəksən. Hə, düz deyirsən (ədat).
— İlqar, sən də getmək istəyirsən?
— Xeyr! (söz-cümlə)
— Hava soyuqdurmu?
— Bəli (söz-cümlə).
Ki həm ədat, həm də bağlayıcı kimi işlənir. Məs.: başa düşmədiyiniz bir şey yoxdur ki? (ədat). Ki əgər ədat vəzifəsindədirsə, ondan sonra vergül yazılmır. Məs.: Söz ki var, quş kimidir, buraxarsan uçar (ədat).
Ki bağlayıcıdırsa, ondan sonra vergül qoyulur: Yarım saatdan artıq idi ki, Səkinə gözləyirdi (bağlayıcı). Mən sənə dedim ki, belə danışma (bağlayıcı).
Yəni sözü də həm bağlayıcı, həm ədat kimi işlənir. Bu zaman cümlədə bağlayıcıdan əvvəl vergül yazılır. Ədatdırsa, heç bir durğu işarəsi qoyulmur. Məs.: Kənd ağsaqqalı cavanları, yəni: Mürsəli, Nadiri, Akifi məsləhət gördü (bağlayıcı). Mən Vüqarı, yəni qardaşımı gözləyirəm (bağlayıcı). Bu barədə yəni heç kəsə bir söz deməmisən? (ədat). Yəni bu çox pis işdir? (ədat).
Modal sözlərdə durğu işarələri.
Modal söz cümlənin əvvəlində işlənəndə ondan sonra vergül, ortada gələrsə hər iki tərəfdə, sonda olarsa ondan əvvəl vergül qoyulur. Sanki, elə bil modal sözlərindən sonra vergül qoyulmur. Məs.: Sanki alçaq dağları bu yaradıb. Elə bil qışın qaranlığında gün çıxdı.
Ara sözlər morfologiyada modal sözlər adlanır. Məs.: Nəhayət, dedikləri vaxt gimnaziyaya gedib şəhadətnaməni aldım. Mən, doğrudan da, bu fikirdəyəm ki, Roma öz qüdrətini göstərmək üçün Çandranı yaratmışdır (M.İbrahimov).
Nidalarda durğu işarələri.
Nidalarda belə durğu işarələri işlədilir. Cümlənin əvvəlində, ortasında və sonunda işlənən nidalarda aşağıdakı halda durğu işarələri qoyulur. Məs.: Ah, mən gündən-günə bu gözəlləşən İşıqlı dünyadan necə əl çəkim (M.Müşfiq). Vah, bu imiş dərsi-üsuli-cədid?! Yox! Yox! Oğul, məktəbi-üsyandı bu (M.Ə.Sabir). Burada nidalardan sonra çox vaxt intonasiyadan asılı olaraq vergül və ya nida işarəsi qoyulur.
Qorxdum, ay aman, yarıldı bağrım! (M.Ə.Sabir) Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can! (M.Ə.Sabir) (nida işarəsi cümlənin sonunda işlənib).
Xüsusiləşmiş üzvlərdə durğu işarələri.
Cümlədə məna və intonasiya cəhətdən fərqləndirilən üzvlərə xüsusiləşmiş üzvlər deyilir. Bütün cümlə üzvləri xüsusiləşə bilir. Lakin tamamlıqlar və zərfliklər daha çox xüsusiləşir. Tamamlıqlar başqa, qeyri, özgə, savayı, əlavə, əvəzinə və s. qoşmaların köməyi ilə xüsusiləşir. Məs.: Quşların səsindən başqa, bir səs eşidilmirdi. Plandan əlavə, otuz faiz pambıq nəzərdə tutulub.
Hacıyevin rotası yalnız səhərə yaxın düşmən mövqeyinə çatdı, çünki bütün gecəni projektorların işığı onların irəliləməsinə mane olurdu (Ə.Əbülhəsən).
Hamı, o cümlədən işə yeni götürülənlər həkim müayinəsindən keçməli oldu.
Mən və yoldaşlarım bir az asudə nəfəs alırdıq, ona görə ki ev dağın ətəyində, çayın kənarında idi.
Cümlədə təkrar olunan da, də bağlayıcılarından sonra (sonuncudan başqa) vergül qoyulur. Məsələn: Aydanmı, günəşdənmi yarandın, de nədən sən? Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən (S.Vurğun).
Əgər, madam, hərgah, indi ki, bir halda ki, hərçənd, hərçənd ki bağlayıcıları işlənən cümlələrdə vergül budaq cümlədən sonra qoyulur. Məsələn: Əgər Fərhad olmasaydı, o, burada bir gün də qalmazdı. Əgər torpaq anadırsa, zəhmət atadır. Madam ki, xəfiyyəlik edirsən, göstər onun evini (İ.Şıxlı). İndi ki getmək istəyir, mane olmayın. Hərçənd vaxtında gəlib çıxmışdı, ancaq ona ehtiyac olmadı.
Belə ki bağlayıcısından sonra vergül qoyulur: İndi Azadın boş vaxtı yox idi, belə ki, o, gecə kurslarına da gedirdi.
İki nöqtə, nöqtəli vergülün işlənməsi.
Tabesiz mürəkkəb cümlənin məna əlaqələrindən biri olan aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrindən biri ümumilik bildirir, digəri isə onu aydınlaşdırır, konkretləşdirir. Məs: Ağartıya pul vermirdilər: inəyin südü ailəni görürdü.
Beləliklə, tərkibində nida olan cümlələr heç də yalnız nida cümləsi olmur.
Sonda onu da nəzərinizə çatdırmağı lazım bilirik ki, biz durğu işarələrinin yazılı nitqdə işlənmə yerləri barədə yalnız ən zəruri məqamlardan bəhs etməklə kifayətləndik.
İsmayıl Məmmədli
Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının üzvü, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli
- Teqlər:
- durğu işarələri
- , nöqtə
- , vergül
- , yazı forması
- , orfoqrafiya qaydaları
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri
Durğu işarələri… Durğu işarəsi olan insanlar… (Satirik, yumoristik yazı)
Eh… Nə günə qaldım… Mövzu qəhətdi başıma… Yazıram nədən?! Durğu işarələrindən…
Durğu işarələri gizlədir məni, gizlənirəm hər kəsdən… Gizlədirəm hisslərimi, ya fikirlərimi? Bəlkə hər ikisidir? Hələ bilmirəm?! Vardır məndə də üç nöqtə, iki nöqtə, nöqtə, vergül, nöqtəli vergül, sual, nida, suallı nida, defis, tire, dırnaq arası, mötərizə… Daha nələr, nələr… Barmaqlarımın sayı ondur iki əlimdə… Barmaqlarımla belə göstərirəm əksər durğu işarələrini… Əhsən, ey insan sənə!
Durğu işarələrində gizlənirəm özümdən, fikirlərimdən, hisslərimdən… Ehtiyat edirəm onlardan bəzən…
Bəlkə də səndən yazıram, bilmirəm hələ?!
Bəlkə sən varsan hər durğu işarəsində, sənin fikirlərin, arzuların, hisslərin…
Bəlkə də nə mən varam, nə də ki, sən varsan…
Durğu işarəsi duyğularda dayanır, durur, gah sonsuzluqdur üç nöqtə kimi… Ya da iki nöqtə kimi, davamı var, izah ediləsi… Nöqtə kimi bitir… Nöqtəli vergül kimi yeni fikir üçün yaradır şərait… Sual kimi cavablarını gözləyir… Suallı nida kimi ziddiyyət, təlatüm, üsyan vardır… Suallı nida kimi dilemma önündədir, biri dikdir, məğrurdur, bir isə əyir başını, əzilib, büzülür insanlar kimi…
Xəbəri yoxdur özündən durğu işarəsinə bənzəyənlərin… Ya da nidadır, qətidir, əmrdir… Dırnaq arasında olub sitatdır bəlkə, ya da ki, ikili mənası olan istehza, satira, atmaca… Bəlkə də tiredir, təkrarlananlar arasında, sinonimlər arasında, müqayisə zamanı… Bəlkə rəqəm və sözlərin önündə gələn defisdir… Bəlkə də dialoqa girmək istəyir, bezib monoloqdan, verir önə defisləri… Bəlkə mənfi işarəsidir, bəlkə də müsbət… Bəlkə də izaha ehtiyac duyulan, açmasını axtardığımız mötərizə içindədir onlar…
Düşünürəm, hansı durğu işarəsinə bənzəyirəm mən? Xarakterim, təbiətim… Üç nöqtə, yoxsa ki, suallı nida? Hələ tapa bilmirəm cavab… Hərdən düşünürəm qətiyəm, dikəm, bitmiş fikirəm, əmr kimi qərarlıyam, nidayam onda… Bəlkə də nöqtəyəm, bezirəm mürəkkəb cümlə, həyat, fikir, arzulardan, mürəkkəb insanlardan, qoyuram nöqtəni… Sadə olmağa çalışıram, tez bitirəm sadə cümlələr kimi… Sadə cümlə kimi dilim də asandır, anlaşılandır… Bəzən isə lakonik oluram, bir, iki söz bəs edir mənə…
Müşahidə edirəm təbiəti, insanları… Bənzədirəm onları durğu işarələrinə… İnsanın qəddi əyiləndə, olur vergül, ya da sual, fikir vermisənmi, əziz oxucum, qəddi əyilənlərdə suallar daha çoxdur, nəinki nidalar, vergüllər üstələyir nöqtələri… Həyatları da, xarakterləri də, yaşam tərzləri də, gördükləri işdə vergül, sual olur, davamı gözləyir öz yolunu, “to be continued”…
İnsanlar da durğu işarəsi kimidir… Xarakteri formalaşdıqca, insan da zahirən dəyişir… Məğrur, qəti, inadkar insanlar, idarəedicilər, rəhbərlər ya nidadır, ya da tək nöqtə…
Sual insanlarda vardır bir az riyakarlıq, qorxaqlıq, vardır bir az ehtiyat etmələr, baş əymələr, yaltaqlıq… Sual verirlər daha çox başqalarına… Suala cavab verməkdən heç xoşlanmazlar… Cavabları ya sükunət olacaq, ya üç nöqtə, ya da ki, uzun, mürəkkəb cümlələr, qoyulacaq çoxlu vergüllər, əvvəlini də, sonunu da unudacaq cümləsinin… Öz dünyasında “söhbət fırladır”, “cool” görsənir guya… Əslində cool yox, quldular, quldurdular… Vergül insanların quyruğu vardır, vay o gündən quyruğunu tapdalayasan… Vay, aman, vay…
Nöqtə insanları da, konkret olurlar, sadə cümlələr kimi… Boyca balaca, sözləri olur kəsərli… Nöqtə kimi sadədirlər, yoxdur quyruğu tapdalamağa, sözləri bitirir fikri… Mövzu bağlanır…
İki nöqtə insanları təhlil edər adətən, qiymətləndirər, araşdırar, bölər katerqoriyaya, təsnifat kimi… Sonra verər qərarını… İki nöqtədən sonra sadalanarsa, gələr öncə say, ya da kiçik defislər, sonra yarımmötərizə, sonra nöqtəli vergüllə, vergüllər… Bu sıralamada hər birinin öz yeri var… Sayarsan bir-bir, sonsuzadək, ya da sonu olar… Hər saydan sonra qoyarsan ya nöqtə, ya da yarımmötərizə… Mötərizə də qalar yarımçıq, bağlanar ancaq, açılmadan… Sonra əsas mətləb gələr, sonra isə nöqtə vergül… Nöqtə vergül davam deməkdir, sonsuzluqdur sanki üç nöqtə kimi… Saysız olarsa, defis gələr öndə, düz ortadan xətt… Xətt bir həyatdır əslində… Sözün, cümlənin, fikirin, arzunun, hissin həyat xətti başlanır o andan…
Tire kimi insanlar çox vaxt təkrarlanır, sanki yaddaşları zəifdir, sanki yoxdur söz ehtiyatları… Ya da tire kimi müqayisə etməyi sevərlər…
Ən ziddiyyətli ehtiyat edilməli insanlar nöqtəli vergül ilə, suallı nidalardır… Onlar nə istədiklərini bilməzlər, fleqmatik, melanxolik olarlar adətən… İki kəskin tərəfləri var, ya maksimum, ya minimum, ya hər şey, ya heç nə, ya sükunət, ya inqilab, mübahisə… Dəyişir tez-tez əhvalları…
Defis insanlar da bir xətt üzrə yaşayarlar, qaydalarla, planlarla… Əyilməyi, əyrilməyi sevməzlər… Sevməyən olsun perpendikulyar, sevənlər isə paralel ona…
Mötərizə qalmazsa, yarımçıq, bir insan həyatıdır, izahlı, detallı… Əslində, ciddi fikir vermirik mötərizədə olanlara… Mötərizə anlamaq üçündür, təhlil etmək üçündür… Əsas məna mötərizədə olur, çox bildiklərindən mötərizələr də ya əyri olur, yarımdairə, ya da yarımçıq kvadrat, kubik daşları kimi… 180°, tam deyil dairə də, dördbucaq da… Yarımçıqdırlar əslində…
Altmənalı, istehzalı, zarafatcıl, təkəbbürlü, satiriklər, tənqidçilər dırnaq arası kimidir… Çətin anlayar onu başqaları… Seçilmək üçün dırnaq arasında olmalıdırlar, olurlar əslində… Dırnaq arasında olanlar bütün fikrin əsas mənasıdır, kuliminasiyadır sanki… Ya da filosofluq edib, sitatlar, aforizmlər, atalar sözləri deyərlər… Onlara söz çatdırmaq deyildir asan…
Monoloqdan bezənlər, tənha insanlar da, sanki sonsuzluqdan yapışarlar təsəlli kimi, ya üç nöqtə olarlar, ya da iki nöqtə… Yer qoyarlar davam etməyə… Yaradıcı insanlar üç nöqtədirlər… Çünki sonsuzdurlar… Bitməməlidirlər… Yolları açıq, uzaqdır, səyahətdədirlər… Üç nöqtə təxəyyüldür əslində…
Yeni durğu işarələri var, müasirləşmişik… Virtual işarələr, smilelər, animelər, bəyənmələr, droblar, arakəsmələr… Daha nələr, nələr…
Smile ilə biruzə veririk düşüncə, münasibət, hisslərimizi, gündə biri çıxır, başladı hər şey təbəssüm, göz yaşları, gül və bəyənmədən… Kənardan baxanda bir həyat, sevgi hekayəsidir sanki…
Əslində, sirrlilikdir, əslində gizlənməkdir smile işarələri… Sonra olmasın dava, mübahisə, çəkməsinlər bizi sorğu-suala deyə, qoyuruq onları, adətən olur bağlanan mötərizə, açılan mötərizə, tire, iki nöqtə… Bu qədər bəsitdir hər şey, durğu işarələrindən yaranmışdır smile işarələri…
Animelər təkmilləşmiş, maskalanmış, hərəkətli smilelardır… “Texnoloji harika”lar deyirəm onlara… Yaradıcı və canlıdırlar sanki o birilərinə baxanda…
Bu günlük bu qədər məndən… Yorulmayasınız…
Dostlarımı seçirəm nidaların, üç nöqtə və tək nöqtələrin, dırnaqarası və mötərizələrin içindən…
Siz hansına bənzəyirsiniz bəs?
Son Yazılar
- “Hece Taşları” dergisinin 97. sayısı yayında
- “Hece Taşları” dergisinin 96. sayısı yayında
- Çindən Azərbaycana qrup turist səfərləri bərpa olunur
- “Wikipediya”da Şah İsmayıl Səfəvi haqqında özbək dilində bölmə istifadəyə verilib
- Uşaq Filarmoniyasında konsert
Durğu işarələrinin mənası
The durğu işarələri Bunlar yazıçıya yazılı bir nitq qurmağı təmin edən işarələr və ya qrafik işarələrdir, eyni zamanda oxucuya mətnin əyilmələrini, yəni intonasiya rejimini və onun anlaşılmasını asanlaşdıran lazımi fasilələri müəyyənləşdirməyə imkan verir.
Nöqtə işarələri yazılı dildə vacib rol oynayır, çünki onların düzgün istifadəsi mətnin məzmununun ardıcıl və birmənalı başa düşülməsinə imkan verir.
Punktuasiya işarələri vasitəsi ilə mətnlər qurulur, fikirləri əsas və ikinci dərəcəli sıralayır və sıralayır, bu da oxucuya məzmunu daha yaxşı şərh etməyə, təhlil etməyə və başa düşməyə imkan verir.
Durğu işarələrinin növü
Durğu işarələrindən düzgün istifadə etmək üçün müəyyən edilmiş ümumi qaydalar mövcuddur. Bununla birlikdə, hər bir fərdin əlamətlərdən xüsusi istifadə etməsi mümkündür, lakin həmişə tətbiq olunan ümumi qaydaları nəzərə alaraq.
Nöqtə
Dövr (.) Cümlənin sonunda baş verən fasiləni göstərir. Dövrdən sonra, qısaltmada görünməsi halları xaricində hər zaman böyük hərflə yazılacaqdır. Üç növ nöqtə var:
Nöqtə və izlədi: bir abzas təşkil edən müxtəlif cümlələri ayırmaq üçün istifadə olunur. Bir müddət sonra və eyni sətirdə yazmağa davam edin.
Nöqtə və ayrı: fərqli bəndləri ayırır. Nöqtədən sonra yazı sonrakı sətirdə böyük və girinti ilə davam etməlidir.
Son nöqtə: mətni bağlayan nöqtədir.
Point-in mənasına da baxın.
Vergül
Vergül (,) bir cümlə içərisində qısa bir ara verir.
- Bundan əvvəl y, e, o, u, ni kimi bəzi birləşmələr olmadıqca, cümlə və ya cümlə tərkib hissələrini ayırmaq üçün istifadə olunur. Məsələn, “Andrea məktəbdən gəldi, ev tapşırıqlarını etdi, hamam aldı və yuxuya getdi.”
- Paraqrafları və ya dəqiqləşdirmələri əlavə etmək və buraxılmışlıqları göstərmək üçün istifadə olunur. Məsələn, “Gəlsəniz, sizi gözləyəcəyik; yoxsa, gedirik ”.
- Ədədin tam hissəsini ondalık hissədən ayırın. Məsələn, 3,5 km.
- Bağlayıcı və ya zərf cümlələrinin əvvəlində vergül qoyulur. Məsələn, əslində, yəni nəhayət.
Hər iki nöqtə
Yoğun nöqtə (:), vergüldən daha böyük, lakin nöqtədən daha az bir fasilə təmsil edir. Aşağıdakı hallarda istifadə olunur:
- Sözdən sitat gətirmədən əvvəl və oyanış kimi. Məsələn, “Söz belə gedir: heç vaxt olmadığı qədər yaxşıdır.”
- Bir sadalamadan əvvəl. Məsələn, “İlin dörd fəsli bunlardır: bahar, yay, payız və qış.”
- Məktublara və sənədlərə rəhbərlik edən nəzakət formullarından sonra. Məsələn, “Hörmətli müəllim:”
- Səbəb – nəticə və ya nəticəni ifadə edərkən əlaqəsiz cümlələr arasında. Məsələn, “İşini, evini, avtomobilini itirdi: hamısı oyun üçün.”
Nöqtəli vergül
Nöqtəli vergül (;) vergüldən daha böyük, lakin nöqtədən az və sonrakı bir fasiləni təmsil edir. Aşağıdakı hallarda istifadə olunur:
- Vergül daxil olan mürəkkəb ifadələrə gəldikdə, bir sayma elementlərini ayırmaq. Məsələn, “Saçları qəhvəyi; yaşıl gözlər; burulmuş burun ”.
- Qarışıqlardan əvvəl (lakin, baxmayaraq və daha çox), uzun bir cümlə gətirildikdə. Məsələn, “İllər əvvəl o yeri ziyarət etmək istəyirdim; amma bu gün günəşə qədər şansım yox idi.”
Asma nöqtələri
Elips (. ) bir xəttdə üç nöqtədən ibarətdir və aralarında boşluq yoxdur. Aşağıdakı hallarda istifadə olunur:
- Açıq sayımların sonunda, etcetera ilə eyni qiymətə. Məsələn, “1, 2, 3, . “.
- Bir ifadə yarımçıq qaldıqda və ya gözləmə vəziyyətindədir. Məsələn, “Bir neçə söz . “.
- Şübhə, qorxu və ya tərəddüd ifadə etmək.
- Sözlü sitat, mətn və ya söz natamam çoxaldıqda. Məsələn, “Gregorio Samsa oyandığında (. ) özünü yatağında dəhşətli bir böcəyə çevirdi” (Kafka, Metamorfoz).
Sual işarələri və nida işarələri
Sual işarələrinin istifadəsi (?) Birbaşa soruşulan bir sualın əvvəlini və sonunu qeyd edir. Məsələn, “nə istəyirsən?”
Nida və ya nida işarələri (!) Güclü bir hiss və ya duyğu ifadə edən cümlələrdə istifadə olunur. Məsələn, “Nə uğursuzluq!”, “Buradan çıx!” Ayrıca, ara hissələrdə “ay!”, “Oh!”.
Qeyd etmək lazımdır ki, ikiqat sual işarələri və nida işarələrinin, yəni açıq və qapalı istifadəsi İspan dilinə xasdır.
İkili nida və sual işarələrinin istifadəsi 1754-cü ildə Kral Dil Akademiyasının qərarı ilə qurulmuşdur. Bu sualları və ya heyranlığı elan edən qrafik elementlərin olmamasından irəli gələn davamlı oxu qarışıqlığının nəticəsi idi.
Punktuasiya və köməkçi işarələr
Nöqtə işarələri kimi, köməkçi işarələr də mətnin təfsirində kömək edir, bu da uyğunluq yaradır və oxucunun daha yaxşı başa düşməsinə imkan yaradır.
Yardımçı işarələrdən bəziləri tire (-), tırnak işarələri (“”), ulduzlar ( *), umlauts (¨), apostrof (ʼ), mötərizələr () və dördbucaqlı mötərizələrdir ([]).
Ssenari
Qısa tire (-) sözləri ayırmaq və ya onları birləşdirmək üçün istifadə olunur, beləliklə hecalar və ya sözlər arasında əlaqə qurmağa imkan verir.
Bir söz bir sətrin sonuna sığmadığı zaman, hecaları tire qoyulur və növbəti sətirdə davam etdirilir. Məsələn, arma-rio, luce-ro, ra-tonera.
Həm də bir məsələni izah etmək üçün ikidən çox terminə ehtiyac olduqda, defis istifadə olunur. Məsələn, Portuqaliya-Venesuela, sosial-iqtisadi, ingilis dilində danışanlar. Bu tip termin standartlaşdırıldıqda, tire buraxılmağa meyllidir və birinci hissə bir ön şəkil kimi assimilyasiya olunur. Məsələn, yunan-latın, açan, korlanmış və s.
Dırnaq işarələri
Dırnaq işarələri (“”) iki vacib funksiya üçün istifadə olunur: birincisi, mətn daxilində bir söz və ya ifadəni vurğulamaq üçün. İkincisi, başqasının sözlərindən sitat gətirmək.
Dieresis
İspan dilində umlaut (¨) məktubu oxumağa imkan verən qrafik işarəsidir və ya samit arasında olmasına baxmayaraq g və yarı açıq saitlər mən Y və, səslənməlidir. Məsələn: məlhəm, krank mili, güiro, dilçilik.
Alman və ya fransız kimi digər dillərdə umlaut saitlərin yüksəkliyini öz qrammatik qaydalarına uyğun olaraq dəyişdirir.
Apostrof
İspan dilindəki apostrofın (ʼ) bir neçə istifadəsi var. Aşağıdakıları sadalaya bilərik:
- Qədim yazılı bir məktub Elide. Məsələn, “onlara cavab verin.”
- Müəyyən bir bölgənin danışıq dilində tələffüz olunmayan bir hecanın buraxılışını qrafik olaraq təmsil edin. Məsələn “Bu pulu nə üçün istəyirsən?”; “İndi çayda həqiqətən heç bir şey istəmirəm.”
Parantez
Mötərizələr () ayırmaq üçün istifadə olunur. Onların vasitəsi ilə sözlər, cümlələr və ya bəndlər təcrid oluna bilər. Bu, əsas mətnə bəzi tamamlayıcı məlumatları aydınlaşdırmağa və ya qatqı təmin etməyə imkan verir.
Misal üçün, “Metamorfoz Kafkanın (1915-ci ildə nəşr olunmuşdur) çağdaş ədəbiyyatın təməl əsəridir. “” José (olmasaydı) olmasaydı, heç vaxt həqiqəti kəşf etməzdim. “
Mötərizələr
Dördbucaqlı mötərizələr ([]) parantezə bənzər şəkildə istifadə olunur, lakin daha az yayılmışdır və müəyyən xəbərdarlıqlara malikdirlər.
- Kvadrat mötərizələr onsuz da mötərizədə olan mətnə əlavə məlumat təqdim etmək üçün istifadə olunur. Məsələn, “Violeta Parra’nın son albomu (adlanır Ən son bəstələr [1966]) onun ən yaxşı başa çatmış işi idi “.
- Şeirdə əvvəlki sətrə sığmayan bir söz və ya hissənin davamlılığını göstərmək üçün də istifadə olunur. Misal üçün,
- Bir abzasın köçürülməsi zamanı yazıçı bir qeyd və ya açıqlama gətirmək istəyir.
- Sitat zamanı istinad olunan mətnin bir hissəsi buraxıldıqda.
Comments are closed, but trackbacks and pingbacks are open.