Press "Enter" to skip to content

Düşün və varlan

24. Nəfsini saxlamamaq: Acgözlülük, alkoqolizm, narkomanlıq, seksual əxlaqsızlıq insanın mahiyyətini yeyir.

Napoleon Hill “Düşün Və Varlan” PDF

Yəqin ki, dünyada ən əhəmiyyətli və nüfuzlu kitab uğura, zənginliyə, maneələri aşa bilən həyat enerjisinə və məqsədyönlülüyə yönləndirən dərslik sayılır. “Düşün və varlan” kitabı 70 il ərzində zənginliyin yaradılması üzrə klassik dərslik sayılır. Napoleon Hill hər fəsildə pulun əldə edilməsinin sirlərini açır və bu sirlərdən istifadə edən minlərlə insan nəinki zənginlik əldə edir, üstəlik dayanmadan onu artırır və eyni zamanda öz şəxsi potensiallarını inkişaf etdirir, zənginləşdirir. Qarşınızdakı Napoleon Hillin möhtəşəm işinin əlavələr edilmiş, müasir həyata uyğun yenidən işlənib-hazırlanmış təzə klassik nəşridi.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Napoleon Hill “Düşün Və Varlan” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Azərbaycanca.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Düşün və varlan

Nəhayət ki, “Düşün və Varlan” kitabını oxuyaraq biznes və uğur kitablarına başladım.. Bu kitablardan sonra varlı olsam söz verirəm nəticəni bura yazacam. 🙂 Napoleon Hill, Düşün və Varlan’ı 1937-ci ildə Henry Ford, Thomas Edison kimi bir çox tanınmış insanın uğur hekayələrini 25 il tədqiq etdikdən sonra yazmışdır. Dünyanın ən çox satılan kitablarından olan Düşün və Varlan kitabında 13 addımlıq formul ilə uğura gedən yoldan bəhs olunur.

Amerikalı yazar Napoleon Hill təxminən bir əsr öncə yazdığı kitabla bu mövzulu fərdi inkişaf kitabları arasında bir ilkə imza atmışdır. Bu kitabdan sonra yazılan fərdi inkişaf kitabları isə mövzu baxımından bu kitabdan ilham almışdır. Think and Grow Rich yəni Düşün və Varlan isimli əsərində günümüzdə də keçərli olan uğursuzluğun səbəblərini tək tək sıralamışdır..

Yazara görə əsas məsələ bunları sıralamaqda deyil təbii ki, əsas olan qüsurları ilk olaraq beynimizdə, şüur altımızda həll etməkdir. Uğurun səbəblərindən öncə kitabdan seçdiyim uğursuzluğun səbəbləri tərəfimdən sizlərə təqdim olunur. :))

1. Arzuolunmayan irsiyyət: Çox az faiz insanlar var ki, beyin qüsurları ilə anadan olurlar. Beləcə, onların əqli qabiliyyətləri uğurlu karyera qurmağa maneçilik törədir.

2. Məqsədin yoxluğu: Heç bir, hətta ən qabiliyyətli və istedadlı insan həyatda müəyyən məqsədi yoxdursa, uğura bel bağlaya bilməz.

3. Ambisiyaların yoxluğu: Şöhrətpərəstlik – güclü stimuldur və əgər sizdə bu keyfiyyət yoxdursa, nəyəsə nail olacağınız böyük sual altındadır.

4. Təhsilin azlığı: Bu maneəni asanlıqla aşmaq mümkündür ( və aşılmalıdır da. )

5. Şəxsi intizamın çatışmazlığı: Әgər özünüzü ələ almağı bacarmırsınızsa, bunu sizin əvəzinizdə başqaları edəcək.

6. Sağlamlıq: Әgər xəstəsinizsə heç bir uğur, heç bir pul sizi sevindirməyəcək.

7. Çətin uşaqlıq: “Әgər qələmi əyri basdırsanız, ondan düz ağac bitməyəcək”

8. Ləngitmə: Bu uğursuzluğun ən geniş yayılmış səbəblərindən biridir.

9. İnadkarlığın azlığı: Әvvəldə hər kəs enerji və nikbinliklə silahlanır, lakin çoxları ilk uğursuzluql qarşılaşan kimi əllərini işdən soyutmağa meyillidirlər.

10. Aravuran xasiyyət: Uğur yalnız başqaları ilə dil tapmağı bacaran insanları izləyir. Pis xasiyyətli birisi ilə əməkdaşlıq etmək çətin məsələdir.

11. Seksual xoşagəlimliliyin azlığı, ya da onu idarə edə bilməmək: Seksual enerjinin transformasiyası, ya da Sublimasiya – istənilən məqsəd üçün istifadə edilə biləcək güclü hərəkətvericidir.

12. Azart və yüngül yolla pul əldə etmək arzusu: Oyuna ehtiras və çoxlu pul qazanmaq həvəsi milyonlarla insanı faciəli vəziyyətə salıb.

13. Qətiyyətsizlik: Qətiyyətsizlik və ləngitmə – eyni bağın məhsuludur. Әgər birisi işlərini “arxa yeşiyə” atırsa, deməli, o qətiyyətsizdir.

14. Qorxu: İnsanları tez-tez irəliləməyə qoymayan amillərdən biri də qorxudur.

15. Uğursuz nigah: Әrlə- arvad arasındakı münasibət insanın sosial həytüatında güclü iz buraxır və karyerasına mənfi təsir göstərir.

16. Həddən ziyadə ehtiyatlılıq: İstənilən işdə riskdən bir pay olmalıdır.

17. Biznes üzrə partnyorları və ya əməkdaşları düzgün seçməmək:

18. Mövhumat və yalnış fikir:

19. Ürəyincə olmayan iş: Heç kəs istəmədiyi işdə müvəffəqiyyət qazana bilməz.

20. Fikrini bir yöndə cəmləyə bilməmək:

21. Öz xərclərinizə nəzarət edə bilməmək:

22. Ruh yüksəkliyinin azlığı: Әgər öz işinizdə maraqlımolmayacaqsınızsa başqasını cəlb edə bilməyəcəksiniz.

23. Səbirsizlik: Bu xüsusiyyət insanın inkişafdan dayandığına işarə edir.

24. Nəfsini saxlamamaq: Acgözlülük, alkoqolizm, narkomanlıq, seksual əxlaqsızlıq insanın mahiyyətini yeyir.

25. Әməkdaşlıq edə bilməmək: Tək əldən səs çıxmaz.

26. Qazanılmamış sərvət: Bu var-dövləti özü qazanmayan şəxslərə aiddir.( məsələn, varlı valideynin varisləri)

28. Lovğalıq və şöhrətpərəstlik:

29. Faktlar əvəzinə ehtimallar: Məlumatı toplamaq və faktları analiz etməyə tənbəllik göstərmək müvəffəqiyyətsizliyə gətirib çıxarır.

30. İlkin kapitalın yoxluğu: Әgər öz şəxsi biznesinizi açmaq üçün lazımi qədər kapitalınız yoxdursa, bir müddət başqa sahibkara işləyə bilərsiniz.

“Müvəffəqiyyət qanunu” kitabı necə yarandı və ya Napoleon Hill kimdir?

Napoleon Hill (1883-1970) Müasir Amerika ədəbiyyatının klassiklərindən biri olub. O, Virciniyada kasıb bir ailədə dünyaya göz açıb. On yaşında anasını itirib. 13 yaşında ikən “Kiçik şəhərcik” qəzetində müxbir kimi işləməyə başlayıb.

Buradan qazandığı pulu təhsilinə sərf edib. Qısa bir zamandan sonra maddi çətinliyə görə təhsilini dayandırıb. 1908-ci il Hillin həyatında həlledici olmuşdur. Həmin il ona tanınmış şəxslərin uğurlu iş həyatı haqqında silsilə məqalələrin yazılması sifariş edilir. O, birinci məqaləsini, o dövrdə dünyanın ən varlı insanlarından biri sayılan Endryu Karnegiyə həsr edir. Hill aşkar edir ki, Karnegi hətta orta biliyə malik insanın təkrarlaya biləcəyi uğurun sadə formulunun mövcudluğuna inanıb. Məqalə Karnegiyə dərin təsir bağışlayır və nəticədə Karnegi ona böyük bir iş: uğurun formulunu çıxarıb dərc etmək üçün əksəriyyəti milyonçu olan 500 adamdan müsahibə almağı tapşırır. Araşdırmalar zamanı, Hill tanınmış insanların çoxundan müsahibələr alır. Onların arasında Tomas Edison, Aleksandr Qraham Bell, Corc İstman, Henry Ford, Elmer Geyts, Con D. Rokfeller, Çarlz M. Şvab, F.V.Vulvors, Villiam Vrigley Jr. və başqaları olmuşdur. Layihə 20 ildən artıq davam edir. Bu illər ərzində Hill Karneginin məsləhətçisi olur. Hillin və Karnedinin qurduğu “tez varlanmağın” formulu ilk dəfə 1928-ci ildə “Müvəffəqiyyət qanunu” kitabında ifadə olunur. Daha sonra həmin formul 1941-ci ilə kimi qiyabi-təhsil kurslarında, eləcə də 17 cildli “Əqli Dinamit” seriyasında çap olundu.

1919-1920-ci illərdə Hil ”Hill’s Qolden Rule” jurnalında redaktor və naşir kimi çalışıb. 1930-cu ildə “Uğurun pillələri”ni nəşr etdirdi. 1933-1936-cı illərdə Hill Prezident Franklin Delano Ruzveltin məsləhətçisi olmuşdur. 1937-ci ildə Hill özünü ən məşhur “Düşün və varlan” adlı kitabında həmin uğur formulunu başa çatdırır. Bu kitab hazırda da çap edilmiş və otuz milyonluq tirajla satılmışdır.

1939-cu ildə Həyat yolunu necə təsəvvür edirsən?”, 1953-cü ildə isə “Öz əmək haqqını necə artırmalı” adlı kitabları işıq üzü görmüşdür. 1952-1962-ci illərdə o, V.Klement Stounla çalışıb. Amerikanın Birləşmiş Sığorta şirkətində Stounun “Şəxsi uğurun fəlsəfəsi”ni tədris edib və “Uğur haqqında elm” mövzusunda mühazirələr oxuyub. 1960-cı ildə nəşr etdirdiyi “Pozotiv əqli münasibətdə əldə olunmuş uğur” kitabı qismən Stounla əməkdaşlıq nəticəsində yazılmışdır. Hill 1970-ci ildə Cənubi Karolinada vəfat etmişdir.

“Öz möcüzəni yaratmaq sənin əlindədir” adlı əsəri 1971-ci ildə vəfatından sonra nəşr edilmişdir.

(Davamı gələn yazıda )

  • Teqlər:
  • uğur psixologiyası
  • , uğur qazanmaq
  • , uğur

Comments are closed, but trackbacks and pingbacks are open.