ƏDV satıcısından necə ƏDV-siz satıcı ola bilərəm?
Əlavə yaranan dəyər 40 manat olduğundan, vergi məbləği 7,20 manatdır.
ƏDV satıcısından necə ƏDV-siz satıcı ola bilərəm?
Əlavə dəyər vergisi (ƏDV) əlavə yaranan dəyərə görə hesablanan istehlak vergisi növüdür. Əlavə dəyər adətən ticarətdə malların alışı ilə satışı, istehsalatda malların maya dəyəri ilə satış dəyəri arasında yaranır. Lakin bu, ƏDV-nin yalnız qeyd olunan hallarda hesablanmasına dəlalət etmir.
ƏDV-nin mahiyyətini izah edən iqtisadçı ekspert Radil Fətullayev bildirib ki, Vergi Məcəlləsinə əsasən, əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir.
Vergi qanunvericiliyinə görə, satış zamanı ƏDV-ni ancaq ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş hüquqi və ya fiziki şəxslər ödəyirlər. Qeydiyyatdan keçməyən ödəyicilər isə alış zamanı ƏDV ödəsələr də, satış zamanı ƏDV ödəmirlər. Bu cür ödəyicilər alış zamanı ödədikləri ƏDV məbləğini əvəzləşdirmə hüququna malik olmasalar da, həmin məbləği mal və xidmətin dəyərinə əlavə edirlər. Buna misal olaraq Azərbaycandakı sadələşdirilmiş vergi və mənfəət (gəlir) vergisi ödəyicilərinin ödədikləri ƏDV-ni göstərmək olar.
İlk baxışdan ƏDV-ni ödəyən şəxsin satıcı olması görünsə də əməliyyat zamanı məlum olur ki, satıcı alıcı (istehlakçı) ilə dövlət arasında bir vasitəçi və ya ötürücü kimi çıxış edir. Əslində isə ƏDV-ni dövlət məhz istehlakçıdan, yəni son alıcıdan tutur.
Misal: “ABC” müəssisəsi satmaq üçün topdansatış məntəqəsindən 50 manat mal alaraq, həmin malı istehlakçıya 90 manata satır. ƏDV dərəcəsi 18 faiz olub. Burada dövlətə ödənilməli ƏDV məbləği belə hesablanır:
90-50=40 manat
40 x 18% = 7,20 manat.
Əlavə yaranan dəyər 40 manat olduğundan, vergi məbləği 7,20 manatdır.
Əslində isə satıcı alış zamanı 9,0 (50*18%) manat ƏDV ödəyib:
50 x 18% = 9 manat.
Eyni malı istehlakçıya satarkən 16,20 manat alıb:
90 x 18% = 16,20 manat.
Nəticədə, dövlətə ödənilməli ƏDV məbləği yenə də 7,20 manat təşkil edir:
Nümunədən də bir daha görmək olur ki, burada ƏDV satış və alış zamanı arada yaranan əlavə dəyərə (ticarət əlavəsinə) görə dövlətə ödənilməli olan vergi borcudur. Onu da qeyd edək ki, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir.
ƏDV satıcısından necə ƏDV-siz satıcı ola bilərəm?
Mağazada çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi alıcının elektron kabinet açarkən yaratdığı virtual “pul qabı”na yerləşdirilir.
Modern.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Prezidentin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”na əsasən, əlavə dəyər vergisi (ƏDV) məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur. Belə ki, məhsulun dəyəri 100 manatdırsa, ƏDV ilə birlikdə 118 manat olur. Bu zaman geri qaytarılan məbləğ 18 manatın 10 və ya 15 faizi həcmində hesablanır.
Ümumilikdə isə qaytarılmalı ƏDV məbləğini edvgerial.az portalında kalkulyator vasitəsilə də hesablamaq mümkündür.
ƏDV satıcısından necə ƏDV-siz satıcı ola bilərəm?
Yenicag.az xəbər verir ki, sosial şəbəkədə MİDA-nın yaşayış komplekslərindən ev alan vətəndaşın ƏDV-nin geri qayıtması ilə bağlı yaydığı məlumat güzəştli mənzil sahiblərinin marağına səbəb olub. Sərxan Ağayev adlı şəxsin yazdığına görə, 2020-ci il 1 yanvar tarixindən 2022-ci il 25 may tarixinə kimi MİDA MMC-dən nağd və ya ipoteka ilə mənzil alanlara ƏDV-nin 30 faizi geri qaytarılır. Bunun üçün isə vətəndaşın müvafiq quruma müraciəti kifayət edir. Məlumat üçün qeyd edək ki, ötən il Prezident İlham Əliyev “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtlərini və qaydalarını” təsdiqləyib. Yeni qaydalar Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini portala göndərir. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, “VECON CONSULTING ” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc Yenicag.az-a açıqlamasında bildirib ki, alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və sənədlərin düzgünlüyünü yoxlayır. “Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir”.
Əmlak məsələləri üzrə ekspert Mirdaməd Əzizov da açıqlama verərək bildirib ki, güzəştli mənzillərin satışına ƏDV daxil olsa da, ƏDV-nin qaytarılmasında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) məsuliyyət daşımır: “Bu məsələ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin səlahiyyətində olan məsələdir”.
Qeyd edək ki, güzəştli mənzil sahibi olan şəxslər ƏDV-nin qaytarılması ilə bağlı ətraflı məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin çağrı mərkəzinə müraciət edə bilərlər
Comments are closed, but trackbacks and pingbacks are open.