Press "Enter" to skip to content

Ernest Heminquey – Əcəl zəngi ( İlahə Eldarqızı )

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Ernest Heminquey “Əcəl Zəngi” PDF

Əsərin qəhrəmanları Robert Cordan və Mariya arasındakı təmiz, ülvi məhəbbət hissləri parlaq boyalarla əks etdirilmişdir. Böyük rus yazıçısı Konstantin Simonov “Cordan və Mariyanın faciəli məhəbbətinə həsr olunmuş səhifələri E.Heminqueyin bütün yaradıcılığında ən güclü, ən yüksək, ən saf və təmiz səhifələr” kimi qiymətləndirmişdir. Roman faşizmə qarşı təkcə yazıçı qələmi ilə deyil, əldə silah əsgər kimi döyüşən bir insan tərəfindən yazıldığından, oradakı hadisələr o qədər canlıdır ki, özünü həmin hadisələrin mərkəzində hiss edir, əsərin qəhrəmanlarının yaşadıqlarını təkrar yaşayırsan. XX əsr dünya ədəbiyyatında xüsusi yeri olan məşhur Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin (1899-1961) müharibə mövzusunda qələmə aldığı «Əcəl zəngi» romanı təkcə yazıçının öz yaradıcılığında deyil, ümumiyyətlə dünya ədəbiyyatı tarixində bu mövzuya həsr olunmuş ən sanballı ədəbi nümunələrdən biri sayılır.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Ernest Heminquey “Əcəl Zəngi” PDF

Ernest Heminquey – Əcəl zəngi ( İlahə Eldarqızı )

Natella Osmanlının müsahibələrinin birində ən çox sevdiyi roman qəhrəmanlarının kim olduğu cavabına, “Əcəl Zənginin Robertini” misal gətirdiyini oxumuşdum. Maraqlıydı Robetin kişi xarakteri. . .Sonralar Heminqueydən iki kitabı axarlı şəkildə oxusam da, onun “Əcəl Zəngini” oxumaq üçün çox səbr etməli oldum. Kitab haqqında çox ziddiyətli fikirlər eşitmişdim, kimisi “əsl vaxt itkisi oldu” dedi, kimisi “çox gözəl əsərdi” dedi, öz rəyimi bilmək üçün ən yaxşısı əsəri oxumaq qərarına gəldim. Kitab həddindən a rtıq ağır yazılıb, müəyyən dialoqlar var ki, mən orda kimin kim olduğunu qarışdırırdım. Ümumiyyətlə, bir şeyi qeyd etmək istəyirəm ki, Heminqueyin əsərlərini oxuyan zaman mən özümü hadisələrin içində canlı olaraq görə bilmirəm, amma Den Braunun əsərlərini oxuyan zaman mən sanki hadislərin içində oluram. Bu baxımdan Heminqueyin yazı üslubunu çox bəyənməsəmdə oxuduğum hər üç əsərini bəyəndim. Üçüncü müraciətim “Əcəl Zəngi” oldu. Kitabı oxumamışdan öncə düşünürdüm ki, “görəsən bu əcəl zəngi kimin üçün çalınıbdı?”. Əsəri oxuyan zaman aydın oldu ki, əslində romanın adı əsərin əvvəlində epiqraf kimi verilmiş XVII əsr keşişi, ingilis şairi Con Donnun moizəsindən götürülüb. Əsəri oxuyan zaman və ən çoxda Konstantin Simonovun əsərə giriş yazısından mənə belə aydın oldu ki, Heminquey rusları daha çox sevib və onun öz sözüylə desəm “dərhal” bu əsərin rus dilinə tərcümə olunmasını istəyibdi. “Əcəl zəngi” romanının əsas və təyinedici cəhəti – Heminqueyin faşizimlə barışmaz və fəal nifrətidir Romanda cavan amerikan, ispan dili müəllimi, Robert Cordanın İspaniya vətəndaş müharibəsində partizan dəstələrinə kömək etməsindən danışılır. Partladıcı-ekspert kimi ona körpünü partlatmaq tapşırılır. Çoxlarının təriflisi olan Robertin xarakteri ilə tanış oldum və bu mənim üçün də tərifli bir obraz oldu. Düşünürəm ki, hər bir kişidə olması vacib olan xüsusiyyətlər məhz Robertdə var idi. “Demək olar ki, mən inandığım məqsəd uğrunda vuruşmuşam – deyə Robert düşünürdü. Əgər biz burada qalib gəlsək, onda hər yerdə qələbə çalacağıq. Dünya yaxşı yerdir və onun uğrunda vuruşmağa dəyər və mən onu tərk etmək istəmirəm”. Müharibənin fonunda Robertə Mariyanın sevgisindən də bəhs olunur. Robertlə Mariyanın arasındakı sevginin təfərrüatları çox açıq şəkildə təsvir olunubdu. Amma bu hissi mən romanda iki gəncin təmiz, saf, qarşılıqlı məhəbbətini əks etdirən xeyirxah məvhum kimi qarşıladım. Heminquey romandakı Mariyanı təsvir edərkən İnqrid Berqmanı təsəvvür etdiyini deyirmiş. Üç ildən sonra İnqrid Berqman eyniadlı filmdə Mariya obrazını canlandırmışdı. “Robert və Mariyanın faciəli məhəbbətinə həsr olunmuş səhifələr Heminqueyin bütün yaradıcılığında ən güclü, ən yüksək, ən saf və təmiz səhifələridir” deyirdi Konstantin Simonov. Əsərdə mənim üçün maraqlı olan obrazlardan biri də Pilar oldu. Paulo Koelhonun Rio Pyedranın sahilində oturub ağlayan Pilarının xüsusiyyətlərini axtarsamda tapa bilmədim bu tamam başqa bir Pilar idi. Əcəl zənginin harayını eşidəndə soruşmayın kimdir dünyadan köçən? Elə özümüzük.

İlahə Eldarqızı

Comments are closed, but trackbacks and pingbacks are open.