Press "Enter" to skip to content

Online satış səhifəsi açıb gəlir əldə etdikdə dövlətə vergi ödəməliyəm

Qısa yazım.
-aliexpress, ebay və.s. saytlardan ucuz almaq olar.
-vöen əldə edirsiz və fəaliyyətə başlayırsız. 195-ə zəng etsəniz, ilk öncə nə etməliyəm sualına ətraflı cavab verəcəklər.
– gömrükdə problem olmaq deyəndə ki saxlanılacaq, siz də rüsum ödəyib keçirəcəksiniz.
-şəxsi məqsəd üçün 1-2 ədəd nəsə alanda və aylıq 1000$-ı keçməyəndə rüsum ödəmirsiz.
– qaimə əldə edirsiniz və hər alıcıya çatdırılma zamanı qaimə yazıb verirsiniz. bir nüsxəsi sizdə qalır. bu da sizin vergilər nazirliyinə sənəd kimi göstərə biləcəyiniz sənəd olacaq. nəzarət etmək deyəndə ki, daimi nəzarət edilmir, sadəcə hər an yoxlaya bilərlər. ona görə də qaimələriniz qaydasında olmalıdır ki, soruşan olanda göstərəsiniz.
– verginin məbləğini isə özünüz hesablayıb göndərrisziniz hesabat kimi, hər 3 ayda bir Vergilər və DSMF hesabatı şəklində. yəni əlinizdəki qaimələrdəkini cəmləyirsiz göndərrisiz hesabat kimi. sadələşmiş vergidə mənfəət yox gəlirdən ödəyirsiz vergini. yəni 10 manatlıq malın üstünə 5 manat qoyub satanda 15 manatın vergisini ödəyirsiz. sadələşmiş vergi çox aşağıdır deyə (4%), bu elə də qorxulu şey deyil.

E-Ticarət nədir? E-Ticarətə necə başlaya bilərəm?

E-ticarət hamımızın bildiyi ticarət sisteminin bütövlükdə “online” olaraq idarə edilməsidir.

“Ticarət ruhi ilə, E-Ticarətə başlamaq”

Elektron ticarət, məhsullarınızın rəqabət edə bildiyi, çox müqayisə edə biləcəyi, müştərilər tərəfindən tez-tez təqib edə biləcəyi, məhsullarınızı istədikləri zaman səbətə əlavə edildiyi və bir o qədərdə dərhal cixarıla biləcəyi bir alış prosesidir.

E-Ticarətə başlamazdan öncə bir neçə nəzəri məlumat vermək istəyirik, bunlar E-ticarətin kanalları və mövqeləridir.

  • Şaquli E-Ticarət
  • Üfüqi E-Ticarət
  • Bazar yerləri
  • Xaricdə satış əməliyyatı

Burada təyin edəcəyiniz kanal sizin məhsullarınıza, hədəflərinizə, siyasətinizə və sata biləcəyiniz bir çox potensial məhsulumuza görə dəyişəcəkdir. Bunu müəyyən etmək üçün E-Ticarətdə tez-tez istifadə olunan ticarət modellərinə nəzər salaq.

Şaquli E-Ticarət

Şaquli E-Ticarət bir məhsula, bir kateqoriyaya yönəlmiş ixtisaslaşdırılmış proseslərdən ibarət bir ticarət növüdür.Məsələn, “yalnız boyunbağı satan bir marka” barədə düşünə bilərsiniz.Logistika, məhsulları anbarlara yerləşdirmə, satışdan sonra müştəri sadiqliyi, sifariş verərkən görülən işlər, banner idarəsi və məhsul siyahısı kimi bir çox sahədə daha sadə və məhsula yönəldilmiş bir satış strategiyası kimi göstərilə bilər və ya seçim edilə bilər.

Üfüqi E-Ticarət

Üfüqi E-Ticarət modeli bir çox kategoriyadan meydana gələn və hər kategoriyada ayrı bir təcrübə tələb edən bir E-Ticarət modelidir. Bu modeldə əsas olan bir birindən fərqli olan məhsulları bir yerə yigmaqdır. Ancaq çətin tərəflərindən biri də bu qədər çox məhsul kateqoriyası olduğu zaman istənilən məhsul və satış fokusu meydana çıxacaq. Məhsulları və kateqoriyaları vurğulama, yayımlanma və müştəriyə lazım olan ərəfədə satdığı məhsulun növü, forması çox önəmlidir.

Bazarda E-Ticarət

Son zamanlarda elektron ticaretdə çox eşitdiyimiz satış sahələri, xüsusən də sektorda bu alt quruluşu təmin edən markalarlarla əməkdaşlıq edərək E-Ticarətə girmək istəyən markalar üçün bələdçi halına gəldi deyə bilərik. Markanızın və məhsullarınızın kiçik komissiyalar istifadə edərək milyonlarla trafiklə birləşdirmə imkanıniz ola bilər.

Elektron ixrac

Şübhəsiz ki, E-Ticarətin gəldiyi ən yaxşı nöqtələrdən biridir. Təsəffür edin Azərbaycanda gözəl bir məhsul istehsal edirsiniz və xarici satış marketingi vasitəsilə məhsullarıniz bir anda dünyanın çox fərqli yerində xarici valyuta ilə satılaraq həm ölkəmizə həm də öz qazancımıza çox yaxşı təsir edə bilər.

Satışa açılış etmək istəyən markalarımız üçün tövsiyyələrimiz olacaq.

  • Rəqabət təhlili,
  • Göndərmə xərcləri ,
  • Məhsul açıqlamaları

Bu üç maddəyə tam hazır deyilsək, heçvaxt satışa keçməyinizi tövsiyyə etmirik. Satış bazarında , xüsusəndə E-Ticarət vərdişi çox yüksək olan müştəri seqmantasiyası, məhsullarınızı birbaşa qiymət yönümlü bir perspektivlə araşdıracaq. Nəticə olaraq, tamamlanmayan bu 3 maddə, məhsullarınızın satılmasını imkansız edə bilər.

Edilən araşdırmalara görə, alış niyyəti olan hər 1000 nəfərdən ortalama 22-si satışa çevrilir. Məhsul almaq niyyəti olan bu kütlə sizin mükəmməl iş görməyinizi gözləyər:

  1. Sürətli sayt,
  2. Etibarlı təsurat,
  3. Axtardığını tapmaq,
  4. Asan üzv olmaq,
  5. Sevindirici göndərmə(kargo) qitmətləri,
  6. Geniş ödəmə sistemi,
  7. Sürətli çatdırılma.

Budur, tətbiq edilməsi lazım olan maddələri bu formada sıralamaq olar. E-Ticarətdə ən əsas ehtiyac, qarşı tərəfi hissetdiyinizi göstərməkdir. Bu sadiqliyi artiracağı üçün asanlıqla satışa çevrilə bilər. Eyni zamanda markanız üçün davamlı olaraq özünüzü inkişaf etdirməlisiniz. Çünki rəqəmsal dünyada 2 saat əvvəl belə çox gec ola bilər. Bu səbəbdən təxirə salma və sonra yenidən qiymətləndirmə kimi mövzulara girdiyinizdə, trend dediyimiz sürətli dəyişikliyin çox gerisində qala bilərsiniz.

Online satış səhifəsi açıb gəlir əldə etdikdə dövlətə vergi ödəməliyəm?

Salam. İnstagramda səhifə açıb xarici saytlardan (ebay, aliexpress və s.) alib burda satmaq istəyirəm. Məhsullar geyim, aksesuar, oyuncaq, ofis ləvaziatları, qulaqcıq və s. xirda eşyalar ola biler.
Mən hansı cətinliklərlə qarşılaşa bilərəm? Problemlərlə qarşılaşmamaq üçün mən nə etməli ve nələri etməməliyəm? Təcrübəsi olanlar işin alınması üçün nə məsləhət görərdiz? Xaricdən Azərbaycana çatdirilması pulsuz və ya ucuz olan başqa hansı saytlar var? Ən əsəsı mənə bu işin hüquqi yanını izah edin. Men ilk olaraq nə etməliyəm ki, hər şey qanuni olsun? Əgər 1 ay icində 40-50 sifariş olsa gömrükdə problem olarmı? Tutaqki 100 azn satışa gorə nə qədər vergi ödməliyəm? Maximun nə qədər məhsul getizdirə bilərəm? Birdəki, mən satmaq üçün yox özüm və ya yaxınım üçün tutaqki paltar sifariş etsəm buna görə də vergi ödəyəcəm? nece bildirmək olar ki, bunu satış üçün yox özüm üçün aliram? Ümumiyyətlə Vergilər nazirliyi necə nəzarət edəcək bu işə? Misal üçün: Mən 10 məhsul getirmişəm, hərəsini 10 manatdan satmışam. Nazirlik nəyin əsasında mənə vergi müəyyən edəcək? Zəhmət deyilsə bu xırdalıqları mənə başa salardız. Təşəkkürlər!

Sualı verdi: Marceline ( 20/04/2017 )

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Qısa yazım.
-aliexpress, ebay və.s. saytlardan ucuz almaq olar.
-vöen əldə edirsiz və fəaliyyətə başlayırsız. 195-ə zəng etsəniz, ilk öncə nə etməliyəm sualına ətraflı cavab verəcəklər.
– gömrükdə problem olmaq deyəndə ki saxlanılacaq, siz də rüsum ödəyib keçirəcəksiniz.
-şəxsi məqsəd üçün 1-2 ədəd nəsə alanda və aylıq 1000$-ı keçməyəndə rüsum ödəmirsiz.
– qaimə əldə edirsiniz və hər alıcıya çatdırılma zamanı qaimə yazıb verirsiniz. bir nüsxəsi sizdə qalır. bu da sizin vergilər nazirliyinə sənəd kimi göstərə biləcəyiniz sənəd olacaq. nəzarət etmək deyəndə ki, daimi nəzarət edilmir, sadəcə hər an yoxlaya bilərlər. ona görə də qaimələriniz qaydasında olmalıdır ki, soruşan olanda göstərəsiniz.
– verginin məbləğini isə özünüz hesablayıb göndərrisziniz hesabat kimi, hər 3 ayda bir Vergilər və DSMF hesabatı şəklində. yəni əlinizdəki qaimələrdəkini cəmləyirsiz göndərrisiz hesabat kimi. sadələşmiş vergidə mənfəət yox gəlirdən ödəyirsiz vergini. yəni 10 manatlıq malın üstünə 5 manat qoyub satanda 15 manatın vergisini ödəyirsiz. sadələşmiş vergi çox aşağıdır deyə (4%), bu elə də qorxulu şey deyil.

reallıq isə budur ki, hazırda online fəaliiyyət göstərən pərakəndə nəsə gətirib satanların 99%i heç bir qeydiyyatdan keçmədən edir bunu, hələ ki çox da nəzarət yoxdur deyə, amma bu sahəyə də nəzarət güclənəcək, çünki bütün ölkələrdə bu belədir. ona görə də əvvəldən qanuni edənlər udacaq

Comments are closed, but trackbacks and pingbacks are open.