Amerikadan Sifariş
Qiymətlər Amazon və ASOS-la müqayisədə daha ucuzdur.
ƏDV-nin qaytarılması ilə bağlı ən çox verilən suallara CAVAB GƏLDİ
ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaşlar şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə www.edvgerial.az portalında qeydiyyatdan keçməlidirlər. Bu zaman portalda həmin şəxs üçün elektron kabinet və virtual “pul qabı” yaradılır.
BAKU.WS xəbər verir ki, istehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim etməlidir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.
İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilən sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər. BirBank tətbiqi portalda qeydiyyata alınmış telefon nömrəsinə yüklənməlidir. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.
Fiskal ID nədir?
Fiskal ID malın sürətli məlumat kodu olaraq xüsusi qurğular vasitəsilə oxuna bilən QR kod və ya çek üzərində nəzarət mexanizmi qurğusu tərəfindən formalaşdırılan 12-lik say sistemi üzrə simvollardan ibarət unikal identifikator, yeni çek formalarının üzərində çap olunması zəruri olan məlumatlardır.
Elektron kabinetə giriş şifrəsini unutmuşam, şifrəni necə bərpa edə bilərəm?
“Şifrənin bərpası” imkanı vasitəsilə şəxsiyyətinizi təsdiq edən sənədin FİN kodunu və qeydiyyatdan keçərkən istifadə etdiyiniz mobil nömrəni daxil edib, mobil nömrənizə göndəriləcək birdəfəlik şifrəni daxil etməklə yeni şifrə yarada bilərsiniz.
ƏDV-nin bir hissəsi alıcıya hansı müddət ərzində və necə qaytarılır?
Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.
Yanacaqdoldurma məntəqələrindən alınan mallara görə ödənilmiş ƏDV geri qaytarılırmı?
Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.
Çek üzrə “gözləmə” və “qaytarılan” statusu nə deməkdir?
Çekin yaranma tarixindən 30 təqvim günü keçmədiyi halda çekin fiskal ID-si portala daxil edilərkən ƏDV-nin qaytarılmasına dair sorğu “gözləmə” statusu ilə “Tarixçə” bölməsində saxlanılır.
Çekin yaranma tarixindən 30 gün keçibsə, çekin fiskal ID-si portala daxil edilərkən ƏDV məbləği dərhal istehlakçının virtual hesabına köçürülür, “qaytarılan” statusu ilə “tarixçə” bölməsində saxlanılır.
“Bu çek üzrə alınan mallara görə ƏDV ödənilməyib” xətası hansı hallarda əks olunur?
Alınan mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad edilən məhsullar olduqda müvafiq xəta mətni əks olunur.
“Satıcı ƏDV ödəyicisi deyil” xətası hansı hallarda əks olunur?
ƏDV ödəyicisi olmayan satıcılar tərəfindən satılan mal və xidmətlərə ƏDV hesablanmadığından ƏDV-nin qaytarılması mümkün deyil.
“Bu çek üzrə qaytarılmalı ƏDV 0.01 AZN-dən azdır, yaxud malların dəyəri bonus və kupon ilə ödənilib və ya ödənişin növü avansdır” xətası hansı hallarda əks olunur?
Çek üzrə qaytarılmalı ƏDV məbləği 0.01 AZN-dən aşağı olduqda və ya malların dəyəri bonus, hədiyyə kartları, hədiyyə kuponları və s. ilə ödənildikdə, yaxud ödənişin tipi avans olduqda müvafiq xəta mətni əks olunur.
Çek sistemə daxil edildikdə təsdiqlənməyə bilərmi?
Belə hal müxtəlif səbəblərə görə baş verə bilər. Məsələn, nəzarət qurğusunun müvəqqəti olaraq internetə çıxışı olmadığından məlumat sistemə ötürülməmiş ola, çek məlumatları daxil edilərkən alıcı hər hansı səhvə yol verə, çek məlumatları alıcının özü və ya digər şəxs tərəfindən sistemə artıq daxil edilmiş ola, sistemdə texniki nasazlıqlar baş verə bilər və s.
Mən dükanda malın dəyərini nağdsız şəkildə ödədim, satıcı mənə yalnız POS-terminalın çekini verdi. Belə olduqda ƏDV-nin qaytarılması üçün hara müraciət etməliyəm?
Belə hal baş verdikdə, “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.
Avans üsulu ilə ödəniş etmişəm. Avans ödənişlərinə ƏDV qaytarılırmı?
Malların dəyərinin hissə-hissə ödənilməklə (beh və ya avans) satışı həyata keçirildikdə, malın tam dəyəri ödənildikdən sonra ƏDV məbləği geri qaytarılır.
Alıcı hər hansı malı qaytardıqda, ƏDV məbləği qaytarılacaqmı?
Çek üzrə ƏDV hələ qaytarılmadıqda, ödənilmiş tam məbləğ, ƏDV qaytarıldıqda isə qaytarılmış ƏDV məbləğ çıxılmaqla formalaşan məbləğ qaytarılır.
Geri qaytarılmış ƏDV məbləğindən necə istifadə edə bilərəm?
İstifadəçi virtual “pul qabı”na toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər.
Amerikadan Sifariş
Vintajdan ən müasir dəbə, gündəlik geyimlərdən ofis geyimlərinə, Disney qəhrəmanlarının kostyumlarından qədim xalqların ənənəvi geyim növlərinə qədər və ağlınıza gələ və gəlməyə biləcək minlərlə məhsulu ABŞ e-ticarət platformalarından tapa bilərsiz.
İstənilən çeşiddə, tərz müxtəlifliyində, folklor elementlərdən ilhamlanmış dizaynlarda geyim, müasir elektronika, aksesuar və kosmetik vasitələri Amerika saytlarında asanlıqla sərfəli qiymətlərə tapmaq mümkündür.
Dünyanın ən nəhəng Amerika online mağaza platformalarından Azərbaycana kargo xidmətimizdən istifadə edərək rahatlıqla alış-veriş edə bilərsiz.
Onlayn mağaza imperatorlarının cəmləndiyi Amerikadan sifariş üçün bilməli olduğunuz bilgiləri gözdən keçirək:
Amerikadan sifariş etmək sərfəlidirmi?
Bəli, olduqca sərfəlidir, çünki bir çox Amerika saytlarından sifariş edəcəyiniz məhsulun sadəcə özünə və çatdırılmasına görə ödəniş etdiyiniz halda, eyni məhsulu yerli mağazaların hər hansı birindən almaq 2-3 dəfə baha qiymətə (məhsulun maya qiyməti və gətirilmə xərclərinə əlavə olaraq, mağazanın öz qazancı və müxtəlif rüsumlar əlavə olunduğu üçün) başa gələcəkdir.
Necə sifariş verə bilərəm?
Olduqca sadə! Okeanın digər sahilini qucaqlayan qitədən ölkəmizə sifariş etmək üçün:
- Saytımızdan qeydiyyatdan keçirsiz;
- Xarici saytlardan almaq istədiyiniz məhsulu tapırsız;
- Sifariş edərkən ünvan bölməsinə kabinetinizdəki “xaricdəki ünvanlarım” bölməsində qeyd olunmuş ünvan məlumatlarını yazırsız;
- Sifarişinizi Vadi.az saytında bəyan edirsiz;
- Sifarişinizi Azərbaycanda bizdən təhvil alırsız.
Nə qədər gözləyəcəm?
Amerikadan çatdırılma müddəti məhsulu aldığınız saytlara görə dəyişə bilir. Sifarişinizi bəyan etdikdən sonra məhsulu aldığınız satıcı firma, adətən, 3-7 (həftəsonları və rəsmi bayramlarda müddət uzana bilir) iş günü ərzində bağlamanı xarici anbarımıza çatdırır.
Bağlamalar xarici anbardan Azərbaycana 7 gündən gec olmayaraq gətirilir.
Nə qədər ödəməliyəm?
Amerikadan Azərbaycana kargo qiymətlərimiz 1 kq üçün 6 dollardır. Çəki aralıqlarına əsasən qiymət tarifləri dəyişir.
Amerikadan sifariş verə biləcəyim ən yaxşı saytlar hansılardır?
Amerikanın nəhəng alış-veriş saytları məşhur brendlərdən fərdi kolleksiyalara qədər müxtəlif növ məhsul çeşidlərini bir araya toplayır. Bir çox saytların adını isə, demək olar ki, hər gün eşidirik.
Qeyd: Amerika saytlarında satılan, lakin hava nəqliyyatı tərəfindən idxalı qadağan olunmuş məhsulların daşınması həyata keçirilmir. Eyni zamanda, telefon sifarişi vermək istəyən müştərilərə təəssüflə bildiririk ki, telefon sifarişi kargo şirkətimiz tərəfindən qəbul olunmur.
3 nəhəng A-lardan başlayaq:
Amazon
A-dan Z-ə hər şeyin satıldığı və online alış-veriş imperatoru Amazon ilk vaxtlarda onlayn kitab satışı üzərində qurulsa da, hazırda dünyanın ən geniş çeşidli, xüsusilə, elektronika məhsullarının üstünlük təşkil etdiyi sayta çevrilib.
Müştəri məmnuniyyəti üzrə dünya lideri olan Amazondan seçdiyiniz məhsulu sifariş edirsiz və biz çatdırırıq.
Asos
Britaniyada yaradılsa da, Amerika və Avropanın ən çox ziyarət olunan syatlarından biri ASOS, əsasən, gənclərə və gənc ruhlu olanlara uyğun geyim və aksesuarların satışını həyata keçirir.
196 ölkəyə 850-dən çox brendin məhsullarını daşıyan ASOS əyləncəli, rəngli və tərzi ilə fərqlənməyi sevənlərin məkanıdır.
Ali Express
Alibaba şirkətinin pərakəndə online alış-veriş platforması olan Ali Express 2010-cu ildən bəri dünya miqyasında məşhurluq və güvən qazanmış 3-cü A nəhəngidir.
Qiymətlər Amazon və ASOS-la müqayisədə daha ucuzdur.
eBay
eBay platforması birbaşa satıcının özündən ala biləcəyiniz məhsullarla zəngindir. Demək olar, hər kəs eBayda pulsuz satış hesabı aça və istənilən məhsulu orada satışa çıxara bilir.
Sadəcə elektonika və geyimlə deyil, auksionları və müxtəlif kolleksiyaların satışı ilə də məşhur olan eBay-da seçdiyiniz məhsulu saytımızda bəyan edərək kargo xidmətimizdən yararlana bilərsiz.
Walmart
“Daha ucuz qiymətə daha çox satmaq” ideyasından yaranan və 50 ildir fəaliyyət göstərən Walmart hazırda dünyanın ən böyük alış-veriş mərkəzinə çevrilib.
Əsas məqsədi qənaət etməklə həyat standartlarını yaxşılaşdırmaq olan Wallmartdan alış-veriş edərək siz də pulunuza qənaət edə bilərsiz.
shopDisney
Disney qəhrəmanlarının elementləri olan geyim, aksesuar, oyuncaq, kostyum və məişət əşyalarının satışını həyata keçirir.
shopDisney saytından əyləncəli, rəngarəng və cizgi film qəhrəmanlarının printləri olan əşyaları sifariş edirsiz və biz qapınıza qədər gətiririk.
Oxşar xəbərlər
Türkiyədən Sifariş Haqqında Bunları Bilməlisiniz
Yəqin ki, bir neçə il öncə Instagram-da qarşımıza çıxan geyim və aksesuarlar, məişət avandlıqlarına baxıb köks ötürdüyümüz vaxtları xatırlayırıq O zamanlar bir kliklə sadəcə “Save” edə bildiyimiz o məhsulları indi artıq bir kliklə də birbaşa Türkiyədən sifariş edə bilirik
Xarici saytlardan alış-veriş niyə çox sərfəlidir?
Mağaza-mağaza dolaşıb, saatlarla dəyişmə otaqlarının, kassaların qabağında gözləyib, satıcı və ya digər alıcılarla bəzən mübahisə edəndən sonra paketləri daşıyıb, əldən düşmüş vəziyyətdə evə çatırsan və günün əsəb və yorğunluqla bitir – ənənəvi alış-verişin ümumi təsviri, adətən, belə olur Müasir insanın həyatında zaman olduqca sürətlə axır və hər dəqiqə qiymətlidir
Türkiyədən Azərbaycana sifariş və çatdırılma
Vadiaz vasitəsiylə Türkiyədən Azərbaycana sifariş və çatdırılmanın incəlikləri
Ebay-da Necə Qeydiyyatdan Keçmək Olar
Ebay, dünyanın hər yerindən bir çox mağazadan daha aşağı bir qiymətə mal ala biləcəyiniz dünyanın ən populyar onlayn auksionlarından biridir. Resursda qeydiyyat hər kəs üçün mövcuddur və sayt interfeysi vasitəsilə həyata keçirilə bilər. Ebay-da necə qeydiyyatdan keçmək olar
Təlimat
Addım 1
Kompüterinizdə quraşdırılmış brauzerdən istifadə edərək Ebay veb saytına gedin. Görünən səhifədə yuxarı sol hissəsində qeyd maddəsini seçin. Qeydiyyat formasının yüklənməsini başa çatdırmasını və lazımi məlumatları daxil etməsini gözləyin.
Addım 2
Adınızı Ad Soyadına, Soyadınızı Soyadınıza daxil edin. E-poçt hissəsinə e-poçt adresinizi daxil edin. Qeyd etmək lazımdır ki, mənbədə qeydiyyatdan keçmək üçün ən yaxşısı Gmail və ya Yahoo-da bir e-poçt hesabından istifadə etməkdir. Rus bir elektron poçt ünvanı da daxil edə bilərsiniz, lakin bu vəziyyətdə mesajların çatdırılmasında və qeyd təsdiqləmə kodunda bir gecikmə ehtimalı var. Şifrə yarat sahəsinə hesabınız üçün parol daxil edin və Şifrəni təsdiqlə sahəsinə daxil edilmiş simvolları təkrarlayın.
Addım 3
Tələb olunan bütün məlumatları doldurduqdan sonra Göndər düyməsini vurun. Poçt qutunuza gedin. Saytda qeydiyyat formasına daxil edilmiş məlumatları göstərən bir mesaj görəcəksiniz. “Bəli, davam et” bağlantısını vurun.
Addım 4
Səhifənin yüklənməsini gözləyin və qeydin uğurlu olduğunu təsdiqləyin. Çatdırılma ünvanlarını və yaşayış yerini qurmaq üçün My eBay – Xülasə bağlantısını tıklayaraq şəxsi hesabınıza keçin.
Addım 5
Hesab – Ünvanlar bölməsində malların çatdırılması üçün ünvanları göstərə bilərsiniz. Ünsiyyət Tercihləri bölməsində sizinlə əlaqə qurmaq üçün istifadə edə biləcəyiniz telefon nömrələrini və e-poçt adreslərini doldurun. Satınalmalar üçün ödəmə etmək üçün PayPal Hesab nömrənizi PayPal Hesabı hissəsinə daxil edin.
Addım 6
Saytda alış-veriş etmək üçün elektron bir cüzdan PayPal qeydiyyatdan keçməlisiniz. Bu, ödəmə sisteminin rəsmi saytına daxil olaraq və pəncərənin yuxarı sağ küncündəki “Qeydiyyat” bağlantısını tıklayaraq edilə bilər. Fərdi bir hesab açmaq üçün seçin və proseduru ekrandakı təlimatlara uyğun olaraq doldurmaq üçün lazım olan sahələri doldurun. Hesabınızı doldurmaq üçün bank kartınızın tələb olunan məlumatlarını daxil edin. Qeyd tamamlandıqdan sonra, eBay-də ödəmək üçün PayPal hesabınızdan istifadə edə bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.