Səadət kamalla yetişir başa
· İfadəli oxuya hazırlıq. İfadəli oxu ilə bağlı tövsiyələr verilir, bilik və bacarıqların inkişafı məqsədilə tapşırıqlar təklif edilir.
Edebiyyat 6 müllim üçün metodik vsait
2018-12-06 13:14:00
Dövlət qulluğuna hazırlaşanlar üçün metodik vəsait nəşr olundu
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar üçün təlimat” metodik vəsaiti nəşr olunub. DİM-dən AzEdu.az-a bildiriblər ki, metodik vəsait dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar və ictimaiyyətin bu sahə ilə maraqlanan təbəqəsi üçün nəzərdə tutulub. Vəsait dörd hissədən ibarətdir. Birinci hissə dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə hazırlaşanların imtahanlarda uğur əldə etmələri üçün faydalı tövsiyələrdən və bir çox mühüm materiallardan ibarətdir. Dövlət qulluğuna işə qəbul olunmaq istəyənlər bu hissədə test imtahanında yoxlanılacaq bilik sahələri, bilik sahələrinin proqramları, konkret nümunələr əsasında qapalı və açıq tipli test tapşırıqlarının cavablandırılması qaydaları, dövlət qulluğu vəzifələri üzrə sertifikatın verilməsi üçün inzibati vəzifələrin növləri, qrupları və alt qrupları, hər bir sahə üzrə test tapşırıqlarının tipi, sayı və vəzifə altqrupları üzrə keçid balları haqqında məlumatlardan, yaddaş kitabçaları və digər zəruri materiallardan yararlana bilərlər. Dövlət qulluğuna qəbul üzrə müsabiqənin müsahibə mərhələsində uğur əldə etmənin yolunu müəyyənləşdirən tövsiyələr vəsaitin ikinci hissəsində yer alıb. İkinci hissədə, həmçinin dövlət qulluğu vəzifələrinin tutulmasının ümumi şərtlərinə aid təlimatla da tanış olmaq mümkündür. Bu hissədə haqqında məlumat verilən “Dövlət qulluğunda karyera bələdçisi” adlı elektron xidmət DİM tərəfindən hazırda dövlət qulluğunda çalışanları və dövlət qulluğuna qəbul olunmaq istəyən şəxsləri istiqamətləndirmək və karyeranın planlaşdırılmasına kömək etmək məqsədilə yaradılıb. Vəsaitin üçüncü hissəsinə namizədlərin test imtahanına öz hazırlıq səviyyəsini müəyyənləşdirməsi üçün imtahanda yoxlanılan bilik sahələrinə aid test tapşırığı nümunələri və onların düzgün cavabları, dördüncü hissəyə isə digər bəzi mühüm materiallar daxil edilib. Ümumiyyətlə, DİM-in dövlət qulluğuna işə qəbul olunmaq istəyən şəxslərə elmi-metodik kömək məqsədilə hazırladığı bu vəsait müsabiqənin həm test imtahanı, həm də müsahibə mərhələsində uğur qazanmağın istiqamətini müəyyənləşdirən zəruri materiallardan ibarətdir. Vəsaitlə əsaslı tanışlıq hər bir namizədin dövlət qulluğuna işə qəbul olunmaq şansını artıra bilər. Metodik vəsaiti DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m. və Nəsimi rayonu A.Salamzadə küçəsi, 28. ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Bu bölməyə aid digər xəbərlər
Məmur olmaq istəyənlər üçün imtahan – “buraxılış vərəqəsi”ni çap etsinlər!
2023-03-14 10:43:58
Dövlət qulluğu imtahanının modeli DƏYİŞƏCƏK
2023-03-06 17:10:00
Martın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
2023-02-14 10:25:49
Dövlət qulluqçularının rotasiyası qaydası müəyyənləşir
2023-02-01 16:40:00
Bu şəxslər imtahansız dövlət qulluğunun müsahibəsinə buraxıla bilər
2023-01-15 17:16:00
Dövlət qulluğunda şərtlər necədir, nə kimi imkanlar var?-DİQQƏT
2023-01-10 16:56:00
Dövlət qulluğuna qəbul necə həyata keçirilir?-Detallar
2023-01-09 16:18:00
Dövlət qulluğuna qəbul necə həyata keçirilir?-Detallar
2023-01-05 16:39:00
Dövlət qulluğunda şərtlər necədir, nə kimi imkanlar var?-DİQQƏT
2023-01-04 13:40:00
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
Səadət kamalla yetişir başa
Ümumtəhsil məktəblərinin IX sinifləri üçün ədəbiyyat fənni üzrə dərslik komplekti “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” əsasında hazırlanmışdır.
Dərslik komplektinin elmi-metodik konsepsiyasının əsasında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan hədəflər, şagirdlərin ədəbi təhsilinin məzmununda nəzəri biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi, qazanılmış bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsi durur.
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənn kurikulumundakı (bax: http://www.kurikulum.az/images/kurikulumTam/edebiyyat.pdf ) ümumi orta təhsilin tamamlandığı VIII – IX siniflərdə ədəbiyyatın qədim dövrlərdən bu günə qədər keçdiyi inkişaf yolunun izlənilməsi tələbi dərslikdə əsas götürülmüşdür . Əvvəlki si nifdə ədəbiyyatımızın tarixi-ədəbi zəmində öyrənilməsi üzrə metodik sistemin davamı kimi IX sinifdə XX əsrin əvvəllərindən (1918-ci ildən) bu günədək ədəbiyyatımızın tarixi ardıcıllıq nəzərə alınmaqla öyrədilməsi əsas götürülmüşdür. -əvvəlki cümlədə təkrarlanır.
DƏRSLİK
Ədəbiyyatımızın inkişaf mərhələləri müəyyənləşdirilərkən BDU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrası tərəfindən hazırlanmış “Müasir Azərbaycan ədəbiyyatı” dərsliyindəki Azərbaycan ədəbiyyatı tarixinə, onun dövrləşdirilməsinə və ədəbi prosesə yeni yanaşma, elmi-metodoloji prinsip və tələblər əsas götürülmüşdür. (Müasir Azərbaycan ədəbiyyatı. I-II cild. Bakı: Bakı Universiteti, 2007.) Eləcə də hazırda ümumtəhsil məktəblərində istifadə olunan XI sinif üçün ədəbiyyat” dərsliyində ən yeni dövr Azərbaycan ədəbiyyatının mərhələləri nəzərə alınmışdır. (N.Cəfərov, İ. Həbibbəyli, N.Əliyeva, A.Bakıxanova. Ədəbiyyat. XI sinif üçün dərslik. Bakı: Çaşıoğlu, 2012. )
Ədəbi irsin və müasir ədəbi prosesin tədrisi, öyrənilməsi və mənimsənilməsi üçün əsas götürülən yeni elmi-metodoloji konsepsiyaya uyğun olaraq müasir ədəbiyyatımızın dövrləşdirilməsi, tarixi-xronoloji ardıcıllıqla, kurikulumun məqsəd və vəzifələrinə, məzmun standartlarına və şagirdlərin yaş və mənimsəmə səviyyəsinə uyğun şəkildə öyrənilməsi imkanları müəyyənləşdirilmişdir.
Dərslikdə təlim prosesinin mərhələlərinə uyğun olaraq, aşağıdakı iş növlərindən, sual və tapşırıqlar sistemindən məqsədəuyğun sayılmışdır:
· Yada salın. Şagirdləri mövzu ilə bağlı biliklərini xatırlamağa, maraq və istəklərini ifadə etməyə istiqamətləndirəcəkdir.
· Düşünün. İlkin fərziyyələr söyləməyə, araşdırma aparmağa yönəldəcəkdir.
· Oxuda aydınlaşdırın. Tanış olmayan sözlərin mənasını aydınlaşdırmaq, eləcə də bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirmək üçün nəzərdə tutulmuşdur.
· Məzmun üzrə iş. Əsərin məzmununun öyrənilməsi ilə əlaqədar yerinə yetirilən işlər əhatə olunur. Məzmunun necə mənimsənildiyini aşkara çıxarmaq və dərinləşdirmək üçün təklif olunur.
· Təhlil üzrə iş. Əsərin təhlili, bununla bağlı zəruri bacarıqların yaradılması və tətbiqi üzrə işlər əhatə olunur.
· Tətbiq. Müzakirə. Yaradıcı iş. Fərdi, eləcə də cütlük, qrup şəklində tədqiqat aparmağa, yaradıcı işə qoşulmağa, bilik və bacarıqların tətbiqinə istiqamətləndirir.
· İfadəli oxuya hazırlıq. İfadəli oxu ilə bağlı tövsiyələr verilir, bilik və bacarıqların inkişafı məqsədilə tapşırıqlar təklif edilir.
· Qiymətləndirmə materialları. Bölmələrin sonunda həyata keçirilən kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur.
· Layihələr üzrə iş. Layihələr şagirdlərin müxtəlif mənbələrlə, dərslikdəki müvafiq materiallarla işləmələri, bilik və bacarıqlarını tətbiq etmələri, yaradıcı fəaliyyət göstərmələri üçün təklif edilir.
· Müstəqil iş. Bölmələrdə əsərləri tədris olunan sənətkarların həyatı haqqında müxtəlif mənbələrdən məlumatların toplanması və öyrənilməsi üçün nəzərdə tutulmuşdur.
Dərslikdə aşağıdakı pedaqoji prinsiplər gözlənilmişdir:
– ardıcıllıq
– yaş səviyyəsinə uyğunluq
– təlim vaxtına uyğunluq
– oxunaqlılıq
– inklüzivlik
– inteqrativlik
– MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT
Fənn müəlliminə kömək məqsədilə metodik vəsaitə aşağıdakı tövsiyələr daxil edilmişdir:
· IX sinif ədəbiyyat fənn kurikulumunun xüsusiyyətləri;
· Məzmun standartlarının reallaşdırılması cədvəli;
· Tədris materiallarının illik planlaşdırılması (mövzuların həftələr üzrə bölgüsü, reallaşdırılan standartlar, fənlərarası inteqrasiya, strategiyalar: metodlar, iş formaları, resurslar, qiymətləndirmə üsul və vasitələri);
· Fəndaxili inteqrasiya;
· Ədəbiyyat dərslərində yeni təlim texnologiyaları;
· Diferensial təlim imkanları;
· Ədəbiyyat fənni üzrə məktəbdaxili qiymətləndirmə.
FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ
REALLAŞDIRILMASI CƏDVƏLİ
BÖLMƏ VƏ MÖVZULAR
Məzmun
xətti 1
Məzmun
xətti 2
Məzmun
xətti 3
Saatlar
1. Həyat həqiqətləri və ədəbiyyatımız
Milli-mədənoi dirçəliş və Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyat (1918-1920)
2. Ə.Cavad. “Azərbaycan bayrağına.” Məzmunu üzrə iş
3. Ə..Cavad. “Azərbaycan bayrağına.” Təhlili.
4. C. Cabbarlı. “Ana.” Məzmunu üzrə iş
5. C. Cabbarlı .“Ana.” Təhlili.
6. C. Cabbarlı .“Ana.” Tətbiq. Müzakirə. Yaradıcı iş.
7. A.Şaiq.“Anabacı.” Məzmunu üzrə iş.
8. A.Şaiq. “Anabacı.” Təhlili.
9. A.Şaiq. “Anabacı.” Tətbiq. Müzakirə.Yaradıcı iş.
10. Y.V.Çəmənzəminli.”Zeybək qızı.” Məzmunu üzrə iş.
11. Y.V.Çəmənzəminli.“Zeybək qızı” Məzmunu üzrə iş. 60
12. Y.V.Çəmənzəminli.“Zeybək qızı.” Təhlili.
13. A. İldırım. “Dağlar.” Məzmunu üzrə iş.
14. A. İldırım. “Dağlar.” Təhlili
15. M.Müşfiq.“Həyat sevgisi. “Məzmunu üzrə iş.
16. M.Müşfiq. “Həyat sevgisi”. Təhlili.
17. Sinifdənxaric oxu dərsi
18. Kiçik summativ qiymətləndirmə
IX sinifdə ədəbiyyat dərslərinin illik planlaşdırılması nümunəsi
Aşağıda tövsiyə xarakterli illik iş planı verilmişdir. İş planı həftədə 3 saat olmaqla ildə 34 həftəyə və ya 102 saata nəzərdə tutulmuşdur. Müəllim mövzuların tədrisi zamanı qarşıya qoyduğu təlim məqsədlərindən və şəraitdən asılı olaraq, tövsiyə olunan illik planlaşdırma nümunəsində dəyişiklik edə bilər.
Həftələr
Mövzular
Reallaşdırılan standartlar
Fənlərarası inteqrasiya
Strategiyalar: metodlar, iş formaları
Resurslar
Qiymətləndirmə üsul və vasitələri
Həyat həqiqətləri və ədəbiyyatımız.
Müsahibə, insert, ziqzaq, müzakirə,
bütün siniflə birgə iş.
Dərslik, ədəbiyyatın rolu haqqında fikirlər yazılmış plakat, lüğətlər,
az.wikipedia.org/wiki/Azərbaycan_ədəbiyyatı
Müsahibə (müəllimin diaqnostik qeydiyyat vərəqi), oxu (mətn), müşahidə (müşahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq)
Ən yeni dövr Azərbaycan ədəbiyyatı.
(I mərhələ. Xalq Cümhuriyyətinin yaranmasından 50-ci illərə qədər)
1. Milli-mədəni dirçəliş və Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyat (1918-1920)
Ə. Cavad. “Azərbaycan bayrağına”. Məzmunu üzrə iş
2.1.1. X.d. 1.1.2.
Müsahibə, ikihissəli gündəlik, təqdimat, müzakirə,
fərdi iş, cütlük şəklində iş, kiçik və böyük qruplarda iş.
Dərslik, əsərin məzmununa uyğun şəkillər, lüğətlər,
az.wikipedia.org/wiki/Kitabi_Dədə_Qorqud,
https://az.wikipedia.org/wiki/Əhməd_Cavad
https://www.youtube.com/watch?v=creDpfir2Vc
Oxu (mətn), müsahibə (müəllimin diaqnostik qeydiyyat vərəqi), oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq)
Ə. Cavad. “Azərbaycan bayrağına”. Təhlili
Müsahibə, təqdimat, müzakirə, fərdi iş, cütlük şəklində iş, kiçik və böyük qruplarda iş.
Dərslik, iş vərəqləri,
https://az.wikipedia.org/wiki/Əhməd_Cavad
https://www.youtube.com/watch?v=creDpfir2Vc
Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
Metodik vəsaitə müəllimlərin təşəbbüskar, yaradıcı fəaliyyətinə istiqamət vermək məqsədilə icmallarla yanaşı, yığcam dərs planları – mövzular üzrə təlim texnologiyaları da daxil edilmişdir.
“Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə “Azərbaycan Respublikası təhsil nazirinin 16 dekabr 2014-cü il tarixli, 1279 №li əmrində a şağıda qeyd olunan istiqamətlər əsasında şagirdlərin mütaliəyə həvəsləndirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması vəzifəsi qarşıya qoyulur:
– məktəblərdə “Ən fəal oxucu”, “Bədii əsər haqqında ən yaxşı inşa”, “Bədii əsər barədə ən mükəmməl rəy” müsabiqələrinin və s. keçirilməsi ;
– şagirdlər tərəfindən oxunan əsərlərin onların iştirakı ilə müzakirəsinin keçirilməsi, bu əsərlər əsasında şagirdlərin təəssürat, rəy və mülahizə xarakterli inşa yazmalarının təşkil edilməsi;
– oxuduqları əsərlər üzrə məktəblərdə şagirdlərin iştirakı ilə fraqmentlər şəklində səhnələşdirilmiş tamaşa nümunələrinin təşkili ;
– məktəblərdə oxuduqları əsərlərin sayına görə siniflər üzrə şagirdlərin reytinqinin müəyyən edilməsi və bu əsasda onların arasında sağlam rəqabət mühitinin yaradılması .
(http://edu.gov.az/az/page/81/9763 )
Həmin mühüm vəzifələrin yerinə yetirilməsində şübhəsiz, ədəbiyyat dərslərinin müxtəlif tiplərindən, təlimin təşkilinin fərqli formalarından istifadə olunmalıdır. Bu, eləcə də 9-cu sinfin icbari xarakter daşıyan ümumi orta təhsilin son pilləsi təlimin təşkili formalarından daha məqsədyönlü istifadə zərurətini doğurmuşdur. Dərslikdə və metodik vəsaitdə Təhsil Nazirliyinin şagirdlərin bədii ədəbiyyatın geniş və sistemli mütaliəsi və müzakirəsinə cəlb edilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, kurikulumun tələbləri təlimin təşkilinin aşağıdakı formaları vasitəsilə reallaşdırılır:
1. Bədii əsərin məzmununun öyrənilməsi dərsləri
2. Bədii əsərlərin təhlili dərsləri
3. Sinifdənxaric oxu dərsləri
4. Layihələr üzrə təqdimatlar
5. Nitq inkişafı (inşa, esse) dərsləri
Öyrənilmiş materialın düzgün təqdim edilməsi kurikulum üzrə ədəbiyyat dərslərində şagirdlərdə formalaşdırılan əsas bacarıqlardandır. Bu bacarıq 9-cu sinif üçün fənn kurikulumunda təlim nəticələrində (şifahi təqdimatlarda, bədii nümunələrlə bağlı müzakirələrdə mövzuya, problemə müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət bildirir), eləcə də 2.1.1. alt standartında (Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərini şərh edir. ) və 2.1.2. alt standartında ( Mövzuya, problemə müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət bildirir) öz əksini tapmışdır.
Təqdimatla bağlı təlim nəticəsinin əldə edilməsi, şagirdlərdə təqdimetmə bacarığının formalaşdırılması üçün dərs ili boyu ardıcıl və sistemli şəkildə şagirdlərə müstəqil olaraq müvafiq məlumatları əldə etmək, bunun üçün müxtəlif mənbə və vasitələrdən düzgün yararlanmaq, informasiya texnologiyalarının imkanlarından faydalanmaq, toplanmış informasiyanı düzgün sistemləşdirmək və ümumiləşdirmək bacarıqları aşılanmalıdır.
Bu baxımdan, demək olar ki, hər bir dərsdə, elcə də hər yarımilin sonunda öyrənilən bədii əsərlərlə bağlı təqdimatlar hazırlamaq üçün müxtəlif mövzuların təklif edilməsi xüsusi əhəmiyyət kəsb edir. Şagirdlərin apardıqları tədqiqatların nəticələrinin, qazandıqları biliklərin layihələr üzrə təqdimatlara həsr olunmuş dərslərdə təqdim edilməsi isə müstəqil tədqiqat aparmaq, yaradıcı fəaliyyətin nəticələrini təqdim etmək bacarıqlarının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.
9-cu sinifdə ədəbi təhsilin mühüm bir mərhələsinin yekunlaşması, eləcə də bu sinifdə fənn kurikulumunun yazılı nitqlə bağlı standartları yazılı nitqin inkişafı dərslərinə daha çox diqqət ayrılmasını tələb edir. Bu baxımdan bölmələrin sonunda üzrə yazılı rabitəli nitqin inkişafını təmin edən inşa və ya esse dərslərinə daha çox yer verilməsi zərurəti meydana çıxmışdır. Həmin dərslərdə yalnız müqayisə deyil, həmçinin V-VIII siniflərdə formalaşdırılmış bacarıqların dərinləşdirilməsi, təsvir, mühakimə xarakterli inşa və esselərin yazılması, formativ qiymətləndirmə aparılması məqsədəuyğundur. İnşa və esse yazmaq bacarığının formalaşdırılması ümumi orta təhsili başa vuran şagirdlərin yazı işinin aparılmasını da nəzərdə tutan buraxılış imtahanlarında uğur qazanması baxımından da zərururidir.
Mütaliə mədəniyyətinin formalaşdırılmasında mühüm rol oynayan sinifdənxaric oxu dərsləri şagirdlərin mütaliə etdikləri kitabların müzakirəsi, əsər barədə rəy və mülahizələrinin öyrənilməsi, kitab, mütaliə mühitinin yaradılması üçün geniş imkanlar yaradır. Bu dərslərdə sinifdənxaric iş elementlərindən istif adə, şagirdlərin maraq və qabiliyyətlərinin daha çox nəzərə alınması sərbəst rəy mübadiləsi , nəticə etibarilə mütaliə mədəniyyətinin formalaşdırılmasına zəmin yaradır, mütaliə bağlı yaradıcılıq və təşəbbüskarlığın, müstəqil mütaliəyə həvəsin artırılması na səbəb olur.
FƏNDAXİLİ VƏ FƏNLƏRARASI İNTEQRASİYA
Fəndaxili inteqrasiya tələbi kurikulumun məzmun xətlərinin mahiyyətindən virəli gəlir. Belə ki fənn kurikulumunun məzmun xətləri mahiyyət etibarilə bir-biri ilə sıx əlaqəlidir, biri digərini tamamlayır və inkişaf etdirir.
Fəndaxili inteqrasiyanın əsas yolu məzmun standartlarının inteqrativ şəkildə reallaşdırılmasıdır. Belə ki, ədəbiyyat kurikulumunda bütün məzmun xətləri və standartları arasında təbii əlaqə vardır. Aşağıdakı cədvəldə verilən nümunələrdən göründüyü kimi, kurikulumdakı məzmun xətti üzrə bir-birini tamamlayan alt standartların inteqrativ reallaşdırılması imkanları genişdir:
Comments are closed, but trackbacks and pingbacks are open.