Press "Enter" to skip to content

Uşaqlar üçün kurslar

Mektebe qeder uşaglara hazirliq keçirem. En yeni, maragli, şekilli dersliklerle. Partada düzgün oturuş qaydasini, qelemi düzgün tutma qaydasini, seliqeli yazi şeklini öyredirem. Bundan elave maragli şeirler, reqemler

Eşitmsind çtinliyi olan uşaqlar üçün azrbaycan dili 2ci sinif

Erkən yaşlardan etibarən uşaqları səhər idmanına öyrətmək lazımdır. Fiziki hərəkətlər dayaq-hərəkət sisteminin düzgün inkişaf etməsinə, uşaqlarda tez-tez rast gəlinən skoliozun qarşısının alınmasına kömək edir, xəstəliklərə qarşı orqanizmin davamiyyətini artırır. Ən əsası 3-5 yaş dövründə edilən idman uşağın bütün həyatı boyu möhkəm imunitetinin bünövrəsini qoyur. Buna görə də uşaqlarda səhər idmanı etmək vərdişini yaratmaq lazımdır.

1-3 yaşlı uşaqlar üçün əyləncəli hərəkətlər

Balaca uşaqlarla sistemli şəkildə idman hərəkətləri etmək mümkün deyil, onlar diqqətlərini nəyinsə üzəridə uzun müddət cəmləyə bilmirlər. Ona görə də onları əyləncəli oyun şəklində idmana cəlb etmək lazımdır və bu hərəkətlərin müddəti 5-10 dəqiqədən artıq olmamalıdır. Əlbəttə ki, ana və ya ata uşaqla bir bu hərəkətləri etməlidirlər. Başlanğıc üçün bir-iki hərəkəti öyrətmək lazımdır. Sonra digər hərəkətləri də bura əlavə etmək olar. Unutmayın ki idman oyun şəklində, əyləncəli olmalıdır.

  1. Günəşi tutaq. Uşaqa deyirsiniz ki, onun başının üstündə qəşəng bir günəş parlayır və o, istəsə indicə onu tuta bilər, bunun üçün sadəcə əlini yuxarı uzatmaq lazımdır. Günəş kimi, narıncı şardan da istifadə edə bilərsiniz. Balaca, günəşi tutmaq üçün ayaq barmaqları üstündə qalxıb əlini yuxarı qaldıracaq. Hərəkətin sonunda elə etmək olar ki, uşaq “günəşi” tutsun.
  2. Oturub-durma. Bu hərəkəti uşaqlara etdirmək üçün oyuncaqları otağa səpələyərək uşağa demək olar ki, oyuncaqları bir-bir götürüb qutuya yığısın. Onda balaca istər-istəməz hər oyuncağı götürüb-qoyanda oturub-durmalı olacaq.
  3. Körpücük. Uşaqlar böyüklər kimi körpü hərəkəti edə bilmirlər. Ona görə də bu hərəkətdə sadəcə olaraq əl-ayaqlarını yerə qoyub bellərini yuxarı qaldıracaqlar (böyüklərdə yuxarı tərəfə qarın nahiyəsi çevrilmiş olur). Məsələn siz sehirbaz olub onu körpüyə çevirə bilərsiniz.
  4. Qatar. Uşağı “qatara” çevirirsiniz və o da iməkləyə-iməkləyə ona ayrılmış marşurut üzrə hərəkət edir. Hərəkəti “çux-çux” səsi ilə müşaiyət edə bilərsiz.
  5. Təyyarə. Uşaqla bir yerdə əllərinizi tam olaraq yana qaldırıb otağın ətrafında təyyarə kimi uçursunuz.

Balacalar heyvanları çox sevirlər. Onları müxtəlif növ heyvanlara, quşlara, həşəratlara “çevirib” idman oyununu davam etdirə bilərsiniz.

  • Sərçəcik. Quş kimi əllərimizi yellədib barmaqlarımızın ucuna qalxırıq.
  • Bayquş. Başımızı sağa-sola, yuxarı-aşağı hərəkət etdirib özümüzü bayquşa bənzədirik.
  • Ayıcıq. Əyripəncə ayı kimi gəzirik.
  • Pişikcik. Pişik kimi belimizi şişirdib aşağı əyilirik.

Fantaziyanızı işə salıb uşaqlar üçün çoxlu sayda belə maraqlı idman hərəkətləri: çiçəkləri iyləmək, ağcaqanadları tutmaq, kəpənəyə oxşamaq və s.fikirləşmək olar. Belə şən, əyləncəli hərəkətlər uşaqları nəinki fiziki cəhətdən, eyni zamanda onların fantazıyasını və yaradıcılıq qabiliyyətini də inkişaf edəcəkdir.

Uşaqlar üçün kurslar

1-4 sinif şagirdlerine ibtidai sinif fennlerinden ve Elece de mektebe qeder ve azyazşli uşaqlara nitqin inkişafi, zehnin açilmasi, dersliklere maraq yaratmaq üçün hazirliq keçirem. Hazirliq en yeni metodlarla, asan ve

5 13 yaş uşaqlar və Tədris etmek istəyən hərkəs müraciət ede bilər.Uşaqlarda sağ və sol beyin loblarının hər ikisini eyni anda işləməsinə kömək edir ,Surətli hesablamaqla yanaşı uşaqlarda özgüvən hissini yaradır

Dərslər fərdi şəkildə həftədə 3 dəfə,hər dərs 1 saat olmaqla keçiriləcək.Qiymət 150 azn (Fərdi şəkildə olan dərslər həm canlı,həm də online şəkildə mümkündür) Dərslər FM İlyaslı Uğur (18 yaşlı oğlanlar arasında Avropa

Приглашаю на занятия по верховой езде всадников как с нуля, так и с наличием опыта. Работаю со взрослыми и детьми от 12 лет. На тренировках вы: • освоите технику безопасности при общении и работе с лошадью; •

Deslər heftede 2 defe online olaraq kecirilir.Beyinin inkişafına cox xeyri var .Zaman kecdikce özunuzde övladinizdaki deyisikliklerin şahidi olacaqsiniz .Yazılmaq üçün whatsapa yaza bilersiniz

Mental Aritmetika proqramının övladlarınıza xeyri: Sürətli və dəqiq şəkildə hesablama bacarığının artması; Riyazi təfəkkürün inkişafı; Yaddaşın və qavramanın güclənməsinə köməklik; Beyinin sağ və sol

İbtidai sinif hazırlıq 3 fenn paketi Dərslərə daxildir: • Azərbaycan dili • Riyaziyyat • İngilis dili Ay sonu keçirilən mövzular üzrə sınaq imtahanı İstəyə uyğun digər sinif fənnlərinin keçirilməsi Sınaq

4 + yas uzeri usaqlara ingilis dili dersleri Hem online hem canli dersler Heftede 3defe 1saat

Шахматы — это бесконечные упражнения для ума, который развивают умственные способности, используемые на протяжении всей жизни, такие как: концентрация, критическое мышление, абстрактное мышление, решение проблем,

Övladınızın dersleri ile meşğul olmağa zamanınız çatmır? Sizin de övladınız ev tapşırıqlarını etmekde çetinlik çekir? O zaman doğru ünvandasiniz. Qisa zama erzinde övladinizin derslerinde yüksek neticeler elde

Eziz ve hörmetli valideynler 25 illik ibtidai sinif müellimi ve ibtidai sinif şagirdlerine repetitorluq tecrübem sayesinde derslerinden geri qalmiş, ev tapşiriqlarinin hellinde çetinlik çeken ve biliyinin möhkenmesini

Həm əyani həm online, fərdi yaxud qrupla dərslər keçirilir. Dərslər yüksək səviyyədə, son metodlara və vəsaitlərə əsasən 10 ildən artıq təcrübəli müəllim tərəfindən keçirilir. Ünvan : İnşaatçılar metrosu yaxınlığında

Добрый день, меня зовут Оксана. Обучение взрослых и детей прикладному искусству на дому. Вяжу крючком, на спицах, более 30-ти лет. Мы с вами выбираем, когда, как, в каком количестве Вам удобно обучаться.

En yeni metodlarla ve asan üsullarla mektebe qeder ve ibtidai sinif şagirdlerinə hazirliq keçirem. Her bir uşağa ferqli yanaşma terzi sayesinde uşaqlara her bir fenni effektiv şekilde tedris edirem. Bu sahede 25 il

1-4 sinif şagirdlerine ibtidai sinif fennlerinden ve elece de mektebe qeder ve azyazşli uşaqlara nitqin inkişafi, zehnin açilmasi, dersliklere maraq yaratmaq üçün hazirliq keçirem. Hazirliq en yeni metodlarla, asan ve

Hazirlig kecilir:Ibtidai siniflere esas fennler,mektebe qeder hazirlig ve 5-8ci siniflere azerbaycan dili edebiyyat fenni tedris olunur. Unvan-Bulbule qesebesi 2008nomreli mektebin yani

Mektebe qeder uşaglara hazirliq keçirem. En yeni, maragli, şekilli dersliklerle. Partada düzgün oturuş qaydasini, qelemi düzgün tutma qaydasini, seliqeli yazi şeklini öyredirem. Bundan elave maragli şeirler, reqemler

Mental Arifmetika kursu 5_14 yaş aralığında uşaqlar üçün nəzərdə tutulmuş sürətli hesablama metodudur. Faydaları: Zəka inkişafı. İnkişaf etmiş sağ və sol beyin. Riyazi bacarıqlar. Özgüvən artımı. Dərslərimiz

İbtida sinif usaqlarına hazırlıq edirəm.İstər ev tapşırıqlarının yazılması olsun istərsə də ümumi səviyyəni qaldırmaq üçün .Həftədə 5 gün .Ev ṣəraitində.Xətayi rayon Polad Həşimov küçəsi

Eziz ve hormetli valideynler men Resmiyye müellimle size övladlarinizin mükemmel seviyyede mektebeqeder ve ibtidai sinif fenlerinden hazirlig teklif edirem. Bu sahede 25 il tecrübem var. 25 il ibtidai sinif müellimi

Baxıxanov ərazisində yerləşən Kaspi Liseyində 7-17 yaşlar üçün basketbol məşqləri.

Преподаю онлайн уроки немецкого и англиского детям и ученикам начального класса.Особый акцент делаю на разговорную речь.Имею стаж работы более 3х лет с детьми.Сама переводчик с международным сертификатом

Hörmetli valideynler uşaqlarinizin körpelikden temelinin düzgün qurulmasini ve irelileyen zamanlarda uğurlu neticeler elde etmeyini isteyirsizse ibtidai sinifde onlara hazirliq keçirilmesi mütleq şertdir. Çünki her

İbtidai sinif Məktəbəqədər (Fərdi, qrup və ya online)

1-4 sinif şagirdlerine ibtidai sinif fennlerinden ve elece de mektebe qeder ve azyazşli uşaqlara nitqin inkişafi, zehnin açilmasi, dersliklere maraq yaratmaq üçün hazirliq keçirem. Hazirliq en yeni metodlarla, asan ve

︎Təhsil standartlarına uyğun dərslərin keçirilməsi ︎Məktəbdə keçilmiş dərslərin təkrarı ︎Ev tapşırıqlarının ətraflı izahi və yerinə yetirilməsi Fənlər: Azərbaycan dili/Riyaziyyat Tək-tək: 40 azn Birlikdə: 60 azn

Mektebe qeder uşaqlarin ibtidai sinife hazirlaşdirilmasi- maraqli, şekilli, uşaqlari celb eden en yeni dersliklerle. 1-4 sinif şagirdlerinin- gündelik ev tapşiriqlarinin hellinde kömek, zeif olduğu mövzularda asan ve

Eziz ve deyerli valideynler mən Resmiyye müellime size övladlarinizin mükemmel seviyyede mektebe qeder ve ibtidai sinif fenlerinden hazirlig teklif edirem. Bu sahede 25 il tecrübem var. 25 il ibtidai sinif müellimi

Uşaqlar üçün kurslar

Uşaqlar üçün kurslar axtarışındasınızsa, Kurslar.az saytına daxil olun!
Usaq kursları və uşaq hazırlıq kurslarına maraq bu gün hər kəsə lazımdır. Uşaqlar üçün kurslar uşaqların savadlı və bacarıqlı olması hər bir valideyn üçün vacibdir. Uşağın gələcək inkişafı üçün uşaq kurslarına yazdırmaq , onları inkisaf etdirmək lazımdır. Ən ucuz qiymətli elanları axtar tap az pul xərcləmiş ol.
Yaşadığımız dövrdə uşaqların insan həyatında, ümumilikdə cəmiyyətimizdə mühüm rolu vardır. Bu günün uşağı gələcəyin şagirdi, tələbəsi, ziyalısı, yazarı və s. ola bilər. Uşaqların necə inkişaf edəcəyi ilk öncə onları əhatə edən mühitlə əlaqədardır. Yaxşı mühitə düşən uşaq istər -istəməz normal olaraq formalaşır.Bütün dünyada olduğu kimi ölkəmizdə də uşaqlar üçün təhsilə böyük önəm verilir.Uşaqlar üçün təhsil onların istər intellektual, istərsə də fiziki və psixoloji inkişafında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq hisslərinin və həyati bacarıqlarının formalaşmasında mühüm rol oynayır. KURSLAR.AZ sizə uşaqlar üçün kursların müxtəlif qollarına aid sahələri təqdim edir. Uşaqlar üçü boks, futbol, karate,şahmat,üzgüçülük,məktəbə qədər hazırlıq,məktəbə hazırlıq,robototexnika,aritmetik, rus dili və digər uşaq kurslarina uşaqları yazdıra bilərsiz.

Kurslar məlumatlar

Kurslar.az Bakida kurslar və Azərbaycanda kurslari bir yerə toplayan onlayn platformadır. Saytda müxtəlif kurslar ve təlimlər tapa bilərsiz. Kurslari saytda yerləşdirmək pulsuzdur. Onlayn Kursu sayta elavə edəndə kurs haqqında ətraflı məlumat və kursun qiymətini yazın. Müxtəlif kateqoriyada olan kursları sayta yerləşdirmək mümkündür. Rus dili, İngilis dili , Xarici dil kursları, Sürücülük kursları, Biznes təlimlər, Seminarlar, Onlayn kurslar, suruculuk kurslari, imtahana hazirliq ve abituriyent kurslari, komputer kurslari, proqramlasdirma ve dizayn kurslari.
© 2016 KURSLAR.AZ | info [@] kurslar.az | Bizimlə əlaqə

Çətin uşaqlar

Cəmiyyətdəki davranış qaydalarını öyrətməyin müxtəlif üsulları var. Bunlardan biri də cəzadır. Bu baxımdan uşağın tərbiyəsində cəzalandırmadan bir vasitə kimi istifadə olunur. Müəyyən mülahizələrə görə, uşağın cəzalandırılması onun psixi inkişafına mənfi təsir göstərir, onu daha aqressiv edir, şəxsiyyətini “cırlaşdırır”, özünüreallaşdırma üçün şərait yaratmır. Praktiki olaraq 10 yaşına qədər cəzalandırılmayan uşaqlar öz arzu və istəklərinin əsiri olur, onları idarə edə bilmir, nəticədə “ipə-sapa yatmırlar”, özlərini “pis” aparırlar. Lakin hər hansı bir cəzanı tətbiq etməzdən əvvəl onun mənasını dərk etmək lazımdır.

Cəzalar 3 qrupa bölünür:

1. Fiziki cəza. Ağrı duyğusu, daha dəqiq desək, ağrı qorxusu uşağı gələcəkdə belə hərəkət etməkdən çəkindirir. Fiziki cəza formaları müxtəlifdir. Psixoloqlar fiziki cəza formalarının əleyhinədirlər. Belə ki, fiziki cəzanın təsiri altında “pis” davranışın, “yaxşı”ya dəyişdirilməsi cəzaverənin bilavasitə yanında baş verir. O olmayanda uşaq özünü yenə də “pis” apara bilər. Buna görə də uşağın şüurlu davranışının formalaşmasında fiziki cəza heç bir fayda vermir. Fiziki cəza həm cismani baxımdan, həm də uşaq şəxsiyyətinin formalaşmasında ciddi fəsadlara gətirib çıxarır. İlk növbədə fiziki cəza uşağı mütiləşdirərək onun iradəsini qıra bilər, onu müstəqil qərar qəbul etməyi bacarmayan, həyata sevinməyən, başqalarından asılı olan, yaratmaq və öz potensialını reallaşdırmaq iqtidarında olmayan bir insana çevirə bilər. İkinci halda nəticə tam əks ola bilər. Uzun müddət fiziki cəzaya məruz qalan uşaq yeniyetməlik dövründə elə bu cür də davranır: valideynlərini, kiçik yaşıdlarını döyür. İstənilən təsir mənfi xarakterin əks təsirini (davranışın etiraz formalarını) yaradır: dava-dalaş, narkotiklər, sərxoşluq, ehtikar, cinsi münasibət, qətl, soyğunçuluq və s. kimi mənfi hallara gətirib çıxarır. Başqa sözlə, “qamçı ilə” yeridilən müsbət dəyərlər uşağın şüurunda mənfiyə, mənfi dəyərlər isə təqlidə çevrilir.

2. Valideyn məhəbbətindən məhrum edilmə. Hər iki halda tərbiyəvi effekt uşağın hisslərinə təsir göstərməkdən ibarətdir. Uşağı küncə qoymaq, onunla danışmamaqla; uşaqdan kənar gəzmək və laqeydlik və mühakimə maskası” geyinmək; onu otaqda bağlı saxlamaq, ona sevmədiyinizi demək və s. kimi müxtəlif cəza formalarını tətbiq etməklə uşaq valideyn məhəbbətindən məhrum edilir. Məhəbbətdən məhrum etmək uşağın qəlbində tənhalıq, müdafiəsizlik, qorxu və dəhşət yaradır.

3. Üçüncü tip cəzalara uşağın əyləncələrdən məhrum edilməsi: əyləncəli yerlərə getməyi (sirk, park, zoopark, attraksionlar), sevimli cizgi filmlərinə baxmağı, kompüter oyunlarını gündəlik oynamağı və s.-ni qadağan etmək. Bu tip cəzalar əlbəttə ki, uşağı məyus edir, lakin onun hisslərinə birbaşa toxunmur, onun istəklərinin yerinə yetirilməsini məhdudlaşdırır, daha dəqiq desək, arzularının reallaşmasını müəyyən müddətə – “uşaq özünü yaxşı aparana, böyüklərə qulaq asana qədər” təxirə salınır. Belə cəzanın təsiri o qədər böyük ola bilər ki, uşaq sevdiyi məşğuliyyətə marağını itirə və ya qəlbində böyüklərə qarşı ciddi inciklik bəsləyə bilər.

İlk baxışdan, fiziki cəza, məhəbbətdən və sevimli əyləncələrdən məhrum edilmə kimi cəza formalarının tətbiqi formalaşmaqda olan şəxsiyyətə göstərdiyi təsirlərdən dolayı qəbul edilməzdir. Lakin əvvəldə qeyd edildiyi kimi cəzasız tərbiyə elə də effekt vermir. Uşağın necə davranmasını bircə dəfə demək kifayət deyil. Buna görə də əksər hallarda cəzanı müəyyən qaydalara riayət etməklə tətbiq etmək olar. İlkin olaraq, ən əsas şərt – uşağın hər gün hiss etdiyi və tam əmin olduğu valideyn məhəbbətidir. Başqa sözlə, pis davranışına görə konkret cəzaya layiq görülən uşaq bilir ki, bu xoş münasibəti müvəqqəti olaraq itirir. Böyüklər tərəfindən verilən cəza uşağın şəxsi keyfiyyətlərinə deyil, hərəkətinə yönəlməlidir. İkiyaşlı uşaq stola dırmaşır, fincanı götürür, qırır; 5 yaşlı uşaq kitabı cırır, oyuncağı və s. qırır. Belə vaxtda adi sözlər kömək etmir, dağıdıcı hərəkətlər isə davam edir. Cəza qaçınılmazdır, lakin istənilən cəza forması (küncə qoymaq, ünsiyyət və ya əyləncədən məhrum etmək) “belə etmək olmaz”, “bunu etmək olmaz”, “bu yaxşı hərəkət deyil” kimi sözlərlə müşayiət olunmalıdır. Uşağın şəxsiyyətini təhqir edən sözlərdən istifadə edilməməlidir.

Hər hansı bir qaydaya əməl etmək üçün onun mənasını anlamaq lazımdır. Məsələn, uşaq “Niyə elektrik şəbəkəsinə toxunmaq olmaz?” “Nİyə bıçaqla oynamaq olmaz?” və s. kimi suallar verir. Valideynlərin vəzifəsi nəyin “yaxşı”, nəyin “pis” olduğunu izah etməklə yanaşı, niyə belə olduğunu izah etməlidir: “Ona görə ki, elektrik şəbəkəsi və bıçaq təhlükəli əşyalardır, sən özünə xətər yetirə bilərsən, səni ağrıdar” və s. Davranışın məhdudlaşdırılması səbəbini izah etdikdən və uşağın “niyə olmaz” səbəbini başa düşməsində əmin olduqdan sonra qarşıda yeni vəzifə durur. Bu vəzifə ondan ibarətdir ki, qoyulmuş qaydalar daimi olmalıdır, çünki kibritlə oynamaq nəinki ananın, atanın, babanın, nənənin və bağça tərbiyəçisinin yanında deyil, heç bir şəraitdə olmaz. Bu qaydaya həmişə riayət olunmasını bütün böyüklər dəstəkləməlidir.

Yaxşı olardı ki, konkret davranış qaydasının mənasını izah edəndən sonra, böyüklər uşaqla – əgər bu qayda pozularsa, onu hansı cəza gözləyir – razılığına gəlsinlər. Valideyn uşağa bu hərəkətinə görə cəza seçməsini və ya öz cəza variantlarını təklif edə bilər. Uşağın bu prosesdə aktiv iştirakı və etdiyi hərəkətə görə valideynlə bərabər seçdiyi cəzanı ədalətli və qənaətbəxş hesab etməsi vacibdir. Uşaq müəyyən və onun üçün aydın olan davranış qaydasını pozduqda əvvəlcədən razılaşdırılmış qaydada cəzalandırılır. Lakin əksər hallarda qaydalar aydın olduqdan və cəzalar müzakirə edildikdən sonra, uşaq artıq sərbəst şəkildə davranışına nəzarət edir, bu onun üçün artıq keçilmiş material hesab olunur.

Cəzanın düzgün və ya yanlış tətbiqi insanın cəmiyyətdə davranış norma və qaydalarını mənimsəməsinə təsir göstərir. Cəzanın vacib amillərindən biri də uşağın yaşı və cəzanın verilmə vaxtıdır ki, bu da cəzanın optimal effektivliyini təmin edir. Çox vaxt uşağın qarşısına elə tələblər qoyulur Rəfiqəsi ilə söhbət edən ana 2 yaşlı uşağa “Yerində sakit dur, fırlanma!” – deyir. 2 yaşlı uşaq üçün ətrafda baş verənlər o qədər maraqlıdır ki, onun enerjisi o qədər çoxdur ki, hər şeyi görmək, toxunmaq, yoxlamaq istəyir. O necə sakit dura bilər? Belə misalları çox gətirmək olar. Belə situasiyalarda uşağın sözə əməl etməməsi valideynin onu yersiz cəzalandırmasına gətirib çıxarır.

Psixoloq və pedaqoqlara məlumdur ki, erkən yaşlarda cəza əməllə üst-üstə düşəndə, daha yaxşı halda onu qabaqlayanda effektiv olur. Hərəkətin önlənməsi praktik olaraq cəza deyil, qadağadır. Təsəvvür edək ki, 2-3 yaşlı uşaq əlini işıq şəbəkəsinə, qaz plitəsinə və ya büllur qaba uzadanda kimsə (ana, ata, böyük qardaş və s.) onun əlindən tutub “olmaz” deyir. Uşaq bir neçə dəfə eyni hərəkəti təkrar edir, lakin elə məqam yetişir ki, uşaq əl uzadanda dayanır və böyüklərdən eşitdiyi intonasiya ilə öz-özünə “olmaz” deyir. Valideynin qoyduğu qadağa mənimsənilir, uşağın şəxsi qadağasına çevrilir. Təəssüf ki, düzgün olmayan hərəkətə görə qabaqlayıcı qadağa hallarına, cəza hallarından daha az rast gəlinir. Tərbiyə nöqteyi-nəzərdən cəzanın mahiyyəti ondan ibarətdir ki, kiçik yaşlı uşaqlar hadisələrlə əşyalar arasında əlaqəni hələ tam başa düşmürlər. Körpələr başqası üçün nəyin ağrılı, nəyin xoş olmadığını bilmirlər. Buna görə də psixoloqların fikrincə, uşağın yaşı nə qədər azdırsa, cəza onun əməlinə uyğun verilməlidir. Çox vaxt uşaqların meyl etdikləri şeylərə qadağa qoyulur. Buna görə də uşağın enerjisini yönəltmək lazımdır, elə situasiya yaratmaq lazımdır ki, onun hərəkətləri dağıdıcı yox, qurucu xarakter daşısın.

2. Uşaqlar valideynlərini necə “idarə edir” və bunun qarşısını almaq olar?

Psixoloq və pedaqoqların fikrincə, uşaqlar valideynlərini idarə etməyi bacarırlar. Belə gizli idarəetmə manipulyasiya adlanır. Uşaq ən yaxşı diplomatdır. Valideynlərinin “zəif damarı”nı tuta bilən uşaq bundan öz gizli məqsədlərinə çatmaq üçün istifadə edir. Məsələn, qız atanın növbəti gəlinciyi almaq istəməməsinə cavab olaraq “Nənəmi hamıdan çox istəyirəm, o, mənə hər şey alır” deyir. Şənbə günü səhər tezdən oğlana barabanda çalmağı qadağan edirlər, oğlan valideynlərinin yataq otağı qarşısında durub bərkdən ağlayır, o vaxta qədər ki, ona oynamağa icazə verilir. İcazə alınan kimi göz yaşları yoxa çıxır və oyun davam etdirilir.

Qızcığaza ananın dodaq boyası ilə oynamağa icazə verilmir- uşaq hirslənir, döşəməyə yıxılıb qışqıra-qışqıra “ana pisdir, nifrət edirəm!” deyərək ağlayır. Belə situasiyalarda ilkin olaraq valideynlər uşağı sakitləşdirmək və isterikanı kəsmək istəyirlər. Lakin uşaq istədiyini alan kimi göz yaşından əsərəlamət qalmır. Zaman keçdikcə, təcrübə qazandıqca uşaq məqsədinə nail olmaq üçün valideynlərinin “zəif damar”ından daha geniş istifadə edir. Uşaqlar yaxşı bilirlər ki, böyüklərdən kimə göz yaşı, qışqırıq və aqressiya, kimə yaltaqlıqla təsir göstərmək olar. Uşaqların bu cür davranışına valideynlərin nə qədər çevik reaksiya verirlərsə, uşaqlar bu üsullardan daha çox istifadə edirlər. Uşaq manipulyasiyalarının bir neçə növünü ayırırlar. “Kiçik diktator” inadkarlıq göstərərək ətrafdakılara hər zaman qəzəblə yanaşır. İsterika çıxararaq böyüklərin onun tələbini ödəməyə məcbur edir. “Zəif körpə” böyüklərin onun əvəzinə işləməsi üçün hər şey edir. Oğlan deyir: “Mən ayaqqabının iplərini bağlamağı bacarmıram”(hərəkətə keçəndə bu o deməkdir ki, sən ipləri bağlamayana qədər mən ağlayacam). O valideynin göstərişlərini “unudaraq” özünü zəif və köməksiz kimi göstərir. “Kim çox istəyirəmsə”. Bu tip manipulyasiyadan istifadə edən uşaq valideynlərarası münasibətlərə qalmaqal salır. Uşaq anaya göstərir ki, ata ona bir çox şeyləri etməyə icazə verdiyi üçün onu daha çox istəyir. Və ya nənəyə ananın üstünlüklərindən danışaraq “təzyiq göstərir”.

Uşaq manipulyasiyası ilə mübarizə aparmağın yeganə yolu tərbiyədə ardıcıllıq və uşağa davranış qaydalarının öyrədilməsində daimilik prinsipinin gözlənilməsidir. Belə situasiyalarda əgər fikir verməsəniz uşaq isterikanı tez dayandıracaq. Uşaq görsə ki, onun nümayişkaranə davranışı və göz yaşları lazımi effekt vermir, ağlamayacaq və valideynləri ilə ünsiyyət qurmaq üçün başqa yol axtaracaq. Əgər Siz hövsələnizi bassanız və üstündə dursanız, “bağlanmaq istəməyən” iplər əvvəl-axır bağlanacaq. Əgər ana, nənə və ya evdəki digər böyüklər “nəyi etmək olar və nəyi etmək olmaz” baxımından eyni mövqedə dursalar, uşaq davranış qaydalarına daha yaxşı riayət edəcək. Valideynlərlə aparılan bu “uşaq oyun”larından böyüyəndə manipulyatorlar yetişir. Uşaqlıqdan arzularının həyata keçirilməsinə öyrəşən insan ətrafdakılardan tələbatlarının ödənilməsi vasitəsi kimi istifadə edir. İnsanlara hörmət və məhəbbət bəsləmək əvəzinə, onları öz mənfəətinə uyğun idarə edəcəyi obyektlər timsalında görür. Uşağın insan kimi böyüməsi üçün insan cəmiyyəti və insan tərbiyəsinin olması lazımdır. Psixoloqların fikrincə, insan mühiti yalnız uşağın inkişaf şərti deyil, inkişaf mənbəyidir. Hər bir ailənin özünəməxsus “ruhu” “iqlimi” var. Bütün bunlar uşaqların davranış xüsusiyyətlərində, sabit şəxsiyyət keyfiyyətlərində ifadə olunur. Əgər uşaq qarşılıqlı hörmət, məhəbbət və mərhəmət şəraitində böyüyürsə, davranışında bu keyfiyyətləri təzahür etdirir.

Əgər uşaq dava-dalaş, ixtilaflar olan ailədə böyüyürsə, onun davranışı gectez analoji olacaq. Məlumdur ki, uşaq problemləri ailənin “güzgü”südür. Uşaq evdə, ailədə gördüklərini oyunlarında, yaşıdları və yaşlılarla ünsiyyətində əks etdirir. Uşaq üçün onun ailəsi dünyadır. Bu ailəni necə görürsə, onun ətraf aləmə münasibəti də elə olacaq. Erkən yaşlarından sevildiyini, valideynlərinə lazım olduğunu bilən uşaq böyük aləmdən qorxmur, çünki yaxınlarının dəstəyini hiss edir. Uşaqlıqdan sevilməyən, valideynlərində qəzəb və narazılıq yaradan uşaqlar özlərini sevilməyə layiq bilmir, insanlardan qorxurlar. Qorxu həmişə aqressiya yaradır, ən yaxşı müdafiə isə hücumdur.

  • Teqlər:
  • xoşbəxt ailə
  • , uşaq tərbiyəsi
  • , övlad tərbiyəsi
  • , ailə tərbiyəsi
  • , tərbiyə

Comments are closed, but trackbacks and pingbacks are open.