Press "Enter" to skip to content

Ekologiya hüququ kurs işi torpaq

4.Müxtəlif təyinatlı su hövzələri yaratmaq (sutənzimləyici hovuzlar, su anbarı, idman hovuzu, balıq və ov yetişdirmək üçün göl və s.)

Torpağın rekultivasiyası

Texniki tərəqqi əsrində, dünyanın bir sıra ölkələrində sənayenin yüksək inkişaf etməsilə əlaqədar torpaq örtüyünün pozulması, dağılması fəlakətli miqyas almışdır.Əvvəllər kənd təsərrüfatı bitkiləri becərilən sahələr, məhsuldar meşələr, çəmənlər, otlaqlar altında olan münbit torpaqların yerində karxanalar qazılmış, yararsız laylarla örtülmüş, yollar, borular salınarkən dağıdılmışdır.İnsan fəaliyyəti ilə relyefi, hidroloji rejimi dəyişmiş, torpaq örtüyü dağılmış və çirklənmiş, bitki örtüyü məhv edilmişdir.Belə yerlər pozulmuş sahələr adlanır.Bu zaman slar və atmosfer də çirklənməyə məruz qalır.

Sənaye tərəfindən pozulmuş ərzilərdə nisbətən qısa bir vaxtda insan tələbatını təmin edən yeni məhsuldar və davamlı təbii ərazi kompleksləri yaratmaq üçün insan aktiv və məqsədyönlü iş görməsi lazım gəlir.Sənayenin neqativ nəticələrini aradan qaldırmaq üçün hazırda sənaye inkişaf etmiş ölkələrdə torpağın rekultivasiyaslı kimi aktual roblem irəli sürülür.Pozulmuş ərazi və torpaqların bərpası prosesi rekultivasiya adlanır.

Torpağın rekultivasiyası praktiki, xüsusən nəzəri baxımdan yeni istiqamət sayılır. “Rekultivasiya” termini faydalı qazıntılarda açıq üsulla istehsalın inkişafı ilə əlaqədar olaraq geniş yayılmışdır.Sənaye tərəfindən pozulmuş ərazilərin rekultivasiya işləri ilk dəfə XIX əsrin ortalarında Almaniyada başlamışdır. XX əsrin əvvəllərində isə bu işlər İngiltərə və ABŞ-da aparılmışdır.Avropa və ABŞ-da rekultivasiya işləri II Dünya müharibəsi başlamazdan əvvəl və əsasən müharibədən sonra daha geniş vüsət almışdır.

Ərazinin rekultivasiyasının məqsədi müxtəlif işlərin (mühəndis, dağ-texniki, meliorasiya, kənd təsərrüfatı, meşəçilik və b.) kompleksi kimi müəyyən vaxt ərzində yerinə yetirilərək sənaye tərəfindən pozulmuş torpaqların məhsuldarlığını bərpa etmək və onları müxtəlif istifadə növlərinə qaytarmaq, yəni onların yerində daha məhsuldar və səmərəli təşkil olunmuş, mədəni-antropogen landşaftların elementlərini yaratmaq, son nəticədə texnogen landşaftları optimallaşdıraraq ətraf mühit .əraitini yaxşılaşdırmaqdan ibarətdir.

Sənaye fəaliyyəti tərəfindən pozulmuş landşaftın rekultivasiyasının istiqaməti və metodları pozulmanın xarakterindən, regionun inkişaf vəziyyəti və prespektivindən, rekultivasiyanın həmin region üçün iqtisadi və sosial əhəmiyyətindən, fiziki-coğrafi xüsusiyyətindən asılıdır.Odur ki, müxtəlif ölkələrdə, hətta bir ölkənin müxtəlif rayonlarında rekultivasiya işləri oranın spesfik xüsusiyyətlərinə uyğun aparılmalıdır.

Dünya ölkələrinin əksəriyyətində texnogen landşaftların sonraki istifadə məqsədlərindən asılı olaraq aşağıdaki əsas rekultivasiya istiqamətləri məlumdur (Motorina, Ovçinnikov, 1975)

1.Kənd təsərrüfatı istiqaməti: Pozulmuş ərazidə əkin (səpin) aparmaq, bağ salmaq, çəmən və otlaq kimi istifadə etmək

2.Meşə təsərrüfatı istiqaməti: a) məqsədyönlü meşəliklər (torpaqqoruyucu, su tənzimləyici) salmaq; b)istismar əhəmiyyətli meşə salmaq

3.Yaşıllaşdırma və səhiyyə-gigeyina istiqaməti: istirahət zonası yaratmaq, park yaşıllığı salmaq, ətraf mühiti çirkləndirən tullantı layların konservasiyası və ya yaşıllaşdırılması;

4.Müxtəlif təyinatlı su hövzələri yaratmaq (sutənzimləyici hovuzlar, su anbarı, idman hovuzu, balıq və ov yetişdirmək üçün göl və s.)

5.Pozulmuş ərazidə yaşayış və digər tikililəri yaratmaq.

Torpaqların rekultivasiyası adətən bir neçə ardıcıl mərhələdə həyata keçirilir (Motorina, 1966).

Birinci mərhələ – hazırlıq mərhələsi: pozulmuş ərazinin müayinəsi və tiplərə ayrılması, ərazinin spesfik .əraitinin öyrənilməsi, rekultivasiyanın və rekultivasiya olunan ərazinin istifadə məqsədinin təyini, rekultivasiyanın növbəti mərhələsinə tələbatın müəyyən edilməsi və iş metodunun seçilməsi, rekultivasiya üzrə texniki-iqtisadi və texniki-işçi layihələrin tərtibi.

İkinci mərhələ – ərazinin müxtəlif məqsədli istifadəsi üçün dağ-texniki və ya mühəndis-texniki, yaxud da dağ-texniki rekultivasiyası.Birinci mərhələdə hazırlanmış layihələr əsasında aparılır.Məqsədli istifadəyə olan tələbatı nəzərə alaraq bura tullantı laylarının, karxanaların səmərəli formalaşması daxildir.

Üçüncü mərhələ – bioloji rekultivasiya və rekultivasiya olunan ərazinin məqsədyönlü istifadəsinə keçid.Buna pozulmuş yerin münbitliynin və bioloji məhsuldarlığının bütövlükdə bərpa edilməsi, kənd təsərrüfatı və meşə təsərrüfatı sahələri yaratmaq, su hövzələrində balıq, salınan meşələrdə isə ov heyvanları yetişdirmək.

QAYNAQ: Qərib Məmmədov və Mahmud Xəlilov- Ekologiya və Ətraf Mühitin Mühafizəsi

YAZAR: Günel Qardaşova
HƏMÇİNİN BAX: Biosenozlar
HƏMÇİNİN BAX: Tehsilim.org/turizm-sahesi-uzre-telimlerden-sen-de-faydalan/

  • ← 21 Azər hərəkatı
  • Yenidən bölüşdürülən korrupsiya nəzəriyyəsi →

Ekologiya hüququ kurs işi torpaq

Azərbaycanda iş axtaran və ya yeni peşəyə yiyələnmək istəyən gənclərin əksəriyyəti bəlkə də xəbərsizdir ki, asanlıqla yeni peşəyə yiyələnə bilərlər. FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) gənclər üçün peşə hazırlığı, ixtisasının artırılması, yenidən hazırlığı kursları təşkil edir, özü də pulsuz.

Nazirliyin nəzdində fəaliyyət göstərən Dövlət Məşğulluq Xidmətinin (DMX) gördüyü işlərdən biri də peşə kurslarını təşkil etməkdir.

Hazırda xidmət gənclər üçün 85 peşə üzrə kurslar təşkil edir. Bu kurslarda kompüter dizayneri, avtomobil çilingəri, həsir hörən, traktorçu, kompüter mühasibliyi, telefon ustası, şirniyatçı, məişət cihazlarının ustası, zərgər, videooperator, fotoqraf, barmen, hotel işçisi, «D» kateqoriyalı sürücü və s. kimi peşələr öyrənmək olar. Kursların müddəti 21 gündən 3 aya qədər dəyişir.

Nazirlikən FED.az-a verilən məlumata görə, işsiz gənclərə peşə hazırlığı kursları Bakı ilə yanaşı, bölgələrdə də var. Belə ki, hazırda İsmayıllı və Göyçay şəhərlərində belə mərkəzlər var ki, gənclər burada peşə hazırlığı keçə bilərlər.

Gələn il isə belə bir mərkəzin Gəncə şəhərində işə düşməsi gözlənilir.

Peşə hazırlığı kurslarına yazılmaq istəyənlər əvvəlcə məşğulluq orqanlarına müraciət etməlidirlər. Həmin müraciətdən sonra o gənclər bu mərkəzlərə yönləndirilirlər. Peşə hazırlığı ödənişsiz aparılır.

Əlilliyi olan işsiz gənclər üçün də peşə hazırlığı kursları fəaliyyət göstərir. Ramanada yerləşən bu mərkəzdə peşə hazırlığı keçən əlil gənclər 6 ay müddətində bütün yaşayış imkanları ilə təmin olunurlar və bu zaman ərzində də peşə hazırlığı keçirlər.

İxtisasartırma və hazırlıq üçün nəzərdə tutulan peşələri və hazırlıq müddətini təqdim edirik:

Peşənin adı Müddəti
1 Ofisiant 2 ay
2 Satıcı – nəzarətçi kassir 2 ay
3 Çörəkçi 2 ay
4 İngilis dili 3 ay
5 Katibə-referent 2 ay
6 Makinaçı-kargüzar 2 ay
7 Həsir hörən 2 ay
8 Avtomobilin təmiri üzrə çilingər 3 ay
9 Meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi 2 ay
10 Kompüter istifadəçisi 2 ay
11 Xalçaçı 2 ay
12 Traktorçu-maşınçı 3 ay
13 Elektrik montyoru 2 ay
14 Quraşdırıcı çilingər 3 ay
15 Dərzi 3 ay
16 Mühasib 2 ay
17 Sahibkarlığın əsasları 2 ay
18 Dülgər 1 ay
19 Kompüter mühasibliyi 2 ay
20 Bərbər 2 ay
21 Sığorta agenti 2 ay
22 Əl ilə xalça toxumaq 1 ay
23 Toxucu 2 ay
24 Qənnadçı 2 ay
25 Buldozer maşinisti 2 ay
26 Tornaçı 3 ay
27 Elektrik qaz qaynaqçısı 3 ay
28 Mikroelektron (mobil) telefon aparatlarının təmiri üzrə mexanik 3 ay
29 Lift mexaniki 2 ay
30 Soyuducu qurğularının təmiri üzrə mexanik 2 ay
31 Kompüter texnikasının təmiri ustası 3 ay
32 Radio, televiziya aparatlarının, video texnikasının təmiri ustası 2 ay
33 Məişət elektrik avadanlıqlarının təmiri ustası 2 ay
34 Alüminium və plastik materiallardan məmulatların yığıcı çilingəri 2 ay
35 Qazanxana maşinisti 2 ay
36 Mebel quraşdırıcısı 2 ay
37 Məişət qaz cihazlarının təmiri üzrə çilingər 2 ay
38 Ayaqqabının fərdi tikişi və təmiri ustası 2 ay
39 Körpülü kran maşinisti 3 ay
40 Daşkəsən maşınların maşinisti 3 ay
41 Neft və qaz quyularının operatoru 3 ay
42 Eynək təmiri ustası 1 ay
43 İnternet üzrə operator 1 ay
44 Kompüterçi dizayner 2 ay
45 Videooperator 2 ay
46 Saatsaz 2 ay
47 Zərgər 3 ay
48 Tikişçi 2 ay
49 Geniş profilli dəzgahçı 3 ay
50 Misgər-tənəkəçi 3 ay
51 Daş üzərində oyma 3 ay
52 Duluzçu 3 ay
53 Şəbəkəçi 3 ay
54 “B” kateqoriyalı sürücü 3 ay
55 “D” kateqoriyalı sürücü 3 ay
56 Proqramla idarə olunan dəzgahlar üzrə təmirçi çilingər 3 ay
57 Rəqəmlə idarə olunan dəzgahlar üzrə təmirçi çilingər 3 ay
58 Radioelektron cihaz və aparatlarının montacçısı 3 ay
59 Çap lövhələrinin hazırlanması texnologiyası 3 ay
60 Çirkab sularının təmizlənməsi üzrə aparatçı 3 ay
61 Çilingər-yığıcı 3 ay
62 Çəkic və presdə dəmirçi 3 ay
63 Qalvançı 3 ay
64 Termist 3 ay
65 Ştamplayıcı 3 ay
66 Təmirçi çilingər 3 ay
67 Pardaqlayıcı 3 ay
68 Kimyəvi misləşdirmə operatoru 3 ay
69 Presləyici 3 ay
70 Plastmastökən 3 ay
71 Alətçi çilingər 3 ay
72 Elektrik avadanlıqlarının tənzimləyicisi 3 ay
73 Kompüter biliklərinin əsasları 21 gün
74 Mexaniki yığma işləri üzrə çilingər 3 ay
75 Bələdçi (Gid) 3 ay
76 Barmen 3 ay
77 Kastelyanşa 3 ay
78 Mehmanxana qulluqçusu 3 ay
79 Fotoqraf 3 ay
80 Aşbaz köməkçisi 3 ay
81 Kansyerj 3 ay
82 Mehmanxana qapıçısı 3 ay
83 Qeydiyyatçı (mehmanxanada) 3 ay
84 Ekskursiya təşkilatçısı 3 ay
85 Səyahət təşkilatçısı 3 ay

İşaxtaran və işsiz vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək üçün həyata keçirilən tədbirlərdən biri də haqqı ödənilən ictimai işlərin təşkilidir. Haqqı ödənilən ictimai işlər işaxtaran və işsiz vətəndaşların xüsusi peşə hazırlığı tələb edilməyən müvəqqəti əmək fəaliyyətidir.
İctimai işlərin aşağıdakı növləri təşkil edilə bilər:

  • ərazinin, küçə, park və meydanların abadlaşdırılması;
  • yaşayış əraziləri, xəstəxana, məktəb, məktəbəqədər uşaq müəssisələri, yataqxana və pansionatlar, qocalar və əlillər üçün internat evləri, habelə sosial sferanın digər obyektlərində tikinti və təmir işləri;
  • yol və körpülərin, istilik və qazanxana sistemlərinin təmiri və tikintisi;
  • kənd təsərrüfatı müəssisələrinə köməklik göstərilməsi ilə əlaqədar işlər;
  • təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri;
  • qocalara, əlillərə qulluq;
  • digər sosial əhəmiyyətli işlər.

Comments are closed, but trackbacks and pingbacks are open.