Press "Enter" to skip to content

Ekoloji mədəni yyəti n formalaşdirilmasinin mütərəqqi ənənələri

Bu gün dünyanın əksər ölkələrində ekoloji tarazlığın pozulmasından yaranan problemlərin aradan qaldırılması haqda müxtəlif diskussiyalar aparılır. İndi Yer kürəsinin bir qitəsində baş verən təbiət hadisəsi təkcə həmin qitə ölkələrinin yox, eyni zamanda bütün dünyanın problemi sayılmalıdır və onu aradan qaldırmağın yolları birgə axtarılmalıdır. Bu, heç də insanların təbiət hadisələrinin yarada biləcəyi fəsadları önləmək təşəbbüsü kimi yox, artıq çıxış yolunun qalmadığı kimi başa düşülməlidir. Artıq dünyanın itirə biləcəyi meşələr, çəmənliklər, bitki örtüyü ilə zəngin sahələri qalmayıb. “Qırmızı xətt”i keçmək daha ağır fəlakətlərə yol aça bilər. Ölkəmizdə iqtisadiyyatın inkişafı və əhalinin sosial-mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması dövlətin daim diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq son illər ekologiyaya, təbiəti mühafizəyə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul edilib, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar atılıb. Bir sıra iri su hövzələri tikilib, torpaqları şoranlaşmadan təmizləmək üçün drenaj sistemləri qurulub, Bakı şəhərində və onun ətrafında çoxlu yaşıllıqlar, Xəzərsahili qumluqlarda sahil bərkidici və torpaqların erroziyasının qarşısının alınması məqsədi ilə meşə örtüyü zolaqları salınıb, flora və faunanın qorunub saxlanması və inkişaf etdirilməsi üçün bir sıra təbiət qoruqları və yasaqlıqları yaradılıb.

Müasir qlobal problemlər sistemində ekoloji problemlərin yeri və rolu

Son 20-30 ildə bir tərəfdən, elmi– texniki inqilab şəraitində cəmiyyətlə təbiət arasında zidiyyətlərin sonuncu nöqtəyə çatması– bu isə ekoloji problemlərin mahiyyətini təşkil edir– digər tərəfdən, ekoloji situasiyadan, daha doğrusu ekoloji böhrandan təkcə dövlət və partiyalar deyil, həmçinin geniş xalq kütlələri narahat olmağa və həyəcan təbili çalmağa başlamışdır. Deməli, qlobal problemlərin, xüsusilə ekoloji problemlərin yaranması səbəbləri və həll edilməsi yollarının araşdırılması öz– özlüyündən olduqca zəruridir.
Ekoloji poblemlər qlobal problemlər sistemində sülh və mü­haribə problemlərindən sonra birinci sırada durur. Mühüm qlobal problemlərdən biri kimi, ekoloji problemlər, hər şeydən əvvəl, bütöv bəşəriyyətin mənafeyini ifadə edir. İkincisi, ekoloji problemlər özünü sivilizasiyanın inkişafının obyektiv amili kimi göstərir; onla­rın kəskinləşməsi tərəqqini ləngidir və bəşəri mədəniyyəti məhv ol­maq təhlükəsi ilə hədələyir. Üçüncüsü, onların adekvat təhlili inteq­rativ yanaşmanı, yəni təbii, texniki və ictimai elm nümayən­dələ­rinin birgə fəaliyyətini tələb edir. Dördüncüsü, onların düzgün həlli bütün dünya dövlətlərinin iştirakı ilə geniş beynəlxalq əmək­daşlıq sayə­sində mümkündür.
Müasir qlobalistikada ekoloji problemlərin yeri və rolu müəyyənləşdirilərkən qarşıya aşağıdakı konkret vəzifələr çıxır:
1) Müasir dövrün qlobal problemlərinin xüsusiyyətlərinin meydana gəlməsi səbəblərini və bu problemlər sistemində ekoloji problemlərin yerini aşkar etmək;
2) cəmiyyət və təbiətin qarşılıqlı münasibətlərinin optimal­laş­dırılması, ekoloji problemlərin ideoloji aspektini açmaq;
3) Sosial ekologiyanın mühüm konsepsiyalarının nəzəri– metodoloji, sosial– siyasi və aksioloji dünyagörüşü əsaslarını açmaq;
4) Ekoloji problemlərin təhlilinə ümumbəşəri yanaşmanın üstünlüyünü göstərmək.
Müasir ekoloji situasiyanı və qlobal problemlərin xarakterini düzgün anlamaq üçün, hər şeydən əvvəl, cəmiyyətin tarixində cəmiy­yətlə təbiətin qarşılıqlı təsirinin əsas meyllərini izləmək, ikincisi, ictimai fikir tarixində bu problemlərə münasibət baxımından nəzəri şüurun əsas inkişaf mərhələlərini nəzərdən keçirmək.
Bəşəriyyətin böyük mütəfəkkirləri təbiətdən istifadənin və təbiəti anlamanın tipləri arasındakı sıx əlaqəni göstərmiş və izah etmişlər.
Bəşər tarixində cəmiyyətlə təbiətin qarşılıqlı münasibətinin üç tipini ayırmaq olar.
İbtidai dövr. Burada insan hələ təbiətdən tam ayrılmamışdır və o, bilavasitə təbiətin hazır məhsullarını mənimsəyir. Təbiətdən istifadənin bu tipinə təbiətin dini– mifoloji anlaşılması uyğun gəlir (onun üçün animizm, antropomorfizm, zoomorfizm və panteizm səciyyəvidir). Siyasi antaqonizmlərin təsiri altında olan dövr (bu mərhələ quldarlıq və feodalizm formasiyalarını əhatə edir). Antik cəmiyyətdə təbiətə münasibət ikili xarakter daşıyır. İnsanın fəaliyyət orbitinə cəlb olunan mühitin bir hissəsi, təbii ehtiyatların mənbəyi kimi, utilitar– praqmatik şəkildə başa düşülür: bütövlükdə təbiət isə insanın müşayiət etməyə borclu olduğu harmoniya və mükəmməlik idealı hesab olunur. Feodal təbiətdən istifadə isə ekstensiv və müha­fizə­kar olmuşdur. Dini cəhətdən təsvir olunan təbiətdən istifadə real təbiətin bir tərəfdən, allaha, digər tərəfdən isə insana qarşı qoyul­ması ilə səciyyələnir. Antik dövrün əksinə olaraq müdrik və yaxşı həyatın idealı burada təbiətlə qovuşmaqda deyil, onun üzərində yüksəlməklə ifadə olunur.
İntibah dövrü həm təbiətdən istifadədə, həm də təbiəti an­lamada böyük dəyişiklik etdi. Bu dövrdə insanla təbiətin qarşılıqlı münasibətini F.Bekonun aşağıdakı sözləri düzgün ifadə edir. «İnsan təbiətin qulu və şərhçisidir, nə iş görürsə, başa düşür ki, nəyə nail olub, işi və düşüncəsi bir– birinə uyğun gəlir və bundan artıq o heç nə bilmir və bilə də bilməz» .
Kapitalizmin formalaşması ilə cəmiyyət və təbiətin qarşılıqlı təsiri prosesində üçüncü– sənaye mərhələsi başlanır. Kapitalizmdə təbiət insan üçün yalnız predmetə, yalnız faydalı şeyə çevrilir. Onu hər şeyə qadir qüvvə kimi etiraf etməkdən imtina olunur. Kapitalist istehsalının yetkin olmayan vəziyyətinə yetkin olmayan nəzəriyyələr uyğun gəlir. Kapitalizmin inkişafı ilə birlikdə təbiət haqqında bitkin elmi fikir də inkişaf etmişdir. Böyük mütəfəkkirlər təbiətin dialek­tikasının elmi anlayışının əsasını qoymuşlar.
Müasir inkişaf mərhələsində təbiətdən istifadənin elmi cəhət­dən idarə oluna bilən məqsədəyönlü nəzəri konsepsiyası işlənib hazırlanır. Buna misal noosfer haqqında elmi nəzəriyyəni göstərmək olar.
Ekoloji problemləri müxtəlif əsaslarla siniflərlə bölmək olar.
Məzmununa görə onlar 4 qrupdan ibarətdir: 1) ətraf mühitin çirklənməsi; 2) təbii ehtiyatların tükənməsi; 3) ekosistemin taraz­lığının, sabitliyinin pozulması; 4) demoqrafik və urbanistik proses­lərlə təbiətdəki proseslərin qarşılıqlı təsiri.
Təşəkkül mənbələrinə görə ekoloji problemləri həmçinin iki qrupa ayıra bilirik. Buraya:
1) cəmiyyət və təbiət arasındakı ziddiyyətlər;
2) insan və təbiət arasındakı ziddiyyətlər daxildir.
Ekoloji problemlər miqyasına görə: a) lokal; b) regional, v) qlobal problemlərə bölünür.
İstiqamətinə, yönümünə görə ekoloji problemləri «hədələyici» (müdafiə tədbirləri tələb edənlər, məs.: mühitin çirklənməsi, ehtiyat­ların tükənməsi və s.) və «xilasedici» (hücum tədbirləri tələb edənlər, məs.: okeanın, kosmosun mənimsənilməsi və s.) kimi 2 qrupa ayır­maq olar.
Təsir dairəsinə görə onlar aşağıdakı qruplara ayrılır: 1) əsasən cəmiyyətə və insana; 2) təbiətə; 3) bərabər səviyyədə həm cəmiyyətə (insana), həm də təbiətə aid olanlar.
Bizim fikrimizcə, böhranlı ekoloji situasiyanın meydana gəlməsinin səbəblərini üç bloka bölmək olar: 1) cəmiyyətlə təbiət arasında mövcud olan əbədi, obyektiv, dialektik ziddiyyətlər; 2) elmi– texniki inqilabın müasir ekoloji situasiyada rolu mürəkkəb ziddiyyətlərin kəskinləşməsinin səbəbkarıdır. Digər tərəfdən isə o, həmin ziddiyyətlərin aradan qaldırılmasının vasitələrindən biridir.
Elmi– texniki inqilab cəmiyyətlə təbiət arasındakı əlaqəni tam çılpaqlığı ilə üzə çıxarır. cəmiyyətin təbiətə müsbət, yaxud mənfi təsirinə o müvafiq olaraq «təşəkkür», yaxud «intiqam» prinsipi ilə ca­vab verir. Ekoloji böhran– təbiətin ona nadan, yırtıcı münasi­bətinə qarşı intiqamıdır.
Ekoloji problemlərin yaranmasının üç böyük günahkarına (cəmiyyət, elmi– texniki inqilab, insan) müvafiq olaraq, onların həllinin üç yolunu göstərmək olar: 1) sosial; 2) elmi– texniki və 3) mənəvi pedoqoji siyasət yollarıdır. Birinci yol, cəmiyyətlə təbiətin har­monik inkişafının kompleks– ekoloji proqramlarının yaradılma­sını nəzərdə tutan sosial– iqtisadi siyasətin həyata keçirilməsini tələb edir. İkinci yol, konkret ekoloji problemlərin elmi– texniki həllinin tapılmasını irəli sürür. Üçüncü yol, şəxsiyyətin ekoloji mədəniyyəti­nin, ekoloji şüurunun və ekoloji davranışının formalaşmasını nəzərdə tutur. Deməli, üçüncü yol ekoloji tərbiyə məsələlərinə xüsusi fikir verməyi tələb edir. Beləliklə, ekoloji siyasət, ekoloji iqtisa­diyyat və ekoloji etika– bir– birilə qarşılıqlı əlaqədə olub bütövlükdə ekoloji mədəniyyəti, ekoloji sivilizasiyanı təşkil edir.
Müasir şəxsiyyətin ekoloji mədəniyyəti normativ ekoloji bilik, mənəvi ekoloji əqidə və fəal ekoloji davranış adlı üç böyük prinsipə əsaslanmalıdır. Bütün bu deyilənlər geniş tədqiq olunmalıdır.
Müasir şəraitdə demoqrafik və urbanist proseslərin ekoloji aspekti maraqlıdır. Daha dəqiq desək, əhalinin artımının və şəhərlərin böyüməsinin ətraf mühitə təsiri və əksinə, böhranlı ekoloji situasiyanın demoqrafik və urbanist proseslərə təsiri böyükdür. Bununla yanaşı, müasir sosial ekoloji konsepsiyaların ətraflı təhlili vacibdir. Müasir ekoloji konsepsiyaların konstruktiv təhlilini verməkdən ötrü bir tərəfdən, onları siniflərə, qruplara bölmək, digər tərəfdən isə onların ümumi cəhətlərini aşkara çıxarmaq lazımdır.
Müasir ekoloji konsepsiyaların təsnifatını müxtəlif əsaslarla vermək olar. Bizə elə gəlir ki, aşağıdakı 4 əsas xətt qruplaşdırmada başlıca rol oynaya bilər.
1) Ekoloji situasiyanın təsviri və qiyməti– »diaqnoz»;
2) Ekoloji böhranın meydana gəlməsi şəraitinin səbəblərinin və mənbəyinin izahı;
3) Ekoloji problemlərin həll edilməsinin vasitə, metod və yollarının göstərilməsi;
4) Ekoloji situasiyanın inkişafı prespektivlərinin və meyl­lərinin müəyyən edilməsi («ekoloji proqnoz»).
Bu dörd xətt üzərində müxtəlif metodoloji yanaşma, dünya­görüşü məqsədi və ideoloji mövqelər öz əksinə tapır. Nəticədə bir sıra kontinium əmələ gəlir ki, onların sərhəd hüdudunda müxtəlif əsaslara görə bütün ekoloji konsepsiyaları yerləşdirmək olar.
Metodoloji cəhətdən bütün ekoloji konsepsiyalar qütbləri pozitivizm (obyektivlik) və antipozivitizm (subyektivlik) olan xətt boyu yerləşə bilər. cəmiyyətlə təbiətin qarşılıqlı münasibətinə ob­yek­tiv– pozitivist baxımdan yanaşma (sayentizm, texnisizm) texnoloji determinizm prinsipinə əsaslanmışdır ki, ona görə bütün ekoloji problemlər elmi– texniki metod və vasitələrin köməyi ilə həll oluna bilər. İnsanın (cəmiyyətin) təbiətlə qarşılıqlı münasibəti məsələsinə subyektiv– antipozitivist (ekzistensial– antropoloji) möv­qedən yanaşma «aksioloji determinizm» prinsipinə əsaslanır. Bu prinsipə görə ekoloji problemləri sərvətlər, məqsəd və ideal sistemini dəyişməklə, insan keyfiyyələrini» yaxşılaşdırmaqla, şüurun ekolojiləşdirilməsi və s. ilə həll etmək olar.
Dünyagörüşü məqsədinə görə bütün ekoloji konsepsiyaları, qütbləri pessimizm və optimizm olan xətt boyu yerləşdirəmk olar. İdeoloji mövqeyinə görə, ekoloji konsepsiyaları, qütbləri konser­vatizm və radikalizm, apologetika və mövcud quruluşun tənqidi olan xətt boyu yerləşdirmək olar.
Qeyd etmək lazımdır ki, bir çox sosial– ekoloji konsepsiya­larda göstərilən məqsəd və komponentlər çulğalaşsalar da, bir– bi­rilə ziddiyyət təşkil edir. Ona görə də onları ciddi olaraq eyni «rəf­lərə» yığmaq düzgün olmaz. Burada söhbət yalnız ümumi müəy­yə­nedici cəhətlərdən, bu və ya digər konsepsiyanın ümumi istiqa­mət­lərindən gedə bilər.

a) Həyat- spesifik təbiət hadisəsidir

Həyat– varlığın formalarından biri olmaqla yanaşı, hərəkətin də ən ali formalarından biridir.
İlk baxışdan həyat haqqında hər şeyin məlum olmasına bax­mayaraq, həyatın mahiyyətinin, onun kriteriyalarının, inkişaf qa­nunauyğunluqlarının dərk edilməsi fövqəladə dərəcədə çətin bir iş­dir. Təsadüfi deyildir ki, həyatın hələ indiyə qədər elmin tələblərini ödəyə bilən tərifi yoxdur. Müasir elm həyata baxışlarında canlı və cansızın keyfiyyətcə fərqini göstərən təsəvvürlərlə çıxış edir. Eyni zamanda bitki və heyvanlar aləminin, o cümlədən insanın ümumi xassələrə malik olmasının etiraf edilməsi də bu qəbildəndir.
Həyatın təbii– elmi dərki çoxsaylı istiqamətlərlə həyata keçi­rilir. Praktiki olaraq bu işə bütün elm sahələri cəlb olunmuşdur. Lakin bunlara baxmayaraq əsas ağırlıq biologiyanın– həyat haq­qında elmin üzərinə düşür.
İnsan özünün dərk edilmiş mövcudluğu məqamından başla­yaraq həyatın dərkini birinci dərəcəli vəzifələr sırasına daxil etmiş­dir. Bu da təsadüfi deyildir. Çünki insan üçün həyatdan əziz, həyat­dan şirin heç nə yoxdur və ola da bilməz. Əslində insanı yaradan həyatın özüdür və onun bioloji mexanizmi sosial amillərlə birlikdə insan təbiətinin mahiyyətini təşkil edir.
Həyat– təbii maddi prosesdir. Yerdə həyat nəhəng, rəngarəng formalarla təzahür etmişdir. Bütün canlı orqanizmlərə bütövlük və özünüistehsal kimi iki əlamət xasdır. Fərdi dəyişikliklər (ontogenez) gedişində orqanizm xarici şəraitə uyğunlaşır, nəsillərin dəyişməsi isə tarixi təkamül xarakteri (filogenez) əldə edir. Orqanizmlər xarici mühitdən nisbətən asılı olmamaq (muxtariyyət) işləyib hazırlayır. Hər bir canlı orqanizmin başlıca xassəsi maddələr mübadiləsidir. Onunla yanaşı həyatın mühüm əlamətləri: qıcıqlanma, boy artımı, çoxalma, dəyişmə varislikdir. Hər cür canlı orqanizm elə bil ki, baş­lı­ca vəzifəni, özünə bənzərləri istehsal etməyi yerinə yetirməyə çalışır.
Həyatın mahiyyəti müəyyən maddi təşkilin (təşkilatın) fun­k­siyasıdır. Həyatın dərki bioloji orqanizmlərin mürəkkəb struktur– funksional təbiətini aydınlaşdırmışdır. Uzun muddət elmdə F.En­gel­sin həyat anlayışı tətbiq edilirdi. «Həyat zülali cisimlərin yaşa­maq üsuludur ki, bunun da mühüm momenti həmin cisimlərin ətrafındakı xarici təbiətlə daimi maddələr mübadiləsindən ibarətdir, həm də həmin maddələr mübadiləsi kəsildikdə, həyat da kəsilir və bu da zülalın parçalanmasına gətirib çıxarır. (F.Engelsin əlavə qeydi: «Bu cür maddələr mübadiləsi qeyri– üzvi cisimlərdə də baş verə bilər. çünki hər yerdə, çox ləng olsa da kimyəvi təsir baş verir. Lakin fərq ondadır ki, qeyri– üzvi cisimlərdə maddələr mübadiləsi onları dağıdır, üzvi cisimlərdə isə maddələr mübadiləsi onların yaşamasının zəruri şərtidir»). Əgər bir zaman kimyəvi yolla zülali cismlər düzəltmək müyəssər olsa, onda həmin cisimlər, şübhəsiz, həyat əlamətləri biruzə verəcək və nə qədər zəif və müvəqqəti olsalar da, maddələr mübadiləsi edəçəklər. Lakin aydındır ki, bu cür cisimlər ən yaxşı halda ən kobud monerlər formasına– ehtimal ki, hətta ondan da çox– çox aşağı formalara– malik olmalıdır və əl­bəttə, bunlar min illərlə davam edən inkişaf sayəsində artıq diferen­siallaşa bilmiş orqanizmlərin, qabığı onun içindəkilərdən ayırmış və nəsildən– nəsilə keçən müəyyən quruluş əldə etmiş orqanizmlərin, formasına malik olmayacaqdır» .
canlı strukturların dərk edilməsi metod və vasitələrinin tək­mil­ləşdirilməsi sayəsində zülalın təbiəti haqqında, canlı orqanizm­lərdə mübadilə proseslərinin xarakteri və onun ətraf mühitlə qarşılıqlı təsiri haqqında təsəvvürlər dəqiqləşdirilmişdir. Həyatın dərkinə fizika və kimya da qoşulduqdan sonra bunlar bioloji təş­kilin molekulyar səviyyəsini ayırmağa imkan verdi. Alimlər nə qə­dər ki, həyat anlayışının mükəmməl tərifini verməmişlər biz aşağı­dakı tərifdən istifadə eməliyik. Həyat– qismən, fasiləsiz, tərəqqi edən və mühitlə qarşılıqlı təsirdə olan atomların elektron vəziyyə­tinin potensial imkanlarının özünü reallaşdırmasıdır. Həyat prob­leminə fəlsəfi maraq aşağıdakı səbəblərdən doğmuşdur. Əvvələn, insanın özünün təbiətinin fəlsəfi izahı həyat haqqında təbii– elmi təsəvvürlərin cəlb edilməsini tələb edir; ikincisi, həyatın elmi dərkinin gedişində metodoloji prinsiplərdən istifadə edilməsi zəru­rəti; üçüncüsü, canlının struktur– funksional təşkilinin qanunauy­ğunluqlarının aydınlaşdıılması ən aktual, fəlsəfi dünyagörüşü sual­larından birinə– insanın həyatının mənası nədir? sualına cavab verilməsinə imkan verə bilər.

b) Həyatın mənşəyinə iki baxış

Həyatın əmələ gəlməsi dünyada mövcud olan suallardan ən müəmmalısıdır və çətin ki, nə vaxtsa ona dürüst və qəti, eləcə də son cavab verilə bilər. Bu barədə istənilən qədər hipotez və nəzəriyyələr yaranmış və bundan sonra da yaranacaqdır. Həmin hipotez və nəzəriyyələr həyatın mənşəyi məsələsinin bu və ya digər tərəfinə həsr olunsa da, eksperimental olaraq həyatın yaranması faktını sübut etməyə qadir deyildir. Biz canlı xassələrə malik olan strukturların yaradılması şəraiti (şərtləri) haqqında heç nə bilmirik və yəqin ki, heç vaxt da bilməyəcəyik. Ehtimal ki, həmin strukturların labo­ra­toriya şəraitində təkrar istehsalı gələcəyin işidir. Lakin onun planet miqyasında təkrar edilməsi qətiyyən ağlabatan deyildir.
Alimlərin hesablamasına görə, yerdə həyatın əmələ gəlməsi 3– 4 milyard il bundan əvvəl olmuşdur. Mürəkkəb kosmik və Yerdəki dəyişikliklər nəticəsində həyatın ən sadə formaları yaranmış, bu da, öz növbəsində, milyonlarla heyvan növünü yaratmışdır. Yerdə həyatın əmələ gəlməsi problemi müasir elmin ən mürəkkəb vəzifəsi olub, heç vaxt diqqətdən kənarda qalmayan bir sahə hesab olunur. Bu sahəyə meyl insanın öz təbiəti və tarixini öyrənmək cəhdindən sonra daha da güclənmişdir. Həyatın əmələ gəlməsi sirrinin aşkar­lanmasında həlledici rol nəzəri idraka məxsusdur. Həyat haqqında təsəvvürlərin öyrənilməsi, tarixi və onların fəlsəfi dərki olduqca vacib bir problemdir. Əslində həyatın mənşəyinə olan baxışların tarixi çox uzaq keçmişlərə gedib çıxır. Uzun müddət həyatın əmələ gəlməsinin ilk ideyaları mifoloji təsəvvürlər çərçivəsi ilə məhdud­laş­dırılmışdır. Miflərdə cansız formalardan canlı formaların yaranması haqqında əfsanələr mühüm yer tutmuşdur. Ovçuluq və yığıcılıq adamların canlı təbiətlə əlaqəsini möhkəmləndirmiş, onlarda canlını cansızdan fərqləndirmək anlamını dərinləşdirmişdir. Mifoloji şüur idrakı məhdudlaşdırmışdır. İnsan hətta öz doğuluşunu və mənşəyini anlamamışdır. Dünya haqqında sadəlövh təsəvvürlər onun əmələ gəlməsi probleminə pərdə çəkirdi. Guya hər şey sadə və təbiidir. Hə­yatın əmələ gəlməsi, canlının doğulması məlum faktdır və guya izahat tələb etmir. Yalnız mədəniyyətin bərqərar olması, idrak vasitələrinin təkmilləşməsi, özünüanlamanın kristallaşması nəticə­sin­də həyatın mənşəyi, inkişafı haqqında iki mühüm baxışların for­malaşmasına imkan yaranmışdır. Bunlar kreatsionist və evolyusio­nist baxışlardır.
Kreatsionizm– üzvi aləmin rəngarəng formalarının mənşəyini ilahi yaradıcılıq aktı kimi izah edən konsepsiyadır. Bu təlimin adı latınca creatio, creations– sözlərindən olub, «yaranma», «yara­dıl­ma» mənasını verir. Kreatsionizmə görə, insan dünyanın mənşəyi məsləsini həll etməyə cəhd göstərsə də bunu Allahın köməyi olma­dan edə bilməz. Əslində dünya öz mövcudluğuna görə allaha borcludur.
Maraqlıdır ki, kreatsionizmin kökləri ən qədim dövrlərə gedib çıxır. Biz qədim Babil qəhrəmanı və allahı Marduk haqqındakı miflə tanışıq. Qeyri– adi gücə malik olan Marduk– əjdaha Tiamatı bir zərbə ilə iki yerə parçalamış, onun çiynindən Səmanı, qarnından isə Yeri yaratmışdır. canlı orqanizmlərin strukturu haqqında təsəvvürlərdə mühüm komponentlərdən biri kimi suya xüsusi diqqət yetirilir. Təsadüfi deyildir ki, həyatın substansiyası axtarışında həmişə suya əsaslanmışlar. Miflərin əksəriyyətində çox vaxt dünya sudan yaradılmış kimi təsvir olunur. Qədim yunan filosofu Fales dünyanın əsasını– ilk başlanğıcı su hesab edirdi.
Əvvəllər yaradılış ideyası olduqca sadə formada başa düşü­lürdü. Kimsə, nədənsə, nəyisə yaradır. Yaradıcı (demiurq)– elə bil ki, hansısa modeldən surət çıxarır.
Kreatsionist təsəvvürlər Bibliya dövründə yeni səviyyəyə çıxır. Burada başlıca cəhət Allahın dünyanı və insanları heç nədən yarat­ması ideyasıdır. Hər şeydən əvvəl, başlanğıcsız əbədiyyət olmuşdur, sonra isə yaradıcılıq yalnız allaha mənsub idi. Məhz buradan yeni başlanğıc, varlıq– görünən və görünməyən dünyanın tarixi başlanır.
Bibliyaya görə, Yerdə həyatın başlanğıcı 5 günlük yaradıcılıq dövrü ilə əlaqədardır. Həmin günlərdə balıqlar və suda yaşayan di­gər canlılar, quşlar və havada olanlar yaradılmışdır. Sonra isə Yer­də, quruda yaşayan müxtəlif heyvan növləri meydana gəlmişdir. Yeddinci gün allah öz surətinə oxşar, özünəbənzər insanları yarat­mışdır. Həyatın mənşəyi haqqında kreatsionist təsəvvürlər elmdə evolyusion təlim yaranana qədər hökm sürmüşdür. Kreat­sionizm təsəvvürləri nəinki rəsmi dini ehkamlar hesab olunmuş, həmçinin təbiətşünaslığın əksəriyyəti həmin təlimə tərəfdar çıxmışlar. Bu tə­lim tərəfdarları üzvi aləmin rəngarəngliyini ilahi yaradıcılığın nə­ticəsi hesab etmişdir. Onlar növlərin dəyiş­məzliyini müdafiə edir, təkamülü inkar edirdilər. Həyatın əmələ gəlməsi probleminə təka­mül (evolyusiya) yanaşmanın əsasını inkişaf ideyası təşkil edirdi. İnkişaf ideyası isə XVII– XVIII əsərlərdə formalaşmağa başlamış­dır. Lakin həmin sahədəki ilk cəhdlər kortəbii ehtimallar kimi təzahür etmişdi. Çünki həmin dövrdə elm hələ kifayət qədər təbii– elmi materiala malik deyildi. İkinci bir tərəfdən, təbiətə metafizik baxışın mövcudluğu həqiqi inkişaf mənbələrinin tədqiqinə başla­mağa imkan vermirdi.
Biz inkişaf probleminin fəlsəfənin necə bir zəruri problemi olduğunu artıq qeyd etmişik. İnkişaf konsepsiyası həm materialist, həm də idealist fəlsəfi məktəblər tərəfindən spesifik üsul və metod­larla işlənilmişdir. Lakin qeyd etmək lazımdır ki, inkişaf konsepsiyası təkcə sırf fəlsəfə çərçivəsində mövcudluğunu axıra qədər qoruyub saxlaya bilməz. İlk dəfə inkişaf konsepsiyası qədim yunan filosofları tərəfdən irəli sürülmüşdür. A.F.Losev haqlı olaraq gös­tə­rir ki, həqiqətən Aristotel fəlsəfəsində həyatın canlı inkişafının dia­lektik nəticəsi özünü göstərir. Bu ideyaların sonrakı inkişafının fəl­səfi işlənməsi bir sıra təbii– elmi problemlərin həllindən asılı ol­muşdur. O da, öz növbəsində, təsirli metodoloji əsası tələb etmişdir.
Metodologiya və konkret elmlərin nəticələrinin dialektik qar­şılıqlı asılılığı elmi idrakın prinsipial keyfiyyətidir. Evolyusiya təli­minin bərqərar olması tarixi sübut edir ki, bu prosesdə təbiətşünas­ların fəlsəfi baxışları nə qədər vacib rol oynayır. Bir vaxtlar biolo­gi­yada Aristotelin üzvi aləmin dərəcələrə bölünməsi ideyası geniş yayılmışdır. Nəticəsi isə «varlıq pillələri» naturfəlsəfi konsepsiyanın yaradılması olmuşdur. Onun tərəfdarları canlı təbiəti yuxarı qalxan nərdivan kimi təsəvvür edərək üzvi aləmin ayrı– ayrı formalarını onun pillələri kimi anlayırdılar. Bu baxışlar Q.V.Leybnitsin varlığın ən ümumi əlaqəsi təliminin fasiləsizlik prinsipində tapmışdır. İsveçrə təbiətşünası və filosofu Ş.Bonenin (1720– 1793) Leybnits təliminin təsiri altında olduğu məlumdur. Bonenin fikrincə, bütövlükdə üzvi aləmin bütün sistemləri bir– birilə sıx surətdə əlaqədar olan orqa­nizm­lə müqayisə edilə bilər. Bone «varlıq pillələri»nə fövqəltəbii var­lıq­ları da– mələkləri və s. daxil edirdisə də, Linneyin süni təsni­fatı ilə razı deyildi. Yəni O, növlərin xarici oxşarlığını onların tarixi mənşəyinin vəhdətinin nəticəsi hesab etməkdən çox uzaq olmuşdur. Bonenin konsepsiyası öz əsasında inkişaf ideyası qəbul etmirdi, çünki preformist təsəvvürlərə arxalanırdı. Preformist təsəvvürlər təkamülü əbədi mövcud olan rüşeymlərin inkişafı kimi nəzərdə tutsa da, yeninin meydana gəlməsini (yaranmasını) istisna edirdi. Bone­nin baxışları fransız materialistlərinin təbii– elmi təsəvvürlərinin for­malaşmasına güclü təsir göstərmişdir. Məsələn, fransız ensik­lo­pedistlərindən olan J.B.Robinenin (1735– 1820) əsərlərində «varlıq pillələri» materialist izaha malik olur. Robine təbiətin bütün ci­simlərinə canlılıq funksiyası verərək, bütövlükdə materiyanı canlı hesab edirdi. Onun fikrincə, materiyanın əsasında daxili fəallığa ma­lik olan canlı molekullar durur. Robine guya «varlıq pillələri»n­də fəaliyyət göstərən fasiləsizlik qanunun köməyi ilə həyatın vəh­dətini izah etmişdir.
Fransız materialisti J.O.Lametri (1709– 1751) xarici mühitin təsiri altında üzvi hüceyrələrdən həyat formalarının əmələ gəlməsi ideyasını irəli sürmüşdür. Bitki və heyvanlar aləminin vəhdətini Lametri onları təşkil edən elementlərin oxşarlığı ilə əlaqələndirirdi. O, müəyyən dərəcədə evolyusiya ideyasına sırf mexaniki mövqedən yaxınlaşsa da, belə hesab edirdi ki, heyvan, bitki və insan arasındakı fərq sırf kəmiyyət fərqidir. Təkamül ideyasının daha geniş xarakteri öz əksini D.Didronun (1713– 1784) təlimində tapmışdır. O, cəsarətlə üzvi aləmin keyfiyyət dəyişikliyi məsələsini irəli sürmüşdür. Təkamül təliminin bir sıra müddəalarını tərifləyərək Didro belə hesab edirdi ki, bioloji növ olan insan başqa canlılar kimi özünün yaranma ta­rixinə malikdir.
İnkişaf ideyasının işlənib hazırlanmasında və təkamül təli­mi­nin möhkəmlənməsində XVIII əsrin görkəmli fransız təbiətşünası J.L.Byuffonun əsərləri böyük rol oynamışdır. Məhşur çoxcildlik «Təbii tarix» əsərinin müəllifi Byuffon kəskin şəkildə növlərin dəyişməzliyi ideyasına arxalanan Linney təsnifatını tənqid etmişdir. O, növlərin fərqlərinin mütləqləşdirilməsinə qarşı çıxmış, bir növdən digərinə keçidin tədriciliyini irəli sürmüşdür.
Linneyin süni sisteminin tənqidində Byuffon ifrata varmışdır. Nəticədə o, hər cür təsnifatın mövcudluğunu inkar etmək dərəcəsinə çatmış, belə hesab etmişdir ki, təbiətdə qeyri– real mövcud olan növlər tək– təkdir, süni, uydurulmuş kateqoriyalardır.
Müasiri olduğu təbiətşünaslığı dünyanın inkişafına tətbiq edən ilk filosoflardan biri də İ.Kant olmuşdur. Əsərlərində Byuf­fona, Boneyə dönə– dönə müraciət edilməsi sübut edir ki, İ.Kant təbiətşünaslıq haqqında dərin biliklərə malik olmuşdur. Kanta ən çox Leybnits və Lessinqin əsərlərinin təsiri olmuşdur. canlı və bitki aləminin təkamülünün etiraf edilməsi Kant üçün kosmoqonik hi­potezinin məntiqi tamamlanması hesab oluna bilər. Kant inkişaf ideyasına ən ümumi prinsip kimi baxmışdır. Zəmanəsindəki bioloji biliklər onun konsepsiyasının doğruluğuna inandırıcı sübutlar verə bilmirdi. Bununla yanaşı, onun canlı təbiətə əsasən çıxardığı nə­ticələr bioloqların ağlında təkamül ideyasının hakim kəsilməsinə kömək etmişdir. Kant təbiətin maddi izahının verilməsini zəruri hesab etmişdir.
Kant dövründə növlərin daimiliyi və dəyişməzliyi ideyası ha­kim idi. Lakin bütün bunlara baxmayaraq, Kant növlərin dəyişməsi və yeni növlərin əmələ gəlməsi məsələsini irəli sürmüşdür. O, müs­təqil bir elm kimi, təbii tarixin yaradılmasını zəruri hesab etmişdir. Tarixi yanaşmanı müdafiə edən Kant yaradılışın çoxsaylı lokal akt­larının qızğın əleyhdarı olmuşdur. Həmin dövrdə alman təbiətşünası K.F.Volf (1734– 1794) özünün «Yaranma nəzəriyyəsi» adlı disser­tasiyasını nəşr etdirir. Öz əsərində o, preformasiya təlimini rədd etmiş və epigenez nəzəriyyəsini elmi cəhətdən əsaslandırmışdır. İn­kişaf ideyasını insan cəmiyyətinə tətbiq edən alimlərdən biri də Kan­tın şagirdi Herder (1744– 1803) olmuşdur. Herderlə yanaşı, tə­ka­mül təliminin inkişafında J.B.Lamarkın da böyük rolu olmuşdur. 1809– cu ildə Lamark özünün «Zoologiyanın fəlsəfəsi» əsərini çap etdirmişdir. Bu əsərdə növlərin dəyişməzliyi və əbədiliyi ideyasına öldürücü zərbə vurulmuşdur. İlk dəfə elmin tarixində bu əsərdə bütün orqanizmlərin tədrici inkişaf ideyası ardıcıllıqla ifadə edilmiş, sadə həyat formalarından mürəkkəb həyat formalarına keçid təsvir olunmuşdur. Bütün bunlar təbii qüvvələrin təsiri altında baş vermiş­dir. Lamark təkamül ideyası ilə teleologiya təliminə güclü zərbə vurmuşdur. Lakin Lamarkın təlimi də öz növbəsində tənqid atəşinə tutulmuşdur. Qeyd etmək lazımdır ki, onun nəzəriyyəsinə ən güclü hücumlar XIX əsrin birinci yarısında elmdə mühüm rol oynayan fransız bioloqu J.Küvye (1769– 1832) tərəfindən edilmişdir. Küv­yenin tədqiqatları anatomiya və palentologiyada müqayisəli meto­dun tətbiqinə xeyli kömək göstərmişdir. Onun orqanizmin mühitə uyğunlaşması və orqanizm– daxili orqanların və ayrı– ayrı hissələrin qarşılıqlı asılılığı prinsipləri elmdə çox geniş yayılmışdır. Küvyenin əsərlərində kreatsionizm bitkin formasına çata bilmişdir. O, növlərin dəyişməzliyi ideyasını müdafiə etmiş, ayrı– ayrı növda­xili dəyişikliklərə etiraz etməmişdir. Bir sözlə, teleoloji prinsiplərin tərəfdarı kimi çıxış etmişdir. Küvyenin baxışlarına qarşı kəskin çıxış edən E.J.Sent– İler olmuşdur. Sonralar təkamül ideyasının inkişa­fında İ.V.Höte, rus alimi İ.E.Dyadkovski (1784– 1841), xüsusilə K.F.Rulye (1814– 1858) və azərbaycanlı Həsən bəy Zərdabinin böyük rolu olmuşdur. Karl Ber isə, öz növbəsində, ontonogenez və fi­logenez arasında əlaqənin yaranması, üzvi formaların tarixi vəhdəti ideyasını inkişaf etdirmişdir.
Biologiya elminin uzun müddətli inkişafı nəticəsində top­lan­mış faktiki və nəzəri material ümumi konsepsiya çərçivəsində inki­şafın canlı təbiətdə ziddiyyətli proseslərin dialektik inikasının iza­hını tələb edirdi. Bu izahı verən Ç.Darvin göstərdi ki, təkamülün mənbələri və hərəkətverici qüvvələri nədir. Təkamül nəzəriyyəsinin əsasında aşağıdakı maddi amillərin olduğu göstərilirdi: irsilik, dəyişiklik və təbii seçmə. Ç.Darvinin təbii seçmə haqqındakı təlimi sonralar üzvi aləmin əksər problemlərinin həllində açar rolunu oynamağa başladı. 1859– cu ildə onun «Növlərin mənşəyi haqqın­da» şah əsəri çapdan çıxdı. Bu əsərdə o, canlı təbiətin təkamülünün hərəkətverici qüvvələrini aydınlaşdırmışdır. Ç.Darvin təkamül ide­yalarının bütöv bir əsr ərzindəki inkişafını başa çatdırdı və bu, bütün biologiya üçün təməl oldu. Həmin kəşfin fəlsəfi əhəmiyyəti bundan ibarət idi ki, o, təbiət proseslərinin dialektik xarakterini açıb meydana qoydu. Yuxarıda qeyd etdik ki, K.V.Volf 1759– cü ildə təkamül haqqında təlimi irəli sürərək, növlərin daimiliyi nəzəriyyəsi üzərinə ilk dəfə hücum etmişdir. Lakin onun yalnız dahiyanə surətdə əvvəlcədən söylədiyi fikir Oken, Lamark və Bernin əsərlərində müəyyən bir şəkil alanı və tam yüz il sonra, 1859– cu ildə elmdə Darvin tərfindən qalibiyyətlə həyata keçirildi. Demək olar eyni bir zamanda müəyyən edildi ki, hələ əvvəllər bütün or­qa­nizmlərin quruluşunda son tərkib hissələri hesab edilən protop­lazmaya və hüceyrənin ibtidai üzvi formalar şəklində müstəqil ya­şadığı hallara da təsadüf edilir. Bunun sayəsində üzvi təbiətlə qeyri– üzvi təbiət arasındakı uçurum minimuma endirildi və bununla da orqanizmlərin inkişaf yolu ilə əmələ gəlməsi nəzəriyyəsi qarşısında duran ən ciddi çətinliklərdən biri aradan qaldırıldı. Təbiətə yeni baxış əsas etibarı ilə hazır idi: donub qalan hər şey axıcı oldu, hərəkətsiz olan hər şey hərəkətə gəldi, əbədi sayılan hər bir xüsusi şey keçici oldu; sübut olundu ki, bütün təbiət əbədi bir axın və dövran içərisində hərəkət edir (F.Engels).
Ümumiyyətlə, XX əsrdə təkamül nəzəriyyəsinin inkişafında genetika xüsusi yeri tuturdu.
XX əsrin 20– 30– cu illərində populyasiya və evolyusiya ge­netikasının yaranması ilə əlaqədar olaraq genlərin dəyişməzliyi haq­qında təsəvvürlər aradan qaldırılmağa başlandı. Elmin bütün sa­hələrdə perspektivləri böyükdür. Şübhəsiz, illər keçdikcə biz hə­yatın mənşəyi haqqında yeni– yeni fikir və kəşflərin şahidi olacağıq.

c) Biologiya və sosial həyat

Müasir elmi idrakın ən yeni sahərindən olan biologiyanın formalaşması metodoloji prinsiplərin formalaşması ilə sıx əlaqədə olmuşdur. Fəlsəfə və biologiyanın üzvi əlaqəsinin dərk edilməsi elmi idrakın tarixinə müraciəti zəruri edir. Və bu zaman aydın olur ki, fəlsəfə və biologiya həyatın mahiyyətinin açılmasında üzvi həyatın məqsədəuyğunluğu, canlı orqanizmlərin tarixi inkişafın qanunauyğunluqları– dünyagörüşü adlanan ümumi prinsiplərin məcmusundan doğulmuşdur. Tədqiqatçının dünyagörüşü xəttindən asılı olaraq onun elmi axtarışlarının istiqaməti müəyyənləşir. Biz onu da bilirik «elmlərin şahı» olan fəlsəfənin «qızıl əsri» təbii– elmi fikrin uşaqlıq dövrünə təsadüf edir. Əsrlər keçdikcə müxtəlif elm sahələri kimi, biologiya da fəlsəfədən ayrılmış, əvvəlcə «muxtariyyət», sonra isə tam müstəqillik əldə etmişdir. Lakin bütün bunlara baxmayaraq həm fəlsəfə, həm də biologiya daim bir– birinin köməyinə ehtiyac hiss edir. Burada bizi ən çox maraqlandıran biologiyanın sosial həyatla qarşılıqlı münasibətidir. Biologiyanın insanın mənşəyinin qanunauyğun xarakterinin əsaslandırılmasına istiqamətlənməsi nəticəsində insanın mövcudluğunun tarixi şəraiti və onun problemlərinin təhlilində bir elm kimi biologiyanın rolu getdikcə artmaqdadır. cəmiyyət həyatın təbii– elmi izahına ehtiyac hiss edir. Praktika tərəfindən möhkəmləndirilən elm insanın sosial təbiətinin dərk edilməsində, canlıların təkamül sırasında unikallığının izahında mühüm rol oynayır. Biologiya insan həyatının təbii əsaslarının açılmasının açarını vermişdir. Həyat haqqında elm olan biologiya sosial– fəlsəfi problemlərin təhlilində– öz əsrinin yetişdirməsidir. Bir elm kimi, biologiyanın getdikcə cəmiyyətə daha çox təsir etdiyi inkar edilməzdir. Təbiidir ki, elmin getdikcə daha artıq cəmiyyətin həyatına daxil olması təfəkkürün spesifik fəaliyyəti ilə müəyyən edilən biologiyanın ətraflı təhlilinə ehtiyac hiss edir. Onun istiqamətlərindən biri biologiyanın fəlsəfə ilə, yuxarıda qeyd etdiyimiz, sıx əlaqəsidir. Hazırda ənənəvi bioloji tədqiqatların mərkəzi fəal surətdə dəyişilməkdədir. Müasir cəmiyyətin biologiyaya tələbləri insanın gündəlik zəruri sorğularını nəzərə almaq, onun təbiəti, imkanları və mühitinin intensiv dəyişdiyi şəraitdə inkişaf prespektivləri haqqında daha ətraflı məlumat vermək və s.– dən ibarətdir. Əslində müasir dövrdə insanın bioloji təbiətinin üzvi təkamülünün nəticəsi olduğu heç kimdə şübhə doğurmur. Bioloji tədqiqatların nəticələrində mühüm olanı– (həm də bu həyat haqqında elmin simasını müəyyənləşdirir)– biologiyanın fəlsəfi problemlərinin əsasının, onun sosial əhəmiyyəti və humanitar xarakterinin göstəriciləridir. Ümumiyyətlə, biologiyanın çoxsaylı nailiyyətlərindən danışarkən onları götürmək lazımdır ki, həmin nailiyyətlər birbaşa məhsuldar qüvvəyə çevrilməyə kömək edir, təfəkkür tərzinə və dünyagörüşünə təsir göstərir, insana və onun imkanlarına münasibəti dəyişdirir. Bununla yanaşı, bioloji biliklərin metodoloji tədqiqatlar çərçivəsində bərqərar olması yolları və qanunauyğunluqları bir daha müasir biologiyanın sosial– dünyagörüşü və əxlaqi aspektlərinin əhəmiyyətini artırır. Bu gün biologiyanın xarakteri və mahiyyəti onun intensiv inkişafının o xətlərini ifadə edir ki, buradakı uğurlar həyat haqqında elmdə istehsalda, texnologiyada və mədəniyyətdə öz yerini tutmağa imkan verir. Son dövrlərdə peyda olan bioloji inqilab anlayışı ona daha çox diqqətlə yanaşmağı tələb edir. Əslində XIX əsr inqilab epitetləri ilə zəngindir. Bu, biologiyadan da yan keç­məmişdir. Bu anlayış həyat haqqında elmə tətbiq edilərkən, hər şeydən əvvəl, insan haqqında yeni təsəvvürləri, bioloji və sosiallığın mürəkkəb vəhdəti təsəvvürlərini, nəzərdə tutur. Müasir biologiya üçün prinsipcə yeni amil rolunda bəşər mədəniyyəti aləmi çıxış edir. Axı təbii elmlərin çoxu bəşər mədəniyyətini öz predmetlərində nəzərə almırlar. Fundamental kəşflər zamanı çox vaxt onun sosial nəticələri haqqında düşünülmür. cəmiyyət özü də hələ elmin tətbiqi sahələrini nizamlamağı öyrənməmişdir. Doğrudur, bu gün sosiu­mun biologiyaya təsiri göz qabağındadır. Bura isə təbiətin müha­fizəsi, ekoloji problemlər, xəstəliklər və onların müalicəsi və s. daxildir. Öz növbəsində ictimai və humanitar elmlər biologiyanın nəticələrinə daha çox ehtiyac hiss edirlər.
Bioloji inqilabın nəticələri, hər şeydən əvvəl, yeni texnolo­gi­yaların yaradılmasında, təsərrüfatın intensiv üsullarının təşkilində, ekoloji böhranın yayılmasını məhdudlaşdırmaq cəhdində özünü göstərir. Son illərdə biotexnologiya və gen mühəndisliyi sahələri daha da inkişaf etmişdir. Molekulyar biologiya əsasında yaranan «genetik mühəndislik» fəlsəfi problem kimi tədqiq olunmaqdadır.
Ümumiyyətlə, biolojilik və sosiallığın qarşılıqlı münasibəti problemi mürəkkəb dialektik təbiətə malikdir və onların qarşılıqlı əlaqəsi çoxdandır ki, filosofların diqqətini cəlb etməkdədir. Onun şərhində filosoflarla yanaşı təbiətşünaslar da mühüm rol oynayırlar. Lakin bütün hallarda təbiətşünaslar fəlsəfi ümumiləşdirilmə olma­dan keçinə bilmirlər. Materiyanın hərəkətinin iki ali formasının– bioloji və sosiallığın qarşılıqlı əlaqə, qarşılıqlı təsirinin səbəblərinin axtarışı və təhlili qədim tarixi köklərə malikdir. Nəticədə məlum olmuşdur ki, biolojilik və sosiallıq nəinki çoxsaylı saplarla bir– birilə əlaqədə və vəhdətdə olmaqla yanaşı, onların hər biri müstə­qil­liyə malikdir. Bu isə, öz növbəsində, onların fərqini, differensiyasını göstərir. Elm– həm fəlsəfə, həm də biologiya,– bioloji təbiətin sosial mühitdə fəaliyyətinə dair çoxsaylı faktların dərki və ümumiləş­di­rilməsi işinə imkan vermişdir. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, bioloji ilə sosiallıq təbiətlə cəmiyyətin vəhdətini göstərir. İkincisi, biolojilik və sosiallıq həmişə birlikdə təzahür etmişdir. Müasir dövrdə isə bu özünü daha bariz şəkildə göstərir. Çünki hazırda cə­miyyətin həyat fəaliyyəti təbii mühit olmadan qeyri– mümkündür. Onların qarşılıqlı təsiri getdikcə daha da artır. Üçüncüsü, biolojilik və sosiallıq problemi indi təkcə mütəxəssislər üçün deyil, hamı üçün aydındır. Bu isə özünü ən çox insanın təbiətinin anlaşılmasında göstərir.
Biolojilik və sosiallığın vəhdəti onların sosial sisteminin mövcudluğunun obyektiv əsasını təşkil edir, burada aparıcı ünsür kimi insanın özü çıxış edir.məsinə müncər edilir, əsil mənada inkişaf, yeni əmələgəlmə olan inkişaf (epigenez) isə baş vermir. Epigenez nəzəriyyəsi Volfdan başlamış Darvinə qədər bir sıra böyük bioloqlar tərəfindən əsaslandırılmış və inkişaf etdirilmişdir.

  • Teqlər:
  • ekoloji problemlər

Ekoloji mədəni yyəti n formalaşdirilmasinin mütərəqqi ənənələri

Ekoloji tarazlıq necə qorunur

Canlı təbiət mövcud olduğu gündən daim cansız təbiətin , müxtəlif proseslərin , anomal hadisələrin təsir dairəsində olub və indiki zamanda da bu öz axarı ilə davam etməkdədir . Müasir dünyamızda canlı təbiətin – bizi əhatə edən , bizi daimi enerji mənbəyi ilə təmin edən meşələrin , müxtəlif növ bitki örtüyü ilə zəngin olan çəmənliklərin sıradan çıxmasında , tükənməsində , nadir bitki növlərinin nəslinin kəsilməsind ə ” homo sapiens ” adlandırdığımız insanın rolu az deyil .

Statistik rəqəmlərə əsaslanaraq söyləmək olar ki, dünyada hər il minlərlə hektar meşə və çəmənliklər, bitki örtüyü ilə zəngin yaşıllıqlar məhv edilir ki, burada da insan “əməyini” qeyd etməmək mümkün deyil. Meşələrin məhv olması Yer kürəsinin münbit qatı hesab olunan torpağın şoranlaşmasına, erroziyaya uğramasına, sürüşmələrin baş verməsinə səbəb olur ki, bu da böyük dağıntılarla, fəlakətlərlə nəticələnir.

Bu gün dünyanın əksər ölkələrində ekoloji tarazlığın pozulmasından yaranan problemlərin aradan qaldırılması haqda müxtəlif diskussiyalar aparılır. İndi Yer kürəsinin bir qitəsində baş verən təbiət hadisəsi təkcə həmin qitə ölkələrinin yox, eyni zamanda bütün dünyanın problemi sayılmalıdır və onu aradan qaldırmağın yolları birgə axtarılmalıdır. Bu, heç də insanların təbiət hadisələrinin yarada biləcəyi fəsadları önləmək təşəbbüsü kimi yox, artıq çıxış yolunun qalmadığı kimi başa düşülməlidir. Artıq dünyanın itirə biləcəyi meşələr, çəmənliklər, bitki örtüyü ilə zəngin sahələri qalmayıb. “Qırmızı xətt”i keçmək daha ağır fəlakətlərə yol aça bilər. Ölkəmizdə iqtisadiyyatın inkişafı və əhalinin sosial-mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması dövlətin daim diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq son illər ekologiyaya, təbiəti mühafizəyə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul edilib, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar atılıb. Bir sıra iri su hövzələri tikilib, torpaqları şoranlaşmadan təmizləmək üçün drenaj sistemləri qurulub, Bakı şəhərində və onun ətrafında çoxlu yaşıllıqlar, Xəzərsahili qumluqlarda sahil bərkidici və torpaqların erroziyasının qarşısının alınması məqsədi ilə meşə örtüyü zolaqları salınıb, flora və faunanın qorunub saxlanması və inkişaf etdirilməsi üçün bir sıra təbiət qoruqları və yasaqlıqları yaradılıb.

Lakin bu sahədə hələ də ciddi problemlər qalmaqda davam edir. Ölkədə meşələrin qırılması nəticəsində, onsuz da az olan meşə örtüyünün torpaqqoruyucu, susaxlayıcı, havatəmizləyici kimi vacib sanitar-gigiyenik və sosial-ekoloji funksiyası xeyli dərəcədə zəifləyib. Bəzi qiymətli ağac və kol növlərinin ehtiyatı tükənmək təhlükəsi qarşısında qalıb. Yaylaqlardan qeyri-səmərəli istifadə olunması onların geniş ərazidə sürətlə erroziyaya uğramasına və bitki örtüyünün məhv olmasına səbəb olub. Digər tərəfdən, son illərdə ölkədə baş vermiş təbii hadisələr ətraf mühitə ciddi ziyan vurub. Odur ki, ölkədə təbiətin mühafizəsi, bioloji müxtəlifliyin azalmasının və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi böyük sosial-iqtisadi əhəmiyyət kəsb edir.

Qeyd olunan problemlərin sistemli həllini təmin etmək məqsədi ilə vaxtilə ulu öndər Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair milli proqram” qəbul edilib.

Azərbaycan zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. Lakin uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlər vaxtında öz həllini tapmadığı üçün ölkəmizin ətraf mühiti həddindən artıq çirkləndirilib. Hazırda respublikamızda həllini təcili tələb edən bir sıra ekoloji problemlər vardır: su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye sularının tullantıları ilə çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar, atmosfer havasına zərərli qazların yol verilən normadan artıq atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, sənaye və məişət tullantılarının utilizasiyası və s.

Beynəlxalq təşkilatlar və ekoloji problemlər 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə Rio-de-Janeyro şəhərində keçirilmiş beynəlxalq konfransda qeyd edildiyi kimi, dünyanın gələcək inkişafı ilk növbədə ekoloji problemlərin necə həll olunmasından asılı olacaq. Bu konfransda dünyada mövcud olan ətraf mühit problemlərinin həlli yolları çox ciddi şəkildə nəzərdən keçirilib və mühüm qərarlar, o cümlədən artıq bütün beynəlxalq ekoloji təşkilatların proqram sənədinə çevrilmiş “Dayanıqlı inkişaf” konsepsiyası qəbul edilib. Bu konsepsiyada iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, ekoloji problemlərin ilk növbədə həll olunması, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaxşılaşdırılması ön xəttə çəkilib. Buna nail olmaq üçün ilk növbədə iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi və ətraf mühitin qorunması təmin olunmalıdır.

Rio konfransının davamı kimi 2002-ci ildə Yohannesburq şəhərində keçirilmiş dünya sammitində dayanıqlı inkişaf prinsipləri bir daha təsdiqlənərək onların reallaşdırılması üçün zəruri tədbirlərin görülməsi xüsusi vurğulanıb.

İndiki dövrdə ətraf mühitlə bağlı mövcud vəziyyət hər bir ölkəni ekoloji problemləri ümumbəşəri kontekstə çıxarmağa məcbur edib. Bugün artıq ətraf mühitin mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində öz əksini tapıb.

Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Bunu gerçəkləşdirmək məqsədi ilə təbii ehtiyatlardan istifadə yolları işlənib hazırlanmalı və iqtisadiyyatın inkişafı davamlılıq prinsipləri əsasında həyata keçirilməlidir.

İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb olunur.

Ətraf mühit sahəsində beynəlxalq müqavilələrə qoşulmağa da böyük diqqət yetirilir. Belə ki, Azərbaycan Respublikası bu günə kimi 20 konvensiyaya qoşulub, müvafiq protokolları imzalayıb.

Dövlət proqramları ətraf mühitlə bağlı qeyd olunan problemlərin həlli yollarını müəyyənləşdirmək və ekoloji tarazlığı təmin etmək məqsədilə dövlət proqramları və layihələrin reallaşdırılması, tədricən ətraf mühitin daha da sağlamlaşdırılmasını yaxın gələcəkdə mümkün edəcək.

Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilib. Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim böyük diqqət yetirən dövlət başçısının bu təklifi ilə Yer kürəsində təbiətin xilas olunması üzrə dünya ictimaiyyətinin göstərdiyi səylər kontekstində ayrıca bir ölkə çərçivəsində çox əhəmiyyətli genişmiqyaslı aksiyaya başlanıb.

Dövlət başçısının müvafiq sərəncamlarına əsasən son illər ümumi sahəsi ölkə ərazisinin 3,1 faizinə bərabər olan milli parklar yaradılıb, qoruqların ərazisi genişləndirilib və regionlarda müasir sutəmizləyici qurğuların tikintisi davam etdirilir. Azərbaycan prezidenti İlham Əliyev Yeni il müraciətində ekoloji problemə bir daha toxunaraq, ölkə vətəndaşlarını əmin edib ki, “nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın əhalisini Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olaraq içməli su ilə təmin etməyə imkan verəcək”.

Xəzər dənizinin ekologiyasına da xüsusi diqqət yetirilir. Abşeron yarımadasının sahil qəsəbələrində təmizləyici modul qurğular inşa edilib və onların hər biri gündə 4070 kub metr çirkabı təmizləmək gücünə malikdir.

Ötən ilin payız aylarından başlayaraq ölkəmizdə genişmiqyaslı yaşıllaşdırma kampaniyası həyata keçirilir. Neftlə çirklənmiş torpaqların rekultivasiyası, neft yataqlarının işlənilməsi zamanı əmələ gələn lay sularının axıdıldığı ərazilərin qurudulması sahəsində fəal iş aparılır. Lakin hələ görüləsi işlər çoxdur. Ötən ilin payızında Azərbaycan Prezidentinin iştirakı ilə bərk məişət tullantılarının təkrar emalı zavodunun təməli qoyulub. Yeni müəssisə ölkə paytaxtının ekologiyasına böyük ziyan vuran Balaxanı zibilxanası ərazisində inşa ediləcək.

“Ekologiya İli” gələcək nəsillər üçün sağlam mühitin qorunması istiqamətində Azərbaycanın hər bir vətəndaşının öz məsuliyyətini dərk etməsinə dair dönüş ili olmalıdır. “Ekologiya, insanların sağlamlığı, təmiz su, təmiz hava – bütün bunlar ölkənin inkişafını fərqləndirən əlamətlərdir”. Azərbaycan prezidenti İlham Əliyevin Balaxanıda yeni zavodun bünövrəsinin qoyulması mərasimində dediyi bu sözlər ölkənin gələcəyinə biganə qalmayanların hamısı üçün dəqiq meyarları müəyyənləşdirir.

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ yoluna qoyulmasına, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradıb. Siyasi arenada və dövlətçilik fəaliyyətində təkrarsızlığı ilə şöhrətlənən ulu öndər Heydər Əliyevin təbiətə, gözəlliyə vurğunluğu, ətraf mühitə biganəlik və utilitar münasibət göstərənlərə qarşı barışmazlığı və qətiyyəti bu gün Azərbaycan prezidenti İlham Əliyevin də fəaliyyətinin başlıca stimuluna çevrilib. Dövlət başçısı, eləcə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə reallaşdırılan layihələr Azərbaycanda ekoloji problemlərin tezliklə yoluna qoyulacağına inam yaradır. İnsanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi ölkədə aparılan sosial islahatların mühüm tərkib hissələrindən biridir. Ölkə rəhbərliyinin ekologiya ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlaması ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan verib, bu sahədə iri layihələr uğurla həyata keçirilib və hazırda da davam etdirilir. Azərbaycan prezidenti İlham Əliyevin 2010-cu ili “Ekologiya ili” elan etməsi ölkə vətəndaşlarının, ekoloji problemlərin həlli ilə məşğul olan dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının, hüquq-mühafizə orqanlarının, kütləvi informasiya vasitələrinin qarşısında mühüm vəzifələr qoyur. Biz hamılıqla Azərbaycanın flora və faunasının qorunması qayğısına qalmalı, torpaqlarımızın məhsuldar, sularımızın təmiz, havamızın saf olması üçün əlimizdən gələni etməliyik. Biz bütün bu işləri hansısa kampaniya xatirinə görməməli, özümüzün vətəndaşlıq vəzifəsinə çevirməliyik. Təsadüfi deyil ki, fevralın 18-də Azərbaycan prezidenti İlham Əliyevin yanında ekoloji problemlərə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə giriş sözü ilə çıxış edən prezident İlham Əliyev 2010-cu ilin “Ekologiya ili” elan olunduğunu, ölkədə ekoloji problemlərin həllinə böyük diqqət yetirildiyini və bununla bağlı konkret proqramın qəbul edildiyini vurğulayıb.

Dövlət başçısı həmin proqramın müxtəlif sahələri əhatə etdiyini, burada nəzərdə tutulan tədbirlərin icra mexanizmlərinin, vaxtının və maliyyə mənbələrinin də əksini tapdığını bildirib.

Dövlət başçısı Bakı və Abşeron yarımadasında 3 milyondan çox ağacın əkilməsi ilə əlaqədar yaşıllaşdırma tədbirlərində əhalinin yaxından iştirakının əhəmiyyətini vurğulayıb.

Ədalət.- 2010.- 29 dekabr.- S. 7.

Comments are closed, but trackbacks and pingbacks are open.