Press "Enter" to skip to content

Sertifikatlaşdırmanın əsasları (dərs vəsaiti)

regional standartlar

Standartlaşdırma və sertifikatlaşdırma haqqında ümumi arayış

səlahiyyətli təşkilat və ya orqanlar tərəfindən təsdiq edilən normativ sənəddir.

Standart kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların (işlərin, xidmətlərin)

keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyən edir. Standartın

hazırlanması zamanı elmi, texniki və təcrübi fəaliyyətlərin dəqiq nəticələri əsas

Standartlar hazırlanarkən ölkənin daxili şərtləri, insan sağlamlığı və

məhsulun təhlükəsizliyi, istehsalın və ixracın inkişafı, idxalın yoxlanması,

istehlakçı məsələləri, keyfiyyət və ətraf mühit mövzuları nəzərə alınaraq

beynəlxalq (ISO, İEC) standartlarla yanaşı, digər inkişaf etmiş ölkələrin milli

standartları əsas götürülür. Standartın əsas xüsusiyyəti onun dəyişən şərtlərə və

inkişaf edən texnologiyaya uyğunlaşa bilmə qabiliyyətidir.

Standartlaşmanın faydaları

İstehsalçıya

İstehsalın müəyyən bir plan və ya proqrama uyğun təşkil edilməsinə kömək edir

Münasib keyfiyyətə və davamlı emala şərait yaradır

İtkiləri və qalıqları minimuma endirir

Anbarda saxlanmanı və daşınmanı asanlaşdırır, qalıqların azalmasına gətirib çıxarır

İstehlakçıya

Məhsulun keyfiyyətinin təhlükəsizliyini təmin edir

Müqayisəni və seçimi asanlaşdırır

Qiymət və keyfiyyət cəhətdən aldanmanın qarşısını alır

İstehlakçının məlumatlandırılmasında vacib rol oynayır

İqtisadiyyata

Keyfiyyəti təşviq edir, keyfiyyət göstəricisi aşağı olan istehsalda meydana gələcək

əmək, zaman və xammal itkisini aradan qaldırır

Sənayeni müəyyən bir hədəfə istiqamətləndirir, istehsalda keyfiyyətin inkişafına

İqtisadiyyatda tələb və təklif tarazlığının yaranmasına kömək edir

İdxal və ixraca üstünlük gətirir

Sənayenin alt bölmələrinin yaranmasına və inkişafına kömək edir

Keyfiyyətsiz malı dövriyyədən çıxarır

Cədvəl 1. Standartlaşmanın faydaları

Standartların növləri aşağıdakı kimi qruplaşdırılır:

Standartların növləri

xüsusiyyətinə görə

əsas standartlar

məhsul alqı-satqısında və müxtəlif xidmətlərdə

etmək üçün istifadə edilən ümumi standartlar

törəmə standartlar

əsas standartlardan istifadə etmək üçün yaradılan

Tətbiqedilmə

sahələrinə görə

müəssisə standartları

müəssisələrin hər hansı ehtiyaclarını qarşılamaq

üçün yaratdıqları standartlar

sənaye standartları

eyni məhsul istehsal edən sənaye quruluşlarının

məhsulları üçün hazırladıqları standartlar

regional standartlar

ticarət əlaqələri quran ölkələrin qarşılıqlı fayda

əldə etmək üçün aralarında razılaşaraq tətbiq

milli standartlar

dövlət daxilində istifadə olunan standartlar

dövlətlər arası

standartlar

müəyyən qrupa üzv ölkələr tərəfindən hazırlanan

və bu ölkələrdə tətbiq edilən standartlar

xüsusiyyətlərinə

məcburi standartlar

əsasən məhsulun təhlükəsizliyi ilə birbaşa

qüvvəyə minən, yerinə yetirilmədiyi zaman cəza

tədbirləri tətbiq edilən standartlar

ixtiyari standartlar

məcburi standartlar istisna olmaqla digər

Cədvəl 2. Standartların növləri

Standartlaşdırma tarixi

Standartlaşdırmanın tarixi insanlıq tarixi qədər qədimdir. Sənayedə isə

standartlaşdırma 4500 il əvvəl Misirdə piramidaların tikilməsində istifadə edilən

daşların ölçüsündə və Romada su kanallarının çəkilməsində meydana gəlmişdir.

Burada dövlət tərəfindən alınan su vergiləri istifadə olunan su kanalının

diametrinə görə hesablanırdı. Babildə isə 1,2,4,8 və s. miqdarında artan çəki

Ticarət əlaqələri inkişaf etdikcə dövlət orqanları tərəfindən nəzarətin

aparılması üçün vahid ölçü və ağırlıq sisteminə keçməsi zərurəti yaranmışdır. Əl

işləri üçün qoyulan qaydalar, formalaşan adət və ənənələr kimi tədbirlər hazırkı

dövrdə müasir mənada standartları formalaşdırmağa başlamışdır.

Sənayedəki əsas standartların hazırlanması və bu standartlara görə

istehsalın uyğunlaşdırılması tarixi XVIII əsrdə İngiltərədəki sənaye inqilabı ilə

başlamışdır. Müasir standartlaşdırmanın ilk nümunəsi 1793-cü ildə ABŞ

ordusunda tüfəng sifarişi nəticəsində yaradılmışdır.

XX əsrdən başlayaraq standartlar üzrə xüsusiləşmiş orqan və təşkilatlar

yaranmağa başlamışdır. Belə ki, 1901-ci ildə İngiltərədə Standartlar Birliyi

(indiki Britaniya Standartlar Birliyi), 1917-ci ildə Almaniyada Almaniya

Standartlar Birliyi, 1918-ci ildə ABŞ-da ABŞ Standartlar Komitəsi (indiki ABŞ

Mühəndislik Standartlar Komitəsi), 1922-ci ildə İsveçdə İsveç Standartlar

Komissiyası, 1926-cı ildə Fransada Fransa Standartlar Birliyi yaradılmışdır.

Bundan əlavə, 1919-cu ildə Hollandiya və İsveçrədə, 1920-ci ildə

Avstriyada, 1921-ci ildə Yaponiyada və 1925-ci ildə Rusiyada Beynəlxalq

Standartlaşdırma Qurumları yaradılmışdır. Bu sahədəki işlər İkinci Dünya

Müharibəsindən sonra daha da sürətlənmişdir.

Hazırda beynəlxalq bazarlarda rəqabətqabiliyyətli olmağın yolu

standartlara uyğun keyfiyyətli mal istehsal etmək və xidmət təqdim etməkdən

Ticarət üzrə beynəlxalq təşkilatlar da öz fəaliyyətlərində bu məsələyə

xüsusi əhəmiyyət verirlər. Belə ki, ÜTT-nin (Ümumdünya Ticarət Təşkilatı)

fəaliyyətinin 80%-i, İƏİT-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı)

fəaliyyətinin 50%-i, ASOİƏ-nin (Asiya və Sakit Okean İqtisadi Əməkdaşlığı)

fəaliyyətinin 25 %-i standartlarla bağlıdır.

Dünya standartlaşdırma təşkilatları və standartlar

ISO (International Organization for Standardization)

İnkişaf etmiş, qeyri-hökumət təşkilatı olan Beynəlxalq Standartlaşdırma

Təşkilatı (ISO) beynəlxalq standartları təmin etmək, beynəlxalq standartlar

yaratmaq məqsədilə 135 ölkənin beynəlxalq standart qurumlarının iştirakı ilə 23

fevral 1947-ci ildə qurulmuşdur.

Hazırlanan standartlar demək olar ki, sənayenin bütün sahələrini əhatə edir

(o cümlədən, materiallar texnologiyaları, mühəndislik texnologiyaları, xüsusi

texnologiyalar, kənd təsərrüfatı və qida sahəsindəki texnologiyaları, ərzağın

daşınması və bölüşdürülməsi, elektronika, informasiya texnologiyaları və

telekommunikasiya, tikinti, sağlamlıq və ətraf mühitin təhlükəsizliyi, ümumi

sahələr və infrastruktur, elm və xidmət sahəsi də daxil olmaqla 9 sahə).

ISO eyni zamanda standartların tərcüməsinə də məsuliyyət daşıyır. Hazırda

təşkilatın dünyanın bir çox ölkəsinin milli standartlar orqanlarından ibarət 166

Təşkilatın mərkəzi İsveçrənin Cenevrə şəhərində yerləşir və burada

(mərkəzi aparatda) 150-dən çox işçi daimi olaraq çalışır. Təşkilat daxilində

3.483 texniki orqan fəaliyyət göstərir. Təşkilat ilk standartını 1987-ci ildə nəşr

etmiş və 2013-cü ilin hesabatına əsasən indiyədək 19.977 standart və standart

tipli sənəd nəşr edilmişdir.

Təşkilatın bir çox məqsədi vardır:

Beynəlxalq əmtəə və xidmət mübadiləsini asanlaşdırmaq;

Elmi, texniki, iqtisadi sahələrdə qarşılıqlı razılaşmaları təmin etmək

üçün dünyada standartlar formalaşdırmaq;

Beynəlxalq standartları uyğunlaşdırmaq, birləşdirmək və tövsiyələr

Bütün üzvlərin razılığı ilə beynəlxalq standartlar yaratmaq;

Beynəlxalq aləmdə istifadə üçün əlverişli olan yeni standartların

Beynəlxalq və texniki qurumların işlərinə dair məlumat mübadiləsini

Standartlaşma ilə bağlı digər beynəlxalq qurumlarla əməkdaşlıq etmək,

standartlaşdırma ilə əlaqədar bu qurumların işini asanlaşdıracaq işlərdə

ISO-da standartların yaranma mərhələsi aşağıdakı kimidir:

ISO standartlarının əsasını idarəetmə sisteminin standartları təşkil edir.

İSO-nun əsas standartlar qrupu

Ətraf mühitin idarəedilməsi

Ərzaq təhlükəsizliyinin idarəedilməsi

Məlumat təhlükəsizliyinin idarəedilməsi

Davamlı tədbirlərin idarəedilməsi

Zaman və tarix format

Cədvəl 3. ISO standartlarının əsas qrupları ( Mənbə:

(International

Electrotechnical

Beynəlxalq

Elektrotexniki Komissiya 1906-cı ildə Cenevrədə fəaliyyətə başlamışdır.

Elektrik, elektronika və elektromexanika sahələri üzrə beynəlxalq standartlar

hazırlayır. 51 üzvü vardır və bu günədək 4.500 standart hazırlanmışdır.

IFAN Standartların Tətbiq Edilməsi üzrə Beynəlxalq Federasiya 1974-cü

ildə Parisdə yaradılmış və 21 üzvü mövcuddur. Beynəlxalq Standartların tətbiq

edilməsi üçün müvafiq konfranslar və tədbirlər təşkil edərək əməkdaşlığın

artırılması kimi fəaliyyətlərlə məşğuldur.

WPO (World Packaging Organization) Qeyri-kommersiya və qeyri-

assosiasiyalarından, regional qablaşdırma federasiyalarından, digər maraqlı

tərəflərdən və ticarət assosiasiyalarından ibarət beynəlxalq federasiyadır. Dünya

Qablaşdırma Təşkilatının əsası 6 sentyabr 1968-ci ildə Tokio şəhərində

qoyulmuşdur. Təşkilatın 48 üzvü vardır. Məqsədi beynəlxalq səviyyədə

qablaşdırma və qablaşdırma məhsulları mövzularında fəaliyyət göstərmək,

yarışmalar və sərgilər təşkil edərək ətraf mühiti qoruyan ən yaxşı

qablaşdırmanın istifadəsini təşviq etməkdir.

Standardization)

Standartlaşdırma Komitəsi ISO-nun məqsədlərinə uyğun şəkildə 1960-cı ildə

qurulmuşdur. Mərkəzi Brüssel şəhərində yerləşir. Elektrik və elektrotexnika

mövzuları istisna olmaqla, digər mövzular üzrə standartlar hazırlayan regional

bir qurumdur. Təxminən 1.400 standartı mövcuddur.

CENELEC (European Committee for Elektrotecnical Standardization)

Elektrotexniki Standartlar üzrə Avropa Komitəsi IEC-in məqsədlərinə oxşar

məqsədləri əsas tutaraq 1973-cü ildə qurulmuşdur. Mərkəzi Brüssel şəhərində

yerləşən bu regional qurum elektrik və elektrotexnika ilə əlaqədar standartlar

hazırlayır. Təşkilatın 1.200-ə yaxın standartı vardır.

ETSI (European Telecommunications Standars Institution) Avropa

Telekommunikasiyalar Standartları İnstitutu telekommunikasiya sahəsində

standartlar hazırlayan regional təşkilat kimi fəaliyyət göstərir. 5 qitənin 64

ölkəsindən hökumətlər, hökumət orqanları, milli standartlaşdırma orqanları,

mobil operatorlar, istehsalçılar, istehlakçılar, xidmət təchizatçıları, elmi-tədqiqat

orqanları, universitetlər, məsləhətxanalardan ibarət 750 üzvü vardır.

təxminən 2.000-2.500 standart nəşr edir. Fəaliyyətə başladığı gündən (1988-ci

ildən) bu yana təxminən 30.000 standart nəşr etmişdir.

EOQ (European Organization for Quality) Avropa Keyfiyyət Təşkilatı

1957-ci ildə fəaliyyətə başlamışdır. Regional bir quruluş olan EOQ-nun məqsədi

keyfiyyət, keyfiyyətli məhsul istehsalı və istifadəsi üzrə istehlakçılara və

istehsalçılara məlumatları çatdırmaq üçün müvafiq işlər görməkdir. Təşkilatın

hazırda 25 üzvü var.

Regionlararası Standartlar Birliyi SSRİ-nin dağılmasından sonra Türkiyə

Standartlar İnstitutunun başçılığı ilə 1991-ci ilin 9-11 sentyabr tarixlərində

yaradılmışdır. 20 üzvü vardır.

SMIIC (Standardization and Metrology İnstitution of Islamic Countries)

İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya İnstitutu İslam Əməkdaşlıq

Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin təşəbbüsü

ilə yaradılmışdır. İnstitutun Əsasnaməsi COMCEC-in 15-ci görüşündə

İstanbulda 1999-cu ildə imzalanmışdır. Təşkilatın yaranmasında məqsəd bu

ölkələr arasında ticarət əlaqələrini inkişaf etdirməklə ümumi standartlar

yaratmaq, standartlar təşkilatı olmayan ölkələrin təşkilatını yaratmaq tədris işləri

ilə məşğul olmaq idi. Hazırda institutun 31 üzvü və 7 texniki komitəsi var.

Türkiyədə standartlaşdırma

XIII yüzilliyin ortalarından etibarən Türk cəmiyyətinin sosial, iqtisadi və

mədəni həyatında böyük rol oynamış Ağsaqqallar Şurası, tacirlər və sənətkarlar

arasında peşə əxlaqının qorunması, hiyləli işlərin qarşısının alınması üçün təsirli

bir mexanizm qurmuşdu.

Ancaq bugünkü standartlara uyğun ilk standart Türkiyədə 1502-ci ildə

Sultan II Bəyazit tərəfindən imzalanmış “Qanunnamə-i İhtisab-i Bursa” (Bursa

Bələdiyyə Qanunu) fərmanıdır. Standart və istehlakçı ilə bağlı münasibətlər

XVII əsrdən etibarən bazar nizamnamələri ilə tənzimlənmişdir. Respublika elan

olunduqdan sonra 1930-cu ildə “Ticarətdə Təğşişin Mən-i və İxracın Mürəkkəbə

və Qorunması Haqqında” 1705 saylı qanunla Standartlaşdırma ilə bağlı ilk işlərə

II Dünya müharibəsindən sonra isə bütün dünyada iqtisadiyyatın inkişaf

etdirilməsi ilə əlaqədar standartlaşdırma və keyfiyyətə nəzarət mövzuları

yenidən vaciblik qazandı və 1954-cü ildə Türkiyə Standartlaşdırma İnstitutu

yaradıldı. Hazırkı vəziyyətə 1960-cı ildə qəbul edilmiş 132 saylı qanunla

gətirilmişdir. Mərkəzi Ankara şəhərində yerləşən qurumda 1.500-ə yaxın işçi

çalışır. 40-a yaxın standartı vardır.

İnformasiya texnologiyaları, ətraf mühit, eletrik, elektrotexnika və

təhlükəsizlik, elektrik istehsalı, çatdırılması və bölüşdürülməsi, işıqlandırma,

binaların daxilinin köməkçi təchizat, keçiricilər, kabellər və izolyasiya

materialları, yüksək gərginlik ləvazimatları və ildırımdan qorunma sistemləri,

elektronika, sənaye xidmətləri, sosial xidmətlər, tikinti materialları, izolyasiya,

örtük və köməkçi vasitələr, akustika vasitələri, tikinti təhlükəsizliyi, kimya,

mədən, emal maşınları və dəstləri, avtomatika, maşın təhlükəsizliyi, təsisat,

isitmə, soyutma və havalandırma sistemləri, təzyiqli qablar, ərzaq, halallıq,

metallurgiya, milli təhlükəsizlik, şəxsi qoruyucu və oyun sahələrinin təchizatı,

yanğın, qablaşdırma, idarəetmə sistemləri, enerji və enerji sistemləri, meşə və

meşə məhsulları, neft-kimya, neft və neft məhsulları, sağlamlıq, tibbi, tekstil,

aqrar, elektrik və elektronika xidmətləri və mexanika və elektromexanika

xidmətləri üzrə standartlar hazırlayır.

Azərbaycanda standartlaşdırma

1906-cı ildə Bakıda 4 nəfərdən ibarət tərkibdə 25 №-li yoxlama köşkü

fəaliyyətə başlamışdır. Elə həmin ildə Qafqazda ilk dəfə olaraq, Bakı şəhərində

ölçmə və çəki vasitələrinin yoxlanması məntəqələri təşkil olunmuşdur. 1926-ci

ildə bütün ölkə ərazisində elektrik sayğaclarının dəqiqliyinin məcburi

yoxlanması barədə qərar qəbul olunmuşdur. 1931-ci ildə ölçmə və çəki

vasitələrinin yoxlanması palatası standartlaşdırma üzrə büro şəklində təşkil

olunmuş, 1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərkibində yaradılmış

standartlaşdırma üzrə Komitəyə respublika əhəmiyyətli standartlara və ölçmə

vasitələrinə dövlət nəzarəti laboratoriyası, eyni funksiyalı Kirovabad rayonu

(hazırkı Gəncə şəhəri) laboratoriyası və 39 müvəqqəti məntəqə daxil edilmişdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada standartlaşdırma

və metrologiya üzrə dövlət siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət

göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılmışdır.

2001-ci ildə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və

Patent üzrə Dövlət Agentliyi yaradılmışdır. 2008-ci ildə isə Dövlət Agentliyinin

bazasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

Komitə texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun

qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye

mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və

tənzimlənməsini həyata keçirir.

2012-ci ildə isə Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma

üzrə Dövlət Nəzarəti Xidməti, Komitə yanında Dövlət Metrologiya Xidməti,

Komitə yanında Dövlət Akkreditasiya Xidməti və 2013-cü ildə isə Azərbaycan

Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu yaradılmışdır. Komitənin 7 sahə

üzrə texniki komitəsi vardır.

Respublikada standartlaşdırma üzrə aşağıdakı normativ sənədlər tətbiq

1) Azərbaycan Respublikasının dövlət standartları;

2) texniki-iqtisadi və sosial informasiya təsnifatları;

3) sahə standartları;

4) müəyyən edilmiş qaydada tətbiq olunan beynəlxalq (regional) və

dövlətlərarası standartlar, normalar, qaydalar və tövsiyələr;

6) müəssisə standartları;

7) elmi-texniki və mühəndis cəmiyyətlərinin və digər ictimai birliklərin

Azərbaycan Respublikası dövlət standartlaşdırma sisteminin əsasını təşkil

edən 6 Dövlət standartı mövcuddur:

1. AZS 1.0-96, 4. AZS 1.4-96,

2. AZS 1.2-96, 5. AZS 1.5-96

3. AZS 1.3-96, 6. AZS 1.6-96

Komitənin normativ sənədlər fondunda 22.000 sənəd mövcuddur. Onlardan

720-i milli standartdır. Hazırda respublika ərazisində 4 beynəlxalq standart

(bank işi sahəsində) tətbiq edilib. 2013-cü ildə müxtəlif sahələr üzrə 81 standart

qəbul edilmişdir. 2014-cü il üzrə isə 138 standart hazırlanmışdır.

Ümumiyyətlə bir standartın hazırlanması təxmini olaraq 4-5 ay tələb edir

və 3 forma əsasında hazırlanır:

Beynəlxalq standartlar olduğu kimi, heç bir dəyişikliyə məruz

qalmadan tərcümə edilir,

Beynəlxalq standartlar əsasında milli standartlar hazırlanır,

Tamamilə ölkəyə xas olan qanunlar və xüsusiyyətlər nəzərə alınaraq

hazırlanır. Məsələn, dönər əti və şadlıq sarayları ilə bağlı olan

Sertifikatlaşdırma

Sertifikatlaşdırma latın dilindən təxmini tərcümədə “düzgün edilmiş”

mənasını verir. Beləliklə “sertifikat” istehsal edilmiş məhsulun və ya təqdim

edilən xidmətin bu sahədə mövcud olan standarta uyğunluğunu təsdiq edir.

İstehsalat müəssisəsi və ya xidmət göstərən müəssisə tərəfindən sertifikatın

alınması prosesinə sertifikatlaşdırma deyirlər. Bu termin ilk dəfə olaraq ISO-nun

Sertifikatlaşdırma Məsələləri üzrə Komitəsi (CASCO) tərəfindən istifadə

Məhsulun sertifikatlaşdırılması əhalinin həyatının, sağlamlığının, əmlakının

və ətraf mühit üçün təhlükəli olan məhsulun buraxılmasının və satışının

qarşısının alınması, istehlakçılara məhsulun səriştəli seçilməsində köməkliyin

göstərilməsi və müəssisələrin beynəlxalq-iqtisadi, elmi-texniki əməkdaşlıqda və

beynəlxalq ticarətdə iştirakı üçün şəraitin yaradılması üçün aparılır.

Sertifikatlaşdırmanın növləri

Uyğunluğun sertifikatlaşdırılması – lazımi tərzdə eyniləşdirilmiş məhsulun,

prosesin və ya xidmətin konkret standarta və ya digər normativ sənədə uyğun

olduğuna zəmanətin üçüncü tərəfin (istehsalçı – birinci tərəf, istehlakçı – ikinci

tərəf) inamlı sübut etməsidir.

Məcburi sertifikatlaşdırma xüsusi səlahiyyət verilmiş orqan tərəfindən

məhsulların, proseslərin və ya xidmətlərin normativ sənədlərin məcburi

tələblərinə uyğunluğunun təsdiqidir.

Könüllü sertifikatlaşdırma istehsalçının (ixracatçının, satıcının,

tədarükçünün), istehlakçının (istehlakçı cəmiyyətlərinin), həmçinin dövlət

orqanlarının (sifarişçinin) təşəbbüsü ilə könüllülük əsasında həyata keçirilən

Sertifikatlaşdırmanın tarixi

1920-ci ildə Alman Standartlaşdırma İnstitutu (DIN) Almaniyada DIN

standartlarına uyğunluq nişanı təsis etmiş və bu qaz avadanlıqlarından, su

təchizatı avadanlıqlarından və bir neçə digər məhsullardan başqa bütün növ

məhsullara şamil edilmişdir. Elə həmin illərdə Alman Elektrotexniki

Assosiasiyası tərəfindən (VDE) məişət elektrotexnika avadanlıqları,

elektrotexniki kabellər və şnurlar, elektromaqnit şüalanma avadanlıqları və

elektron texnikası məmulatları üzrə sertifikatlaşdırma sistemi yaradıldı.

Fransada NF (Fransız Standart) nişanının milli

sertifikatlaşdırma sistemi yaradıldı. Sistem ikinci dünya müharibəsindən sonra

praktiki fəaliyyət göstərməyə başladı. Hazırda bu sistem 75-dən çox

sertifikatlaşdırma sistemlərini özündə birləşdirir ki, onların da hər biri konkret

məhsul qruplarına aid edilir. Məsələn, məişət, cihaz və maşınlar üzrə 15

sertifikatlaşdırma sistemi fəaliyyət göstərir. 1981-ci ildən başlayaraq 18 milli

təşkilat Fransa hökuməti tərəfindən sertifikatlaşdırma üzrə səlahiyyətli orqan

kimi tanınmışdır. Onların içərisində ən nüfuzlusu AFNOR təşkilatıdır.

Burada vahid sertifikatlaşdırma qaydaları və ya sertifikatlaşdırma üzrə

vahid milli orqan yoxdur, müxtəlif istehsalçı assosiasiyalarının, şəxsi

kompaniyaların nəzdində yaradılmış yüzlərlə sistem fəaliyyət göstərir. ABŞ-da

sertifikatlaşdırma milli və beynəlxalq səviyyədə keyfiyyətə zəmanət rolunu

oynayır. Sertifikatlaşdırmanın məcburiliyini təyin edən qanunvericiliyin

olmamasına baxmayaraq, sığorta kompaniyasının milli laboratoriyası, Amerika

Qaz Sənaye müəssisələrinin laboratoriyası, Nebraska Ştatında yerləşən kənd

təsərrüfatı texnikasının sınaq mərkəzi kimi ümumi tanınmış təşkilatların

nəzdində yaradılmış sertifikatlaşdırma sistemləri böyük nüfuza malikdir.

Türkiyə Standartlar İnstitutunda 1964-cü ildə “Standarta Uyğunluq

Sertifikatlaşdırma (TSE MARKASI)” mexanizminin tətbiqi ilə standartlara

uyğunluq sertifikatlaşdırılması başlanılmışdır. Hazırda burada sertifikatlaşdırma

bir sıra istiqamət üzrə tətbiq edilir. Bu istiqamətlərin arasında istehsal yerlərində,

əmtəələrdə (maddə, məmulat, məhsul), idxal mallarında, laboratoriyalarda,

xidmət yerlərində, keyfiyyət sistemlərində, ətraf mühitin idarəedilməsi

sistemlərində sertifikatlaşdırma mövcuddur.

Azərbaycanda sertifikatlaşdırma

Nazirlər Kabinetinin 343 saylı 1 iyul 1993-cü il tarixli qərarı ilə

sertifikatlaşdırmanı həyata keçirmək üçün 1993-cü ildə Azərbaycan Dövlət

Sertifikatlaşdırma sistemi yaradılmışdır.

Sertifikatlaşdırma üzrə milli orqan, oxşar məhsulun sertifikatlaşdırılması üzrə

akkreditləşdirilmiş orqanlar, akkreditləşdirilmiş sınaq laboratoriyaları, keyfiyyət

akkreditləşdirilmiş orqanlar, məhsulun istehsalçıları və tədarükçüləri daxildir.

Ümumilikdə Azərbaycanda 20 akkreditləşdirilmiş orqan, 170 akkreditasiya

edilmiş laboratoriya (78 yeyinti məhsulları üzrə, 22 neft-kimya sahəsində, 17

maşınqayırma sahəsində, 12 inşaat materialları sahəsində, 40 kalibrləmə

laboratoriyası, 21 digər sahələr üzrə) fəaliyyət göstərir.

Azərbaycanda sertifikatlaşdırma sahəsində son illərdə sürətli inkişafın

olduğu müşahidə olunur. Sertifikatlaşdırma üzrə şirkətlərin fəaliyyəti 1993-cü

ildən başlamasına baxmayaraq, beynəlxalq standartlar üzrə sertifikatlaşdırma

demək olar ki, yalnız 2000-ci ildən etibarən başlamışdır. 2003-cü ilə qədər

beynəlxalq standart tətbiq edən şirkətlərin sayı 5, 2003-cü ildə 30, 2004-cü ildə

42, 2005-ci ildə 85, 2006-cı ildə 68, ümumilikdə isə 230 şirkət olmuşdur.

Ölkəmiz standartlaşdırma və sertifikatlaşdırma sahəsində Ümumdünya

Ticarət Təşkilatı (WTO), BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO),

Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), Avropa Standartlaşdırma Komitəsi

(CEN), Codex Alimentarius və Beynəlxalq Elektrotexnika Komitəsi (IEC),

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WIPO), Avropa Patent İdarəsi (EPO),

Avropa Patent Təşkilatı (EAPO), İslam Ölkələrinin Standart və Metrologiya

İnstitutu (SMIIC), Regionlararası Standartlaşdırma Birliyi (BASB), Avropa

Akkreditasiya Təşkilatı (EA) və Beynəlxalq Laboratoriya Akkreditasiyası

Əməkdaşlıq Təşkilatı (ILAC) ilə sıx əməkdaşlıq edir.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Sertifikatlaşdırmanın əsasları (dərs vəsaiti)

Hazırda xarici iqtisadi əlaqələrin durmadan genişləndiyi bir dövrdə məhsulun və xidmətlərin sertifikatlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, xarici bazara çıxarılan və ölkəyə idxal edilən məhsullar insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün heç bir təhlükə yaratmamalıdır. Bu təhlükəsizliyi təmin etmək, məhsulun rəqabət qabilliyyətini yüksəltmək, bununla da istehsalatın rentabelliyini və effektivliyini təmin etmək məqsədilə məhsul sertifikatlaşdırılmalıdır. Kitabda sertifikatlaşdırılmanm müxtəlif növləri üzrə aparılan işlərin metodları və vasitələri geniş şərh olunur. Son zamanlar məhsulun sertifikatlaşdırılması ölkədə və xaricdə geniş yayılmışdır. Lakin hazırda bu sertifikatlaşdırmaya xidmətlərin, müəssisələrin keyfiyyət sistemlərinin ISO 9000 seriyalı standartlara uyğunluğunun və personalın sertifikatlaşdırılması da əlavə olunmuşdur. Bu işləri yerinə yetirmək üçün yüksək peşə hazırlığına malik, səriştəli kadıralın hazırlanması vacibdir. Bu kadrlar respublikada sertifikatlaşdırılmanm bütün növləri üzrə prosedurların və normativ-metodiki sənədlərin hazırlanması ilə məşğul olmalıdırlar. Respublikada yaranmış hazırki vəziyyət standartlaşdırma, sertifikatlaşdırma, metrologiya və keyfiyyətin idarə edilməsi sahəsində yüksək peşə hazırlığına malik mütəxəssislərin hazırlanmasının zəruriliyini ön plana çəkir. Bu mütəxəssislər ancaq sertifikatlaşdırma üzrə orqanlar və sınaq laboratoriyaları üçün deyil, həmçinin sənaye müəssisələri, xidmət sahələri üçün hazırlanmalıdırlar. Onlar bilavasitə müvafiq keyfiyyət səviyyəsinin təmin edilməsi mərhələsində işləyir və öz əməklərinin nəticələrini sertifikatlaşdırmaya hazırlamaqla məşğul olurlar. İndi iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, oraya standartlaşdırma və sertifikatlaşdırma toxunmasın. Odur ki, mütəxəssislərin bu sahədə kifayət qədər geniş təsəvvürləri olmalıdır ki, onlar məhsulun istehsalı və xidmətlərin göstərilməsi sahəsində daha düzgün, mütərəqqi qərarlar qəbul etsinlər və onları yüksək səviyyədə ölkədə və xaricdə realizə etsinlər. Lakin Azərbaycan dilində dərs vəsaiti çatışmadığına görə burada bir sıra çətinliklər meydana çıxır ki, bu da «Sertifikatlaşdırmanın əsasları» fənni üzrə dərs vəsaitinin hazırlanmasını qarşıya zəruri bir məsələ kimi qoymuşdur. Dərs vəsaiti yeddi bölmədən ibarətdir. Birinci bölmədə sertifikatlaşdırmanın mahiyyəti, qısa inkişaf tarixi, sertifikatlaşdırmanın aparılma qaydaları, onun tətbiq sahələri, sistemi və sxemləri, sertifikatlaşdırma prosesinin strukturu, akkreditləşdirmə və onun aparılma mərhələləri, akkreditləşdirmə orqanının təşkilati strukturu baxılmışdır. İkinci bölmədə sertifikatlaşdırma sınaqlarının əsas növləri, nəzarətin növləri, sertifikatlaşdırma zamanı aparılan sınaqların strukturu və məzmunu, məhsulun parametrlərinin ölçülmə texnikası, ölçmələrin təsnifatı, sertifikatlaş- dırmanın keyfiyyətinin idarə edilməsində statistik metodların tətbiqi şərh olunur. Üçüncü bölmədə sertifikatlaşdırmanın normativ- metodiki təminatının strukturu, sınaq laboratoriyalarının akkreditləşdirilməsi və fəaliyyət göstərməsi üçün zəruri sənədlər, sertifikatlaşdırma obyektlərinin və uyğunluğun qiymətləndirilməsi metodlarının standartlaşdırılması məsələlərinə böyük diqqət yetirilir. Dördüncü bölmədə sertifikatlaşdırmanın keyfiyyətinin təmin edilməsinin ümumi kriterləri, bu prosesin «keyfiyyət ilgəyi», sertifikatlaşdırma üzrə orqanların və sınaq laboratoriyalarının strukturu, iş prinsipi şərh olunur. Beşinci bölmə xarici ölkələrdə sertifikatlaşdırmanın aparılması prinsiplərinə, o cümlədən Almaniyada, Fransa da, Yaponiyada, ABŞ-da sertifıkallaşdırma üzrə əldə edilmiş təcrübənin şərhinə həsr edilmişdir. Altıncı bölmədə regional serlifikatlaşdırıma, o cümlədən Avropa İttifaqında və MDB-də tətbiq edilən sertifikatlaşdırımanın xüsusiyyətləri verilir. Yeddinci bölmə beynəlxalq sertifıkatlaşdırımaya həsr edilmişdir. Burada sertifikatlaşdırma sahəsində ISO-nun, BEKES-in, elektron-texniki məmulatların sertifikatlaşdırılması üzrə beynəlxalq sistemin sınaq laboratoriyalarının akkreditləşdirilməsı üzrə beynəlxalq konfrans və beynəlxalq akkreditləşdırmə sistemlərinin, BMT-nin Avropa İqtisadi Komissiyasının fəaliyyətində sertifikatlaşdırma məsələlərinə baxılır.

Yükləməyə Keç [1,47 Mb] [ : 469] –>

Comments are closed, but trackbacks and pingbacks are open.