Press "Enter" to skip to content

Ekonomiksin əsasları

Dostları ilə paylaş:

8 İstehsal xərclərinin təhlili

Təkliftələb iqtisadçıların ən çox istifadə etdiyi iki sözdür.

Təkliftələb bazar iqtisadiyyatını çalışdıran güclərdir.

Müasir mikroiqtisadiyyat təklif, tələb və bazar tarazlığından bəhs edir.

XƏRCLƏR NƏDİR?

Təklif Qanununa uyğun olaraq:

  • Məhsulun qiyməti yüksək olanda firmalar həmin məhsuldan daha çox istehsal etməyi və daha çox satmağı arzu edirlər.
  • Bu yuxarı doğru meylli olan təklif əyrisi ilə özünü göstərir.

XƏRCLƏR NƏDİR?

Firmanın hədəfi

  • Firmanın iqtisadi hədəfi mənfəətini maksimumlaşdırmaqdır.

Məcmu Gəlir, Məcmu Xərc və Mənfəət

Məcmu Gəlir

  • Fimanın məhsul satışından əldə etdiyi miqdardır.

Məcmu Xərc

  • Firmanın istehsalda istifadə etdiyi resursların bazar dəyəridir.

Məcmu Gəlir, Məcmu Xərc və Mənfəət

Mənfəət firmanın məmcmu gəlirindən məcmu xərclərini çıxmaqla əldə edilir.

Mənfəət = Məcmu gəlir – Məcmu xərc

Xərclər alternativ xərclər kimi

Firmanın istehsal xərci onun əmtəə və xidmətlərinin istehsalına çəkilən bütün alternativ xərcləri əhatə edir.

Birbaşa və dolayı xərclər

  • Firmanın istehsal xərci birbaşa və dolayı xərclərdən ibarətdir.
    • Birbaşa xərclər elə istehsal xərcidir ki, bu zaman firmalar konkret məbləğ pul sərf edirlər.
    • Dolayı xərclər elə istehsal xərcidir ki, bu zaman firmalar konkret məbləğ pul sərf etmirlər.

    Mühasibat mənfəətinə qarşı İqtisadi mənfəət

    İqtisadçılar firmanın iqtisadi mənfəətini məcmu gəlirdən məcmu xərci (birbaşa və dolayı xərclərin məcmusu) çıxmaqla hesablayırlar.

    Mühasiblər mühasibat mənfəətini firmanın məcmu gəlirindən yalnız birbaşa xərclərini çıxmaqla hesablayırlar.

    Mühasibat mənfəətinə qarşı İqtisadi mənfəət

    Nə vaxt məcmu gəlir birbaşa və dolayı xərclərdən çox olur, firma iqtisadi mənfəət əldə edir.

    • İqtisadi mənfəət mühasibat mənfəətindən kiçik olur.

    Diaqram 1: Mühasibat mənfəətinə qarşı İqtisadi mənfəət

    Cədvəl 1: İstehsal Funksiyası və Məcmu xərc: Ac Helenin Biskivü Fabriki

    İSTEHSAL VƏ XƏRCLƏR

    Istehsal funksiyası

    • İstehsal funksiyası məhsul istehsalında istifadə olunan istehsal faktorlarının miqdarı ilə istehsal olunan məhsulun miqdarı arasındakı əlaqəni göstərir.

    İstehsal Funksiyası

    Marjinal verimlilik

    • Hər hansı istehsal faktorunun marjinal verimliliyi onun hər əlavə vahid artımının məhsul istehsalında yaratdığı artımdır.

    İstehsal Funksiyası

    Azalan marjinal verimlilik

    • Azalan marjinal verimlilik istehsal faktorunun marjinal verimliliyinin elə bir xüsusiyyətini ifadə edir ki, istehsal faktoru artıqca bu verimlilik azalır.
      • Məsələn: Firmada işçilərin sayı artırıldıqca hər əlavə işçinin məhsul istehsalındakı rolu getdikcə azalır. Çünkü firmada maşın və avadanlıqların miqdarı məhduddur.

      Qrafik 1: Ac Helenin İstehsal Funksiyası

      İstehsal funksiya

      Azalan marjinal verimlilik

      • İstehsal funksiyasının mailliliyi məsələn, işçi kimi istehsal faktorunun marjinal istehsal verimliliyini ifadə edir.
      • Nə vaxt marjinal istehsal verimliliyi azalır, istehsal funksiyası daha düz olur.

      İstehsal Funksiyasından Məcmu Xərc Əyrisinə

      Firmanın istehsal miqdarı ilə xərcləri arasındakı əlaqə qiymətqoyma qərarlarını müəyyən edir.

      Məcmu xərc əyrisi bu əlaqəni qrafik olaraq göstərir.

      Cədvəl 1A: İstehsal Funksiyası və Məcmu xərc: Ac Helenin Biskivü Fabriki

      Qrafik 2: Ac Helenin Məcmu Xərc Əyrisi

      XƏRCİN MÜXTƏLİF YOLLARLA HESABLANMASI

      İstehsal xərcləri sabit xərclərdəyişən xərclər olmaqla iki yerə bölünür.

      Sabit və Dəyişən Xərclər

      Sabit xərclər o xərclərdir ki, istehsal həcminin dəyişməsindən asılı olmayaraq onların səviyyəsi dəyişmir.

      Dəyişən xərclər o xərclərdir ki, istehsal həcminin dəyişməsindən asılı olaraq onların səviyyəsi dəyişir.

      Sabit və Dəyişən Xərclər

      Məcmu xərclər

      • Məcmu sabit xərclər (TFC)
      • Məcmu dəyişən xərclər (TVC)
      • Məcmu xərclər (TC)
      • TC = TFC + TVC

      Cədvəl 2: Xərcin müxtəlif yollarla hesablanması: Susamış Telmanın Limonad Dükanı

      Sabit və Dəyişən Xərclər

      Orta xərclər

      • Orta xərclər firmanın xərclərini məhsul buraxılışına bölməklə hesablanır.
      • Orta xərc hər tipik məhsulun xərcidir.

      Sabit və Dəyişən Xərclər

      Orta Xərclər

      • Orta sabit xərclər (AFC)
      • Orta dəyişən xərclər (AVC)
      • Orta məcmu xərclər (ATC)
      • ATC = AFC + AVC

      Orta xərclər

      Cədvəl 2: Xərcin müxtəlif yollarla hesablanması: Susamış Telmanın Limonad Dükanı

      Sabit və Dəyişən Xərclər

      Marjinal xərc

      • Marjinal xərc (MC) hər vahid əlavə istehsal artımı üçün məcmu xərcdəki artımı ölçür.
      • Marjinal xərc aşağıdakı suala cavab imkanı verir:
        • Hər əlavə vahid məhsul istehsalı üçün nə qədər xərc lazımdır.

        Marjinal xərc

        Marjinal Xərc Susuz Telamnın Limonad Dükanı

        Qrafik 3: Susuz Telmanın Məcmu Xərc Əyrisi

        Qrafik 4: Susuz Telmanın Orta Xərc və Marjinal Xərc Əyriləri

        Xərc əyriləri və onların formaları

        Marjinal xərc məhsul buraxılışının artması ilə yüksəlir.

        • Bu azalan marjinal verimlilik xüsusiyyəti iləbağlıdır.

        Qrafik 5: Susuz Telmanın Orta Xərc və Marjinal Xərc Əyriləri

        Xərc Əyriləri və Onların Formaları

        Orta məcmu xərc əyrisi U formalıdır.

        Məhsul buraxılışının çox aşağı həcmlərində orta məcmu xərc yüksəkdir. Çünkü sabit xərc yalnız az sayda məhsul vahidi arasında bölüşdürülür.

        Məhsul buraxılışı artdıqca orta məcmu xərc də azalır.

        Orta dəyişən xərc yetərli qədər yüksəldikdə orta məcmu xərc də artmaya başlayır.

        Xərc Əyriləri və Onların Formaları

        U formalı ATC əyrisinin aşağısı orta məcmu xərci minimumlaşdıran miqdarda yerləşir. Bu miqdar bəzən səmərəlilik miqyası da adlandırılır.

        Qrafik 6: Susuz Telmanın Orta Xərc və Marjinal Xərc Əyriləri

        Xərc Əyriləri və Onların Formaları

        Orta Məcmu Xərc və Marjinal Xərc arasındakı əlaqə

        • Nə vaxt marjinal xərc orta məcmu xərcdən az olur, onda orta məcmu xərc azalır.
        • Nə vaxt marjinal xərc orta məcmu xərcdən yüksək olur, orta məcmu xərc artır.

        Xərc Əyriləri və Onların Formaları

        Marjinal Xərc və Orta Məcmu Xərc arasındakı əlaqə

        • Səmərəlilik miqyasında marjinal xərc əyrisi orta məcmu xərc əyrisi ilə kəsişir.
          • Səmərəlilik miqyası elə bir miqdardır ki, burada orta məcmu xərc minimumdur.

          Qrafik 6: Susuz Telmanın Orta Xərc və Marjinal Xərc Əyriləri

          Tipik Xərc Əyriləri

          İndi də müxtəlif xərc ölçmələri arasındakı əlaqəni öyrənmək vaxtı gəlmişdir.

          Biq Bobun Xərc Əyriləri

          Qrafik 7: Biq Boqun Xərc Əyriləri

          Qrafik 8: Biq Boqun Xərc Əyriləri

          Tipik Xərc Əyriləri

          Xərc Əyrilərinin Üç Vacib Xüsusiyyəti

          • Məhsul buraxılışının artması ilə marjinal xərc də nəhayət artacaqdır.
          • Orta məcmu xərc əyrisi U formalıdır.
          • Marjinal xərc əyrisi ilə orta məcmu xərc əyrisi orta məcmu xərcin minimum olduğu noqtədə kəsişir.

          QISA VƏ UZUN MÜDDƏTLİ DÖVRDƏ XƏRCLƏR

          Əksər firmalar üçün məcmu xərclərin sabit və dəyişən xərclər arasında bölüşdürülməsi zaman kəsiyindən asılı olur.

          • Qısa müddətli dövrdə bəzi xərclər sabit olur.
          • Uzun müddətli dövrdə sabit xərclər dəyişən olur.

          QISA VƏ UZUN MÜDDƏTLİ DÖVRDƏ XƏRCLƏR

          Bir çox xərclərin qısamüddətli dövrdə sabit, uzunmüddətli dövrdə isə dəyişən olması, firmanın uzunmüddətli xərc əyrilərini qısamüddətli xərc əyrilərindən fərqləndirir.

          Qrafik 9: Qısa və Uzunmüddətli Dövrdə Məcmu Xərc

          Miqyas iqtisadiyyatları və qeyri-iqtisadiyyatları

          Miqyas iqtisadiyyatları uzunmüddətli dövrdə məcmu buraxılış həcmi artdıqca orta məcmu xərcin azalmasını ifadə edir.

          Miqyas qeyri-iqtisadiyyatları uzunmüddətli dövrdə məcmu buraxılış həcmi artdıqca orta məcmu xərcin artmasını ifadə edir.

          Miqyasa görə sabit gəlir uzunmüddətli dövrdə məcmu buraxılış həcmi artdıqca orta məcmu xərcin eyni qaldığını ifadə edir.

          Qrafik 10: Qısa və Uzun müddətli dövrdə orta məcmu xərc

          Xülasə

          Firmanın məqsədi mənfəəti maksimumlaşdırmaqdır. Mənfəət də məcmuu gəlirdən məcmu xərci çıxmaqla hesablanır.

          Firma davranışı təhlil olunduğu zaman istehsalın bütün alternativ xərclərini nəzərə almaq vacibdir.

          Bəzi alternativ xərclər birbaşa, bəziləri isə dolayıdır.

          Xülasə

          Firmanın xərcləri onun istehsal prosesini əks etdirir.

          Tipik firmanın istehsal funksiyası azalan marjinal verimlilik səbəbindən aşağıya doğru əyilir.

          Firmanın məcmu xərcləri sabit və dəyişən xərclər olmaqla iki yerə bölünür. Sabit xərclər, firmanın məhsul buraxılışı həcmini dəyişdikdə dəyişməyən xərclərdir; dəyişən xərclər isə firmanın məhsul buraxılışı həcmini dəyişdikdə dəyişən xərclərdir.

          Xülasə

          Orta məcmu xərc məcmu xərcin məhsul buraxılışına bölünməsi ilə əldə edilir.

          Marjinal xərc hər əlavə vahid məhsul buraxılışının məcmu xərcdə yaratdığı artımdır.

          Marjinal xərc məhsul buraxılışı davam etdikcə yüksəlir.

          Orta xərc məhsul biraxılışı artan kimi əvvəlcə azalır, sonra isə artır.

          Xülasə

          Orta məcmu xərc əyrisi U şəkilində olur.

          Marjinal xəərc əyrisi həmişə orta məcmu xərc əyrisi ilə ATC-nin minimum nöqtəsində kəsişir.

          Firmanın xərcləri zaman kəsiyindən asılı olaraq da dəyişir.

          Əksər xərclər qısamüddətli dövrdə sabit, uzunmüddətli dövrdə isə dəyişən olur.

          TÖVSİYƏ OLUNAN ƏDƏBİYYATLAR

          Nick Wilkinson, “Managerial Economics: A Problem-Solving Approach”, Cambridge University Press, 2005

          Gregory Mankiw, “Principles of Microeconomics”, Cengage Learning, 2011

          Luke M. Froeb, Brian McCann, “Managerial Economics: A Problem-Solving Approach”, Thomson South-Western, 2008

          Michael R. Baye, “Managerial Economics and Business Strategy”, McGraw-Hill/Irwin, 2010

          İbrahim Özer Ertuna, “Yönetim Ekonomisi”, Okan Üniversitesi Yayınları, 2009

          Qreqory Mənkyu, “Ekonomiksin Əsasları”, Bakı, ADİU, 2010

          Dostları ilə paylaş:

          Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2023
          rəhbərliyinə müraciət

          Ekonomiksin əsasları

          (+994 12) 493 30 77

          • Fəlsəfə
          • Tarix
          • Azərbaycan tarixi
          • Sosiologiya
          • Etnoqrafiya
          • İqtisadiyyat
          • Dövlət və hüquq
          • Siyasət. Siyasi elmlər
          • Elm və təhsil
          • Mədəniyyət
          • Kitabxana işi
          • Psixologiya
          • Dilçilik
          • Ədəbiyyatşünaslıq
          • Folklor
          • Bədii ədəbiyyat
          • İncəsənət
          • Kütləvi informasiya vasitələri

          Logistikanın əsasları: I hissə

          Abunə

          Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

          Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

          Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

          Bannerlər

          Əlaqə

          Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
          Nizami küçəsi 58

          Tel.: (+99412) 596-26-13

          İş vaxtı:
          Bazar ertəsi – Cumə: 9:00-18:00
          Fasilə: 13:00-14:00
          İstirahət günləri: Şənbə, Bazar

          Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
          Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.