Press "Enter" to skip to content

Elbanı necə məğlub edə bilərəm

Malta komandası matçda ilk təhlükəli hücumunda qol vurub. 37-ci dəqiqədə Muskat hesabı açıb.

“Tramp Baydeni məğlub edə bilər” – Böyük savaş qızışır

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

Ekspert ABŞ-da keçirilən prezident seçkisi ətrafında cərəyan edən hadisələrə toxunub:

“ABŞ-ın növbəti prezidenti Co Bayden olacaq. Tramp isə inanır ki, Miçiqan, Viskonsin, Pensilvaniyada səslərin sayılması zamanı saxtakarlığa yol verilib. Başqa sözlə, uzun bir siyasi savaş başlayır. Amma bunun nəticələrini dəqiq proqnozlaşdırmaq olmur. Bununla belə, Baydeni məğlub etmək üçün şansı var. Bu baxımdan, məğlubiyyətini tam etiraf etmir. Ancaq onu qanuni olaraq tanıyır, yəni əvvəlcə döyüşəcək və sonra səslərin sayılmasına etiraz etmək mümkün olmadıqda, prezidentlikdən ayrılacaq.

Göründüyü kimi, radikal bir ssenari ilə sərt bir mübarizə ehtimalını nəzərdən keçirirlər. Düşünürəm ki, Trampın özü sərt mübarizə aparmağın tərəfdarıdır. Ancaq düşünürəm ki, Respublikaçılar Partiyasının rəhbərliyi onu çətin siyasi mübarizədən çəkindirir, bunu öz vəkilləri vasitəsilə məhdudlaşdırmağı təklif edir. Bu ekstrapolyasiya 2016-cı ildəki ssenari üzrə edilə bilər. Hətta 2016-cı ilin oktyabrında Tramp təslim olmağa, istefa etməyə və Pensin seçki məntəqələrinə getməsinə icazə verməyə razı salındı. Tramp bundan sonra ağır bir ssenari üzrə hərəkət etdi və qələbə qazandı. Əminəm ki, indi sərt bir ssenarini izləmək üçün belə bir imkanı nəzərdən keçirir. Onu təslim olmağa və riskə getməməyə inandırırlar. Trampın qərarını gözləmək lazımdır. Ancaq əvvəlcə hər halda qanuni bir mübarizə olacaq”.

Elbanı necə məğlub edə bilərəm

Bu gün UEFA Millətlər Liqasında IV tura start veriləcək.

“Qafqazinfo”nun məlumatına görə, D liqasının 3-cü qrupunda mübarizə aparan millimiz də növbəti oyununa çıxacaq. Ötən tur səfərdə Farer adalarını 3:0 hesabı ilə məğlub edərək, 2-ci pilləyə yüksələn Qurban Qurbanovun komandası bu dəfə doğma meydanda Malta seçməsini qəbul edəcək. Yığmamız keçən ay səfərdə heç-heçə (1:1) oynadığı rəqibini evdə məğlub edib, ən azından mövqeyini qorumağa çalışacaq.

Qrupun digər oyununda isə Kosovo səfərdə Farer adalarının qonağı olacaq. Qonaqlar xal itirəcəyi təqdirdə millimiz Maltanı udub, liderliyə də yüksələ bilər.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Millətlər Liqası

D liqası, 3-cü qrup, III tur

14 oktyabr

20:00. AzərbaycanMalta
Hakimlər: İvan Bebek, Tomislav Petroviç, Miro Qrqiç, Qoran Pataki
Bakı Olimpiya Stadionu

20:00. Farer adaları – Kosovo

Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 19. Rahil Məmmədov, 20. Riçard Almeyda, 22. Bədavi Hüseynov.

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 3. Ürfan Abbasov, 6. Bəxtiyar Həsənalızadə, 8. Emin Mahmudov, 9. Namiq Ələsgərov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə.

Baş məşqçi: Qurban Qurbanov.

Malta: 1. Endryu Hoqq, 3. Yozef Zerafa, 4. Stiv Borq, 5. Andrey Aqius, 8. Pol Fenek, 9. Yozef Mbonq, 10. Andre Şembri (k), 11. Rouen Muskat, 15. Juan Korbolan. 17. Rayan Kamilyeri, 19. Alfred Effionq.

Ehtiyat oyunçular: 12. Henri Bonello, 23. Stiv Sultana, 2. Maykl Conson, 6. Cek Qrek, 7. Stefen Pisani, 13. Kleyton Failla, 14. Jan Pol Farruciya, 16. Ferdinando Apap, 18. Byorn Kristensen, 20. Endryu Kohen, 21. Roderik Briffa, 22. Keyn Attard.

Baş məşqçi: Rey Farruciya.

Millimiz oyuna sürətli başlayıb. 3-cü dəqiqədə rəqib qapısına ardıcıl 2 təhlükəli zərbə endirilsə də, Malta qapıçısı qola imkan verməyib.

4-cü dəqiqədə Dmitri Nazarovun cərimə zrəbəsindən vurduğu top qapı tirinə dəyərək geri qayıdıb.

19-cu dəqiqədə Azərbaycan hesabı açsa da, hakim ofsayd qərarı verərək qolu qeydə almayıb. Ofsayda düşən qolu Rüfət Dadaşov qapıdan keçirmişdi.

Malta komandası matçda ilk təhlükəli hücumunda qol vurub. 37-ci dəqiqədə Muskat hesabı açıb.

Azərbaycanın çoxsaylı hücumlarından daha biri nəticəsiz qalıb. 45-ci dəqiqədə Malta qapısı qarşısında yaranan ciddi təhlükə zamanı Rüfət Dadaşov topu 1 metrlik məsafədə qapıdan keçirə bilməyib.

İlk hissə Maltanın 1:0 hesablı üstünlüyü ilə başa çatdı.

İkinci hissə başladı.

Millimiz ikinci hissəyə də aktiv başlayıb. Hücumlarımız nəhayət ki, 53-cü dəqiqədə qolla yekunlaşıb. Araz Abdullayev cərimə meydançası daxilində topu qapıya göndərib.

66-cı dəqiqədə komandamız növbəti 100 faizlik qol şanşı əldə edib. Lakin, Rüfət Dadaşovun yenə bəxti gətirməyib. Təmkin Xəlilzadənin ötürməsindən sonra Rüfətin başla vurduğu topa qapı dirəyinə dəyib.

Azərbaycan ikinci qol üçün cəhdlərini davam etdirir. Oyunun başından bəri üstün oyun nümayiş etdirən komandamız bu dəqiqələrdən üstünlüyünü daha da artırıb. Lakin, ardıcıl hücumlar nəticəsində 2-ci qolu vurmaq hələlik mümkün olmayıb. Hətta 84-cü dəqiqədə Almeyda topu boş qapıdan keçirməyə müvəffəq olmayıb.

Hazırda oyunda 85-ci dəqiqə oynanılır.

Matçda başqa qol vurulmayıb və oyun 1:1 hesabı ilə başa çatdı. Azərbaycan çoxsaylı qol şansları əldə etdiyi oyunda 2 xal itirdi.

Fotolar: Pərvin Zeynal

Prezident qəbiristanlıqda çağırış etdi: Rusiyanı məğlub etməliyik

Publika.az xəbər verir ki, bu barədə “Avropa həqiqəti” məlumat yayıb.

O bunu Terezindəki Milli Qəbiristanlıqda nasist təqibi qurbanlarının xatirəsinə həsr olunmuş aksiya zamanı bildirib.

“Hazırki məqamda mən Rusiyanı məğlub etmək üçün birgə səylərimizdən əl çəkməməyə çağırmaq istəyirəm. Şahidi olduğumuz beynəlxalq nizamın qaydalarını pozmaqdan çəkinməyək. Biz Ukraynaya motivasiya olmalıyıq. Bu gün haqqında danışdığımız tarixi təcrübədir. Bunu xatırlamaq və indiki vəziyyətin kontekstinə qoymaq düzgündür, yalnız bu yolla keçmişin səhvlərini təkrarlamaqdan qaça bilərik”, – Pavel bildirib.

Pavel daha əvvəl bəyan edib ki, Ukraynanın planlaşdırdığı əks-hücum əməliyyatının uğurlu olmaq şansı yüksəkdir, lakin Rusiya hazırladığı müdafiədən yaxşı istifadə edərsə, ağır itkilərlə nəticələnə bilər.

O həmçinin qeyd edib ki, Qərb Rusiya-Ukrayna müharibəsində tam qələbənin olmayacağına hazır olmalıdır.

Ayşən

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Comments are closed, but trackbacks and pingbacks are open.