Press "Enter" to skip to content

Elektrik ölçmələri və vasitələri

Ölçmə maddi aləmi öyrənməyə, təbii qanuna uyğunluqları mənimsəməyə kö­mək edir. Bu nəzəriyyə və təcrübəni birləşdirir və hər yerdə, hər sahədə istifadə olunur: elmdə, istehsalatda, materialların qiymət­ləndiril­məsin­də, keyfiyyətin standart parametrlərinin təminində, texnoloji proseslərin təkmilləş­diri­l­­məsində, standartlaşdırmalarda və s.

Ekoloji proseslərdə elektrik ölçmələri

Elektrik ölçmələrinin vəzifəsi təcrübə yolu ilə xüsusi elektrotexniki vasitələrin köməyi ilə fiziki kəmiyyətlərin qiymətlərinin tapılması və onların qəbul olunmuş vahidlərlə ifadə edilməsindən ibarətdir. Fiziki kəmiyyət – əksər fiziki obyektlər və fiziki sistemlər, onların vəziyyəti və onlarda baş verən proseslər üçün miqyasca ümumi olan xassədir (məsələn, cismin elektrik müqaviməti, elektrik sahəsinin gərginliyi, zaman, temperatur-bunlar fiziki kəmiyyətlərdir).

Ölçmə nəticələrinin ümumi qəbul olunmuş vahidlərlə ifadə edilməsi üçün hər bir ölkədə beynəlxalq təşkilatların məsləhətləri nəzərə alınmaqla xüsusi qanunla vahidlər qəbul olunur. Keçmiş SSRİ ərazisində, o cümlədən Azərbaycanda 1 yanvar 1963-cü ildən Beynəlxalq Vahidlər Sistemi (Sİ sistemi – System İnternational) qəbul olunmuşdur. Sİ sisteminin vahidləri öz ölçülərinə görə praktiki tətbiq olunmaq üçün çox münasibdir və onlardan istifadə edilməsi ölçmələrin dəqiqliyinin artırılmasına, fiziki kəmiyyət vahidlərinin unifikasiyasına səbəb olmuşdur.

Ölçmə maddi aləmi öyrənməyə, təbii qanuna uyğunluqları mənimsəməyə kö­mək edir. Bu nəzəriyyə və təcrübəni birləşdirir və hər yerdə, hər sahədə istifadə olunur: elmdə, istehsalatda, materialların qiymət­ləndiril­məsin­də, keyfiyyətin standart parametrlərinin təminində, texnoloji proseslərin təkmilləş­diri­l­­məsində, standartlaşdırmalarda və s.

Ölçmə -ölçüləcək fiziki kəmiyyətin təcrübi yolla xüsusi texniki vasitələrlə qiy­mətinin tapılmasına deyilir. Ölçmə – tədqiq olunan fiziki kəmiyyətin miqdarı qiymətinin tapılmasıdır.

Elektrik ölçü texnikası çox böyük müxtəlif arsenala malikdir. Bunların xüsusiyyətləri çoxlu faktorlarla təyin olunur. Məsələn: ölçüləcək kəmiyyət, ölçmə şəraiti, dəqiqlik, kəmiyyətin qiyməti və s. Müxtəlif şinlər, növlər hərəsi öz spesifik xüsusiyyətlərinə malikdir. Bunlara baxmayaraq onlar ümumi xassələrə malikdirlər.

Məlumdur ki, ölçü vasitələri ölçü çeviricilərinə malikdirlər. Ölçmə zamanı çeviricilər ( informasiya alınması) enerji sərfi nəticəsində yaranır. Bəzən bir enerji növü digərinə çevrilir, məsələn: istilik enerjisi elektrik enerjisinə – termocütlə temperaturun ölçülməsi – çevrilir. Burada elektrik xüsusiyyəti əsas təyinedici faktor olmur. İnformasiya siqnalları üçün əsas parametr; dəqiqlik, xəta, həssaslıq və s.

Cihaz və çeviricilərin statik və dinamik xarakteristikaları öyrənilir. Statik xarakteristika ölçü vasitələrinin elə iş rejimidir ki, burada ölçüləcək kəmiyyət determina olunur və ölçü müddətində qiymətcə dəyişmir. Dinamik rejimdə ölçü müddətində ölçüləcək kəmiyyət zamana görə dəyişir.

Ölçü siqnalı müəyyən zaman tələb edir. Çevrilən kəmiyyətin zaman xarakteristikası və çevrilmə zamanından asılı olaraq çeviricinin konstruktiv parametrləri təyin olunur, ölçü vasitələrinin dinamik parametrləri müəyyənləşdirilir.

Hər bir çevirici və cihazlarda giriş və çıxış parametrləri elektrik, maqnit və qeyri – elektrik kəmiyyət ola bilər. Çıxış kəmiyyəti əsasən mexaniki kəmiyyətlər olur.

Daha ətraflı məlumat üçün ==>> YÜKLƏ

Elektrik ölçmələri və vasitələri

Elektrik qaynaqçısı texniki təhlükəsizlik üzrə Telmiat Təlimat 1.Elektik qaynaqçısı üçün texniki təhlükəsizlik üzrə təlimat inşaat norma və qaydalarının tələblərini nəzərə almaqla tərtib edilib. 2.Elektik qaynaqçısı işə başlamazdan əvvəl iş icraçısında texniki təhlükəsizlik təlimatı almalıdır. 3.Xüsusi geyim və ayaqqabı geyməlidir. 4Qaynaq aparatının sazlığını yoxlamalı.Nasazlıq aradan götürülməyincə işə başlamamalıdır. 5.Lazım olan alətlərin sazlığını yoxlamalı. 6.Qoruyucu vasitələrin;maskanın,şitin və s sazlığını diqqətlə yoxlamalı. 7.Cərayan ötürücü naqillərin və tutqacın izoliyasiyasını,qaynaq aparatının və qaynaq olunan məmulatın yerlə birləşməsini yoxlamaq lazımdır. 8.Qayanaq aparatını işə saldıqda ətrafda olan adamları xəbərdar etmək lazımdır. 9.Cərayan ötürücü naqillər sıradan çıxdıqda mütləq iş icraçısını xəbərdar etmək lazımdır.Ötürücü naqlləri nəmilikdən,yüksək temperaturadan və mexaniki təsirdən qorumaq lazımdır. 10.Təzyiq altında olan boru və məmulatları qaynaq etmək olmaz. 11.Qaynaq eden zaman üz və gözləri xüsusi rəngli şüşəli şit və ya şlemlə qorumaq lazımdır. 12.Cərəyan gücünə müvafiq elektrodla işləmək lazımdır. 13.Başqa cərəyan gücünə kecdikdə tutqacdakı elektrodu dəyişmək lazımdır. 14.Yanğın təhlükəli yerlərdən 5 m aralı sahədə qaynaq işləri aparılmalı. 15.Naqilləri elektrik şitinə birləşdirən zaman generator və transformator söndürülməlidir. 16.Nəm otaqlarda və ya metal rezervuarlarda qaynaq işləri apardıqda rezin qaloşdan və yaxud rezin döşənəkdən istifdə etmək lazımdır. 17.Əlvan metaların (mis,bürünc,tunc) qaynağı respiratorla aparılmalıdır. 18.İşi qurtardırdan sonra cərəyanı söndürmək lazımdır. 19.İşi qurardıqdan sonra iş yerini səhmana salmaq lazımdır. 20.Bütün çatısmamazlıqlar haqqında iş icraçısına xəbər vermək lazımdır. 21.Yadda saxla ki,bu təlimatı yerinə yetirməməklə sən istehsalat intizamını pozursan,özünü və iş yoldaşlarının həyatını təhlükə altında qoyursan. Qaynaq işləri zamanı təhlükəsizlik tədbirləri Qaynaq və kəsmə işləri müəssisələrdə və digər iş yerlərində yanğınların çıxmasının əsas səbəblərindəndir.Hər gün bu işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması dünyada minlərlə yanğın baş verməsinə səbəb olur.Qaynaq və kəsmə yanğınları cox gec fərq edilir, çünki isti metal və ya şlakın qığılcımları ətrafa səpələnərək hətta iş vaxtı bitdikdən sonra belə yanğına səbəb ola bilər. Məhz ona görə də kəsmə və qaynaq işlərinin aparıldığı sahədə bir sıra tədbirlərin görülməsi məsləhətdir: – Bütün yanar vasitələr iş sahəsinin ətrafından ən azı 10 m uzağa, etibarlı bir məsafəyə daşınmalıdır; – İş görülən ərazi əməliyyat başlamazdan əvvəl təmizlənməlidir; – Taxta zəminlər metalla örtülməli və ya yaxşıca isladılmalıdır – Qaynaq əməliyyatı etibarlı yerdə aparılmalıdır. Qaynaq işləri aparılan yerin ətrafında alışqan mayelər saxlanılmamalıdır; – Başqa tədbirlərin görülməsi mümkünsüzdürsə, yanar maddəni atəşə müqavimətli (yanmaz) vasitələrlə örtərək qorumaq olar – Divar və döşəmədə hər hansı bir acıqlıq olmadığından əmin olunmalıdır; -Yanğınsöndürmə cihazları, su vedrəsi də daxil olmaqla, hazır vəziyyətdə saxlanılmalıdır; – Ətrafın təmizliyi və nizamının tam olduğundan və iş bitdikdən yarım saat sonra hər hansı bir yanğın riski olmadığından əmin olunmalıdır; – İş bitdikdən iki saat sonra yenidən bir yoxlama keçirilməlidir.

Комментарии 2

7 фев 2020
el qaz qaynaqçsının vezife borcu
Поделиться 0
8 фев 2020
Vezife
borcu
Поделиться 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 9 февраля в 08:27
İlməkçinin vəzifə təlimatları kimdə varsa at bilər zəhmət olmasa
добавлена 4 февраля в 11:25

TikTok’ta SƏTƏM GROUP (@hse_support) |750 Beğeni.835 Takipçi.təhlükəsizliyini fikirləş, təhlükəsiz işlə.SƏTƏM GROUP (@hse_support) adlı kullanıcıdan en yeni videoyu izleyin.

добавлена 9 апреля 2022 в 19:44

Salam, keyfiyyətə nəzarət üzrə mütəxəssisin peşə təlimatı ve ya buna oxşar bir təlimati tapmaqda kömək ede bilersiz ?

Comments are closed, but trackbacks and pingbacks are open.