Elektronikanın əsasları
Azərbaycan, Bakı, 17 fevral /Trend/
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında akademik Arif Paşayevin 80 illik yubileyi münasibətilə sərgi açılıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli alim və ictimai xadim, fizika-riyaziyyat elmləri doktoru, Dövlət mükafatı laureatı, akademik Arif Paşayevin 80 illik yubileyi münasibətilə alimin zəngin elmi və pedaqoji, ictimai fəaliyyətindən bəhs edən sərgi açılmışdır.
Trend-i buradan izləyin
Azərbaycan, Bakı, 17 fevral /Trend/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli alim və ictimai xadim, fizika-riyaziyyat elmləri doktoru, Dövlət mükafatı laureatı, akademik Arif Paşayevin 80 illik yubileyi münasibətilə alimin zəngin elmi və pedaqoji, ictimai fəaliyyətindən bəhs edən sərgi açılmışdır.
Trend AzərTAc-a istinadən məlumat verir ki, sərgidə görkəmli alim, akademik Arif Paşayevin elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti haqqında oçerklər, onun elmi rəhbəri və elmi məsləhətçisi olduğu dissertasiyaların daxil olduğu və Mərkəzi Elmi Kitabxananın hazırladığı “Biblioqrafiya”, xeyli sayda elmi əsərləri, o cümlədən alimin həmmüəllifi olduğu “Radiaktiv və kosmik şüalar”, “Bərk cisimlər fizikası”, “Aeronaviqasiyada kartoqrafik proyeksiyalar”, Aviasiya elektron sistemlərinin element və qurğularına aid “Elektronikanın əsasları”, “Antena-Fider qurğularının hesabatı və layihələndirilməsi” və s. kitablar nümayiş etdirilir.
Xatırladaq ki, Arif Paşayev 1966-cı ildə “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi, 1978-ci ildə “Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır.
Görkəmli alim fizika elminin aktual problemlərinə dair geniş tədqiqatlar aparmış, orijinal, proqram təminatlı eksperimental qurğu yaratmışdır.
Akademik Arif Paşayev 400-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın müəllifidir, 60-dan çox ixtira üçün müəllif şəhadətnaməsi almışdır.
Hazırda Milli Aviasiya Akademiyasına rəhbərlik edən Arif Paşayev bu sahədə də böyük xidmətlər göstərmişdir. Onun rəhbərliyi ilə Azərbaycan aviasiyası üçün milli kadrlar – təyyarəçilər, mühəndislər, ümumən 16 ixtisas üzrə mütəxəssislər hazırlanır.
Akademik Arif Paşayev elmi nailiyyətlərinə görə yüksək mükafatlara layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 14 fevral tarixli Sərəncamı ilə görkəmli alim Arif Paşayev səmərəli elmi fəaliyyətinə və təhsilin inkişafında xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilmişdir.
Elektronikanın əsasları
Övladınız 6-11-ci sinifdə təhsil alırsa, elektronikaya, elektronik cihazlara, ümumiyyətlə mühəndisliyə marağı varsa, “Məktəblilər üçün elektronika” dərslərinə ödənişsiz başlaya bilər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin start verdiyi Təqaüd Proqramı çərçivəsində Code and More (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində yaratdığı təhsil layihəsi) tərəfindən həyata keçiriləcək təlimlərə müraciət etməyə tələsin!
• 6 ay davam edəcək dərslərdə şagirdlər aşağıdakı bilikləri əldə edəcək:
o Elektronikanın əsasları,
o Dövrələrin qurulması,
o Mikrokontrollerlər və mikrokompüterlər,
o Arduino proqramlaşdırma.
• Öyrənəcəyi bilik və bacarıqları tətbiq edərək robot mexanizmləri hazırlayacaq,
• Düşünmə, plan qurma və reallaşdırma bacarıqlarını inkişaf etdirəcək,
• Səbəb-nəticə hissiyatı və məntiqi düşüncəsi, eləcə də texniki bilikləri artacaq,
• Əyləncəli və faydalı təcrübə əldə etmiş olacaq,
• Eləcə də müxtəlif yarış və olimpiadalara hazırlıq dəstəyi əldə edəcək.
Qəbul müsabiqə əsasında həyata keçiriləcək. Müsabiqəni uğurla keçmiş namizədlər oktyabr ayından etibarən təlimlərə başlayacaqlar. Təlimə 60 nəfərin seçilməsi nəzərdə tutulur.
Təlimin sonunda yüksək nəticələr göstərən şagirdlərə sertifikat təqdim olunacaq. Müasir standartlara cavab verən laboratoriyalarda “Məktəblilər üçün elektronika” təlimlərinə İNDİ QOŞUL!
Əlaqə: +994 55 805 68 50
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
Comments are closed, but trackbacks and pingbacks are open.