Press "Enter" to skip to content

Arxalı Canavar – Elxan Elatlı Kitap özeti, konusu ve incelemesi

Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük.

Elxan Elatlı “Arxalı canavar” PDF

Roman bir-birini sevən iki gəncin qısa dialoqu ilə başlayır. Sonda onlar qərarlaşdırırlar ki, Cavid əsgərliyə getməmişdən öncə rayona gedəcək və onlar son dəfə orada görüşəcəklər. Hər şey onların oradakı görüşündən sonra başlayır.

Selcanın evdən çıxaraq qayıtmaması və eyni gündə Cavidin dənizdə boğulması bəzi suallar doğurur. Selcanın babası polkovnik Baratov çox sevdiyi nəvəsinin tapılması üçün ən yaxşı agenti Leopardı və cinayət axtarış eksperti Qanbay Qasımlını məsələdən agah edərək xahiş edir ki, qızın adının çox çəkilməməsi şərtilə onun tapılmasına kömək etsinlər. Müəllifin əvvəlki əsərlərindən oxucuların rəğbətini qazanmış qəhrəmanları – Qanbay Qasımlı ilə Leopard ilk və son dəfə görüşürlər.

1962 – Həyatdadır

Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Elxan Elatlı “Arxalı canavar” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

arxali-canavari.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Arxalı Canavar – Elxan Elatlı Kitap özeti, konusu ve incelemesi

Arxalı Canavar kimin eseri? Arxalı Canavar kitabının yazarı kimdir? Arxalı Canavar konusu ve anafikri nedir? Arxalı Canavar kitabı ne anlatıyor? Arxalı Canavar PDF indirme linki var mı? Arxalı Canavar kitabının yazarı Elxan Elatlı kimdir? İşte Arxalı Canavar kitabı özeti, sözleri, yorumları ve incelemesi.

09 Aralık 2022 17:00 Kitap

Kitap Künyesi

Yayın Evi: Elgün Yayınları

Sayfa Sayısı: 270

Arxalı Canavar Ne Anlatıyor? Konusu, Ana Fikri, Özeti

Azerbaycan`ın tanınmış polisiye yazarı Elhan Elatlı`nın ” Arkalı Kurt ” romanında öteki kitaplarından tanıdığımız, sevdiğimiz detektiv Kanbay Kasımlı ve MİT`in detektivi ” Leopar” lakaplı Alemdar son kez buluşurlar.

Arxalı Canavar Alıntıları – Sözleri

  • Bu təkcə onun yox, əksər Azərbaycan qızlarının bədbəxtliyi idi hələ də. Ailə qurmaq xatrinə sevmədən ərə gedirdilər, ailəni dağıtmamaq xatirinə sevmədikləri bir adamla ölənədək dözüb yaşayırdılar.
  • -“Ama. Doğru deyirlər ki, başımıza nə gələcəyini Ulu Tanrıdan başqa heç kim bilmir.
  • Niyə axı? Niyə sevmədiyi bir adamla ömrünü çürütmüşdü? Yaxşı, lap tutaq ki, bu vaxta qədər yaşamışdı. Bəs niyə ayrılıb öz müstəqil, azad həyatını yaşamaq istəmirdi? Uşaqlarına görə? Hə, istəmirdi uşaqları ya atadan, ya anadan ayrı düşsün. Ya, bəlkə, bu varlı və dəbdəbəli həyata öyrəşmişdi? Bəli, deyəsən bu da var idi. Amma sevdiyi kasıb bir oğlanla ailə qurub, kasıb yaşasaydı özünü bundan artıq xoşbəxt hesab edərdi. Ya, bəlkə, qanına işləmiş milli xüsusiyyətlər idi ərindən ayrılmağa mane olan? Atasının onu xalasıgildən gəlin köçürərkən qulağına dediyi son sözləri xatırladı: «Bundan sonra o evdən ancaq sənin meyidin çıxa bilər. >>
  • -Əgər namusuma, qeyrətimə toxunan bir işlə qarşılaşıramsa, deməli məndən asılı olmayaraq qarşımda 2 yol durur. Birinci yol qabağa gedib vuruşmaqdır. Bu zaman həyatını riskə atırsan. Qalib də ola bilərsən şəhid də. – Bəs ikinci yol? – Selcan soruşdu. -İkinci yolu ALLAH heç kəsə göstərməsin. O yolu seçən nə ölmür nə də yaşamır. Şəxsən mənim nəzərimdə ölümdən çox pisdir bu.Şəxsiyyətini, mənliyini, qeyrətini tapdaladandan sonra ayaq üstə necə gəzmək olar, bilmirəm.
  • Pərvanə xanım bir şeyi anlaya bilmirdi. Anlaya bilmirdi ki, bəzi insanlar niyə cinsi əlaqəni heyvanlar kimi dərk edirlər? Axı bu zövqü insanlara bəxş edən Tanrı onu məhəbbətlə bir yerdə verib! Qarşılıqlı məhəbbət olmadan necə ola bilər axı bu iş? Axır ki, anlaya bilmirdi bunu.
  • Neyləsin? Kişilik pulla alınsaydı, nə qədər lazımdır alıb yığardı.
  • Ailə qurmaq xatirinə sevmədən ərə gedirdilər, ailəni dağıtmamaq xatirinə sevmədikləri bir adamla ölənədək dözüb yaşayırdılar.
  • Neyləsin? Kişilik pulla alınsaydı, nə qədər lazımdır alıb yığardı.
  • Amma. Doğru deyirlər ki, başımıza nə gələcəyini Ulu Tanrıdan başqa heç kim bilmir.
  • Anlaya bilmirdi ki, bəzi insanlar niyə cinsi əlaqəni heyvanlar kimi anlayırlar? Axı bu zövqü insanlara bəxş edən Tanrı onu məhəbbətlə bir yerdə verib! Qarşılıqlı məhəbbət olmadan necə ola bilər axı bu iş.

Arxalı Canavar İncelemesi – Şahsi Yorumlar

Bura bu kitabdan daha çox Elxan Elatlı’nın incelemesini buraxmaq istəyirəm. (bir az sərt ola bilər) İlk kitab oxumağa başlayanda Elxan Elatlının kitablarını oxuyurdum. Həmin vaxt üçün mənə maraqlı gəlirdi. Çünki minimal düşünən insanlar üçün maksimal kitablar yazır. Və tarix 17 iyul 2021 artıq kitablarına yaxın belə dura bilmirəm. Dili çox bəsitdir,(sadə və axıcı yox) hər hansı sətiraltı mənalar çətinliklə tapmaq olar. Sadəcə vaxt itkisidir. Detektiv adıyla həvəslə başlayırsan oxumağa. Baxırsan yataq epizodları, mənasız uzadıcı dialoqlar, vulqar sozler, az qala hər əsərdə qadın xəyanəti, hər əsərdə qadının nəfsi zəifliyi, aşağılanmasi, her əsərdə küçə-məişət sözlərinin işlənməsi. Əsəri adamın gözündən salır. Məsələn Qan ləkəsində Məltəmin kalqotkasinin cırılmış yerindən baldırının görünməsi çox mənasız təsvir idi. Və buna bənzər daha çox epizodlar. (bir də hər yaş həddinə tövsiyə olunur ha-ha-ha) Əmin ola bilərsiz ki, yazdıqları Xoşqədəm Hidayətqızının verilişi ab-havasından o tərəfə keçmir, elə bil bütün hekayəni qonşu qadın tum çırtlayaraq danışır, ortaq mövzu dəyişməz olaraq: rayondan gəlib şəhər mühitinə düşəndə nəyəsə görə ‘özünü buraxan”, mütləq kasıb həyatdan qurtulmaq üçün dekana, rektora, hansısa sponsora məşuqə olan qadın və ya imkanlı xəyanət edən baş qəhrəman obrazlı əsərlər yazır da, bundan artıq nə var ki. yəni bu adamın yazdıqları adama nə qata bilər ki, ” xəyanət etmə, namuslu ol acgöz olma,” bu qədər bəsit yəni. onları da az qala 5 yaşında uşağa başa salırmış kimi loru dildə yazır zalım. Bunları da bilmək üçün mütləq pul verib Elxan Elatlı kitabı alıb oxumağa gərək yoxdur hər halda. nə bilim, vaxt var idi, mən də kitablarını maraqla oxuyurdum, sonra baxdım ki, millətin çəmini tutub, aradabir patriot mövzularla camaatın damarını tutur (Bax: Leopard Ələmdar ) amma hara da fırlatsan, ehtiras, şəhvət, ağ budlar, aldatmaq adamın gözünü deşir, nolub akişi. adamın ürəyi bulanır daha. Fəridə, Cəvahir, Nailə, o, bu, dincəl də daha, adam qalmadı. Bu kitabda da namus, qeyrət, namus, qeyrət sözlərini görməkdən ürəyim sıxıldı, yarım buraxdım getdi. Təəssüf “belə yazıçının həmvətənim olmasına görə fəxr edirəm” cümləsini Elxan Elatlıya aid edə bilmirəm. (Camal Cəfərov)

Elxan Elatlı: Hələ oxuya bilməmişəm yeni qeydiyyatdan kecdim oxuyub fikirlərimi bildirecem amma məncə Elxan Elatlınin maraqsız əsəri olmaz “pəncərədən görünən kölgə”,”xəyanət”,”qara yaquar”,”Bakıdan gələn xəfiyyə”və daha bir neçə adı indi yadımnan çıxan əsərlərini oxumuşam və zövq almışam (Aytac Əhmədova)

Arxalı canavar -Elxan Elatlı: Əsərdki vəhşiliklərin, özbaşınalıqların qarşısının alınmasını dəy halını aldığını bilirik artıq hardasa.Qəhrəmanımız Qanbay Qasımlıdırsa burda dah çox peşəkarlıq öz sözün deyir.Amma yox. qəhrəmanımız Leoparddırsa burda peşəkarlıqla bərabər Leopardın hisləri də özünü göstərəcəkdir mütləq.Baratovun heç sevmədiyi hisslər.DÖVLƏTİN OĞLU, QIZISIZ DEYƏRƏK BÖYÜDÜB HAZIRLDIĞI QƏHRƏMANLAR DÖVLƏTİN LAYİQİNCƏ OĞLU QIZI OLMAĞA CANLARIN QOYURLAR.AMMA HİSLƏRİNİ CİLOBLAYA BİLMİRLƏR BƏZƏN Gülərək oxuduğum səhnə. kənddə yaşayan pozğun bir qadından məlumat almaq üçün Ələmdarın göndərdiyi ən yaxın dostu, sonradan məxfi təşkilata daxil olacaq olan idmançının təcrübəsizlikdən özünü itirib qarını boğaraq öldürməsi idi. Amma cavan oğlanın canavar qəfəsinə salınıb diri diri parçalandığı səhnəni də unutmadım. Yazarın 2qəhrəmanını da -Qanbay Qasımlı və Ələmdarı görüşdürdüyü əsər deyə yaddaşda qalır məncə. (Arzu Qasimova)

Arxalı Canavar PDF indirme linki var mı?

Elxan Elatlı – Arxalı Canavar kitabı için internette en çok yapılan aramalardan birisi de Arxalı Canavar PDF linkidir. İnternette ücretli olarak satılan çoğu kitabın PDFleri bulunmaktadır. Ancak bu PDF’leri yasal olmayan yollarla indirmek ve kullanmak hem yasalara hem de ahlaka aykırıdır. Yayın evlerinin sitesinden PDF satılıyorsa indirebilirsiniz.

Kitabın Yazarı Elxan Elatlı Kimdir?

Elhan Elatlı 1962 yılı, 19 aralık Azerbaycan`ın Şamahı bölgesinin Sis köyünde doğdu. Çocuk yaşlarından edebiyyata büyük ilgisi varmış. Küçük çaplı şiirler ve hikayeler yazarmış.

1980-1985 yıllarında BDU ( Bakü Devlet Üniversitesi ) mekanika-matematik bölümünü okudu. 1985-2001’li yıllarda fizik-matematik öğretmeni, yürütmenin bölge özel temsilcisi, okul müdürü görevlerinde çalıştı.

2001 yılından beri Bakü de yaşıyor.

Şimdiye kadar 14 kitabı çıktı. Bunlardan 3`ü şiir,2`si mantlksal matematik, 9`uysa polisiye kitaplardır. “İhanet” romanından sonra polisiye türünde tanınmağa başlamışdır.

Yazar, Azerbaycan Yazarlar Birliği üyesidir.

Elxan Elatlı Kitapları – Eserleri

  • Adsız Tablo
  • Seçilmiş Cəza
  • Ən Yaxın Planet
  • Arxalı Canavar
  • Qisas Gecəsi
  • Cəhənnəmdən Gələn Səs
  • Yeddinci Mərtəbədə Qətl
  • İtmiş Qızın Axtarışı
  • Dilənçi Qadının Sirri
  • Ələkeçməz Yaquar
  • Pəncərədə Görünən Kölgə
  • Bakıdan Gələn Xəfiyyə
  • Xəyanət
  • Görünməyən İzlər
  • Qanunsuz Əməliyyat
  • Niyə Susursan, Polkovnik?
  • On Dördüncü Adam
  • Məhəbbətin Gizli Kodu
  • Qan Ləkəsi
  • Xəstə ruhlar
  • O Gecə Yağış Yağırdı
  • Mərtəbələr
  • Ölüm Ağacının Kölgəsində
  • Eksperiment
  • Qanbay Qasımlının Xəfiyyələri
  • Armed Mişel
  • Yeddinci Mərtəbədə Qətl
  • Uğursuz Gecə
  • Qan Ləkəsi

Elxan Elatlı Alıntıları – Sözleri

  • “Çalış insanları şərdən xilas et, bu, sənin özünə verdiyin sədəqədir.”.. (Adsız Tablo)
  • “Mənim ölümümdə heç kəs günahkar deyil. Bunu özüm düşünmüşəm. Çünki, həyatın heç bir mərtəbəsində yerim yoxdur artıq. ” (Mərtəbələr)
  • Anlaya bilmirdi ki, bəzi insanlar niyə cinsi əlaqəni heyvanlar kimi anlayırlar? Axı bu zövqü insanlara bəxş edən Tanrı onu məhəbbətlə bir yerdə verib! Qarşılıqlı məhəbbət olmadan necə ola bilər axı bu iş. (Arxalı Canavar)
  • Aydan sonra Yerə ən yaxın olan göy cismidir. Biz onu hər gün səhər, dan yeri yenicə sökülməyə başlayanda görürük. Bu zaman o Ay kimi parlaq və gözəl olur. Günümüzə günəşdən qabaq gəlməklə bizə səhərin açılacağını xəbər verir. Qəlbimizi sevinclə, inamla doldurur. Sonra isə itiririk onu. O daha görünmür. Həyat da Kainat kimi çox qəribədir. Bəzən bizə ən yaxın olan biri, eyni zamanda, başqalarından daha uzaq görünür. Onu həm yaxın hesab edirik, həm uzaq. Az qala özümüz qədər yaxın hesab edirik, ona görə ki, hərarəti ilə qəlbimizi isidir, sonsuzluq qədər uzaq hesab edirik, ona görə ki, əlimiz çatmır… (Ən Yaxın Planet)
  • -İnsanları tanımaq çox çətindir. (O Gecə Yağış Yağırdı)
  • Kim nə deyir-desin, körpələrlə ünsiyyətdə olmaq özü bir dünyadır. Onların hər bir qayğıdan uzaq şən qığıltısı, gülən və hamını güldürən büzüşmüş dodaqları, zərif, koppuş yanaqları, balaca, lap balaca əlləri. (Niyə Susursan, Polkovnik?)
  • “Bədənsiz ruhlar elə ruhsuz bədənlər kimi qorxusuzdurlar, buna əmin ola bilərsiniz. Onlar bəzən cinayət törətmək istəsələr də bunu bacarmayacaqlar. Çünki məqsədlərini həyata keçirən bədən tapılmayacaq” (Xəstə ruhlar)
  • Nə isə. Adam Allahını unudanda , doğrudan da, hər şey edə bilərmiş. (Niyə Susursan, Polkovnik?)
  • Heç bir adam barəsində «o belə bir iş tutmaz!» sözünü demək düzgün deyil. (Qan Ləkəsi)
  • Başını qaldırıb kitab şkafının üst rəfində ayrıca qoyulmuş qırmızı cildli kitaba baxdı.Bu, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsi”idi.Qəhvədən bir qurtum içib kinayə ilə gülümsədi.Maraqlıdır,görəsən,niyə bu məcəllələrdə bir cinayətin cəzası yeddi il azadlıqdan məhrum etməkdən başlayır,başqa cinayətinki,məsələn,səkkiz ildən?Yəni,bu rəqəmlər arasında,doğurdanmı ədalətə xidmət edən məntiqi bir fərq var idi? Bu kitaba hər dəfə baxanda düşünürdü ki,dünyada,insanlar arasında ədalət deyilən şey yoxdur.Nə ədalət var,nə də lazımi qədər ədalətli adamlar.Ədalət olsaydı,cinayətlər olmazdı.Ya kifayət qədər sözün həqiqi mənasında ədalətli adamlar olsaydı,onları hakim kürsülərində əyləşdirərdilər və onlar da hər hansı cinayəyin cəzasını öz ədalətli qəlblərinin sözünə baxmaqla müəyyən edərdilər.Kitabsız-filansız. (Seçilmiş Cəza)
  • -Yox , əzizim , məhəbbətə görə heç vaxt cinayət törətmirlər . Cinayətlər şəhvətə , məşum ehtiraslara görə törədilir . (Yeddinci Mərtəbədə Qətl)
  • Keçmişdə deyirlərmiş ki, Tanrı qadını yaradanda gözəlliyi gözlərinə, təravəti dərisinə, incəliyi burnuna, çənəsinə, şirinliyi dodaqlarına və dişlərinə verib. (Bakıdan Gələn Xəfiyyə)
  • Tanrı öz yaratdıqlarına heç vaxt ayrı-seçkilik etməzdi. Ayrı-seçkilik etmək xüsusiyyəti yalnız insanlara məxsus idi. (Qanunsuz Əməliyyat)
  • Səngərdə bir əsgəri danışdırırlar,deyir ki,mən bura ölməyə gəlmişəm.Öldürməyə gəlmişəm deməkdənsə, ölməyə gəlmişəm deyir.Belə əsgər olar?Buna qulaq asanlar da fikirləşəcək ki,düşmənin üstünə gedən ölməyə gedir. (Qisas Gecəsi)
  • Deyirdilər ki, atasına bənzəyən qız xoşbəxt olur. (Niyə Susursan, Polkovnik?)
  • Mənə baş sındırmaq üçün dolaşıq məsələlərdən, ədalətə xidmət etməkdən duyduğum məmnunluqdan və normal yaşamaq üçün lazım olan minimum məbləğdə puldan başqa bir şey lazım deyil. (İtmiş Qızın Axtarışı)
  • Doğru deyirsən, qızım, – Qasımlı başını kədərlə tərpətdi, – kəlbəcərlilərin bugünkü durumu dünyanın haqsız dünya olduğuna bir daha sübutdur. (Qanbay Qasımlının Xəfiyyələri)
  • Həyatda inamını, ümidini tamamilə itirmiş adam, əslində, elə ölü kimi bir şeydir. (Qan Ləkəsi)
  • Bu vəhşilər qeyrəti qarşısında məğlub olduqları türk qadınının cəsədindən intiqam almışdılar. Mahirənin Ələmdarın xatirəsinə əbədi həkk olunmuş o ala gözləri ovulub çıxarılmışdı. (Ölüm Ağacının Kölgəsində)
  • Axı insan şəxsən öz başına gəlməyincə heç bir kəsin faciəsini dərindən anlaya bilmir. (Qanunsuz Əməliyyat)

Comments are closed, but trackbacks and pingbacks are open.