Press "Enter" to skip to content

Elxan elatli xəyanət

Dekabrın 6-da TEAS Press Nəşriyyat Evi və LIBRAFF kitab mağazaları şəbəkəsinin təşkilati dəstəyi ilə detektiv əsərlər müəllifi Elxan Elatlının “On dördüncü adam” romanının təqdimatı və imza günü keçirilib.

Elxan Elatlının “On dördüncü adam” romanının təqdimatı keçirildi – FOTO

Dekabrın 6-da TEAS Press Nəşriyyat Evi və LIBRAFF kitab mağazaları şəbəkəsinin təşkilati dəstəyi ilə detektiv əsərlər müəllifi Elxan Elatlının “On dördüncü adam” romanının təqdimatı və imza günü keçirilib.

Publika.az xəbər verir ki, TEAS Press Nəşriyyatı Evi tərəfindən Elxan Elatlının işıq üzü görən “On dördüncü adam” romanı bir insanın gəncliyində buraxdığı səhv ucbatından yaşadığı faciəli həyatdan bəhs edir. Yeni milli bestseller detektiv süjet üzərində qurulsa da burada Tanrıya münasibət, insanın öz taleyində daşıdığı rol və məhəbbət mövzuları ön plana çəkilib. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Populyar Azərbaycan yazıçısı Elxan Elatlı qələmini müxtəlif janrlarda sınasa da, daha çox detektiv romanlar müəllifi kimi tanınır.

Yazıçının indiyədək 25 kitabı işıq üzü görüb. Onların dördü şeir, ikisi riyazi məntiq, biri qəhrəmanlıq romanı (“Qisas gecəsi”), digəri isə psixoloji romandır (“Mərtəbələr”). Daha 17 detektiv nəsr əsərinin müəllifi olan Elxan Elatlı “Xəyanət” romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli “Qan ləkəsi” romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan “Cəhənnəmdən gələn səs” romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab olunur. Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatıdır.

Xəyanət

Osmanov Elxan Əbdürrəhman oğlu – azərbaycanlı yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı. Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. “Kirpi” jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub.

1980–1985–ci illərdə BDU–nun mexanika–riyaziyyat fakültəsində oxuyub. 1985–2001–ci illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 14 kitabı işıq üzü görüb ki, onların üçü şeir, ikisi riyazi məntiq, doqquzu isə detektiv nəsr əsərləridir. “Xəyanət” romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli “Qan ləkəsi” romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan “Cəhənnəmdən gələn səs” romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab oluna bilər. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ratings & Reviews

What do you think?
Rate this book
Write a Review

Friends & Following

Community Reviews

151 ratings 6 reviews
Search review text
Displaying 1 – 6 of 6 reviews
12 reviews
Musiqidən başqa təmiz bir şey qalmayıb bu dünyada
30 reviews

Xəyanətin nə olduğunu, necə yarandığını indiyə qədər dəqiqləşdirə bilməsəm də,bir şeyi dəqiq bilirəm:elə adamlar var ki,onlar xəyanət etməyi sadəcə olaraq bacarmazlar!

Comments are closed, but trackbacks and pingbacks are open.