Elxan Elatlı Yeddinci Mərtəbədə Qətl PDF
(Elxan Elatlı “Qisas gecəsi” romanından) İbrahimov Mübariz Ağakərim oğlu.
Elxan Elatlı
Elxan Elatlı (tam adı: Elxan Əbdürrəhman oğlu Osmanov ) — azərbaycanlı yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı.
Həyatı
Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. “Kirpi” jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub.
1980–1985–ci illərdə BDU–nun mexanika–riyaziyyat fakültəsində oxuyub. 1985–2001–ci illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 28 kitabı işıq üzü görüb ki, onların dördü şeir, ikisi riyazi məntiq, biri qəhrəmanlıq romanı(“Qisas gecəsi”), digəri psixoloji roman (“Mərtəbələr”) və “Xəstə ruhlar” əsəri tarixi-detektiv roman, on doqquzu isə detektiv nəsr əsərləridir. “Xəyanət” romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli “Qan ləkəsi” romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan “Cəhənnəmdən gələn səs” romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab oluna bilər.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Əsərləri
- “Ağrıyır ürəyim, ağrıyır yaman” (şeirlər)
- “Səhv edirik biz” (şeirlər və qəzəllər)
- “Axtar məni” (şeirlər və qəzəllər)
- “Seçilmiş şeirləri” (şeirlər, poemalar)
- “Düşün bir az” (məntiqi riyaziyyat məsələləri)
- “Maraqlı məntiq məsələləri”
- “Yeddinci mərtəbədə qətl” (detektiv povest və hekayələr)
- “İtmiş qızın axtarışı” (detektiv povest və hekayələr)
- “Pəncərədə görünən kölgə”
- “Xəyanət”
- “Qan ləkəsi”
- “Bakıdan gələn xəfiyyə”
- “Dilənçi qadının sirri”
- “Cəhənnəmdən gələn səs” (həmçinin rus dilində “Голос из ада”)
- “Görünməyən izlər”
- “Qisas gecəsi” (Mübariz İbrahimova həsr olunmuş qəhrəmanlıq romanı)
- “Arxalı canavar” ( Qanbay Qasımlı & Ələmdar Məlikov )
- “Ələkeçməz yaquar” ( Ayxan Asayev & Melissa )
- “Ən yaxın planet”
- “Seçilmiş cəza”
- “Adsız tablo”
- “Mərtəbələr” (psixoloji roman)
- “Niyə susursan, polkovnik?”
- “Qanunsuz əməliyyat” ( Ələmdar Məlikov & Gültən Dəmirli )
- “Xəstə ruhlar” (tarixi-detektiv roman)
- “Məhəbbətin gizli kodu”
- “14 – cü Adam”
- “Ölüm ağacının kölgəsində”
- “Eksperiment”
Əsərlərinin əsas obrazları
Qanbay Qasımlı — “Qara xəfiyyə”, İstefada olan polis polkovniki, cinayət axtarış eksperti. 10 yaşında evlərində olan yanğın səbəbi ilə valideynlərini itirmişdir.(On beş il əvvəl Moskvada Baş Cinayət Axtarış İdarəsində çalışıb.Orada yaxşı ad-san qazanıbmış.Ona “Qara xəfiyyə” deyirlərmiş.Sonra həyat yoldaşı Olqanı və körpə qızı Tahirəni vəhşicəsinə öldürüblər.O da intiqamını Sergey adlı dəstə başçısından aldıqdan sonra istefa verərək Bakıya qayıdıb.İndi tək yaşayır.Tanınmış qəzetlərdən birində şöbə müdiri işləyən Nemət Sabirli (on ildən bəri tanıdığı,neçə tədqiqat işində birlikdə olduğu,hərdən mənzilinə gəlib onunla söhbət edən,şahmat oynayan jurnalist dostu) ilə qapı qonşudur.Bakıya təzə gələndə bir-iki il Polis Akademiyasında saathesabı mühazirə oxuyub.Amma indi maraqlı təhqiqat işi olanda müstəqil məşğul olur. Həyata onu yenidən bağlayan Nilufər adlı xanımla ikinci dəfə ailə həyatı qurub və hazırda Aqil adlı bir oğul övladları var.
Ələmdar Məlikov — “Leopard”, Məxfi Şöbənin rəisi, polkovnik ( Onun məxfi şöbədə qeyd olunmuş gizli adı Leoparddır.Milliyətcə Azərbaycan Türküdür.Ali kəşfiyyat məktəbini bitirib.Şöbənin ən etibarlı agenti hesab olunur.Hərbi rütbəsi polkovnikdir. Güclü qavrama,müşahidə qabiliyyətinə malik,son dərəcə cəsarətli bir kəşfiyyatçıdır.Gəldiyi düzgün məntiqi qərarlarla tərəddüd etmədən hökm verməsi əsas xüsusiyyətlərindən biridir.Rus,ingilis,erməni dillərini mükəmməl bilir.Vətənpərvərdir.Milli hissiyatı çox güclüdür.Qeyri-adi fiziki gücə və hazırlığa malikdir.Əlbəyaxa döyüşün bütün üsullarına bələd olmaqla,silahlardan da bacarıqla istifadə edə bilir.”Qara kəmər”sahibidir. Mənfi xüsusiyyətləri:kinlidir,çılğındır,şəxsi hissləri bəzən ümumi məqsədləri üstələyir.. )
Gültən Dəmirli — “Vaşaq”, Məxfi Şöbənin gizli agenti ( Dünyaya gəldikdən sonra anası tərəfindən körpənin həyatını xilas etmək məcburiyyətdən uşaq evinə atılan və General Baratov tərəfindən götürülüb Vətənin qızı kimi yetişdirilən,bir çox döyüş sənətinin mahir ustasıdır “Vaşaq” . Hazırda əsgər həyatına bənzər bir ömrü tək yaşayır.Ələmdar Məlikovun gizli və aşkar aşiqidir Gültən Dəmirli )
Ayxan Asayev — Ələkeçməz Yaquar əsərindəki Axilles ləqəbli qəhrəman (Bu oğlan elə Axillesin özüdür.Yəni,Axilles ləqəbidir bunun.Rəsmi adı Ayxan Asayevdir.Bu adı atası verib ona.Sumqayıtda doğulub.Anası isə çeçen olub.Kazanda yaşayıblar..Ayxan da elə orada anadan olub.Əfqanıstanda,İraqda,Türkmənistanda müxtəlif ağır əməliyyatlarda iştirak edib.Neçə dəfə çox təhlükəli vəziyyətlərdən sağ-salamat çıxıb.Ayxan Asayevi tapmaq və ya öldürmək o qədər də asan məsələ deyil.Axilles ləqəbini almasına səbəb-dəfələrlə ölüm təhlükəsindən qurtulması və bir növ gülləbatmaz olduğu üçündür. Yunan mifologiyasında Axilles əfsanəvi qəhrəman olub.Guya anası oğlunu ölməz etmək üçün onu yeraltı müqəddəs Stiks çayının suyuna salıb.Suya salarkən dabanından tutduğu üçün ora müqəddəs su dəyməyib və Axillesin yeganə zəif yeri dabanı olub. Yaşının az olmağına baxmayaraq,kifayət qədər təcrübəlidir.Bir il ciddi xəfiyyə məktəbi keçib.Növbəti iki ildə isə müstəqil olaraq, doqquz cinayətin üstünü açıb..Axilles çox kinli və qətiyyətlidir.Qarşısına qoyduğu məqsədə çatmaq üçün heç nədən çəkinən deyil.
Mübariz İbrahimov — “Qisas gecəsi” əsərinin qəhrəmanı (Azərbaycanın Milli Qəhrəmanı) – Azərbaycan. Bir xain erməni millətinin ucbatından başı həmişə olmazın müsibətlər, bəlalar çəkmiş qədim türk yurdu. Azərbaycanın bir parçası Biləsuvar.
Biləsuvarın Əliabad kəndi. 1988 -ci ilin soyuq fevral ayında bu kənddə bir oğlan uşağı dünyaya göz açdı. Qonur gözlü, ay parçası kimi yaraşıqlı bu körpənin dünyaya gəlişindən Dünya xəbər tutmadı. Çünki o ən adi bir insan övladı kimi, sadə bir türk ailəsində doğulmuşdu.
(Elxan Elatlı “Qisas gecəsi” romanından) İbrahimov Mübariz Ağakərim oğlu.
Bir cəsur ürək. Bir Türk əsgəri. 19 iyun 2010-cu il tarixində, gecə saat 23:30 radələrində Mübariz kimsəyə xəbər vermədən sadəcə, “Şəhid olsam üzülməyin. Vətən sağ olsun!” deyə bir məktub yazdı və Ermənistan sərhədinə basqın etdi. Erməni dəstək qüvvələri ilə 5 saata yaxın vuruşan qəhrəman Mübariz səhərə doğru şəhid olur. Ermənilər hətta Mübarizin cəsədindən belə qorxaraq əllərini bağlamış, şəkillərini çəkərək Rus mediyasında yayınlamışdılar.
Detektiv janrı haqqında
Detektiv janrı və ya xəfiyyə ədəbiyyatı, detektiv ədəbiyyatı — bədii ədəbiyyat növü; faktların məntiqi təhlili ilə gizli cinayətlərin açılmasından, xəfiyyələrin (detektivlərin) macəralarından bəhs edən roman, povest, hekayə.
Detektiv ədəbiyyatda konflikt, əsasən, ədalətin qanunsuzluqla toqquşması üzərində qurulur
Detektiv janrının yaranmasını bəziləri Qaston Lerunun “Sarı otağın sirri”, bəziləri isə Amerika yazıçısı Edqar Allan Ponun “Morq küçəsində qətl” romanı ilə bağlayır. Ancaq dünya ədəbiyyatı tarixində ilk dedektiv roman Çarlz Feliks ləqəbli müəllifin “Nottinq Hillin sirri” romanı hesab olunur. Bu roman ilk dəfə 1862-1863-cü illərdə hissələrlə “Once a Week” jurnalında çap olunub. Daha sonra 1863-cü ildə ayrıca kitab şəklində “Bradbury & Evans” nəşriyyatı kitabı yayımlayıb.
Deyilənə görə, Uilyam Qodvinin 1794-cü ildə yazdığı bir romanın qəhrəmanı da xəfiyyə olub. Amma tarix və araşdırmalar həqiqəti üzə çıxardı.1975-ci ildə Britaniya detektiv romanlar yazıçısı və şair Culian Simmons isbat etdi ki, ancaq “Nottinq Hillin sirri” romanı detektiv roman kriteriyalarına cavab verir.
Simmons sübut etdi ki, süjetin dağınıqlığından tutmuş, xəfiyyələrin topladığı sübutların müxtəlifliyinəcən və günahın sübutunun metodlarına qədər əsl detektiv “Nottinq Hllin sirri”dir. Simmonsun sözlərinə görə, kitabın müəllifi Çarlz Feliksin təsvir etdiyi üsullar—şahidlərin dindirilməsi, maddi sübutların toplanması və başqa detektivə xas xüsusiyyətlər ancaq 1920-ci illərdən sonra yazılan detektiv romanlarda istifadə olunmağa başlayıb. Yeri gəlmişkən, Çarlz Feliks adıçəkilən romanında öz həyat yoldaşını öldürməkdə təqsirli bilinən bir baronu təsvir edib. Müstəntiq Ralf Xenderson istintaq prosesində nəinki bu işin, hətta daha iki cinayətin üstünü aça bilir. Araşdırmaçılar Çarlz Feliks gizli imzası altında o dövrün məşhur vəkili Çarlz Uorren Adamsın (ing. Charles Warren Adams) gizləndiyini güman edirlər. Onun başqa romanları da ədəbiyyat araşdırmaçılarına məlumdur. Ümumiyyətlə, dünya ədəbiyyatında detektiv, daha doğrusu, kriminal süjetlər gen-bol istifadə olunub.
Dostoyevskinin məşhur “Cinayət və cəza” romanını klassik detektiv hesab edən tənqidçilər də var. Ancaq həm Dostoyevski də, həm də dünya ədəbiyyatının digər tanınmış yazıçılarında detektiv macəraçılıqdan o tərəfə keçə bilmir. Edqar Allan Ponun əsərləri isə detektiv janrının bütün xüsusiyyətlərinə cavab verir.
Detektiv janrı öz inkişaf yolunda çox ciddi inkişaf mərhələlərindən keçib. İlkin dövrlərdə “hermetik detektiv” (kiçik bir məkanda — otaqda, ofisdə, vaqonda, evdə baş verən hadisələrin təsviri) populyar olsa da, 1980-ci illərindən başlayaraq dünya detektiv ədəbiyyatı öz inkişafının növbəti mərhələsinə başladı. Dünyaca məşhur yazıçılar artıq detektivi başqa janrlarla sintez etməyə və bunun nəticəsində yeni ədəbi janrlar meydana gətirməyi bacardılar. Bu cəhdlər nəticəsində tarixi detektiv, intellektual-kulturoloji detektiv, siyasi detektiv, mistik detektiv, fantastik detektiv janrları yarandı. Umberto Ekonu, Orxan Pamuku, Haruki Murakamini bu sahənin öncülləri hesab etmək olar. Ancaq bu yazıçılar detektiv ədəbiyyatı nümayəndəsi hesab olunmurlar. Onların romanlarında detektiv xətt sadəcə romanın strukturunun və süjetinin rəngarəngliyinə xidmət edir, postmodern roman xüsusiyyətlərinə isə tam cavab verir.
Çingiz Abdullayevin banisi olduğu siyasi detektiv janrı isə detektiv ədəbiyyatında yeni mərhələ hesab olunur. Baxmayaraq ki, Frederik Forsayt,Eduard Topol kimi yazıçılar da bu janrda öz qələmlərini sınayıb.
Elxan Elatlı “Yeddinci Mərtəbədə Qətl” PDF
Uzaq kəndlərin birində gənc ər-arvad gecə öz evlərində öldürülür. Prokurorluq və polis bir ay təhqiqat aparsa da, xeyli şübhəli şəxs istintaqa cəlb edilsə də qatil tapılmır. Axtarış düyünə düşür. Səbəb öldürülən ər-arvadın ən yaxın adamlarından birinin yalan danışmasıdır. Həmin şəxs qətlə yetirilmiş yaxınlarına görə nə qədər əzab çəksə də, namus ləkəsini gizlətmək üçün yalan danışmağa məcburdur. Cinayətin açılması üçün Bakıdan dəvət edilmiş Qanbay Qasımlı isə işə başlayan kimi hər kəsin əhəmiyyətsiz sayıb üstündən keçdiyi kiçik bir nüansa diqqət yetirir. Bu nüans cinayətin baş verdiyi gecə yağan yağışda gizlənib.
1962 – Həyatdadır
Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Elxan Elatlı “Yeddinci Mərtəbədə Qətl” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
elxan-elatli-yeddinci-mertebede-qetl.pdf
Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.
Comments are closed, but trackbacks and pingbacks are open.