Emin mehtiyev azərbaycanda ailə dəyərləri
Bu gün ölkəmizin həyatında önəmli rol oynayan, hər birimiz üçün gözəl nümunə olan Azərbaycan qadın hərəkatının lideri, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında h əyata keçirilən ailə problemlərinin həlli istiqamətində önəmli layihələrin gerçəkləşdirilməsini xüsusilə qeyd etmək lazımdır. Azərbaycan ailəsinin problemlərini diqqət mərkəzində saxlayan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ailələrimizin rifahına yönəlmiş böyük layihələr uğurla reallaşır. Onun cəmiyyətdə yaratdığı misilsiz mənəvi mühit, ulu öndərin şəxsi nümunəsindən qaynaqlanan ideal ailə modeli insanları daxili zənginliyə və mənəvi saflığa səsləyir. Bu uğurlu, fəxr etdiyimiz örnək ailələr Azərbaycanın gələcəyinin təminatçısıdir.
Ulu Öndər Heydər Əliyev və ailə dəyərləri
Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edirdi: “Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”.
Ulu Öndər heç bir Azərbaycan ailəsinin taleyinə laqeyd qala bilmirdi. O, Azərbaycanda ailə adətlərimizin ləyaqətlə davam etdirilməsi üçün hər cür imkan və şərait yaradır, bu işdə dəstəyini xalqdan əsirgəmirdi. Azərbaycana rəhbərlik etdiyi hər bir dövrdə çoxuşaqlı və aztəminatlı ailələrə, əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərir, onların övladlarının təhsilini nəzarətdə saxlayırdı. Ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusu, qayda-qanunu, əlaqələri və prinsipləri gözləməyə borcludur. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bütün bacardığını etməli, hamıya hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara tam riayət etməlidir. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə İnstitutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə və inkişafına gətirib çıxarır.
Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin tariximizdə silinməz iz qoyan nəsil şəcərəsi, eləcə də özünün nümunəvi ailə tarixçəsi, onun müqəddəs ocağının davamçıları – Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailəsi də cəmiyyətimizə, xüsusən də gənclərimizə böyük örnəkdir. Tarixi xidmətlərinə görə bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev siyasi aləmdəki uğurlarının arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. Söz yox ki, nəhəng şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır. Ulu öndər Heydər Əliyev öz xatirələrində qeyd edirdi: “. Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib. ”.
Çağdaş dünyanın qlobal problemlərindən biri də sosial-mənəvi, mədəni-milli mühitin saflığının qorunmasıdır. Bu baxımdan ailə istər şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irs, əxlaqi norma və qaydaların ötürücüsü rolunu oynayır. Bir sıra alimlər təsdiq edir ki, dövrümüzdə insanların ailəyə olan tələbatı azalmışdır, ailə sivilizasiyanın təsiri altında birgəyaşayışın liberal formalarına doğru təkamül edir. Lakin bir çox sosioloji tədqiqatlar göstərir ki, əksinə, müasir insan üçün ailənin, uşaqların, evin, maddi rifah halının, asudə vaxtın dəyərləri çox artmışdır. Günü bu gün də bəşəriyyətin diqqətində olan bu problemlə bağlı müxtəlif müzakirələr aparılır, çağırışlar edilir.
Hər zaman belə olubdur ki, istənilən bir xalqın, yaxud millətin tarix səhnəsində varlığı onun doğma dilinə, milli adət-ənənələrinə, özünə məxsüs etnik mədəniyyətinə sıx bağlılığından asılıdır. O cəhətdən Azərbaycan xalqının çox gözəl və zəngin milli ailə ənənələri, məişət sistemi var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir.
Fasilələrlə 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə çoxuşaqlı və aztəminatlı, eyni zamanda müharibə və əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərən, onların övladlarının təhsilini nəzarətdə saxlayan, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusa, qayda-qanuna, əlaqələrə və prinsiplərə riayət etməlidir. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bacardığını etməli, ailə üzvlərinə hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara sadiq olmalıdır.
Axı dövlətin kiçik modeli – forması sayılan milli ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Prezident İlham Əliyev də Ümummilli liderimizin bu tarixi missiyasını davam etdirərək Azərbaycan ailə ənənlərinin qorunub saxlanmasına xüsusi diqqət ayırır.
Sözün hər mənasında müstəqil dövlətimizin Əsas Qanunun – Konstitusiyanın müəllifi olan Heydər Əliyev burada ailənin mahiyyətini, ailə üzvlərinin vəzifə və hüquqlarını da xüsusi maddələrlə müəyyən etmişdir. Heydər Əliyev ailədə sağlam uşaqların doğulması, eləcə də narahatlıq doğuran məsələlərdən biri kimi qan qohumluğunun qarşısının alınması istiqamətində xüsusi fəallıq göstərir, tibb işçilərinə göstərişlər verir və ən müxtəlif səviyyələrdə müzakirələr aparırdı. O, 1995-ci ildə Respublika Ailə-Sağlamlıq Mərkəzinin açılışında çıxış edərkən qan qohumluğu evliliyi və onun fəsadları barədə deyirdi: “. Bizim xalqımızın, millətimizin həm fiziki, həm zehni cəhətdən sağlamlığı üçün yaranan problem qohumların bir-biri ilə ailə qurmasıdır. Təəssüf ki, bu, bizim millətimizin, xalqımızın qədimlərdən qalmış ənənəsidir.
Biz ənənə və adətlərimizin çoxuna hörmət bəsləyirik, onları inkişaf etdiririk və inkişaf etdirməliyik. Amma o adətlər, o ənənələr insan üçün, cəmiyyət üçün zərərlidirsə, biz onlardan xilas olmalıyıq, imtina etməliyik. Bax, bu adətənənələrdən biri də keçmişdən bizə miras qalmış, millətimizə xas olan adət – qohumların evlənməsi, ailə qurmasıdır. Siz, tibb işçiləri və alimləri bunun həm ailələr üçün, həm də, ümumiyyətlə, millətimizin gələcəyi üçün nə qədər zərərli olduğunu bilirsiniz. Amma nədənsə bu sahədə ciddi tədbirlər görülmür. Belə bir adət-ənənənin zərərli olduğu insanlara çatdırılmır, izah edilmir, bu sahədə lazımi profilaktik işlər, yəni izahat işləri aparılmır. Məhz bunların nəticəsində, – yəqin ki, siz bu sahədə tədqiqatlar aparmısınız, bilirsiniz, – çox adamlar anadangəlmə şikəst olur, yaxud əqli cəhətdən inkişaf etmir. Belələri yaşasalar da, fiziki cəhətdən çatışmazlıq onları həmişə incidir”.
Аzərbаycаn Respublikasının Birinci vitse-prezidenti, Hеydər Əliyev Fondunun prеzidеnti Mеhribаn хаnım Əliyevа qаdınlаrın problеmlərinə, onlаrın ictimаi həyаtdа аktiv rolunun təmin еdilməsinə böyük qаyğı ilə yаnаşır. Məhz “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunmasında Mehriban xanım Əliyevanın xüsusi təşəbbüsü olmuşdur. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək, genişmiqyaslı proqram və layihələrin reallaşmasına dəstək üçün yaradılan Heydər Əliyev Fondu bu missiyanı şərəflə həyata keçirir. Artıq 10 ildən çox fəaliyyət göstərən Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələri reallaşdıraraq yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.
Görkəmli ictimai-siyasi xadim Heydər Əliyev ailədaxili münasibətləri cəmiyyətdaxili münasibətlərin güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində də tətbiq etməyə çalışırdı. Bu baxımdan o, ailədə və cəmiyyətdə xüsusi yeri olan qadın və uşaqların hüquqlarının müdafiə olunmasını zəruri hesab edirdi. O deyirdi: “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bugünümüzün, gələcəyimizin dayağıdır”. Qürurla qeyd edə bilərik ki, Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qadını yeni nəsli dünyaya gətirmək, onu tərbiyə etmək, vətənə layiq böyütmək kimi çox vacib bir vəzifəni yerinə yetirməklə bərabər, ailənin möhkəmliyi və bütövlüyünün qorunması məsuliyyətini də könüllü surətdə daşıyır. Bizim qadınlarımız istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarırlar. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə ictimai həyatda fəal iştirak edərək, cəmiyyətimizin inkişafına öz töhfələrini vermişlər.
Ötən əsrin 90-cı illərində ailənin möhkəmləndirilməsinə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində ulu öndər Heydər Əliyevin təşəbbüsü, dəstəyi əsasında Azərbaycan Respublikası mühüm beynəlxalq Konvensiyalara qoşulmuş və ölkəmizdə bir sıra müvafiq qanunlar qəbul edilmişdir. Azərbaycan Respublikası BƏT-in “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli, BMT-nin “Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, “Uşaq Hüquqları haqqında”, “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında”, “Uşaqların kənd təsərrüfatında işə buraxılmasının minimum yaşı haqqında”, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” və digər Konvensiyalara qoşulmuşdur. Dövlət tərəfindən ratifikasiya edilmiş konvensiyalara əsasən daxili qanunvericilikdə mühüm islahatlar aparılmışdır. “Ailə kəndli təsərrüfatı haqqında”, “Uşaq hüquqları haqqında”, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının, onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” və “Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı” Protokolların təsdiq edilməsi barədə, “Ərdə olan qadının vətəndaşlığı haqqında” “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” “Ahıllara sosial xidmət haqqında” “Nikahdan kənar doğulmuş uşaqların hüquqi statusu haqqında” “Uşaqlı ailələrin sosial müdafiəsi haqqında” və digər qanunlar qəbul edilmişdir. Müstəqil dövlətimizin ali sənədində müəllifi Heydər Əliyev olan Konstitusiyamızda da ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları xüsusi maddələrlə müəyyən edilmişdir. Eləcə də 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit olunmuşdur.
Vahid Ömərov f.ü.f.d.,dos.
Emin mehtiyev azərbaycanda ailə dəyərləri
Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır
“Xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır”.
Tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır. Önəmlidir ki, bir sıra toplumlardan fərqli olaraq, Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatın ı və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxlamaqdadır.
Təsadüfi deyil ki, hər il may ayının 15-i dünyada təntənə ilə qeyd olunan və insanların diqqətini ailə problemlərinin həllinə bir daha yönəltmək məqsədi daşıyan Beynəlxalq Ailə Günü münasibətilə respublikamızda da silsilə tədbirlər həyata ke çirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu əlamətdar günlə bağlı təşkil etdiyi “Ailə bayramı”nda nümunəvi ailələrin seçilməsi, respublikanın müxtəlif bölgələrində mərasimlərin keçirilməsi artıq xoş ənənəyə çevrilib. Bu il ailə bayramının ünvanı vətənimizin dilbər guşəsi Lənkərandır.
Müstəqil Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Bu gerçəkliyi daim nəzərə alan Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illərdə ümummilli lider ailə siyasəti ilə bağlı məsələlərin normativ-hüquqi tənzimini və əməli həllini prioritet vəzifələrdən biri kimi qarşıya qoymuşdur.
Müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Bu da ölkədə ailəyə verilən qiymətin bariz ifadəsidir. Bu il aprelin 22-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə başçısı bu məqamları xüsusilə vurğulamışdır: “Biz ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün əsas dəyərlər Azərbaycanın milli dəyərləridir. Bu baxımdan, əgər tarixə də nəzər salsaq görərik ki, xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır”.
Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə, uşaq və yeniyetmələrin həm fiziki, həm də mənəvi c əhətdən güclü nəsil kimi formalaşdırılmasına, ümumən milli genofondumuzun möhkəmlənməsinə xidmət edir. Hazırda respublikamızda 1 milyon 831 min 100 ailə var. Son 5 ildə yoxsulluq səviyyəsi 49 faizdən 13 faizə endirilmiş, 766 min yeni iş yeri açılmışdır. Əhalinin pul gəlirlərinin təkcə 2008-ci ildə 36 faiz artması bütün vətəndaşların, eləcə də hər bir ailənin sosial rifahının yüksəldilməsini şərtləndirmi şdir. Ailənin hərtərəfli inkişafı üçün şəraitin yaradılmasına, onların müxtəlif problemlərinin həllinə xüsusi diqqət yetirilir.
Respublikada ailə problemlərinin həllinə xüsusi qayğının göstəricisi kimi 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitənin qarşısında duran ən mühüm vəzifələrdən biri də ailə institutunun hərtərəfli inkişafı və möhkəmləndirilməsi, ailə dəyərlərinin qorunması, onun problemlərinin minimuma endirilməsi, ümumən ailənin cəmiyyətdə rolunun yüksəldilməsi və rifahının art ırılmasıdır.
Fəaliyyət göstərdiyi üç il müddətində komitə həyata keçirdiyi çoxistiqamətli fəaliyyət nəticəsində bir sıra uğurlar əldə etmişdir. Ümumiyyətlə, indiyə qədər respublikamızda ailə problemləri ilə mərkəzləşdirilmiş şəkildə heç bir dövlət qurumu məşğul olmamışdır. İlk növbədə, Azərbaycanda yaşayan ailələr haqqında ümumi məlumat bazası yaradılmış, respublikanın bütün şəhər və rayonlarında anket sorğuları keçirilmişdir
Qeyd etdiyimiz kimi, cəmiyyətin və dövlətin formalaşması və inkişafında ailə mühüm vasitədir. Fiziki və mənəvi baxımdan sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür. Bu gün dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da ailələr həlli təxirəsalınmaz problemlərlə rastlaşır. Komitə tərəfindən ailədaxili münasibətlərdə milli-mənəvi dəyərlər və bu münasibətlərin gələcək nəslin formalaşmasında əhəmiyyəti istiqamətində ölkə ərazisində əhalinin müxtəlif qrupları üçün nəzərdə tutulmuş maarifləndirmə tədbirləri, ictimai dinləmələr keçirilmişdir. Aparılan tədbirlər əhali arasında milli-mənəvi dəyərlərin təbliğini daha da gücləndirməyə, gənc nəslin tərbiyəsinə xüsusi önəm verilməsinə, ailədə zorakılığın qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsinə ehtiyac oldu ğunu bir daha sübut etmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyətini bütün dövlət orqanları ilə səmərəli əməkdaşlıq şəraitində qurur. Beynəlxalq təşkilatlarla birlikdə bir sıra layihələr icra olunur, həmin layihələrdə qeyri-hökumət təşkilatları, müstəqil ekspertlər yaxından iştirak etmişdilər. Eyni zamanda, rayonlarda təşkil etdiyimiz tədbirlərdə yerli icra, hüquq-mühafizə və məhkəmə orqanlarının, habelə yerli özünüidarəetmə orqanlarının nümayəndələri də yaxından iştirak edirlər. Fəaliyyət dövrü ərzində komitə həmçinin kütləvi informasiya vasitələri ilə səmərəli əməkdaşlıq əlaqələri yaratmışdır.
Ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalıdır. Övladlarımız dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlərimizlə tərbiyə olunmalıdırlar. Böyüyə hörmət, milli dəyərlərə bağlılıq bu tərbiyənin əsasını təşkil edir. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları ailə mənəviyyatının özülüdür. Ailəsini qoruyan torpağını qoruyacaq, ailəsinin sabitliyini istəyən Vətənin əmin-amanlığını istəyəcəkdir. Ailədən aşılanan müsbət mənəvi-psixoloji iqlim ictimai mühitə də nüfuz edir. Bir məqamı nəzərdən qaçırmamalıyıq ki, ailə cəmiyyətlə, mövcud olduğu dövrlə daim sıx əlaqədə olan bir institutdur. Qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı, internetin həyatın hər sahəsinə nüfuz etməsi bir sıra müsbət tendensiyalarla yanaşı, bəzən neqativ rol da oynayır. Yad, millətimizə xas olmayan ideyaların, davranış tərzlərinin təbliği böyüməkdə olan nəslə bəzən yanlış yol göstərir. Ailə münasibətlərində bəzən arzuolunmaz transformasiyalar baş verir. Cəmiyyət, hər bir vətəndaş bu yad meyillərin qarşısını qətiyyətlə almalı, milli dəyərlərin qorunması, itməməsi üçün güc sərf etməlidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ciddi sosial-psixoloji çətinliklərlə qarşılaşan qaçqın və məcburi köçkün ailələrinə daimi diqqət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Ümumiyyətlə, bu istiqamətdə son illər möhtərəm Prezident tərəfindən görülən tədbirlər, imzalanan fərman və sərəncamlar sayəsində həmin insanların bir çox problemləri artıq öz həllini tapmışdır. Komitənin də bu istiqamətdə fəaliyyətinin əsas məqsədi həssas qruplardan olan ailələrə sadəcə yardım göstərmək deyil, onları respublikanın ictimai həyatına cəlb etməkdir. Bununla əlaqədar, qaçqın və məcburi köçkün ailələrindən olan beş yüzə yaxın yeniyetmə xarici dil, kompüter və peşə kurslarında təlim keçmişdir.
Bu gün bütün dünyada məişət zorakılığı, qadın alveri və qadınlar tərəfindən törədilən cinayətlərlə bağlı problemlər ən çox müzakirə edilən mövzulardandır. Belə hallar çox az miqyasda olsa da, ölkəmizdə də mövcuddur. Yanlış dini stereotiplərin təsiri altında yeniyetmə qızların təhsildən uzaqlaşdırılaraq erkən nikaha daxil olması arzuolunmaz haldır. Bunun nəticəsində qadınların ictimai həyatdan təcrid edilməsi, onların işləmək və karyera qurmaq imkanlarının məhdudlaşdırılması kimi mənfi hallar əsaslı narahatlıq doğurur. Məhz bu istiqamətdə aparılan iş daha da gücləndirilməlidir.
Ailələrə maddi və mənəvi dəstək dövlətin diqqət mərkəzindədir. Onların maddi-sosial rifahının yaxşılaşdırılması üçün müxtəlif meyarlar üzrə bir sıra müavinətlər, ünvanlı sosial yardımlar təyin olunmuşdur. Gənc ailələrin mənzillə təmin olunması məqsədilə ölkədə ipoteka kreditləri verilir, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üzrə, ailə-kəndli təsərrüfatı fəaliyyəti haqqında dövlət proqramları uğurla tətbiq olunur. Ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, sağlam və arzuolunan uşaqların doğulması üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutan, eləcə də məişət zorakılığı hallarının və əxlaqa zidd davranış qaydalarının qar şısının alınması məqsədilə kompleks proqramlar həyata keçirilir.
Bu gün ölkəmizin həyatında önəmli rol oynayan, hər birimiz üçün gözəl nümunə olan Azərbaycan qadın hərəkatının lideri, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında h əyata keçirilən ailə problemlərinin həlli istiqamətində önəmli layihələrin gerçəkləşdirilməsini xüsusilə qeyd etmək lazımdır. Azərbaycan ailəsinin problemlərini diqqət mərkəzində saxlayan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ailələrimizin rifahına yönəlmiş böyük layihələr uğurla reallaşır. Onun cəmiyyətdə yaratdığı misilsiz mənəvi mühit, ulu öndərin şəxsi nümunəsindən qaynaqlanan ideal ailə modeli insanları daxili zənginliyə və mənəvi saflığa səsləyir. Bu uğurlu, fəxr etdiyimiz örnək ailələr Azərbaycanın gələcəyinin təminatçısıdir.
Azərbaycan Respublikasının dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün kompleks tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Buna görə də ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması milli-mənəvi və dünyəvi dəyərlərin çulğalaşması prosesində həyata keçirilməlidir. Bu gün cəmiyyətimiz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşmasında maraqlıdır. Azərbaycanın ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qarşısında qoyulan vəzifələri bundan sonra da layiqincə yerinə yetirmək üçün səylərini daha da artıracaq, ailələrin rifahının, qadınlar ın hüquq və imkan bərabərliyinin, uşaqların ahəngdar inkişafının təmin edilməsi istiqamətində bütün zəruri addımları atacaqdır.
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri,
siyasi elmlər doktoru, professor
Comments are closed, but trackbacks and pingbacks are open.