Press "Enter" to skip to content

Mündəricatlar siyahısı)

Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı “Testin izahını yazın” bölməsinə yazın.

Səhra yarimsəhra torpaqlari

İnzibati mərkəzi Nəbiağalı olan Samux rayonu 1930-cu ildə yaranmışdır. Samux 1954 ildə Səfərəliyev rayonu (sonralar Xanlar rayonu, hal-hazırda Göy-göl rayonu) ilə birləşdirilmişdir. 1990-cı ildə yenidən müstəqil rayon olmuşdur. 2008-ci ildə Azərbaycan Milli Məclisinin qərarı ilə Samux rayonunun Kolayır kəndi və Nəbiağalı qəsəbəsi birləşdirilərək Samux şəhəri yaradılmışdır.
Samuxun tarixi və adının mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur. Bir versiyaya görə “samux” sözü qədim alban dilində “ov üçün meşəlik yer” mənasını verir. Ərazi antik dövrlərdə Qafqaz Albaniyasının tərkibində olmuşdur (Kambisena). XVIII əsrdə Samux Gəncə xanlığının dörd vilayətindən biri idi.
Relyefi . Rayonun ərazisi, əsasən, düzənlikdən və boz dağ massivinə aid olan çox da hündür olmayan dağ silsiləsindən ibarətdir. Şimal hissəni Palantökən və Xocaşen silsilələri tutur. Şərq hissəsi Mingəçevir su anbarı və Ceyrançöl düzüdür. Ən hündür zirvəsi Elləroyuğu dağıdır (595 m).
Geoloji quruluşu . Yura, Tabaşir Neogen vo Antropogen çöküntülər yayılmışdır.
Çayları və su hövzələri . Rayor ərazisindən Kiir, Qabım, Qanıx Gəncə və Quşqara çayları keçir. Mineral bulaqlarla zəngindir (Sərkar kəndində Zəhra bulağı, Nəbiağalı kəndində Xırmansuyu bulağı və s.).
Rayonun ərazisində “Eldar şamı” Dövlət Təbiət Qoruğu yerləşir. Bu qoruq məşhur eldar şamının qorunub saxlanması və öyrənilməsi məqsədilə уaradılmışdır. Buradakı təbii eldar şamı (Pinus eldarica) meşəliyinə dünyanın heç bir yerində rast gəlinmir.

Landşaftları və bioloji müxtəlifliyi. Ərazinin iqlimi mülayim isti yarımsəhra və quru-bozqır iqlimidir. Rayon quru kontinental iqlim şəraitinə malik olduğundan buranın bitki örtüyü, əsasən, bozqır və yarımsəhra tiplidir.
Ərazinin şimal-şərq hissəsi yüksək endemizmi ilə seçilən Elləroyuğu silsiləsindən ibarətdir.
Elləroyuğu ərazisinin ən nadir və qiymətli incisi eldar şamıdır (Pinus eldarica). Bu ağac təbii stres şəraitini asanlıqla dəf edir: İsti və quraqlı yay, quru qış, minimum rıitubətlik, kəskin temperatur fərqi. O, tamamilə qeyri-münbit torpaqlarda, hətta qayalıqlarda belə bitir. Eldar şamı çox zəif inkişaf edən ağaclardandır. Buradakı ağacların bəzilərinin yaşı 1000 ildən çoxdur. Ağacların orta hündürlüyü 10-15 m, maksimal diametri 40-50 sm-dir. Elləroyuğu silsiləsinin meşə örtüyü özünəməxsus qanunauyğunluğa malikdir. Eldar şamı burada ardıc (Juniperus sp.) ağac növləri ilə bitərək arid tipli seyrək meşəlik yaradır. Tək-tək saqqızağaca (Pistacia mutica) rast gəlinir.
Şam-ardıc meşəliyinin birinci yarusunu tutur, ikinci yarusunda isə ardıclar – çoxmeyvəli ardıc (J.polycarpos) və kəskiniyli ardıc (J.foetidissima) yerləşir. Bəzən bozqır yaylanın endem növü olan eldar armuduna da (Pyrus eldarica) rast gəlinir.
Eldar şamının təbii yayıldığı ərazi səhra, yarımsəhra və bozqırlardan təşkil olunmuşdur. Burada kserofil kollar üstünlük təşkil edir. Onlardan dovşanalması (Cotoneaster sp.), qaratikan (Paliurus spina-christi), acılıq (Ephedra sp.), Pallas murdarçası (Rhamnus palIasii), xırdayarpaq albalı (Cerasus angustifolia), uzunsov ardıc (J.oblonga), gəvən (Astragalus sp.) növlərini göstərmək olar.
Elləroyuğu dağının şimal yamacının aşağı hissəsində yovşan (Artemisia sp.) və yovşan-biyan yarımsəhrası Qabırrı çayının ətrafındakı tuqay meşəsinə keçir. Həmin sahədə, çayın sağ sahili boyu sıx yulğun və zirinc kolları fonunda 30-50 illik cavan saqqız ağacları bitir.
Qabırrı çayı boyu tuqay meşələri Mingəçevir su anbarına qədər yayılır. Burada saqqızağac meşələri üstünlük təşkil edir. Ağyarpaq qovaq (Populus hybrida) meşələri, əsasən, çaya bitişik sahələri tutur. Ona söyüd (Salix sp.) ağacları da qarışır. İydə (Elaeagnus sp.), qarağac (Ulmus sp.), yemişan (Crataegus sp.), böyiirtkan (Rubussp.) ağac və kol növlərinə rast gəlinir. Tuqay meşələri ətrafındakı ərazilərdə və çayın sağ sahillərində Palantökən silsiləsinin ətəklərində və dərə hissəsində tək-tək iri gövdəli saqqızağacları bitir.
Samux rayonunda Kürün Yenikənd anbarına töküldüyü yerdə 700 ha-ya qədər tuqay meşələri vardır. Meşə örtüyü, əsasən, ağyarpaq qovaq, söyüd, saqqızağac, uzunsaplaq palıd ağaclarından və yulğun kolluqlarından ibarətdir. Çay sahili boyu ərazilərdə ağyarpaq qovaq və söyüd üstünlük təşkil edən meşəliklər yayılmışdır. Burada sahildən uzaqlaşdıqca üstünlük saqqızağaca, bəzən isə uzunsaplaq palıda keçir. Seyrək saqqızağac meşəsinin altında və ətraf ərazilərdə qaratikan üstünlük təşkil edən kolluqlar yayılmışdır. Belə sahələrdə otlardan yovşan (Artemisia sp.) və dəvətikanma (Alhagi pseudoalhagi) daha çox rast gəlinir.
Geoloji abidələri . Əli-Bayramlı kəndində müalicəvi istisu. Sərkar kəndində müalicəvi Zəhra bulağı. Nəbiağalı kəndində kükürdlü müalicəvi Xırmansuyu bulağı.
Çempion ağacları . Samux əfsanələr diyarı olmaqla bərabər buradakı kənd adları Azərbaycanın etnik salnaməsinin bir parçasıdır. Çox güman ki, Lək kəndi antik alban tayfa ittifaqına daxil olmuş leqlərin, Kəsəmən, Salahlı kəndləri qıpçak- türk tayfalarından olan kenqlərin (kenq-er), Tatlı kəndi qədim Sasanilər dövründən zərdüştiliyi yaymaq və imperiyanın şimal sərhədlərini qorumaq məqsədi ilə buraya köçürülmüş irandilli tayfaların, Çobanabdallı, Əhmədbəyii, Ziyadlı kəndlərinin adları oğuz-türk tayfalarının adları ilə bağlıdır.
Nəinki Azərbaycanın, Qafqazın ən nadir və çox yüksək bəşəri əhəmiyyətli irsi dəyərə malik olan təbiət abidələrindən biri məhz Samux rayonunun Kolayır kəndində yerləşən qocaman şərq çinarıdır (Platanus orientalis). El arasında “Düldülü çinar” adlanan, pir kimi ziyarət edilən, gövdəsinin diametri 8-10 m, hündürlüyü 45 m olan bu ağacın təxminən 1600 yaşı vardır. Bu ad islam aləminin ən müqəddəs və ali şəxsiyyətlərindən biri, Ərəb Xilafətinin dördüncü xəlifəsi, İslamın şiə təriqətinin (isnə-əşəriyyə) banisi Əli ibn Əbu Talibin atının adı ilə bağlıdır. Əfsanəyə görə İmam Əli ibn Əbu Talib “Düldül” adlı atını bu ağaca bağlamışdır. Böyük İmamın bu ərazilərdə olmasını tarix təsdiq etməsə də xronoloji fakt sübut edir ki, Məhəmməd Peyğəmbərdən yaşlı olan bu ağacın təvəllüdü təxminən V əsrin ortalarına düşür. Çox güman ki, bu əfsanə İmam Əlinin İslam aləmindəki böyük nüfuzunun nəticəsində yaranmışdır. İmam Əlinin adı ilə bağlı olan, müqəddəs sayılan bir sıra yerlər nəinki Qafqazda, hətta Orta Asiyada və Hindistanda da mövcuddur.
Ağac 15 əsrlik yaşa malik olmasına baxmayaraq hələ də inkişafda olub yüksək məhsuldarlıq qabiliyyətinə malikdir.
Arxeoloji abidələri . Nəbiağalı kəndi yaxınlığında diametri 10-20 m, hündürlüyü 1-1.5 m olan Tunc Dövrünə aid kurqanlar. Çobanabdallı kəndində Son Tunc Dövrünə aid kurqanlar.
Tarixi-mədəni abidələri . Zazalı kəndində imamzadə türbəsi (VIII əsr). Zazalı kəndi yaxınlığında antik dövrə aid məbəd. Çoban Abdallı kəndində VI-VII əsrlərə aid “Abdal” pir ocağı, “İlanpiri ocağı” (XVII əsr), “Abdal” körpüsü (XIX əsr). Qarasaqqal kəndində Şəhərburnu yaşayış yeri, türbə. Qarayeri qəsəbəsində almanlar tərəfindən tikilmiş zirzəmi (1895). Samux qəsəbəsi yaxınlığında XIII-XV əsrlərə aid “Gil tikintisi”. Çobanabdallı kəndində “Narlı qoruq” (XIII əsr), “Dinaraq” (XV əsr) yaşayış yerləri. Zazalı kəndində XIV-XVI əsrlərə aid kəhrizlər: Kor arxı, Qızıl Hacılı arxı, Xan arxı, Karxana arxı, Arazbar, Şatır arxı, Xanlıq, Çölək arxı.

II. Bölmə. Regional hissə. Avrasiya

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR
Paylaşın – Hamı bilsin

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.

Testin cavabını göstər

Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı “Testin izahını yazın” bölməsinə yazın.

Avrasiyanın torpağı şaquli kəsilişi nəzərdən keçirsək necə horizontdan ibarətdir və hansılardır?

4 qatdır. Gilli ,qumlu, gillicə və qumsal.
1 qatdır. Sari torpaq.
2 qatdır. Struktursuz və strukturlu.
4 qatdır. Çürüntü toplanma qatı, yuyulma qatı , toplanma qatı, ana süxur.
Adi torpaqdır.

Dərin çökəkliklər materikin hansı hissəsində yerləşir?

Sakit okeanla Atlantik okeanı hansı boğaz birləşdirir?

Baba-əl-məndab

22iyul üçün doğru deyil:

Günəş şimal tropikində zenitdədir
Cənub yarımkürəsində qış fəslidir
Şimal qütb dairələrindən qütbə kimi qütb gecələri müşahidə olunur
Cənub qütb dairələrindən qütbə kimi qütb gecələri müşahidə olunur

Yer qabığı yarandıqdan sonra dərin maqmatik ocaqlardan maqmanın bazalt qatını yararaq yer səthinə çıxması və orada quruması nəticəsində nə yaranmışdır ?

Yer qabığı
Atmosfer təbəqəsi
Qranit təbəqəsi
Bazalt təbəqəsi
Materik qabığı

Neçə saat qurşağı var?

Avrasiyanın ən alçaq nöqtəsi hansıdır?

Lənkəran çökəkliyi
Turan ovalığı
Ölüm dərəsi

Bolsululuğuna görə 2 və 3çay hansıdır?

Amazon; Nil
Amazon; Konqo
Konqo; Qanq

Qış gündönümü:

sentyabrın 13-də
Yanvarın 21-də
Dekabrın 22-də
Mayın 22-də
Oktyabrın 23-də

Missisipi çayı aiddir:

Şimal Buzlu okeanına
Atlantik okeanına
Sakit okeana
Hind okeanına

Antarktida materikinin dənizləri:
a) Laptevlər b) Bellinshauzen c) Amundsen d) Mərcan e) Ross ə) Dürvil f) Çukot

Hansı materik iki qitədən ibarətdir?

Şimali Amerika
Cənubi Amerika

Dünyanın ən dərin gölü:

Neçə işıqlanma qurşağı var?

Avrasiya materikinin ucqar qərb nöqtəsi:

Mərkəzi Asiyanın səhralarına aid deyil:

Təklə- Məkan

Şimali Amerikada Qrenlandiyadan sonra gələn hansı adadır

Baffin torpaqları adası
Viktoriya adası
Banks adası
Parri adası
Qrenlandiya adası

Atakama səhrasına yağıntının az düşməsinin səbəbi:

Tropikdə yerləşməsi
Qalxan hava kütləsi
Soyuq cərəyan
Alçaq təzyiq sahəsi

Şelixox körfəzi hansı okeanda yerləşir?

Sakit okeanda
Atlantik okeanda
Şimal buzlu okeanda
Hind okeanında
Sarqas dənizində

Neçə dünya səyahəti baş vermişdir?

Hind okeanının üzvü aləmi hansı okeanın qərbinə oxşayır?

Şimal buzlu okean

Balxaş yaranma mənşəyinə görə hansı göllərə aid edilir?

Qalıq mənşəli göllərə
Tektonik mənşəli göllərə
Buzlaq mənşəli göllərə
Vulkanik mənşəli göllərə

Sakit okeanın isti cərəyanları

Codyarpaqlı meşə və kolluqlar təbii zonası Afrikanın hansı hissəsində yayılıb?

Mərkəzində

Bu təbii zona Avstraliyada yoxdur?

Yarımsəhra
Ekvatorial meşələr

Vilyuy çayı hansı materikdə yerləşir?

Avrasiya materikinin Asiya qitəsində
Şimali Amerikada
Cənubi Amerikada
Avstraliyada

Subtropik sözündə sub nə deməkdir?

Aşıdakı fikirlər Asiyanın hansı regionuna aiddir:
İki seysmik qurşağın kəsişdiyi ərazidir
Musson iqliminə aiddir
Qalay qurşağı adlanır
Bir İEÖ-si var

Cənub-Şərqi Asiya
Cənubi Asiya
Mərkəzi Asiya
Şərqi Asiya
Cənub-Qərbi Asiya

Üç yarımkürədə yerləşməsinə baxmayaraq bütün iqlim qurşaqlarında yerləşən materik hansıdır?

Avstraliya
Cənubi Amerika

Sahili dəyişən dəniz?

Haqqımızda

Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.

Əlaqə

  • Azərbaycan, Bakı şəhəri
  • +994 50 686 86 44
  • sbabanli@yahoo.com

Abunə

Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)

© Bütün hüquqlar qorunur.

Comments are closed, but trackbacks and pingbacks are open.