Press "Enter" to skip to content

E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ” fənninin mühazirə qeydləri

Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri də sahibkarlıq fəaliyyətinin formalaşması və inkişafı ilə bağlıdır. Bu sahədə keçirilən hüquqi, təşkilati, iqtisadi və s. tədbirlər nəticəsində bir sıra müsbət nəticələr əldə edilmişdir. Belə ki, 1998-ci ildə ÜDM-nun 55 faizi özəl bölmənin payına düşmüşdür. 1998-ci ilin əvvəlində respublikamızda dövlət qeydiyyatından keçmiş 12 mindən çox kiçik müəssisə, 1 mindən çox kooperativ, 2 minə yaxın müştərək və xarici müəssisə yaranmış və fəaliyyət göstərmişdir.

Energetikanın iqtisadiyyatı və menecment

Elşən NƏSİROV Naxçıvan Dövlət Universitieti Dünya İqtisadiyyatı və Menecment kafedrasının müəllimi

Ümumiyyətlə iqtisadiyyatın iki tipi mövcuddur:

1. Açıq iqtisadiyyat

2. Qapalı iqtisadiyyat

Bunların hər birinin özünəməxsus xüsusiyyətləri, göstəriciləri inkişaf meylləri var. Açıq iqtisadiyyat olduğuna görə biz qapalı iqtisadiyyat yox, açıq iqtisadiyyat haqqında söhbət açacağıq. Açıq iqtisadiyyatın bütün göstəricilərini, inkişaf meyllərin, qanunauyğunluqlarını üzə çıxaracaq, ona daxil olan sistemlər haqqında ətraflı məlumat verəcəyik. İndi isə bu dediklərimiz haqında qurduğumuz plan əsasında daha ətraflı tanış olaq.

Açıq iqtisadiyyat haqqında danışarkən ilk növbədə onun nə demək olduğunu bilmək lazımdır. Açıq iqtisadiyyatla qapalı iqtisadiyyat arasında çox böyük fərq vardır. Belə ki, açıq iqtisadiyyatda bazar iqtisadiyyatı hökm sürür. Burada sağlam rəqabət gedir. Ölkələr arasında qarşılıqlı idxal-ixrac olur. Açıq iqtisadiyyatın hökm sürdüyü ölkə tam müstəqil olur, heç bir ölkədən asılı və heç kimin himayədarlığı altında olmur. Bütün bu dediklərimiz qapalı iqtisadiyyatda yoxdur. Deməli, bu sadalananlar açıq iqtisadiyyatla qapalı iqtisadiyyat arasında olan fərqi təşkil edir.

Açıq iqtisadiyyatda həmçinin xarici iqtisadi əlaqələr də mühüm rol oynayır. Məs: keçmiş SSRİ ilə Türkiyə arasında münasibətlər çox gərgin olduğuna görə Naxçıvan Muxtar Respublikasında sərhəddə yerləşən Sədərək qəsəbəsi çox əlverişsiz iqtisadi-coğrafi mövqeyə malik idi. Azərbaycan Respublikası müstəqilliyə nail olduqdan və Türkiyə ilə özünün dostluq, qardaşlıq münasibətlərini bərpa etdikdən sonra Sədərək qəsəbəsinin iqtisadi-coğrafi mövqeyi təkcə bu iki ölkə üçün deyil, həm də mərkəzi Asiya ölkələri üçün xüsusi əhəmiyyət kəsb etməyə başladı. Yaxud, Bakı-türkmənçay gəmi-bərə xətti işə düçdükdən sonra Mərkkəzi Asiya respublikalarınıın, Rusiyanın Sibir, uzaq şərq rayonlarının, habelə Çin və Yaponiyanın Avropa ölkələri ilə nəqliyyat-iqtisadi əlaqələrində Respublikamızın iqtisadi-coğrafi mövqeyinin qat-qat artmışdır.

Son illərdə İran və Türkiyə ilə mehriban qonşuluq münasibətləri möhkəmlənir. Astara, Biləsuvar, Cəlilabad, Cəbrayıl, Babək, Sədərək rayonlarında yeni yaradaılmış sərhəd keçid məntəqələri və dömrükxanalar, Araz çayı üzərində salınan yeni körpülər, İranla birgə tikilməkdə olan Muğan SES və s. buna əyani nümunədir.

Respublikamızın mavi yanacaqla təmin olunmasında İran-Azərbaycan qaz kəməri mühüm rol oynayır. Gələcəkdə İran, Azərbaycan və Türkiyə arasında qarşılıqlı enerji verilişi gücləndiriləcəkdir.

Azərbaycan öncə qeyd etdiyimiz kimi, açıq iqtisadiyyatda qarşılıqlı idxal-ixracda mühüm rol oynayır. Respublika daxilində istehsal olunan məhsulların xarici ölkələrə satılması və xarici ölkələrdən lazım olan məhsulun alınması xarici ticarət adlanır və əsas xarici-iqtisadi əlaqə hesab edilir. Hal-hazırda respublika 52 xarici ölkə ilə ticarət edir. Ən sıx iqtisadi əlaqə İran, Türkiyə, Böyük Britaniya, Rusiya, ABŞ, Qazaxıstan, Ukrayna, Almaniya, Fransa, BƏƏ, Macarıstan, Polşa və digər dövlətlərdir. Danimarka, Yaponiya, Finlandiya, İraq və digər ölkələrə Azərbaycan yalnız mal ixrac edir. İrlandiya, Kanada, Misir, Norveç, İsveç, Sinqapur, Hindistan və s. ölkələrdən isə mal idxal edir. Azərbaycandan əsas ixrac olunan mallar neft və neft məhsulları, xam neft, pambıq lifi, əlvan metallar, kimya məhsulları, soyuducular və onlar üçün buraxılacaq neft avadanlığı, kondisionerlər, şərab məhsulları, meyvə konservləri və s. mallardır. Ümumi dəyərinə görə neft və neft məhsuları əsas yer tutur.

Xarici ölkələrdən şəkər, yağ, un, sitrus meyvələri, buğda, uşaqlar üçün süd, müxtəlif maşən və avadanlıq, hazır paltar, parçalar, ayaqqabı,məişət əşyaları və s. gətirilir. Rusiyadan əsasən taxıl, metal, meşə materialı, müxtəlif maşın və avadanlıq, Ukraynadan ət, şəkər, yağ, nəqliyyat vasitələri, Belarusiyadan ərzaq məhsulları, avtomobil, traktorlar, Qazaxıstandan taxıl, ət, metal və s. alır. Açıq iqtisadiyyat mövcud olan ölkələrdə həm də bazar iqtisadiyyatı mövcuddur. Çünki bazar iqtisadiyyatı hökmranlıq edən inkişaf etmiş ölkələrdə azad sahibkarlıq və azad ticarət prinsipi hökm sürür. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, hər bir şəxs (fiziki və ya hüquqi) qanunla qadağan edilməmiş sənət və kommersiya fəaliyyətinin istənilən növü ilə məşğul ola bilər. Məlumdur ki, qiymətlərin əmələ gəlməsinin əsasını dəyər qanunu təşkil edir. Ancaq bundan başqa onlara daxili və xarici xarakterli müxtəlif amillər təsir göstərir ki, bunlardan biri də qiymətlərin dövlət tənzimlənməsidir.

İnkişaf etmiş bazar iqtisadiyyatı şəraitində olan ölkələrin təcrübəsi qiymətlərin dövlət tənzimlənməsinin iki üsulunun mövcud olduğunu göstərir: iqtisadi və inzibati. Tənzimlənmənin iqtisadi üsulu daha üstündür və dövlət orqanlarının vergi, maliyyə-büdcə, kredit, valyuta, gömrük siaysəti vasitəsilə həyata keçirilir. Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi bazar mexanizminin fəaliyyətini pozmur, qiymətin iqtisadi əsaslandırılmasını və onların dünya bazar qiymətləri ilə əlaqəsini saxlayır.

Bazar şəraitində qiymətlərin inzibati üsullarla tənzimlənməsi isə fövqaladə hallarda, iqtisadiyyatın böhran keçirdiyi, sürətli inflyasiya təsərrüfat kompleksinin bütün sahələrində tənəzzül baş verdiyi şəraitdə, digər məhsulların qiymətlərinin sürətli artımından əhalini soial müdafiə etmək məqsədilə də həyata keçirilə bilər. Bu halda hökumət özü inzibati qaydada istehlak səbətinə daxil olan ilkin tələbat mallarının qiymətini müəyyənləşdirir və dəyişdirir.

Qiymətlərin dövlət tənzimlənməsi qanunvericilik, inzibati və məhkəmə xarakterli ola bilər. Parlament tərəfindən qiymətlər üzrə qanunların qəbul edilməsi müəssisələr, eləcə də onlarla dövlət arasındakı münasibətlər üçün hüquqi əsaslar yaradırlar. Bu qanunlar kompleksi mülki hüququn tərkib hissəsi olanqiymət hüququnu təşkil edir. Səlahiyyətli orqanlar qiymət hüququ əsasında qiymətlərin tənzimlənməsi üzrə inzibati fəaliyyəti həyata keçirirlər. Onların pozulması zamanı günahkarlar məsuliyyətə cəlb olunurlar. Qiymətlərin tənzimlənməsi üzrə birbaşa fəaliyyət nazirliklər və Milli Bank tərəfindən aparılır. Bir sıra dövlətlərdə tərkibinə tanınmış mütəxəssislər, həmkarlar təşkilatının nümayəndələri, sahibkarlar, fermerlər daxil olan ekspert komissiyaları yaradılır. Bu komissiyalar dövlət idarələrinə və hökumətə qiymət məsələləri üzrə məsləhətlər verir, eləcə də müvafiq qanun layihələri haqqında öz fikirlərini bildirirlər.

Ümumiyyətlə, bazar iqtisadiyyatına keçid müasir iqtisadi strategiyamızın ana xəttini təşkil edir və iqtisadi inkişafımız bu istiqamətdə formalaşır. Getdikcə bazar münasibətləri daha geniş xarakter alaraq bütövlükdə istehsal münasibətlərinin mahiyyətini dəyişir və ona yeni məzmun verir. Bu proses getdikca daha da genışlənməli və mövcud iqtisadi böhrandan çıxmağın əsas yolu olmalıdır. Yalnız bazar iqtisadiyyatına keçıd, dünya iqtisadi sivilizasiyasına qayıdış respublikamızı düşdüyü bu ağır iqtisadi vəziyyətdən qurtarmağa imkan verəcəkdir.

Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasının dünya iqtisadiyyatına daxil olması və onun tələblərinə uyğunlaşması, inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçməyi tələb edir. Hal-hazırda Azərbaycanda iqtisadiyyatın bazar prinsipləri əsasında formalaşması məqsədilə bazar təsərrüfatının hansı modelindən istifadə edilməsi sahısində gərgin axtarışlar gedir. Bununla bağlı, inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində istifadə edilən modellərin xüsusiyyətlərinin öyrənilməsi böyük əhəmiyyətə malikdir. Mövcud olan bazar modelləri və onların inkişaf istiqamətləri geopolitik vəziyyətdən, təbii resursların mövcudluğundan, inkişafın tarixi şəraitindən, əhalinin adət və ənənələrindən, məhsuldar qüvvələrin inkişaf səviyyəsindən, cəmiyyətdə mövcud olan sosial gərginlikdən asılıdır.

Bazar iqtisadiyyatı modelinin 3 əsas növü mövcuddur:

1. Liberal model. (Amerika modeli)

2. Sosial yönümlü bazar iqtisadiyyatı modeli

3. Bazar iqtisadiyyatının sosial – demokratik modeli

Azərbaycanda bazar iqtisadiyyatının amerikan modelindən istifadə edilmsinə daha çox üstünlük verilirdi. Bunun səbəbini onunla izah etməyə çalışırlar ki, 70 il ərzində bizdə cəmiyyət hesabına yaşama prinsipi hökm sürüb, hal-hazırda bunu düzəltmək lazımdır. İndi cəmiyyətin hər bir üzvü sahibkar, mülkiyyətçi olmaqla, Amerika vətəndaşları kimi, özlərinin şəxsi tələbatlarını öz gücləri hesabına ödəməlidirlər. Yəni, bu cəmiyyətdə hərə öz gücünə arxalanmalıdır.

Artıq biz aydınlaşdırdıq ki, bazar iqtisadiyyatı açıq iqtisadiyyata daxildir. Lakin onu da qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatında azad sahibkarlıq hökm sürür. Bəs Azərbaycanda müasir dövrdə sahibkarlıq fəaliyyəti necədir?

Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri də sahibkarlıq fəaliyyətinin formalaşması və inkişafı ilə bağlıdır. Bu sahədə keçirilən hüquqi, təşkilati, iqtisadi və s. tədbirlər nəticəsində bir sıra müsbət nəticələr əldə edilmişdir. Belə ki, 1998-ci ildə ÜDM-nun 55 faizi özəl bölmənin payına düşmüşdür. 1998-ci ilin əvvəlində respublikamızda dövlət qeydiyyatından keçmiş 12 mindən çox kiçik müəssisə, 1 mindən çox kooperativ, 2 minə yaxın müştərək və xarici müəssisə yaranmış və fəaliyyət göstərmişdir.

Bununla belə, bu gün respublikamızda sahibkarlıq fəaliyyəti qarşısında heç bir problem olmadığını, sahibkarlıq mühitinin isə tamamamilə qənaətbəxş olduğunu iddia etmək olmaz. Hal-hazırda həm respublika əhalisinin sayıilə münasibətdə fəaliyyət göstərən özəl müəssisələrin kəmiyyəti, həm də burada çalışan əmək qabiliyyətli əhalinin payı digər ölkələrə nisbətən xeyli azdır.

Qərb ölkələrinin təcrübəsi göstərir ki, özəl bölmənin, xüsusən kiçik sahibkarlığın inkişafı dövlətin daimi himayəsi və fəal köməyi sayəsində baş verir. Bununla yanaşı bu ölkələrdə dövlət qanunvericilik, inzibati-hüquq, büdcə və s. vasitəsilə sahibkarlıq fəaliyyətini tənzimləyir.

Bundan fərqli olaraq, bu gün respublikamızda sahibkarlıq mühiti vergi, gömrük, bank-kredit və digər iqtisadi sahələrdə çatışmazlıqlar, dövlət məmurlarının özbaşınalığı və s. ilə xarakterizə olunur. Qeyd edilmiş bu problemlərin aradan qaldırılması sahibkarlıq fəaliyyətinin zəngin potensial imkanlarından Azərbaycannın yüksək iqtisadi inkişafı üçün istifadə etməyə imkan verəcəkdir.

Açıq iqtisadiyyatda kapitalın beynəlxalq axını da mühüm rol oynayır. Kapital ixracı xarici bazarlar uğrunda mübarizədə ölkəərin iqtisadi və siyasi mövqeyini möhkəmləndirmək məqsədilə həyata keçirilir. Tarixi baxımdan kapital ixracı əsasən dövlət və xüsusi kapital formasında həyata keçirilir. Kapital ixracından istifadənin sahibkar və borc kapitalı formasını göstərmən olar.

Kapital ixrac edən xaricdə öz kapitalını, kənd təsərrüfatına, ticarətə və s. sahələrə qoyan sahibkar kimi çıxış edir. İxrac olunan kapital, sahibkar kapitalı formasında öz sahibinə sahibkar mənfəəti gətirir.

Dünyanın bazar iqtisadiyyatı ölkələrinin infrastrukturunda müxtəlif xidmətlər göstərən kompaniyaların rolu çox böyükdür. Bunların arasında ən geniş yayılmış kompaniyalardan biri beynəlxalq lizinq kompaniyalarıdır. Beynəlxalq lizinq dedikdə, lizinq kompaniyası tərəfindən digər bir ölkədə xarici bir firmadan hər hansı bir əmlakın pulla alınıb, digər xarici bir firmaya uzun müddətə icarəyə verilməsi başa düşülür. Lizinq xidməti, dünayanın İEÖ-də son 25-30 ildə geniş vüsət almışdır. Lizinqin yayılmış növlərindən maliyyə lizinqi, beynəlxalq lizinq və ixrac lizinqini göstərmək olar.

Kapital ixrac edən, kapital qoyulan ölkədə fəaliyyət göstərən sahibkar rolunda çıxış etməyə də bilər. O, öz kapitalını xarici sahibkarlara və ya başqa dövlətlərə borc verə bilər. Borc kapitalı mülkiyyətçilər tərəfindən fəaliyyətli sahibkarlara borc verən və faiz gətirən kapitaldır. Borc alanlar sənayeçılər, tacirlər, iri fermerlərdir ki, bunlar da qazanc əldə etmək üçün borc almış pulu kapital şəklində istifadə edirlər.

Müasir dövrdə dövlət kapital ixracı üçün dövlət büdcəsinin vəsaitinin xeyli hissəsi sərf edilir. Dövlət kapital ixracı əsasən göndərilən malları kreditləşdirmək vasitəsi kimi istiqrazlar şəklində və xarici bankların cari hesablarına qoyuluşlar şəklində ixrac olunur. Müasir şəraitdə kapital ixracının mühüm xüsusiyyətlərindən biri dövlətin beynəlxalq təşkilatları tərəfindən kapital ixracının artmasıdır. Bu işdə beynəlxalq kredit təşkilatları (Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası,Avropa Bərpa və İnkişaf Bankı və s.) mühüm rol oynayırlar.Beynəlxalq kredit təşkilatları kommersiya şərtlərinə əsasən fəaliyyət göstərirlər.

Beynəlxalq və xarici kapital bazarlarında beynəlxalq kredit müxtəlif formalarda, istiqraz, səhm və başqa qiymətli kağızlar emissiyası şəklində həyata keçirilir. Beynəlxalq kredit müxtəlif ölkələrin dövlətlərinin bir-birinə verdiyi kreditə deyilir. Beynəlxalq kredit kommersiya, bankir və dövlət krediti formasında həyata keçirilir.

Hazırda dünya ölkələrində bankların rolu xeyli artmışdır. Bankların verdiyi kreditlər təkcə bura cəlb edilmiş azad pul vasitələri hesabına yox, həm də özünəməxsus kapital vaitəsilə həyata keçirilir. Bundan əlavə, banklar ölkədə maliyyə vəziyyətinin normal gedişini, qiymətlrin səviyyəsini. Ölkənin tədiyə balansını və beləliklə də iqtisadi artım prosesini təmin etmək, onu sürətləndirmək və ya zəiflətmək imkanına malikdir

E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ” fənninin mühazirə qeydləri

E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ” fənninin mühazirə qeydləri MBA pro q ramı , A zərbaycan Universiteti , Bakı – 2013. 1. “Menecment iqtisadiyyat ı ” n ın predmeti və metodları. MÖVZUNUN ÖYRƏNİLMƏSİ MƏQSƏDLƏRİ. “Menecment iqtisadiyyatı” ilə tanış olmaq və onu şərh etmək;

Uploaded on Aug 24, 2014

  • Wyanet Garcia
  • + Follow

Download Presentation

E l şən BAĞIRZADƏ “ Menecment İqtisadiyyatı ” fənninin mühazirə qeydləri

Presentation Transcript
  1. Elşən BAĞIRZADƏ “Menecment İqtisadiyyatı” fənninin mühazirə qeydləri MBA proqramı,Azərbaycan Universiteti, Bakı – 2013
  2. 1 “Menecment iqtisadiyyatı”nın predmeti və metodları
  3. MÖVZUNUN ÖYRƏNİLMƏSİ MƏQSƏDLƏRİ • “Menecment iqtisadiyyatı” ilə tanış olmaq və onu şərh etmək; • “Menecment iqtisadiyyatı”nın məşğul olduğu məsələlərin çərçivəsini müəyyən etmək; • Pozitiv və normativ iqtisadiyyat arasındakı fərqi izah etmək; • “Menecment iqtisadiyyatı”, iqtisadi nəzəriyyə və qərar elmləri arasındakı münasibətləri izah etmək; • Marketinq və maliyyə kimi biznes sahələrində “Menecment iqtisadiyyatı”nın digər fənnlərlə necə əlaqəyə girdiyini şərh etmək; • “Menecment iqtisadiyyatı”nın əsas öyrənmə sahələrini müəyyən etmək, onların bir-birilə necə əlaqədə olduğunu izah etmək və onların mətndə necə təşkil və təqdim olunmasını təsvir etmək; • Elmi nəzəriyyələrin inkişafı çərçivəsində istifadə olunan metodları şərh etmək və onların “menecment iqtisadiyyatı” ilə əlaqəsini göstərmək; • İqtisadi nəzəriyyənin pedaqoji baxımdan necə təqdim edilməsini və bunun mətndə materialın təşkili və təqdimi ilə necə əlaqəli olduğunu şərh etmək.
  4. GİRİŞ • Əsas başlanğıc suallar: • “Menecment iqtisadiyyatı” nəyi öyrənir? • “Menecment iqtisadiyyatı” hansı problemlərlə məşğuldur? • “Menecment iqtisadiyyatı” biznesdə və ya başqa sahələrdə daha yaxşı qərarlar qəbul etməyimiz üçün bizə necə kömək edə bilər?
  5. “MENECMENT İQTİSADİYYATI”NIN TƏRİFİ • “Menecment iqtisadiyyatı” – iqitsadi nəzəriyyə və metodların biznesin qərar qəbulu prosesinə tətbiq edilməsidir. • Sual: Menecerlər iqtisadi nəzəriyyə və metodları biznesin qərar qəbulu prosesinə nə üçün tətbiq edərlər? • Cavab: Qarşılarına qoyduqları hədəflərə çatmaq üçün öz məhdud resurslarını ən səmərəli şəkildə bölüşdürmənin yolunu tapmaq məqsədilə… • Tərifdəki “biznes” ifadəsini daha geniş mənada da işlətmək mümkündür: iki və daha çox tərəflər arasında transaksiyanın (əqd, əməliyyat, sövdələşmə) baş verdiyi istənilən situasiya.
  6. “MENECMENT İQTİSADİYYATI”NIN ÖRƏNDİYİ ƏSAS MƏSƏLƏLƏR Biznes qərar qəbulu prosesinin ardıcıl olaraq aşağıdakı məsələləri: • Həll edilməli problem varmı? • Həyata keçirilə biləcək strategiyalar və ya fəaliyyət istiqamətləri baxımından problemin həlli və ya həlləri varmı? • Bu strategiyalar üçün hansı hədəfi və ya hədəfləri müəyyən etmək olar? • Hər hansı strategiyanın reallaşdırılması baxımından hansı məhdudiyyətlər mövcuddur? • Problemin həlləri kimi strategiyaları necə müəyyən edə bilərik? • Bu strategiyaları, xüsusilə də onlar həyat və sağlamlıq məsələlərini əhatə etdikləri zaman, gəlirlər və xərclər baxımından necə qiymətləndirə bilərik? • Müvafiq verilənlərin ölçülməsinin ən yaxşı yolu hansıdır? • Təhlilimizdə hansı fərziyyələri irəli sürə bilərik? • Gələcəkdə risq və qeyri-müəyyənlik problemi və strategiyaların effektlərinin öhdəsindən necə gələ bilərik? • Müxtəlif ölkələr, istehlakçılar və istehsalçılar arasında mənafe konfliktləri problemlərinə necə yanaşa bilərik? • Müxtəlif mümkün fəaliyyət istiqamətləri arasından strategiyaları seçmək üçün hansı kriteriyadan istifadə edə bilərik? • Təcrübədə qərar qəbulu prosesinə siyasi meyllər və gündəliklər necə təsir göstərir?
  7. “MENECMENT İQTİSADİYYATI”NIN DİGƏR FƏNLƏRLƏ ƏLAQƏSİ • Qərar qəbuluna yanaşma kimi “Menecment iqtisadiyyatı” aşağıdakılarla əlaqəlidir: • İqtisadi nəzəriyyə • Qərar elmləri • Biznes funksiyaları
  8. “MENECMENT İQTİSADİYYATI”NIN İQTİSADİ NƏZƏRİYYƏ İLƏ ƏLAQƏSİ • “Menecment iqtisadiyyatı” iqtisadi nəzəriyyənin əsas qollarından olan mikroiqtisadiyyatla əlaqəlidir. • “Menecment iqtisadiyyatı”ı mikroiqtisadinəzəriyyənin əsasən aşağıdakı aspektləri ilə sıx bağlıdır: • Firma nəzəriyyəsi; • İstehlakçı davranışı nəzəriyyəsi (tələb); • İstehsal və xərc nəzəriyyəsi (təklif); • Qiymət nəzəriyyəsi; • Bazarın strukturu və rəqabət nəzəriyyəsi. • İki fənn arasında bir başlıca fərq vardır: Mikroiqtisadiyyat deskriptiv, “menecment iqtisadiyyatı” isə preskriptiv yanaşmaya əsaslanır. Başqa sözlə birincisi pozitiv, ikincisi isə normativ iqtisadiyyatdır.
  9. “MENECMENT İQTİSADİYYATI”NIN QƏRAR ELMLƏRİ İLƏ ƏLAQƏSİ • Qərar elmləri “Menecment iqtisadiyyatı”nı təhlilin üsul və vasitələri ilə təchiz edir. Bununla bağlı ən mühüm aspektlər aşağıdakılardır: • Rəqəmli və cəbri təhlil; • Optimallaşdırma; • Statistik qiymətləndirmə və proqnozlaşdırma; • Risq və qeyri-müəyyənliyin təhlili; • Diskontlaşdırma və zaman-dəyər-pul üsulları
  10. “MENECMENT İQTİSADİYYATI”NIN BİZNES FUNKSİYALARI İLƏ ƏLAQƏSİ • Hər bir firma fəaliyyət funksiyalarına uyğun olaraq aşağıdakı bölmələrdən ibarətolur: • İstehsal və əməliyyat; • Marketinq; • Maliyyə və mühasibat; • İnsan resursları • Qeyd olunan hər bir funksional sahənin özünəməxsus nəzəriyyə və metodları vardır. “Menecment iqtisadiyyatı” müvafiq funksional sahəüzrə qərarların qəbulunda həmin nəzəriyyə və metodlardan da istifadə edir.
  11. “MENECMENT İQTİSADİYYATI”NIN ƏSAS ÖYRƏNMƏ SAHƏLƏRİ VƏ ƏLAQƏLƏRİ
  12. “MENECMENT İQTİSADİYYATI”NIN METODLARI • Metodların iki əsas aspekti vardır: • Profesionalların fənni inkişaf etdirmək üçün istifadə etdiyi metodlar; • Tələbələrə fənni öyrətmək üçün materialların təqdim edilməsində istifadə edilən metodlar.
  13. “MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: ELMİ NƏZƏRİYYƏLƏR • Elmi nəzəriyyə aşağıdakı iki əsas funksiyanı yerinə yetirir: • Bizim müşahidə etdiyimiz fenomenlər arasında əlaqələri təsvir və ya şərh etmək; • Test edilə bilən mühakimə və proqnozlar vermək. • Elmi nəzəriyyənin formalaşma mərhələləri: • 1. Hipotezlərin irəli sürülməsi; • 2. Hipotezlərin empirik tədqiqatlarla test edilməsi (eksperiment və ya müşahidə yolu ilə); • 3. Testlərin statistik təhlillərlə davam etdirilməsi (ekonometrika).
  14. “MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: ELMİ NƏZƏRİYYƏLƏR Nəzəriyyənin inkişaf etdirilməsi prosesi Hipotez Qəbul / İnkar Dəyişdirmə / Düzəltmə Empirik tədqiqat Statistik təhlil
  15. “MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: ELMİ NƏZƏRİYYƏLƏR • Elmi nəzəriyyələrin daim inkişaf etdiyini nəzərə alsaq, onda menecerlərin daha yaxşı qərar qəbul etmələri üçün daha “yaxşı” nəzəriyyələrə ehtiyacı olduğunu söyləmək mümkündür. Bu baxımdan “yaxşı” nəzəriyyə aşağıdakı xüsusiyətləri daşımalıdır: • Mövcud müşahidələri yaxşı izah edir; • Düzgün proqnozlar formalaşdırır; • Əhatə etdiyi dəyişənlər dəqiq və etibarlı ölçülə bilir; • Çoxlu sayda müxtəlif situasiyalar üçün tətbiq oluna bilir; • Mümkün qədər az miqdarda fərziyyələrə əsaslanır.
  16. “MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: İQTİSADİYYATIN ÖYRƏNİLMƏSİ • İqtisadiyyat elmi ictimai həyatın çox mürəkkəb bir sahəsini öyrənir. Bunun üçün də həmin sahədəki mövcud münasibətləri sadə modellərlə təqdim etməyə çalışır. • Bəs model nədir? Modelöyrənilən sistemin əsas xüsusiyyətlərini və münasibətlərini özündə birləşdirməklə onun təmsilçisirolunu oynayan nəzəri konstruksiyadır. • İqtisadi modellər çox vaxt qrafiklər, diaqramlar və ya düsturlarla ifadə olunur. • İqtisadiyyat elmində neoklassik yanaşmaya üstünlük verilməsi də bu yanaşmanın məhz belə modellərə əsaslanması ilə əlaqədardır.
  17. “MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: TƏHLİLİN VASİTƏLƏRİ – TƏLƏB VƏ TƏKLİF • Tələb və təklif anlayışları bütün iqtisadi anlayışlar arasında ən mühüm olanlardır. • Tələb və təklif təkcə iqtisadçının silah deposunda olan təhlil vasitələri deyil, eyni zamanda onlar müxtəlif iqtisadi situasiyaların təhlilində müvafiq faktorları müəyyənləşdirməyə və izah etməyə imkan verirlər.
  18. Xülasə • “Menecment iqtisadiyyatı” iqtisadi nəzəriyyə və metodların biznesin qərar qəbulu prosesinə tətbiqini öyrənir. • Bu tərifdə biznes terminiiki və daha çox tərəflər arasında istənilən transaksiyanı ifadə edən çox geniş mənada da işlədilə bilər. Bu “menecment iqtisadiyyatı” fənninin daha geniş tətbiq dairəsi olduğunu göstərir. • Qərar qəbulu prosesi bir sıra mərhələləri əhatə edir: problemin dərk edilməsi, hədəflərin müəyyən edilməsi, məhdudiyyətlərin şərh edilməsi, strategiyaların seçilməsi, strategiyaların qiymətləndirilməsi və strategiyalar arasından seçimin kriteriyasının müəyyənləşdirilməsi. • “Menecment iqtisadiyyatı” iqtisadi nəzəriyyə, qərar elmləri və biznes funksiyaları ilə əlaqəlidir. • İqtisadi nəzəriyyənin əhatə olunan əsas elementləri bunlardır: firma nəzəriyyəsi, istehlakçı və tələb nəzəriyyəsi, istehsal və xərc nəzəriyyəsi, qiymət nəzəriyyəsi və rəqabət nəzəriyyəsi.
  19. Xülasə • Neoklassik yanaşma iqtisadiyyatda fərdləri və firmaları ölçülə bilən hədəflərini optimallaşdıran rasional subyektlər kimi qəbul edir. • Pozitiv açıqlamalar elə açıqlamalardır ki, onlar empirik və məntiqi yollarla test edilə bilir. Normativ açıqlamalar dəyər mühakimələrini ifadə edir. • İqtisadi prinsiplərin tətbiqi yuxarıda göstərilən hər iki açıqlama tipinin formalaşdırılmasında faydalıdır. • Nəzəriyyə müşahidə etdiyimiz fenomenlər arasındakı əlaqələri təsvir və ya şərh edən açıqlamadır və test edilə bilən mühakimə və proqnozlar yaradırlar.
  20. Xülasə • İqtisadi nəzəriyyələr empririk tədqiqatlar və ekonometrik metodlardan istifadə etməklə test edilə bilinməlidir. • İqtisadiyyat fənnisadə modellər qurmaqdan ötürüilk növbədə çoxlu fərziyyələr irəli sürür, sonra isə daha realşeylər əldə etmək və daha yaxşı nəzəriyyələr təmin etmək məqsədilə mərhələli olaraq bu fərziyyələri yüngülləşdirir. • Təhlil edilən situasiyalar çox mürəkkəb olduğundan daha əhatəli və inkişaf etmiş təhlil metodlarına ehtiyac duyulur.
  21. Özünü yoxlama sualları • Nə üçün “menecment iqtisadiyyatı” fənnindən çox müxtəlif problemlərin həllində istifadə etmək olar? • Qərar qəbulu prosesi necə izah oluna bilər? • Normal olaraq biznes transaksiyası kimi qəbul edilməyən bir neçə transaksiya nümunəsi göstərin. • “Yaxşı” nəzəriyyə nə deməkdir? • “Yaxşı” nəzəriyyələrin menecerlər üçün hansı səbəbdən əhəmiyyətli olduğunu misallarla izah edin. • Nə üçün biz iqtisadiyyatı öyrənən zaman başlanğıcda daha yaxşı nəzəriyyələri öyrənməyə meyl etmirik?
  22. TÖVSİYƏ OLUNAN ƏDƏBİYYATLAR • Nick Wilkinson, “Managerial Economics: A Problem-Solving Approach”, Cambridge University Press, 2005 • Gregory Mankiw, “Principles of Microeconomics”, Cengage Learning, 2011 • Luke M. Froeb, Brian McCann, “Managerial Economics: A Problem-Solving Approach”, Thomson South-Western, 2008 • Michael R. Baye, “Managerial Economics and Business Strategy”, McGraw-Hill/Irwin, 2010 • İbrahim Özer Ertuna, “Yönetim Ekonomisi”, Okan Üniversitesi Yayınları, 2009 • Qreqory Mənkyu, “Ekonomiksin Əsasları”, Bakı, ADİU, 2010

© 2023 SlideServe | Powered By DigitalOfficePro

Comments are closed, but trackbacks and pingbacks are open.