Ensiklopediya kitabi
Tirajın az qala hamısı hədiyyə olaraq yubiley iştirakçılarına paylandı, bir qismi də seçmə kitabxanalara verildi və oxucualıcılar üçün satışa çıxa bilmədi. İndi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin latın əlifbasında kütləvi nəşrlərlə bağlı məlum fərmanı fürsət verdi ki, həmin ehtiyac ödənilsin.
Ensiklopediya
Ensiklopediya (yun. enkýklios — “çevrə formalı”; paideí — “dərs”, “bilik”) — sorğu kitabı olub insan biliyinin bütün sahələrini ardıcıl şəkildə və ətraflı əhatə edir.
D’Alembert və Diderotun 1772-ci ildə tərtib etdikləri “Encyclopédie” kitabın üz vərəqi
Ensiklopediya – [yun. enkuklapaideia – biliklər dairəsi]
- Biliyin bütün və yaxud müəyyən ayrı-ayrı sahələrinə dair (aid) lüğət şəklində sistemə salınmış məlumatlar toplusu (məlumat kitabı), qamus. Məsələn, Azərbaycan Milli Ensiklopediyası, Tibb Ensiklopediyası;
- Bütün elm və əməli fəaliyyət sahələrinə dair sistemli və yığcam məlumat verən elmi nəşr. Ensiklopediyalarda materiallar əlifba sırası ilə, tək-tək hallarda mövzuya görə düzülür. Məzmununa görə universal, universal-milli ensiklopediyalar və sahə ensiklopediyaları olur;
- Lüğət formasında elmi sorğu vəsaiti;
- Məcazi mənada həyatı geniş və hərtərəfli əks etdirən bədii əsər haqqında. Məsələn, canlı ensiklopediya – hər şeydən məlumat verə bilən, hər şey haqqında müraciət edilə bilən adam haqqında.
Ensiklopedik
- Ensiklopediyaya məxsus;
- Məcazi mənada hərtərəfli məlumata malik, hər şeydən məlumat verə bilən (adam);
- Elmin bir çox sahələrini əhatə edən; hər şeyi qavrayan, çoxcəhətli. Məsələn, ensiklopedik məlumat, ensiklopedik bilik;
- Ensiklopediya mahiyyətində olan. Məsələn, ensiklopedik lüğət.
Universal ensiklopediyalar insaniyyat üçün ümumi biliyi təsvir edir, xüsusi ensiklopediyalar isə yalnız müəyyən bir sahə üzrə məhdud ancaq dərinləməsinə məlumat verir.
Ensiklopediya problemləri Esiklopedika fənnində elmi tədqiq olunur.
Ensiklopediya kitabi
Elektron nəşrin redaktoru: Tariyel Məmmədov
© “Öndər Nəşriyyat”, 2004
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | I | K |
Q | L | M | N | O | P | R | S | Ş | T | U | V | Y | Z |
ENSİKLOPEDİYA HAQQINDA ENSİKLOPEDİYA
Azərbaycan və dünya ədəbiyyatında sevdiyim yazıçılar çoxdur, ancaq ömrüm boyu ən çox sevdiyim, yaradıcılığına və həyat yoluna dönə-dönə müraciət etdiyim, irsiylə, keşməkeşli ömrüylə bir daha tanış olduqca mənəvi güc aldığım, məni incidən bir çox problemlərə yazdıqlarında cavab tapdığım sənətkar, şəxsiyyət, böyük və ulu insan – Mirzə Cəlil Məmmədquluzadədir.
Bu sevgiAzərbaycan şünaslıqda çoxları “Dədə Qorqud kitabı”nı haqlı olaraq milli-etnik varlığımızın tarixi-ədəbi ensiklopediyası sayırlar. Bu mənada iki cilddə hazırlanmış “Kitabi-Dədə Qorqud Ensiklopediyası”nı ensiklopediya haqqında ensiklopediya adlandırmaq olar.
Təqdim etdiyimiz bu kitab “Kitabi-Dədə Qorqud Ensiklopediyası”nın 2-ci cildi əsasında hazırlanmışdır. Məqsəd 2-ci cildin əsas məzmununu elmi-kütləvi tirajla geniş oxucu kütləsinə çatdırmaqdır. Bilindiyi kimi, “Kitabi-Dədə Qorqud Ensiklopediyası”nın hər iki cildi yubiley tədbiri olaraq nəfis şəkildə və yüksək poliqrafik keyfiyyətdə məhdud tirala (2 min nüsxə) buraxılmışdı.
Tirajın az qala hamısı hədiyyə olaraq yubiley iştirakçılarına paylandı, bir qismi də seçmə kitabxanalara verildi və oxucualıcılar üçün satışa çıxa bilmədi. İndi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin latın əlifbasında kütləvi nəşrlərlə bağlı məlum fərmanı fürsət verdi ki, həmin ehtiyac ödənilsin.
Hər bir ensiklopediya kimi bizim bu ensiklopediyamız da həm lüğətdir, həm də elmi məlumat verən əl kitabıdır. İşin gedişində cildi sırf lüğətçilikdən təmizləməyə, bununla da tərəzinin elm gözünün çəkisini ağırlaşdırmağa səy etmişik. Eyni zamanda “Dədə Qorqud kitabı” ilə bilavasitə bağlı olmayan, yaxud ona az dəxli olan və ya bir-birini təkrar edən oçerkləri ixtisar etməli olduq. Redaktə və ixtisarlarda bir sıra texniki və aşkar elmi qüsurları nəzərə almışıq. Əlavələr azdır, ancaq var.
Böyük tirajla nəşr olunan bu kitabın vasitəsi ilə elmi-oxucu kütləsi “Kitabi-Dədə Qorqud Ensiklopediyası”nın 2-ci cildi barəsində dolğun təsəvvür alacaqdır.
Comments are closed, but trackbacks and pingbacks are open.