Erməni millətçi ideologiyası
İllər uzunu ölkəmizin demək olar ki, hər bir yerində ermənilər tərəfindən törədilən bu və ya digər faciələri, qətliamlar yaşamışıq. Yaşadığımız tarix göstərir ki, erməni terrorlarının ölkəmizdə sayı-hesabı yoxdur. Mənfur qonşularımız bizə qarşı məkrli, çirkin niyyətlərini həyata keçimişdilər. Hələ sovet dövründə yaşadığımız illərdə 8 sentyabr 1984-ci ildə Bakıda 106 saylı sərnişin avtobusunun erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılması zamanı iki uşaq anası olan Surxalizadə Fatma həlak olmuş, üç nəfər yaralanmışdır. Hadisə o vaxt SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən terror aktı kimi deyil, onunla Vartanovla müdiriyyət arasında olan narazılıq kimi qiymətləndirildi, Hadisənin təşkilatçısı olan Henrix Vartanov psixi xəstə kimi qəbul edilərək həbsdən azad edilərək məcburi psixi müalicəyə göndərildi. Əlbəttə ki, bu ermənipərəst qüvvələrin himayəçilərinin əməlləri idi. 16 sentyabr 1989-cu ildə erməni terrorçuları Tbilisi-Bakı reysi ilə işləyən sərnişin avtobusunu partlatmışlar. 5 adam həlak olmuş və 25 nəfər yaralanmışdır. 13 fevral 1990-cı ildə Yevlax-Laçın yolunun 105-ci km-də “Şuşa-Bakı” marşrutu ilə hərəkət edən avtobus partladılmış, nəticədə 13 nəfər ağır yaralanmışdır. 24 mart 1990-cı ildə “Noraşen-Bakı” yolunun 364-ci km-də dəmir yolu partladılmış, nəticədə teplovoz və 3 vaqon partladılmış, 150 metrdən çox dəmir yolu xətti yararsız hala düşmüşdür.
Erməni millətçi ideologiyası
Erməni faşist ideologiyası: əməli izlər tarixi sənədlərdə � ����
Mi-24 helikopterinin vurulmasından 30 il ötür
Dövrümüzün ən təhlükəli təzahürlərindən olan terrorizmin acı nəticələrini hələ də yaşamaqdayıq. Terror aktları insan təlafatları ilə nəticələnir və güclü psixoloji gərginliklər yaşanılır. Real həyatda terror aktlarından daha çox günahsız kütlə, dövlət adamları ziyan çəkir və müasir dünyanın toqquşduğu əsas və təhlükəli problemlərdən olan terrorizm daha çox siyasi, etnik, dini və s. zəminində yaranır. Bu siyasi, iqtisadi və mənəvi ziyanla nəticələnir və hər bir dövlət, hər bir insan bunun qurbanına çevrilə bilər. Azərbaycan da zaman-zaman ermənilər tərəfindən terror aktları törədilmiş terror aktlarının acı nəticələrini yaşayıb.
Vurğulamaq yerinə düşər ki, təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olub. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilib. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulub, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılıb.
Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin tarixi əsrləri əhatə edir və hadisələri ardıcılıqla izləsək, görərik ki, ötən əsrin əvvəllərində – 1905-1906 illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. Hadisələrin davamı olaraq 1918-ci ilin mart ayında soyqırımı törədiblər. 30 martdan 4 aprel tarixinə qədər ermənilərin törətdikləri cinayətlər nəticəsində minlərlə dinc azərbaycanlı milli mənsubiyyətinə görə məhv edilib. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar. İnsanlığa sığmayan bir vəhşilik törədiblər. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri də dağıdaraq, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib. Onu da qeyd edək ki, erməni vandallığının nəticəsində azyaşlılar və silahsız qadınlar xüsusi qəddarlıqla qətlə yetirilib. Ermənilər Şamaxı qəzasında 1653-ü qadın və 965-i uşaq olmaqla ümumilikdə 7000-dən çox insanı soyqırıma məruz qoyublar. Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə yeksan olunub. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu köməyə gəlməsəydi, bu qırğının miqyası daha dəhşətli olardı. Daşnak quldur dəstələrinə qarşı vuruşlarda 5 min azərbaycanlı və min nəfərədək türk həlak olmuşdur. 1988-ci ildən başlayaraq erməni millətçiləri azərbaycanlıları Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan ayırmağa başladılar. Qukarkda baş verən qanlı hadisələr nəticəsində 70 nəfər öldürülür, onların 21-i qadın 6-sı uşaq olur. Vardenis rayonunda isə 40 nəfər öldürülür. Soydaşlarımız – 250 min azərbaycanlı öz ev-eşiyindən, tarixi torpaqlarından qovulur.
TERROR, SUİ-QƏSD VƏ HÜCUM AKTLARI�
Tarixən Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək Xocalını yerlə-yeksan etdilər. Xocalı soyqırımı erməni terrorizminə, onların işğalçılıq siyasətinə, insanlığa sığmayan əqidə və məsləkinə qarşı dərin nifrət hissi oyadır.
Xocalıda terror əməliyyatının planı əvvəldən hazırlanmışdır. Xocalıda erməni terrorizminin amansızlığını təsdiq edən faktlardan biri də odur ki, terror əməliyyatı zamanı istifadəsi qadağan olun xüsusi təhlükəli kütləvi qırğın silahlarından geniş istifadə edilmişdi.
Bəli, ermənilər terroçudurlar. Tarixi faktlar bunu göstərir. Düz 31 il bundan əvvəl 20 sentyabr 1991-ci ildə Xankəndi şəhərində Şuşa-Ağdam yolunu birləşdirən Xəlifəliçay üzərindəki körpü partladılmışdır. Cinayəti törətmiş Artur Amramyan həbs olunmuş və 15 il müddətində azadlıqdan məhrum olmuşdur. Bu o illərdə Xankəndidə törədilmiş ilk və son terror deyildi. Qısa bir şəkildə son xronologiyaya nəzər salsaq görərək ki, şəhərdə terror, sui-qəsd və hücum aktları kifayət qədər törədilib. 1988-ci ildə Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndidə ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başlanılıb. İlk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olunub. Bundan bir həftə sonra, 20 fevralda Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırıblar. Həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlanıb. Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd ediblər. 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında praktika keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlanıb. 2 gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunun qisasını almaq üçün Xankəndinə yürüş edib və onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsilib. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetirilib və çoxlu sayda insan isə yaralanıb. Bu gənclər sonradan illərlə davam edəcək Dağlıq Qarabağ münaqişəsinin ilk qurbanları olublar. Bu, bir daha ermənilərin terrorçu olduğunu sübut edən dəlillərdir. Belə ki, 1988-ci ilin yayında Xankəndi Uşaq Xəstəxanasında həkim-rentgenoloq işləyən əslən ağdamlı şəxs ermənilər tərəfindən xəstəxananın həyətində döyülərək, qətlə yetirilib. 28 iyun 1989-cu il tarixində ermənilər tərəfindən Badara qəsəbəsindən Meşəliyə gedən şosse yoluna qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində maşındakı 6 nəfər mülki azərbaycanlı ağır yaralanıb. Bütün bunlar tarixin danışan faktlarıdır. 1990-cı il may ayında Bakı-Xankəndi qatarı və Xankəndi-Ağdam avtobusunun partladılması hər kəsin yaxşı yadındadır. 1990-cı ilin iyununda xankəndili Əşrəf və Ələmşah adlı iki qardaş 336-cı moto-atıcı alayın qarşısında diri-diri yandırılıb. 5 sentyabr 1991-ci ildə Xankəndidəki radio-televiziya stansiyası partladılıb. Bu günə kimi bu hadisədə əli olanların adları məlum deyil. 1991-ci il yanvarın 5-də Kərkicahan ərazisinə ermənilər tərəfindən hücumlar olunur. Qəsəbə 3 nəfəri itirir. 1991-ci il 9 yanvar tarixində Baqmanyan Akop Qavruşoviç və Antonyan Artuşa Qriqoroviç tərəfindən DQMV-nin Daxili İşlər İdarəsinin rəisi general mayor V.Kovalyovun həyatına sui-qəsd edilmişdir. Buna səbəb kimi onun azərbaycanlıları müdafiə etməsi və sui-qəsdin yuxarı dairələrdən sifariş olunması göstərilmişdir. 1989-cu ilin oktyabr ayında evinə qayıdan iki nəfər Kərkicahan sakini güllələnmişdir. 1991-ci il fevralın 4-də ermənilər azərbaycanlılar yaşayan bir neçə binanı partladır, güllələyiblər. 1991-ci ilin yayında Xankəndi-Şuşa avtomobil yolunda SSRİ DİN Daxili Qoşunlar mayoru L.Xomiç qətlə yetirilmişdir. 24 fevral 1991-ci ildə Şuşadan Ağdam rayonuna gedən “PAZ-3205” dövlət nömrə nişanlı avtobus şəhər ərazisində partladılmış, nəticədə 7 nəfər vəfat etmişdir. Həmçinin, ermənilər bu zaman ərzində oğurluq və talançılıq işlərinə də, əl atıblar. 1994-cü il 18 mart tarixində Xankəndi səmasında erməni terrorçuları tərəfindən İranın Hərbi Hava Qüvvələrinə məxsus Herkules tipli təyyarə vurulmuş, 36 nəfər həlak olmuşdur.
TERROR AKTI NEÇƏ-NEÇƏ İNSAN ÖLÜMÜNƏ VERİLƏN HÖKMDÜR
İllər uzunu ölkəmizin demək olar ki, hər bir yerində ermənilər tərəfindən törədilən bu və ya digər faciələri, qətliamlar yaşamışıq. Yaşadığımız tarix göstərir ki, erməni terrorlarının ölkəmizdə sayı-hesabı yoxdur. Mənfur qonşularımız bizə qarşı məkrli, çirkin niyyətlərini həyata keçimişdilər. Hələ sovet dövründə yaşadığımız illərdə 8 sentyabr 1984-ci ildə Bakıda 106 saylı sərnişin avtobusunun erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılması zamanı iki uşaq anası olan Surxalizadə Fatma həlak olmuş, üç nəfər yaralanmışdır. Hadisə o vaxt SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən terror aktı kimi deyil, onunla Vartanovla müdiriyyət arasında olan narazılıq kimi qiymətləndirildi, Hadisənin təşkilatçısı olan Henrix Vartanov psixi xəstə kimi qəbul edilərək həbsdən azad edilərək məcburi psixi müalicəyə göndərildi. Əlbəttə ki, bu ermənipərəst qüvvələrin himayəçilərinin əməlləri idi. 16 sentyabr 1989-cu ildə erməni terrorçuları Tbilisi-Bakı reysi ilə işləyən sərnişin avtobusunu partlatmışlar. 5 adam həlak olmuş və 25 nəfər yaralanmışdır. 13 fevral 1990-cı ildə Yevlax-Laçın yolunun 105-ci km-də “Şuşa-Bakı” marşrutu ilə hərəkət edən avtobus partladılmış, nəticədə 13 nəfər ağır yaralanmışdır. 24 mart 1990-cı ildə “Noraşen-Bakı” yolunun 364-ci km-də dəmir yolu partladılmış, nəticədə teplovoz və 3 vaqon partladılmış, 150 metrdən çox dəmir yolu xətti yararsız hala düşmüşdür.
GƏNCƏDƏ, MİNGƏÇEVİRDƏ VƏ BƏRDƏDƏ TÖRƏDİLƏN QƏTLİAMLAR�
Bu siyahını artırmaq üçün əsas dəlillər çoxdur. Hər bir terror aktında insan ölümü diqqəti çəkir. Bu terror aktları qəddar, faşist xislətli əməllərdir ki, xalqımız bunu yaşayıb. 44 günlük Vətən müharibəsində də xalqımız ermənilərin təcavüzkar siyasəti ilə üz-üzə qaldı. Müharibə getməyən ərazilərimizdə Gəncədə, Mingəçevirdə, Bərdədə yaşından asılı olmayaraq uşaq da, gənc də, qoca da bu terrorların acı nəticəsini yaşamış oldu. Neçə-neçə qurbanlarımız oldu. Ermənistan hərbi-siyasi rəhbərliyinin Gəncədəki mülki obyekt və şəxslərə qarşı törətdiyi terror aktı dünyaya çatdırıldı. Gəncə şəhəri 4 oktyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən davamlı raket atəşinə tutuldu. 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan Silahlı Qüvvələri daha bir terror törətdilər. Nəticədə “Qələbə parkı” nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb. Ermənistanın Gəncəyə terror aktı nəticəsində 3 uşaq hər iki valideynini itirib. Gəncədə olan ölkə və yerli əhəmiyyətli tarixi abidələrə, dini məbədlərə, mədəniyyət obyektlərinə, habelə təhsil müəssisələrinə ciddi ziyan dəyib. Digər şəhərlərdə Bərdədə, Mingəçevirdə də xalqımız bu ağrı və acıları yaşadı.
Tarixin bu günündə isə 6 avqust 1992-ci il tarixində 30 il bundan əvvəl Qarabağ müharibəsi zamanı Azərbaycana məxsus döyüş helikopteri Qasapet yaxınlığında ermənilər tərəfindən raketlə vurulub. Vertolyotun baş komandiri Zakir Məcidov, təyyarəçi operator Ruslan Polovinko, sərrast nişançı-snayperçi Cavanşir Rəhimov həlak olurlar. Bu erməni faşist ideolgiyasıdır. Balaca Zəhraların qətli faşist düşmənin təfəkkürü, mövqeyidir ki, bu terrorlardan xalqımız əziyyət çəkir.
Səs.- 2022.- 6 avqust.- S.10.
Erməni millətçi ideologiyası
Prezident İlham ƏLİYEV: “Onların dırnaqarası müstəqillik tarixi rüsvayçılıq tarixidir”
Müasir dünyada qlobal miqyasda baş verən bütün iqtisadi silkələnmələri, böyük güclərin amansız qarşıdurmalarını, səngimək bilməyən pandemiyanın dövlətlərə vurduğu ağır zərbələri və enerji daşıyıcıları uğrunda aparılan sərt mübarizəni bir sözlə ifadə etmək mümkündürmü? Çox güman ki, dünya tarixində misli görünməmiş bu dəhşətli hadisənin yalnız bir adı ola bilər: böyük xaos! Nə qədər ki, o davam edir, iqtisadiyyatlar çökəcək, beynəlxalq münasibətlər gərginləşəcək və böyük güclərin qarşılıqlı ittihamları pik həddinə yüksələcək. Güclülərin bir-birinə atdıqları yumruqlar zəiflərə dəyəcək.
Azərbaycan üçün belə mürəkkəb durumda ən təhlükəli məqamlardan biri erməni faşizminin dirçələrək qlobal səviyyədə böyük xaosdan faydalanaraq faşist ambisiyalarını reallaşdırmağa cidd-cəhdlə başlamasıdır.
Ən vacib məqamlara ötəri də olsa nəzər salaq. Bu gün planetdə baş verən bütün hadisələr hiddətli çayın cilovlanması mümkün olmayan bulanıq selinə bənzəyir. Bizim borcumuz bulanıq suların dərinliyində istiqamətini dəyişən təhlükəli və gizli axınları zamanında aydınlaşdırmaq və onlardan qorunmağın yollarını müəyyənləşdirməkdir. Rusiyalı politoloq, erməni terrorizmini və milli ideologiyasını dərindən araşdıran Oleq Kuznetsov dəfələrlə bəyan edib ki, Ermənistanda nasizm dövlət səviyyəsində qələbə çalmışdır. İliyinədək faşist ideologiyasına yoluxan “Daşnaksütyun” partiyasının təxminən yüz ildən sonra leqallaşaraq Yerevanda peyda olması rusiyalı politoloqun dediklərini birbaşa təsdiq edir. Həm də unutmayaq ki, “Daşnaksütyun” dünyada yaranan digər faşist partiyalarının demək olar ki, yaşıdıdır.
Bugünkü müasir erməni milli ideologiyası sexakronizm də Qaregin Njdenin işləyib hazırladığı əsl faşist nəzəriyyəsidir. “Biz dövlət quruculuğunda Hitlerdən öyrənməliyik”, – deyən Njde son illər erməni siyasi elitasının bütünə çevrilmişdir. Artıq müasir Ermənistanın siyasi elitası və bütün diaspora liderlərinin heç zaman faşist ideologiyasından imtina etməyəcəkləri gün kimi aydındır.
100 minlərlə erməni gənci və məktəblisi Njdenin pərəstişkarları, faşist ideologiyasının daşıyıcılarıdır.
Erməni xalqı mahiyyət etibarilə erməni diasporu vasitəsi ilə böyük güclər tərəfindən oyuncaq kimi idarə edilən qatı millətçilərin girovluğundadır. Artıq faşist ideologiyasının quluna çevrilən xalqın, həqiqətən də, zavallı və əzabkeş olduğunu etiraf etməliyik. İş o yerə çatıb ki, erməni millətçiləri iddia edirlər ki, sən demə, faşizm ideyasını Mussolini ermənilərdən oğurlayıbmış. Tarixçi Fuad Axundov qeyd edir ki, Hitlerin əsabələri almanlarla yəhudilərin, erməni nasistləri də ermənilərin azərbaycanlılarla birgə yaşamasını qeyri-mümkün sayırdı. Alman faşizminə bütün dünya birləşərək qalib gəldi. Amma erməni faşizmi “əzabkeş xalq” cildində bütün dünyanın qılığına girdi, Qafqazda supergüclərin marağına xidmət etməklə bir tərəfdən münaqişələri əbədi müharibəyə, digər tərəfdən faşist ideologiyasını Ermənistanın milli ideologiyasına çevirə bildi və bununla da alman faşizmindən qat-qat təhlükəli olduğunu ortaya qoydu. Nəticədə bu ölkədən nəinki azərbaycanlılar, hətta ruslar və bütün digər millətlər qovuldu, etnik təmizləmələr aparıldı, genosid aktları törədildi.
Bu gün Rusiya Federasiyasında yaşayan ermənilərin sayı Ermənistanda yaşayan ermənilərin sayından artıqdır. Maraqlı sual ortaya çıxır: 3 milyon erməninin qaçıb sığındığı Rusiya soruşa bilər ki, bizim bu qədər erməniyə sığınacaq verə bildiyimiz halda, siz cəmi 110 min rusa sahib çıxa bilmədiniz və onları didərgin saldınız. Ermənistandan bütün dünya birliyi də soruşa bilər ki, necə olur ki, siz bütün dünyaya səpələnirsiniz, istənilən ölkədə varlanırsınız və “bəy balası” kimi yaşayırsınız, yalanlarınız ayaq açıb yeriyir, amma dövlətiniz bütün xalqları qovur, monoetnik dövlətə çevrilirsiniz? Bu sualların yalnız bir cavabı var: Ermənistan artıq illərdir ki, faşizm ideyalarına sədaqətlə qulluq edən dövlətdir. Bu ölkəyə gələn hər bir millətin nümayəndəsi və hətta ermənilərin özü də iki dəfə sevinirlər – bir bura pənah gətirəndə, bir də qaçıb canlarını qurtaranda.
Hamı susur, Ermənistanda isə faşist ideologiyası illərdir ki, tüğyan edir. Bu ölkədə uşaqların da beyni yuyulur, gənclər də məcburən faşist Njdenin ideyalarının daşıyıcıları kimi tərbiyə olunur. Əgər bunu yoxlamaq istəyirsinizsə, məxfi sənədləri araşdırmağa, yeni faktları üzə çıxarmaq üçün arxivlərdə toz basmış qovluqları vərəqləməyə lüzum yoxdur. Sadəcə, internet resurslarında, sosial şəbəkələrdə “gəzişin”, erməni gənclərinin müxtəlif portallarda bölüşdükləri fikirlərə nəzər salın. Onların əksəriyyəti özlərini ali irqin nümayəndələri sayırlar. Bütün digər millətləri aşağılayan fikirlərini rahatlıqla bölüşürlər. Ən dəhşətlisi isə odur ki, artıq bu paylaşmalarda ermənilərin Qafqazda ali irqin birnömrəli müdafiəçisi olduğu elan edilir, faşist ideyalarının geniş təbliği aparılır. Erməni gəncliyi özlərinin ali irqə məxsus olduqlarını xüsusi qəddarlıq və həyasızlıqla bəyan edirlər. Beləliklə, biz müasir dünya tarixində müasir erməni faşizminin pandemiyadan daha təhlükəli olduğunu görürük. Koronavirus məğlub olunacaq, lakin böyük güclərin xüsusi nəvazişlə qəyyumluğa götürdükləri erməni faşizminin məğlub edilməsi mümkünsüz görünür.
Bu baxımdan iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında yerli telekanallara verdiyi müsahibə xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı müsahibəsində Ermənistanda hökm sürən acınacaqlı vəziyyəti ətraflı analiz etməklə, bu dövlətin faşizm mərəzinə yoluxmasını tutarlı faktlarla ifşa etmişdir. Prezident Azərbaycan və bütün dünya üçün təhlükəli olan bu meyillərə biganə qalan beynəlxalq qurumlara da ciddi iradını bildirmişdir. Ekspertlər bu müsahibədə səsləndirilən fikirləri erməni millətçi ideologiyasına endirilən ağır zərbə kimi dəyərləndirirlər.
Dövlət başçısı müsahibəsində Ermənistan dövləti tərəfindən təbliğ edilən, eyni zamanda dünya erməniçiliyi və “Daşnaksütyun” faşist partiyasının beynəlxalq miqyasda aramsız davam etdirdiyi Azərbaycanofobiyaçılığa ətraflı qiymət vermiş və bu təbliğatın nəinki bizim, hətta bütün dünya üçün təhlükəli məqamlarına aydınlıq gətirmişdir.
Ermənistan bütün istiqamətlərdə və instansiyalarda ölkəmizin istənilən təşəbbüsünə müqavimət göstərir. BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə əlaqədar bizim təşəbbüsümüz Azərbaycan diplomatiyasının uğuru kimi dünya miqyasında dəstəklənəndə Ermənistan bu təşəbbüsün əleyhinə səs verən yeganə ölkə oldu. Bədxah qonşularımız aramsız olaraq Azərbaycana və bütün türk dünyasına olan nifrətini sərgiləməkdədir. Mayası faşist ideologiyası ilə yoğurulan işğalçı Ermənistan yarandığı gündən Qafqazı qan çanağına çevirmiş, bütün qonşularına qarşı bitməyən ərazi iddialarından isə əl götürmək niyyətində deyildir. Erməni təbliğatına bütün dünyada milyardlarla vəsait xərclənir, filmlər çəkilir, yalanları həqiqət kimi təqdim edən kitablar yazılır. Məqsəd isə dəyişməz olaraq qalır.
İlham Əliyev belə hesab edir ki, Ermənistanda hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanofobiyaçılıq və bütün qonşu dövlətlərə nifrətin təbliği və aramsız ərazi iddialarının irəli sürülməsi faşizmin təzahürüdür. Erməni millətçilərinin dərk etmədikləri odur ki, bu addımla özlərini dünyanın sivil dəyərlərindən təcrid edir, irqçiliyə və faşist ideologiyasına əbədi sədaqətlərindən inadla əl çəkmirlər. Bu minvalla Ermənistan beynəlxalq aləmdə nə qədər əminliklə yeriməyə cəhd etsə də, büdrəmələrinin sayı-hesabı yoxdur. Hələ 9 il əvvəl BMT Təhlükəsizlik Şurasına üzv seçilmək üçün Ermənistan bizdən öncə namizədliyini vermişdi, lakin onlar başa düşdülər ki, bizim qarşımızda acizdirlər və kirimişcə namizədliklərini geri götürüb bu diplomatik savaşdan qaçdılar. Bundan beş il sonra, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, döyüş meydanından qaçdılar və dövlətimiz bir daha işğalda olan torpaqlarını azad etmək əzmində olduğunu sübut etdi.
Faşizmin əsarətinə düşən erməni xalqına özünü “qalib” kimi sırıyan Ermənistan rəhbərliyi bu gün acınacaqlı vəziyyətdədir. Bu “qaliblər” dünyada pandemiyadan ən çox zərər çəkmiş ölkələrdəndir. Bacarmırlar, döymədikləri qapı, əl açmadıqları ünvan qalmayıb. Amma yenə də ksenofob, irqçi və faşist mahiyyətlərini də açıq nümayiş etdirməkdən çəkinmirlər. Azərbaycan Prezidenti
İlham Əliyev müasir Ermənistanı qısaca belə xarakterizə edir: “Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir. Mən demişəm, rejim dəyişə bilər, amma bu ölkənin faşist ideologiyası dəyişməz olaraq qalır. Bu ideologiyanın hədəfində bizik. Onların Azərbaycanofob siyasəti bu gün də özünü büruzə verdi. Onlar özləri-özlərini dünyadan təcrid edirlər. Amma bu addım, əlbəttə ki, heç bir məsələyə təsir edə bilməz. Sadəcə olaraq, dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq, görəcək ki, məhz buna görə bu addım atıldı, buna görə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı”.
Prezident İlham Əliyev işğalçı dövlətin bütün bəşəriyyət və qlobal sülhün əleyhinə atdığı təhlükəli addımların faciəvi nəticələrinə baxmayaraq, Avropa təşkilatlarının, bir sıra böyük güclərin bütün bunlara göz yummasının başlıca səbəblərinə də aydınlıq gətirir: “O vaxt ermənipərəst deputatlar və əslən Avropa ölkələrindən olan varlı ermənilər bütün imkanlardan, öz maliyyə imkanlarından istifadə edib Ermənistanı bütün tənqidlərdən qoruyurdular. Ermənistanda insan haqlarının və demokratiyanın pozulması bu günün işi deyil. Ermənistanda heç vaxt demokratiya olmayıb. Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar”.
Dövlət başçısı müsahibəsində bildirmişdir ki, Ermənistanın və millətçi ideologiyasının başlıca müdafiəçisi erməni diasporu, onun pulları, ondan sonra Ermənistan hökumətinin Avropada çirkin lobbiçilik fəaliyyətidir. Əslində, bu, lobbiçilikdən daha çox korrupsiya ilə bağlıdır və bu fəaliyyətin Avropada geniş araşdırılması zərurətə çevrilir. Artıq özünü yazıq və əzabkeş xalq kimi dünyaya sırımaq taktikası iflasa uğrayır, ermənilərin törətdikləri soyqırımı aktları, apardıqları etnik təmizləmələr haqqında kifayət qədər məlumatlar mövcuddur. Prezident İlham Əliyev: “Biz onların əsl mahiyyətini üzə çıxarırıq, onların faşist mahiyyətini ifşa edirik. Faşist Njdeyə abidə ucaldan və bu abidəni müdafiə edən faşistdir. Bunu biz deyirik və artıq dünya miqyasında bu fakt haqqında kifayət qədər məlumat var. Mən bu məsələni qaldırmayana qədər heç kim bu haqda danışmırdı. Mən bu məsələni qaldırdım və buna geniş beynəlxalq dəstək təmin edildi. İndi artıq hər kəs bilir ki, Njde faşist olubdur. Bu faşist onların qəhrəmanlıq simvoludur. Onların işğalçılıq siyasəti ifşa edilib. Artıq son vaxtlar bütün aparıcı beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir və işğal haqqında kifayət qədər dolğun məlumat var. Bir də ki, indiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır. Artıq onların dediyi kimi, Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurlar rəhbərlik ediblər. Onlar özləri bu cinayətkarları, rüşvətxorları ifşa ediblər”.
Ermənistan öz diasporu vasitəsi ilə böyük güclərə xidmət edən oyuncaq dövlətdir. Erməni xalqı isə faşist rejiminə itaət edən müti kütlədir. Bu dövlətin, Prezident İlham Əliyevin də dediyi kimi, prezidentləri rüşvətxor, generalları oğru, qəhrəmanları nasist, ideologiyaları isə faşizmdir. Son iki il ərzində Ermənistanda hakimiyyətdən gedən xuntanı diktatura əvəz etmişdir. Baş nazir həm hakim, həm prokuror, həm icra orqanının rəhbəri, həm də sanki parlamentin sədridir. Bu da dövlətimizin başçısının fikirləridir.
Prezident İlham Əliyev müsahibəsində təfərrüatı ilə Ermənistandakı durumu araşdırarkən beynəlxalq təşkilatların erməni faşizminə heç bir reaksiya verməməsini sərt tənqid etmişdir. İşğalçı Ermənistana verilən bu lal dəstəyin nəticəsidir ki, pandemiyanın tüğyan etdiyi bir zamanda erməni faşistləri bir neçə gün əvvəl Tovuz rayonunda mövqelərimizə hücuma keçdikdən sonra törətdikləri təxribatı həmişəki arsızlıqla Azərbaycan tərəfinin üzərinə atmağa cəhd etdilər. Lakin layiqli cavablarını da aldılar. Eyni zamanda ölkəmizdə insanlar erməni faşizminə etiraza qalxdı, ölüm-dirim savaşına hazır olduğunu bildirdi. İranda, Türkiyədə, Rusiyada minlərlə insan çoşaraq dəniz kimi kükrədi. Dünya anlamalıdır ki, faşizmə göz yummaqla onu dəstəkləmək arasında elə də böyük fərq yoxdur. Faşizm isə ən qorxulu virusdan daha sürətlə yayılmaq gücünə malikdir.
Comments are closed, but trackbacks and pingbacks are open.